Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-274/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı xxxx cavabdeh MMC-nə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayəti icraata qəbul olunduqdan sonra cavabdeh kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkilinin, cavabdehin vəkilinin iştirakları ilə, İddiaçı xxxx cavabdeh MMC-nə qarşı 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 800.000 manat əsas borcun, 315.440,16 manat faiz borcunun, ümumilikdə 1.115.440,16 manat kredit borcunun, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 200.000 manat əsas borcun, 87.444,45 manat faiz borcunun, ümumilikdə 287.444,45 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1.402.884,61 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işi üzrə İddiaçı ASC tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 sayl ı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışa görə, İddiaçı açıq səhmdar cəmiyyəti 14 dekabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə və Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışa görə, Cavabdeh 21 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. İddiaçı açıq səhmdar cəmiyyətinin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 17.04.2017-ci il tarixli, 04 saylı protokolundan çıxarışa görə, “X2 (CDB)” açıq səhmdar cəmiyyətinin İddiaçı açıq səhmdar cəmiyyətinə qoşulması şəklində İddiaçı açıq səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi, “X2 (CDB)” açıq səhmdar cəmiyyətinin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı açıq səhmdar cəmiyyətinə keçirilməsi qərara alınmışdır. 4. “X2 (CDB)” açıq səhmdar cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinə görə, “X2 (CDB)” açıq səhmdar cəmiyyəti cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. 5. “X2 (CDB)” açıq səhmdar cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsinə görə, “X2 (CDB)” açıq səhmdar cəmiyyəti cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. 6. 06 may 2019-cu il tarixli, MD11-01069 saylı arayışa görə, cavabdehin 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan əsas borcu 800.000 manat, faiz borcu 315440,16 manat, ümumilikdə 1115440,16 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan 200.000 əsas borcu, faiz borcu 87444,45 manat, ümumilikdə kredit borcu 287444,45 manat, hər iki kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə ümumi borc 1402884,61 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC (bundan sonra – “iddiaç ı”) Cavabdeh MMC-nə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 800.000 manat əsas borcun, 315440,16 manat faiz borcunun, ümumilikdə 1.115.440,16 manat kredit borcunun, 26 aprel 2017-ci il tarixli, CBHK0023/05 nömrəli kredit müqaviləsi üzrə 200.000 manat əsas borcun, 87.444,45 manat faiz borcunun, ümumilikdə 287.444,45 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1.402.884,61 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçını n xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 08 may tarixli, e-2-2(085)225/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 800.000 manat əsas borc, 315.440,16 manat faiz borcu, ümumilikdə 1.115.440,16 manat kredit borcu, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 200.000 manat əsas borc, 87.444,45 manat faiz borcu, ümumilikdə 287.444,45 manat kredit borcu, hər iki kredit müqaviləsi üzrə cəmi 1.402.884,61 manat kredit borcu, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərci və 30 manat məbləğində məhkə mə üçün ödənilmiş dövlət rüsumu tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
9. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin faiz məbləğinin hesablanması hissəsində tam rədd edilməsi, əsas borcun və faiz borcunun tutulması hissəsində isə banka ödənilmiş və bank tərəfindən cərimə faizi (penya) kimi silinmiş pulun əsas borcdan və faiz borcundan silinərək yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsi ilə (hakimlər S.İ.Bəktaşi (sədrlik edən), T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apelyasiya şikayəti qismən təmin edilm iş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 08 may tarixli, 2-2(85)225/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, iddiaçının xeyrinə cavabdehdən tutulması qət edilən faiz borcun məbləği azaldılaraq 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 208.773,74 manat, 26 aprel 2017ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 62.888,93 manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
11. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/ 2021 saylı qətnaməsindən iddiaçı və onun vəkili tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilmiş, şikayətə baxılması 30 iyun 2021-ci il tarixə təyin edilmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş Sumqayıt Apelyasiya Məhkəməsinin 2021-ci il 20 may tarixli, 2-2(105)-1/2021 saylı məktubunda iddiaçı xxxx cavabdeh MMC-nə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iş üzrə cavabdeh tərəfindən kassasiya şikayəti daxil olduğundan, həmin işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya işi kassasiya baxışından çıxarılmalı, iş cavabdehin kassasiya şikayətinin mümkünlüyü məsələsinin həll edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər.
15. Beləliklə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin icraata qəbul olunduqdan sonra cavabdehin kassasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyindən, iş kassasiya baxışından çıxarılmaqla cavabdehin kassasiya şikayətinin mümkünlüyü məsələsinin həll edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
17. İddiaçı və onun vəkili kassasiya şikayəti kassasiya baxışından çıxarılsın.
18. İş cavabdehin kassasiya şikayətinin mümkünlüyü məsələsinin həll edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin.