Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-274/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı BOKT QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: “hərrac protokolunun etibarsız hesab edilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 13.04.2022 hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı BOKT QSC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə üçüncü şəxs X2 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli, 22(103)-1003/202 1 saylı qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı BOKT QSC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən borclu Maraqlı şəxs mülkiyyətində olan “Hyundai Tucson” markalı **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair 06.04.2021-ci il tarixli, 26/01 nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 iyun tarixli, e-2-2(113)-2557/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh tərəfindən borclu Maraqlı şəxs mülkiyyətində olan “Hyundai Tucson” ma rkalı **-GB-*** qeydiyyat nişanlı avtomobilin hərracda satılmasına dair 26/01 nömrəli, 06.04.2021-ci il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
3. Üçüncü şəxs həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və hərracın yenidən keçirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli, 2-2(103)-1003/2021 saylı qətnaməsi ilə üçüncü şəxs X1 (bundan sonra – “üçüncü şəxs”) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 iyun tarixli, e-2-2(113)-2557/2021 saylı qətnaməsi də yişdirilmədən saxlanılmışdır.
5. Qətnamə ilə razılaşmayan üçüncü şəxs ondan kassasiya şikayəti vermişdir.
6. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli, 2-2(103)-1003/2021 saylı qərardadı ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən), R.Ə.Qurbanov və V.Ə.Baxışova) məhkəmənin 27 sentyabr 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxsin kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 sentyabr tarixli, 2-2(103)1003/2021 saylı qətnaməsi 13.10.2021-ci il tarixdə vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə üçüncü şəxsə çatdırılmış, üçüncü şəxsin kassasiya şikayəti i sə elektron kabinet vasitəsilə 23.12.2021-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddət ötürülmüşdür.
8. Beləliklə, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən, geri qaytarılmalıdır.
9. Məhkəmə bu qənaətini Mülki Məcəlləsinin 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Üçüncü şəxs həmin qərardaddan kassasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs işdə iştirak edən şəxs kimi sözügedən qətnamənin surətini 23.10.2021-ci il tarixində rəsmi qaydada əldə etmiş, 23.12.2021-ci i l tarixində isə kassasiya şikayətini vəkili Vəkil asan imzası ilə təsdiq edərək, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə təqdim etmişdir. Prosesin digər iştirakçısı olan vəkilə 13.10.2021-ci il tarixində qətnaməni elektron kabinet vasitəsilə təqdim edilməsi qətnamənin üçüncə şəxsə təqdim edilən müddət ərzində, yəni 23.10.2021-ci il tarixindən 23.12.2021-ci il tarixinədək kassasiya şikayəti vermək hüququndan məhrum etmir. 23.10.2021-ci il tarixindən 23.12.2021-ci il tarixinədək üçüncü şəxsin kassasiya şikayəti vermək hüququ qanunvericiliklə müəyyən olunduğu halda vəkilinin elektron kabineti vasitəsilə qətnamənin təqdim edilməsinə və bu səbəbdən də kassasiya şikayətinin geri qaytarılması qanunsuzluqdur, heç bir hüquqa əsaslanmır.
12. Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli q ərardadında istinad edilmiş Mülki-Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsində qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilməsinə dair normada konkret olaraq işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyindən bəhs edir.
13. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslər işdə iştirak edən şəxslərin tərkibi qismində müəyyənləşdirilmişdir. Göründüyü kimi, vəkil həmin normaya müvafiq olaraq işdə iştirak edən şəxs deyildir.
14. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 46, 405.0.1-ci maddələrinin tələblərinə istinad edil ərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçı və cavabdeh etiraz təqdim etməmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki ha lları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində”; “Maddə 4
08. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa”; “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli, 22(103)-1003/2 021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədlərinin onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməsi və onlara bu barədə həmin sistem vasitəsilə elektron qaydada məlumat çatdırılması məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab olunur.
22. İş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti onun vəkili və nümayəndəsi Vəkil tərəfindən imzalanmaqla “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmi ş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi də məhz sonuncunun elektron kabinetində yerləşdirilmişdir.
23. Məhkəmə kollegiyası üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, vəkil və nümayəndə Vəkil ilə üçüncü şəxs arasında hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə olmuş və vəkil məhz hüquqlarını təmsil etdiyi üçüncü şəxsin mənafelərini qorumaq məqsədilə hazırkı işdə iştirak etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayəti, o cümlədən hazırda mübahisələndirilən qərardadla geri qaytarılan kassasiya şikayətinin də üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmaqla elektron qaydada təqdim edilməsini nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya məhkəməsinin qə tnaməsi vəkilin və nümayəndənin elektron kabinetində yerləşdirildiyi vaxtdan mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxsə rəsmi qaydada təqdim edildiyinə görə, apelyasiya instansiyası məhkəməsi müddətin ötürülməsi səbəbindən kassasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur.
24. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli, 2-2(103)-1003/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası QƏRARA ALDİ:
26. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 yanvar tarixli, 2-2(103)-1003/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.