Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-275/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı2 Cavabdeh1-yə və Cavabdeh2nə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, 03.07.2019 Allahverdiyev Qəhrəman Əli oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-257/2018 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 03 i yul 2019-cu il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İş materiallarında olan yazılı sübutlar əsasında müəyyən edilir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında 20 oktyabr 2009-cu il tarixdə 02A/09 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə görə, Cavabdeh1 47 913 285,00 ABŞ dolları məbləğində olan kredit xəttindən aşağıdakı maliyyə qurumlarının təkliflərindən yararlanmaqla istifadə edəcəkdir: - Tranş A: 31.08.09-cü il tarixli HCA-EV090820_VL1 saylı Satış Kontraktının 24 583 275,00 ABŞ dolları hissəsi və 1 638 885,00 ABŞ dollarının Koreyanın İxracatın Sığortalanması Agentliyinin sığorta mükafatı daxil olmaqla, ümumilikdə cəmi 26 222 160,00 (iyirmi altı milyon iki yüz iyirmi iki min yüz altmış) ABŞ dolları X5 hesabına; -Tranş B: Satış Kontraktının 21 691 125,00 (iyirmi bir milyon altı yüz doxsan bir min iyirmi beş) ABŞ dolları məbləğinin isə X6 Bankının hesabına təmin olunacaqdır. Müqavilənin 4-ci bəndinə əsasən, Tranş A üzrə 26 222 160,00 ( 24 583 275,00 (SG Bankı) + 1 638 885,00 (sığorta mükafatı) ABŞ dolları üzrə hesablanacaq faizləri şərti olaraq 360 götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə hər günə 6 aylıq LİBOR +2,70% (X3 marjası) + 3% (ABB-nin marjası) faiz dərəcəsi ilə hesablanır. Növbəti faiz dərəcəsi hər altı ayın sonuncu günündə müəyyən olunur və növbəti faiz dərəcəsi hər 6 ayın sonuncu günündə müəyyən olunur və növbəti faiz dövrü üçün ödəniləcək faizlər SG Bankı tərəfindən təqdim edilən bildirişlərə uyğun müəyyən olunur. Tranş B üzrə 21 691 125,00 ABŞ dolları üzrə hesablanacaq faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün 6 aylıq Libor + 4,90 % (Koreya bankının marjası) + 3% (ABB-nin marjası) faiz dərəcəsi ilə hesablanır. Növbəti faiz dərəcəsi hər altı ayın sonuncu günündə müəyyən olunur və növbəti faiz dövrü üçün ödəniləcək faizlər KEXİM Bankı tərəfindən təqdim edilən bildirişlərə uyğun müəyyən olunur. 4.3-cü bəndinə görə, borcalan tərəfindən Kredit Müqaviləsinin qüvvəyə mindiyi tarixindən etibarən 26 222 160,00 ABŞ dolları kredit məbləğinin istifadə olunmamış hissəsinə illik 1,35 % həcmində öhdəlik komisyon haqqı hesablanır və ödəniş hər 6 (altı) aydan bir həyata keçirlir. 5.1-ci bəndinə görə, borcalanın kredit vəsaitindən istifadə tarixi müvafiq vəsaitin xarici qurumlardan borcverənin hesabına daxil olduğu tarix hesab olunur və həmin tarixdən etibarən faizlərin hesablanmasına başlanılır; 5.2-ci bəndə əsasən, borcalan borcverəndən bu Müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə 47 913 285,00 ABŞ dolları məbləğini aşağıda göstərilmiş formada və müddətdə geri qaytramağı qeyri-şərtsiz öhdəsinə götürür: Tranş A: 26 222 160,00 ABŞ dolları məbləğində olan kredit vəsaitini 6 (altı) il müddətinə 12 (on iki) bərabər hissələrlə hər 6 (altı) aydan bir; Tranş B: 21 691 125,00 ABŞ dolları məbləğində olan kredit vəsaiti isə 2 (iki) il ərzində 4 (dörd) bərabər hissələrlə hər 6 (altı) aydan bir; 5.4-cü bəndə əsasən, kredit məbləği üzrə əsas borcun geri qaytarılması borcverənin borcalana göndərdiyi bildirişləri əsasında həyata keçiriləcək dir. 7.2-ci bəndinə əsasən, kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə, borcalan borcverənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən illik 16 %-lə hesablanan faizlər ödəməlidir. 19 iyul 2011-ci il tarixdə “xxxx” ASC ilə Cavabdeh1 arasında ikinci kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank 11 183 563,15 ABŞ dolları məbləğində kredit xəttini açmağı öz öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə görə, Kredit Müqaviləsinə əsasən ayrılacaq kredit vəsaiti X5 tərəfindən maliyyələşdirilən layihə çərçivəsində Cavabdeh1 və X4.şirkəti arasında bağlanmış 16.09.2009-cu il tarixli, HCAEV090820_VL2 saylı Kontrakta əsasən 200 ədəd «xxx » markalı avtobusların alınmasına istifadə ediləcəkdir. 4.1-ci bəndinə əsasən, borc alan 11 183 563,15 ABŞ dolları məbləğində kredit xətti çərçivəsində yaranacaq borc öhdəliklərini ödəniş müddəti yaxınlaşdığı zamanı təqdim ediləcək ödəniş haqqında bildirişə əsasən həyata keçirəcəkdir. Kredit vəsaiti üzrə yaranacaq borc öhdəliyi istifadə tarixindən 84 ay müddət ərzində 12 bərabər hissələrlə hər 6 aydan bir borcverənə geri ödəniləcəkdir. 4.3-cü bəndinə əsasən, borcalan qeyd-şərtsiz olaraq borcverənə hüquq verir ki, borcalana bildirilməklə ssuda borcunu borcalanın hesablaşma hesablarından akseptsiz qaydada silsin (debetə yazsın). Borclar borcalanın hesablaşma hesabından ödənildikdə, borcverən manatları ABŞ dollarına konvertasiya etməklə birbaşa borcun ödənilməsinə yönəldir. Manatın ABŞ dollarına çevrilməsi əməliyyatları konvertasiya tarixinə mövcud olan rəsmi məzənnə üzrə ap arılır. Borcalan vəsait daxil olduqca onu borc verən tərəfindən açılmış yığım hesabına köçürməyə qeyd-şərtsiz zəmanət və razılıq verir. 5.1-ci bəndinə görə, borcalan bu Müqavilə ilə müəyyən edilmiş hesablanacaq faizlərin vaxtlı-vaxtında ödənilməsini öz öhdəsinə götürür; 5.2ci bəndə əsasən, borcalan ona ayrılmış 11 183 563,15 (on bir milyon bir yüz səksən üç min beş yüz altmış üç) ABŞ dolları İ5 sent məbləğində olan kredit vəsaiti üzrə kredit qalığının üzərinə hesablanmış faiz ay 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayına görə istifadə tarixindən 6 + 2,1% + 3% illik tətbiq olunmaqla geri ödəyəcəkdir. 8-ci bəndinə əsasən, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı üsulu xxxx Nəqliyyat filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 19 iyul 20 11-ci il tarixli zaminlik müqaviləsi təşkil edir. Təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyəti olan subyektlər tərəfindən bağlanan və rəsmiləşdirən müvafiq müqavilə ilə tənzimlənir. “xxxx” ASC-nin Nəqliyyat filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.07.2011-ci il tarixli kredit müqaviləsinə edilmiş 19 iyul 2011-ci il tarixli 1 saylı əlavəyə əsasən, borc alan borc verəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitinin faizlərini 84 ay müddətində əlavədə göstərilən qrafikə uyğun olaraq ödəməlidir. Faiz dərəcəsi 6 aylıq LİBOR +2,1%+3% müəyyən olunmuşdur. Libor hər 6 aydan bir dəyişilir. Əlavədə ödəniləcək əsas borc məbləğinin miqdarı 11 183 563,15 ABŞ dolları və faiz borcunun məbləği 2 188 17,51 AB Ş dolları məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, 12 aprel 2012-ci il tarixli ABB-1 seriyalı ******* saylı çekə əsasən 394 200,00 ABŞ dolları, 22 may 2012-ci il tarixli ABB-1 seriyalı ******* saylı çekə əsasən 236 460,00 ABŞ dolları, 27 sentyabr 2012-ci il tarixli ABB-1 seriyalı 047401 saylı çekə əsasən 2 600 000,00 ABŞ dolları, 28 sentyabr 2012-ci il tarixli ABB-1 seriyalı 047402 saylı çekə əsasən 3 370 000,00 ABŞ dolları, 28 mart 2013-cü il tarixli ABB-1 seriyalı 047403 saylı çekə əsasən 5 821 678,00 ABŞ dolları, 29 mart 2013-cü il tarixli ABB-1 seriyalı 047404 saylı çekə əsasən 1 000 000,00 ABŞ dolları, 27 iyun 2013-cü il tarixli ABB-1 seriyalı 047405 saylı çekə əsasən 7 725 169,00 ABŞ dolları, 01 avqust 2013cü il tarixli ABB-1 seriyalı ******* saylı çekə əsasən 5 00 064,00 ABŞ dolları, 02 avqust 2013-cü il tarixli ABB-1 seriyalı ******* saylı çekə əsasən 500 000,00 ABŞ dolları, 05 avqust 2013-cü il tarixli ABB-1 seriyalı ******* saylı çekə əsasən 500 000,00 ABŞ dolları, 07 avqust 2013-cü il tarixli ABB-1 seriyalı ******* saylı çekə əsasən 500 000,00 ABŞ dolları, 29 oktyabr 2013-cü il tarixli ABB-1 seriyalı ******* saylı çekə əsasən 78 255,00 ABŞ dolları məbləğində pul bank tərəfindən Cavabdeh1-yə nağd qaydada ödənilmişdir. “xxxx” Nəqliyyat filialı tərəfindən 06.04.2015-ci il tarixdə verilmiş maliyyə arayışlarına əsasən, 20 oktyabr 2009-cu il tarixli müqavilə üzrə 47 777 822,50 ABŞ dolları məbləğində kreditdən istifadə olunub, ödənilməmiş əsas borc məbləği 45 656 442,00 ABŞ dolları, ödənilmiş əsas borc məbləği 2 121 380,50 ABŞ dolları, ödənilməmiş f aiz borc məbləği 8 512 150,23 ABŞ dolları, ödənilmiş faiz borcu 7 210 798,64 ABŞ dolları, cərimə faiz borcu 7 426 781,23 ABŞ dolları olmaqla, cəmi kredit üzrə borc məbləği 61 595 373,46 ABŞ dolları məbləğindədir. 19.07.2011-ci il tarixli müqavilə üzrə 11 227 320,14 ABŞ dolları kredit məbləğindən istifadə edilib, ödənilməmiş əsas borc məbləği 11 227 320,14 ABŞ dolları, ödənilməmiş faiz borcu 1 375 994,26 ABŞ dolları, ödənilmiş faizlər 1 453 550,55 ABŞ dolları, cərimə faizlər 2280393,47 ABŞ dolları olmaqla, cəmi kredit üzrə borc məbləği 14 883 707,87 ABŞ dolları təşkil edir. Hər iki kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilməsi qrafikinə uyğun olaraq ödənilməsi barədə Bank tərəfindən cavabdehlə aparılmış danışıqlar, edilmiş müraciətlər heç bir nəticə vermədiyindən, cavabdeh üzərinə düşən öhdəliyi pozmaqda davam etdiyindən, “xxxx” ASC 30.07.2015-ci il tarixdə cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 20.10.2009-cu il tarixli 02A/09 saylı kredit müqaviləsi üzrə 45 656 442,00 ABŞ dolları əsas, 8 512 150,23 ABŞ dolları faiz, 7 426 781,23 ABŞ dolları cərimə faizi, cəmi 61 595 373,46 ABŞ dolları, 19.07.2011-ci il tarixli 10844 saylı kredit müqaviləsi üzrə 11 227 320,14 ABŞ dolları əsas, 1 375 994, 26 ABŞ dolları faiz, 2 280 393,47 ABŞ dolları cərimə faizi, cəmi 14 883 707,87 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan ərəfədə “xxxx” ASC-nin dövlətə m əxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən, 20.20.2009-cu il tarixli və 19.07.2011-ci il tarixli kredit müqavilələri üzrə tələb hüququ İddiaçı2na güzəşt edildiyindən, məhkəmənin qərardadına əsasən “xxxx” ASC onun hüquqi varisi İddiaçı2 ilə (bundan sonra iddiaçı) əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2ndən 20.10.2009-cu il tarixli 02A/09 saylı və 19.07.2011-ci il tarixli 10844A saylı kredit müqavilələri üzrə ümumilikdə 69 037 546,50 ABŞ dolları (56 883 762,14 ABŞ dolları əsas borc, 12 153 784,36 ABŞ dolları faiz borcu) məbləğində borcun və 30 manat ödənilm iş dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması, borc tələbinin Cavabdeh1-yə məxsus “xxx BX 212 xüsusi təyinatlı” markalı **-JO-*** dövlət nömrə nişanlı avtomobilə və cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh1-nin və Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi və İddiaçı2 mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı2 yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəli yinin qoyulması barədə qətnamə qəbul olunmassını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Kredit Müqavilələrin şərtlərindən göründüyü kimi, Cavabdeh1 yalnız 47 913 285,00 ABŞ dolları + 11 183 563,15 ABŞ dolları, ümumilikdə 59 096 648,15 ABŞ dollarının iddiaçıya qaytarılması öhdəliyini götürmüşdür. Lakin, ABB müqavilə şərtlərini kobudcasına pozaraq, əsassız və qanunsuz, habelə kredit məbləğini müqavilədən kənar olaraq, özbaşına artırmışdır. Belə ki, iş materiallarında olan cari hesablardan olan çıxarışlardan görünür ki, kredit müqavilələri ilə müəyyən edilmiş kredit xəttindən (59 096 648,15 ABŞ dolları) başqa, əlavə 20 211 532,85 ABŞ dollar ABB tərəfindən cavabdehin istəyi olmadan artırılmışdır. Lakin buna dair ABB ilə Cavabdeh1 arasında hər hansı kredit müqa viləsi bağlanmamışdır. Bununla belə təsəvvür yaradılmışdır ki, guya Cavabdeh1 ümumilikdə 79 308 181,00 ABŞ dolları kreditdən istifadə etmişdir. Halbuki, bu məbləğlər ümumiyyətlə cavabdeh tərəfindən istifadə edilməmişdir. Bu məbləğlərin həqiqətən də cavabdeh tərəfindən istifadə edilməsi və buna dair hər hansı kredit müqaviləsinin mövcud olması barədə ABB məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. ABB cavabdehə real pul məbləği vermədən, sünisurətdə rəqəmləri şişirtmiş, özünün maliyyə göstəricilərini artırmış, sonralar cavabdehin hesablarından sui-istifadə edərək həmin hesablardan pulların silinməsini həyata keçirmişdir. Bundan əlavə, kredit xətti üzrə məbləğin artırılması barədə Cavabdeh1 tərəfindən ABB-yə heç bir rəsmi bildiriş belə göndərilməmiş və bu kimi bildirişlərin göndərilməs i barədə ABB öz növbəsində məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cari hesabdan çıxarışdan görünür ki, ABB qeyd-şərtsiz olaraq cavabdehlər Cavabdeh1 və "Cavabdeh2” şirkətinin hesablarından akseptsiz qaydada ümumilikdə 281 578,00 ABŞ dolları məbləğində pul vəsaitini silmiş və həmin məbləğlərin silinməsini ABB-nin nəqliyyat filialının möhürü və məsul şəxsin imzası ilə təsdiq edən memorial orderləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə təqdim etmişdir. Halbuki, AR Mərkəzi Bankın memorial orderlə bağlı müvafiq sorğuya cavabında “müştəri tərəfindən banka dövri ödəniş tapşırığı verildikdə, yaxud bankın müştərinin kredit müqaviləsi üzrə kredit və faiz borclarını (o cümlədən, vaxtı keçmiş borclar) qeyd-sərtsiz müştərinin hesabından hüququ varsa, bu zaman silinmələr memorial order vasitəsi lə həyata keçirilir” bildirilmişdir. İş materiallarında olan 20 oktyabr 2009-cu il tarixli 02A/09 saylı Kredit Müqaviləsinin 10.1-ci bəndinə əsasən, borcverən borcalanın "xxxx" ASC-nin bütün filiallarında mövcud olan hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir". İş materiallarında olan 19 iyul 2011-ci il tarixli 10844 saylı kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən, borcalan qeyd-şərtsiz olaraq borcverənə hüquq verir ki, borcalana bildirməklə ssuda borcunu borcalanın hesablaşma hesablarından akseptsiz qaydada silsin (debetə yazsın)". Göründüyü kimi, ABB və Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2009-cu il tarixli 02A/09 saylı və 19 iyul 2011-ci il tarixli 10844 saylı kredit müqavilələri üzrə müəyyən edilmiş ümumilikdə 59 096 648,15 ABŞ dolları məbləğində kredit xəttinin qarşılığında, ABB kredit müqavilələri ilə müəyyən edilmiş hüquqdan istifadə edərək cavabdehlərin hesablarından akseptsiz qaydada ümumilikdə 60 281 578,00 ABS dolları məbləğində pul vəsaitini silmişdir və bu məbləğlərin silinməsi memorial orderlərlə sübut olunur. Odur ki, həmin memorial orderlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Eyni zamanda 20 oktyabr 2009-cu il tarixli 02A/09 saylı Kredit Müqaviləsinin 14.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndin əsasən, cavabdeh 1-ci tranş üzrə: 26 222 160,00 ABŞ dolları məbləğində olan kredit vəsaitini 6 il müddətinə 12 bərabər hissələrlə hər 6 aydan bir; 2-ci tranş üzrə: 21 691 125,00 ABŞ dolları məbləğində olan kredit vəsaitini isə 2 il ərzində 4 bərabər hissələrlə hər 6 aydan bir geri qaytarılması öhdəliyini götürmüşdür. Odur ki, 20 oktyabr 2009-cu il tarixli 02A/09 saylı Kredit Müqaviləsinin 2-ci tranş üzrə iddia müddəti keçmişdir və iddiaçı həmin tələblə iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-35/2017 nömrəli 22 dekabr 2017ci il tarixli qətnaməsi ilə (hakim: H.Ç.Babayeva) iddianın qismən təmin edilməsi, Cavabdeh1-dən 02A/09 saylı, 20.10.2009-cu il tarixli kredit müqaviləsi üzrə 45 656 442,00 ABŞ dolları əsas borc, 10 442 348,91 ABŞ dolları faiz borcu, cəmi 56 098 790,91 ABŞ dolları borc məbləği tutularaq İddiaçı2na ödənilməsi, Cavabdeh1-dən və “Bağlan Qrup FZCO” şirkətindən müştərək qaydada 19.07.2011-ci il tarixli, 10844 saylı müqavilə üzrə 11 227 320,14 ABŞ dolları əsas borc, 1 711 435,45 ABŞ dolları faiz borcu, cəmi 12 938 755,59 ABŞ dolları borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı2na ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və Cavabdeh1 apelyasiya şikayətləri vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)257/18 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və X.Ə.Sarıyev) apelyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-35/2017 nömrəli 22 dekabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya ins tansiya məhkəməsinin qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-257/18 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsinin İddiaçı2 iddia tələbinin qismən təmin olunmaması hissəsində ləğv edib, apelyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassator qeyd edir ki, həm iddiaçının iddia tələblərindən, həm də qətnamədən göründüyü kimi cavabdehin “xxxx” ASC-dən götürdüyü kreditlər üzrə iddiaçıya kifayət qədər ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası M ülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim edilmiş 06 aprel 2015-ci il tarixli arayışa əsasən, 20 oktyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 47 777 822,50 ABŞ dolları kredit məbləğindən tam istifadə olunmuşdur. Həmin müqavilə üzrə ödənilmiş əsas borc 2 121 380,50 ABŞ dolları, ödənilmiş faiz borcu 7 210 798,64 ABŞ dolları təşkil edir. Bu müqavilə üzrə ödənilməmiş əsas borc 45 656 442 ABŞ dolları, ödənilməmiş faiz borcu 8 512 150,23 ABŞ dolları, cərimə borcu isə 7 426 781,23 ABŞ dolları olmaqla, cəmi ödənilməmiş borc 61 595 373,46 ABŞ dolları məbləğindədir. Həmçinin, birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim edilmiş 06 aprel 2015-ci il tarixli arayışa əsasən, Cavabdeh1 19 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə 11 227 320,14 ABŞ dollarından istifadə etmişdir. Həmin müqavilə üzrə cavabdeh 1 453 550,55 ABŞ dolları faiz borcundan ödəniş etmiş, əsas borcundan ödəniş olmamışdır. Ödənilməmiş əsas borcu 11 227 320,14 ABŞ dolları, ödənilməmiş faiz borcu 1 375 994,26 ABŞ dolları, cərimə faizi 2 280 393,47 ABŞ dolları olmaqla, cəm borcu 14 883 707,87 ABŞ dolları təşkil edir. Daha sonra qeyd edilir ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən hesab etmişdir ki, borcun əmlaka yönəldilməsi bilavasitə həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasına əsas verə bilməz. Məhkəmə qətnamənin icra prosedurunun icra mərhələsində “İcra haqqında” Azərbaycan R espublikası Qanununun normalarına uyğun tənzimləndiyini əsas gətirmiş və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.7, 45.8, 50.1,50.2-ci maddələrinə istinad etmişdir. Belə ki, “İcra haqqında “Azərbaycan Respublikası Qanunun 45-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir ki, bu tədbirlər də qətnamənin icrası ilə əlaqədar görülür. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-257/18 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. Şikayətdə qeyd edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbləri pozul muşdur. Belə ki, məhkəmə qətnamə çıxararkən cavabdeh tərəfindən təqdim olunmuş, hər iki müqavilə üzrə kredit məbləğlərinin cavabdeh tərəfindən ödənilməsini sübut edən memorial orderləri ödəniş sənədi kimi qəbul etməmişdir. Memorial orderlərə əsasən təxminən 59 milyon kredit borcuna qarşı 60 milyon borc silinib. Memorial order əməliyyatların mühasibat uçotunda əks olunmasını təsdiq edən sənəddir. Borc alan borcu ödəmədikdə bank cari hesabdan məbləği silir. Bunu isə Memorial order təsdiq edir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 14.4-cü bəndinə əsasən “memorial sənədlərdən hesab üzrə nağdsız köçürmələr üçün istifadə edilir’'. Buna görə də memorial orderlər kredit müqavilələri üzrə borc məbləğinin ödənilməsinin sübutu qismində qəbul edilə bilməz. Qaydalardan da göründüyü kimi, Memorial order nağdsız köçürmə üçün istifadə edilir, yəni bir hesabda olan pulun başqa hesaba köçürülməsi üçün. Burada əməliyyat borcalanın akseptsiz razılığı ilə həyata keçirilir. Yəni, borcalananın razılığı olmadan onun başqa hesabındakı pul vəsaiti əsas öhdəliyin ödənilməsinə sərf edilir. Daha sonra qeyd edilir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş materialları ilə müəyyən edilir ki, hazır ki iş üzrə borc məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmiş və bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmiş, lakin məhkəmə bu sübutlara obyektiv qiymət verməmişdir. Bundan əlavə şikayətdə qeyd edilir ki, məhkəmə cavabdehin 20.10.2009-cu il tarixli, 02A/09 nömrəli kredit müqaviləsinin 2-ci tranş üzrə iddia müddətinin keçməsi və buna görə həmin hissədə iddianın rədd edilməsi tələbinə düzgün qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında deyilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 573.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37 3.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə yalnız Bank tərəfindən birtərəfli qaydada tərtib olunmuş arayışlara əsaslanmış və təqdim olunmuş ödəniş sənədlərini sübut kimi qəbul etməmiş və buna görə də yanlış qənaətə gəlmişdir. Eyni zamanda şikayət müəllifi bildirir ki, məhkəmə MPM-in 14.2-ci və 88-ci maddələrinin tələblərini pozmuş, iş materiallarında olan borcun silinməsini təsdiq edən memorial o rderlərə düzgün hüquqi qiymət verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış işdə iştirak edən şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-in 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Məhkəmə kol legiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, cavabdehin kassasiya şikayəti isə təmin olunmamalıdır. Məhkəmələr tərəfindən işin müəyyən edimiş hallarından görünür ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh1 arasında 20 oktyabr 2009-cu il tarixli 02A/09 saylı və 19 iyul 2011-ci il tarixli 10844 saylı olmaqla iki ədəd revolver tipli kredit müqaviləsi bağlanmışdır. 20 oktyabr 2009-cu il tarixli, 02A/09 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 1-ci tranş üzrə 26 222 160,00 ABŞ dolları, 2-ci tranş üzrə 21 691 125,00 ABŞ dolları olmaqla, ümumilikdə 47 913 285,00 ABŞ dolları məbləğində, 19 iyul 2011-ci il tarixli 10844 saylı revolver tipli kredit müqaviləsinə əsasən isə 11 183 563,15 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 20.10.2009-cu il tarixli 02A/09 saylı kredit müqaviləsi üzrə 45 656 442,00 ABÖ dolları əsas borc, 10 442 348, 91 ABÖ dolları faiz borcu olmaqla, cəmi 56 098 790,91 ABŞ dolları, 19.07.2011-ci il tarixli, 10844 saylı müqavilə üzrə 11 227 320,14 ABŞ dolları əsas borc, 1 711 435,45 ABÖ dollarş faiz borcu olmaqla, ümumilikdə 12 938 755,59 ABŞ dolları məbləğində borcunun yarandığını bildirərək həmin borcun ödənilməsini tələb etmiş, cavabdehlər isə məhkəməyə memorial orderlər təqdim edərək borc məbləğinin ödənildiyini bildirmiş, eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək 20 oktyabr 2009-cu il tarixli müq avilənin 2-ci tranş üzrə 21 691 125,00 ABÖ dolları və bu məbləğə hesablanmış faiz borcu hissəsində iddia müddətinin ötürüldüyünü bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmələr tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilməlidir. Hazırda da Cavabdeh1 kassasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilmiş memorial orderlərə istinadən borc məbləğlərinin tam olaraq ödənildiyini, eyni zamanda 20 oktyabr 2009-cu il tarixli müqavilənin 2-ci tranş üzrə 21 691 125,00 ABŞ dolları və bu məbləğə hesablanmış faiz borcu hissəsində iddia müddətinin ötürüldüyünü bildirərək iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır, birinci və ap elyasiya instansiya məhkəmələri mübahisənin qeyd edilən halları barədə düzgün nəticəyə gəlmişlər. Belə ki, tərəflər arasında bağlanmış 20 oktyabr 2009-cu il tarixli, 02A/09 saylı kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, 2-ci tranş üzrə kreditin icra müddəti 2 il, yəni 20.10.2011-ci il tarixədək müəyyən edilsə də, ümumilikdə həmin müddətinin qurtarması ilə əlaqədar müqavilə üzrə öhdəliklərin xitamı şərtləri öz əksini tapmamışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə, borcalan bu kredit müqaviləsinə əsasən kredit vəsaitini qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini və vəsait üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Yəni, 2ci tranş üzrə kredit vəsaitinin geri qaytarılması öhdəliyinin 2011-ci ildə bitməsi nəzərdə tutulsa da, tərəflər arasında birinci tranş xətti üzrə ayrılmış kredit vəsaitinin icra müddəti hələ davam etmiş (6 illik müddət), bilavasitə vahid kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyin icra müddəti keçməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsində nəzərdə tutulmuş 2-ci tranş üzrə 2 illik icra müddətinin bitməsi müqavilə üzrə iddia müddətinin ötürülmüş hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Odur ki, məhkəmələr düzgün olaraq iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh Cavabdeh1-nin ərizəsini əsassız hesab etmişlər. Memorial orderlərə əsasən banka olan borcun ödənilməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühas ibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən, bank sənədləri - bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənədlərdir. Bank sənədləri müştəri sənədlərinə və bank daxili sənədlərə bölünür. Müştəri sənədlərinə ödəniş sənədləri, bank daxili sənədlərə - kassa və memorial sənədlər daxildir. Həmin Qaydaların 14.3-cü bəndinə əsasən, əks etdirilən əməliyyatların xarakterinə görə bütün bank sənədləri kassa, memorial və balansdankənar sənədlərə bölünür. Kassa sənədləri ilə pulların mədaxil və məxarici üzrə əməliyyatlar rəsmiləşdirilir və mədaxil və məxaric sənədlərinə bölünür. Mədaxil kassa sənədlərinə - pulların bankların kassalarına daxil edilməsi üçün müştərilərin elanları, mədaxil kassa orderləri, pulların qəbul edilməsi barədə qəbzlər aiddir. Məxaric kassa sənədlərinə nağd pulun alınması üçün çeklər və məxaric kassa orderləri aiddir. Həmin Qaydaların 14.4-cü bəndinə əsasən, memorial sənədlərdən hesablar üzrə nağdsız köçürmələr üçün istifadə edilir. Onların tərkibinə müştərilər tərəfindən banka təqdim olunan hesablaşma sənədləri (ödəniş tapşırıqları, inkasso tapşırıqlar, akkreditivlər, vergi orqanlarının sərəncamları və s.) daxildir. Göründüyü kimi, memorial sənədlərdən hesablar üzrə nəğdsiz köçürmələr üçün istifadə edilir. Onların tərkibi müştərilər tərəfindən banka təqdim olunan hesablaşma sənədlərindən ibarət olmalıdır. Lakin iş materiallarında memorial orderlərdə göstərilmiş məbləğin hansı mənbədən irəli gəldiyi (yə ni məbləğ ya bankın kassasında olmalı, ya da 3-cü bir tərəfdən köçürülməliydi) müəyyən olunmamış, bu barədə cavabdeh məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr düzgün olaraq memorial orderləri kredit müqavilələri üzrə borc məbləğinin ödənilməsini sübut edən sənəd kimi qəbul etməmişlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 27.04.2017-ci il tarixli qərardadına əsasən, 20.10.2009-cü il tarixli, 02A/19 saylı və 19.07.2011-ci il tarixli, 10844 saylı kredit müqavilələri üzrə kredit borcunun müəyyənləşdirilməsi üçün iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış və rəy verilməsi “X7”MMC-yə həvalə edilmişdir. “X7” MMC tərəfindən məhkəməyə təqdim edilən 22 noyabr 2017-ci il tarixli, CEG-874 saylı mütəxəssis rəyindən görünür ki, cavabdehin kredit xəttinin qaytarılması ilə bağlı mövqeyini nümayiş etdirən hər hansı ödəniş sənədləri və məlumatları müəyyən edilmədiyindən rəyin verilməsi mümkün olmamışdır. Rəyin təsviri hissəsində isə göstərilmişdir ki, Cavabdeh1 tərəfindən nə 20.10.2009-cu il tarixli, 02A/09 saylı, nə də 19.07.2011-ci il tarixli, 10844 saylı müqavilələr üzrə ödəniş edilməmişdir. İddiaçı2 QSC tərəfindən məhkəməyə təqdim edilmiş 19.12.2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1-nin İddiaçı2 QSC-nin İdarəetməsinə verilmiş 20.10.2009-cu il tarixli, 02A/09 saylı müqavilə üzrə əsas borc məbləği 45 656 442,00 ABŞ dolları, faiz borc məbləği 10 442 348,91 ABŞ dolları olmaqla, cəmi 56 098 790,91 ABŞ dolları, 19.01.2011-ci il tarixli, 10844 saylı müqavilə üzrə əsas borc məbləği 1 1 227 320,14 ABŞ dolları, faiz borcu 1 711 435, 45 ABŞ dolları olmaqla, ümumilikdə həmin müqavilə üzrə kredit borcu 12 938 755,59 ABŞ dolları təşkil etmiş, “İddiaçı2“ QSC tərəfindən idarəetməyə götürüldükdən sonra borc məbləğindən ödəniş edilməmiş,Cavabdeh1-nin hər iki müqavilə üzrə ödənilməyən 56 883 762,14 ABŞ dolları əsas borcu, 12 153 784,36 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 69 037 546 52 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymi ş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri). İşin sadalanan xüsusatlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiya məhkəmələri kredit müqavilələri üzrə borcun tutulması hissəsində iddia tələbini tam təmin etməklə düzgün nəticəyə gəlmişlər. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə cavabdehlərdən 20.10.2009-cu il tarixli, 02A/09 saylı və 19.07.2011-ci il tarixli, 10844A saylı kredit müqavilələri üzrə ümumilikdə 69 037 546,50 ABŞ dolları (56 883 762,14 ABŞ dolları əsas borc, 12 153 784,36 ABŞ dolları faiz borcu) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması ilə yanaşı, borc tələbinin Cavabdeh1-yə məxsus “xxx BX 212 xüsusi təyinatlı” markalı **-JO-*** dövlət nömrə nişanlı avtomobilə və cavabdehlər Cavabdeh1-yə və Cavabdeh2nə məxsus digər daşınmaz və daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh1-nin və Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi və İddiaçı2 mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin və digər səlahiyyətli orqanların üzər inə İddiaçı2 yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul olunmasını da xahiş edilmişdir. Tələbin əmlaklara yönəldilməsi hissəsində iddianı rədd edən məhkəmələr hesab etmişlər ki, tərəflər arasında bağlamış kredit müqavilələri girovla təmin edilmədiyindən, iddia tələbində göstərilən “xxx BX 212 xüsusi təyinatlı” markalı **-JO-*** dövlət nömrə nişanlı avtomobil, o cümlədən digər daşınmaz və daşınar əmlaklar (o cümlədən nəqliyyat vasitələri və texnikalar ) borcun təmini üçün girov qoyulmadığından cavabdehlərin girov qoyulmamış əmlakına tutma yönəldilə bilməz. Məhkəmə kollegiyası qeyd edilən mövqe ilə tam razılaşmır. Belə ki, iddiaçının tələbi cavabdehin həmin tələbi ödəmək üçün zəruri və saiti olmadığı təqdirdə cavabdehin əmlaklarına yönəldiləcəkdir. Həmçinin, bu yönəltmə təmin edilmiş tələb həcmində yerinə yetirilə bilər. Çünki “İcra haqqinda” Qanuna əsasən, borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir (57.1) Mülki Məcəllənin 52.1-ci maddəsində də qeyd edilir ki, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən cavabdehlərin mülkiyyətində olan daşınar və daşınmaz əmlakların müəyyən edil məsi istiqamətində heç bir tədbir götürülməmiş, aidiyyəti orqanlara sorğular edilməmişdir. Odur ki, təkrar apelyasiya baxışı zamanı qeyd edilən xüsusatlar nəzərə alınmaqla iddianın rədd edilmiş hissəsinə yenidən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməklə iş iddianın təmin olunmayan hissəsinə yenidən baxılması üçün göndərilməli, cavabdehin kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-257/18 nömrəli, 17 may 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-275/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-275/2019
03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver