Məhkəmə qərarları › İş №2-2(102)-275/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-275/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-275/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit borcunun tutulması, zaminlik, zaminin birgə (müştərək) məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməs inin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(113)-79/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC (kreditor) ilə "xxxx" MMC (borcalan) arasında 2022-ci il 14 mart tarixli DCL00421894-01 nömrəli və 2022-ci il 18 mart tarixli DCL00421894-02 nömrəli maliyyələşdirmə üçün ərizələr (mahiyyəti üzrə kredit müqavilələri) bağlanmışdır. Ərizələrə əsasən, kreditor tərəfindən borcalana 2023-cü il 1 sentyabr tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 32% olmaqla 44.131 manat və 44.548 manat məbləğlərində əməliyyat xərclərinin ödənilməsi məqsədilə kredit xətləri ayrılmışdır.

2. Həmin kreditlərin təminatı kimi İddiaçı ASC ilə zamin C avabdeh1 arasında 2022-ci il 11 mart tarixli DG**********751 nömrəli və 2022-ci il 17 mart tarixli DG**********324 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zamin borclu "xxxx" MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) "xxxx" MMC və Cavabdeh1 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “MMC” və “Cavabdeh1”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DCL00421894-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 44.110,16 manat əsas borc, 3.749,34 manat faiz borcu, 5.724,52 manat cərimə borcu olmaqla, cəmi 53.584,02 manatın, DCL00421894-02 nömrəli maliy yələşdirmə üçün ərizəyə əsasən 44.548 manat əsas borc, 3.954,87 manat faiz borcu, 5.266,56 manat cərimə borcu olmaqla, cəmi 53.769,43 manatın, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına (bax §§ 1-2) istinad etməklə onunla əsaslandırılmışdır ki, MMC maliyyələşdirmə üçün ərizələrə əsasən öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. MMC-nin maliyyələşdirmə üçün ərizələrə əsasən borcu mövcuddur (bax § 3).

5. Cavabdeh, eyni zamanda MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) Cavabdeh1, birinci instansiya məhkəməsində iddianı qəbul edərək izahatında bildirmişdir ki, şirkətin faktiki rəh bəri vəfat edib və şirkət zəiflədiyi üçün borcu ödəyə bilmirlər, mülkiyyətini satışa çıxarıblar. Həmin işlə vəfat edən şəxsin ailəsi məşğul olur. Tezliklə borc ödəniləcəkdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 sentyabr tarixli e-2-2(113)3974/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, DCL00421894-01 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 44.110,16 manat əsas borc, 3.749,34 manat faiz borcu, 2.200 manat cərimə, DCL00421894-02 nömrəli maliyyələşdirmə üçün ərizəyə görə 44.548 manat əsas borc, 3.954,87 manat faiz borcu, 2.200 manat cərimə, cəmi 100.762,37 manat, mediasiya xərcinə görə 375,6 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – Z.Pirverdiyev).

7. Birinci instansiyası məh kəməsi iş materiallarına əlavə edilən ödəniş qrafikləri, maliyyə arayışları, hesabdan çıxarışları müqayisəli təhlil edərək müəyyənləşdirmişdir ki, cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə borcları yaranmışdır. Belə olan halda isə bu, iddiaçıya maliyyələşdirmə üçün ərizələr və qanunvericilik normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddia əsas və faiz borclarının tələb olunması hissələrində əsaslıdır və həmin borclar cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Tələb olunan cərimə məbləğləri əsas məbləğlərə tənasübsüz surətdə yüksək məbləğlər olduğundan cərimələr azaldılmalı, DCL00421894-01 nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 2.200 manat və DCL00421894-02 nömrəli maliyyə ləşdirmə üçün ərizə üzrə 2.200 manat dəbbə pulları cavabdehlərdən tutulmalıdır.

9. Birinci instansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 425, 467, 470, 739.1, 741-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 218.3-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2018-ci il 31 may tarixli Qərarına istinadən əsaslandırmışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin cərimə borcunun təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh1 də apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(113)-79/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

13. Apellyasiy a instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma (bax - § 7-9) ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsində qanunvericilik normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh1 borclu olan MMC ilə birgə məsuliyyət daşıyır.

14. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etdiyi halda, apellyasiya şikayətində kredit borcunun məbləğinə və iddiaya etiraz etmişdir. Halbuki MPM-in 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır. Eyni zamanda, iddiaçının istinad etdiyi hallar tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və kredit borcunun hesablanması barədə arayışlarla təsdiq olunur. Zaminliyə dair isə qeyd olunmuşdur ki, MM-in 472.1-ci maddəsində birbaşa təsbit olunmuş dur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin maliyyələşdirmə üçün ərizələrdə həqiqətən də kreditin təminatı kimi MMC-nin iddiaçıda yerləşən cari hesablarında yerləşən müştərinin öhdəliyi həcmində pul vəsaiti girov qoyulmuşdur. Bununla belə, bankın cari hesablarda yerləşən müştərinin öhdəliyi həcmində pul vəsaitini girov qismində akseptsiz qaydada silməsi onun vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, MMC-nin iddiaçıda yerləşən cari hesablarında yerləşən bütün pul vəsaiti silinmiş və onun h esablarında silinəcək başqa vəsait qalmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, MM-in 739.1, 741, 462.1, 467, 470.1, 472.1, 472.2-ci və MPM-in 209.3 və 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh1 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 448.1 və 448.2-ci maddələri üzrə - Kredit müqavilələri üzrə borcun ödənilməsi ilk növbədə MMC-nin üzərinə düşməli idi. Zaminlik müqavilələrində borclu və zaminin birgə məsuliyyəti nəzərdə tutulsa da, iddiaçı borclunun öhdəliyi icra etmədiyi halda kreditin təminatı kimi təqdim olunan hesablar dakı pul vəsaitini akseptsiz qaydada silmək hüququna malik olmuşdur. İddiaçı bu hüququndan istifadə etdiyi, lakin kreditin, onun faizlərinin, cərimənin və s. kredit ödənişlərinin ödənilmədiyi halda zaminə qarşı iddia irəli sürə bilərdi. Borclunun bankda olan vəsaitinin girov qismində akseptsiz qaydada silinməsi bankın hüququ olsa da, vəsaitin hesabda girov kimi saxlanılıb borcun ödənilməsini zaminin üzərinə yönəltmək zaminin hüquqlarının pozulması deməkdir.

18. MM-in 467-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi təkcə kreditorun deyil, həm də zaminin əsaslı mənafeyini nəzərə alaraq tələb olunan dəbbə pulunu tənasübsüz surətdə yüksək olduğundan azalda bilərdi.

19. MPM-in 14.2 və 88-ci maddələri üzrə - İş materiallarında kreditin təminatı olaraq borclunun bankda yerləşən cari hesabındakı pul m əbləği çıxış etmişdir. Məhkəmə iddiaçının heç bir mötəbər sübutla təsdiq olunmayan şifahi izahatına (məlumatına) əsaslanıb qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə MPM-in 77-ci maddəsinin tələblərindən çıxış edərək iddiaçıdan borclunun cari hesablarında olan və kreditin təminatı kimi çıxış pul vəsaitlərinin həqiqətən silinib-silinməsi, hesablarda heç bir məbləğin qalmaması barədə mötəbər yazılı sübutlar (maliyyə arayışı, hesabdan çıxarış və s.) tələb etməli idi.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 2.4 və 3.2-ci bəndləri üzrə - İş materiallarında cavabdeh MMC-nin iddiaçıda yerləşən cari hesablarında yerləşən bütün pul vəsaitinin silinməsi və onun hesablarında silinəcək başqa vəsait qalmamasını təsdiq edəcək heç bir sübut mövcud deyil. Bununla da qətnamədə göstərilən halın iş materiallarına uyğun olmadığı müəyyən edilir. İddiaçının borclunun hesablarından vəsaitin silinməsi, artıq təminat üçün heç bir vəsait qalmadığı izahatı MPM-in sübutların araşdırmasına dair tələbləri gözlənilmədən qəbul edilmiş və məhkəmə qətnamədə mülki prosessual qanunvericilikdə göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bankın cavabdehin cari hesablarında yerləşən müştərinin öhdəliyi həcmində pul vəsaitini girov qismində akseptsiz qaydada silməsi bankın vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Bundan başqa, daha əvvəl məhkəmə iclaslarında da qeyd edildiyi üzrə MMC-nin iddiaçıda yerləşən cari hesablarında yerləşən bütün pul vəsaiti silinmiş və onun hesablarında silinəcək başqa vəsait olmamışdır. Tərəflər arasında bağlanmış kredit, istərsə də zaminlik müqavilələrinin tələblərinin cavabdehlər tərəfindən icra edilməməsini, eləcə də kassasiya şikayətinin dəlilləri kimi göstərilən halların əsassızlığı nəzərə alındıqda apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair tələbin hüquqa zidd olması bir daha aydın olur. Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxla nılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (2023-cü il 1 oktyabr tarixədək olan redaksiyada) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclun un kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər 741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərs ə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.....”

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiy a şikayətinin dəlillərini əsassız hesab edir.

27. Dəbbə pulunun tənasübsüz surətdə yüksək olmasına, kredit müqavilələri üzrə borcun ödənilməsinin ilk növbədə MMC-nin üzərinə düşməli olmasına, bankın kreditin təminatı kimi təqdim olunan hesablardakı pul vəsaitini akseptsiz qaydada silmək hüququna malik olduğu halda, bu hüquqdan istifadə etməməklə tələbi zaminin üzərinə yönəldərək zaminin hüquqlarını pozmasına dair dəlillərə münasibətdə məhkəmə kollegiyası vurğulamağı vacib hesab edir ki, oxşar məzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi özünün əsaslandırılmış mövqeyini əks etdirmişdir.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşdığından sözügedən dəlillər üzrə ayrıca hüquqi dəyərlənd irmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

29. Kassatorun digər dəlilləri mahiyyət etibarilə ondan ibarətdir ki, məhkəmə borclunun hesablarından bütün vəsaitin silindiyi, artıq təminat üçün heç bir vəsait qalmadığı barədə iddiaçının izahatına heç bir mötəbər sübut olmadan istinad etmişdir.

30. Əvvəla, bununla əlaqədar qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçının sözügedən izahatını təkzib edən hər hansı dəlilin, sübutun məhkəməyə təqdim edilməsi iş materiallarından görünmür.

31. Digər tərəfdən, hətta həmin izahatın həqiqətdən uzaq olduğu fərz edilsə belə, bu, məhkəmə kollegiyasının mövqeyinə görə, mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o mövqeyini də qanuni və əsaslı he sab edir ki, bankın cari hesablarda yerləşən müştərinin öhdəliyi həcmində pul vəsaitini girov qismində akseptsiz qaydada silməsi onun vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur.

32. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 25) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 25) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

33. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(113 )-79/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 16 yanvar tarixli 2-2(113)-79/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar