Məhkəmə qərarları › İş №2-2(102)-275/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-275/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-275/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdehlərə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xarici elementli kommersiya mübahisəsi, qanunvericiliyin tətbiqi, müqavilə öhdəliklərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçının cavabdehlər A.Yusifzadə və Cavabdeh1 qarşı “borcun və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-56/2025 nömrəli qətnaməsindən cavabdeh Yusif zadə Azəri Elmar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 23 may tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişindən görünür ki, tərəflər hazırkı tərəfdaşlıq sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 nömrəli yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin (sonradan – “yaşayış kompleksi”) tikintisində iştirak haqqında öz niyyətlərini təsdiq edirlər. Layihədə Yusif zadə Azəri Elmar oğlunun 50%, İddiaçı Şərafəddin oğlunun 25%, X2 25% payları müəyyən edilmişdir. Payların rəsmiləşdirilməsi "xxxx" YS kooperativinin iştirakçı larının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı Şərafəddin oğlu üçün 1.225.000 manat məbləğində təşkil etmişdir. Müqavilədə göstərilmişdir ki, tikintinin başa çatmasının, binanın istismara verilməsinin ümumi müddəti tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq nəzərdə tutulmuşdur. Tərəf 1 - Yusif zadə Azəri Elmar oğlu sakinlərin köçürülməsi, zəruri layihə - smeta və icazə sənədlərinin, mühəndis obyektlərinin (xarici şəbəkələrin) birləşdirilməsinə dair Texniki Şərtlərin alınması, tikinti işlərinin təşkili və idarə edilməsi, kompleksin istismara verilməsi və qəbul komissiyasına təhvil verilməsi, tikintinin maliyyələşdirilməsi üzrə öhdəlikləri öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Əməkdaşlıq ha qqında Saziş onun imzalandığı gündən qüvvəyə minir və 3 il ərzində qüvvədədir. 2. 2018-ci il 23 may tarixli X3 görünür ki, İddiaçı Şərafəddin oğlu (borcverən) Yusif zadə Azəri Elmar oğluna (borcalana) 1.225.000 manat məbləğində faizsiz borc vermişdir, borcalan isə borc məbləğini müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. Borc məbləğindən istifadə edilməsinə görə faizlər ödənilmir. Müqavilə pulların borcalana verildiyi andan bağlanmış hesab edilir. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə "xxxx" YS kooperativi şirkətində 25% məbləğində payın İddiaçı Şərafəddin oğlu ilə affilə edilmiş şirkətə rəsmiləşdirilməsi anından qüvvəyə minir, bu da notarial təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə təsdiq edilir. Müqavilənin 3.4-cü maddəsinə əsasən hazırkı borc müqaviləsi Rusiya Federasiyası qanunvericiliyinə tabedir. 3. 2018-ci il 23 may tarixli X6 1 nömrəli Əlavə olan borcalanın qəbzindən görünür ki, Yusif zadə X5 Alim Şərafəddin oğlundan 44.105.000 rubl məbləğinin ekvivalenti olan 1.225.000 manat məbləğində borc məbləğini almışdır.

4. Nikah haqqında akt qeydindən görünür ki, Yusif zadə Azəri Elmar oğlu Cavabdeh1 ilə 1996-cı il 20 aprel tarixində nikah bağlamışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Şərafəddin oğlu (bundan sonra – “iddiaçı”) 2022-ci il 30 mart tarixində iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Yusif zadə Azəri Elmar oğlundan və Cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı -ayrılıqda müvafiq olaraq “A.Yusif zadə” və “Cavabdeh1”) müştərək qaydada 1.225.000 manat borc məbləğinin və dəymiş ziyanın əvəzi olaraq 490.857,50 manat miqdarında pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, iddia ərizəsinin verilməsi üçün əvvəlcə ödənilmiş 1.402,50 manat və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verilən zamanı ödənilmiş 781 manat olmaqla, cəmi 2.183,50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

6. İddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə A.Yusif zadə arasında 2018-ci il 23 may tarixli Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsi bağlanmış, tərəflər Bakı şəhərində yerləşən yaşayış kompleksinin tikintisində müv afiq paylarla iştirak etməyi öhdələrinə götürmüşlər. İddiaçı layihədə iştirak payının təmin edilməsi məqsədilə cavabdehə 1.225.000 manat məbləğində vəsait vermiş və bu, tərəflər arasında bağlanmış X7 və onun ayrılmaz tərkib hissəsi olan Əlavə ilə rəsmiləşdirilmişdir. Pul vəsaiti cavabdehə iki şahidin iştirakı ilə nağd şəkildə verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nə layihədə iddiaçıya aid 25% iştirak payını keçirmiş, nə də 1.225.000 manat borc məbləğini qaytarmışdır. İddiaçının dəfələrlə etdiyi tələblərə baxmayaraq, cavabdeh borcun qaytarılmasından yayınmış, nəticədə borc məbləği bu günədək ödənilməmişdir. Borc müqaviləsi faizsiz xarakter daşısa da, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı uzun müddət öz vəsaitindən məhrum edilmişdir. Bu sə bəbdən, Azərbaycan Respublikası Mərkəzi Bankının bank uçot dərəcəsi əsasında 2018-ci il 23 may tarixindən 2023-cü ilin iyun ayına qədər hesablanmış 490.857,50 manat məbləğində əldən çıxmış fayda şəklində ziyanın da cavabdehdən tutulması tələb olunur.

7. Cavabdeh A.Yusif zadənin nümayəndəsi etiraz ərizəsi ilə müraciət edərək iddianı əsassız hesab edərək, tərəflər arasında 2018-ci il 23 may tarixində Moskva şəhərində bağlanmış Əməkdaşlıq haqqında Saziş və ona bağlı X1rşılıqlı investisiya öhdəlikləri əsasında tənzimləndiyini bildirmişdir. Sazişə əsasən, iddiaçı ilkin mərhələ üçün 3.500.000 manatlıq investisiya öhdəliyinin yalnız 1.225.000 manatını yerinə yetirmiş, digər hissəni icra etməmişdir. İddiaçının payının "xxxx" MTK-da rəsmiləşdirilməsi, tərəflərin notariat qaydasında birgə müraciət e tməsini tələb etsə də, bu prosedur iddiaçının şəxsi səbəbləri üzündən baş tutmamışdır. Sazişin 4.3-cü bəndinə görə borc öhdəliyi, pay rəsmiləşdirilənədək qüvvədə qalır. Bu baxımdan, cavabdeh hesab edir ki, iddiaçının öz təqsiri ilə pay rəsmiləşmədiyindən və bu imkan hələ də hüquqi baxımdan mövcud olduğundan, borcun hazırkı mərhələdə tələb olunması əsaslı deyil.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 11 may tarixli e-2(006)2322/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilməsi; iddiaçıya Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır (hakim – S.Cəfərov).

9. Həmin qərardaddan iddiaçı tərəf şikayət verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini n 2022-ci il 10 iyun tarixli e-2(006)-2322/2022 nömrəli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – S.Cəfərov).

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 14 sentyabr tarixli 2(103)-6282/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 11 may tarixli e-2(006)-2322/2022 nömrəli qərardadı ləğv edilmiş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilən növbəti prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən – E.Kazımov, hakimlər – A.İsgəndərov və İ.Kərimli).

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 18 may tarixli e-2(006)-92/2023 nömrəli qətnam əsi ilə iddia tələbi qismən təmin edilərək, 1.225.000 manat məbləğində əsas borc, illik 5 faizlə hesablanmış 306.250 manat məbləğində pul və ödənilmiş 1.950 manat dövlət rüsumu cavabdeh A.Yusif zadədən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – S.Cəfərov).

12. Cavabdeh A.Yusif zadə həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddiaçı da apellyasiya şikayəti verərək həmin qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2(103)-5204/2023 nömrəli qərard adı ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 18 may tarixli e-2(006)-92/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – F.Babayev, hakimlər – C.Musayeva və G.Axundova).

15. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadı tamamilə ləğv edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2023-cü il 18 may tarixli e-2(006)-92/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılması barədə məhkəmə qərarı qəbul olunmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 13 dekabr tarixli e-2(102)4650/2023 nömrəli qərarı ilə iddiaçının kass asiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 11 oktyabr tarixli 2(103)-5204/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır (sədrlik edən – E.Vəliyeva, hakimlər – İ.Dadaşov və K.Bədəlov). Məhkəmə tərkibi belə nəticəyə gəlmişdir ki, iş üzrə hüquq münasibətləri tərəflərin təsisçilik və pay əldə etmə ilə bağlı kommersiya məqsədli razılaşmasından qaynaqlandığından, aidiyyət üzrə kommersiya məhkəməsinin səlahiyyətinə daxildir.

17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 iyun tarixli 2-2(113)-1729/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh A.Yusif zadədən 1.225.000 manat məbləğində əsas borc məbləği, 2021-ci il 23 may tarixindən 2023-cü il 30 iyun tarixinə kimi illik 5% hesabı ilə hesablanan 123.690 manat faiz borcu, cəmi 1.348.690 manat və dövlət rüsumunun əvəzi olaraq 1.465 manat tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilmişdir (hakim – G.Namazova).

18. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı Rusiya Federasiyasının vətəndaşı olan fiziki şəxs olduğundan, eləcə də mübahisə xarici ölkədə bağlanılmış müqavilədən irəli gəldiyindən) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olubolmaması müəyyən edilməlidir.

19. Tərəflər hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də belə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq normalarına (440.1, 443.0.1, 44 3.0.7, 450.2-ci maddələri) və Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2023-cü il 13 dekabr tarixli 2(102)-4650/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının məhkəmələri bu mübahisəyə baxmaq hüququna malikdir.

20. Hazırkı müqavilədən irəli gələn mübahisələrə hansı hüququn tətbiq edilməli olması müəyyən edildiyindən məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür.

21. Belə ki, iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olduğu dövrdə məhkəmə tərəfindən Rusiya Federasiyasının aidiyyəti orqanlarına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə sorğular verilmişdi r. Lakin bu tədbirlər nəticə verməmiş, sorğulara cavab məhkəməyə daxil olmamışdır.

22. Belə olan halda, məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırkı işə Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

23. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi A.Yusif zadə iddiaçı qarşısında 2018-ci il 23 may tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi ilə yaşayış kompleksinin tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq tikintisinin başa çatdırılmasını, binanın istismara verilməsini öhdəsinə götürmüşdür. 2018-ci il 23 may tarixli X6 əsasən iddiaçı (borcverən) A.Yusif zadəyə (borcalana) 1.225.000 manat məbləğində faizsiz borc vermişdir. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Lakin tərəfdaşlıq müqaviləsi icra olunmamış və müddəti bitmiş, belə olan halda borc müqaviləsinə əsasən müəyyən edilmiş məbləğin tələb edilməsi hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, borc müqaviləsində nəzərdə tutulmuş 1.225.000 manat borc A.Yusif zadədən tutularaq iddiaçıya ödənilməlidir.

24. İkinci iddia tələbini məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən 123.690 manat hissəsində təmin etmişdir.

25. İkinci Cavabdeh1 münasibətdə iddia təmin edilməmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 21, 445.7, 449.1, 739.1, 739.2, 740.1, 740.2-ci; “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 2.1, 2.2, 25.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına; MPM-in 14.1, 14.2, 28, 77.1, 218.3, 440.1, 443.0.1, 443.0.7, 450.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

27. Cavabdeh A.Yusif zadə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-56/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuşdur. Cavabdeh A.Yusif zadədən 1.225.000 manat əsas borc mə bləği, 2021-ci il 23 may tarixindən 2023-cü il 30 iyun tarixinə kimi illik 5% hesabı ilə hesablanan 123.690 manat faiz borcu, cəmi 1.348.690 manat və dövlət rüsumunun əvəzi olaraq 1.465 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarına görə, A.Yusif zadə iddiaçı qarşısında 2018-ci il 23 may tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi ilə yaşayış kompleksinin tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq tikintisinin başa çatdırılmasını, binanın istismara verilməsini öhdəsinə götürmüşdür. 2018-ci il 23 may tarixli X7 ilə iddiaçı (borcverən) A.Yusif zadəyə (borcalana) 1.225.000 manat məbləğində faizsiz borc vermişdir. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Lakin tərəfdaşlıq müqaviləsi icra olunmamış və müddəti bitmiş, belə olan halda borc müqaviləsinə əsasən müəyyən olunmuş məbləğin tələb edilməsi hüququ yaranmışdır.

30. Kollegiya həmçinin qeyd etmişdir ki, tərəflər arasında imzalanmış tərəfdaşlıq sazişinin 3.5-ci maddəsinə əsasən müqavilə üzrə mübahisələrin yarandığı təqdirdə mübahisələrə Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılmalıdır. Müqavilənin şərtlərinə əsasən hazırkı mübahisəyə Rusiya Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilmiş, tətbiq edilmiş normalara əsasən cavabdeh iddiaçıya müqavilə üzrə ödənilməmiş borcunu qaytarmalı, üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

31. Apellyasiya şikayətinin yeganə dəlili kimi cava bdeh qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin tələblərinə əsasən hazırkı mübahisəyə Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun baxılmalıdır. Məhkəmə kollegiyası bu dəlili qismən, tətbiq edilməli olan qanunvericilik hissəsində əsaslı hesab etmiş, belə ki, hazırkı mübahisəyə tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən Rusiya qanunvericiliyinin müddəaları tətbiq edilmişdir.

32. Kollegiya digər dəlili əsaslı hesab etməyərək qeyd etmişdir ki, həmin məsələyə artıq Azərbaycan Respublikasının Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2023-cü il 13 dekabr tarixli 2(102)-4650/2023 nömrəli qərarı ilə qiymət verilmiş, hazırkı mübahisəyə baxılmasında Bakı Kommersiya Məhkəməsinin səlahiyyətli olduğu müəyyən edilmişdir.

33. Belə olan halda məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olsa da, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Rusiya Federasiyası Mülki Məcəlləsinin 10, 309, 329, 807-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

35. Cavabdeh A.Yusif zadə kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsi üzrə Apellyasiya instansiyası məhkəm əsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə qərar qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

37. MM-in 442-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində ehtimallara əsaslanmış, nəticədə onun Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ pozulmuşdu r. Belə ki, tərəfimizdən məhkəmə qətnaməsində qeyd olunan müqavilə üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. Belə ki, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli Qərarı üzrə - Məhkəmə tərəfindən işə baxılarkən cavabdehin şikayət ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmişdir. Məhkəmə isə qətnaməsində bu kimi hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə Bakı Kommersiya Məhkəməsinin müəyyən etdiyi halları təkrarlayaraq demək olar ki, eyni məzmunlu qətnamə qəbul etmişdir. 2018-ci il 23 may tarixli “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi” və “X7” hər iki saziş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əqdlərdir. Hər iki sazişin 3.4 cü bəndlərinə əsasən sazişlər Rusiya Federasiyası qanunvericiliyinə tabedir. Həmin Sazişlərin 3.5-ci bəndlərinə əsasən Sazişin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi, onların etibarlılığı ilə bağlı mübahisələrin yarandığı təqdirdə belə mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun baxılmalıdır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli Qərarı üzrə - Məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirməmişdir. Belə olan halda isə işdə cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan h üquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdeh, saziş üzrə icrasına məsul olduğu işləri – sakinlərin köçürülməsi, texniki şərtlərin alınması, tikinti və maliyyələşdirmə kimi öhdəlikləri yerinə yetirməmiş və bunu təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən cavabdeh həmin vəsaiti mənimsəmiş və əsassız varlanmış hesab edilməlidir. Həmçinin, cavabdehlərin iddia etdiyi kimi, yalnız iddiaçının dəlillərinə əsasən qərar çıxarılması baş verməmiş, əksinə, cavabdeh özü saziş üzrə icranı təs diq edən heç bir sənəd təqdim etməmişdir.

41. Cavabdehlərin sazişlərin Rusiya hüququna tabe olması arqumentinə cavab olaraq etirazda qeyd olunur ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun tələblərinə əsasən müvafiq ölkə hüququnun tətbiqi üçün məhkəmə zəruri tədbirlər görmüş, Rusiya Federasiyasına sorğular göndərmiş, lakin cavab gəlmədiyi üçün Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan qanunvericiliyi tətbiq edilmişdir. Bundan başqa, Ali Məhkəmənin 2023-cü il 13 dekabr tarixli qərarı ilə Azərbaycan məhkəmələrinin səlahiyyəti tanınmışdır. Kassasiya baxışının hədləri

42. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

43. Kassasiya instansi yası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğin in ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə

739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır....” “Maddə

740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğ də faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir....” 45. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Qanununun “Maddə

1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə

2. Xarici hüququn məzmununun müəyyən olunması 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.” “Maddə

25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olundu ğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının; 25.1.2. bağışlama müqaviləsində - hədiyyə edənin; 25.1.3. əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya kirayəçinin; 25.1.4. əvəzsiz istifadə müqaviləsində - əvəzsiz istifadəyə verən şəxsin; 25.1.5. borc müqaviləsində - borc verənin; 25.1.6. podrat müqaviləsində - podratçının; 25.1.7. tapşırıq müqaviləsində - vəkaləti alanın; 25.1.8. komissiya müqaviləsində - komisyonçunun; 25.1.9. saxlama müqaviləsində - saxlayıcının; 25.1.10. daşıma müqaviləsində - daşıyıcının; 25.1.11. sığorta müqaviləsində - sığortaçının; 25.1.12. girov müqaviləsində - girov qoyanın; 25.1.13. zaminlik müqaviləsində - zaminin; 25.1.14. qarantiya müqaviləsində - qarantın....”

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir....”

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

28. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin iştirak etdiyi işlərin aidiyyəti Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nə zərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikd irlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” “Maddə

443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Re spublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;...” “Maddə

450. Müqavilə aidiyyəti 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır....”

48. Rusiya Federasiyası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 10-cu maddəyə əsasən, mülki hüquqların yalnız başqa şəxsə zərər vurmaq niyyəti ilə həyata keçirilməsinə, qanunsuz məqsədlə qanundan yayınma hərəkətlərinə, habelə vətəndaş hüquqlar ının qəsdən vicdansızlıqla həyata keçirilməsinə (qanundan sui-istifadə) yol verilmir. Mülki hüquqlardan rəqabəti məhdudlaşdırmaq üçün istifadəyə, habelə bazarda hökmranlıq mövqeyindən sui-istifadəyə yol verilmir. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş tələblərə əməl edilmədikdə, məhkəmə, arbitraj məhkəməsi və ya arbitraj məhkəməsi yol verilmiş sui-istifadənin xarakterini və nəticələrini nəzərə alaraq, şəxsin hüquqlarının müdafiəsini bütövlükdə rədd edir və ya qismən, habelə qanunla nəzərdə tutulmuş digər tədbirləri tətbiq edir. Hüquqdan sui-istifadə qanunsuz məqsədlə qanundan yayınmaqla hərəkətlərin edilməsində ifadə olunduqda, bu Məcəllə ilə belə hərəkətlərin başqa nəticələri müəyyən edilmədiyi üçün bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr tətbiq edilir. Hüquqdan sui-istif adə başqa şəxsin hüququnun pozulması ilə nəticələnibsə, həmin şəxs bunun nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. 309-cu maddəyə əsasən, öhdəliklər öhdəliyin şərtlərinə və qanunun, digər hüquqi aktların tələblərinə uyğun olaraq lazımi qaydada, belə şərtlər və tələblər olmadıqda isə gömrük və ya adətən qoyulan digər tələblərə uyğun yerinə yetirilməlidir. Əqdin şərtləri, tərəflərin öhdəliyin informasiya texnologiyalarından istifadə etməklə yerinə yetirilməsinə yönəlmiş ayrıca ifadə edilmiş əlavə iradəsi olmadan müəyyən hallar baş verdikdə ondan irəli gələn öhdəliklərin onun tərəfləri tərəfindən yerinə yetirilməsini təmin edə bilər. 329-cu maddəyə əsasən, öhdəliklərin yerinə yetirilməsi cərimə, girov, borclunun əmlakının saxlanması, zaminlik, müstəqil zəmanət, de pozit, girov qoyulması və qanunla və ya müqavilədə nəzərdə tutulmuş digər üsullarla təmin edilə bilər. Öhdəliyin yerinə yetirilməsini təmin edən müqavilənin etibarsızlığı əsas öhdəliyin yarandığı müqavilənin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin yarandığı müqavilə etibarsız olduqda, əsas öhdəlik üzrə alınmış əmlakın qaytarılması ilə bağlı belə etibarsızlığın nəticələri ilə bağlı öhdəliklər təmin edilmiş sayılır. Əsas öhdəliyə xitam verilməsi, qanunla və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onu təmin edən öhdəliyə xitam verilməsinə səbəb olur. 807-ci maddəyə əsasən, borc müqaviləsinə əsasən, bir tərəf (borc verən) pulun, ümumi xüsusiyyətləri ilə müəyyən edilmiş əşyaların və ya qiymətli kağızların mülkiyyət hüququnu digər tərəfə (borcalana) verir və ya verməyi öhdəsinə götürür, borcalan isə borc verənə eyni miqdarda pul (kredit məbləği) və ya onun aldığı eyni sayda və eyni növdə olan əşyalar və ya eyni qiymətli kağızlar qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsində borc verən şəxs vətəndaşdırsa, kredit məbləği və ya kredit müqaviləsinin digər predmeti borcalana və ya onun göstərdiyi şəxsə verildiyi andan müqavilə bağlanmış hesab olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

50. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, A.Yusif zadə iddiaçı qarşısında 2018-ci il 23 may tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi ilə yaşayış kompleksinin tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq tikintisinin başa çatdırılmas ını, binanın istismara verilməsini öhdəsinə götürmüşdür. 2018-ci il 23 may tarixli X7 ilə iddiaçı (borcverən) A.Yusif zadəyə (borcalana) 1.225.000 manat məbləğində faizsiz borc vermişdir. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Lakin tərəfdaşlıq müqaviləsi icra olunmamış və müddəti bitmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, borc müqaviləsinə əsasən müəyyən olunmuş məbləğin tələb edilməsi hüququ yaranmışdır.

51. Kassator hesab edir ki, müqavilənin müvafiq şərtinə uyğun olaraq hazırkı mübahisəyə Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun baxılmalıdır.

52. Cavabdehin eyniməzmunlu dəlilləri üzrə məhkəmənin mövqeyi öz əksini müba hisələndirilən qətnamədə tapmışdır.

53. Belə ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri qismən, tətbiq edilməli olan qanunvericilik hissəsində əsaslı hesab edərək hazırkı mübahisəyə tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən Rusiya Federasiyası Mülki Məcəlləsinin müvafiq maddələrini tətbiq etmiş, tətbiq edilmiş normalara əsasən cavabdehin iddiaçıya müqavilə üzrə ödənilməmiş borcunu qaytarmalı, üzərinə düşən öhdəliyi yerinə yetirməli olduğu qənaətinə gəlmiş, eləcə də maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, yeni qətnamə qəbul etmiş və iddianı qismən təmin etmişdir.

54. Kassator isə Rusiya qanunvericiliyi tətbiq olunarkən konkret olaraq hansı maddi hüquq pozuntularına yol verildiyini tutarlı dəlillə rlə əsaslandıra bilmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır. Belə ki, MPM-in 416.1-ci maddəsinin (bax § 47) də tələbləri ondan ibarətdir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Həmçinin apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə Rusiya Federasiyasının məhkəmə aidiyyəti qaydalarına uyğun baxılmalı olmasına dair dəlili əsaslı hesab etməyərək göstərmişdir ki, həmin məsələyə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2023-cü il 13 dekabr tarixli 2(102)-4 650/2023 nömrəli qərarı ilə qiymət verilmiş, hazırkı mübahisəyə baxılmasında Bakı Kommersiya Məhkəməsinin səlahiyyətli olduğu müəyyən edilmişdir.

56. Kassator məhkəmənin bu mövqeyini də hər hansı konkret dəlillə tutarlı şəkildə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası məhkəmənin həmin nəticəsini də qanuni və əsaslı hesab edir.

57. Cavabdeh tərəfindən mübahisəli müqavilə üzrə mütəmadi olaraq ödənişlər edilməsinə, lakin məhkəmə araşdırması zamanı bu faktın qiymətləndirilməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, bununla bağlı cavabdeh tərəfindən MPM-in 77.1-ci maddəsinin tələblərinə (bax § 47) uyğun olaraq işə baxan məhkəmələrə hər hansı tutarlı dəlil-sübut təqdim edilməsi iş materiallarından görünmür.

58. Bu səbəbdən də məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən müəyyən edilmi ş hallarına istinadən, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığının, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktının aydınlaşdırılmamasına dair dəlilləri də əsassız hesab edir. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, 2018-ci il 23 may tarixli X7 üzrə 1.225.000 manat məbləğində pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır.

59. Apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində ehtimallara əsaslanmasına, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə qərar qəbul etməsinə, işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamasına, maddi hüquq normalarını düzgün tətbiq etməməklə yanaşı ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsas ında düzgün olaraq həyata keçirməməsinə, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməməsinə, cavabdehin şikayət ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verməməsinə dair dəlillər isə bilavasitə işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə təkzib edildiyindən, yalnız ümumi xarakterli ifadələrlə göstərildiyindən, tutarlı şəkildə konkret əsaslandırılmadığından və ümumiyyətlə cavabdehin əməkdaşlıq sazişi üzrə daşıdığı öhdəliklərin icrası istiqamətində görülmüş işlərə dair MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq işə baxan məhkəmələrə tutarlı dəlil-sübut təqdim edilməsi iş materiallarından görünmədiyindən məhkəmə kollegiyası həmin dəlillər üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 47) uyğun olan qətnamə qəbul etmişdir.

61. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(103)-56/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 22(103)-56/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar