Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-276/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı ləğv prosesində olan“ İddiaçı”ASC-nin (ləğvedicisi X1) Cavabdeh1 müəssisəsi və digərlərinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-276/19 Bakı şəhəri 21 avqust 2019-cu il 21.08.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı ləğv prosesində olan İddiaçıASCnin vəkili XXXun iştirakları ilə, Cavabdeh1 direktoru XXX Cavabdeh1yev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-2( 103)-41/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ləğv prosesində olan“ İddiaçı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1nə, XXXa və Cavabdeh3 MMC-yə (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - Cavabdeh1 ilə bağlanmış 09 iyul 2013-cü il tarixli, 62AV/F20-13 saylı kredit müqaviləsinə əsasən, 04 yanvar 2018-ci il tarixə əsas borc üzrə 74.418,89 manat, faiz borcu üzrə 24.456,99 manat, cərimə üzrə 2.072,90 manat olmaqla, cəmi 100.948,78 manat; - 17 yanvar 2013-cü il tarixli, 42AV/F20-13 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 26.079,74 manat, faiz üzrə 12.908,65 manat, cərimə üzrə 1.435,19 manat olmaqla, cəmi 40.423,58 man at; - 29 mart 2013-cü il tarixli, 45AV/F20-13 saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 141.129,43 manat, faiz üzrə 64.754,03 manat, cərimə üzrə 5.567,76 manat olmaqla, cəmi 211.451,22 manat; - 25 sentyabr 2012-ci il tarixli, 33AV/F20-12 saylı kredit müqavilsinə əsasən, əsas borc üzrə 57.891,04 manat, faiz borcu üzrə 28.656,80 manat, cərimə üzrə 3.577,68 manat olmaqla, cəmi 90.125,52 manat məbləğlərin; - iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqının; iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan cavabdehə məxsus ** ZC ***, ** ZC ***, ** ZC ***, ** ZC ***, ** JH ***, ** JH ***, ** JH ***, ** JH ***, ** TG ***, ** TG *** dövlət qeydiyyat nişanlı “İsuzu Ecobus” markalı avtobuslara yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-2(82)306/2018 saylı qətnaməsi ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-2(103)-41/2019 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya insta nsiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında 24 sentyabr 2012-ci il tarixli, 33AV/F20-12 saylı (97200 manat, 20%); 17 yanvar 2013-cü il tarixli, 42AV/F20-13 saylı (51900 manat, 20 %lə, 17 avqust 2018-ci il tarixədək); 29 mart 2013-cü il tarixli, 45AV/F20-13 saylı (156.750 manat kredit, 18%-lə 48 ay müddətinə) və 09 iyul 2013-cü il tarixli, 62AV/F20-13 saylı (194.400 ABŞ dolları, 20%-lə 48 ay müddətinə) kredit müqavilələri bağlanmışdır. Kreditlərin təyinatı kimi “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobuslarının alınması göstərilmişdir. 09 iyul 2013-cü il tarixli girov müqaviləsi və 22 aprel 2015-ci il tarixli avtomobil ipotekası müqaviləsindən görünür ki, 09 iyul 2013-cü il tarixli, 62AV/F20-13 sayl ı kredit müqaviləsinin təminatı olaraq kredit vəsaiti hesabına alınmış və fərdi sahibkar X2 (VÖEN **********) mülkiyyətində olan 4 ədəd “İsuzu Ecobus” markalı ** ZC ***, ** ZC ***, ** ZC *** və ** ZC *** dövlət qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü edilmişdir. 17 yanvar 2013-cü il tarixli girov müqaviləsindən və 22 aprel 2015-ci il tarixli, 42/İP/F20-13/15 saylı avtomobil ipotekası müqaviləsindən görünür ki, 17 yanvar 2013-cü il tarixli, 42AV/F20-13 saylı 51900 manat kredit müqaviləsinin təminatı olaraq “İsuzu Ecobus” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtobus ipoteka ilə yüklü edilmişdir. 29 mart 2013-cü il tarixli girov müqaviləsindən görünür ki, 29 mart 2013-cü il tarixli, 45AV/F20-13 saylı kredit müqaviləsinin təminatı kimi “İsuzu Ecobus” markalı ** JV ***, ** JV *** v ə ** JV *** saylı qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü edilmişdir. 22 aprel 2015-ci il tarixli avtomobil ipotekası müqaviləsindən göürünür ki, 29 mart 2013-cü il tarixli, 45AV/F20-13 saylı kredit müqaviləsinin təminatı kimi “İsuzu Ecobus” markalı ** JH ***, ** JH *** və ** JH *** saylı dövlət qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü edilmişdir. 24 sentyabr 2012-ci il tarixli girov müqaviləsinə əsasən, 24 sentyabr 2012-ci il tarixli, 33AV/F20-12 saylı girov müqaviləsinin təminatı olaraq hazırda Cavabdeh3 MMC-nin mülkiyyətində olan “İsuzu Ecobus” markalı ** JH *** (köhnə nömrə ** TG ***), ** JH *** (köhnə nömrə ** TG ***) dövlət qeydiyyat nişanlı avtobuslar ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələri dövlət qeydiyyatına alınmışdır. 08 yanvar 2018-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin 04 yanvar 2018-ci il tarixinə 17 yanvar 2013-cü il tarixli, 42AV/F20-13 saylı 51900 manat kredit müqaviləsi üzrə 26.079,74 manat əsas borcu, 12.908,65 manat faiz borcu, 1.435,19 manat cərimə borcu olmaqla, cəmi 40.423,58 manat; 29 mart 2013-cü il tarixli, 42AV/F2013 saylı kredit müqaviləsi üzrə 141.129,43 manat əsas borc, 64.754,03 manat faiz borcu, 5.567,76 manat cərimə borcu olmaqla, cəmi 211.451,22 manat; 25 sentyabr 2012-ci il tarixli, 33AV/F20-12 saylı kredit müqaviləsinə əsasən, 57.891,04 manat əsas borc, 28.656,80 manat faiz borcu, 3.577,68 manat cərimə borcu olmaqla, cəmi 90.125,52 manat kredit borcu olmuşdur. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh kredit borclarının tam ödənildiyini qeyd ets ə də, ididaçıya edilmiş ödənişlərə dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçıdan müqavilələrə əsasən kredit vəsaitlərini aldığından, onları təyinatı üzrə istifadə etdiyindən və həmin kreditlər üzrə qalıq borclar ödənilmədiyindən iddia tələbinin təmin edilməməsi üçün heç bir əsas olmamışdır. Məhkəmə kollegiyası həmçinin, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 11 oktyabr 2018-ci il tarixli məktubunu cavabdeh tərəfindən kredit borcunun ödənildiyini təsdiq edən sübut olaraq qəbul etməmişdir. Belə ki, həmin məktubda bankın keçmiş səhmdarı A.Məmmədov tərəfindən bankın depozit və cari hesablarından qanunsuz olaraq götürülərək istifadə edilmiş vəsaitə görə depozit və cari hesab sahiblərinə dəymiş ziyanın əmlak formasında ödənildiyi qeyd olunmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 269, 271, 307, 386, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, müəssisə iddiaçıya olan kredit borclarını müəssisəyə yaxın partnyor şirkətlərin depozit hesabları vasitəsi ilə ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsində İddiaçı ASC-də olan qanun pozuntuları faktlarına görə Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2-ci maddələri ilə ********* saylı cinayət işi istintaq olunmuşdur. İstintaq dövründə 2009-2012-ci illərdə bankın cari və depozit hesablarında olan vəsaitin istifadə ilə əlaqədar vurulmuş ziyan, habelə həmin dövrdə verilmiş kreditlər banka tam ödənilmişdir. Həmin ödənilmiş vəsaitlərə müəssisə tərəfindən götürülmüş kredit borcları da daxildir. Borcun ödənilməsi barədə rəsmi məlumat əldə olunması üçün müəssisə məhkəmə qarşısında vəsatət qaldırmış, apellyasiya məhkəməsi vəsatəti təmin edərək Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu göndərsə də, həmin sorğunun cavabını gözləmədən ziddiyyətli qətnamə qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın qanuni əsasları düzgün müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin nəticəsinə görə, cavabdeh iddiaçıdan müqavilələrə əsasən kredit vəsaitlərini aldığından, onları təyinatı üzrə istifadə etdiyindən və həmin kreditlər üzrə qalıq borclar ödənilmədiyindən iddia təl əbi əsaslı hesab olunmalıdır. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, iddiaçıya olan kredit borcları müəssisəyə yaxın partnyor şirkətlərin depozit hesabları vasitəsi ilə ödənilmiş və bu barədə müvafiq sübut kimi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin məlumatına istinad edilmişdir. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə): - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 740.2-ci maddəinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddələrin tələblərinə görə, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ digər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəsini daşıyır. Belə müqavilənin işt irakçıları hüquqi şəxs olduqda, müqavilənin yazılı formada bağlanması imperativ qaydada müəyyən olunmuşdur. İşin hallarından göründüyü kimi, tərəflər arasında müxtəlif vaxtlarda kredit müqavilələri bağlanmış və onlara əsasən tərəflərin kredit müavilələrindən irəli gələn münasibətlərin yaranması mübahisə olunmamışdır. Mübahisəli hal həmin kredit müqavilələri üzrə yaranmış borcun cavabdeh tərəfindən ödənilməsi və bu halın sübutu kimi müvafiq sənədlərin təqdim edilməsi ilə bağldıır. Belə ki, cavabdehin istinadına görə, onun borcu digər şəxs tərəfindən ödənilmişdir. Mülki Məcəllənin: - 971.3-cü maddəsinə əsasən, nağdsız hesablaşmalar banklar, müvafiq hesabların açıldığı başqa kredit təşkilatları (bundan sonrabanklar) və poçt rabitəsinin milli operatoru vasitəsi ilə aparılır, bu şərtlə ki, hesa blaşmaların istifadə edilən forması ilə ayrı qayda şərtləşdirilməsin; - 972.1-ci maddəsinə əsasən, nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir; - 972.2-cü maddəsinə əsasən, müqavilə üzrə tərəflərin bu Məcəllənin 972.1-ci maddəsində göstərilmiş hesablaşma formalarından hər hansı birini seçmək və müqavilədə müəyyənləşdirmək hüququ vardır. Maddələrin tələblərindən göründüyü kimi, nağdsız hesablaşmaların aparııması zamanı qanunla müəyyən edilmiş formalara riayət edilməsi zəruridi r. Nağdsız hesablaşmalar ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalarla, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində aparıla bilər ki, bu əməliyyatların həyata keçirilməsi müvafiq qaydada tərtib edilmiş rəsmi sədlərlə öz təsdiqini tapmalıdır. Eyni zamanada Azərbaycan Respublikası Milli X3 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən № 2825 qeydə alınmış “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6-cı bəndində nağd pulu mədaxil etmək üçün kredit təşkilatlarında yaradılan kassalardan istifadə edilməklə müvafiq sənədlərin tərtib edilməsi qaydaları müəyyən edilmişdir. Maddələrin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəf istinad etdiyi hala dair, yəni onun borcunun ödənilməsinə dair hər hansı bir sənədləri təqdim etməmişdir. Qeyd edilmiş hala münasibətdə apellyasiya məhkəməsi əsaslı olaraq prosessual qanunvericiliyin tələblərinə istinad etmişdir. Belə ki. Azərbaycan Respublikası MPM-nin 81ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddələrin tələblərinin mübahisəli hala münasibətdə tətbiq onu ehtiva edir ki, əgər cavabdeh müvafiq məbləğin banka olan borcun ödənilməsi halına əsaslanmışdırsa, həmin məbləğin bankın hesabına nağd və ya nağdsız qaydada ödənilməsinə dair yalnız qanunla müəyyən edilmiş qaydada tərtib edilməli olan sənədlərə sübut kimi istinad etməlidir. Halbuki, iddia tələbi ilə müəyyən edilmiş məbləğlərin ödənilməsinə dair cavabdeh hər hansı sübutları təqdim etməmişdir. Kassasiya şikayətində bildirilmiş dəlilə münasibətdə cavabdeh Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Lakin bu maddənin tələblərinin hansı hala münasibətdə tətbiq edilməli olduğu əsaslandırılmamışdır, çünki mübahisəyə aid olan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı təqd im olunmamışdır. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlumatına münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, ilk olaraq həmin məlumat prosessual qanunveriliyin yuxarıda əks olunmuş tələbləri baxımından məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü və ya cinayət təqibi üzrə qüvvəyə minmiş qərarını ehtiva etmir. Digər tərəfdən, həmin məlumatdan da göründüyü kimi, cinayət işin istintaqı çərçivəsində yalnız bankda depozit və cari hesabları olan şəxslərə dəymiş ziyan ödənilmişdir ki, bu məlumat cavabdehin bankda olan borcunun ödənilməsi anlamını yaratmır. Habelə, həmin məktubda cavabdehin istinad etdiyi kimi, onun kredit borcunun ödənilməsi barədə hər hansı bir ifadə də əks olunmamışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 direktoru XXX Cavabdeh1yev tər əfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2019-cu il tarixli, 2-2(103)-41/2019 saylı qətnaməsi dəyişdirilmıdən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-276/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-276/2019
21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver