Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-276/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1rşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Q Ə R A R DAD Açar sözlər: iddiaçının iddiadan imtina etməsi və həmin iş üzrə icraata xitam verilməsi işdə iştirak edən digər şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 vəkili Vəkil iştirakı ilə, cavabdeh Azərbaycan Respubl ikası Səhiyyə Nazirliyinin X5 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli 2-2(103)-162/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X5 ilə (bundan sonra-X5) İddiaçı MMC (bundan sonra-MMC) arasında 2016-cı il 5 aprel tarixində C095-S-PCC16 saylı avtomobillərə texniki xidmət və təmiri haqqında müqavilə bağlanmışdır.
2. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra olunmuş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin 5.7-ci bəndində sifarişçi nin xidmətin dəyərini avtomobili TXSdan təhvil götürdüyü zaman nağd şəkildə və ya icraçı tərəfindən hesab fakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 təqvim günü ərzində nağd və köçürmə yolu ilə icraçının hesablaşma hesabına ödəməli olması göstərilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur. 4. 2018-ci il 2 noyabr tarixli qarşılıqlı borcların üzləşmə aktına əsasən X3 MMC-ə 2018-ci il 2 noyabr tarixinə olan borcu 30.668,32 manat təşkil edir.
5. MMC tərəfindən 2018-ci il 18 dekabr tarixli, EAAO seriyalı, 487495 saylı elektron qaimə tərtib olunaraq cavabdeh X2 558.41 manat məbləğində xidmət haqqının ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən qanunla müəyyən olunmuş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından el ektron qaimə sistem tərəfindən təsdiqlənmiş və 2018-ci il 25 dekabr tarixli, HW seriyalı, 468090 saylı elektron vergi hesab-fakturası tərtib edilərək cavabdehə təqdim olunmuşdur.
6. MMC 2019-cu il 15 avqust tarixli pretenziya qaydasında məktubla X4 müraciət edərək, müqavilə üzrə yaranmış 12.068,04 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, borcun ödənilməsi təmin olunmadığından iddiaçı 2019-cu il 15 oktyabr tarixində hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdeh X1rşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək ƏDV daxil olmaqla 12.068,04 manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 3.620 manat məbləğində dəbbə pul u və 30 manat məbləğində dövlət rüsumu olmaqla 15.718,04 manat məbləğində pulun X2 tutularaq MMC-ə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, avtomobillərin texniki xidməti və təmiri üzrə 2016-cı il 5 aprel tarixli, C-095-S-PCC-16 saylı müqaviləyə əsasən MMC tərəfindən X3 avtomobillərinə texniki və təmir xidmətləri göstərmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron vergi-hesab fakturaları və zəruri olan digər sənədlər tərtib olunaraq cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuş, lakin cavabdeh 2018-ci ildə göstərilən bəzi xidmətlərin haqqını ödəməmişdir. Hazırda texniki və təmir xidmətlərinə görə cavabdehin MMC-ə ƏDV daxil olmaqla 12.068,04 manat məbləğində borcu ya ranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar olunmasına baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra MMC 2019-cu il 15 avqust tarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmiş, lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmiş və ödəməkdən imtina edir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Avtomobillərin texniki xidməti və təmiri üzrə 2016-cı il 5 aprel tarixli, C-095-S-PCC-16 saylı müqavilənin 5.9cu maddəsinə əsasən “Sifarişçi” xidmət haqqının ödənilməsini gecikdirirsə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödəniləcək məb ləğin 30%-dən artıq ola bilməz. Cavabdeh göstərilmiş xidmətlərin dəyəri olan 12.068,04 manat məbləğində pulun ödənişini uzun müddət gecikdirmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 5 dekabr tarixli, e-2-2(82)1146/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh X2 12.068,04 manat məbləğində əsas borc, 1.000 manat məbləğində cərimə, cəmi 13.068,04 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı MMC-ə ödənilmiş, qalan hissədə iddia rədd edilmişdir (hakim Leyla Əliyeva).
10. Məhkəmə hesab etmişdir ki, məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini –12.068,04 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə o lan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 12.068,04 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə daha sonra bildirmişdir ki, cavabdeh X3 avtomobillərin texniki xidməti və təmiri müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən olunduğundan və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra olunmasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb oluna n dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1.000 manat məbləğində müəyyən olunmalıdır.
12. Həmin məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 385.1, 442, 443.1, 448.1, 462.1, 467-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 119.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
13. Cavabdeh X5 həmin qətnamədən 2020-ci il 23 yanvar tarixində apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli 2-2(103)-162/2020 saylı qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti təmin e dilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1146/2019 saylı, 2019-cu il 5 dekabr tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Vüsalə Baxışova, hakimlər – İlham Əhmədov və Cahangir Yusifov).
15. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§10-11).
16. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 467-ci maddələrinə və MPM-in 77.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Məhkəmənin qətnaməsi MMC-ə 2020-ci il 17 mart tarixində, X4 isə 2020-ci il 12 mart tarixində göndərilmiş və cavabdehin kassasiya şikayəti 2020-ci il 11 may tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 18. 2020-ci il 4 mart tarixində məhkəmə iclasına cavabdehin nümayəndəsinin gəlməsinə baxmayaraq başqa bir prosesin olduğu bildirilmiş, nümayəndə məhkəmə iclas zalına buraxılmamış, gözlənilməli olduğu bildirilmiş, məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 məhkəmə iclaslarında iştirakı təmin olunmamışdır.
19. Cavabdehə vaxtında məhkəmənin vaxtı və yeri barədə məlumat təqdim edilməmişdir.
20. Məhkəmə çəkişmə prinsipini pozmaqla yanaşı, X3 özünümüdafiə hüququnu pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili MPM -in 262.4-cü maddəsinndə nəzərdə tutulan şərtlərin ona aydın olduğunu bildirmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsini n maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və y a hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir....”. Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazi şi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyy ən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
25. İddiaçı MMC-in cavabdeh X1rşı pul məbləğinin tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli, 2-2(103)162/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması 2020-ci il 9 sentyabr tarixinə təyin olunmuşdur.
26. İlk məhkəmə baxışı zamanı cavabdehin vəkili Vəkil tərəflər arasında barışıq əldə olunması üçün danışıqlar getdiyini, ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. 27. 2020-ci il 16 sentyabr tarixində keçirilmiş məhkəmə iclasında cavabdehin MMC ilə bağlanmış 2016-cı il 5 aprel tarixində C095-S-PCC16 saylı avtomobillərə texni ki xidmət və təmiri haqqında müqaviləyə əsasən qalan pul məbləğini ödədiyi müəyyən olunmuşdur.
28. Bununla əlaqədar olaraq iddiaçı MMC tərəfindən ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur.
29. Ərizədə qeyd olunur ki, icraatınızda ƏDV daxil olmaqla 12.068,04 manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 3.620 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla 15.718,04 manat məbləğində pulun X2 tutularaq MMC-ə ödənilməsi haqqında 2-2(102)-276/2020 saylı iş vardır, lakin Bakı Apellyasiya Məhkəməsində qətnamə çıxdıqdan sonra cavabdeh MMC-ə olan bütün borcunu tam şəkildə ödəmişdir. MMC-in cavabdehə qarşı heç bir tələbi qalmadığından iddiadan imtina edilir. İddiadan imtina ediləcəyi təqdirdə bu məsələ ilə bağlı bir daha məhkəməyə müraciət edə bilməyəcəyimiz haqqında MPM-in müddəaları bizə məlumdur.
30. MPM-in 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.
31. Məhkəmə kollegiyası hesab edir ki, MMC ilə X5 arasında bağlanmış 2016-cı il 5 aprel tarixində C095-S-PCC16 saylı avtomobillərə texniki xidmət və təmiri haqqında müqaviləyə əsasən iddiaçının iddiadan imtina etməsi və həmin iş üzrə icraata xitam verilməsi işdə iştirak edən digər şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd deyil.
32. Bununla əlaqədar olaraq MMC ilə X5 arasında bağlanmış 2016-cı il 5 aprel tarixində C095-S-PCC16 saylı avtomobillərə texniki xidmət və təmiri haqqında müqaviləyə əsasən ƏDV daxil olmaqla 12.068,04 manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 3.620 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla 15.718,04 manat məbləğində pulun X2 tutularaq MMC-ə ödənilməsi tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə iddiaçının iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli 2-2(103)-162/2020 saylı qətnaməsi ləğv edilməli,MPMin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 4 mart tarixli 22(103)-162/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC tərəfindən verilmiş ərizə təmin olunsun. İddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iddiaçı MMC ilə X5 arasında bağlanmış 2016-cı il 5 aprel tarixində C095-S-PCC16 saylı avtomobillərə texniki xidmət və təmiri haqqında müqaviləyə əsasən ƏDV daxil olmaqla 12.068,04 manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 3.620 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla 15.718,04 manat məbləğində pulun X2 tutularaq MMC-ə ödənilməsi tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə icraata xitam verilsin.