Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-276/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyası İddiaçının cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə iddiaçının cavabdehə qarşı kredit və faktorinq üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 23 aprel tarixli, e-2-2(119)-433/2021 qərardadından cavabdehin şikay ətinə əsasən işə baxaraq Müəyyən etdi: 1.İddiaçı cavabdehə qarşı kredit və faktorinq üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Cavabdeh məhkəməyə ərizə verərək, hazırkı işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılması üçün aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ASC tərəfindən iddia tələbi irəli sürülərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Bu işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmamalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan yaşayış evinə ipoteka müqaviləsindən meydana gələn tələbin irəli sürülməsi cavabde hin kommersiya fəaliyyəti ilə əlaqədar olmayan tələbidir. Bu kimi tələblərə kommersiya məhkəmələrində baxılmamalıdır. Cavabdehin mülkiyyətində olan yaşayış evi Abşeron rayonu ərazisində olduğundan və işə mülki icraatda ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan, mülki iş məhkəmə aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməlidir. 4.Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 23 aprel tarixli, e-2-2(119)433/2021 qərardadı ilə cavabdehin işin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim – Z.Məmmədov). 5.Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, 19.04.2019-cu il tarixli xxx1 nömrəli bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusundan ibarət müqaviləyə (fərdi sahibkar üçün), 0 8.08.2019-cu il tarixli xxx2 nömrəli kredit limiti müqaviləsinə, 26.04.2019-cu il tarixli xxx3 nömrəli faktorinq müqaviləsinə görə həmin müqavilələr fərdi sahibkar kimi qeydiyyatdan keçmiş cavabdeh ilə iddiaçı arasında bağlanmışdır. 6.İddiaçı hüquqi şəxs, cavabdeh isə vergi ödəyicisi kimi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir və mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə olan halda, hazırkı işə məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. 7.İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, Sumqayıt K ommersiya Məhkəməsinin 2021-ci il 23 aprel tarixli, e-2-2(119)-433/2021 qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehin şikayəti təmin olunmamalıdır.
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
9. Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
10. Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələri nə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
11. Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
12. Cavabdeh şikayətində iddia tələbi mülkiyyətində olan yaşayış evi üzərində ipoteka müqaviləsindən irəli gəldiyindən və onun kommersiya fəaliyyəti ilə əlaqədar olmadığından, hazırkı mübahisəyə məhz rayon məhkəməsində baxılmalı olduğu qeyd edilmişdir.
13. Həmin dəlillərlə razılaşmayan qarışıq məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə yalnız ipoteka müqaviləsi üzrə hüquq münasibətlə rindən deyil, həmçinin əsas tələb olaraq kredit və faktorinq müqavilələri üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbindən ibarətdir ki, burada əsas tələb kredit və faktorinq üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehdən tutulmasıdır ki, bu hal da mövcud mübahisənin məhz tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yarandığını təsdiq edir, bundan əlavə iddiaçı hüquqi şəxsdir, cavabdeh isə sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs – vergi ödəyicisi kimi ********** nömrəli VÖEN-lə qeydə alınmışdır. Beləliklə, mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, işə məhkəmə aidiyyəti üzrə məhz Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə tərkibi bu zaman onu da nəzərə alır ki, tərəflər arasında imzalanmış 08 avqust 2019-cu il tarixli, 10.000.000,0 manat məbləğində kredit limiti müqaviləsi müxtəlif məhsulların və ticarətin maliyyələşdirilməsi məqsədi ilə bağlanmışdır ki, bu halın mövcudluğu da hazırkı mübahisənin məhz tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini təsdiq edir.
14. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.6-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübah isələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. 16. 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 17. 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 403-1.8.2. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər.
18. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 23 aprel tarixli, e-2-2(119)-433/2021 qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehin şikayəti təmin olunmamalıdır.
19. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24 - 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Qərara aldı:
20. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 23 aprel tarixli, e-2-2(119)433/2021 qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdehin şikayəti təmin edilməsin. Qə