Məhkəmə qərarları › İş №2-2(102)-276/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-276/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-276/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı “Ləğv prosesində olan ASC Ləğvedicisinin Cavabdehə firmasına qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətin Ləğvedicisinin Cavabdehə firmasına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1253/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra-“ASC”) ilə Cavabdeh firması (bundan sonra-“cavabdeh”) arasında 2008-ci il 4 sentyabr tarixli 03 saylı kredit müqaviləsi(bundan sonra - "kredit müqaviləsi") bağlanmışdır. Müqaviləyə əsasən Firmaya 500.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit müqaviləsinin müddəti 6 ay, illik faiz isə 17% müəyyən edilmişdir. 2. 3 saylı kredit müqaviləsinə 2009-cu il 16 mart tarixli, 1 saylı əlavəyə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 2009-cu il 25 may tarixə qədər uzadılmışdır. 3. 3 saylı kredit müqaviləsinə 2009-cu il 8 aprel tarixli 2 saylı əlavədə göstərilmişdir ki, 3 saylı kredit müqaviləsinin 1.1-ci bəndin ə əsasən 17% əvəzinə 7% hesabı ilə hesablanması əlavə olunmuşdur. 4. 3 saylı kredit müqaviləsinə 2009-cu il 10 iyun tarixli, 3 saylı əlavəyə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin ödənilmə vaxtı 2009-cu il 2 sentyabr tarixinə kimi uzadılmışdır. 5. 3 saylı kredit müqaviləsinə 2009-cu il 10 sentyabr tarixli, 4 saylı əlavəyə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin ödənilmə vaxtı 2009-cu il 2 dekabr tarixinə kimi, 2009-cu il 26 noyabr tarixli, 5 saylı əlavə ilə 2010-cu il 2 mart tarixinə kimi və 2010-cu il 26 aprel tarixli, 6 saylı əlavə ilə 2010-cu il 23 iyul tarixinə kimi uzadılmışdır.

6. Borclu Firmanın 3 nömrəli kredit müqaviləsinə əsasən 2017-ci il 7 sentyabr tarixinədək hesablanmış əsas borc və faiz borcu məbləğinə dair arayışa ə sasən əsas borc 120.866 manat, faiz borcu 8.671 manat olmaqla, cəmi 179.537 manat borc müəyyən edilmişdir.

7. Kredit öhdəliyi üzrə əsas və faiz borcunun məbləğinə dair maliyyə arayışına əsasən iddia ərizəsi üzrə 2017-ci il 7 sentyabr tarixinə Firmanın əsas borcu 120.866 manat, faiz borcu 58.671 manat təşkil etmişdir. 8. ləğv prosesində olan ASC tərəfindən Firmaya ünvanlanmış 2017-ci il 26 iyul tarixli, 2107 nömrəli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı 178.973 manat məbləğində vaxtı keçmiş borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə borcun ödənilməsi məqsədilə qanunvericiliyə müvafiq tədbirlər görəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Ləğv prosesində olan ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu(bundan sonra-“iddiaçı ”) 2017-ci il 29 sentyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, cavabdehdən 3 saylı kredit müqaviləsindən irəli gələn 120.866 manat əsas borcun, 58.671 manat faiz borcunun, cəmi isə 179.537 manat borcun və tərəflərindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Firma arasında 3 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 500.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit müqaviləsinin müddəti 6 ay, illik faiz isə 17% müəyyən edilmişdir. 11. 3 saylı kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən kreditin illik faizi 7%, 2009-cu i l 10 iyun tarixli 3 saylı əlavəyə əsasən isə kreditin illik faizi 4% hesablanmışdır. 12. 2009-cu il 16 mart tarixli 1 saylı, 2009-cu il 10 sentyabr tarixli 4 saylı, 2009-cu il 26 noyabr tarixli 5 saylı və 2010-cu il 26 aprel tarixli 6 saylı kredit müqaviləsinə əlavələrə əsasən 2008-ci il 4 sentyabr tarixli 3 saylı kredit müqaviləsinin müddəti 2010-cu il 23 iyul tarixinədək uzadılmışdır.

13. Cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, verilmiş kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunun qaytarılmasını təmin etməmişdir. Hal-hazırda 3 saylı kredit müqaviləsinə əsasən Cavabdeh MMC-nin iddiaçıya olan əsas borcu 120.866 manat, faiz borcu 58.671 manat olmaqla, cəmi borc 179537 manat təşkil edir.

14. İddia tələbinin maddi hüquqi əsası kim i Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385, 442, 443-448-ci maddələrinə istinad olunmuşdur.

15. Cavabdehin nümayəndəsi 2017-ci il 3 noyabr tarixində iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, 3 illik iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2017-ci il 20 dekabr tarixli, 2-2(81)-1374/2017 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

17. MEM-in 2019-cu il 5 fevral tarixli 2187 saylı ekspert rəyinə görə “Borcalan” tərəfindən alınmış kredit vəsaiti üzrə 2010-cu il 23 iyul tarixinə banka ödənilməli olan əsas borc 499.055,59 manat, faiz borcu - 65.375,03 manat müəyyən edilmişdir. 18. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2019-cu il 29 aprel tarixli, 2-2(81)-44/2019 saylı qərardadı ilə iş üzrə ekspert tərəfindən işin materialına əlavə edilmiş kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmadığından, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısında müqavilə üzrə həm 2010-cu il 23 iyul tarixinə olan, həm də iddia ərizəsinin verilmə tarixinə olan əsas və faiz borcunun ayqı-ayrılıqda hesablanmasına dair suallar qoyulmuşdur.

19. MEM-in 2019-cu il 24 dekabr tarixli 13535 saylı ekspert rəyinə görə cavabdeh 2010-cu il 23 iyul tarixinə banka olan borcu 481.935,01 manat məbləğində (əsas borc üzrə - 477.688,89 manat, faiz borcu üzrə - 4.246,12 manat) olduğu, 2017-ci il 29 sentyabr tarixinə (sualda göstərilən tarixə) banka olan borcunun tam ödənildiyi və 206.197,99 manat məbləğində artıq ödəniş edildiyi, 2017-ci il 29 sentyabr tarixinə əsas və faiz borcunun olmadığı müəyyən edilmişdir.

20. LPO ASC 2020-ci il 6 fevral tarixli **********235 nömrəli etiraz təqdim etmiş iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Bakı Kommersiya məhkəməsinin 2020-ci il 10 mart tarixli, 2-2(113)-15/2020 saylı qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş, iş üzrə təkrar məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması MEM-ə həvalə edilmişdir (hakim F.Qasımov).

22. MEM-in 2021-ci il 19 mart tarixli 9/1387 saylı ekspert rəyinə əsasən ekspertiza qarşısında qoyulmuş suala aşağıdakı kimi cavab verilmişdir. - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsas ən, MMC ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 3 saylı kredit müqaviləsi və əlavə və əlavə razılaşmaların şərtləri əsas götürülməklə MMC 2010-cu il 23 iyul tarixinə (sualda göstərilən tarixə) banka olan borcu tam ödənilmiş və 206.197,99 manat məbləğində manat məbləğində artıq ödəniş müəyyən edilir, o cümlədən - 2010 - cu il 23 iyul tarixinə əsas borc üzrə - 477.688,89 manat, faiz borcu üzrə - 4.246,12 manat - 2017 - ci il 29 sentyabr tarixinə əsas borc üzrə - 0,00 manat, faiz borcu üzrə 0,00 manat

23. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 may tarixli e-2-2(113)-7/2021 saylı qətnaməsi ilə iddianın rədd edilməsi və məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 545 manat məbləğində pul vəsaiti ləğv prosesində olan ASC-dən tutularaq MEM-in hesabına keçirilmə si qət edilmişdir (hakim – F.Qasımov).

24. Məhkəmənin iş üzrə mövqeyi ondan ibarətdir ki, (bax yuxarıda §§1-5) göstərilənlər işin mübahisəsiz hallarıdır. Bağlanmış hər bir əlavədə əsas borc qalığı 500.000 manat məbləğində müəyyən edilmişdir.

25. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh krediti üzrə banka ümumilikdə 2017-ci il 29 sentyabr tarixədək, yəni məhkəmədə iddia qaldırılanadək 750.629,33 manat məbləğində ödəniş aparmış və həmin ödənişin 206.197,99 manatı artıq ödənişdir.

26. Həmçinin, ekspert rəyindən də göründüyü kimi cavabdeh cəmiyyətin 3 saylı kredit müqaviləsi və əlavə razılaşmalar əsas götürülməklə müqavilənin uzadıldığı sonun tarixə kimi yəni 2010-cu il 23 iyul tarixində banka olan borcu 481.935,01 (əsas borc 477.688,89 + faiz borcu 4.246,12) manat məbləğində və iddia ərizəsinin verildiyi 2017-ci il 29 sentyabr tarixinə banka olan borcu tam ödənilmiş və 206.197,99 manat artıq ödəniş müəyyən edilmişdir.

27. Buna görə də ekspert rəyi əsas götürülməklə hazırkı mübahisəyə tətbiq edilməli və iddia tələbi rədd edilməlidir.

28. Bundan başqa, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi (bax yuxarıda § 15) əsassız olduğundan təmin edilməməlidir.

29. İş materiallarında olan 3 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə müddəti 6 ay müəyyən edilmiş və 2010-cu il 26 aprel tarixli, 6 saylı əlavə ilə 2010-cu il 23 iyul tarixinə kimi uzadılmışdır. Bundan başqa, işdə olan hesabdan çıxarışdan göründüyü kimi cavabdeh cəmiyyət tərəfindən vaxtaşırı 2014-cü il 13 oktyabr tarixinə kimi ödənişlər aparılmış və iddiaçı tərəfindən sonuncu ödəniş üzrə 2014-cü il 13 oktyabr tarixdən 3 il müddət keçmədən (müqavilə üzə tətbiq edilməli olan 3 illik iddia müddəti 2017-ci il 13 oktyabrda tamamlanır), yəni 2017-ci il 29 sentyabr tarixində məhkəməyə müraciət edilmişdir.

30. Cavabdeh tərəfindən vaxtaşırı ödənişlər həyata keçirilməsi borcun etiraf edilməsini göstərən hərəkətlər kimi qiymətləndirildiyindən və 2014-cü il 23 oktyabr tarixindən sonra yaranmış fasilələr üzrə iddia müddəti keçmədən iddiaçı tərəf müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən hazırkı mübahisə üzrə iddia müddəti tətbiq oluna bilməz.

31. Məhkəmə öz qətnaməsini MM-in 372.2, 375.2, 380.1, 380.2, 739-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. ASC apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması, iddia t ələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 22(103)-1253/2021 saylı qətnaməsi ilə ləğv prosesində olan ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

34. Apellyasiya instansiya məhkəməsinin iş üzrə 1-ci instansiya məhkəməsinin mövqeyi ilə (bax yuxarıda §§ 23-30) razılaşmış və əlavə olaraq aşağıdakıları bildirmişdir.

35. İddia əsassız olduğu üçün məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verilməsinə lüzum görməmişdir.

36. Apel lyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının özünün təqdim etdiyi hesabdan çıxarış məlumatlarına əsasən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsi üzrə 2017-ci il 29 sentyabr tarixinədək (məhkəmədə iddia qaldırılanadək), banka ümumilikdə 750.629,33 manat məbləğində ödəniş aparmışdır. Həmin fakt iş üzrə verilmiş ekspert rəyləri ilə də təsdiq olunur. Həmin rəylərin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur.

37. Əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. İş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışd ır. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

38. Məhkəmə öz qətnaməsini MM-in 739.1, 741-ci, MPM-in 77.1, 102-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

39. İddiaçı 2022-ci il 16 fevral tarixində qətnamədən kassasiya şikayəti verərək həmin onun ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri.

40. MM-in 442-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsi Firma tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş, yekunda Firmanın banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Məhkəmə qərar qəbul edərkən, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Həmin rəydə göstərilən qiymətlər Firmanın bank qarşısında olan real borc məbləğini əks etdirməməklə yanaşı, qanunsuz hesablanmışdır. Belə ki, bankın iddia tələbində əsas borc üzrə 120.866 manat, faiz borcu üzrə 58.671 manat, cəmi 179.537 manat göstərilməsinə baxmayaraq, ekspert rəyində həmin məbləği 2010-cu il 23 iyul tarixinə əsas borc üzrə 477.688,89 manat, faiz borcu üzrə 4.246,12 manat, 2017-ci il 29 sentyabr tarixinə (kredit müqaviləsinin bitmə tarixinə) əsas və faiz üzrə borcun olmadığı göstərilmiş, hətta 206.197,99 manat məbləğində artıq ödəniş edildiyi göstərilmişdir. Firmanın 3 saylı kredit müqaviləsi üzrə ödənişlər iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışdan da göründüyü kimi, əsas məbləğ üzrə 379.134,95 manat ödənilərək 120.865,05 manat qalıq qalmış, faiz məbləğindən isə 107.600,37 manat ödənişlər olmaqla 68.689,23 manat qalıq qalmışdir. Ekspert rəydə qalıq borcu hesablayarkən Firmanın digər kreditinə - 2008-ci il 13 iyun tarixli kredit müqaviləsinə ödədiyi ödənişləri də nəzərə almışdır. Buna görə də səhvən Firmanın borcunun olmadığı göstərilmişdir. Lakin apellyasiya məhkəməsi ekspert rəyinə düzgün qiymət verməmiş və ekspertin yanlış olan rəyini əsas sübut kimi qəbul edərək yanlış qərara gəlmişdir.

41. MPM-in 101.6-cı maddəsi pozulmuşdur. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməmişdir.

42. MPM -in 102.1-ci maddəsi pozulmuşdur. Ekspert rəyinin kassasiya şikayətinin 8-ci bəndində ("xxxx") hansı səbəbdən əsassız olmasını dəqiqliklə izah etmişik. Lakin iddiaçı məhkəmədə bunu əsaslandırsa da, məhkəmə təkrar ekspertiza təyin etməmişdir.

43. MPM-in 217 və 386-cı maddələri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və ədalətli deyildir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bakı Kommersiya Məhkəməsi qəbul etdiyi qətnamə üzrə hüququn tətbiq edilməsində səhv buraxsa da, Bakı Apellyasiya Məhkəməsi bunu nəzərə almamışdır. 44. "xxxx" üzrə ASC ilə Firma arasında müxtəlif tarixlərdə 5 kredit müqaviləsi bağlanmışdır (2008-ci il 13 iyun, 2008-ci il 14 avqust, 2008-ci il 4 sentyabr, 2009-cu il 17 fevral, 2010-cu il 3 may tarixli kredit müqavilələri). Qeyd etdiyimiz beş kredit müqaviləsindən dörd kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmiş və borc bağlanmış, 3 saylı kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilməmiş əsas məbləğ üzrə 379.134,95 manat ödənilərək 120.865,05 manat qalıq qalmış, faiz məbləğindən isə 107.600,37 manat ödənişlər olmaqla 68.689, 23 manat qalıq qalmışdır. Ekspert isə rəydə qalıq borcu hesablayarkən, Firmanın digər kreditinə - 2008-ci il 13 iyun tarixli kredit müqaviləsinə ödədiyi ödənişləri də nəzərə almışdır. Belə ki, məhkəməyə Firmanın cari hesabından çıxarı ş təqdim olunmuşdur. Cari hesabdan çıxarış Firmanın təkcə 3 saylı kredit müqaviləsi üzrə aparılan ödənişləri deyil, həmçinin onun Bankda olan digər hesabları üzrə aparılan əməliyyatları da özündə əks etdirir. Ekspert hesablama aparan zaman 3 saylı kredit müqaviləsi üzrə həyata keçirilən ödənişlərdən başqa, digər müqavilələri üzrə hesaba mədaxilləri və vaxtı keçmiş faiz borcuna ödənmiş borcları mübahisələndirilən kredit müqaviləsi üzrə borclara silmişdir.

45. Həmçinin hesabdan çıxarışdan da göründüyü kimi, 2008-ci il 4 sentyabr tarixində kredit müqaviləsi üzrə 500.000 manat məbləğində vəsait götürülmüşdür. İndiki halda ekspert rəyinin 3cü səhifəsində yerləşdirilmiş cədvəldən görünür ki, 2010-cu il 26 aprel tarixindən 2017-ci il 29 sentyabr tarixinədək müxtəlif vaxtlarda ödənişlər olmuş, c əmi 544.431,34 manat olmaqla əsas və faiz məbləği üzrə ödənişlər edilmişdir. Həmin ödənişlər 2008-ci il 4 sentyabr kredit müqaviləsi üzrə deyil, 2008-ci il 13 iyun tarixli kredit müqaviləsi üzrə edilmiş ödənişlərdir. Misal: ekspert 2010-cu il 23 iyul, 2011-ci il 8 avqust, 2011-ci il 9 sentyabr tarixilərində ödənişlər göstərmişdir. Halbuki həmin tarixlərdə 2008-ci il 4 sentyabr tarixli kredit müqaviləsi üzrə ödənişlər olmamışdır. Həmin tarixlərdə 2008-ci il 13 iyun tarixli kredit müqaviləsi üzrə ödənişlər olmuşdur. Ekspertin diqqətsizliyi nəticəsində Bank öz gəlirlərindən məhrum olmuşdur. Eyni zamanda, hesabdan çıxarışdan da aydın görünür ki, MMC tərəfindən ödənişlər qrafikə uyğun deyil, gecikmə ilə həyata keçirilmişdir. Digər tərəfdən, Firmanın kredit müqaviləsi üzrə 206.197,99 manat məblə ğində, yəni borcundan artıq məbləğdə ödəniş etməyi ağlabatan deyil. Qeyd etdiklərimizi apellyasiya məhkəməsində əsas gətirərək əlavə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasını keçirilməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə heç bir əsas gətirmədən vəsatətimizi təmin etməmişdir. Məhkəmə işin hallarını araşdırmamış, tələskənliyə yol vermiş, çəkişmə prinsipini və sübutların təqdim edilməsini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə

372. İddia müddəti anlayışı... 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Maddə

739. Borc müqavil əsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il ba şa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

51. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 40-45) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, həmçinin prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassatorun dəlillərinin əsas mahiyyəti ondan ibarətdir ki, ASC ilə Firma arasında müxtəlif tarixlərdə 5 kredit müqaviləsi bağlanmış, həmin müqavilələrdən 4-ü üzrə öhdəliklər tam yerinə yetirilmiş və borc bağlanmış, hazırda mübahisə predmeti olan 2008-ci il 4 sentyabr tarixli kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilməmiş, borc qalmışdır. Məhkəməyə təqdim olunmuş Firmanın cari hesabından çıxarışda Firmanın təkcə 2008-ci il 4 sentyabr tarixli kredit müqaviləsi üzrə aparılan ödənişləri deyil, həmçinin onun Bankda olan digər hesabları üzrə aparılan əməliyyatları da özündə əks etdirir. Ekspert isə hesablama aparan zaman 2008-ci il 4 sentyabr tarixli kredit müqaviləsi üzrə həyata keçirilən ödənişlərdən başqa, digər müqavilələri üzrə hesaba mədaxilləri və vaxtı keçmiş faiz borcuna ödənmiş borcları da mübahisələndirilən kredit müqaviləsi üzrə borclara silmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi əlavə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasını keçirilməsi barədə ləğvedicinin vəsatətini heç bir əsas gətirmədən təmin etməmiş, iş üzrə əsassız nəticəyə gəlmişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

55. Kassatorun istinad etdiyi xüsusatlar bilavasitə işin faktiki hallarına aid olsa da, iddiaçı tərəfin, bunun üçün kifayət qədər imkanı olsa da, onları işə baxan məhkəmələrə bildirməsi, bununla əlaqədar müvafiq sübutlar təqdim etməsi iş materialları ilə müəyyən olunmur.

56. Ümumiyyətlə, həmin məsələlər nə birinci instansiyada, nə də apellyasiya instansiyasında müzakirə predmeti olmuş, onlara hüquqi qiymət verilməmişdir.

57. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə, sözügedən dəlillərin birbaşa kassasiya məhkəməsinə bildirilməsi MPM-in 407.2-ci maddəsinin (bax yuxarıda § 51) tələbləri baxımından yolverilməzdir.

58. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsvirinin, onlara əsasən çıxarılmış nəticələrin və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavabların verilməməsinə dair dəlillərə gəldikdə isə, kassator bununla bağlı kassasiya ş ikayətində yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, tutarlı dəlillər gətirməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verildiyi bildirilən pozuntunun konkret olaraq hansı məqamlarda ifadə olunduğunu dəqiqləşdirməmişdir.

59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin dəlillərində istinad olunan hüquq pozuntularına yol verilməmişdir.

60. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ləğv prosesində olan ASC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 22(103)-1253/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar