Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-277/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: zərərin əvəzinin ödənilməsi və müqaviləyə xitam verilməsinin etibarsız hesab edilməsi, xərclərin ödənilməsi, əşya və avadanlıqların aparılması, qeyri-yaşayış sahəsinin fasad hissəsinin əvvəlki vəziyyətə uyğun bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və müqaviləyə xitam verilməsinin etibarsız he sab edilməsinə dair ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı icarə haqqının, cərimənin, təzminatın və digər xərclərin ödənilməsi, əşya və avadanlıqların aparılması, qeyri-yaşayış sahəsinin fasad hissəsinin əvvəlki vəziyyətə uyğun bərpa edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli, 2-2(103)-16/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2014-cü il 10 iyun tarixli icarə müqaviləsinin surətinə əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli bina və zirzəmidən ibarət qeyri-yaşayış sahəsini İddiaçı MMC-yə icarəyə vermiş, icarə haqqı müqavilə qüvvəyə mindiyi andan 1 il müddətində 12.000 manat, 2015-ci il 1 sentyabr tarixdən 2019-cu il 1 sentyabr tarixədək 15.000 manat, 2019-cu il 1 sentyabr tarixdən 2024-cü il 1 sentyabr tarixədək 20.000 manat müəyyən olunmuşdur.
2. İcarə müqaviləsinə 2020-ci il 1 may tarixli, 4 saylı əlavənin surətindən görünür ki, müqavilənin bəndləri dəyişdirilərək, binanın 3, 4 və 5-ci mərtəbələri icarəyə verilməklə icarə haqqı 2020-ci ilin may ayından etibarən 5500 manat müəyyən olunmuş, 6.2.6-cı yarımbəndinə əsasən icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur.
3. İcarə müqaviləsinə 2020-ci il 22 iyul tarixli, 5 saylı əlavənin surətinə görə, müqavilənin bəndləri dəyişdirilərək binanın zirzəmi, 4 və 5-ci mərtəbələri icarəyə verilməklə icarə ha qqı 2020-ci ilin avqust ayından etibarən 5000 manat müəyyən olunmuşdur.
4. Əmlak vergisi bəyannaməsinin surətindən görünür ki, hesabat ilinin sonuna İddiaçı MMC-nin əmlakının ümumi qalıq dəyəri 671.536,35 manat müəyyən olunmuşdur.
5. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır.
6. Cavabdeh tərəfindən İddiaçı MMC-yə məktub ünvanlanaraq, icarə müqaviləsinə 2021-ci il 16 mart tarixdən xitam verildiyi bildirilmiş, əyşaların qısa müddət ərzində aparılması və icarə haqqının ödənilməsi tələb olunmuşdur. 7. "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış təhvil-təslim ak tlarının surətinə əsasən yüklərin daşınması üçün ümumilikdə 800 manat məbləğində pul vəsaiti ödənilmişdir. 8. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 54 kv.m sahə anbar kimi hər ay 190 manat icarə haqqı ödənilmək şərtilə icarəyə verilmişdir.
9. Qəbzlərin surətinə əsasən, hər ay 190 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmişdir.
10. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 2014-cü il 10 iyun tarixli icarə müqaviləsinin “Müqaviləyə dəyişikliklər edilməsi və ya ona xitam verilməsi” adlanan 6-cı bölməsində müqavilənin birtərəfli qaydada xitamını nəzərdə tutan 6.2.3-cü bəndində “birtərəfli qaydada, digər tərəfi ən azı 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” ifadəsi nəzərdə tutulmuşdur. 2015-ci il 1 iyul tarixli, 1 saylı əlavə də isə 6.2.3-cü bəndinin məzmunu dəyişdirilərək “İcarəçi tərəfindən birtərəfli qaydada icarəyə verəni 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” kimi göstərilmiş, 6.2.4-cü bənd (tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə, 90 gün müddətində) əlavə olunmuşdur. 2020-ci il 1 may tarixli, 4 №-li əlavədə isə müqavilənin 6.2-ci bəndinə 6.2.6 və 6.2.7-ci yarımbəndlər aşağıdakı məzmunda əlavə edilmişdir: 6.2.6. icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində; 6.2.7. 3-cü mərtəbə ilə bağlı birtərəfli qaydada 7 təqvim günü qabaqcadan xəbərdarlıq etmək şərtilə. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək 2.050.543,15 manat məbləğində zərərin əvəzinin, 1.522.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 2014-cü il 10 iyun tarixli icarə müqaviləsinə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü il 10 iyun tarixdə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin predmetini ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli binanın və zirzəminin icarəyəverən tərəfindən icarəçiyə istifadəyə verilməsi təşkil edir. Müqaviləyə tərəflərin təşəbbüsü ilə müxtəlif zamanlarda müvafiq əlavələr edilmişdir. İcarə müqaviləsinin predmetini təşkil edən binanın istisma ra qəbulu ilə bağlı indiyədək cavabdeh tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilməməsi, son zamanlar binada yaranan çoxsaylı defektlər, problemlər üzrə cavabdehə iddiaçı tərəfindən dəfələrlə müraciət olunmuşdur. Pandemiya dövrünə təsadüf edən sonuncu müraciətdən sonra cavabdeh bu problemlərin həlli məqsədilə binanın əsaslı təmirinə ehtiyac olduğunu və onun tərəfindən təmir işlərinin maneəsiz görülməsi üçün iddiaçı tərəfindən binanın ilk üç mərtəbəsinin müvəqqəti boşaldılmasına zərurət yarandığını bildirmişdir. Bu danışıq və razılaşma nəticəsində 2020ci il 22 iyul tarixdə icarə müqaviləsinə 5 saylı əlavə və düzəliş olunaraq, 2.2.11-ci maddəsinə əsasən icarəçi tərəfindən “icarəyə götürülən binanın ikinci və üçüncü mərtəbələrinə mülkiyyətçinin icazə verdiyi üçüncü şəxslərin maneəs iz giriş və çıxışını təmin etmək barədə” öhdəlik götürülmüşdür. Pandemiya dövründə çətinliklə ilk 3 mərtəbəni, xüsusilə 1-ci mərtəbədə yerləşən və ağır mebel və texniki avadanlıqların yerləşdiyi texniki cihazların satış mağazasının mebellərini boşaltdıqdan sonra, cavabdeh yaranmış vəziyyətdən sui-istifadə etməklə həmin mərtəbələri 3-cü tərəfə icarəyə vermiş və iddiaçının binanın ümumi infrastrukturu, daxili və xarici yaxşılaşdırma işləri üzrə qoyduğu investisiya üzərindən əsassız varlanmışdır. Həmçinin, binanın 3-cü şəxsə icarəyə verilməsi binanın ümumi yükünün artmasına və elektrik kəsintiləri, liftin yüklənməsi, su kəsintiləri, binanın yuxarı mərtəbələrində titrəmənin daha da artması və s. kimi problemlərə səbəb olmuşdur. Çünki həmin bina əlavə bu qədər şəxs üçün nəzərdə tutulmamışdır. B inadan istifadə edildiyi sonuncu günə qədər binanın iddiaçının istifadəsində olan 4 və 5-ci mərtəbələrində su kəsintisi davam etmiş, bu isə xüsusilə pandemiya dövründə normal fəaliyyəti mümkünsüz etmişdir. Dəfələrlə cavabdeh tərəfindən edilən səhlənkarlıqlar nəticəsində şirkətə külli miqdarda ziyan dəymiş və bununla bağlı cavabdehə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Belə ki, keçən ilin son ayları və cari ildə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Bu səbəbdən də yuxarıda göstərilənləri nəzərə alaraq, son aylarda iddiaçı tərəfindən icarə haqqının tələb edilməsi əsassızdır və hüququn ümumi prinsipi sayılan vicdanlılıq prinsipinə ziddir. Cavabdeh 2020-ci il 1 may tarixli Əlavənin 6.2.6-cı bəndini əsas gətirərək müqavilə münasibətlərinə 2021-ci il 12 mart tarixindən xitam verdiyini bildirmişdir. Həmin bəndə əsasən “İcarəçi 2 ay ardıcıl olaraq icarə haqqını ödəməzsə, icarə müqaviləsinə 3 iş günü müddətində xitam verilir.” Lakin həmin bənd Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) imperativ normalarına ziddir və etibarsızdır. Müqavilə qüvvədə olan dövrdə iddiaçıya məxsus texniki avadanlıqların və tərkibində əhəmiyyətli idarə və müəssisələrin də mövcud olduğu müştərilərə xidmət göstərən şəbəkənin yerləşdiyi obyektin cavabdeh tərəfindən qıfıllanması, həmçinin binanın girişinə mühafizəçi yerləşdirərək, iddiaçının əməkdaşlarının binaya daxil olmağının əngəllənməsi şir kət tərəfindən mövcud müştərilərə operativ xidmət, tərəfdaşlıq münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi (şirkətin möhürü yerləşən inzibati binaya girişimizin məhdudlaşdırıldığı üçün) kimi kommersiya fəaliyyətinə külli miqdarda zərər vurmaqla yanaşı, həmçinin dövlət orqanları, səfirliklər, yerli və xarici tərəfdaşlar, korporativ və fərdi müştərilər arasında şirkət reputasiyasının ciddi şəkildə xələl görməsinə səbəb olmuşdur. 2021-ci il 2 may tarixdə cavabdeh iddiaçıya məxsus bütün telekommunikasiya avadanlıqlarını, ofis qurğularını, konfidensial məlumatların yer aldığı bütün sənədləri özbaşına olaraq başqa yerə daşımış, nəticədə 2.050.543,15 manat zərər dəymiş, əldən çıxmış faydanın miqdarı isə 1.522.000 manat təşkil etmişdir.
13. İddiaçı tələbinin maddi hüquqi əsası kimi MM-in 385.1, 425, 562.1, 691.3, 1091, 1092.1-ci maddələrinə, “Telekomunikasiya haqqında” Qanunun 35.3-cü maddəsinə istinad etmişdir.
14. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
15. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.000 manat icarə haqqı, icarə haqqının ödənilmədiyinə görə 14.200 manat cərimə, 800 manat daşınma xərci, əşyaları götürdüyü günədək 2021-ci il 4 may tarixdən hər ay hesablanan 190 manat icarə haqqı, 1 ay 15 gün üçün təzminat olan 75.000 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutulması, ünvan 3 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların öz hesabına aparılması və qeyri-yaşayış binasının fasad hissəsinin monitor götürüləndən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 2014-cü il 10 iyun tarixli icarə müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli bina və zirzəmidən ibarət qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə vermişdir. İddiaçı 2016-cı il 5 sentyabr tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinin ləğv edilməsi və 568.462 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür. Həmin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, guya binada təhlükəsizlik problemləri var və bina təhlükə altında olduğundan özlərini rahat hiss etmədiklərinə görə işləyə bilmirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci il 2 fevral tari xli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən həm ilkin, həm də qarşılıqlı iddia üzrə tələblərdən imtina edilmişdir. Sonradan iddiaçının icarə haqqını ödəməyə çətinlik çəkməsi səbəbindən icarə müqaviləsinə 2020-ci il 1 may tarixli, 4 saylı əlavəyə uyğun olaraq 1-ci və 2-ci mərtəbələr, 2020-ci il 22 iyul tarixli, 5 saylı əlavəyə uyğun olaraq isə binanın 3-cü mərtəbəsi cavabdehə təhvil verilmiş və icarə haqqı azaldılmışdır. Bundan sonra cavabdeh təhvil verilən sahələri icarəyə vermişdir. Sonradan iddiaçı 2021-ci ilin fevral və mart aylarının icarə haqqını ödəməmişdir. Cavabdeh 2021-ci il 12 mart tarixdə iddiaçıya məktub yazaraq müqaviləyə uyğun icarə haqqının hər ayın əvvəlində qabaqcadan ödənilən ayın 10-dan gec olmayaraq ödənilməsini və 6.2.6 -cı bəndə uyğun olaraq icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə müqaviləyə birtərəfli qaydada 3 iş günü ərzində xitam verildiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən icarə haqqı ödənilməmiş, cavabdeh məcbur olaraq mülkiyyətində olan sahəni geri götürmüş və 2021-ci 18 mart tarixli məktubla orada olan əyşaların köçürülməsini təklif etmişdir. Çünki əşyalar orada olduğundan sahənin başqa şəxsə icarəyə verilməsi mümkün olmayacaqdı. İddiaçı əyşaları aparmadığından, cavabdeh məcbur olaraq yük şirkəti dəvət etmiş, 2021-ci il 2 və 3 may tarixlərdə həmin əşyaları icarəyə götürdüyü sahəyə köçürmüş və bunun üçün yük şirkətinə 800 manat məbləğində pul ödəmişdir. Cavabdeh ünvan 5 ünvanında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən sahənin icarəyə götürülməsi ilə bağlı 2021-ci il 4 may tarixl i icarə müqaviləsinə əsasən hər ay 190 manat icarə haqqı ödəyir. Bundan başqa, 2021-ci ilin fevral, mart və aprel aylarının icarə haqqı da ödənilməmişdir. Həmçinin, müqavilədə icarə haqqının ödənilməsi gecikdirildiyi halda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 1% həcmində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Hər ay həmin avadanlıqların saxlanılmasına görə cavabdeh tərəfindən pul vəsaiti ödənildiyi üçün "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların götürülməsi iddiaçının üzərinə öhdəlik kimi qoyulmalıdır. Eyni zamanda, 2021-ci il 16 mart tarixdən icarə müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddiaçı icarəyə götürülmüş sahələri (binanın 4-cü, 5-ci mərtəbələri və zirzəmi) 2021-ci il 2 may tarixədək təhvil verməmişdir və verməkdən imtina etmişdir. İc arə müqaviləsinin 7.4-cü bəndinə əsasən icarəçi müqavilənin müddəti bitdiyi və ya müqaviləyə xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə, icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 50.000 manat təzminat ödəyir. Bir ay yarımlıq təzminat da 75.000 manat təşkil edir. Bundan başqa, iddiaçı binanın üzərinə monitor yerləşdirən zaman binanın fasadı olan alkapon fasadı sökmüşdür. Ona görə, gələcəkdə monitor binanın üzərindən çıxarılaraq həmin alkapon fasadı icarə müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq bərpa edilməlidir.
17. Cavabdeh qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 685.2, 685.2.1, 685.2.2, 430.1, 425-ci maddələrinə istinad etmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 noyabr tarixli, e-2-2(113)-2089/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı zərərin əvəzinin ödənilməsi və müqaviləyə xitam verilməsinin etibarsız hesab olunması barədə ilkin iddiası rədd edilmiş, cavabdehin iddiaçıya qarşı icarə haqqının, cərimənin, təzminatın və digər xərclərin ödənilməsi, əşya və avadanlıqların aparılması, qeyri-yaşayış sahəsinin fasad hissəsinin əvvəlki vəziyyətə uyğun bərpa edilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, 7500 manat məbləğində icarə haqqı, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 8000 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, 800 manat məbləğində daşınma xərci və iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən anbardan əşyalar götürülən günədək 2021-ci il 4 may tarixdən hesablanmaqla hər ay 190 manat icarə haqqının id diaçıdan tutularaq cavabdehə ödənilməsi, ünvan 5 ünvanında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların iddiaçının öz hesabına aparılması və ünvan 8 ünvanında yerləşən qeyriyaşayış sahəsinin fasad hissəsinin monitor götürüləndən sonra əvvəlki vəziyyətə uyğun bərpa edilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması qət edilmişdir (sədrlik edən hakim F.Qasımov).
19. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 2.050.543,15 manat məbləğində zərəri iddiaçı real zərər kimi qiymətləndirmişdir. MM-in 21.2-ci maddəsinin məzmununa görə real zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Yəni çəkilən və ya çəkilməli olan xərclərin əsaslandırılması üçün iddiaçı tərəfindən məhkəməyə zərər vurulmuş əmlakların konkret siyahısı, zərərin nədən ibarət olması, hansı xərclərin çəkilməsi və çəkilməli olması əsaslandırılmalı və bu barədə sübutlar təqdim olunmalıdır.
20. İddiaçı tərəfindən məhkəməyə real zərəri təsdiq edən sübut olaraq əmlakların siyahısı barədə arayış və işçiləri tərəfindən tərtib olunmuş aktlar təqdim olunmuşdur. Arayışda 721.536,10 manat məbləğində telekommunikasiya qurğu və avadanlıqları, 405.244,92 manat ofis mebeli və avadanlıqları, 165.735,90 manat məbləğində “Apple” markalı cihaz və aksessuarlar, 168.280 manat məbləğində dəyəri 500 manatdan az olan inventarlar olması qeyd olunsa da, həmin əmlakların hansı sənədlər əsasında alınması, xüsusiyyətləri və digər əlamətləri barədə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən siy ahıya alınmış və icarəyə götürülmüş anbarda yerləşən əmlakların dəyəri isə zərər hesab oluna bilməzdi. Çünki həmin əmlakların işlək vəziyyətdə olması, cavabdeh tərəfindən əmlaklara hər hansı bir zərər vurulub-vurulmaması barədə hər hansı bir sübut təqdim olunmamışdır və məhkəmə tərəfindən də bu xüsusatın müəyyən edilməsi mümkün deyildir. Bu əmlakların dəyərinin zərər kimi qiymətləndirilməsi üçün həmin əmlaklar tam yararsız vəziyyətdə olmalıdır. Cavabdeh tərəfindən siyahıya alınmış əmlaklardan başqa digər əmlaklara münasibətdə isə məhkəmə onu qeyd etmişdir ki, həmin əmlakların mövcud olması ilə bağlı məhkəməyə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Həmçinin, iddiaçı subasmanın qarşısını almaq məqsədilə 5300 manat vəsait xərcləməsini qeyd etsə də, həmin pul vəsaitinin xərclənməsi ilə bağlı da sənəd təqdim etməmişdir. Ümumiyyətlə, iddiaçı tərəfindən zərər kimi qiymətləndirilən xüsusatlarla hər hansı xərcin çəkilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Yalnız bu sənədlərin təqdim olunduğu, yəni zərərin mövcud olduğu təqdirdə digər məsələlər (zərərin vurulmasında cavabdehin təqsirli hərəkəti, həmin hərəkətlə vurulmuş zərər arasındakı səbəbli əlaqə və s.) aydınlaşdırıla bilərdi.
21. MM-in 21.2-ci maddəsinin məzmununa görə əldən çıxmış fayda dedikdə hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın mövcud olması üçün iddiaçı tərəfindən məhkəməyə ilkin olaraq əvvəlki dövrlərdə və cavabdehin təqsirli hərəkətlərindən sonrakı dövrdə olan gəlirləri ilə bağlı sənədlər təqdim olunmalı, fərqin mövcud olduğu təqdirdə isə gəlirin aşağı düşməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə aydınlaşdırılmalıdır. Lakin iddiaçı tərəfindən məhkəməyə qeyd olunan sənədlər təqdim olunmamışdır.
22. Buna görə də məhkəmə hesab etmişdir ki, ilkin iddia zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilə bilməzdi. İlkin iddianın digər hissəsi - 2014-cü il 10 iyun tarixli icarə müqaviləsinə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması hissəsi ilə bağlı iddiaçı əsas kimi ona istinad edir ki, tərəflər arasında bağlanmış 2014-cü il 10 iyun tarixli icarə müqaviləsinin 6.2.3.-cü bəndində müqaviləyə xitam verilməsi halları nəzədə tutulmuşdur ki, bu hallardan biri də "birtərəfli qaydada, digər tərəfi 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” müqaviləyə x itam verilməsi qaydasını nəzərdə tutmuşdur. Sonradan 4 saylı Əlavədə bu müddət 2 aya qədər azaldılmışdır. Bu bənd birmənalı olaraq müqavilənin hər iki tərəfinə, həm icarəyəverənə, həm də icarəçiyə aiddir. Sonradan qeyd olunan İcarə müqaviləsinə 2015-ci il 1 iyul tarixli 1 saylı Əlavə edilmiş və müqavilənin 6.2.3-cü bəndi aşağıdakı redaksiyada verilmişdir: “İcarəçi tərəfindən birtərəfli qaydada icarəyəverəni 6 ay qabaqcadan xəbərdar etməklə”. Bu əlavədən sonra müqavilədə bir növ icarəyəverənin hər hansı bir xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək öhdəliyi olmur, yəni icarəyəverən hər hansı bir xəbərdarlıq etmədən də birtərəfli qaydada müqaviləyə xitam vermək hüququna malik olur. Lakin elə həmin əlavədə müqaviləyə 6.2.4-cü bənd əlavə edilmişdir ki, həmin bənddə nəzərdə tutulur: “Tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə 90 gün müddətində müqaviləyə xitam verilir”. Əgər icarəyəverən tərəfindən həm onun icarəçiyə ünvanladığı məktubları, həm də qarşılıqlı iddia ərizəsi üzrə onun iddia tələbini əsaslandırdığı halları nəzərə alınarsa, belə bir qənaətə gəlinmişdir ki, icarəyəverən tərəfindən icarə müqaviləsinə xitam verilməsinin əsas səbəbi icarəçinin icarə haqqını 2 ay ərzində ödəməməsi olmuşdur. Yəni icarəçinin müqavilə öhdəliklərini yerinə yetirməməsi icarəyəverən tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə səbəb olmuşdur. Bu halda, icarəyəverən müqavilənin 6.2.4-cü bəndində olan 90 gün müddəti gözləməli idi. İcarə müqaviləsinə edilmiş digər 1, 2, 3, 4, 5, saylı Əlavələrdə müqavilənin bu bəndinin qüvvədən düşməsi ilə bağlı hər-hansı bir bənd yoxdur və bu səbəbdən bu bənd öz hüquqi qüvvəsini saxlamışdır. İcarə müqaviləsinə 2020-ci il 1 may tarixli, 4 saylı Əlavənin 6.2.6-cı bəndinin əlavə edilməsi və 1 saylı əlavədə nəzərdə tutulan 6.2.4-cü bəndinin qüvvədən düşməməsi göstərir ki, müqavilə üzrə öhdəliklərini icra etmədikdə icarəyəverən tərəfindən 90 gün müddətində müqaviləyə xitam verilməsi şərti öz qüvvəsini saxlayır, lakin yeni bəndin mənası bu anlama gəlir ki, bu, 3 iş günü müddətində həyata keçirilir. Bu bənddə 3 iş günü ilə bağlı "xəbərdarlıq müddəti” sözlərindən istifadə edilməməsi də bu fikri təsdiqləmişdir. Elə həmin 4 saylı əlavədə yalnız 3-cü mərtəbə ilə bağlı “qabaqcadan xəbərdarlıq” sözlərindən istifadə olunmuşdur və bunun üçün 7 təqvim günü göstərilmişdir. Lakin iddiaçı hesab etmişdir k i, bu bənd də MM-in 691.1.3-cü maddəsinə ziddiyyət təşkil edir.
23. Tərəflər MM-in 390.1-ci maddəsinə müvafiq olaraq müqavilə bağlayaraq məzmununu müəyyənləşdirmiş, sonradan həmin Məcəllənin 421.1 və 423.1-ci maddələrinə müvafiq olaraq müqavilə ilə eyni formada həmin müqaviləyə dəyişikliklər etmişlər.
24. Müqavilənin 6.2.4-cü bəndində ifadə olunan “tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə, 90 gün müddətində” şərti məzmunundan göründüyü kimi tərəflərin hər ikisinə aid edilmişdir. Lakin 2020-ci il 1 may tarixli, 4 №-li əlavədə müəyyən olunan “icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində” ifadəsi isə bu hüququn yalnız icarəyəverənə məxsus olduğunu ehtiva etmiş, müqaviləyə icarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilməs inin xüsusi qaydasını nəzərdə tutmuş və qanunvericiliyin hər hansı norması ilə ziddiyyət təşkil etməmişdir. MM-in 685.2 və 685.2.1-ci maddəsində qeyd olunmuşdur ki, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. İcarə haqqının ardıcıl olaraq 2 ay ödənilməməsi mübahisələndirilmədiyindən işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən həmin bəndin tələbi nəzərə alınmaqla icarə haqqı ardıcıl olaraq 2 ay ödənilmədiyinə görə 2021-ci il 12 mart tarixdə müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilmiş və 3 gün sonra müqaviləyə xitam verilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, ilkin iddia həmin hissədə də təmin oluna bilməzdi.
25. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində fevral, mart və aprel ayları üçün 5000 manat məbləğində icarə haqqı hesablanmaqla ümumilikdə 3 ay üçün 15.000 manat pul vəsaiti tələb etmişdir. Lakin işin halları ilə müəyyən olunur ki, müqaviləyə 2021-ci il 16 mart tarixdən birtərəfli qaydada xitam verilmişdir. Belə olan halda cavabdehin 2021-ci il ilin fevral ayı və mart ayının 15 günü üçün icarə haqqını tələb etmək hüququ vardır.
26. İcarə haqqının ödənilməməsi səbəbini iddiaçı onunla əsaslandırmışdır ki, əvvəlki ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşdüyündən, ləngitmə hüququndan istifadə etmişdir və son aylar üçün icarə haqqının tələb edilməsi əsassızdır.
27. MM-in 562.1-ci maddəsinə əsasən əgər həmin Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər. Lakin iddiaçının ləngitmə hüququndan istifadə edərək icarə haqqını ödəməmək üçün əsas hesab etdiyi hallar (əvvəlki ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşməsi) nə MM-ə, nə də müqavi ləyə əsasən cavabdeh barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbinin olması ilə eyniləşdirilə bilməz. Qeyd edilənlər tərəflər arasında yaranmış mübahisənin predmetidir və bununla əlaqədar iddiaçı hüququ və ya tələbi yalnız həmin mübahisə qarşılıqlı razılaşma və ya qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarına əsasən yarana bilər. Məhkəmə hesab etmişdir ki, iddiaçının icarə haqqını ödəməməsi ilə bağlı irəli sürdüyü xüsusat əsassızdır və buna görə də icarə haqqının ödənilməsi tələbi qismən təmin olunaraq 7500 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
28. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində qeyd olunmuşdur ki, “İcarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayın 10-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə ol araq ödəniş üzrə hər bir gecikdirilmiş gün üçün ödənilməyən aylıq icarə haqqı məbləğinin 1% həcmində icarəyə verənə cərimə ödəyir”. Lakin məhkəmə əsas borca tənasübsüz olaraq 14.200 manat cərimə hesablanmasını əsaslı hesab etməmişdir.
29. İcarə haqqının ödənilməməsi cavabdehə 2021-ci il 12 mart tarixdə məlum olduğuna görə onun həmin vaxt da iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olsa da, bir neçə ay sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zərərin (cərimənin məbləğinin) artmasına şərait yaratmışdır.
30. Məhkəmə hesab etmişdir ki, həm iddianın əsas borca dair hissəsinin qismən təmin olunması, həm də icarə haqqı gecikdirildikdən bir neçə ay sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq 500 man at məbləğində müəyyən edilməlidir.
31. Qarşılıqlı iddianın 800 manat daşınma xərcinin, 2021-ci il 4 may tarixdən hər ay 190 manat məbləğində pul vəsaitinin tutulması və ünvan 5 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların cavabdehin öz hesabına aparılması hissələrini məhkəmə əsaslı hesab etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya müqaviləyə birtərəfli qaydada xitam verilməsi və qeyri- yaşayış sahəsində olan əmlakların götürülməsi ilə bağlı xəbərdarlıq olunsa da, sonuncu əmlakların götürülməsini təmin etmədiyindən cavabdeh mülkiyyətində olan əmlakla bağlı hüquqlarını həyata keçirmək üçün əmlakların anbara daşınmasına görə 800 manat məbləğində pul vəsaiti sərf etmişdir və bundan sonra həmin əşyaların saxlanılması ilə bağlı müqaviləyə əsasən hər ay 190 manat məbləğində icarə haqqı ödəmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan xərclər MM-in 21-ci maddəsində nəzərdə tutulan real zərər, yəni hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərc kimi qiymətləndirilməli və qarşılıqlı iddia həmin hissələrdə təmin olunmalıdır.
32. İddianın 1 ay 15 gün üçün təzminat olan 75.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsini cavabdeh müqavilənin 7.4-cü bəndi ilə əsaslandırmış, qeyri-yaşayış sahəsinin 1 ay 15 gün ərzində iddiaçı tərəfindən təhvil verilməməsinə istinad etmişdir. Müqavilənin 7.4-cü bəndində qeyd olunmuşdur ki, “İcarəçi müqavilənin müddəti bitdiyi və ya müqaviləyə xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil v erilmədiyi hər ay üçün 50.000 manat təzminat ödəyir”. Həmin bəndin məzmunundan görünür ki, təzminatın ödənilmə şərti kimi icarəçinin sahəni təhvil verməkdən imtina etməsi nəzərdə tutulmuşdur, yəni bu şərtin mövcud olması üçün sahə müqaviləyə xitam verildiyi vaxtdan iddiaçının ixtiyarında olmalı idi. Lakin işin mübahisəsiz halıdır ki, əşyalar saxlanılsa da, 2021-ci il 16 mart tarixdən iddiaçının həmin qeyri-yaşayış sahəsinə daxil olmaq imkanı olmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz.
33. Qarşılıqlı iddianın qeyri-yaşayış binanın fasad hissəsinin monitorun götürülməsindən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması hissəsi ilə bağlı cavabdeh müqavilənin 3.3-cü bəndinə istinad etmişdir. Qarşılıq lı iddianın bu hissəsinə qiymət verilməsi üçün məhkəmə hesab etmişdir ki, müqavilənin 2.2.10, 3.1 və 3.3-cü bəndlərinin məzmununa diqqət yetirilməlidir. Müqavilənin 2.2.10-cu bəndinə əsasən müqavilənin müddəti bitdikdə və ya müqaviləyə xitam verildikdə sahəni saz vəziyyətdə, qəbul etdiyi şəkildə icarəyə verənə qaytarmaq icarəçinin vəzifəsi kimi qeyd olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən sahə tərəflər arasında bağlanmış təhvil-təslim aktı əsasında icarəyə verən tərəfindən icarəçiyə təhvil verməklə, icarəçi isə həmin sahəni təhvil almaqla həyata keçirilir. Həmin təhvil-təslim aktı və eyni zamanda təhvil zamanı çəkilən fotoşəkillər bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. Müqavilənin 3.3-cü bəndinə əsasən həmin müqavilənin 2.2.10-cu bəndinə riayət etmək məqsədilə müqavilənin 3.1- ci bəndində qeyd olunan təhvil-təslim aktına və əlavə olunan fotoşəkillər əsasında sahə icarəçi tərəfindən icarəyə verənə təhvil verilir. Qeyd olunan bəndlərin məzmunundan da görünür ki, sahənin əvvəlki vəziyyətdə icarəyə verənə qaytarmaq icarəçinin vəzifəsidir. Qarşılıqlı iddianın bu hissəsi ilə bağlı cavabdehin münasibəti bundan ibarət olmuşdur ki, müqavilənin qeyd olunan bəndi bütünlükdə sahənin qəbul olunduğu qaydada təhvil verilməsini özündə ehtiva etdiyi üçün nəinki fasad, ofisdaxili sahə də daxil olmaqla bütövlükdə sahənin qəbul edildiyi qaydada təhvil verilməsi üzrə məhkəmə tərəfindən qərar çıxarılmasına ehtiyac vardır. Lakin ilkin iddia ərizəsində belə bir tələb irəli sürülməmişdir.
34. Məhkəmə bu qənaətini MM-in 390.1, 399.1, 404.1, 404.2, 421.1, 423.1, 424.1, 462.1, 463.1, 467, 675, 684.1, 700.1, 700.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilkin iddianın tam təmin olunmasını xahiş etmişdir.
36. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun qarşılıqlı iddia ərizəsinin təmin edilməmiş hissəsində ləğv olunmasını və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 mart tarixli, 2-2(103)-276/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə kompüter-texniki, məhkəmə trosoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov, V.Bax ışova).
38. Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin 2022-ci il 20 iyun tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 02 ədəd stolun, 01 ədəd konfrans stolunun, 01 ədəd dolabın, 01 ədəd asılqanın, 01 ədəd kompüter qapağının, 01 ədəd “iphone” markalı mobil telefonun, 01 ədəd kiçik heykəlin, 01 ədəd “apple” markalı routerin və 01 ədəd “apple” markalı planşet üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma, sınma, qırılma və qopma zədələridir. Tədqiqata təqdim edilmiş 09 ədəd bej rəngli stulun, 01 ədəd qara rəngli kreslonun, 01 ədəd ağ rəngli stolun, 04 ədəd qara rəngli kompüter çantasının, 01 ədəd altı hissədən ibarət olan antenanın, 14 ədəd qara rəngli pultun, 05 ədəd “APPLE” markalı mobil telefonun, 10 ədəd “SWİTCH” markalı cihazın üzərində istismar nəticəsində əmələ gələn zədələr vardır. Təqdim edilmiş 02 ədəd stolun, 01 ədəd konfrans stolunun, 01 ədəd dolabın, 01 ədəd asılqanın, 01 ədəd kompüter qapağının, 01 ədəd “iphone” markalı mobil telefonun, 01 ədəd kiçik heykəlin, 01 ədəd “apple” markalı routerin və 01 ədəd “apple” markalı planşet üzərində olan zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilər. Digər predmetlərin üzərində hər hansı bir trasoloji iz və zədə yoxdur.
39. Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin 2022-ci il 29 iyul tarixli ekspert rəyinə əsasən: - Təqdim edilmiş bir ədəd “EPSON L800” markalı “B412C” modelli və bir ədəd “HP LazerJet Pro MFP M127Fn” markalı “CZ181A” modelli prin ter işlək vəziyyətdədir. Həmin printerlərlə çap edilmiş 03 (üç) ədəd vərəq ekspert rəyinə əlavə olundu. - Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş bir ədəd “EPSON L800” markalı "1800“ modelli və bir ədəd “Canon” markalı “İ-SENSYS MF8280Cw” modelli printerlər işlək vəziyyətdə olsalar da, çap əməliyyatı icra etmək mümkün olmamışdır. - Təqdim edilmiş bir ədəd “EPSON” markalı “L1800” modelli printerin tədqiqat zamanı istifadəyə yararlılığı müəyyən olunmadı. - Təqdim edilmiş 09 (doqquz) ədəd “A4TECH” markalı, 02 (iki) ədəd “SONY” markalı, 02 (iki) ədəd “DELL” markalı, 06 (altı) ədəd “Genius” markalı, 01 (bir) ədəd “İntex" markalı, 01 (bir) ədəd “İCASA” markalı cəmi 21 (iyirmi bir) ədəd mausun (kompüter manipulyatoru) işlək vəziyyətdə olması müəyyən olund u. - Təqdim edilmiş 03 (üç) ədəd “İntex” markalı, 03 (üç) ədəd “A4TECH” markalı, 01 (bir) ədəd “DELUXE” markalı, 01 (bir) ədəd “ACER” markalı, 01 (bir) ədəd “SONY” markalı və 01 (bir) ədəd markası məlum olmayan cəmi 10 (on) ədəd maus işlək vəziyyətdə deyildir. - Təqdim edilmiş 03 (üç) ədəd üzərində “Genius” yazısı olan “COM” portlu, 01 (bir) ədəd üzərində “Genius” yazısı olan “USB” portlu, 01 (bir) ədəd üzərində “HİTECH” yazısı olan “USB” portlu cəmi 05 (beş) ədəd və bir ədəd (simsiz) “Apple” markalı “A1314” modelli klaviatura işlək vəziyyətdədir. - Tədqiq olunan ağ rəngli 01 (bir) ədəd “USB” portlu klaviatura işlək vəziyyətdə deyildir. Təqdim edilmiş simsiz (Wireless) qara rəng 01 (bir) ədəd üzərində “DELUXE” yazısı olan və qara rəng 01 (bir) ədəd üzərində “Genius” yazısı olan klaviatural arın “Bluetooth” adapteri təqdim edilməməsi səbəbindən qeyd olunan klaviaturaların işlək vəziyyətdə olub-olmaması üzrə tədqiqat işi aparılması mümkün olmadı. Bir ədəd “Apple” markalı “A1772” modelli simsiz klaviaturanın bir başa “iPad”lə əlaqə yaradıldıqdan sonra işləməsi səbəbindən və “iPad” tədqiqata təqdim edilmədiyindən, işlək olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı. - Təqdim edilmiş 02 (iki) ədəd böyük ölçülü “F&D” markalı “T-80U" modelli, 02 (İki) ədəd kiçik ölçülü üz hissəsində “Genius” yazısı olan və 01 (bir) ədəd arxa məlumat löhvəsinə görə “Creative A520” markalı “MF4110” modelli səsucaldıcılar işlək vəziyyətdədir. - Təqdim edilmiş 01 (bir) ədəd “LG” markalı “E2240TT” modelli, 01 (bir) ədəd “Samsung" markalı “T24D390EW” modelli, 01 (bir) ədəd “ACER” markalı “K222HQL” modelli, 01 (bir) ədəd “HP” markalı “2011x" modelli, 03 (üç) ədəd “Nexus” markalı “7006S” modelli və 01 (bir) ədəd “Nexus” markalı “9009S” modelli monitor tədqiqatın aparıldığı zaman işlək vəziyyətdədir. - Təqdim edilmiş bir ədəd qızılı rəngli daxilində “SİM” kart olmayan “iPhone 6s Plus” markalı “MKU62B/A (A1634)” modelli və bir ədəd qızılı rəngli daxilində “SİM” kart olmayan “İPhone 6” markalı “MG4F2B/A” modelli mobil smartfon tədqiqatın aparıldığı zaman işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”nin 10-cu bəndində göstərilən səbəblərə görə təqdim edilmiş 01 (bir) ədəd gümüşü rəngli “iPhone 6” markalı arxa məlumat lövhəsinə görə “A1549” modelli, 01 (bir) ədəd qızılı rəngli “İPhone 6s” markalı arxa məlumat lövhəsinə görə “A1688" modelli, 01 (bir) ədəd qara rəngli “iPhone 5” mar kalı arxa məlumat lövhəsinə görə “A1429” modelli, 01 (bir) ədəd gümüşü rəngli “İPhone 5” markalı arxa məlumat lövhəsinə görə “A1457” modelli və 01 (bir) ədəd qara rəngli “İPhone 5” markalı arxa məlumat löhvəsinə görə “A1428” modelli mobil smartfonlar işlək vəziyyətdə deyildirlər. - Təqdim edilmiş 01 (bir) ədəd “Seagate” markalı “2TB” tutumlu xarici sərt disk, 01 (bir) ədəd “Toshiba” markalı “1TB” tutumlu xarici sərt disk, 06 (altı) ədəd “Genx” markalı “4GB” tutumlu fleş kart, 01 (bir) ədəd “Sandisk" markalı “4GB” tutumlu fleş kart, 01 (bir) ədəd “Transcend” markalı “8GB” tutumlu fleş kart, 01 (bir) ədəd “DataTraveler” markalı “8GB” tutumlu fleş kart, 01 (bir) ədəd “SAP” markalı “2GB” tutumlu fleş kart, 01 (bir) ədəd “SAP" markalı “1GB” tutumlu fleş kart, 01 (bir) ədəd “256 MB” tutumlu fleş kart, 01 (bir) ədəd “1 GB” tutumlu fleş kart, 01 (bir) ədəd kart oxuyan adapter, 01 (bir) ədəd elektron imza tokeni, 01 (bir) ədəd “TP-LİNK” markalı simsiz şəbəkə adapteri, 01 (bir) ədəd “EZCastPro” markalı simsiz görüntü ötürən adapter, “Apple” markalı bir ədəd disk oxuyucu və bir ədəd simsiz maus tədqiqatın aparıldığı zaman işlək vəziyyətdədirlər. Təqdim edilmiş 01 (bir) ədəd “SYNTAX” markalı “Card Reader” cihazı işlək vəziyyətdə deyildir. Təqdim edilmiş bir ədəd “TOSHİBA” markalı “MBF2600RC” modelli sərt diskin interfeysi Serial Attached SCSİ (SAS) olduğundan və həmin interfeys hal-hazırda tədqiqatda istifadə olunan “Trecorder" markalı qurğunun texniki imkanlarında olmaması səbəbindən qeyd olunan sərt diskin işlək olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı. - Təqdim ed ilmiş 11 (on bir) ədəd adapter və 03 (üç) ədəd kompüter kabelləri işlək vəziyyətdədirlər. - Təqdim edilmiş 01 (bir) ədəd “iMac” markalı “A1418” modelli monoblok, 01 (bir) ədəd üz hissəsində “DİGİTAL” yazısı olan sistem bloku, 01 (bir) ədəd üz hissəsində “Tech” yazısı olan sistem bloku, 01 (bir) ədəd üz hissəsində “STRİKER” yazısı olan sistem bloku, 02 (iki) ədəd qara rəng “HP” markalı “Pavilion g6” modelli notebook və 01 (bir) ədəd qara rəngli “TOSHİBA” markalı “SATELLİTE C55-A-1TO” modelli notebook tədqiqat aparılan zaman işlək vəziyyətdədirlər. Rəyin “Tədqiqi hissəsi”nin 13-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş 02 (iki) ədəd “Macbook"un işlək olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı. Rəyin “Tədqiqi hissəsi”nin 13-cü bəndində göstərilənlərə əsasən təqdim edilmiş 01 (bir) ədəd üz hissəsində “SP Super power” yazısı olan, 01 (bir) ədəd üz hissəsində “eSys” yazısı olan, 01 (bir) ədəd üz hissəsində “Super power” yazısı olan, 01 (bir) ədəd üz hissəsində “Fujitsu Siemens” yazısı olan və 01 (bir) ədəd üzərində hər hansı yazı qeydi olmayan sistem bloku işlək vəziyyətdə deyildirlər. - Rəyin “Tədqiqi hissəsi”nin 14-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş 01 (bir) ədəd qara rəngli sistem bloku, 01 (bir) ədəd “Toshiba” markalı “Satellite C850D1P” modelli notebook və 01 (bir) ədəd üz hissəsində “Hunkey" yazısı olan sistem bloku üzərində texniki vəziyyətini yoxlayan test prosedurlarının icra edilməsi mümkün olmadı. - Təqdim edilmiş işlək vəziyyətdə olmayan tədqiqat obyektlərinin işləməməsinə səbəb ola biləcək hallar (istismar edilməsi, saxla ma şəraiti, proqram təminatının silinməsi və ya istismar tarixinin bitməsi, texniki baş vermiş xəta və s.) nəzərə alınaraq və hal-hazırda konkret səbəbin müəyyən edilməsi kompüter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısında qoyulmuş 2-ci sual üzrə tədqiqat işi aparılmadı. - Fiziki serverlər üzrə mütəxəssisin cəlb olunması ilə bağlı ekspert vəsatəti təmin olunmamışdır. Bu səbəbdən serverlər və həmin server üzərində qurulmuş sistemlərlə bağlı tədqiqat işi aparılmadı.
40. Göründüyü kimi 2022-ci il 29 iyul tarixli 5/467 saylı ekspert rəyindən müəyyən edilir ki, serverlərlə və həmin server üzərində qurulmuş sistemlərlə bağlı tədqiqat işi aparılmamış, bir neçə kompüter avadanlığı üzrə də tədqiqat aparılmamış (adapter təqdim edilməməsi səbəbi göst ərilmişdir), bir neçə kompüter avadanlığının isə işlək vəziyyətdə olmaması müəyyən edilsə də, bunun səbəbləri dəqiq göstərilməmişdir.
41. Halbuki, məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadda “Proqram təminatlarında problemlər və ya nasazlıqlar müəyyən olunduğu təqdirdə bu sırf enerji təchizatının dayandırılması nəticəsində yarana bilərdimi?” sualı qoyulmuşdur.
42. Göstərilənlər nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 29 sentyabr tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmişdir.
43. Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin 2022-ci il 6 dekabr tarixli ekspert rəyinə əsasən: - Təqdim edilmiş bir ədəd “EPSON L800” markalı “B412C” modelli printer və bir ədəd “HP LazerJet Pro MFP M127Fn” markalı “CZ181A” modelli skaner-printer hal hazırda işlək vəziyyətdədirlər və çap əməliyyatı icra olundu. - Təqdim edilmiş bir ədəd “EPSON L800” markalı “L800” modelli və bir ədəd “Canon” markalı “i-SENSYS MF8280Cw” modelli printerlərin işlək vəziyyətdə olması müəyyən olundu, lakin çap əməliyyatını icra etmək mümkün olmadı. - Təqdim edilmiş bir ədəd “EPSON” markalı “L1800” modelli printer tədqiqat aparılan zaman təyinatı üzrə istifadəyə yararlı deyildir. -Təqdim edilmiş doqquz ədəd “A4TECH" markalı, iki ədəd “SONY” markalı, iki ədəd “DELL” markalı, altı ədəd “Genius” markalı, bir ədəd “İntex” markalı və bir ədəd “İCASA” markalı (cəmi iyirmi bir ədəd) mausların (kompüter manipulyatoru) işlək vəziyyətdə olması müəyyən olundu. - Təqdim edilmiş üç ədəd “İntex” markalı, üç ədəd “A4TECH” markalı, bir ədəd “DELUXE” mark alı, bir ədəd “ACER” markalı, bir ədəd “SONY” markalı və bir ədəd markası məlum olmayan (cəmi on ədəd) mauslar (kompüter manipulyatoru) işlək vəziyyətdə deyildirlər. - Təqdim edilmiş üç ədəd üzərində "Genius” yazısı olan “COM” portlu, bir ədəd üzərində “Genius” yazısı olan “USB” portlu, bir ədəd üzərində "HİTECH” yazısı olan “USB” portlu və bir ədəd (simsiz) “Apple” markalı “A1314” modelli klaviaturalar işlək vəziyyətdədirlər. - Təqdim edilmiş bir ədəd ağ rəngli “USB” portlu klaviatura işlək vəziyyətdə deyildir. - Təqdim edilmiş bir ədəd simsiz (wireless) qara rəngli üzərində “DELUXE” yazısı olan və bir ədəd simsiz (wireless) qara rəngli üzərində “Genius” yazısı olan klaviaturaların “Bluetooth” adapteri təqdim edilməməsi səbəbindən qeyd olunan klaviaturaların işlək vəziyyətdə olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. - Təqdim edilmiş bir ədəd “Apple” markalı “A1772” modelli simsiz klaviaturanın bir başa “iPad” markalı cihazla əlaqə yaradıldıqdan sonra işləyib-işləməməsini müəyyən etmək ola bilər, lakin “İPad” markalı cihazın tədqiqata təqdim edilməməsi səbəbindən həmin klaviaturanın işlək vəziyətdə olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı. - Təqdim edilmiş iki ədəd böyük ölçülü “F&D" markalı “T-80U” modelli, iki ədəd kiçik ölçülü üz hissəsində “Genius” yazısı olan və bir ədəd arxa markalanma göstəricisinə görə “Creative A520” markalı “MF4110” modelli səsucaldıcılar işlək vəziyyətdədirlər. - Təqdim edilmiş bir ədəd “LG” markalı “E2240TT” modelli, bir ədəd “Samsung” markalı “T24D390EW” modelli, bir ədəd “ACER" markalı “K222HQL” modelli, bir ədəd “HP” markalı “2011x” modelli, üç ədəd “Nexus" markalı “7006S” modelli və bir ədəd “Nexus" markalı “9009S” modelli monitorlar tədqiqat aparılan zaman işlək vəziyyətdədirlər. - Təqdim edilmiş bir ədəd qızılı rəngli daxilində “SİM” kart olmayan “iPhone 6s Plus” markalı “A1634 (MKU62B/A)” modelli və bir ədəd qızılı rəngli daxilində “SİM” kart olmayan “İPhone 6” markalı “MG4F2B/A” modelli mobil smartfonlar halhazırda işlək vəziyyətdədirlər. - Rəyin “Tədqiqi hissəsi”nin 13-cü bəndində göstərilən səbəblərə görə bir ədəd gümüşü rəngli “İPhone 6” markalı arxa markalanma göstəricisinə görə “A1549” modelli, bir ədəd qızılı rəngli “iPhone 6s” markalı arxa markalanma göstəricisinə görə “A1688” modelli, bir ədəd qara rəngli “iPhone 5” markalı arxa markalanma göstəricisinə görə “A1429” model li, bir ədəd gümüşü rəngli “İPhone 5” markalı arxa markalanma göstəricisinə görə “A1457” modelli və bir ədəd qara rəngli "İPhone 5” markalı arxa markalanma göstəricisinə görə “A1428" modelli mobil smartfonlar hal-hazırda işlək vəziyyətdə deyildirlər. - Təqdim edilmiş bir ədəd “Seagate” markalı “2TB” həcmli xarici (sərt disk) yaddaş qurğusu, bir ədəd “Toshiba ” markalı “1TB” həcmli xarici (sərt disk) yaddaş qurğusu, altı ədəd “Genx" markalı “4GB” həcmli xarici (fylas) yaddaş qurğuları, bir ədəd “SanDisk” markalı “4GB" həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd "Transcend” markalı “8GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “DataTraveler" markalı “8GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “SAP" markalı “2GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “SAP” markalı “1GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “256 MB” tutumlu həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “1 GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd kart oxuyan (adapter) qurğu, bir ədəd elektron imza tokeni, bir ədəd “TP-LİNK” markalı simsiz şəbəkə qurğusu, bir ədəd “EZCastPro” markalı simsiz görüntü ötürən qurğu; bir ədəd “Apple” markalı disk oxuyan qurğu və bir ədəd simsiz “maus” siçan tədqiqat aparılan zaman işlək vəziyyətdədirlər. - Təqdim edilmiş bir ədəd' “SYNTAX” markalı “Card Reader” cihazı işlək vəziyyətdə deyildir. - Təqdim edilmiş bir ədəd “TOSHİBA” markalı “MBF2600RC” modelli sərt diskin interfeysi yəni portu "Serial Attached SCSl (SAS)” olduğundan və həmin interfeysin halhazırda tədqiqatda istifadə olunan “TreCorder" markalı kompleks qurğu ilə əlaqə yara dılmaması səbəbindən qeyd olunan sərt diskin işlək olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. - Təqdim edilmiş on bir ədəd cərəyan qidalandırıcısı (adapterlər) və bir ədəd kompüter kabeli hal-hazırda işlək vəziyyətdədirlər. - Təqdim edilmiş bir ədəd “iMac” markalı “A1418” modelli monoblok, bir ədəd üz hissəsində “DİGİTAL” yazısı olan sistem bloku, bir ədəd üz hissəsində “TECH” yazısı olan sistem bloku, bir ədəd üz hissəsində “STRİKER” yazısı olan sistem bloku, iki ədəd qara rəngli “HP" markalı “Pavilion g6” modelli “notebook” tipli kompüter və bir ədəd qara rəngli “TOSHİBA” markalı “SATELLİTE C55-A-1TO” modelli “notebook” tipli kompüter tədqiqat aparılan zaman işlək vəziyyətdədirlər. - Təqdim edilmiş bir ədəd üz hissəsində “Hunkey” yazısı olan kompüter sistem bloku, bi r ədəd “Toshiba” markalı “Satellite C850-D1P” modelli “notebook” tipli kompüter və bir ədəd qara rəngli sistem bloku işlək vəziyyətdədirlər, lakin həmin qurğuların üzərində texniki vəziyyətini yoxlayan test prosedurlarının icra edilməsi mümkün olmadı. - Rəyin “Tədqiqi hissəsi”nin 20-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan iki ədəd “Macbook” “notebook” tipli kompüterlərin işlək vəziyyətdə olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. - Təqdim edilmiş bir ədəd üz hissəsində “SP Super power” yazısı olan, bir ədəd üz hissəsində “eSys” yazısı olan, bir ədəd üz hissəsində “Super power” yazısı olan, bir ədəd üz hissəsində “Fujitsu Siemens” yazısı olan və bir ədəd üzərində hər hansı bir yazısı olmayan kompüter sistem blokları hal-hazırda işlək vəziyyətdə deyildirlər. - Təqdim edilmiş işlək vəziyyətdə olmayan kompüter sistem bloklarında, mobil smartfonlarda, mauslarda (kompüter manipulyatoru) və printerlərdə olan qüsurların (proqram təminatlarında problemlər, nasazlıqlar və onların hansı tarixdə əmələ gəlməsi, baş vermiş texniki xətalar və sairə) səbəbinin müəyyən edilməsi kompüter texniki ekspertizasının həll etdiyi suallar dairəsinə aid olmadığı üçün ekspert qarşısında qoyulmuş 2-ci və 4-cü suallar üzrə tədqiqat işləri aparılmadı. - Ekspertizanın təyini haqqında qərardadda ekspertin qarşısında qoyulmuş “işlək vəziyyətdə olmayan və ya proqram təminatlarında problemlər və yaxud nasazlıqlar müəyyən olunduğu təqdirdə bu sırf enerji təchizatını dayandırılması qaydalarının pozulması və ya avadanlıqların istehsalçı tərəfindən müəyyən edilmiş daşınma və sax lanma qaydalarının pozulması nəticəsində yarana bilərmi” sual kompüter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat işləri aparılmadı. - 2022-ci il “29” iyul tarixli 5/467 nömrəli ekspert rəyində qeyd olunduğuna görə 2022-ci il 22 aprel tarixdə və 2022-ci il 31 may tarixdə serverlərlə və onlarda qurulmuş sistemlərlə bağlı, xüsusi proqram təminatlarının quraşdırılması, həmin proqram təminatlarının təyinatı və təhlilinin həll edilməsi üçün bu sahə üzrə ixtisaslaşmış mütəxəssisin cəlb olunması ilə bağlı ekspert vəsatəti təmin edilməmişdir. Yuxarıda qeyd olunan səbəbləri nəzərə alsaq serverlərlə bağlı suallar üzrə tədqiqat işləri aparılmadı.
44. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 17 yanvar tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərə findən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2089/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2021-ci il 15 noyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır ( sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova, A.Hüseyn).
45. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ekspertlər qarşısında işlək vəziyyətdə olmayan və ya proqram təminatlarında problemlər və yaxud nasazlıqlar müəyyən olunduğu təqdirdə bunun sırf enerji təchizatının dayandırılması qaydalarının pozulması və ya avadanlıqların istehsalçısı tərəfindən müəyyən edilmiş daşınma və saxlanma qaydalarının pozulması nəticəsində yarana bilməsi ilə bağlı suallar qoyulsa da, ekspertlər həmin sualların kompüter texniki ekspertizasının həll etdiyi məsələl ər dairəsinə aid olmadığını bildirərək cavab verməmişlər, eyni zamanda əşya və avadanlıqların bir qisminin zədələnməsinin konkret səbəbi göstərilməmiş, yalnız qeyd olunmuşdur ki, zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilər.
46. Kollegiya qeyd etmişdir ki, bəzi əşya və avadanlıqların zədəli olması və ya işlək vəziyyətdə olmaması özü-özlüyündə zərərin mövcud olması faktını təsdiq etmir. Çünki həmin əşya və avadanlıqların məhz cavabdehin təqsirli hərəkəti nəticəsində zədələnməsi və ya nasaz vəziyyətə düşməsi, eyni zamanda həmin nasazlıqlarla qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması heç bir sübutla təsdiq olunmur.
47. Belə ki, həmin əşya və avadanlıqların məhz cavabdehin sahibliyinə keçməmişdən əvvəl zədəl i və ya nasaz vəziyyətdə olması halı istisna olunmur.
48. Eyni zamanda iddiaçı da həmin əşya və avadanlıqlara məhz cavabdehin sahibliyinə keçdikdən sonra zərər dəyməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –“MPM”) 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, qeyri-yaşayış sahəsindən aparılmış əşya və avadanlıqlara dəymiş zərərlə bağlı iddia təmin edilə bilməz.
49. Hazırkı işdə isə iddiaçı icarə obyektinə subasmanın qarşısını almaq üçün tədbirlər görülməsi zərurəti barəsində icarəyə verən Cavabdeh bildiriş verməsi və eyni zamanda subasmanın qarşısını almaq məqsədilə məhz 5300 manat vəsait xərcləməsi barədə sübutları məhkəməyə tə qdim etməmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, həmin tələblər də əsassızdır.
50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, itirilmiş müştərilər üzrə 130.140 manat dəymiş zərərin ödənilməsi barədə tələb özü-özlüyündə əldən çıxmış fayda olduğundan məhz iddiaçı tərəfindən irəli sürülmüş 1.522.000 manat əldən çıxmış faydanın tutulması barədə tələblərlə eyni qaydada qiymətləndirilməlidir.
51. Hazırkı işdə isə iddiaçının hər hansı hüququnun pozulması, yəni onun qanunsuz olaraq icarə obyektindən çıxarılması, ona məxsus əşya və avadanlıqların onun iradəsindən kənarda ondan götürülməsi və ya həmin əşya və avadanlıqlara hər hansı formada zərər vurulması halı mövcud deyil.
52. Bundan əlavə iddiaçı yuxarıda qeyd olunan hallar baş verməmişdən əvvəl olan müştəri bazası haqqında məlumatları, hab elə bu hallar baş verdikdən sonra müştəri bazasını itirməsi barədə statistik məlumatları, o cümlədən müştəriləri məhz cavabdehin təqsirli hərəkətlərindən sonra itirməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
53. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müştəri narazılığına dair elektron poçt üzərindən yazışmalar isə həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməzdi. Çünki həmin yazışmaların alınma mənbəyi məlum deyildir. Eyni zamanda bunlar sübut qismində qiymətləndirilsə belə, məhz iddiaçının müştəri bazasını itirməsini təsdiq etmir. Çünki həmin hallar yalnız yuxarıda qeyd olunan sübutlar məhkəməyə təqdim edildiyi təqdirdə təsdiq oluna bilərdi.
54. Bundan başqa məhkəmə iclasında da iddiaçının nümayəndələri qeyd etmişlər ki, iddiaçı həmin tarixdən hazırkı g ünədək fəaliyyətini davam etdirmişdir.
55. Göründüyü kimi cavabdehlə icarə hüquq münasibətlərinə xitam verildikdən sonra da iddiaçı öz fəaliyyətini digər bir yerdə davam etdirmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, həmin tələblər də rədd edilməlidir.
56. İddiaçı qeyri-yaşayış sahəsində istifadə edilə bilməyən xidmətlər və əmlak vergisi üzrə 208.706,23 manatın tutulması barədə tələblərə iddia ərizəsində həmin tələbləri ümumiyyətlə əsaslandırmamışdır. Bununla yanaşı 2021-ci il 8 oktyabr tarixli arayışda qeyd edilmişdir ki, müəssisə 10 illik fəaliyyətini planlaşdırdığı Nərimanov rayonu, A.Araz küç, 50c ünvanındakı qeyri-yaşayış sahəsində uzunmüddətli və davamlı işi təmin etmək məqsədilə bir sıra yatırımlar etmiş, lakin cavabdehin qanunsuz əməlləri nəticəsində müəssisənin bunlardan is tifadə hüququ məhdudlaşdırılmışdır.
57. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının həmin arayışda qeyd olunan hallara istinad etməsi tamamilə əsassızdır. Belə ki, işin halları ilə müəyyən olunmuşdur ki, cavabdehin hərəkətlərində hər hansı qanunsuzluq mövcud deyildir. Bundan əlavə mübahisəli icarə müqaviləsində icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur.
58. Hazırkı işdə də həmin hal baş vermiş və icarəyə verən icarə müqaviləsinə xitam vermişdir. Bu baxımdan kollegiya qeyd etmişdir ki, icarəçi həmin şərtlərə uyğun olaraq öz yatırımlarını etməli idi. Əks halda bunun risklərini və nəticələrini özü daşıyır.
59. Həmçinin, vergi qanunvericiliyinin tələblərinə görə əmlak vergisi vergi orqanına ödənilir və əm lak vergisi ilə bağlı tələblər (onun geri qaytarılması və s.) xüsusi prosedur çərçivəsində irəli sürülməlidir.
60. Hazırda isə iddiaçı həm də əmlak vergisinin məhz cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Bu baxımdan kollegiya hesab etmişdir ki, həmin tələb də rədd edilməlidir.
61. Həmçinin ilk iddiada irəli sürülmüş digər tələb 2014-cü il 10 iyun tarixli icarə müqaviləsinə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması hissəsi ilə bağlıdır. Kollegiya hesab etmişdir ki, həmin tələb də əsassızdır.
62. İcarə haqqının iddiaçı tərəfindən ardıcıl olaraq 2 ay ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən həmin bəndin tələbi nəzərə alınmaqla icarə haqqı ardıcıl olaraq 2 ay ödənilmədiyinə görə 2021-ci il 12 mart tarixdə müqaviləyə b irtərəfli qaydada xitam verilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilmiş və 3 gün sonra müqaviləyə xitam verilmişdir.
63. Tərəflər arasında bağlanmış müqavilədə də icarə haqqının ardıcıl olaraq 2 ay ödənilmədiyinə görə müqaviləyə birtərəfli qaydada xitam verilməsi şərti nəzərdə tutulmuşdur. Buna görə də kollegiya hesab etmişdir ki, ilk iddia həmin hissədə də təmin oluna bilməz.
64. Kollegiya qeyd etmişdir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində fevral, mart və aprel ayları üçün 5000 manat məbləğində icarə haqqı hesablanmaqla, ümumilikdə 3 ay üçün 15.000 manat pul vəsaiti tələb etmişdir. Lakin işin halları ilə müəyyən olunur ki, müqaviləyə 2021-ci il 16 mart tarixdən birtərəfli qaydada xitam verilmişdir. Belə olan halda kollegiya hesab etmişdir ki, cavabdehin yalnız 2021-ci il ilin fevra l ayı və mart ayının 15 günü üçün icarə haqqını tələb etmək hüququ vardır.
65. Eyni zamanda iddiaçı icarə haqqının ödənilməməsinin səbəbini onunla əsaslandırmışdır ki, əvvəlki ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşdüyündən, MM-in 562.1-ci maddəsinə əsasən ləngitmə hüququndan istifadə etmişdir və son aylar üçün icarə haqqının tələb edilməsi əsassızdır.
66. Kollegiya hesab etmişdir ki, iddiaçının ləngitmə hüququndan istifadə edərək icarə haqqını ödəməmək üçün əsas hesab etdiyi hallar (əvvəlki ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırı lması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşməsi) nə MM-in 562.1-ci maddəsinə, nə də müqaviləyə əsasən cavabdeh barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbinin olması ilə eyniləşdirilə bilməz.
67. Kollegiyanın mövqeyinə görə, iddiaçının icarə haqqını ödəməməsi ilə bağlı irəli sürdüyü xüsusat əsassızdır və buna görə də icarə haqqının ödənilməsi tələbi qismən təmin olunaraq 7500 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
68. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
69. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində qeyd olunmuşdur ki, “İcarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayın 10-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər bir gecikdirilmiş gün üçün ödənilməyən aylıq icarə haqqı məbləğinin 1% həcmində icarəyə verənə cərimə ödəyir”. Lakin kollegiya əsas borca tənasübsüz olaraq 14.200 manat cərimə hesablanmasını əsaslı hesab etməmişdir. Belə ki, icarə haqqının ödənilməməsi cavabdehə 2021-ci il 12 mart tarixdə məlum olduğuna görə onun həmin vaxt da iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olsa da, bir neçə ay sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zərərin (cərimənin məbləğinin) MM-in 21.3-cü maddəsində qeyd olunan qaydada artmasına şərait yaratmışdır.
70. Həmçinin kollegiya hesab etmişdir ki, qarşılıqlı id diada irəli sürülmüş 800 manat daşınma xərcinin, 2021-ci il 4 may tarixdən hər ay 190 manat məbləğində pul vəsaitinin tutulması barədə tələblər də əsaslıdır. Belə ki, icarəçi əmlakların götürülməsini təmin etmədiyindən cavabdeh mülkiyyətində olan əmlakla bağlı hüquqlarını həyata keçirmək üçün əmlakların anbara daşınmasına görə 800 manat məbləğində pul vəsaiti sərf etmiş və bundan sonra həmin əşyaların saxlanılması ilə bağlı üçüncü şəxslə bağladığı icarə müqaviləsinə əsasən hər ay 190 manat məbləğində icarə haqqı ödəmişdir. Kollegiyanın mövqeyinə görə, qeyd olunan xərclər MM-in 443.1-ci maddəsində nəzərdə tutulan zərər kimi qiymətləndirilməli və qarşılıqlı iddia həmin hissələrdə təmin olunmalıdır.
71. Məhkəmə hesab etmişdir ki, ünvan 5 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda ol an əşya və avadanlıqların cavabdehin öz hesabına aparılması barədə tələblər də əsaslıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 2021-ci il 18 mart tarixli məktubda 2021-ci il 16 mart tarixli müqaviləyə birtərəfli qaydada xitam verilməsi və qeyriyaşayış sahəsində olan əmlakların götürülməsi ilə bağlı xəbərdarlıq olunsa da, sonuncu əmlakların götürülməsini təmin etmədiyindən, cavabdeh mülkiyyətində olan əmlakla bağlı hüquqlarını həyata keçirmək üçün əmlakları üçüncü şəxslə bağladığı icarə müqaviləsi əsasında başqa bir icarə obyektinə köçürmüşdür. Həmin əşyaların orada qalması isə cavabdeh üçün hər ay icarə haqqı ödəmək kimi öhdəlik yaratmışdır. Ona görə də, cavabdeh MM-in 1098.1-ci maddəsinə əsasən həmin tələbi irəli sürməkdə haqlıdır.
72. Bununla yanaşı kollegiya hesab etmişdir ki, 1 ay 15 gün üçün təzminat olan 75.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, cavabdeh həmin tələbi müqavilənin 7.4-cü bəndi ilə əsaslandırmış, qeyri-yaşayış sahəsinin 1 ay 15 gün ərzində iddiaçı tərəfindən təhvil verilməməsinə istinad etmişdir.
73. Həmçinin qarşılıqlı iddianın qeyri-yaşayış binanın fasad hissəsinin monitor götürüləndən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması hissəsi ilə bağlı cavabdeh müqavilənin 3.3-cü bəndinə istinad etmişdir. Qarşılıqlı iddianın bu hissəsinə qiymət verilməsi üçün kollegiya hesab etmişdir ki, müqavilənin 2.2.10, 3.1 və 3.3-cü bəndləri nəzərə alınmalıdır. Qeyd olunan bəndlərin məzmunundan da görünür ki, sahənin əvvəlki vəziyyətdə icarəyə verənə qayt armaq icarəçinin vəzifəsidir. Kollegiyanın mövqeyinə görə, müqavilə şərtlərinə əsasən müqavilənin müddəti bitdikdə və ya müqaviləyə xitam verildikdə sahəni qəbul etdiyi şəkildə icarəyə verənə qaytarmaq barədə icarəçi tərəfindən öhdəlik götürüldüyündən, qarşılıqlı iddia bu hissədə də təmin olunmalıdır.
74. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi hazırkı apellyasiya baxışı zamanı iddiaçının vəsatəti əsasında iş üzrə müvafiq ekspertizalar təyin olunmuş və verilmiş rəylər əsasında iddiaçının istinad etdiyi hallar sübut olunmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi ekspert rəyləri ilə əşya və avadanlıqların bir qisminin işləməməsi qismən təsdiq olunsa da, bu hal özü-özlüyündə zərərin mövcud olması faktını təsdiq etmir. Çünki həmin əş ya və avadanlıqların məhz cavabdehin təqsirli hərəkəti nəticəsində nasaz vəziyyətə düşməsi və müxtəlif formada deformasiyaya uğraması, eyni zamanda həmin nasazlıqlarla qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması heç nə ilə təsdiq olunmur. Belə ki, həmin əşya və avadanlıqların məhz cavabdehin sahibliyinə keçməmişdən əvvəl nasaz vəziyyətdə olması halı istisna olunmur. Eyni zamanda, iddiaçı həmin əşya və avadanlıqlara məhz cavabdehin sahibliyinə keçdikdən sonra zərər dəyməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilən digər sübutlar isə məhkəmənin yuxarıda göstərilən əsaslandırmasına əsasən əsassızdır.
75. Bundan əlavə cavabdehin 4 və 5-ci mərtəbələrdə videokameralara müdaxilə etməsini əks etdirən videoyazı da sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin videoyazıda cavabdehin iddiaçıya məxsus avadanlıq və əşyalara zərər yetirməsi müşahidə edilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillər isə yalnız ən yaxşı halda onlarda əks olunan əşyaların iddiaçıya məxsus olduğunu təsdiq edə bilər ki, hazırda həmin hallar mübahisələndirilmir. Mübahisəli məqam cavabdehin həmin əşya və avadanlıqlara zərər yetirib-yetirməməsi ilə bağlıdır ki, hazırda həmin hallar müəyyən olunmur. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçının həmin hallara istinad etməsi əsassızdır. Bundan başqa iddiaçının da istinad etdiyi MM-in 685.2-ci maddəsində göstərilir ki, kirayəyə verən xəbərdarlıq müddətini gözləməd ən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: a) kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə. Hazırki işdə də cavabdeh tərəfindən iki ardıcıl müddət üçün kirayə haqqının ödənilməməsi mübahisəsizdir. Kirayəyə verən də bu hüququndan istifadə etmiş və tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam vermişdir. Həmin Məcəllənin 686-cı maddəsində də təsbit olunmuşdur ki, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Göründüyü kimi iddiaçının icarə müqaviləsinə xitam verilməsi ilə bağlı hərəkətləri həm tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, həm MM-in tələblərinə tam uyğun olmuşdur. Ona görə də müqavilə şərtinin MM-in tələblərinə zidd olması ilə bağlı dəlillər əsassızdır.
76. Cavabdehin apellyasiya şikayətinin dəlilləri də yuxarıda qeyd olunanlara görə əsassızdır.
77. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 21.3, 390.1, 399.1, 421.1, 423.1, 424.1, 404.1, 404.2, 443.1, 443.2, 462.1, 467, 562.1, 685.2, 685.2.1, 686, 700.1, 1096, 1097.1, 1098.1-ci maddələrinə, MPM-in 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
78. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 2 fevral tarixində tərəflərin şəxsi elektron kabinetlərinə yerləşdirilmişdir.
79. İddiaçı 2023-cü il 17 ma rt tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
80. Cavabdeh 2023-cü il 31 mart tarixində kassasiya şikayəti verərək, cavabdehin apellyasiya şikayətinin təmin olunmaması hissəsində ləğv olunmasını, işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri
81. MM-in 390.1, 390.5, 685.2, 691.3-cü maddələrinin tələbləri pozulmuşdur. Müqaviləyə xitam verilməsinin etibarsız hesab edilməsi ilə bağlı ilkin iddia tələbində nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 2014-cü il 10 iyun tarix li müqavilənin ("İcarə müqaviləsi”) 6.2.3-cü bəndində müqaviləyə xitam verilməsi halları nəzərdə tutulmuşdur ki, bu hallardan biri də “birtərəfli qaydada, digər tərəfi 6 ay qabaqcadan xəbərdar etmək şərtilə ” müqaviləyə xitam verilməsidir (Sonradan 4 saylı Əlavədə bu müddət 2 aya qədər azaldılır). Bu bənd birmənalı olaraq müqavilənin hər iki tərəfinə, həm icarəyəverənə, həm də icarəçiyə aiddir. Sonradan qeyd olunan İcarə müqaviləsinə 2015-ci il 1 iyul tarixli 1 saylı Əlavə edilir və müqavilənin 6.2.3-cü bəndi aşağıdakı redaksiyada verilir: “İcarəçi tərəfindən birtərəfli qaydada icarəyəverəni 6 ay qabaqcadan xəbərdar etməklə”. Bu əlavədən sonra müqavilədə icarəyəverənin hər hansı bir xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək öhdəliyi olmur. Yəni icarəyəverən hər-hansı b ir xəbərdarlıq etmədən də birtərəfli qaydada müqaviləyə xitam vermək hüququna malik olur. Lakin elə həmin əlavədə müqaviləyə 6.2.4-cü bənd əlavə edilir ki, həmin bənddə nəzərdə tutulur: “Tərəflərdən hər-hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə 90 gün müddətində müqaviləyə xitam verilir”. Əgər icarəyəverən tərəfindən həm onun icarəçiyə ünvanladığı məktubları, həm də qaışılıqlı iddia ərizəsi üzrə onun iddia tələbini əsaslandırdığı halları nəzərə alsaq, belə bir qənaətə gəlmək olur ki, icarəyəverən tərəfindən icarə müqaviləsinə xitam verilməsinin əsas səbəbi icarəçinin icarə haqqını 2 ay ərzində ödəməməsi olmuşdur. Yəni icarəçinin müqavilə öhdəliklərini yerinə yetirməməsi icarəyəverən tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə səbəb olmuşdur. Bu halda, icarəyəverə n müqavilənin 6.2.4-cü bəndində olan 90 gün müddəti gözləməli idi. İcarə müqaviləsinə edilmiş digər 1, 2, 3, 4, 5, saylı Əlavələrdə müqavilənin bu bəndinin qüvvədən düşməsi ilə bağlı hər-hansı bir bənd yoxdur və bu səbəbdən bu bənd öz hüquqi qüvvəsini saxlamışdır.
82. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin 6.2.4-cü bəndində nəzərdə tutulan “Tərəflərdən hər-hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə 90 gün müddətində müqaviləyə xitam verilir.” müqavilə şərti MM-in 685.2-ci bəndinə münasibətdə üstün tətbiq olunmaq hüququna malikdir.
83. MPM-in 47.2, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlakın özbaşına daşınması ilə bağlı məhkəməyə təqdim olunmuş videogörüntülərdə həmin çəkilişin nə zaman, kim tərəfindən, hansı şər aitdə aparıldığı məlumdur və videoyazılar vasitəsilə şirkətin əmlak və iş sənədlərinin cavabdeh tərəfindən qanunsuz əldə edilməsi, eləcə də dəymiş ziyan tam olaraq sübut edilir. Lakin məhkəmə öz qətnaməsində həmin videoyazılara ümumiyyətlə istinad etməmişdir. Məhkəmə qərarında dəymiş zərərlə bağlı sübutların bir qisminin təqdim olunmadığını qeyd etmişdir. Halbuki, təqdim olunan videoyazı ilə açıq aşkar sübut olunur ki, iddiaçının Məmməd Araz küçəsi 50c ünvanında yerləşən ofisinə 2021-ci il 1 may-2 may qeyri-iş günləri və 2021-ci il 14 may Ramazan bayram günündə qanunsuz şəkildə, heç bir məhkəmə qərarı olmadan, hüquq mühafizə və ya hər-hansı icra qurumlarını bu haqda məlumatlandırmadan və həmin qurumları bu axtarış prosesinə cəlb etmədən, habelə obyektə giriş edərək çəkiliş aparacağı haqqın da iddiaçıya nə yazılı, nə də şifahi şəkildə heç bir məlumat vermədən, özbaşına surətdə qanunsuz olaraq şirkətə məxsus 24/7 çəkiliş aparılan təhlükəsizlik nəzarət kameraları şəxsən cavabdehin vəkilinin göstərişi ilə qəsdən söndürülərək, qapı qıfılları yenə də vəkilin əmrinə əsasən sındırılaraq gizli surətdə şirkətə məxsus əmlak (ofis mebeli və əşyalar, telekommunikasiya avadanlıqları və inventarlar, geniş çeşidli Apple məhşulları və aksesuarları habelə 24 əyarlı qızıl “Apple Goldgenie” markalı cihazlar) habelə şirkətə məxsus məxfi sayılan sənəd və məlumatlar, arxiv sənədləri, rəsmi yazışmalar, müqavilə və aktlar, bank kartları, şirkətin rəsmi lisenziya və icazələri, şirkət əməkdaşlarının şəxsi əşyaları, serverlərdə şirkətə, müştərilərə və tərəfdaşlara məxsus fərdi məlumatlar, bir sözlə 2 0 illik fəaliyyəti olan tam xarici investisiyalı bir şirkətin bütün maddi texniki bazası, avadanlıqları və sənədləri, o cümlədən mövcud iddia üzrə məhkəmə sübutları cavabdeh tərəfindən götürülmüşdür.
84. Video görüntülərdə müşahidə olunan maraqlı məqamlardan biri də cavabdehin müəyyən otaqlara giriş etmədən öncə orada nəyin mövcud olduğunu bilməsidir. Bu isə o deməkdir ki, çəkilişdən öncə həmin ərazilərə artıq giriş edilib və hazırkı video görüntülərdə qapının qıfılının sındırılması və s. hərəkətlər sadəcə görüntü xarakterlidir. Bunu həmçinin ofisdə rəhbər şəxslərə və əməkdaşlara məxsus iş masasında dolabların qapılarını açarkən ordakı şəxsi əşyalar və sənədlərin qarışıqlığından da görmək olar. Bu kadrlardan açıqaydın görünür ki, həmin sənədlərə əvvəlcədən müdaxilə olunub.
85. Videoyazıdan həmçinin o da görünür ki, şirkətə məxsus mebel, avadanlıq, sənəd və s. tam şəkildə çəkilişə daxil edilməmişdir. Məsələn, şirkətə məxsus seyfin çəkilişdə olmaması, həmçinin Apple markalı cihazların yerləşdiyi qutunun “boşdur” deyilərək üzərindən keçilməsi, şirkətin rəhbər şəxsləri və əməkdaşlarının iş masaları və çəkməcələrinin açılaraq səthi çəkiliş edilməsi buna sübutdur. Cavabdehin vəkili Ələsgər Hüseynli videoyazıda verdiyi izahatda müəssisəyə məxsus olan avadanlıqların başqa bir yerə daşınması məqsədilə çəkiliş aparıldığı qeyd etsə də, video görüntülərdə bu avadanlıqların paketlənməsi və ya daşınması üzrə heç bir kadr mövcud deyildir.
86. Sübutlardan biri və ən əsası isə video materialın heç bir kadrında görünməyən, lakin hansısa üsulla sonradan cavabdehin təqdim etdiyi siyahıda “peyd a” olan cihazlardır. Buna misal olaraq, icraçı direktorun kabinetində içində dəyərli əşyalar və sənədlər olan seyf, məhdud sayda istehsal olunan 24 əyarlı qızıl iPhone telefonları göstərilə bilər. b) cavabdehin kassasiya şikayətinin dəlilləri
87. MM-in 6.2, 442, 445, 448.1, 448.2, 697.1, 967.2, 697.1, 705-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qətnamədə vurğulamışdır ki, məhkəmə əsas borca tənasübsüz olaraq 14.200 manat cərimə hesablanmasını əsaslı hesab etmir. İcarə haqqının ödənilməməsi cavabdehə 2021-ci il 12 mart tarixdə məlum olduğuna görə onun həmin vaxt da iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olsa da, bir neçə ay sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zərərin (cərimənin məbləğinin) artmasına şərait yaratmışdır. Məhkəmənin qeyd et diyi dəlili əsas götürsək, bu halda yalnız ödənilməmiş fevral ayı üçün icarə haqqının cəriməsi 2021-ci il 16 mart tarixinə 1700 manat təşkil edir. İddiaçı isə hələ mart ayının icarə haqqını belə ödəməmişdir və bunu 1800 manatın üstünə əlavə etsək, 2000 manatdan artıq məbləğ edəcək. Cavabdehin iddiaçıdan məhkəmə vasitəsilə borcu və cəriməni tələb etmək üçün ən azı pretenziya qaydasına riayət olunmasını və bunun üçün minimum 20-30 gün vaxt tələb olunduğunu nəzərə alaraq, cavabdeh tərəfindən məhkəməyə müraciət etmək ən yaxşı halda 15 apreldən sonra təsədüf edəcəkdir. Belə olan halda, elə ödənilməyən fevral və mart ayların icarə haqların cərimələri (64 gün fevral ayından və 36 gün mart ayından) 5000 manat təşkil etməli idi. Hər halda istənilən vəziyyətdə cərimə 500 manat ola bilməzdi.
88. İddi açı sahəni təhvil verməkdən imtina etmişdir və bunu yazılı qaydada təsdiq etmişdir. Aralarında bağlanmış icarə müqaviləsinin 7.4-cü bəndində əks olunur ki, icarəçi müqavilənin müddəti bitdiyi və ya müqaviləyə xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 50.000 manat təzminat ödəyir. İddiaçının daxil olub özünə məxsus istənilən əşyaları götürmək imkanı olmuş, eləcə də iddiaçı həmin sahədən əşyaları götürmək niyyətində olsaydı, dərhal ona bu şərait yaradılardı. Lakin iddiaçı bu günə qədər öz əşyalarını təhvil almaqdan imtina etmişdir.
89. Müqaviləyə 2021-ci il 16 mart tarixdən xitam verilmişdir, lakin iddiaçı cavabdehə icarəyə götürülmüş sahəni təhvil verməkdən imtina etmişdir və bu iddiaçını n cavab məktubu ilə təsdiq olunur. Sonuncuya məxsus əşyalar köçürüldükdən sonra və həmin sahə cavabdehin tam istifadəsinə geri qayıtdıqdan sonra icarə haqqı istənilməmişdir. Həmin sahədə iddiaçının əmlakları yerləşdiyindən və iddiaçının istifadəsində olmadığından, həmin müddət üçün icarə haqqının tutulması haqlı olardı.
90. MPM-in 14.2, 88-ci maddələrinin tələbləri pozulmmuşdur. Məhkəməyə təqdim edilmiş icarə müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq həm aylıq icarə haqqı, cərimələr və sahəni vaxtında təhvil verməmək nəticəsində müəyyən edilmiş təzminatlar öz əksini tapmışdır. Tərəflər onu imzalamaqla öz razılığını ifadə etmişdirlər. Məhkəmə təqdim edilmiş sübutu araşdıraraq onu istifadə etməmişdir. Nəticədə cərimə və icarə haqqı tam şəkildə, təzminat isə ümumiyyətlə tutulmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
91. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
92. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
93. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara i stinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
94. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanu nvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilm əsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır....” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərin də yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
562. Ləngitmə hüququ 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ)....” “Maddə
685. Kirayəyə verənin hüquqi müdafiə vasitələri... 685.2. Kirayəyə ver ən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;...” “Maddə
686. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsinə yol verilmədiyi hallar. Xəbərdarlıq müddəti gözlənilmədən müqavilənin ləğvi Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur.” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqa viləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakı na vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1098. Zərər vurulmasının qarşısının alınması 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər....”
95. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətna mə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli, 22(103)-16/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.
97. İddiaçı, kassasiya şikayətinin “müqaviləyə birtərəfli xitam verilməsinin etibarsız hesab edilməsi” ilə bağlı dəlillərini tərəflər arasında bağlanmış 2014-cü il 10 iyun tarixli müqavilənin 6.2.3-cü bəndi (“birtərəfli qaydada, digər tərəfi 6 ay qabaqcadan xəbərdar etmək şərtilə, 4 saylı Əlavədə bu müddət 2 aya qədər), icarə müqaviləsinə 2015-ci il 1 iyul tarixli 1 saylı Əlavəyə əsasən edilmiş dəyişikliklə, müqavilənin 6.2.3-cü bəndi və 6.2.4-cü bəndi ilə (“Tərəflərdən hər-hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə 90 gün müddətində müqaviləyə xitam verilir”) əsaslandıraraq, icarəyəverənin 90 gün müddəti gözləməli olduğunu bildirir. Halbuki, apellyasiya məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi, tərəflərin MM-in 390-cı maddəsinə müvafiq olaraq, 2020-ci il 1 may tarixdə imzaladıqları, Müqaviləyə 4 saylı Əlavədə (6.2.6-cı bənd) icarəçinin ardıcıl 2 ay icarə haqqını ödəmədiyi halda müqaviləyə 3 iş günü müddətində birtərəfli qaydada xitam verilməsi nəzərdə tutulmuşdur.
98. Kassasiya şikayətində mübahisələndirilən bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsi MM-in 685.2-ci maddəsinə istinadən belə qənaətə gəlmişdir ki, hazırkı işdə cavabdeh (qarşılıqlı iddia üzrə) tərəfin dən iki ardıcıl müddət üçün kirayə haqqının ödənilməməsi mübahisəsizdir. Kirayəyə verən də müqavilənin 6.2.6-cı bəndi ilə ona veilmiş bu hüququndan istifadə etmiş və tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam vermişdir. MM-in 686-cı maddəsində də təsbit olunmuşdur ki, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Göründüyü kimi iddiaçının (qarşılıqlı iddia üzrə) icarə müqaviləsinə xitam verilməsi ilə bağlı hərəkətləri həm tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, həm MM-in tələbl ərinə tam uyğun olmuşdur. Ona görə də müqavilə şərtinin MM-in tələblərinə zidd olması ilə bağlı dəlillər əsassızdır. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, icarə haqqının ardıcıl olaraq 2 ay ödənilməməsi hazırkı işin mübahisələndirilməyən halıdır. İcarə haqqı ardıcıl olaraq 2 ay ödənilmədiyinə görə cavabdeh tərəfindən 2021-ci il 12 mart tarixdə müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilmiş və 3 gün sonra müqaviləyə xitam vermişdir.
99. İddiaçının kassasiya şikayətinin digər dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, işə apellyasiya qaydasında baxılarkən təyin edilmiş ekspertizalar zamanı ekspertlər qarşısında işlək vəziyyətində olmayan və ya proqram təminatlarında problemlər və yaxud nasazlıqlar müəyyən olunduğu təqdirdə bunun sırf enerji təchizatının dayandırılması qaydalarının pozulması və ya avadanlıqların istehsalçısı tərəfindən müəyyən edilmiş daşınma və saxlanma qaydalarının pozulması nəticəsində yarana bilməsi ilə bağlı suallar qoyulsa da, ekspertlər həmin sualların kompüter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığını bildirərək cavab verməmişlər, eyni zamanda əşya və avadanlıqların bir qisminin zədələnməsinin konkret səbəbi göstərilməmiş, yalnız qeyd olunmuşdur ki, zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilər. Apellyasiya məhkəməsi isə qeyd etmişdir ki, bəzi əşya və avadanlıqların zədəli olması və ya işlək vəziyyətdə olmaması özü-özlüyündə zərərin mövcud olması faktını təsdiq etmir, çünki həmin əşya və avadanlıqların məhz cavab dehin təqsirli hərəkəti nəticəsində zədələnməsi və ya nasaz vəziyyətə düşməsi, eyni zamanda həmin nasazlıqlarla qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması heç bir sübutla təsdiq olunmur, həmin əşya və avadanlıqların məhz cavabdehin sahibliyinə keçməmişdən əvvəl zədəli və ya nasaz vəziyyətdə olması halı istisna olunmur, eyni zamanda iddiaçı da həmin əşya və avadanlıqlara məhz cavabdehin sahibliyinə keçdikdən sonra zərər dəyməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –“MPM”) 77.1ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan, qeyri-yaşayış sahəsindən aparılmış əşya və avadanlıqlara dəymiş zərərlə bağlı iddia təmin edilə bilməz.
100. İş ə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi qeyd edilən hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
101. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri isə hesablanmış cərimə məbləğinin azaldılması və təzminat tələbinin təmin edilməməsi ilə bağlı olmuşdur. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin hallarını, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, qarşılıqlı iddianın əsas borca dair hissəsinin qismən təmin olunmasını, eləcə də iddiaçını n məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 14.200 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 500 manat məbləğində müəyyənləşdirmişdir. Məhkəmələrə işin hallarına uyğun olaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti verən MM-in 467-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin cərimənin məbləğinə dair dəlilləri ilə razılaşmır.
102. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4-cü bəndində icarəçi tərəfindən icarəyə verənə təzminat ödənilməsi “müqavilənin müddəti bitdiyi və ya müqaviləyə xitam verildiyi vaxt icarəçin in sahəni təhvil verməkdən imtina etməsi ilə şərtləndirilmişdir. İşə baxmış məhkəmələr tərəfindən isə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus əşyalar saxlanılsa da, 2021-ci il 16 mart tarixdən iddiaçının icarəyə verilmiş qeyri-yaşayış sahəsinə daxil olmaq imkanı olmamışdır. Odur ki, işə baxmış məhkəmələr cavabdehin qarşılıqlı iddiasını təzminat tələbi hissəsində təmin etməməkdə haqlı olmuşlar.
103. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılaraq, mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirildiyindən, iddiaçının və cavabdehin kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də əsaslı hesab edilmir.
104. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli, 2-2(103)-16/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
105. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
106. İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli, 2-2(103)-16/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.