Məhkəmə qərarları › İş №2-2(102)-278/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-278/2019

21.08.2019 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-278/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı XXXnın cavabdeh XXX Dövlət Agentliyinə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-278/19 Bakı şəhəri 21 avqust 2019-cu il 21.08.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı Azərbaycan Respublikası XXXnın vəkili Yaşar Mustafayevin, cavabdeh XXXDövlət Agentliyinin vəkili Vəkil1 iştirakları ilə, cavabdeh XXXDövlət Agentliyinin nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-2(103)742/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı Azərbaycan Respublikası XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh XXXDövlət Agentliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 16.326,48 manat vəsaitin cavabdeh tərəfindən ödənilməsi və cavabdehn inzibati məsuliyyətə cəlb edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2-2(81)684/2018 saylı qərardadı ilə (hakim Aida Hüseyn) iddiaya cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi hissəsində xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2018-ci il tarixli, 2-2(81)684/2018 saylı qətnaməsi ilə (hakim Aida Hüsey n) iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-2(103)-742/2018 saylı qətnaməsi ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən iddiaçının xeyrinə 14.157 manat vəsaitin tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının sahə müfəttişi X3, X2, Təngərud meşəbəyliyin sahə müfəttişi X5, iddiaçının əməkdaşı X6, Astara rayon Əsxanakən İnzibati Ərazi Dairəsinin nümayəndəsi X1, Təngərud müşəbəyliyin 03 saylı dolayın mühafizə yegeri X7, “xxxx” ASC-nin məsul işçisi Əmir (soyadı və atasının adı bildirilmədi) iştirakı ilə tərtib edilmiş 09 oktyabr 2017-ci il tarixli aktda qeyd olunur ki, iddiaçının rəhbərliyinə daxil olmuş məlumatlara əsasən, təməli Azərbaycan Respublikasının Prezidentinin Təxtənəkəran – Miki, Təxtənəkəran – Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 13 aprel 2015-ci il tarixli sərəncamına əsasən və Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2017-ci il tarixli sərəncamı ilə tikintisinə “xxxx” ASC tərəfindən başlanması, tikinti işlərinin XXXnın Mühafizə olunan ərazilərində bir sıra qanun po zuntuları barədə faktları araşdırmışlar. Aparılmış araşdırma zamanı məlum oldu ki, Təxtənəkəran – Toradi kəndlərarası tikinti aparılan yolun XXXn ərazisindən keçən hissəsinin ümumi uzunluğu 4000 metr təşkil edir. XXXn əsasnaməsini rəhbər tutaraq yol tikintisi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizasının rəyi tələb edildikdə onun olmadığı bildirilmişdir. Dəfələrlə rəyin olmamasından işin XXXn ərazisindən keçən hissəsində dayandırılması tələb edilsə də, buna əhəmiyyət verilməmiş və iş davam etdirilmişdir. 2015-ci ildə XXXn ərazisində (Təngərud müşəbəyliyin 3 saylı dolayın 9-cu kvartalında) yolun düzgün olmayaraq 110 metr uzunluğunda 4 metr enliyində və 3 metr hündürlüyündə hamarlama aparılaraq genişləndirmə işləri aparıldığından 1 ədəd 40 sm diametrliyində ağcaqayın, 1 ədəd 36 sm diametrliyində qızılağac, 6 ədəd 32 sm diametrliyində qızılağac, 1 ədəd 24 sm diametrliyində qızılağac və 1 ədəd 20 sm diametrliyində ağaclar torpağın sürüşməsi nəticəsində yıxılmış və təbiətə ziyan dəymişdir. Sonuncu dəfə 07 oktyabr 2017-ci il tarixdə işin dayandırılması barədə xəbərdarlığa baxmayaraq “xxxx” ASC-nin iş icraçılarının göstərişinə əsasən ağır texnikalar vasitəsi ilə 08 oktyabr 2017-ci il tarixdə XXXn Təngərud meşəbəyliyin 03 saylı dolayın 24-cü kvartalında yolu genişləndirmə məqsədi ilə 56 metr uzunluğunda, 2 metr enliyində, 1,6 metr hündürlüyündə torpaq sahəsi hamarlanaraq dağıdılmış, həmçinin torpağın münbit üst qatı korlanmışdır. Bununla da, “xxxx” ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarının tələblərini pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə xəta törətmişdir. Həmin akt əsasında dəymiş ziyanın hesablama cədvəli tərtib edilmiş və təbiətə dəymiş ziyanın cəmi məbləğinin 18.326,48 manat olması müəyyən edilmişdir. İddiaçı hazırkı tələbində hesablanmış ziyan məbləğindən 16.326,48 manat ziyanın tutulmasını xahiş etmişdir. 09 oktyabr 2017-ci il tarixli aktın məzmunundan göründüyü kimi, iddiaçının ərazisində təbiətə ziyanın iki dövrdə, 2015 və 2017-ci ildə vurulduğu – 2015-ci ildə Təngərud meşəbəyliyin 3 saylı dolayın 9-cu kvartalında və 08 oktyabr 2017-ci il tarixdə isə Parkın Təngərud meşəbəyliyin 03 saylı dolayın 24-cü kvartalında torpaq sahəsinin hamarlanaraq dağıdılması, həmçinin torpağın münbit üst qatının korlanması qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Astara rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 13 aprel 2015-ci il tarixli sərəncamına əsasən, Astara şəhərində 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakəran - Miki və Taxtanakəran - Toradi kəndlərarası avtomobil yollarının qurulması məqsədi ilə Astara rayon İcra Hakimiyyətinə vəsait ayrılmışdır. “Astara rayonun Taxtanakəran - Miki və Taxtanakəran – Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2017-ci il tarixli sərəncamına əsasən, on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanakəran - Miki və Taxtanakəran - Toradi kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı “xxxx” ASC-yə ayrılmışdır. İddiaçı tərəfindən tərtib olunmuş ziyanın hesablama cədvəlinə əsasən, XXXnın ərazisində 2015-ci ildə (Təngərud meşəbəyliyin 3 saylı dolayın 9-cu kvartalında) münbit qatı korlanmış torpağın ölçüsü 1320 m3, 2017-ci ildə (parkın Təngərud meşəbəyliyin 03 saylı dolayın 24-cü kvartalında) isə 179,2 m3-dir. İddiaçı cədvəlində hesablamanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli, 239 saylı 23 iyul 1998-ci il tarixli qərarları na əsasən apardığını göstərmişdir. İddiaçı tərəfindən hesablama zamanı əsas götürülmüş əmsallar üzrə, 2015ci ildə vurulmuş ziyanın miqdarı – ((1320m3x0,15)x55manx1,3=14.157 manat) 14.157 manat təşkil edir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, Taxtanəkəran - Miki və Taxtanəkəran - Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə bağlı ilkin inşaat və yenidən qurma işləri cavabdeh tərəfindən aparılmamış, yol tikintisinin davam etdirilməsi Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2017-ci il tarixli sərəncamına əsasən cavabdehə həvalə olunmuşdur. Belə ki, cavabdehin Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2015-ci il tarixli sərəncamının icrası qaydasında Taxtanəkəran - Miki və Taxtanəkəran - Toradi avtomobil yollarının tikinti si ilə bağlı fəaliyyətinə dair hər hansı sübut iş materiallarına əlavə olunmamış, əksinə Azərbaycan Respublikası Astara rayon Asxanakəran Bələdiyyəsi tərəfindən verilmiş 25 iyul 2017-ci il tarixli, 15 saylı arayışda Taxtanəkəran - Toradi avtomobil yolunun tikintisinin cavabdeh tərəfindən 2017-ci ildən başlanması göstərilmişdir. 2017-ci ildə XXXna vurulmuş ziyanın tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2017-ci il tarixli sərəncamının tələblərini, işin hallarını nəzərə almaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, Agentliyin nizamnaməsinə əsasən, agentlik onun idarə, nümayəndəlik və filialları, habelə törəmə cəmiyyətləri tərəfindən balansına verilmiş ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, əsaslı təmiri, yenidənqurulması məqsədilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq alınması tələb olunduqda, həmin xüsusi razılıq alınmış hesab edilir və yenidən alınması tələb olunmur. Cavabdeh həmçinin qeyd etmişdir ki, Agentlik yerin təkindən istifadənin növlərini müəyyən edən qanunda nəzərdə tutulmuş hallardan – geoloji və geokoloji öyrənmə, faydalı qazıntıların çıxarılması, dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı, elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılması və mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması işlərindən heç birini yerinə yetirməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 7, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 21, Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 372, 2.2, 217.1, 385.1, 417.1.3, 418.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş, lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsini digər əsaslar üzrə ləğv olunmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən Apellyasiya məhkəməsi hesab etmişdir ki, yolun tikintisini həyata keçirən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyanın dəyməsi müəyyən olunduğundan, cavabdeh dəymiş ziyanın məbləği çərçivəsində məsuliyyət daşımalıdır. Cavabdeh bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, tərəflərindən yerin təkindən istifadənin pozulmasına görə məsuliyyəti müəy yən edən hallara yol verilməmiş, yalnız müvafiq sərəncama əsasən avtomobil yolunun tikintisi həyata keçirilmiş və sonuncu halda hüquqla və qanunla müdafiə edilən iddiaçıya zərərin vurulması halı təsdiq olunmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəf indən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş normaların məzmununa görə iddia qaldıran şəxs zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmalı, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə, mübahəsinin həlli üçün ilk növbədə sadalanmış dispozitiv şərtlərin müəyyən olunması zəruridir. İddiaçının zərərin ödənilməsinə hüququnun olmasına münasibətdə qeyd edilməlidir ki, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində milli parkları n və onların təşkili qaydaları açıqlanmış və müəyyən edilmişdir ki, Milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. Həmin Qanunun 47-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinə və obyektlərinə vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir. “Azərbaycan Respublikasının XXXnın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2004-cü il tarixli sərəncamının 1-ci bəndinə əsasən, Az ərbaycan Respublikasının Lənkəran və Astara rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 21435 hektarlıq sahəsində Azərbaycan Respublikasının XXX yaradılsmışdır. Beləliklə, bu qanunveriliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının XXX xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və ona dəymiş ziyan mülki qanunveriliyin və təbiətin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə əsasən ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2015-ci il tarixli sərəncamı ilə Astara rayonu Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədi ilə Astara Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2017-ci il tarixli sərəncamı ilə həm in avtomobil yollarının tikintisinin başa çatdırılması məqsədi ilə “xxxx» Açıq Səhmdar Cəmiyyətinə müvafiq vəsait ayrılmışdır. Apellyasiya instansiya məhkəməsi işin halı kimi qəbul etmişdir ki, sonuncu sərəncama əsasən həyata keçirdiyi işlərin nəticəsində cavabdehin zərər vuran şəxs kimi təqsiri tərtib edilmiş 09 oktyabr 2017-ci il tarixli akla müəyyən edilmişdir. Həmin aktdan göründüyü kimi, XXXn Təngərud meşəbəyliyin 03 saylı dolayın 24-cü kvartalında yolu genişləndirmə məqsədi ilə 56 metr uzunluğunda, 2 metr enliyində, 1,6 metr hündürlüyündə torpaq sahəsi hamarlanaraq dağıdılmış, həmçinin torpağın münbit üst qatı korlanmışdır. Həmin akta əsasən, cavabdehin nümayəndələrindən yol tikintisi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertizasının r əyi tələb edildikdə onun olmadığı bildirilmişdir. Dəfələrlə rəyin olmamasından işin XXXn ərazisindən keçən hissəsində dayandırılması tələb edilsə də, buna əhəmiyyət verilməmiş və iş davam etdirilmişdir. Göstərilmiş aktda əks olunmuş hallara münasibətdə tətbiq edilməli olan qanunvericiliyin müddəalarının təhlil edilməsini məhkəmə kollegiyası zəruri hesab edir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsi “Ətraf mühitin qorunması” qaydalarını tənzimləyərkən həmçinin müəyyən etmişdir ki, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri ilə bağlı bütün layihələr üzrə işlərin maliyyələşdirilməsi və yerinə yetirilməsi yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi alındıqdan sonra həyata keçirilir. Müddəanın tələbindən göründüyü kimi, yalnız dövlət eko loji ekspertizasının rəyi alındıqdan sonra avtomobil yollarının tikintisi məqsədilə müvafiq işlər yerinə yetirilməlidir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: - 52-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət ekoloji ekspertizası bu Qanunun 54cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir; - 54-cü maddəsinə əsaəsn, dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır: 8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda tikinti layihələrinin ekologiya bölməsi; - 56-cı maddəsnin 2-ci bəndinə əsasən, bu Qanunun 54-cü maddəsi ilə müəyyən edilən dövlət ekoloji ekspertizası obyektləri üzrə layihələrin həyata keçirilməsi nə və maliyyələşdirilməsinə yalnız ekoloji ekspertiza rəyi olduqda yol verilir. Bu maddələrdən göründüyü kimi, müvafiq tikinti işlərinin aparııması zamanı onların layihəsində ekologiya bölməsinin olması nəzərdə tutulmuşdur ki, həmin lahiyələrin həyata keçirilməsi yalnız dövlət ekoloji ekspertizanın rəyi olduğu halda yol verildiyi müəyyən olunmuşdur. Beləliklə, hər iki qanunun müddəalarının mənasına görə, avtomobil yollarının tikintisinin layihələşdirilməsi və müvafiq olaraq tikinti işlərinə başlanması yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyi olduğu halda mümkünlüyü nəzərdə tutulmuşdur. İşin hallarında cavabdehin Astara rayonu Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi zamanı dövlət ekoloji ekspertizasının müsbət rəyinin alınması müəyyən ed ilməmiş və bununla bağlı cavabdeh hər hansı bir sübutunu təqdim etməmişdir. Qeyd edilən halda hər iki Qanunun müddəalarında onun tələblərinin pozulması nəticəsində yaranmış zərərin ödənilməsi üçün təqsirkar şəxslərin maddi məsuliyyəti müəyyən edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun: - 47-ci maddəsinə əsasən, avtomobil yolları sahəsindəki fəaliyyətini həyata keçirərkən bu Qanunun, habelə Azərbaycan Respublikasının digər aidiyyati normativhüquqi aktlarının pozulmasında təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yol fəaliyyətinin həyata keçirilməsi və ya avtomobil yollarından istifadə zamanı dəyən zərər könüllü, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhk əmə qərarı əsasında ödənilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: - 79-cu maddəsinə əsasən, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. (...) Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada ödənilir. İstinad edilmiş müddəalardan göründüyü kimi, avtomobil yolları sahəsindəki fəaliyyətini həyata keçirərkən qanunveriliyin pozulması nəticəsində, o cümlədən ətraf mühitə və dövlətin mülkiyyətinə zərər vurmuş hüquqi şəx slərin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında məsuliyyəti müəyyən edilmişdir. Aparılmış təhlilə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən tikinti işlərinin ekoloji ekspertiza rəyi alınmadan aparılması nəticəsində xüsusi mühafizə olunan təbiət ərazisinə zərər dəymişdir. Yəni cavabdeh tərəfindən qanunveriliyin yuxarıda göstərilmiş tələblərinə əməl edilməməsi nəticəsində iddiaçının qanunlarla müdafiə edilən hüquqları pozulmuşdur ki, apellyasiya məhkəməsi düzgün olaraq onun zərərin ödənilməsi barədə tələbini qanunamüvafiq hesab etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən hissədə dəlili ilə razılaşmır. Kassasiya şikayətinin işlərin görülməsi üçün xüsusi razılığın (lisenziyanın) alınması ilə bağlı dəlillər in qiymətləndirilməsini məhkəmə kollegiyası o əsasla zəruri hesab etmir ki, göstərilmiş məsələ mübahisənin həlli üçün əhəmiyyətə malik olmamış və bu hissədə apellyasiya məhkəməsi tərəfindən də hər hansı hüquqi və ya faktiki əsas barədə bildirilməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2-2(103)-742/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar