Məhkəmə qərarları › İş №2-2(102)-278/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-278/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-278/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası AliMəhkəməsinin KommersiyaKollegiyası İddiaçı MMC-nin Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 15.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli 2-2(103)-227/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxı lmışdır. İ.İŞİN HALLARİ: 1. 894993, 894994, 894995, 894996, 894997, 894998 saylı qaimə-fakturaların surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən 7674,30 manat dəyərində müxtəlif növdə mallar Cavabdeh-nin nümayəndəsi kimi çıxış edən “x” adlı şəxsə təqdim edilmişdir. 2. 2011-ci il 21 noyabr tarixli, 994861 saylı; 2011-ci il 21 noyabr tarixli, 994737 saylı; 2011-ci il 21 noyabr tarixli, 994738 saylı; 2011-ci il 21 noyabr tarixli, 994862 saylı; 2011-ci il 21 noyabr tarixli, 994863 saylı; 2011-ci il 21 noyabr tarixli, 994860 saylı elektron vergi hesab-fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən 894993,894994, 894995, 894996, 894997, 894998 saylı qaimə-fakturalar əsasında 7674,30 manat dəyərində təhvil alınmış mallar üzrə ödənişlərin həyata keçirilməsi üçün cavabdehə elektron hesab-fakt uralar göndərilmişdir.

3. İddiaçı MMC-nin Cavabdeh-yə ünvanlanmış 2014-cü il 17 fevral tarixli borcun ödənilməsi barədə bildirişdən görünür ki, tərəflər arasında mövcud olan borcun alğısatqı münasibətləri çərçivəsində müvafiq ödənişini Cavabdeh tərəfindən həyata keçirilmədiyi, 2014-cü il 17 fevral tarixə İddiaçı MMC-yə olan borcun 7674,30 manat təşkil etdiyi bildirilmiş və həmin borcun 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 7674,30 manat əsas borc və 30 manat dövlət rüsumunun, cəmi 7704,30 manat pul vəsaitinin tutul ması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə *seriyalı 2011-ci il 21 noyabr tarixli 894993, 894994, 894995, 894996, 894997, 894998 saylı qaimə fakturalar əsasında müxtəlif növ mallar verilməsi nəticəsində sonuncunun 7674,30 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. 2014-cü il 17 fevral tarixdə cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması məqsədi ilə borcun ödənilməsi barədə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik icra edilməmişdir. 6. 2019-cu il 8 oktyabr tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, malların cavabdehə təqdim edilməsindən 8 il müddətin keçməsinə baxmayaraq dəyərinin ödənilməməsinə əsaslanaraq, sonuncudan 7674,30 manat məbl əğində əsas borcla yanaşı, onun 40 faizi (8 il * 5 faiz) həcmində, yəni 3069,70 manat məbləğində dəbbə pulunun da tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MM) 430.1, 442, 445.1, 445.7, 448.1, 448.2, 467-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 15 iyul tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad etmişdir. 8. 2019-cu il 22 avqust tarixdə cavabdeh etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfin istinad etdiyi 2011-ci il 21 noyabr tarixli 894993, 894994, 894995, 894996, 894997, 894998 saylı qaimələr saxtadır, o nlar tərəfindən qeyd olunmuş qaimələr heç vaxt imzalanmamışdır. 9. 2019-cu il 8 oktyabr tarixdə iddiaçı iddianın əsaslığına dair izahat təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıdan tələb edilən sənədlər, o cümlədən qaimə-fakturaların (Forma №2Q) əsli tərtib edilmə müddətindən 8 il və məhkəmə qətnaməsinin qəbulundan 5 il müddətinin keçməsini, o cümlədən cavabdeh hüquqi şəxsin direktorunun icra qurumunda dəfələrlə olmasını nəzərə alaraq məhkəmə qərarı barədə mübahisənin olmayacağına qənaət gətirərək, qanunvericikdə nəzərdə tutulmuş müddətlər və digər tələblər nəzərə alınmaqla arxivdə məhv edildiyi üçün, onların təqdim edilməsi mümkün olmamışdır.

10. Alğı-satqı münasibətinə əsasən cavabdehə müxtəlif çeşidli mallar təqdim edilmişdir. Sonuncu dəfə cavabdehə təqdim edilmiş mallara görə onun 7674.30 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin iddia tələbi barədə dəlilləri özünü müdafiə xarakteri daşıyır və Azərbaycan Respublikası MM-in 329-cu maddəsinin tələbinə ziddir. Tərəflər arasında işgüzar iqtisadi münasibətlər əvvəllər mövcud olmuş və cavabdehə daha əvvəl 2011-ci il 26 iyul tarixli, AEO seriyalı 813784, 813785, 813786, 813787, habelə 2011-ci il 17 avqust tarixli, 819314 və 819315 nömrəli qaimə-fakturalar üzrə ümumilikdə 24003.22 manat məbləğində müxtəlif mallar təqdim edilmiş və onların dəyəri tam şəkildə ödənilmişdir.

11. Cavabdehin malların ona təqdim edilməməsi ilə bağlı dəlilinin əsassızlığını iki hal sübut edir. Birincisi, cavabdeh tərəfindən daha əvvəl öz nümayəndəsi kimi göndərilmiş və qaimələri imzalayan şəxslə onun tərəfindən borcu ödənilmiş 2011-ci il 21 noyabr tarixli qaimə-fakturaları imzalayan eyni şəxs olmuşdur. Azərbaycan Respublikası MM-in 359.1-ci maddəsinə əsasən, səlahiyyəti təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən müəyyənləşdirmək mümkündür. Bu baxımdan, cavabdehin təsərrüfat obyektində işləyən, həmişə mal təqdim edilmiş və bu mallara görə borcu ödənilmiş şəxsə növbəti dəfə mal təhvil verilərkən etibarnamənin tələb edilməsi mövcud işgüzar adətə uyğun olmuşdur. İkincisi, borclu qaimə-fakturalar əsasında cavabdehə Azərbaycan Respublikası VM-in 176.1-ci maddəsinə əsasən, EVHF göndərilmişdir. AEO seriyalı 894993, 894994, 894995,894996, 894997 və 894998 nömrəli qaimə-fakturaların əsasında cavabdehə 2011-ci il 21 noyabr tarixli, HC seriyalı 994861, 994737, 994738, 994862,994863 və 994860 nömrəli EVHF gön dərilmişdir. Qaydaların 2.2, 3, 4.3-cü bəndlərinə əsasən, EVHF-nin seriyaları və nömrələri Azərbaycan Respublikasının Vergilər Nazirliyində tətbiq edilən X2 Sistemi (AVİS) vasitəsilə verilir və onların uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə X2 Sistemi vasitəsilə həyata keçirilir. EVHF-nin eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir, onların hazırlanaraq qeydə alındığı tarix isə verilmə tarixi hesab olunur. Bu tarix elektron proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur. EVHF tamamilə avtomatlaşdırılmış formada hazırlanır və alıcıya göndərilir. Belə olan halda, cavabdehə göndərilmiş, özündə mübahisəli qaimə fakturaların seriya və nömrəsini əks etdirən EVHF-nin qəbul edilərək təsdiq edilməsi, bu günədək onların ləğv edilməməsinin səbəbini əsaslandırma q yükü cavabdehin üzərinə düşür. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 14 noyabr tarixli 2-2(81)1156/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - Aytən Oruczadə).

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, tərəflər arasında şifahi müqavilənin olmasını və həmin müqavilə əsasında malların cavabdehə təqdim edilməsini sübuta yetirə bilməmişdir. Tərəflər arasında şifahi alğı-satqı müqaviləsinin mövcud olması cavabdeh tərəfindən mübahisələndirildiyindən, hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin buna baxmayaraq iddiaçı tərəfindən iddianın əsasında duran qaimə-fakturaların əslləri, həmçinin qaimə-faktura üzrə təhvil alan şəxsin məhz cavabdehin səlahiyyətli nümayəndəsi olmasına dair etibarnamə və ya alğı-satq ı müqaviləsinə aid olan əvvəlki qaimə-fakturalar təqdim edilməmişdir. Bundan əlavə, EVHF iş üzrə yanakı sübut olub, mövcud olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir ki, hazırki iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş qaimələrin surətindən başqa hər hansı bir sübut mövcud deyildir.

14. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 iyun tarixli 2-2(103)-227/20 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Cahangir Yusifov, hakimlər - Raqib Qurb anov və Vüsalə Baxışova).

16. Apelyasiya instansiyası məhkəməsibirinci insantasiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni işin sübutlarla müəyyən edilən hallarına və mülki qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir.

17. Məhkəmənin qətnaməsi iddiaçıya 2020-ci il 25 iyun tarixdə təqdim edilmişdir.

18. İddiaçı həmin qətnamədən 2020-ci il 22 iyul tarixdə kassasiya şikayəti vermiş, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri: 19.Cavabdehə mallar təhvil verilərkən müvafiq sənədlərə imzalatmaqla yanaşı, ona həm də kağız daşıyıcıda olan qaimə-fakturaların seriya, nömrələrini öz ündə əks etdirən və ilkin uçot sənədi hesab edilən EVHF göndərilmişdir. EVHF və kağız qaimə fakturalarda olan malların çeşidi, adı, miqdarı və məbləği eynilik təşkil edir. “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.2, 3, 4.3-cü bəndlərinə əsasən, EVHF tamamilə avtomatlaşdırılmış formada hazırlanır, seriya və nömrəsinin təkrarlanmasına yol verilmir, qeydə alındığı tarix proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur və verilmə tarixi hesab olunur. Belə olan halda, cavabdehə göndərilmiş, özündə mübahisəli qaimə-fakturaların seriya və nömrəsinin əks etdirən EVHF qəbul edilərək təsdiq edilməsi və bu günədək ləğv olunmaması kağız fakturalarda imzanın kimə məxsus olmasından asılı olmayaraq həmin malların cavabdehə təqdim edildiyi və onun bu malları qəbul etdiyini tam təsdiq edir. Bunun əksini əsaslandırmaq yükü mülki prosessual qanunvericliyə əsasən cavabdehin üzərinə düşür. 20.Apelyasiya məhkəməsi tərəfindən əsas sübutun (qaimə-fakturanın) mövcudluğu ilə bağlı tərəflər arasında mübahisə olduğu təqdirdə, dolayı sübut hesab edilən EVHF əsasında mübahisənin həll edilməli olması ilə bağlı formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 21.Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, proses iştirakçıları yekun məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respubl ikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmə kollegiyasının 2020-ci il 9 sentyabr tarixli iclasında iştirak etmiş iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, cavabdehin vəkili isə kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 24.Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (M PM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 25.İş üzrə hər iddiaçı tərəfin kasssasiya şikayəti apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu tam yoxlanılır (MPM-in 403 və 416-cı maddələri). İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ

26. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Madd ə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. ” “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlər inə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.” a) Mülki Prosessual nəzərdə tutulur: Məcəllənin müvafiq müddəalarında aşağıdakılar “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həq iqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə

372. Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” b) Azərbaycan Respublikası Vergi Məcəlləsinin (zamana görə qüvvədə olmuş) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

176. Elektron vergi hesab-fakturaları 176.1. Bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturası verməyə hüququ yoxdur.... 176.3. Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən g ec olmayaraq verməyə borcludur. 176.4. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaiməfaktura və ya qəbz və ya çek verilə bilər. Nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirilmə etibarsız hesab edilir.”

29. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə” Qaydaları müvafiq müddəaları aşağıdakılar nəzərdə tutulmuşdur. “... 2.1. Elektron vergi hesab-fakturası - bu Qaydalara əlavədəki məlumatları özündə əks etdirilməklə elektron formada hazırlanan sənəddir. 2.2. Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Azərbaycan Respublikasının Vergilər Nazirliyində tətbiq edilən X2 Sistemi (AVİS) vasitəsilə verilir. 2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. 2.4. Elektron vergi hesab-fakturasında aşağıdakı məlumatlar əks etdirilir: vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı; vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi; yola salınmış malların, görülmüş işlərin və ya g östərilmiş xidmətlərin adı; vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi; aksizli mallarda aksizin məbləği; vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği; elektron vergi hesab-fakturasının verilmə tarixi; elektron vergi hesab-fakturasının nömrəsi; ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi; elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı. 3.1. Elektron vergi hesab-fakturasının uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin X2 Sistemi vasitəsilə həyata keçirilir. Elektron vergi hesab-fakturalarının eyni seriyada və eyni nömrədə təkrarlan masına yol verilmir. 3.2. Elektron vergi hesab-fakturası yalnız əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilə bilər.... 4.5. Elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Təsdiqedici sənədlər olmadıqda, elektron vergi hesab-fakturası ƏDV-nin və aksizin əvəzləşdirilməsinə əsas vermir. 5.1. Elektron vergi hesab-fakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi in ternet səhifəsi olan İnternet Vergi İdarəsi tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutusu) ötürülür. 5.2. Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir....” 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bər abərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 31.Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36).Bu öhdəlik üzrə qər arın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X5rşı, § 29; X6rşı, § 27) İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 32.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hissəsində təmin edilməlidir.

33. Belə ki, hazırki iddia tələbinin əsasını tərəflər arasında alğı-satqı münasibətləri çərçivəsində yaranmış əsas borc və gecikməyə görə qanunvericilikdə nəzərdə tutulmuş dəbbə pulu təşkil edir. 34.İddiaçı iddia edir ki, tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən şifahi alğı-satqı müqaviləsi bağlanmış, 2011-ci il 21 noyabr tarixdə *seriyalı, 894993, 894994, 894996, 8 94997, 894998 saylı qaimə-fakturalarla cavabdehə müxtəlif növ mallar verilmiş, lakin sonuncunun öz öhdəliklərini icra etməməsi səbəbindən 7674,30 manat məbləğində əsas borc yaranmışdır. 35.İddiaçı öz tələbini aşağıdakılara görə əsaslı hesab edir: a) Tərəflər arasında formalaşmış işgüzar münasibətlərə uyğun olaraq, 2011-ci il 26 iyul və 2011-ci il 17 avqust tarixlərdə də aralarında alğı-satqı münasibətləri mövcud olmuş və həmin qaimə-fakturalar üzrə “xxx” adlı eyni şəxsə mallar təhvil verilmişdir; b) Kağız daşıyıcıda olan qaimə-fakturaların seriya, nömrələrini özündə əks etdirən və ilkin uçot sənədi hesab edilən 2011-ci il 21 noyabr tarixli, HC seriyalı 994861, 994737, 994738, 994862, 994863 və 994860 nömrəli EVHF cavabdehə təqdim edilmiş, sonuncu tərəfindən iddiaçıya hər hansı etiraz ünv anlanmamışdır. 36.Cavabdeh tərəf isə iddiaçı ilə müqavilə münasibətlərinin olmadığını və malları təhvil almadığını əsas gətirərək iddianın əsassız olduğunu göstərir. 37.İşə baxmış məhkəmələr hesab etmişlər ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsinin mövcud olması cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşmüş, lakin onun tərəfindən tərəflər arasında şifahi müqavilənin olması və həmin müqavilə əsasında malların cavabdehə təqdim edilməsi sübuta yetirilməmişdir. 38.Məhkəmələrin gəldiyi nəticənin əsasında qaimə-fakturaların əsllərinin, malları təhvil alan şəxsin məhz cavabdehin səlahiyyətli nümayəndəsi olmasına dair etibarnamə və ya alğı-satqı müqaviləsinə aid olan əvvəlki qaimə-fakturaların təqdim edilməməsi dayanmışdır. EVHF sübut kimi ümumiyyətlə nəzərə alınmamış, həmçinin, tərəflər arasında əvvəllər işgüzar münasibətlərin mövcud olub-olmaması araşdırılmamışdır. 39.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş faktiki hallarına yuxarıda qeyd olunan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ( bax § 26, 28-29). Belə ki, iddiaçının tələbinin əsasında tərəflər arasında mövcud olmuş alğı-satqı münasibətləri dayandığından, apelyasiya instansiya məhkəməsi tərəfindən ilk növbədə həmin münasibətlərinin mövcud olub-olmaması araşdırılmalı idi. Yalnız qaimə-fakturaların əsillərinin olmaması tərəflər arasında alğısatqı münasibətlərinin olmaması nəticəsinə gəlmək üçün kifayət deyildir. 40.Sözügedən qaimə-fakturaların əsillərinin olmadığını iddiaçı özü də təsdiq edərək, qaimə-faktural arın (Forma №2Q) əsillərinin tərtib edilmə müddətindən 8 il və məhkəmə qətnaməsinin qəbulundan 5 il müddətinin keçməsi səbəbindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2016-cı il 4 aprel tarixli, Q-09 saylı qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri"nin 7 saylı Əlavəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71.4cü maddəsinə müvafiq olaraq arxivdə məhv edildiyi üçün təqdim edilməsinin mümkün olmadığını göstərmişdir. Həmçinin bildirmişdir ki, məhkəmənin iş üzrə qiyabi qətnamənin icrası ilə bağlı cavabdeh hüquqi şəxsin direktoru icra qurumunda dəfələrlə olduğundan iddiaçı bu halı nəzərə alaraq məhkəmə qərarı barədə növbə ti mərhələlərdə mübahisənin olmayacağı qənaətinə gəlmiş, cavabdehlə münasibətlərinin əks olunduğu mühasibat sənədlərinin əsillərini müddətin keçməsinə görə məhv etmişdir. 41.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qaimə-fakturalarının əsillərinin məhv olması ilə bağlı gətirdiyi dəlilin düzgünlüyü yoxlanılaraq, hüquqi qiymət verilməmişdir. Halbuki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. (bax § 27). 42.Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətində (həmçinin, iddia ərizəsi, iz ahat, apelyasiya şikayətində) göstərilmişdir ki, qaimə-fakturaların əsillərini təqdim edə bilməsə də, həmin sənədlərin düzgünlüyü elektron vergi hesab fakturası ilə öz təsdiqini tapır. 43.İşin materiallarından aydın olur ki, həqiqətən də, bütün qaimə-fakturaların surətləri ilə eyni rekvizitləri daşıyan elektron vergi hesab fakturası (EVHF) iddiaçı tərəfindən tərtib edilərək cavabdehə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin dəlili olmasına baxmayaraq, qətnaməsində müvafiq əsaslandırma aparmadan həmin EVHF-larını sübut kimi qiymətləndirməmişdir. 44. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödə nilən ƏDV-nin əvəzləşdirilməsi bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada həyata keçirilir. Yuxarıda sadalanmış normaların məzmunundan müəyyən olunur ki, ( bax § 28-29).) EVHF-nin uçotu hər bir əlavə dəyər vergisinin ödəyicisi üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin X2 Sistemi vasitəsilə həyata keçirilir. EVHF-nin eyni seriyada və eyni nömrədə təkrarlanmasına yol verilmir. EVHF-nin hazırlanaraq qeydə alındığı tarix həmin elektron vergi hesab-fakturasının verilmə tarixi sayılır və bu tarix EVHF-da proqram təminatı vasitəsiləavtomatik olaraq qeyd olunur. Aydın olduğu kimi EVHF tamamilə avtomatlaşdırılmış formada hazırlanır və alıcıya göndərilir.

45. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən EVHF-nin sübut əhəmiyyəti qiymətləndirilərkən, onlarda olan məl umatlarla qaimə-fakturaların surətlərində olan məlumatların üst-üstə düşməsi, cavabdeh üçün həm də vergi öhdəliyi yaradan həmin EVHF-na sonuncu tərəfindən etiraz bildirilməməsi, mübahisələndirilməməsi nəzərə alınmamışdır. Bununla da, sübutların qiymətləndirilməsinə dair MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur (bax § 27).

46. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək həmçinin qeyd edilməsini zəruri hesab edir ki, mülki prosessual qanunvericilik sübut kimi sənədlərin əsllərini və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin nəzərə alınmasını tələb etsə də, yalnız bu halı əsas götürməklə, işdə olan digər sübutlara qiymət verilməməklə nəticəyə gəlinməsi işin ədalətli araşdırılması prinsipinin pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçı qaimə- fakturaların əsllərini təqdim edə bilməməsini hüquqi baxımdan əsaslandırsa da, buna qiymət verilməmişdir. Zamana görə qüvvədə olmuş qanunvericiliyn tələblərinə görə EVHF qaimə-fakturalar əsasında verilə bilərdi. Başqa sözlə, EVHF-nın cavabdehə göndərilməsinin səbəbi qaiməfakturaların mövcud olmasıdır.

47. Digər tərəfdən, işin materialında olan qaimə-fakturaların surətlərində “təhvil aldı” qrafasında imzası ilə iddiaçının təqdim etdiyi malların alındığını təsdiq edən “Ə.Elşən” adlı şəxsin malalan müəssisənin nümayəndəsi olub-olmaması qiymətləndirilərkən, belə bir şəxsin müəssisənin işçisi olmadığını bildirən cavabdehin izahatının heç bir sübut olmadan (o cümlədən 2011-ci ilin noyabr ayı üzrə cavabdehin işçilərinin siyahısı və ya əmək müqavilələrinin qeydiyyatının aparıldığı dövlət sosial sı ğorta orqanlarının məlumatı və s.) qəbul edilməsi də yolverilməzdir. Bu halda, sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki mülki prosessual qanunvericilik yalnız tələbin deyil, etirazın da əsaslandırılmalı olduğunu birmənalı şəkildə müəyyən etmişdir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsasdır, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına görə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-2(103)-227/ 2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar