Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-278/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1-nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkilnin iştirakı ilə, iddiaçı ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və "xxxx" M əhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair kommersiya işi üzrə iddiaçı ləğv prosesində olan ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli, 2-2(103)-208/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I.İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 201(81)1404/2016 saylı qərarına görə, İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. 2. 05 iyun 2012-ci il tarixli, 37K/12 saylı təminatlı kredit müqaviləsinə görə, İddiaçı ASC tərəfindən dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə «X2” MMC-yə 37k/12 nömrəli, 05 i yun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik 17 % olmaqla, 48 ay müddətinə 360.000 manat kredit verilmişdir. 3. 05 iyun 2012-ci il tarixli, 37K/12 saylı girov müqaviləsinə görə, kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün «X2” MMC-nin mülkiyyətində olan 10 ədəd Shacman SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, şassi nömrəsi LZGCL2M42CX011910, **-JT*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011907, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011905, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011906, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011911, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011908, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011913, **-JT-*** dövlət qe ydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011914, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011912, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011909, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri girov predmeti kimi banka girov qoyulmuşdur.
4. Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə girov predmetinin hər biri 60.000 manat olmaqla, 600.000 manat dəyərində qiymətləndirilmişdir. 5. 24 avqust 2012-ci il tarixli, 81K/12 saylı təminatlı kredit müqaviləsinə görə, İddiaçı ASC tərəfindən dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə «X2” MMC-yə 45 ay müddətinə illik 17% hesablanmaqla, 150.000 manat məbləğində kredit verilmişdir. 6. 24 avqust 2012-ci il tarixli, 81K/12 saylı təminatlı kredit müqaviləsinin təminatı olaraq bank İddiaçı ASC ilə zamin "xxxx" MMC arasında bağlanmış 21 avqust 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsinə görə, qeyd olunan müqaviləyə əsasən zamin "xxxx" MMC borc alan Cavabdeh1 MMC ilə bank arasında bağlanmış 24 avqust 2012-ci il tarixli, 81K/12 saylı kredit müqaviləsinə əsasən illik 17% olmaqla, 150.000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin durur.
7. Müqavilənin 1.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və borc alan bank qarşısında eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminlik borc alan tərəfindən kredit müqavilələ ri üzrə aşağıdakı öhdəliklərin yerinə yetirilməsini təmin edir; kredit və digər ödənişlərin kredit müqaviləsi ilə müəyyən edilmiş qayda və müddət ərzində ödənilməsi; kredit müqaviləsinə əsasən dəbbə pulu, cərimələrin və banka vurulmuş zərərin ödənilməsi; kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və lazımi qaydada icra edilməməsi nəticəsində banka borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsi. 9. 09.08.2017-ci il tarixli, 2270 saylı maliyyə arayışına görə, «X2” MMC-nin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 05 iyun 2012-ci il tarixli, 37K/12 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim olunan 09.08.2017-ci il tarixə əsas borcu 231.795,41 manat, faiz borcu 118.203,99 manat, cərimə borcu 95.807,20 manat, müqavilənin bitmə t arixinə əsas borcu 231.795,41 manat, faiz borcu 71.902,61 manat, cərimə borcu 61.086,59 manat olmuşdur. 10. 09.08.2017-ci il tarixli, 2269 saylı maliyyə arayışına görə, Cavabdeh1 MMC-nin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24 avqust 2012-ci il tarixli, 81K/12 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı təqdim olunan 09.08.2017-ci il tarixə əsas borcu 113.051,05 manat, faiz borcu 61.460,21 manat, cərimə borcu 51.449,03 manat, müqavilənin bitmə tarixinə əsas borcu 113.051,05 manat, faiz borcu 38.290,24 manat, cərimə borcu 33.571 manat olmuşdur.
11. Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə görə, yuxarıda qeyd olunan nəqliyyat vasitələri Cavabdeh1 MMC-nin mülkiyyətindədir.
12. AR DİN BDYPİ tərəfindən təqdim edilmiş 05.06.2012-ci il tarixli İpoteka müqaviləsinin qe ydiyyatı ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən edilmiş AA seriyalı 043963 nömrəli çıxarışa görə, Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan SHACMAN SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, xxJTxx, xxJTxx, xxJTxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx dövlət qeydiyyat nişanlı yük avtomobilləri 05 iyun 2012-ci il tarixli, 37K/12 saylı müqavilə üzrə ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hal AR DİN BDYPİ tərəfindən qeydiyyata alınmışdır. 13. 10.08.2017-ci il tarixli 2283 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişə görə, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsinə dair xəbərdarlıq edilmiş, tutmanın girov predmetlərinə yönəldilməsi proseduruna başlayacağı bildirilmişdi r.
14. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası iddia müddəti keçdikdən sonra verildiyindən, iddia müddətini tətbiq etməklə, iddianın "xxxx" MMC-yə münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2020-ci il tarixli, 9/1106 saylı ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları, "X2" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri və 24.08.2012ci il tarixli, 81K/12 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "X2" MMC-nin İddiaçı ASC-y ə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: 24.05.2016-cı il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixinə) əsas borc 113.681,37 manat, faiz borcu 41.068,76 manat, bundan başqa, 07.03.2019-cu il tarixə (iddia tələbinin artırılmasına dair ərizə verilən tarix) əsas borc 113.681.37 manat, faiz borcu 56.905,21 manat təşkil edir. Bundan başqa, hesabdan çıxarış məlumatları, "X2" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri və 05.06.2012-ci il tarixli 37K/2Q12 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla "X2" MMC-nin İddiaçı ASC-yə olan borcu aşağıda göstərildiyi kimi müəyyən edilir: 05.06.2016-cı il tarixə (kredit müqaviləsi müddətinin bitmə tarixinə) əsas borc 230.656,36 manat, faiz borcu 80.605,86 manat, bundan başqa, 07.03.2019-cu il tarixə ( iddia tələbinin artırılmasına dair ərizə verilən tarix) əsas borc 230.656,36 manat, faiz borcu 112.385,18 manat təşkil edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 24.08.2012-ci il tarixli, 81k/12 nömrəli və 05.06.2012-ci il tarixli, 37k/12 nömrəli təminatlı kredit müqavilələri üzrə dəbbə pulu bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank dəbbə pulu hesablamamışdır. Bu səbəbdən də hazırkı tədqiqatla «X2” MMC-yə dəbbə pulu hesablanmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC-nə və "xxxx" MMC-nə (bundan sonra – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər dən ləğv prosesində olan iddiaçının xeyrinə 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 113.051,05 manat (yüz on üç min əlli bir manat beş qəpik), faiz borcu üzrə 61.460,21 manat (altmış bir min dörd yüz altmış manat iyirmi bir qəpik), cərimə borcu üzrə 51.449,03 manat (əlli bir min dörd yüz qırx doqquz manat üç qəpik) olmaqla, cəmi 225.960,29 manat (iki yüz iyirmi beş min doqquz yüz altmış manat iyirmi doqquz qəpik); Cavabdeh1 MMCdən 05.06.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 231.795,41 manat (iki yüz otuz bir min yeddi yüz doxsan beş manat qırx bir qəpik), faiz borcu üzrə 118.203,99 manat (yüz on səkkiz min iki yüz üç manat doxsan doqquz qəpik), cərimə borcu üzrə 95.807,20 manat (doxsan beş min səkkiz yüz yeddi ma nat iyirmi qəpik) olmaqla, cəmi 445.806,60 manat (dörd yüz qırx beş min səkkiz yüz altı manat altmış qəpik), iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqının tutulması və tutmanın 05.06.2012-ci il tarixli, 37K/12 nömrəli girov müqaviləsi ilə banka girov qoyulmuş 10 ədəd SHACMAN SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, xxJTxxx, xxJT/xxx, xxJTxxx xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh «X2” MMC arasında bağlanmış 24 avqust 2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən «X2” MMC-yə dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə İddiaçı ASC tərəfindən 45 ay müddətinə illik 17% olmaqla 150.000 manat, 37k/12 nömrəli, 05 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən isə illik 17 % olmaqla 48 ay müddətinə 360.000 manat məbləğində kredit verilmişdir. 24 avqust 2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə "xxxx" MMC arasında 21 avqust 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 37k/12 nömrəli, 05 iyun 2012-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq «X2” MMC ilə İddiaçı ASC arasında həmin tarixdə 10 ədəd Shacman SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, şassi nömrəsi LZGCL2M42CX011910, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011907, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011905, **-JT-*** dövlət qeydiyya t nişanlı, şassi nömrəsi LZGCL2M42CX011906, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011911, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011908, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011913, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011914, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011912, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011909, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri girov predmeti kimi banka təqdim edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozulmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC -yə şifahi və yazılı xəbərdarlıqlar olunsa da, borcun qaytarılması istiqamətində hər hansı addım atılmamışdır. «X2” MMC-nin yuxarıda qeyd olunan müqavilələr üzrə iddia tələbində göstərilən məbləğdə borc öhdəliyi yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 01.02.2016-cı il tarixli, 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli, 2-2(113)-17/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 113.051,05 (y üz on üç min əlli bir manat beş qəpik) manat, faiz borcu üzrə 41.068,76 (qırx bir min altmış səkkiz manat yetmiş altı qəpik) manat, cərimə borcu üzrə 1.000 (bir min) manat olmaqla, cəmi 155.119,81 manat (yüz əlli beş min yüz on doqquz manat səksən bir qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 MMC-dən 05.06.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsinə əsasən əsas borc üzrə 230.656,36 manat (iki yüz otuz min altı yüz əlli altı manat otuz altı qəpik), faiz borcu üzrə 80.605,86 manat (səksən min altı yüz beş manat səksən altı qəpik), cərimə borcu üzrə 10.000 (on min) manat, dövlət rüsumunun 14,60 manat hissəsi və 1 manat (bir) xidmət haqqı olmaqla, cəmi 321.277,82 manat (üç yüz iyirmi bir min iki yüz yetmiş yeddi manat səksən ik i qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, 05.06.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə tutmanın X2 MMC-nin mülkiyyətində olan, 10 ədəd Shacman SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, şassi nömrəsi LZGCL2M42CX011910, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011907, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011905, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011906, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011911, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011908, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011913, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011914, **-JT-*** dövlət qeydiyyat ni şanlı, şassi nömrəsi LZGCL2M42CX011912, **-JT-*** dövlət qeydiyyat nişanlı, şassi nömrəsi LZGCL2M42CX011909, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməsi, avtomobillərin açıq hərracdan satılması və satış hesabına əldə edilmiş vəsait hesabına 05.06.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə iddiaçıya olan borcun ödənilməsi, dövlət rüsumunun qalan 15,40 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 690 (altı yüz doxsan) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – Z.Axundova).
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə «X2” MMC arasında bağlanmış təmina tlı kredit müqavilələri əsasında «X2” MMC-yə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə «X2” MMC arasında girov müqaviləsi, "xxxx" MMC ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə kreditor müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdehlər bağladıqları müqavilələr üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
20. İddiaçı 05.06.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-dən əsas borc üzrə 231795,41 manat, 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC və "xxxx" MMC-dən əsas borc üzrə 113051,05 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
21. Ekspert rəyinə görə, 05.06.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya olan əsas borc 230.656,36 manat, 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə isə əsas borc 113.681.37 manat təşkil edir. Birinci müqaviləyə münasibətdə tələb əsas borc hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə), ikinci müqaviləyə münasibətdə isə tam (ekspert rəyində artıq göstərilsə də, tələbdən kənara çıxılmadığından iddia tələbində göstərilən məbləğdə) təmin olunmalıdır.
22. İddiaçı Cavabdeh1 MMC-dən faiz borc üzrə 05.06.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsinə əsasən 118.203,99 manat, 24.08.2012-ci il tarixli, 81K/12 kredit müqaviləsinə əsasən 61.460,21 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
23. Ekspert rəyindən göründüyü kimi, müqavilə müddətinin son una cavabdehin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə faiz borcu 05.06.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsinə əsasən 80605,86 manat, 24.08.2012-ci il tarixli, 81K/12 kredit müqaviləsinə əsasən 41.068,76 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlmişdir ki, hər iki müqaviləyə münasibətdə ekspert rəyində göstərilən müqavilə müddətinin sonuna olan faiz borcu əsas götürülməklə tələb faiz borcu hissəsində qismən (ekspert rəyində göstərilən məbləğdə) təmin olunmalıdır.
24. Tərəflər arasında bağlanmış müqavilənin 05.06.2012-ci il tarixli, 37K/12 nömrəli və 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdiri limiş borc yarandığı gündən hər gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. İddiaçı 05.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə 95.807.20 manat, 37K/12 nömrəli və 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə 51.449.03 manat cərimənin cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.
25. Cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
26. Tutulması tələb olunan dəbbə pulu azaldılaraq 05.06.2012-ci il tarixli kred it müqaviləsi üzrə 10.000 manat, 37K/12 nömrəli və 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsi üzrə 1.000 manat məbləğində müəyyən edilməlidir.
27. Zaminlik müqaviləsi iddiaçı ilə «X2” MMC arasında bağlanmış 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. Kredit müqaviləsinin 14.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir. Bu müqavilə, müddətsiz olaraq qüvvədə olacaq və 11-ci bəndlər istisna olmaqla, bu müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi tarixədək qüvvədə olması tərəflər arasında razılaşdırılmışdır.
28. Eyni zamanda İddiaçı ASC ilə zamin "xxxx" MMC arasında bağlanmış 21 avqust 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsinin qüvvədə olma müddətinə dair müqavilənin 7.1- ci bəndinə əsasən bu müqavilə imzalandığı an qüvvəyə minir və bu müqavilənin 7.2-ci bəndində və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir.
29. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqaviləyə aşağıdakı hallarda xitam verilir: Borc alan kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra; Zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra.
30. Zaminlik müqaviləsi üzrə tərəflər müqavilə azadlığı, könüllülük prinsiplərinə müvafiq olaraq həmin müqavilənin qüvvədə olma müddətini borc alan və ya zaminin kredit müqavilələri üzrə öhdəliklərinin tam icrası ilə şərtləndirmişlər. 21 avqust 2012-ci il tarixli, 81ZA/12 nömrəli müqavilənin qüvvədə olma müddəti 24.08.2012-ci il tarixli, 81K/12 nömrəli kred it müqaviləsinin qüvvədə olma müddəti ilə əlaqələndirilmiş və müqavilənin qüvvədən düşməsi anı tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixədək müəyyən edilmişdir. Müqavilələr üzrə öhdəliklər tam icra edilməmişdir. Belə olan halda zaminlik müqaviləsinin qüvvədə olma müddəti həmin müqavilənin 7.2-cı bəndi üzrə müəyyən edilməlidir.
31. İddia tələbinin bir hissəsini 05.06.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə borcun iddiaçı ilə «X2” MMC arasında bağlanmış 05.06.2012-ci il tarixli, 37K/12 nömrəli girov müqaviləsi ilə banka girov qoyulmuş 10 ədəd SHACMAN SX3251DM434 markalı, 2012-ci il buraxılışlı, xxJTxxx, xxJT/xxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx, xxJTxxx dövlət qeydiyyat nişanlı yük avtomobillərinə yönəldilməsi təşkil edir.
32. İddiaçı qanunve riciliyin tələblərinə əsasən girov predmetlərinə tutmanın yönəldilməsi qaydasına əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da iddiaçının girov predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır.
33. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386, 739, 442, 443.1, 448.1, 462.1, 467, 460.1, 470.1, 470.2, 472.1, 460.1, 470.1, 470.2, 472.1, 472.2, 472.3, 477.0.4, 399.1, 399.3, 279, 281.1, 281.2, 295, 297, 298.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
34. Cavabdeh "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnaməni Cavabdeh2 MMC-yə aid hissədə ləğv edərək, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
35. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli, 2-2(103)-208/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), C.A.Yusifov və R.Ə.Qurbanov) cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli, 2-2(113)-17/2020 saylı qətnaməsi qismən - cavabdeh "xxxx" MMC-yə qarşı hissədə ləğv edilmiş, iddia "xxxx" MMC-yə qarşı hissədə rədd edilmişdir.
36. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəm əsi iddianı zamin "xxxx" MMC-yə qarşı hissədə təmin etməklə MM-in 477.0.4-cü maddəsinin tələbini pozmuşdur.
37. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 38. 21 avqust 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsində onun verilmə müddəti müəyyən edilməmişdir. Zaminlik müqaviləsinin 7.1 və 7.2-ci bəndləri ilə bağlı məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyin borcalan tərəfindən hansı tarixdə tam icra ediləcəyi əvvəlcədən məlum olmadığından, müqavilə zaminliyin verilmə müddəti əvvəlcədən müəyyən edilmədən bağlan mışdır.
39. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.
40. Mülki Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: təqvim tarixi ilə, illər, aylar, həftələr, günlər və ya saatlar ilə və ya hökmən baş verməli olan hadisə ilə. Hazırkı iş üzrə zaminlik müqaviləsinin qüvvədə olma müddəti müəyyənləşdirilərkən bu formaların heç birindən istifadə olunmamışdır. 41. 24 avqust 2012-ci il tarixli, 81K/12 saylı təminatlı kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddəti işdəki kredit müqaviləsinə əsasən 24.05.2016-cı il tarixdə bitdiyindən, zaminlik həmin tarixdən sonra 1 il, yəni 24.05.2017-ci ilədək qüvvədə olmuşdur. İddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə 11.10.2017-ci ildə, zaminlik xitam olunduqdan sonra müraciət etdiyindən, iddianın zamin "xxxx" MMC-yə qarşı hissədə təmin edilməsi mülki qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən normalarının tələblərinə zidd olmuşdur.
42. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni iddia tələbinin zamin "xxxx" MMC-yə qarşı rədd edilməsi hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) K assasiya şikayətinin dəlilləri
43. Mülki Məcəllənin 477-ci maddəsində qeyd edilmişdir ki, zaminliyə xitam verilir: zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı ASC ilə EhTrans MMC arasında bağlanmış 21.08.2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsinin 7-ci bəndində qeyd edilir: bu müqavilə imzalandığı an qüv vəyə minir və bu müqavilənin 7.2-ci bəndində və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir. 7.2-ci bənddə qeyd edilir: Bu müqavilə üzrə zaminliyə aşağıdakı hallarda xitam verilir: a) borc alan kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra; b) zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra. İddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman zaminlik müqaviləsinin müddəti bitməmişdir, çünki borcalan tərəfindən öhdəliklər icra olunmamışdır. Mülki Məcəllənin 367.3-cü maddəsində qeyd edilir: müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Yəni, Bank ilə "xxxx" MMC arasında bağlanmış 21.08.2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsi nin 7-ci bəndində əks olunan müddəa tamamilə qanunidir. Müqavilə müddəti hökmən baş verməli olan hadisə ilə müəyyənləşdirilmişdir. Bu hadisə də baş vermədiyinə görə müqavilənin müddətinin sona çatmasından danışmaq olmaz. Beləliklə, zaminlik müqaviləsinin müddəti baş verməli olan hadisə ilə müəyyənləşdirilmişdir. Bu hadisə isə baş vermədiyinə görə müqavilə qüvvədədir və ona xitam verilməsi tamamilə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı cavabdehlər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı
45. İddiaçının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
46. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, he ç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
47. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
48. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
49. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiy a şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
50. İş üzrə iddiaçı qətnamənin iddia tələbinin zamin "xxxx" MMC-yə qarşı rədd edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdiyindən, apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işi n faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
52. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor un zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...”. “Maddə
367. Müddət anlayışı 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli, 2-2(103)-208/2021 saylı qətnam əsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
55. İddiaçının kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman zaminlik müqaviləsinin müddəti bitməmişdir, çünki borcalan tərəfindən öhdəliklər icra olunmamışdır. Mülki Məcəllənin 367.3-cü maddəsində qeyd edilir: müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bank ilə "xxxx" MMC arasında bağlanmış 21.08.2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsinin müddəti baş verməli olan hadisə ilə müəyyənləşdirilmiş, bu hadisə isə baş vermədiyindən, müqavilə qüvvədədir və ona xitam verilməsi tamamilə qanunsuzdur.
56. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, apelyasiya məhkəməsinin də düzgün olar aq qeyd etdiyi kimi, 21 avqust 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsinin 7.1 və 7.2-ci bəndlərində onun verilmə müddəti müəyyən edilməmiş, kredit müqaviləsi üzrə öhdəliyin borcalan tərəfindən hansı tarixdə tam icra ediləcəyi əvvəlcədən məlum olmadığından, müqavilə zaminliyin verilmə müddəti əvvəlcədən dəqiq müəyyən edilmədən bağlanmışdır.
57. Apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 24 avqust 2012-ci il tarixli, 81K/12 saylı təminatlı kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddəti işdəki kredit müqaviləsinə əsasən 24.05.2016-cı il tarixdə bitdiyindən, zaminlik həmin tarixdən sonra 1 il, yəni 24.05.2017-ci ilədək qüvvədə olmuşdur. İddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə 11.10.2017-ci ildə, zaminlik xitam olunduqdan sonra müraciət etdiyindən, iddianın zam in "xxxx" MMC-yə qarşı hissədə təmin edilməsi mülki qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən normalarının tələblərinə ziddiyyət təşkil edir. Bu hal da iddiaçının, 21.08.2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsinin müddətinin baş verməli olan hadisə ilə müəyyənləşdirildiyi, bu hadisə isə baş vermədiyindən, müqavilənin qüvvədə olduğu və ona xitam verilməsinin qanunsuz olması barədə dəlilinin əsassız olduğunu sübut edir.
58. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prins ipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). 59. “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əs as öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır.
60. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir.
61. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə məhkəmə qətnaməsini qismən ləğv edərək, iddianın cavabdeh "xxxx" MMC-yə qarşı hissədə rədd edilməsi b arədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə zaminlik müqaviləsinin qüvvədə olma müddəti müəyyənləşdirilərkən Mülki Məcəllənin 367.2-ci və 367.3-cü maddələrində müəyyən edilmiş formaların heç birindən istifadə olunmadığını, zaminlik müqaviləsinin 7.1 və 7.2-ci bəndlərində onun verilmə müddətinin müəyyən edilmədiyini, kredit müqaviləsi üzrə öhdəliyin borcalan tərəfindən hansı tarixdə tam icra ediləcəyi əvvəlcədən məlum olmadığından, zaminlik müqaviləsinin, zaminliyin verilmə müddəti əvvəlcədən dəqiq müəyyən edilmədən bağlandığını nəzərə alaraq kassasiya şikayətinin buna dair dəlilləri ilə razılaşmır.
62. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarını n pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli, 2-2(103)-208/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
64. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 31 mart tarixli, 2-2(103)-208/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.