Məhkəmə qərarları › İş №2-2(102)-278/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-278/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-278/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, İcarə və xidmət müqaviləsindən irəli gələn öhdəliyin pozulması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pulun ödənilməsi və avadanlıqların geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 yanvar tarixli 2-2(103)-13/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 2017-ci il 17 aprel tarixli 001 nömrəli avadanlıqların icarəsi müqaviləsindən görünür ki, İddiaçı bu müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini tikinti, təmir, bərpa işləri məqsədilə "xxxx" MMC-nin müvəqqəti istifadəsinə verir, "xxxx" MMC isə razılaşdırılmış icarə haqqını aybaay ödəməyi öhdəsinə götürür. 2. 2017-ci il 17 aprel tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokoluna əsasən, ayaqaltı iskələ sisteminin 1 tonunun qiyməti 120 manat məbləğində müəyyən edilmişdir.

3. Eyni tərəflər arasın da bağlanmış 2019-cu il 14 aprel tarixli 91 nömrəli müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqaviləyə görə, "xxxx" MMC müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsini sifariş verib İddiaçı razılaşdırılmış xidmət haqqı ödəməyi, İddiaçı isə "xxxx" MMC-nin müəyyən etdiyi qaydada müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürür. 4. 2017-ci il 19 və 20 aprel tarixli 01 və 02 nömrəli təhvil-təslim aktlarına əsasən, İddiaçı 2017-ci il 17 aprel tarixli 001 nömrəli avadanlıqların icarəsi müqaviləsi üzrə nəzərdə tutulmuş malla rı "xxxx" MMC-nin icarəsinə vermişdir. Həmçinin icarəyə verilən malların sayı 2.527 ədəddir. 5. 2018-ci il 28 noyabr tarixli elektron qaimələrdə icarəyə verilən mallar üzrə 73.772 manat icarə haqqının ödənilməli olması əks olunmuşdur.

6. İddiaçı 2019-cu il 14 aprel tarixli 91 nömrəli müqavilə üzrə 76.700 manat məbləğində xidmət göstərmişdir (əsas: 2019-cu il 31 iyul tarixli EAAX seriyalı 879307 nömrəli və 2019cu il 17 may tarixli EAAU seriyalı 576272 nömrəli elektron qaimələr). 7. "xxxx" MMC tərəfindən 2017-ci il 1 yanvar tarixindən 2022-ci il 26 oktyabr tarixinə kimi İddiaçı hesabına 190.612,24 manat məbləğində ödəniş edilmişdir (əsas: 2022-ci il 27 oktyabr tarixli "xxxx" ASC-nin İddiaçı göndərdiyi məktub). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bu ndan sonra – “iddiaçı”) 2022-ci il 18 iyul tarixində iddia və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC (bundan sonra – “cavabdeh”) tərəfindən icra olunmamış müqavilələrin icrası təmin edilərək 2017-ci il 17 aprel tarixli № 001 saylı icarə müqaviləsi üzrə 58.103,52 manat, 2019-cu il 14 may tarixli № 91 saylı xidmət müqaviləsi üzrə 51.840,24 manat - ümumilikdə 109.943,76 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 210 manat və mediasiya xərclərinə görə 400 manat vəsaitin cavabdehdən tutaraq iddiaçıya ödənilməsi, icarəyə verilmiş 2.527 ədəd tikinti avadanlığının geri qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 17 aprel tar ixli № 001 saylı ayaqaltı və döşəmə iskələ və dəmir dirəkləri sistemlərinin icarəsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, cavabdeh razılaşdırılmış icarə haqqını ödəməyi, iddiaçı isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. 2022-ci il 31 may tarixinə qədər 2017-ci il 17 aprel tarixli № 001 saylı icarə müqaviləsi üzrə ümumi borc məbləği 118.715 manat müəyyən edilmiş, cavabdeh tərəfindən 60.612,24 manat məbləğində ödəniş həyata keçirilmişdir. İyun ayına olan yekun borc məbləği 58.102,76 manat təşkil etməklə yanaşı təhvil verilmiş 2.527 ədəd tikinti avada nlıqları bu günə qədər geri qaytarılmamışdır. Həmçinin tərəflər arasında 2019cu il 14 may tarixli № 91 saylı müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh xidmət haqqını ödəməyi, iddiaçı isə müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərinin montajı və demontajı ilə bağlı xidmətləri göstərməyi öhdəsinə götürür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. 2019-cu il 14 may tarixli № 91 saylı xidmət müqaviləsi üzrə borc məbləği 181.840,24 təşkil etsə də, cavabdeh tərəfindən 130.000 manat ödəniş edilmişdir. İyun ayına olan ümumi borc məbləği 51.840,24 manat müəyyən edilmişdir.

10. Məhk əmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək izahatında tərəflər arasında icarə və xidməti müqavilələri, həmçinin təhvil-təslim aktları imzalansa da, həmin sənədlərdə imza cavabdehin direktoru X2 tərəfindən deyil, digər şəxs tərəfindən imzalandığına görə iddiaçı ilə hər hansı münasibətlərin yaranmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 noyabr tarixli e-2-2(113)-4107/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 2017-ci il 17 aprel tarixli 001 nömrəli icarə müqaviləsi üzrə 58.103,52 manat, 2019-cu il 14 may tarixli 91 nömrəli xidmət müqaviləsi üzrə 51.840,24 manatı, ümumilikdə 109.943,76 manat, həmçinin hüquqi yardıma görə ödənilmiş 210 manat və 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə icarəyə verilmiş 2.527 ədəd tikinti avadanlıqlarının iddiaçıya geri qaytarılması və ya hər bir tonu 120 manat olan tikinti avadanlıqlarının dəyərinin iddiaçıya ödənilməsi qət edilmişdir (hakim - E.Əliyev).

12. İddiaçı ilə cavabdeh arasında avadanlıqların icarəsi müqaviləsi və xidmət müqaviləsi bağlanmış, iddiaçı hər iki müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh icarə müqaviləsi üzrə həm icarə haqqını tam olaraq ödəməmiş, həm də icarəyə götürdüyü malları geri qaytarmamış, xidməti müqavilə üzrə isə göstərilən xidmətə görə iddiaçıya olan borcunu tam olaraq ödəməmişdir.

13. Məhkəmə cavabdehin qeyd etdikləri ilə bağlı bildirmişdir ki, tərəflərin möhürləri ilə təsdiq etdikləri sənədlərin üzərində cavabdehin direktorunun imzası olmasa belə, həmin sənədl ər cavabdehin möhürü ilə təsdiq edildiyinə görə, sözügedən sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Cavabdeh iddiaçının bank hesabına 5 il ərzində ardıcıl olaraq göstərilən xidmətlərlə bağlı pul ödədiyinə görə, tərəflərin arasında möhürlərlə təsdiq edilmiş müqavilələrin mövcudluğunu və öhdəlikləri qəbul etmişdir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 700.1, 752.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə təyin edilmiş Azərbayc an Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 1 dekabr tarixli 4/1651-5/1383 nömrəli ekspert rəyinə (məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası) əsasən, 2017-ci il 17 aprel tarixli 001 nömrəli avadanlıqların icarəsi müqaviləsində, 2017-ci il 17 aprel tarixli 001 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolunda, 2017-ci il 19 və 20 aprel tarixli 01 və 02 nömrəli təhvil-təslim aktlarında, 2019-cu il 14 may tarixli “Müasir ayaqaltı, betonaltı iskələ və dəmir dirəklər sistemlərin quraşdırılması və sökülməsi ilə bağlı xidmətlərin göstərilməsi haqqında 91 nömrəli müqavilədə, 2019-cu il 17 may tarixədək görülən işlər haqqında R281/190517 nömrəli aktda, 2019-cu il 31 iyul tarixədək görülən işlər haqqında R281/19073 1 nömrəli aktda, 2019-cu il 14 may tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırma protokolunda, 2019-cu il 14 may tarixli 91 nömrəli xidmətlərin keçirilməsinə dair müqaviləyə əsasən 2019-cu il 31 iyul tarixinə kimi yerinə yetirilmiş işlərin qəbul aktında cavabdehin direktoru X1 adından olan imzalar - X2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuş, həmin sənədlərdə olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" məzmunlu möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuş və “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" məzmunlu möhür əksləri təqdim edilmiş sərbəst əks nümunələri ilə eynilik təşkil etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 11 yanvar t arixli 2-2(103)-13/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

18. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir.

19. Qeyd olunan sənədlərdəki imzalar cavabdehin direktoru X2 tərəfindən icra olunmasa da, həmin sənədlərdəki möhür əksləri cavabdehin möhürü olduğundan sözügedən sənədlər mötəbər sübut kimi qəbul edilməlidir.

20. Cavabdeh tərəflərin arasında möhürlərlə təsdiq edilmiş müqavilələrin və digər sənədlərin mövcudluğunu qəbul etmədiyi halda, iddiaçının bank hesabına 5 il ərzind ə ardıcıl olaraq göstərilən xidmətlərlə bağlı pul ödəməsi anlaşılan olmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 700.1, 752.1, 755 maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 107, 115.0, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin tam ləğv olunması və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabde h MM-in 14.1, 14.2, 389.1, 389.2, 390.1, 390.3, 390.5, 390.6, 390.7-ci maddələrinin tələblərinin pozulduğunu qeyd etmiş və həmin maddələrin məzmunlarını öz şikayətində əks etdirmişdir.

24. MPM-in 9.1, 9.2, 9.3, 14.1, 14.2, 77.1, 88, 205.1, 217-ci maddələri üzrə Apellyasiya məhkəməsi işə tam, obyektiv və hərtərəfli qiymət verməmişdir. İddiaçı mübahisəli müqavilələrin cavabdehin direktoru tərəfindən imzalanmasını, yəni müqavilənin cavabdeh tərəfindən bağlanmasını sübuta yetirə bilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırılmasında maraqlı olmamışdır. Möhür imzanı təsdiq edir, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə ayrı-ayrı imzalar mövcuddur və həmin imzalar da məhz cavabdehin məsul şəxsinə aid deyildir. Əgər iddia tələbləri prosessual imkanlardan istifadə edilməklə tam araşdırılmamış və ya sübutların əldə edilməsi ilə çıxarılmışdırsa, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiya məhkəməsi MPM-in 9-cu maddəsinin tələblərini pozmuş, cavabdehin iştirakı olmadan əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün t ətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

755. İşi şəxsən yerinə yetirmək vəzifəsi Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.”

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elek tron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi q anuni və əsaslı olmalıdır....” “Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüqu q pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

32. Apellyasiya instansiyası məhkəməsinin qanunu pozaraq cavabdehin iştirakı olmadan qətnamə çıxarmasına dair kassatorun dəlili əsassızdır. Əvvəla, ona görə ki, cavabdehin nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinin bir neçə iclasında iştirak etməsi və iş üzrə öz mövqeyini həmin məhkəməyə bildirməsi iş materialları ilə təsdiq olunur. İş materiallarından həmçinin o da məlum olur ki, cavabdeh tərəf əvvəlcədən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmənin son iclasında iştirak etməmiş, gəlməmənin səbəbi ba rədə məhkəməyə heç bir məlumat da verməmişdir.

33. Bununla əlaqədar məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə (bax § 30) istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi son iclasda cavabdehin iştirakı olmadan işə baxaraq qətnamə çıxararkən hər hansı prosessual pozuntuya yol verməmişdir.

34. Kassasiya şikayətinin digər dəlilləri ilə eyniməzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

35. Cavabdeh özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

36. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayət inin sözügedən dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 30) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 30) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 yanvar tarixli 2-2(103)-13/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 yanvar tarixli 2-2(103)-13/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar