Məhkəmə qərarları › İş №2-2(102)-279/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-279/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-279/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-279/20 Bakı şəhəri xx xxxxxxxx 2020-ci il 08.09.2020 Açar sözlər: kredit borcunun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Bəhmən Qəribov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondunun vəkili Azər Məmmədovun, Cavabdeh MMC-nin vəkili Pərviz Məmmədovun iştirakları ilə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kom mersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-11/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478.209 manat əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixə faiz borcu 44.470 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 41.448 manat, cəmi isə 564.127 manat; xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30.308 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklə rin icra müddətinin bitdiyi xx xxxx 2016-cı il tarixə faiz borcu 2.774 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 2.445 ABŞ dolları, cəmi isə 35.527 ABŞ dolları və xx xxxxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas borcu 46.500 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxxx 2016-cı il tarixə faiz borcu 3.558 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış faiz borcu 3.752 ABŞ dolları, cəmi isə 53.810 ABŞ dolları borcun və ödənilən 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxx 2015-ci il tarixli, KXM 01 saylı, xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı və xx xxxxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqavilələri bağlanmışdır. Cavabdehə xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə 600.000 manat, xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsinə əsasən 6 ay müddətinə 30.308 ABŞ dolları və xx xxxxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsinə əsasən 5 ay müddətinə 46.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilələrin 1.3-cü bəndinə əsasən, kreditlərin illik faizi 18 faiz müəyyən edilmişdir. Bank tərəfindən kredit xətti müqaviləsi və kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz b orcunun qaytarılmasını təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, borcun ödənilməsindən yayınmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)292/2018 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən təmin edilmiş, cavabdehdən xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478.209 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixə faiz borcu 44.470 manat, xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30.308 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxxx 2016-cı il tarixə faiz borcu 2.774 ABŞ dolları, xx xx xxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas borc 46.500 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxxx 2016-cı il tarixə faiz borcu 3.558 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, əsas borcun tutulmasına dair hissədə iddia tələbi əsaslıdır. Lakin qeyd olunan hər üç kredit müqavilənin müddəti bitdikdən sonra əsas borca hesablanmış illik 5 % faiz borcu əsassız olduğundan, iddia tələbi həmin hissədə təmin edilməmə lidir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, cavabdeh apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının tələbinin təmin olunmayan hissəsi (məbləğdən 5% tutulması) qalaraq, qalan hissəsinin ləğv edilməsi və xx xxx 2015-ci il tarixli, KXM 01 saylı, xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı, xx xxxxxx 2016-ci il tarixli, KM 03 saylı kredit müqavilələri üzrə borc məbləğinin müəyyən edilərək qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(103)-485/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxxxxx 2020-ci il tarixli rəy verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-11/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) cavabdehin apellyasiya şikayəti qismən təmin edimiş,birinci instansiya məhkəməsinin qətnaməsi qismən - tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylıkredit müqaviləsi üzrə 46,28 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə 47,25 ABŞ dolları faiz borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsinə əsasən iddiaçı (borcverən) həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə cavabdehə (borcalan) kredit xətti ayırır. “Borcalan” isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a ayrılan kredit xətti üzrə məbləğ 600.000 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə verilir. 1.4-cü bəndinə əsasən kredit xəttininin məqsədli təyinatı: əmək haqqı və istehsal zərurəti ilə əlaqədardır. 1.3-cü bəndinə əsasən mövcud kredit üzrə “Borcalan”dan aşağıdakı komissiyalar tutulur: nağd vəsaitin çıxarılması - 1%. İddiaçı tərəfindən verilmiş kredit öhdəliyi üzrə faiz və əsas borcun məbləğinə dair maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx xxx 2015-ci il tarixli, 01 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehin banka olan borcu - xx xxxxxx 2018-ci il tarixə əsas borc 478.209 manat, müqavilənin bitdiyi xx xxx 2016-cı il tarixə faiz borcu 44.470 manat, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5 % lik borcu 41.448 manat, ümumilikdə borcu 564.127 manat təşkil edir. xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsinə əsasən iddiaçının (borcverən), həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə cavabdehə (borcalana) kredit xətti ayırır. “Borcalan” isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a ayrılan kredit xətti üzrə məbləğ 30.308 ABŞ dolları təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xx xxxx 2016-cı il tarixə qədər illik 18 % faiz ödəmək şərti ilə verilir. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 02 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən kreditin məbləği 30.308 USD, illik faiz 18 %, müddət 6 ay, əsas borc 30.308 faiz məbləği 2.727,72 manatdır. İddiaçı tərəfindən verilmiş kredit öhdəliyi üzrə faiz və əsas borcun məbləğinə dair maliyyə arayışına əsasən, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 02 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehin banka olan borcu - xx xxxxxx 2018-ci il tarixə əsas borc 30.308 USD, müqavilənin bitdiyi xx xxxx 2016-cı il tarixə faiz borcu 2.774 USD, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5 % lik borcu 2.445 USD, ümumilikdə borcu 35.527 USD təşkil edir. xx xxxxxx 2015-ci il tarixli, KM 03 saylı kredit müqaviləsinə əsasən iddiaçı (borcverən) həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə cavabdehə (borcalana) kredit xətti ayırır. “Borcalan” isə həmin kredit xəttindən məqsədli təyinatına uyğun istifadə etməyi və bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş şəkildə “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müq avilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a ayrılan kredit xətti üzrə məbləğ 46.500 ABŞ dolları təşkil edir. Müqavilənin 1.3-cü bəndinə əsasən, kredit xx xxxx 2016-cı il tarixə qədər illik 18 % faiz ödəmək şərti ilə verilir. 1.4-cü bəndinə əsasən, kredit xəttinin məqsədli təyinatı: istehsal zərurəti ilə əlaqədar. İddiaçı tərəfindən verilmiş kredit öhdəliyi üzrə faiz və əsas borcun məbləğinə dair maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx xxxxxx 2016-ci il tarixli, 03 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehin banka olan borcu aşağıdakı kimidir. xx xxxxxx 2018-ci il tarixinə əsas borc 46.500 USD, müqavilənin bitdiyi xx xxxx 2016-cı il tarixə faiz borcu 3.558 USD, müqavilənin bitdiyi tarixdən hal-hazıra 5 %-lik borcu 2.445 USD, ümumilikdə borcu 53.810 USD təşkil edir. İddia çı cavabdehə göndərilmiş xx xxxx 2017-ci il tarixli, 1646 saylı xəbərdarlıq məktubu göndərərək, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etmiş, daha sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 20167 saylı ekspert rəyində qeyd edilir ki, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə cavabdehin xx xxx 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarix) banka olan borcu 556.500,71 manat, o cümlədən əsas borc üzrə 510.871,20 manat, faiz borcu üzrə 45.629,51 manatdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarınd an göründüyü kimi cavabdeh tərəfindən xx xxx 2016-cı il tarixdən (müqavilə müddəti bitdiyi tarix) sonra 68.900 manat məbləğində ödəniş edilmişdir. xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə cavabdehin xx xxxx 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 33.035,72 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 30.308 ABŞ dolları, faiz borcu üzrə 2727,72 ABŞ dollarıdır. xx xxxxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə cavabdehin xx xxxx 2016-cı il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) banka olan əsas borcu 46.500 ABŞ dolları, faiz borcu 3510,75 ABŞ dollardır. İş üzrə aparılmış ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən xx xxx 2016-cı il tarixdən (müqavilə müddəti bitdiyi tarix) sonra xx xxx 201 5-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsi üzrə 68.900 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə qiymət verilərkən, iddiaçı tərəfindən verilmiş maliyyə-mühasibatlıq sənədləri əsas götürülmüş, həmin məlumatların düzgünlüyü xüsusi biliyə malik ekspertlər tərəfindən yoxlanılmamışdır. Bu səbəbdən apellyasiya instansiyasında işə baxılarkən ekspertiza təyin edilmiş və həmin ekspert rəyi işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək, cavabdehdən xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə478.209 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixə 44.470 manatfaiz borc unun, xx xxxxxx 2015-ci il tarixli, KM 02 saylı və xx xxxxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqavilələri üzrə müvafiq olaraq 30.308 ABŞ dolları və 46.500 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə tutulmasına dair nəticə ilə məhkəmə razılaşmışdır. xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2016-cı il tarixli müqavilələr üzrə faiz borcunun tutulmasına gəldikdə, iddiaçı tərəfindən həmin müqavilələr üzrə 2.774 ABŞ dolları və 3.558 ABŞ dolları tələb edildiyi halda, iş üzrə verilmiş ekspret rəyi ilə faiz borcunun daha az - 2.727,72 ABŞ dolları (iddia olunandan 46,28 ABŞ dolları az) və 3.510,75 ABŞ dolları (iddia olunandan 47,25 ABŞ dolları az) olması müəyyən edildiyi üçün, iddia həmin hissədə təmin edilməməlidir. Müqavilə müddəti bitdiyi tarixdən sonra xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsi üzrə 68.900 manat məbləğində ödənişin edilməsi ilə bağlı apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin ödəniş məhkəmə qətnaməsinin icrası mərhələsində nəzərə alına bilər. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 449.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarı, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 101.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun iddianın təmin edilən hissəsində ləğv edərək iddia tələblərinin tam təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış hər üç kredit müqaviləsinin qüvvədə olduğu müddətdə və müqavilənin bitdiyi müddətdən sonrakı dövrlərdə yaranmış kredit borcu üzrə ödənişlər edilmişdir. Lakin hesabdan tutulmalar və borc üzrə edilmiş ödənişlərin təyinatının qeyri-dəqiqliyi nəticə etibarı ilə artıq faizlərin hesablanması və borcun şişirdilməsi ilə nəticələnmişdir. İddiaçının yaranmış kredit borcunun hansı müqavilənin icrası olaraq hesabdan sildiyi barədə nə iddiaçı tərəfindən hər hansı bir arayış təqdim edilməmiş, nə də ki məhkəmə tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Daha bir dəlillə bildirilmişdir ki, müqavilə müddəti bitdikdən sonra ödənilən borc vəsaitləri əsas borcdan çıxılmalı olduğu halda, fa iz borcundan çıxılması, əsas borca görə artıq faizlərin hesablanması ilə nəticələnmişdir. Qeyd edilən hallar ekspert tərəfindən qiymətləndirilməmiş, təkrar ekspertizanın keçirilməsi barədə vəsatət isə apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Dəlillərinin hüquqi əsası kimi cavabdeh tərəfindən Azərbaycan Respublikası MPMnin 77.1, 77.2, 77.3, 81, 88, 97.1, 103.1-ci maddələrinə istinad edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı vəkili kassasiya şikayəti ni qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin qismən ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanu ni əsaslarını düzgün müəyyən etmiş, lakin onları tətbiq edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işə baxılarkən təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qəbul edilərək, iddia tələbinin faiz borcuna aid olan hissəsi həmin rəy əsasında müəyyən olunmuş məbləğ həddində azaldılmalı, cavabdeh tərəfindən xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 68.900 manat isə qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, hesabdan tutulmalar və borc üzrə ödənişlərin təyinatının qeyri-dəqiqliyi nəticə etibarı ilə artıq faizlərin hesablanması və borcun şişirdilməsi ilə nəticələnmişdir, müqavilə müddəti bitdikdən sonra ödənilən borc vəsaitlərinin əs as borcdan çıxılmalı olduğu halda, faiz borcundan çıxılması əsas borca görə artıq faizlərin hesablanması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərinin hüquqi əsaslandırılmasında cavabdeh yalnız sübutların əldə edilməsi və qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin müddəalarına istinad etmişdir. Məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarına münasibətdə kassasiya şikayətində hər hansı bir hüquqi əsaslandırma aparılmamış, lakin cavabdehin istinad etdiyi “müqavilə müddəti bitdikdən sonra ödənilən borc vəsaitlərinin əsas borcdan çıxılmalı olduğu halda, faiz borcundan çıxılması” ifadəsi mahiyyətcə apellyasiya məhkəməsinin tətbi q etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyi ilə razılaşdığını bildirir. İşin hallarına əsasən, tərəflər arasında üç kredit müqaviləsi bağlanmış, həmin müqavilələrdən yalnız xx xxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişlər aparıldığı üçün, məhkəmə kollegiyası hesab edir ki, yalnız həmn müqavilə üzrə cavabdehin dəlillərinə qiymət verilməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, kredit xətti 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə verilir və müqavilənin 6.1-ci bəndinə görə, müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Zamana görə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə) 399.3-cü maddəsində göstərilmişdir ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunmuş məsələlərə münasibətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarından göstərilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsin in və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real z ərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Hazırki mübahisəyə münasibətdə Konstitusiya Məhkəməsinin əks olunmuş şərhinin tətbiqi isə o anlama gətirir ki, müqavilə şərtlərinə görə əsas kredit borcuna hesablanmış faiz borcu həmin müqavilələyə 1.3-cü bəndində nəzərdə tutulmuş müddətlə məhdudlaşdırılmalıdır. Şərh olunmuş qaydanın tətbiqi həmçinin o səbəbdən məntiqli görünür ki, kredit münasibətlərində bankların maddi maraqlarının qorunması ilə yanaşı, eyni zamanda borcluya münasibətdə də ədalətli tarazlığa nail olunmalıdır. Bu məqsədlə isə borclu şəxs həddən artıq maliyyə məsuliyyətini daşımamalıdır. İşin apellyasiya icraatına aid olan prosessual sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən ekspertizanın keçirilməsi barədə vəsatət verilərək, Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarından əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla müqavilənin müddəti ərzində cavabdeh tərəfindən ödənilən pul məbləğinin qanunvericiliyin tələbləri əsasında hesablablanması, müqavilənin müddəti keçdikdən sonra aidiyyatı üzrə cavabdeh tərəfindən ödənilən məbləğin müqavilə üzrə qalıq əsas borcdan silinməsi sualları qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə ekspert qarşısında qoyulan sual isə yalnız kredit müqavilələrinin bitmə tarixinə cavabdehin əsas və faiz borcunun miqdarının müəyyən eilməsi ilə bağlı olmuşdur ki, ekspert tərəfindən məhkəmə qərardadında qoyulmuş sual üzrə araşdırma aparılmaqla cavab verilmişdir. Azərbaycan Respublikası MPM-nin müddəlarında ekspertiza ilə bağlı aşağıdakı qaydalar müəyyən olunmuşdur: - 97-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir; - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir; Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipinə və tərəflərin hüquqlarına riayət edilməklə aparılmalıdır. İşdə iştirak edən şəxsin ekspertizanın aparılması barədə vəsatəti olduqda, onu rədd edərkən məhkəmə g əldiyi nəticəni əsaslandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən ekspertizanın aparılması barədə vəsatət verilərkən, iki məsələ üzrə ekspert qarşısında sualların qoyulması xahiş edilmiş, lakin apellyasiya məhkəməsi yalnız bir sual üzrə ekspert tədqiqatına ehtiyac olduğu nəticəsinə gəlsə də, digər sual üzrə ekspertizanın aparılmasına zəruriyyət olmadığını əsaslandırmamışdır. İşin hallarından göründüyü kimi, ekspert rəyində cavabdeh tərəfindən xx xxx 2016cı il tarixdən (müqavilə müddəti bitdiyi tarix) sonra 68.900 manat məbləğində ödənişin aparıldığını müəyyən etmiş, lakin ödənişlərin hansı məbləğə yönəldiyi üzrə tədqiqat aparmamışdır, çünki məhkəmə tərəfindən bu barədə sual qoyulmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014- cü il tarixli Qərarından əks olunmuş hüquqi mövqeyinə uyğun olaraq, müqavilə müddəti bitdiyi tarixdən sonrakı müddət üzrə aparılmış ödənişlər əsas borca yönəlməli idi. Apellyasiya məhkəməsinin mövqeyinə, yəni həmin ödənişin məhkəmə qətnaməsinin icrası mərhələsində nəzərə alınması mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası o əsasla razılaşmır ki, bu halda prosessual qanunvericiliyin tələbləri pozulmuş olur. Azərbaycan Respublikası MPM-nin: - 218.3.-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən e tməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: - 7.1. İcra sənədində aşağıdakılar göstərilir: 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi. Maddələrin əlaqəli tələbləri onu ehtiva edir ki, əgər iddiaçı əsas borc məbləğinin müəyyən miqdarda tutulmasını xahiş etmişdirsə, məhkəmə həmin məbləğ çərçivəsində iddia tələbinə qiymət verməklə nəticəyə gəlməli və tutulmalı olan əsas borcun məbləğini dəqiq göstərməlidir. Həmin qətnamənin icrası mərhələsində müəyyən edilmiş əsas borcun fərqli məbləğdə tutulması icra qanunvericiliyində nəzərdə tutulmamışdır, çünki icra sənədi üzrə icraçı məhkəmənin qərarının nəticə hissəsində müəyyən edilmiş məbləğlə məhduddur. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası bildirir ki, əgə r işin hallarına əsasən xx xxx 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2018-ci il tarixə əsas borcun 478.209 manat məbləğində tutulması müəyyən edilmişdirsə, müqavilə müddəti bitəndən sonra ödənilmiş 68.900 manat məbləğin xx xxxxxx 2018-ci il tarixinə qədər və yaxud həmin tarixdən sonra ödənildiyi, habelə əsas borcun məbləğində nəzərə alınıbalınmaması işin halları ilə müəyyən olunmalı idi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş maddi-hüquq normanın tətbiqini zəruri edən şərtlər kimi müəyyən edilməli olan işin hallarında boşluq mövcuddur ki, onun yaranması mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasından irəli gəlmişdir. Azərbaycan Respublikası MPM-nin: - 80-cı maddə sinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 418.3-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Müddəaların mənasına görə, məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan prosessual normalarının tələblərinə qismən uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qətnamənin qismən ləğv olunması üçün əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.3-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-11/2020 saylı qətnaməsi qismən – xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478.209 manat əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixə 44.470 manat faiz borcunun tutulmas ı tələbinin təmin olunması hissəsində ləğv edilsin, həmin tələbə yenidən baxılması üçün iş yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qəlan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar