Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-279/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC-nin “X3” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: su sayğacın qoyulması və borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkilnin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin “X3” MMC-yə qarşı “cavabdehin hesabına su sayğacının qoyulması və borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh "xxxx" ASC-nin “X3 ” MMC tərəfindən Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fevral tarixli, 2-2(107)-8/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus Şəki şəhəri xxx ünvanda yerləşən "XXX" kafesinə içməli və istehsalat məqsədli suyun verilməsi, habelə tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə bağlı su təchizatı və kanalizasiya xidmətlərinə dair 05.01.2012-ci il tarixdə 149 nömrəli müqavilə bağlanmışdır.
2. Müqavilənin tələblərinə əsasən cavabdeh kafeni su ilə təchiz etməyi, iddiaçı isə suyun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – “id diaçı”) cavabdeh "xxxx" ASC-nin “X3” MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Fizuli adına bağın girişində yerləşən “xxx” kafesinə cavabdehin hesabına su sayğacının qoyulması və qeyri-qanuni olaraq göstərilməyən xidmət üçün hesablanmış 40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh kafeni su ilə təchiz etməyi, o isə suyun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 13.11.2019-cu ildə ona heç bir xəbərdarlıq edilmədən və yeni su xətti çəkilmədən suyun verilişi dayandırılmış, buna baxmayaraq həmin ilin noyabr və dekabr ayları üçün ayda 20 manat olmaqla borc hesablanmışdır. Dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq, hazırkı vaxtadək kafeyə su xətti çəkilməmiş, sayğac quraşdırılmamış və ona əsassız olaraq 40 manat borc hesablanmışdır.
5. Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, e-2-2(117)-299/2020 qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Şəki şəhəri Fizuli xxx ünvanda yerləşən “xxx” kafesinə cavabdehin hesabına su sayğacının quraşdırılması, qalan hissədə iddianın rədd edilməsi, ödənilməmiş 10 manat dövlət rüsumunun cavabdehdən dövlət gəlirinə tutulması qət edilmişdir (hakim – R.Məcidov).
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında iddiaçıya məxsus Şəki şəhəri xxx ünvanda yerləşən “xxx” kafesinə içməli və istehsalat məqsədli suyun verilməsi, habelə tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə bağlı su təchizatı və kan alizasiya xidmətlərinə dair 05.01.2012-ci il tarixdə 149 nömrəli müqavilə bağlanmış və Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlərin görülməsinə qədər həmin müqavilə əsasında öhdəliklərini icra etmişlər. Yeni su xətti çəkildikdən sonra iddiaçıya məxsus qeyriyaşayış sahəsinə su sayğaçının quraşdırılması cavabdeh tərəfindən təmin edilməmişdir.
7. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (yeməkxanalar tərəfindən xidmətlərin gösətrilməsi) vergi orqanında qeydiyyata alındığından və fiziki şəxs olan istehlakçıya münasibətdə suölçən cihazların (sayğacın) quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirildiyindən, iddia tələbi bu hissədə təmin edilməli və iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu xxx kafesinə cavabdehin vəsaiti hesabına su sayğacı quraşdırılmalıdır.
8. Məhkəmə iddia tələbinin qeyri-qanuni olaraq göstərilməyən xidmət üçün hesablanmış 40 manat borcun silinməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona hansı tarixdən suyun verilişinin dayandırılması, ümumiyyətlə 40 manat borcun hesablanması, habelə su verilməyən aylar üçün suyun dəyərinin hesablanması barədə məhkəməyə sübutlar təqdim etməmişdir.
9. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.1, 6.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
10. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fevral tarixli, 2-2(107)-8/2021 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən), M.M.Hüseynov və G.Q.Abbasov) cavabdehin apelyаsiyа şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, e-2-2(117)-299/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları na (bax yuxarıda §§ 6-9) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
13. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni ləğv edərək, yeni qətnamə qəbul edilməsini və ya qətnaməni ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 14. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun bütün struktur bölmələrində əhali kateqoriyasına aid olan abonentlərin (fiziki şəxslərin) su xətlərinə suölçən cihaz STKM-in vəsaiti hesabına, qeyri-əhali abonentlərinə (hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə) isə istehlakçının vəsaiti hesabına quraşdırılır. Çünki hüquqi şəxs kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olan f iziki şəxsin də əsas məqsədi fəaliyyəti əsasında gəlir qazanmaq, mənfəət əldə etməkdir. Bu səbəbdən hər iki kateqoriyaya aid olan abonentlərə eyni münasibət göstərilir, onlara göstərilən xidmətlər eyni normalar əsasında tənzimlənir. “X2”nın 1 nömrəli əlavəsində “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan”, 2 nömrəli əlavəsində isə “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” Müqavilə formaları yerləşdirilmişdir. Yəni hüquqi şəxslər ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə abonent kimi eyni münasibətin göstərildiyi (göstərilməli olduğu) və onlar ilə STKM arasındakı münasibətl ərin eyni hüquq normaları ilə tənzimləndiyi açıq şəkildə görünür.
15. Bundan əlavə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinin “b” bəndinə əsasən, su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən qoşulmanı, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılarsa onu su təchizatı sisteminə qoşmalıdır. Maddədən aydın olur ki, istehlakçının su təchizatı sisteminə qoşulması xərcləri yalnızca istehlakçı fiziki şəxs olduqda su təchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir.
16. Kassasiya şikayəti Mülki Məcəllənin 24, 28, 560.2-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri
17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
18. Cavabdehin vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
19. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
21. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hisssədə yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instan siyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməs i) başa düşülür”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”
6. Suölçən cihazların quraşdırılması və istismarı 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinh isar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən on un quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fevral tarixli, 2-2(107)-8/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
28. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında 05.01.2012-ci il tarixdə 149 nömrəli müqavilə bağlanmış və Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri nin yenidən qurulması layihəsi çərçivəsində işlərin görülməsinə qədər həmin müqavilə əsasında öhdəliklərini icra etmişlər. Yeni su xətti çəkildikdən sonra iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su sayğaçının quraşdırılması cavabdeh tərəfindən təmin edilməmişdir.
29. Mövcud qanunvericiliklə (“X2”) istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKMin vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilmiş və “Qaydalar”da fərdi sahibkar olan fiziki şəxslərlə bağlı hər hansı istisna müəyyən edilmədiyindən, həmin Qaydaların konkret müddəalarına deyil, onlara 1 nömrəli Əlavəyə istinadla fərdi sahibkar olan iddiaçıya onun vəsaiti hesabına sayğac quraşdırılmalı olması barədə kassasiya şikayətinin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilir.
30. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi) vergi orqanında qeydiyyata alınsa da, fiziki şəxs olan istehlakçıya münasibətdə suölçən cihazların (sayğacın) quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirilməli olduğundan, "Azərsu” ASC tərəfindən indiki tarixədək hər hansı qeyri-əhali abonentinə su təchizatı müəssisəsinin vəsaiti hesabına su təchizatına qoşulmanın qanuni olaraq həyata keçirilmədiyi, sayğacın quraşdırılmadığı, qanunvericilik aktlarında sözügedən məsələnin kifayət qədər anlaşılan ifadə edilməməsi barədə dəlilinin əsassız olduğunu təsdiq edir.
31. Beləliklə, işə kassasi ya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fevral tarixli, 2-2(107)8/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
33. Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 02 fevral tarixli, 2-2(107)-8/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə