Məhkəmə qərarları › İş №2-2(102)-279/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-279/2024

07.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-279/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), alınmış əşyanın ödənilməsi, icarə haqqı tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 22(103)-93/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında Cavabdeh tərkibinə verilmiş 2300 çarpayı fondu olan modul tipli xəstəxanaya maye oksigen qazının satılması və oksigen çənlərinin icarəsi ilə bağlı 2021-ci il 20 dekabr tarixli TM-043 nömrəli, 2021-ci il 29 dekabr tarixli TM-052 nömrəli və 2022-ci il 18 mart tarixli TM-002 nömrəli müqavilələr bağlanmışdır. 2. 2021-ci il 29 dekabr tarixli TM-052 nömrəli müqavilənin 2.2-ci bəndinə əsasən, maye oksigen qazının hər tonu üçün ƏDV-siz 300 manat, çənlərin icarəsi barəsində isə aylıq 20.000 manat ödəniş nə zərdə tutulmuşdur. 3. 2022-ci il 18 mart tarixli TM-002 nömrəli müqavilənin 2.2-ci bəndinə görə, tərəflər maye oksigen qazının hər tonu üçün 350 manat, çənlərin icarəsi barəsində isə aylıq 20.000 manat məbləğində razılığa gəlmişlər.

4. Hər iki tərəf 2022-ci ilin fevral ayının 1-dək “təhvil-təslim” sənədlərində göstərilmiş həcmdə maye oksigen qazının verildiyini və verilmiş olan maye oksigen qazına görə pulun ödənildiyini qəbul etmişlər. 5. 2023-cü il 20 aprel tarixli təhvil-təslim aktına əsasən, "xxxx" MMC-yə məxsus çənlər 2023-cü il 20 aprel tarixində iddiaçıya təhvil verilmişdir. 6. 2022-ci ilin 1-19 fevral tarixlərində cəmi 580 ton maye oksigen qazının verilməsi barədə tərtib edilmiş “təhvil-təslim” sənədlərinə əsasən, qeyd edilmiş həcmdə maye oksigen qazı “Səfərov” soyadlı şəxs tərəfin dən qəbul edilmişdir. 7. "xxxx" MMC-nin "xxxx" ASC ilə bağladığı 2021-ci il 5 yanvar tarixli, "xxxx" MMC ilə bağladığı 2021-ci il 11 yanvar tarixli, “Çinar-Servis” İKF ilə bağladığı 2021-ci il 28 iyul tarixli alqı-satqı müqavilələrinə əsasən, Azərbaycan Respublikası Cavabdeh modul tipli xəstəxanasına verilmiş maye oksigen qazı qeyd edilmiş hüquqi şəxslərdən alınmışdır.

8. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 2022-ci il 7 dekabr tarixli məktub ilə tərəflər arasında bağlanmış 2022-ci il 18 mart tarixli müqaviləyə xitam verilməsi təklif edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinə qar şı iddia və iddianın dəyişdirilməsi barədə ərizələrlə 2023-cü il 15 may tarixində məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış müqaviləyə əsasən təhvil verilmiş maye oksigen qazına görə 200.000 manat pulun, çənlərin icarə haqqına görə (16x20.000) 320.000 manat pulun, 400 manat mediasiya xərci və 413 manat dövlət rüsumunun, ümumilikdə 523.813 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda göstərilən hallarına istinadən onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri icra etmiş, lakin görülmüş işlərin və xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh tərəfə verilmiş çənlər 2023-cü il 20 aprel tarixində qaytarılmış, lakin 2022 -ci il 1 yanvar tarixindən 2023-cü il 20 aprel tarixinədək olan aylar üçün hesablanmış aylıq 20.000 manat icarə haqqı ödənilməmişdir. 11. 2023-cü il 7 iyul tarixində Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Cavabdeh (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.

12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 oktyabr tarixli e-2-2(113)-2903/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2022-ci il 18 mart tarixli TM-002 saylı müqavilə üzrə maye oksigen qazının verilməsinə görə 200.000 manat, çənlərin icarəsinə görə 204.066 manat, ümumilikdə 404.066 manat, dövlət rüsumunun əvəzi olaraq 290 manat və mediasiya xərcinə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehd ən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).

14. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 oktyabr tarixli e-2-2(113)-2903/2023 nömrəli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq düzəldilərək, qətnamənin nəticə hissəsinin 2-ci abzasının “2022-ci il 18 mart tarixli TM-002 saylı müqavilə üzrə maye oksigen qazının verilməsinə görə 200.000 manat, çənlərin icarəsinə görə 204.000 manat, ümumilikdə 404.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilsin” kimi oxunması qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırkı mübahisənin həlli baxımından ilk növbədə iddianın maye oksigen qazının dəyərini təşkil edən 200.000 manat pulun tələb edilməsi hissəsinə qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş 2022-ci ilin 1-19 fevral tarixlərində cəmi 580 ton maye oksigen qazının verilməsi barədə tərtib edilmiş “təhvil-təslim” sənədlərindən görünür ki, qeyd edilmiş həcmdə maye oksigen qazı “Səfərov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə hazırlıq iclasında “Səfərov” soyadlı şəxsin kim olduğu soruşulmuş və iddiaçı tərəf Şahid maye oksigen qazının qəbul edilməsi ilə bağlı məsul şəxs olduğunu və 2022-ci il 1 fevral tarixindən qabaqkı dövrlərdə də maye oksigen qazının onun tərəfindən qəbul edildiyini bildirmişdir. Cavabdeh tərəf Şahid maye oksigen qazının qəbul edilməsi ilə bağlı məsul şəxs olduğunu qəbul etsə də, mübahisələndirilən tarixlərdə, yəni 2022-ci ilin 1-19 fevral tarixlərində artıq onun maye oksigen qazının qəbul edilməsi bağlı sə lahiyyətinin olmadığını bildirmişdir.

16. İş materiallarına əlavə edilmiş və verilmiş maye oksigen qazının həcmi və əvəzinin ödənilməsi mübahisələndirilməyən 2021-ci il 29 aprel tarixindən 2022-ci il 31 yanvar tarixinədək olan “təhvil-təslim” sənədlərindən görünür ki, verilmiş maye oksigen qazı da məhz “Səfərov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində cavabdehin modul tipli xəstəxanasında pandemiyanın ilk günlərindən olduğunu, oksigenin qəbul edilməsi və oksigenin palata və reanimasiyaya verilməsi ilə bağlı sistemə nəzarət edən şəxs olduğunu, 2022-ci ilin mart ayınadək oksigenin qəbul edilməsi ilə bağlı məsul şəxs olduğunu və mübahisəli olan 2022-ci ilin 1-19 fevral tarixlərində iddiaçıdan “təhvil-təslim” sənədlərində göst ərilmiş həcmdə maye oksigen qazını qəbul etdiyini bildirmişdir. Həmçinin cavabdehdən Şahid hansı əmr və yaxud qərar əsasında maye oksigen qazının qəbul edilməsi səlahiyyəti verildiyi və eyni qaydada hansı əmr və yaxud qərar əsasında maye oksigen qazının qəbul edilməsi səlahiyyətinin dayandırıldığı soruşulmuş, cavabdeh tərəf isə Şahid şifahi olaraq belə bir səlahiyyətin verildiyini və belə bir səlahiyyətinin dayandırılması ilə bağlı da hər hansı bir əmr və yaxud qərarın olmadığını bildirmişdir.

18. Cavabdeh tərəf həmçinin elektron qaimələr təqdim edərək, 2022-ci il 1-21 fevral tarixlərində maye oksigen qazını iddiaçıdan deyil, "xxxx" MMC-dən aldığını bildirmişdir. İddiaçı tərəf də "xxxx" ASC ilə bağlanmış 2021-ci il 5 yanvar tarixli, "xxxx" MMC ilə bağlanmış 2021-ci il 11 yanvar tarixli, “Ç inar-Servis” İKF ilə bağlanmış 2021-ci il 28 iyul tarixli alqı-satqı müqavilələrini təqdim edərək, cavabdehin modul tipli xəstəxanasına verilmiş maye oksigen qazının qeyd edilmiş hüquqi şəxslərdən və “X1”dən alındığını bildirmişdir. Həmçinin, iddiaçı tərəf 2022-ci il 1 fevral - 2022-ci il 18 fevral tarixli “ÇinarServis” İKF tərəfindən verilmiş təhvil-təslim aktları təqdim edərək, mübahisəli dövr üzrə qeyd edilən həcmdə maye oksigen qazının çox hissəsinin “Çinar-Servis” İKFdən alınaraq cavabdehin modul tipli xəstəxanasına verildiyini bildirmişdir.

19. Məhkəmə iddianın qeyd edilən hissəsi ilə bağlı iddiaçının dəlillərini əsaslı hesab edərək göstərmişdir ki, mübahisəli olan 2022-ci il 1 fevral - 2022-ci il 19 fevral tarixlərində və ondan öncəki mübahisəli olmayan tarixlərdə verilmiş olan ma ye oksigen qazı Şahid tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəf mübahisəli dövrdə Şahid qeyd edilən səlahiyyətinin olmadığını qeyd etsə də, bu barədə hər hansı bir sübut təqdim edə bilməmişdir.

20. Bundan başqa “Çinar-Servis” İKF tərəfindən iddiaçıya verilmiş 2022-ci il 1 fevral 2022-ci il 18 fevral tarixli təhvil-təslim sənədlərindən görünür ki, sonuncuya həmin tarixlərdə cəmi 508 ton həcmində maye oksigen qazı verilmişdir. Qeyd olunan hal dolayısı ilə onu sübut edir ki, həqiqətən də, iddiaçı “Çinar-Servis” İKF-dən maye oksigen qazını alaraq cavabdehin modul tipli xəstəxanasına vermişdir.

21. Bundan başqa, cavabdeh tərəf 2022-ci il 1 fevral - 2022-ci il 19 fevral tarixlərində artıq pandemiyanın sönmə dövrü olduğunu və qeyd edilən həcmdə maye oksigenin tələb olunmadığını bildirmişdir. Ca vabdehin qeyd edilən dəlili ilə bağlı, məhkəmə iclasında cavabdehdən əgər həqiqətən də qeyd edilən həcmdə oksigenə ehtiyac yox idisə, nəyə görə mübahisəli dövrdən cəmi bir neçə gün öncə, yəni mübahisələndirilməyən 2022-ci il 25 yanvar tarixində 20 ton, 2022-ci il 26 yanvar tarixində 20 ton, 2022-ci il 27 yanvar 2022-ci il 28 yanvar tarixlərində 40 ton, 2022-ci il 29 yanvar - 2022-ci il 30 yanvar tarixlərində 40 ton, 2022-ci il 31 yanvar tarixində 20 ton həcmində oksigenin alındığı soruşulmuş, cavabdeh tərəf qeyd edilən halla bağlı əsaslı izah verə bilməmişdir.

22. Qeyd edilmiş hallara əsasən məhkəmə hesab etmişdir ki, həqiqətən də, iddiaçı tərəfindən cavabdehin modul tipli xəstəxanasına 2022-ci il 1 fevral - 2022-ci il 19 fevral tarixlərində cəmi 580 ton həcmində maye oksigen qazı verilmiş dir. Maye oksigen qazının da hər tonunun dəyəri 350 manat müəyyən olunduğundan cavabdehin ödənilməmiş 203.000 manat məbləğində borcu qalmışdır. İddiaçı tərəfindən iddianın dəyişdirilməsinə dair ərizənin nəticə hissəsində verilmiş maye oksigen qazına görə 200.000 manat pul tələb edildiyindən, məhkəmə hesab etmişdir ki, verilmiş maye oksigen qazına görə 200.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə çənlərin icarə haqqı olaraq 320.000 manat məbləğində pulun tələb edilməsi ilə bağlı qeyd etmişdir ki, işin mübahisələndirilməyən halına əsasən, 2023-cü il 20 aprel tarixində təhvil-təslim aktı ilə iddiaçıya məxsus çənlər ona təhvil verilmişdir. İddiaçı tərəf də qeyd ediən tarixədək icarə haqqının tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf isə modul tipli xəs təxananın artıq 2022-ci ilin mart ayının 30-dan fəaliyyətini dayandırdığı üçün icarə haqqının ödənilməli olmadığını bildirmişdir. Məhkəmə iclasında hər iki tərəfdən çənlərin geri qaytarılması ilə bağlı qarşı tərəfə müraciətin edilib-edilməməsi soruşulmuşdur. İddiaçı tərəf 2022-ci il 22 may tarixli ərizəni işə əlavə edərək çənlərin yazılı formada istənildiyini, həmçinin, dəfələrlə şifahi olaraq müraciət olunduğunu, hətta ən yüksək səviyyədə görüşlərinin olduğunu qeyd etsə də, çənlərin sonradan qaytarıldığını bildirmişdir. Cavabdeh tərəf isə iş materiallarına 2022-ci il 7 dekabr tarixli Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış məktubu təqdim edərək, tərəflər arasında bağlanmış 2022-ci il 18 mart tarixli müqaviləyə xitam verildiyini bildir mişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, 2022-ci il 7 dekabr tarixində Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış məktubla artıq tərəflər arasında bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Ona görə də, məhz həmin dövrədək, çənlər cavabdehin istifadəsində olduğundan icarə haqqı hesablanmalıdır. 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayınadək 10 ay 6 gün keçdiyindən çənlərin icarə haqqı borcu olaraq 204.000 (20.000x10=200.000, 20.000/30=666,66 (1 gün üçün) 666,66x6=4000 (6 gün üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 567, 600.4, 675, 700.1, 700.2 və 700.3-cü maddələrinə istinad etməklə əsaslan dırmışdır.

25. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamə və qərardadının ləğv olunması və iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(103)-93/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddiaçının iddiası alğı-satqı müqaviləsi üzrə cavabdehdən 26.000 manat pulun tutulması hissəsində rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi nin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, 2022-ci ilin fevral ayında maye oksigenin iddiaçıdan deyil, "xxxx" MMC-dən alındığına dair cavabdehin dəlilləri əsassızdır. Belə ki, pandemiya dövründə xəstələrin müalicəsi ilə əlaqədar maye oksigenə böyük tələbat olduğundan 2022-ci ilin fevral ayında cavabdehin eyni zamanda "xxxx" MMC adlı hüquqi şəxsdən maye oksigen alması onun iddiaçıdan maye oksigen aldığını təkzib edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, cavabdeh 2022-ci ilin fevral ayından yalnız "xxxx" MMC adlı hüquqi şəxslə əməkdaşlıq etmək niyyətində olsaydı və cavabdehin nümayəndəsinin bildirdiyi kimi, maye oksigenin əldə edilməsinə zərurət azalsaydı bir ay sonra 2022-ci il 18 mart tarixində iddiaçı ilə yeni müqavilə bağlanma zdı.

28. Məhkəmə eyni zamanda hesab etmişdir ki, modul tipli xəstəxananın 2022-ci il 31 mart tarixindən fəaliyyətini dayandırması barədə apellyasiya şikayətində qeyd edilənlər də iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mübahisə 2022-ci ilin fevral ayında təhvil verilmiş maye oksigenin dəyərinin ödənilməməsi ilə bağlıdır. 2022-ci ilin fevral və mart aylarında isə xəstəxananın fəaliyyət göstərdiyi işin mübahisəsiz halıdır.

29. Məhkəmə tərəfindən alqı-satqı müqaviləsi üzrə tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsasən maye oksigenin hansı qaydada təhvil alındığı araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən maye oksigen hər dəfə şifahi tapşırığa əsasən “MedyStyle” xəstəxanasında oksigen stansiyasının rəhbəri işləmiş Şahid adlı şəxs tərəfindən qəbul edilmişdir. Həmin şəxs işə birinci instansiya qaydasında baxılarkən 2023cü il 23 oktyabr tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş və 2022-ci il 1 fevral 2022-ci il 19 fevral tarixlərində digər aylarda olduğu kimi cavabdehin adından maye oksigeni iddiaçıdan təhvil alınmasının ona həvalə olunduğunu, oksigeni təhvil alarkən qaiməyə qol çəkdiyini, həmin dövrdə xəstə sayı çox olduğu üçün oksigenə çox tələbat olduğunu, maye oksigenin əsas hissəsinin iddiaçıdan alındığını, lakin kömək üçün eyni zamanda "xxxx" MMC-dən də mal alındığını göstərmişdir. Eyni zamanda iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən (2021-ci il 28 iyul tarixli müqavilə, təhvil-təslim aktları) görünür ki, 2022-ci ilin fevral ayında iddiaçı cavabdehə satdığı maye oksigenin 508 tonu nu “Çinar Servis” İKF-dən əldə etmişdir.

30. Məhkəmə kollegiyası qeyd edilən sübutları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdehin 2022-ci ilin fevral ayında iddiaçıdan 580 ton maye oksigeni əvvəlki aylarda olduğu qaydada təhvil aldığı işdəki təhvil-təslim aktları, şahid ifadəsi ilə təsdiq edilir. Cavabdeh tərəf əvvəllər şifahi tapşırıq əsasında iddiaçıdan maye oksigeni qəbul etmiş Şahid 2022-ci ilin fevral ayından artıq onun adından mal təhvil almaq səlahiyyəti olmaması və artıq maye oksigenə zərurət olmaması barədə müqavilə tərəfinə məlumat vermədiyindən, onun təhvil alınmış malın dəyərinin ödənilməsindən imtinası əsassızdır.

31. Məhkəmə apellyasiya şikayəti ilə bu hissədə razılaşmışdır ki, birinci instansiya məhkəməsi 2022-ci ilin fevral ayında təhvil verilmiş maye oksigenin dəy ərini 1 ton üçün 350 manatdan (2022-ci il 18 mart tarixində bağlanmış müqavilədəki qiymətlə) hesablamaqla səhvə yol vermişdir. 2022-ci ilin fevral ayında tərəflər arasında bağlanmış 2021-ci il 29 dekabr tarixli TM-052 nömrəli müqavilə qüvvədə olmuş və həmin müqavilənin 2.2-ci bəndində maye oksigenin hər tonu üçün ƏDV-siz 300 manat ödəniş nəzərdə tutulmuşdur. Belə olan halda müəyyən olunur ki, təhvil verilmiş 580 ton maye oksigen üçün cavabdeh tərəfindən ödənilməli məbləğ ƏDV-siz 174.000 manat təşkil edir. Buna görə də, mübahisələndirilən qətnamə qismən ləğv edilərək, iddia alqı-satqı müqaviləsi üzrə 26.000 manat pul tutulması hissəsində rədd edilməlidir.

32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən icarəçinin icarə müqaviləsinin qüvvədə olduğu müddət ər zində sahibliyində və istifadəsində olan icarə obyektindən faktiki istifadə etməməsi onu aylıq icarə haqqını ödəmək vəzifəsindən azad etmədiyindən, icarə haqqı borcunun tutulması ilə bağlı hissədə qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün qanuni əsaslar müəyyən edilmir.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 390.4, 448.1, 567, 600.4, 627.1, 637.2, 675, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

35. MM-in 421-ci maddəsi üzrə - Müqavilənin koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün mo dul tipli xəstəxanaya maye oksigen qazının verilməsi ilə əlaqədar olduğu nəzərə alınsa, o zaman pandemiyanın sönmə dövrü ilə tərəflər arasında icarə müqaviləsinin müddətinin bitməsini və bununla da müqaviləyə xitam verilməsinə zərurət yarandığını açıq-aşkar görmək olar. İddiaçı cavabdehdən çənlərin icarə haqqına görə 10 ay 6 gün üçün icarə haqqı tələb etmişdir. Lakin hər iki tərəf qəbul edir ki, 2022-ci il 31 mart tarixindən pandemiyanın sönmə dövrü olmuş, çənlərə ehtiyac qalmamışdır. İddiaçı qəbul etmişdir ki, 2022-ci il 22 may tarixində çənlərin geri qaytarılması barədə müraciət etmişdir. Cavabdeh tərəf də həmin dövrdə iddiaçıdan çənlərin sökülərək aparılmasını istəmişdir. Bu zaman artıq hər iki tərəf aralarında olan icarə müqaviləsinin ləğv edilməsi təklifini irəli sürmüş, lakin müqavil ənin ləğv edilməsi məsələsi rəsmiləşdirilməmişdir. İş materiallarından açıq-aşkar görünür ki, iddiaçı çənlərin götürülməsində maraqlı olmamış, zamanı uzatmaqla əlavə qazanc əldə etmək niyyəti güdmüşdür. Eyni zamanda nəzərə alınmalıdır ki, çənlərin quraşdırılması iddiaçı tərəfindən həyata keçirilmişdir. Çənlərin sökülməsi və daşınması da xüsusi bilik və bacarıq tələb etdiyindən, cavabdehin əməkdaşları tərəfindən söküntüsünün həyata keçirilməsi mümkün deyildi. Çənlər iddiaçının öz mütəxəssisləri tərəfindən sökülməli və aparılmalı idi. Odur ki, yazılı xəbərdarlığın olmamasına baxmayaraq, artıq 2022-ci il 31 mart tarixində hər iki tərəfin müqavilənin ləğvi ilə bağlı addımlar atması nəzərə alınaraq müqavilə ləğv olunmuş hesab edilməli və həmin tarixdən sonrakı aylar üzrə icarə haqqı hesablanmam alıdır.

36. MM-in 568.1-ci maddəsi üzrə - İddiaçı tərəfindən 2022-ci il 1 fevral - 2022-ci il 19 fevral tarixləri arasında maye oksigen qazı cavabdehə təhvil verilməmiş və malların təhvil verilməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən malların verilməsini əks etdirən 2022-ci il 1 fevral tarixindən 2022-ci il 19 fevral tarixinə qədər olan qaimələr isə qanunverciliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları” nın 1.3-cü bəndinə əsasən, həmin qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrə li Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) rəsmiləşdirilməsinə əsas vermir. Göründüyü kimi qanunvericilik yalnız elektron-qaimə faktura əsasında malların alışına, satışına və yerdəyişməsinə imkan verir.

37. MM-in 570-ci maddəsi üzrə - İddiaçı tərəfindən təqdim edilmiş qaimələrdə Şahid adlı şəxs tərəfindən maye oksigen qazının təhvil alınması göstərilir. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində cavabdeh tərəf bu şəxsin onun işçisi olmamasını, ona malları qəbul etmək üçün səlahiyyət verilməməsini bildirmişdir. Eyni zamanda, cavabdeh tərəfindən nəzarət tədbirləri çərçivəsində Şahid tərəfindən əvvəlcədən imzalanmış, lakin sütunlar üzrə hansı miqdarda maye oksigenin təhvil alındığına dair heç bir qeydin olmadığı və iddiaçının möhürü ilə əvvəlcədən möhürlənmiş qaimə sübut olaraq 2023-cü il 20 sentyabr tarixində Elektron Məhkəmə Sistemi vasitəsilə işə əlavə edilmişdir. Buna baxmayaraq, qeyd olunan sübuta məhkəmələr tərəfindən heç bir münasibət bildirilməmişdir. Həmçinin, 2022-ci il 1-19 fevral tarixlərində maye oksigen qazının satışı ilə məşğul olan "xxxx" MMC adlı digər bir şirkət ilə Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzi arasında 2021-ci il 20 dekabr tarixində müqavilə bağlanmışdır. Bu müqavilədən irəli gələrək "xxxx" MMC Modul tipli xəstəxananı maye oksigen qazı ilə təmin etmişdir. Kriogen MMC tərəfindən maye o ksigen qazının 1- 21 fevral tarixlərində təhvil verilməsinə dair elektron qaimələr 2023-cü il 20 sentyabr tarixində Elektron Məhkəmə Sistemi vasitəsilə təqdim edilmiş, lakin məhkəmələr təqdim edilmiş sübutları tədqiq etməmiş və qeyd olunan qaimələrə obyektiv qiymət verməmişlər.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 88-ci maddələri üzrə Apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutları hərtərəfli və tam olaraq tədqiq etməmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir. İddiaçı isə hazırkı işə aid olmayan sübutlarla öz iddiasını sübut etməyə çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında müqavilə münasibətləri 2021-ci il 20 dekabr tarixindən başlamışdı r. Tərəflər arasında müxtəlif vaxtlarda maye oksigenin alqı-satqısı, oksigen çənlərinin icarəsi ilə bağlı müqavilə şərtlərini özündə ehtiva edən qarışıq müqavilələr bağlanmış, sonuncu müqavilə 2022-ci il 18 mart tarixində imzalanmışdır. İddiaçı 2022-ci il 1 fevral - 2022-ci il 19 fevral tarixlərində təhvil-təslim aktları ilə təhvil verilmiş 580 ton maye oksigenin dəyərinin və 2022-ci ilin fevral ayından oksigen çənlərinin icarəsinə görə ödənilməmiş icarə haqqının cavabdehdən tutulmasını xahiş etmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, onlar maye oksigeni iddiaçıdan yox, "xxxx" MMC-dən almışlar. Bununla bağlı qeyd edilməlidir ki, pandemiya dövründə xəstələrin müalicəsi ilə əlaqədar maye oksigenə böyük tələbat olduğundan, 2022-ci ilin fevral ayında cavabdehin eyni zamanda "xxxx" MMC adlı h üquqi şəxsdən maye oksigen alması onun iddiaçıdan maye oksigen aldığını təkzib etmir. Cavabdeh 2022-ci ilin fevral ayından yalnız "xxxx" MMC adlı hüquqi şəxslə əməkdaşlıq etmək niyyətində olsaydı və cavabdehin nümayəndəsinin bildirdiyi kimi maye oksigenin əldə edilməsinə zərurət azalsaydı, bir ay sonra - 2022-ci il 18 mart tarixində iddiaçı ilə yeni müqavilə bağlanmazdı. Hazırkı mübahisə 2022-ci ilin fevral ayında təhvil verilmiş maye oksigenin dəyərinin ödənilməməsi ilə bağlıdır və 2022-ci ilin fevral və mart aylarında xəstəxananın fəaliyyət göstərməsi mübahisəsizdir.

40. Maye oksigen hər dəfə şifahi tapşırığa əsasən “MedyStyle” xəstəxanasında oksigen stansiyasının rəhbəri işləmiş Şahid adlı şəxs tərəfindən qəbul edilmişdir. Həmin şəxs işə birinci instansiya qaydasında baxılarkən şahid qi smində dindirilmiş və 2022-ci il 1 fevral 2022-ci il 19 fevral tarixlərində digər aylarda olduğu kimi cavabdehin adından maye oksigeni iddiaçıdan təhvil alınmasının ona həvalə olunduğunu, oksigeni təhvil alarkən qaiməyə imza etdiyini, həmin dövrdə xəstə sayı çox olduğu üçün oksigenə çox tələbat olduğunu, maye oksigenin əsas hissəsinin iddiaçıdan alındığını, lakin kömək üçün eyni zamanda "xxxx" MMC-dən də mal alındığını göstərmişdir. Kassasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa d a apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bor cludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı a lıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən v ə ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblə rinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etm əməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

47. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 48. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellya siya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarına əsaslanan dəlillərinə münasibətdə vurğulayır ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlı dəlillər üzrə MPM-nin 407-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında göstərilmişdir ki, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.

52. Gör ündüyü kimi, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul olunmuş qərarın maddi və prosessual hüquq normalarının mübahisəyə düzgün tətbiq olunub-olunmamasının yoxlanılması ilə məhdudlaşmaqla kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının yenidən müəyyən olunması istisna olunmuşdur.

53. Bununla yanaşı, belə hüquqi yanaşma MPM-in kassasiya şikayətlərinin məzmunu ilə bağlı şərtlərdə də öz əksini tapmışdır. Belə ki, MPM-in 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir

54. Əlavə olaraq kollegiya qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara düzgün hüquqi qiymət verilmişdir (§ 27-32).

55. Kassasiya şikayətlərinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı ara şdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmışdır.

57. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmə dən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

58. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 yanvar tarixli 2-2(103)-93/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar