Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-28/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, “Caspian Paint LTD" MMC-yə qarşı “kredit borcunun tut ulması və tutmanın ipoteka predmetinə” yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 oktyabr tarixli 2-2(103)-898/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 2012-ci il 6 dekabr tarixli, 04 saylı kredit müqaviləsinə əsasən, bank borc alana 48 ay müddətinə illik 8 faiz dərəcəsi ilə 700.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan banka 2016-cı il 6 dekab r tarixinədək 224.000 manat faiz ödəməlidir.
3. İddiaçı1 ASC (borc verən) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 2016-cı il 6 may tarixli, 04/2 saylı kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 3.200.000 manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kreditin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür.
4. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən borcalan 2019-cu il 6 may tarixinədək banka 576.000 manat faiz ödəməlidir.
5. İddiaçı1 ASC (borc verən), Cavabdeh1 MMC (borc alan) və Cavabdeh2 arasında bağlanmış 2016-cı il 6 may tarixli sonrakı ipoteka müqaviləsinə əsasən hər iki kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi tərəflər b u müqavilə ilə müəyyən edilmiş əmlakın ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Həmin müqaviləyə əsasən sonrakı ipoteka predmeti Azərbaycan Respublikası Mərkəzi Bankı ilə bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış binasıdır. 6. 2018-ci il 22 fevral tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh1 MMC-yə yuxarıda qeyd olunan müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. 7. 2018-ci il 23 aprel tarixli, **********492 saylı pretenziya məktubundan görünür ki, 2012-ci il 6 dekabr tarixli, 04 saylı və 2016-cı il 6 may tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə borcun 5 gün müddətində LPO İddiaçı1 ASC-yə tam ödəni lməsi tələb olunmuşdur. 8. 2012-ci il 6 dekabr tarixli, 04 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh1 MMC 2016-cı il 6 iyun tarixindən 2019-cu il 6 may tarixinədək əsas borc 3.200.000 manat, faiz borcu 576.000 manat olmaqla, cəmi 3.776.000 manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. 9. 2016-cı il 6 may tarixli, 04/2 saylı kredit müqaviləsinə Əlavədən (kredit və ona hesablanmış faizlərin ödəniş cədvəli) görünür ki, Cavabdeh1 MMC 2013-cü il 6 mart tarixdən 2016-cı il 6 dekabr tarixinədək əsas borc 700.000 manat, faiz borcu 224.000 manat olmaqla, cəmi 924.000 manat məbləğində borcu İddiaçı1 ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 22 iyul tarixli qərarından görünür ki, Əmanətlərin Sığortalanması Fond u 2016-cı il 24 iyul tarixindən etibarən İddiaçı1 ASC-nin ləğvedicisi təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 30 may tarixli, 5504 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış 04 saylı, 2012-ci il 6 dekabr tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-yə 2016-cı il 6 dekabr tarixə olan cəmi borcu 696.437,46 manat (əsas borc 681.001,42 manat, faiz borcu 15.436,03 manat) məbləğində, 20 sentyabr 2018-ci il tarixə (qərardadın tarixinə) olan cəmi borcu isə 757.349,25 manat (əsas borc 681.001,42 manat, faiz borcu 76.347,83 manat) məbləğində müəyyən olunmuşdur. Həmin müqavilə üzrə borclu tərəfindən iddiaçıya 226.974,47 manat pul vəsaiti ödənilmiş, həmin məbl əğin 18.998,58 manatı əsas borc üzrə, 207.975,89 manatı faiz borcu üzrə silinmişdir. 04/2 saylı, 2016-cı il 6 may tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-yə 2019-cu il 6 may tarixə olan cəmi borcu 2.404.405,13 manat (əsas borc 2.052.999,97 manat, faiz borcu 351.405,16 manat) məbləğində müəyyən olunmuşdur. Rəydə qeyd edilmişdir ki, sözügedən müqavilə üzrə cəmi 14.589,70 manat pul ödənilmiş, həmin məbləğin 0,03 manatı əsas borca, 14.589,67 manatı faiz borcuna silinmişdir. 12. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə A-04/341 saylı, 2020-ci il 1 iyun tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış bi nasına baxış keçirilməsi üçün şərait yaradılmadığından və dəfələrlə baxış keçirilməsi üçün sahibkara müraciətlər olunsa da, müraciətlər rədd olunduğundan əmlak müqayisəli şəkildə qiymətləndirilmiş və daşınmaz əmlakın 2020-ci il 27 may tarixə ilkin satış (likvid) qiyməti 7.020.000 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə- iddiaçı) cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 2012-ci il 6 dekabr tarixli, 04 saylı kredit müqaviləsi üzrə 681.159,09 manat əsas borc, müqavilə müddəti üçün hesablan mış 15.590,95 manat faiz borcu, 115.797,07 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87.230,42 manat borc olmaqla, cəmi 899.777,53 manat məbləğində borcun, 2016-cı il 6 may tarixli, 04/2 saylı kredit müqaviləsi üzrə 2.053.000 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 351.405,16 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14.827,28 manat borc olmaqla, cəmi 2.419.232,44 manat məbləğində borc və odənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun iddiaçıya ödənilmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh “Caspian Paint LTD” MMC arasında bağlanılmış 2012-ci il 6 dekabr tarixli, 4 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 48 ay müddətinə illik 8 faiz dərəcəsi olmaqla, 700.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 2012-ci il 6 dekabr tarixli, 4 saylı girov müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən istehsal avadanlıqları girov predmeti olaraq təqdim olunmuşdur. Həmçinin, 2016-cı il 6 may tarixli 04/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə 36 ay müddətinə, illik 6% faiz dərəcəsi olmaqla, 3.200.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə borcalan "xxxx" MMC və ipoteka qoyan Cavabdeh2 arasında bağlan mış 2016-cı il 6 may tarixli, 04/02 saylı sonrakı ipoteka müqaviləsinə uyğun olaraq sonrakı ipoteka predmeti kimi Azərbaycan Respublikası Mərkəzi Bankı ilə bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binası təqdim olunmuşdur.
15. Kredit müqaviləsinə əsasən öhdəliklər borc alan tərəfindən yerinə yetirilmədikdə, borc verən xəbərdarlıq etməklə cari müqaviləni vaxtından əvvəl dayandırmaq və habelə borc alana kreditin və ya onun bir hissəsinin geri ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Bundan əlavə, müqaviləyə əsasən borc alan tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vaxtından əvvəl tələbetmə hallarında kred itin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək bankın hüququdur. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun iddiaçıya borcu yaranmışdır.
16. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə-MM) 319.1, 385.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddələrinə istinad etmişdir.
17. Cavabdehlər tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir. 18. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 iyul tarixli, 2-2(81)102/2019 nömrəli qərardadı ilə Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir.
19. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 iyun tari xli, 2-2(113)-30/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MMC-dən 2012-ci il 6 dekabr tarixli, 04 saylı kredit müqaviləsinə əsasən 681.001,42 manat (altı yüz səksən bir min bir manat qırx iki qəpik) əsas borc, 15.436,03 manat (on beş min dörd yüz otuz altı manat üç qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 87.230,42 manat (səksən yeddi min iki yüz otuz manat qırx iki qəpik) borc, 20.000 (iyirmi min) manat cərimə borcu olmaqla, cəmi 803.667,87 manat (səkkiz yüz üç min altı yüz altmış yeddi manat səksən yeddi qəpik), 2016-cı il 6 may tarixli 04/2 saylı kredit müqaviləsi üzrə 2.052.999,97 manat (iki milyon əlli iki min doqquz yüz doxsan doqquz manat doxsan yeddi qəpik) əsas borc, 351.405,16 manat (üç yüz əlli bir min dörd yüz beş manat on alt ı qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanan 14.827,28 manat (on dörd min səkkiz yüz iyirmi yeddi manat iyirmi səkkiz qəpik) borc olmaqla, cəmi 2.419.232,41 manat (iki milyon dörd yüz on doqquz min iki yüz otuz iki manat qırx bir qəpik) məbləğində pul və 29 (iyirmi doqquz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.222.929,28 manat (üç milyon iki yüz iyirmi iki min doqquz yüz iyirmi doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə e dilən məbləğ tutulan məbləğdən artıq olduqda həmin məbləğin Cavabdeh2 qaytarılması, əmlakın ilkin satış qiymətinin 7.020.000 (yeddi milyon iyirmi min) manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq hesabına köçürülməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 1 (bir) manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 2012-ci il 6 dekabr tarixli, 04 saylı və 2016-cı il 6 may tarixli, 04/02 saylı kredit müqavilələri bağlanmışdır. İddiaçı göstərilən müqavilə lər üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, Cavabdeh1 MMC kredit məbləğini müqavilələrdə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəlikləri pozmuşdur. Məhkəmə ekspert rəyini əsas götürərək 2012-ci il 6 dekabr tarixli, 04 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində qismən (əsas borc 681.001,42 manat, faiz borcu 15.436,03 manat məbləğində), 2016-cı il 6 may tarixli 04/2 saylı kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində qismən (2.052.999,97 manat məbləğində) faiz borcun tutulması hissəsində tam (351.405,16 manat məbləğində) təmin etmişdir.
21. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün hər iki müqavilə üzrə Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faiz ol maqla hesablanmış 87.230,42 manat və 14.827,28 manat faiz tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MM-in 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bank kreditin verilmə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə faiz tələb etmək hüququna malik olduğundan, həmin hissədə iddia təmin edilməli, iddiaçı tərəfindən hər iki müqavilə üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr üçün borcun ödənilməsinin gecikdirildiyi müddət üzrə müvafiq olaraq hesablanmış 87.230,42 manat və 14.827,28 manat məbləğində faizlər Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. 22. 2012-ci il 6 dekabr tarixli, 04 saylı kredit müqaviləsi üzr ə borcun ödənilməsinin gecikdirilməsinə görə 115.797,07 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda tələb olunan dəbbə pulu əsas borc məbləğinə nisbəti, eləcə də tərəflərin əsaslı mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 20.000 manat məbləğində müəyyən edilmişdir.
23. Borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq 2016-cı il 6 may tarixli, 04/2 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxs us Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməlidir.
24. Məhkəmə ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı alınmış qiymətləndirmə rəyini əsas götürərək, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən anbar təyinatlı, 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətini 7.020.000 manat məbləğində müəyyən etmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 269, 270.1, 385.1, 386, 739, 442, 443.1, 448.1, 445.7, 462.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1, 11.2, 39.3, 41.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
26. Birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən - əsas borc, faiz borcu və cərimə borcu tələbinin azaldılası hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissələrdə də tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində i sə qətnamənin qismən – borcun tutulmasının ipoteka ilə yüklü olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702,0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunmamasına dair qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-2(103)-31/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Baxışova, hakimlər R.Qurbanov və C.Yusifov).
28. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəl mişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 2012-ci il 6 dekabr tarixli, 04 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən 115.797,07 manat cərimə borcunu MM-nin 467-ci maddəsinə əsasən azaldaraq 20.000 manat məbləğində müəyyən etdiyi üçün, qətnamənin həmin hissədə dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur.
29. İddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə bildirmişdir ki, 2012-ci il 6 dekabr tarixli, 04 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun, 2016-cı il 6 may tarixli 04/2 saylı kredit müqaviləsi üzrə əsas borcun ekspert tərəfindən müqavilə şərtləri nəzərə alınmadan hesablandığını göstərmişdir. Lakin iddiaçının nümayəndəsi ekspert tərəfindən həyata keçirilmiş hesablamanın hansı hissəsində səhv olduğunu izah edə bilmədiyindən, apell yasiya şikayəti yalnız ümumi sözlərlə əsaslandırıldığından iddiaçının şikayəti əsassız hesab edilmişdir.
30. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə bildirmişdir ki, qətnamə ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilə bilməz. Çünki, 2016-cı il 6 may tarixli sonrakı ipoteka müqavilə ilə tərəflər razılaşmışlar ki, müqavilənin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət orqanına təqdim etmək ipoteka qoyanın, yəni Cavabdeh2 vəzifələrinə aid edilmişdir (5.2.1-ci bənd). İpoteka qoyan və borcalan bu müqavilənin vaxtında və düzgün qeydiyyatdan keçirilməsinə görə məsuliyyət daşıyır. İpoteka müqaviləsi ipoteka qoyanın və ya borcalanın təqsiri üzündan va xtında və düzgün dövlət qeydiyyatına alınmadığı halda ipotekasaxlayan vaxtından əvvəl kredit müqaviləsinə xitam verə bilər (8.4-cü bənd). İddiaçının təsisçilərindən biri olmuş Cavabdeh2 sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndinin tələblərinə əməl etməmiş, müqavilənin notarial qaydada rəsmiləşdirilməsini və dövlət qeydiyyatına alınmasını təmin etməmişdir. Buna baxmayaraq bank tərəfindən kredit vəsaiti borcalan Cavabdeh1 MMC-yə təqdim edilmişdir.
31. Cavabdeh2 sonrakı ipoteka müqaviləsinin lazımı qaydada rəsmiləşdirilməməsi əsası ilə əmlaka tələb yönəldilməsi barədə iddianın təmin edilməsini, dolayısı ilə əqdin bağlanması üçün qanunla nəzərdə tutulmuş məcburi formaya riayət edilməməsi ilə bağlanmış əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqini xahiş etsə də, Mülki Məcəllənin 336.1ci maddəsi nə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Qeyd olunan normadan aydın olur ki, dövlət qeydiyyatına alınmalı olan hüququn qeydiyyata alınmaması özlüyündə əqdin etibarsızlığı ilə bağlı hüquqi nəticə doğurmur, lakin əqdin qanunla müəyyən edilmiş formada bağlanmaması onun etibarsızlığına səbəb olur.
32. Azərbaycan Respublikası MM-in 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Qeyd edilən normadakı müddət iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəs ində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Cavabdeh2 2016-cı il 6 may tarixli sonrakı ipoteka müqaviləsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə müqavilənin bağlandığı tarixdən bir il ərzində iddia qaldırmamışdır.
33. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 329.1, 329.2, 336.1. 354.1ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.2, 10.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Apellyasiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş və qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin borcun tutulmasının ipoteka ilə yüklü olan ona məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərrac dan satılması hissəsində təmin olunmaması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 iyun tarixli 2-2(102)-211/21 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - borcun tutulmasının ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyriyaşayış binasına yönəldilməklə həmin əmlakın açıq hərracdan satılması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən İ.Dadaşov, hakimlər B.Məmmədli və B.Qəribov ).
36. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi d övlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Tərəflər arasında daşınmaz əmlakın ipotekaya qoyulmasına dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamış, həmçinin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmağından müqavilə qüvvəyə minməmişdir. İpoteka müqaviləsinin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət orqanına təqdim etmək üzrə ipoteka qoyan Cavabdeh2 vəzifələrinin icra edilməməsi isə məhkəməyə rəsmi reyestrdə qeydə alınmamış və beləliklə, qüvvəyə minməmiş müqaviləyə əsasən ipoteka predmetinə tutmanı yönəltmək üçün hüquqi əsas vermədiyi halda, məhkəmələr borcun tutulmasını ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, N eftçilər prospekti 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəltməklə, iddia tələbini həmin əmlakın açıq hərracdan satılması hissəsində təmin etməklə istinad edilən normaların tətbiqində səhvə yol vermişdirlər.
37. Apellyasiya məhkəməsi bu zaman Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin iddiaçının xeyrinə ipotekaya qoyulmasına dair 2016-cı il 6 may tarixli, 04/2 saylı ipoteka müqaviləsinin qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı barədə birinci instansiya məhkəməsinin iş materialları təsdiq edilməyən nəticəsinə də hər hansı münasibət bildirməmişdir.
38. İşin materiallarında həmçinin mübahisələndirilən sonrakı ipot eka müqaviləsinin ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasına dair hər hansı sübut yoxdur, Cavabdeh2 apellyasiya şikayəti bilavasitə məhz işin həmin halları ilə bağlı olsa da, işə baxmış məhkəmələr tərəfindən sorğu edilərək buna dair rəsmi məlumatlar iş materiallarına əlavə olunmamışdır.
39. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə Cavabdeh2 tərəfindən məhkəmədə hər hansı iddia qaldırılmadığından, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbini əsaslandırarkən apellyasiya məhkəməsinin eyni zamanda, Azərbaycan Respublikası MM-in 354.1-ci maddəsinə istinad etməsi qanunauyğun deyildir. Cavabdeh isə öz mövqeyini ipoteka müqaviləsinin etibarsızlığı ilə deyil, məhz notariat qaydada təsdiq edilmədiyi, daşınmaz əmlakın dövlət reyestrind ə müqavilənin qeydiyyata alınmadığı üçün qeyri yaşayış sahəsinə tutmanın yönəldilə bilməməsi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi tərəfindən isə cavabdehin bu dəlillərinə adekvat hüquqi qiymət verilməmişdir.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, ilkin ipoteka üzrə cavabdehə məxsus qeyri yaşayış sahəsinə hər hansı tutmanın yönəldilib-yönəldilməməsi, sonrakı ipoteka müqaviləsinin isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması barədə daşınmaz əmlakın dövlət reyestri xidmətinə rəsmi sorğular verilərək buna dair dəqiq məlumatlar əldə olunmalı, araşdırmanın nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir.
41. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublik ası MM-in 329, 336.1, 354.1, 385.1, 386.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10, 11, 12, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 88, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 oktyabr tarixli 2-2(103)-898/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hiss ədə iddia tələbi təmin edilməmişdir (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), A.Hüseynov və X.Cəmilova).
43. Apellyasiya instansiyası məhkəməsi MM-nin 329.1, 329.2, 336.1, 354.1, 385.1, 386.1-ci maddələrinə, «İpoteka haqqında» Qanunun 9,10, 11, 12-ci maddələrinə istinadla göstərmişdir ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sən ədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir
44. Birinci instansiya məhkəməsi mübahisələndirilən ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmamasını araşdırmadan, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 33 ünvanında yerləşən 702 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin iddiaçının xeyrinə ipotekaya qoyulmasına dair 2016-cı il 6 may tarixli, 04/2 saylı ipoteka müqaviləsinin qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı nəticəsinə gəlmişdir.
45. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 say lı Bakı Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 1 sentyabr tarixli sorğuya cavab olaraq 2021-ci il 21 sentyabr tarixli, **********22 nömrəli məktubda qeyd olunmuşdur ki, “Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən qeyri yaşayış binası müvafiq müraciətlərə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür. Azərbaycan Respublikasının Mərkəzi Bankının tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 2016-cı il 21 oktyabr tarixli müraciəti idarəyə daxil olmuşdur. Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd olunan 2012-ci il 6 dekabr və 2016-cı il 6 may tarixli ipoteka müqavilələri və bu müqavilələr üzrə tutmanın bu əmlaka yönəldilməsi barədə məlumat aşkar edilməmişdir.” 4 6. 2012-ci il 6 dekabr tarixli ipoteka müqaviləsinin 8.4-cü bəndindən də müəyyən olunur ki, tərəflər ipoteka müqaviləsi ipoteka qoyanın və ya borcalanın təqsiri üzündən vaxtında və düzgün dövlət qeydiyyatına alınmadığı halında, tutmanın ipoteka predmetinə yönəldilməsini deyil, yalnız ipoteka saxlayanın vaxtından əvvəl kredit müqaviləsinə xitam verə bilməsi barədə razılığa gəlmişlər.
47. Tərəflər arasında daşınmaz əmlakın ipotekaya qoyulmasına dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmamış, həmçinin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmağından bu müqavilə qüvvəyə minməmişdir. İpoteka müqaviləsinin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət or qanına təqdim etmək üzrə ipoteka qoyan Cavabdeh2 vəzifələrinin icra edilməməsi isə məhkəməyə rəsmi reyestrdə qeydə alınmamış və beləliklə qüvvəyə minməmiş müqaviləyə əsasən ipoteka predmetinə tutmanı yönəltmək üçün hüquqi əsas vermədiyi halda, birinci instansiya məhkəməsi borcun tutulmasını ipoteka ilə yüklü olan cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702.0 kv.m sahədən ibarət qeyri-yaşayış binasına yönəltməklə, iddia tələbini həmin əmlakın açıq hərracdan satılması hissəsində təmin etməklə istinad edilən normaların tətbiqində səhvə yol vermişdir.
48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MMin 329.1, 329.2, 336.1, 354.1, 384.0, 384.0.2, 385.1, 386.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 9, 10.2, 10.4, 11, 12.1, 12.2, 12.6, Azərbaycan Respublikası MPM-in 14.2, 7.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 27 oktyabr tarixində iddiaçı tərəfə təqdim edilmişdir.
50. Qətnamədən iddiaçı tərəfindən 2021-ci il 12 noyabr tarixində kassasiya şikayəti verilmiş, onun tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
51. Tərəflər arasında bağlanmış 2016-cı il 06 may tarixli sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndinin və MM-nin 336.1-ci maddəsinin tələbləri pozulmuşdur- Belə ki, Azərbaycan Respublikası MM-nin 329.1, 329.2, 336.1-ci maddələrinin məzmununa g örə, əgər əqd tərəflərin iradəsinə uyğun olaraq bağlanmışdırsa, onun sonradan notarial qaydada təsdiq olunmaması, eləcə də dövlət qeydiyyatından keçməməsi özü-özlüyündə əqdin etibarsızlığına səbəb olmur. Əks təqdirdə qanunverici orqan MM-in 336.1-ci maddəsində “onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir” şərtini qoymazdı.
52. MM-in 336.1-ci maddəsinin tələbləri pozulmuşdur- Mübahisələndirilən ipoteka müqaviləsi tərəflərin iradəsi əsasında bağlanmışdır. Nə cavabdeh (ipoteka qoyan) Cavabdeh2, nə də borcalanı təmsil edən Cavabdeh1 MMC-nin direktoru N.Manafova məhkəmədə imzalarını mübahisələndirməmiş, müqavilənin onların iradəsi ziddinə bağlandığını bəyan etməmişlər. İddiaçı da öz növbəsində müqavilə şərtlərinə əməl edərək iddia tələbində göstərilən kr edit məbləğini borcalanın hesabına köçürmüşdür. İddiaçı öz üzərinə düşən vəzifəni yerinə yetirmiş, lakin müqavilə üzrə ipoteka qoyanın üzərinə vəzifə kimi qoyulan və ipoteka müqaviləsinin 5.2.1-ci bəndində nəzərdə tutulan “müqavilənin rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri çəkmək və müqavilənin dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədləri müvafiq dövlət orqanına təqdim etmək” vəzifəsi Cavabdeh2 tərəfindən icra olunmamışdır. Cavabdeh2 əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə faktiki olaraq tərəflər arasında ipoteka müqaviləsinin bağlanmasını və ipoteka hüququnun yaranmasını müəyyən etməli və tutmanın ipoteka predmetinə yönəldilməsini qət etməli idi.
53. MPM-in 88 və 218.1-ci maddəl ərinin tələbləri pozulmuşdur- Apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.
54. Bundan başqa, ipoteka qoyan Cavabdeh2 iddiaçının təsisçilərindən biri olmuşdur. Onun oğlu M.Vəkilov iddiaçının Müşahidə Şurasının sədri vəzifəsində işləmişdir. Belə olan halda Cavabdeh2 nəinki ipoteka müqaviləsinin lazımı qaydada qeydiyyata alınmasına cəhd göstərməmiş, əksinə gələcəkdə əmlakına tutmanın yönəldilməsinin qarşısını almaqda maraqlı olmuşdur. Borcalan Cavabdeh1 MMC-nin 2003-cü il 3 sentyabr tarixdə Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış Nizamnaməsindən görünür ki, həmin cəmiyyətin təsisçilərindən biri 50% pay hüququna mali k məhz ipoteka qoyan Cavabdeh2dur. Bu şəxslər pulun bankdan çıxarılaraq mənimsənilməsi üçün planlaşdırılmış surətdə hərəkət etmişlər. Məhz buna görə bankın nümayəndəsi tərəfindən apellyasiya icraatı zamanı həmin şəxslər barəsində xüsusi qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə tərəfindən vəsatət təmin edilərək xüsusi qərardad qəbul edilmiş və Cavabdeh2, M.Vəkilov və İ.Məlikovun əməllərində cinayət tərkibinin olmasının araşdırılması üçün prokurora məlumat göndərilmişdir.
55. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 329.1, 329.2, 336.1, 336.1, Azərbaycan Respublikası MPM-in 88, 218.1, 218.3-cü maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarı, Avropa İnsan Hüquqla rı Məhkəməsinin “Bildjieva Rusiyaya qarşı” 2017-ci il tarixli Qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
56. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
57. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
58. Kassasiya baxışının hədləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçının verdiyi kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğvinə yönəldiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ
59. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə
329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilm iş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə
336. Əqdlərdən əmələ gələn hüquqların qeydə alınması tələbinə riayət edilməməsinin nəticələri 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 336.2. Zərərin əvəzinin ödənilməsi ilə bağlı digər hüquqlar toxunulmaz qalır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzif əsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” 60. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
9. Sonrakı ipoteka 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 9.2. İpoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrak ı ipoteka saxlayana verməlidir. 9.3. Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. 9.4. Əvvəlki ipoteka saxlayanın hüququnun üstünlüyü ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyən olunur. 9.5. İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında müqavilə əsasında istənilən vaxt dəyişdirilə bilər. İpoteka saxlayanların sayı ikidən çox olduqda üstünlük hüququnun dəyişdirilməsi maraqlarına toxunan ipoteka saxlayanların razılığı ilə həyata keçirilir....” “Maddə 10.İpoteka müqaviləsi 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqavilə si əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır.İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.... 10.4.İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə
12. İpotekanın dövlət qeydiyyatı qaydaları 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 12.2. Rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.... 12.6. Çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir. 12.7....”
61. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz t ələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. İddiaçının apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi hüquq normalarının pozulması ilə bağlı dəlili tərəflər arasında bağlanmış 2016-cı il 06 may tarixli sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndinin və MM-nin 336.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlıdır.
64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, apellyasiya məhkəməsində birinci icraat zamanı, məhkəmə tərəfindən iddiaçının sözügedən ipoteka predmetinə tutma yönədilməsi barədə tələbinə tərəflər arasında bağlanmış 2016-cı il 06 may tarixli sonrakı ipoteka müqaviləsinin 5.2.1-ci bəndinin və MMnin 336.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilmişdir (bax yuxarıda §3031).
65. Kassasiya instansiyası məhkəməsində birinci icraat zamanı məhkəmənin qeyd olunan maddi hüquq normasının tətbiqi ilə bağlı nəticəsinin düzgün olmamasına artıq hüquqi qiymət verilmiş və iş üzrə məhkəmə aktı ləğv edilmişdir (bax yuxarıda §36).
66. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına gəldikdə (bax yuxarıda §53), qeyd olunmalıdır ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər nəzərə alınaraq, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, hüquqi qiymət verilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır (bax yuxarıda §43-48).
67. Kassasiya şikayətinin § 54-də qeyd olunan dəlilləri ilə bağlı nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərək, iş üzrə aşkar olu nmuş faktlar üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırma aparılması üçün işdə olan məlumatların (sənədlərin surətlərinin) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.
68. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 69.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 oktyabr tarixli 2-2(103)-898/2021 saylı qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.Y.Şamayev V.T.Həsənov