Məhkəmə qərarları › İş №2-2(102)-280/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-280/2019

25.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-280/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili X3, Cavabdehin vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı X2 cavabdeh “X1” LLC-yə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2- 2(103)-530/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Tərəflər arasında bağlanmış 2009-cu il 5 yanvar tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən İcarəyə verən (iddiaçı) qanuni əsaslarla ona məxsus ünvan 1 ünvanında yerləşən sahədə 10 kv.m texniki sahəni və binanın damında CDMA avadanlığı və antenaların quraşdırılması üçün yeri qeyri-yaşayış sahəsi kimi icarəyə vermiş, icarəçi (cavabdeh) isə həmin sahəni xidməti və texniki ehtiyacları üçün icarəyə qəbul etmişdir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin imzaladığı tarixdən etibarən 11 (on bir) ay müddətinə bağlanır və tərəflərin imzaladığı andan qüvvəyə minir; 3.2-ci bəndinə əsasən bu müqavilənin müddəti qurtardıqdan sonra 1 (bir) ay ərzində onun ləğv edilməsi və yaxud şərtlərinin dəyişdirilməs i haqqında tərəflərdən birinin yazılı bildirişi olmadıqda, eyni şərtlərlə və yeni müddətə uzadılmış hesab edilir; 5.1-ci bəndinə əsasən, icarəçi bu müqavilənin müddəti ərzində icarəyə alınmış sahəyə və əmlaka görə icarəyəverənə, tərəflərin razılaşdığı müqavilə qiyməti olaraq ildə 4500 (dörd min beş yüz) AZN və icarə haqqı ilə əlaqədar ödəməni ödəyir; 7.2-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin dəyişdirilməsi və onun müddətindən əvvəl ləğv edilməsi üçün 3 (üç) ay əvvəlcədən yazılı şəkildə xəbərdarlıq edilməlidir. İddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək ödənilməmiş icarə haqqının ödənilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən ödənilməmiş icarə haqqına görə 30. 000 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 4.500 manat, cəmi 34.500 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 2009-cu il 5 yanvar tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə icarəyə verən tərəfindən ünvan 2 ünvanında yerləşən 10 kv.m qeyri-yaşayış sahəsinin və CDMA və antena avadanlıqlarının quraşdırılması üçün həmin qeyri-yaşayış sahəsinin damının cavabdehin istifadəsinə verilməsi və icarəçi tərəfindən aylıq 375 manat olmaqla, illik 4500 manat məbləğində icarə haqqının ödənilməsi müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən 2009 -cu il 5 yanvar tarixli müqavilə üzrə öhdəliklər tam icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklər hələ də tam icra olunmamış, müqavilə üzrə icarə haqqı 2011-ci il 1 aprel tarixdən bu günə kimi ödənilməmişdir. Bununla bağlı olaraq cavabdehə bir neçə dəfə pretenziya məktubları göndərilmiş, lakin artıq üç aydan çox müddət keçməsinə baxmayaraq icarə haqqı məbləği hələ də ödənilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 may tarixli 2-2(81)-395/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 23.625 manat məbləğində icarə haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş,iddia tələbi qalan hissədə rədd o lunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış 2009-cu il 5 yanvar tarixli müqavilədə illik 4.500 manat məbləğində icarə haqqının ödənilməsi müəyyənləşdirilsə də, iddiaçının cavabdehə ünvanladığı 2013-cü il 7 aprel tarixli məktubla, icarə haqqının aylar üzrə ödənilməsinə dəlalət edən 375 (4500:12) manat ödənildiyi, bu baxımdan oktyabr, noyabr, dekabr 2012-ci il üzrə aylıq 375 manat, 2013-cü il 1 yanvar tarixdən – 2018-ci il 1 yanvar tarixədək illik 4.500 manat olmaqla cəmi 23.625 manat icarə haqqı borcunun tutulması qənaətinə gəlmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apel lyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2- 2(103)-530/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iş birinci instansiya məhkəməsinin icraatında olarkən ünvan 1 ünvanında yerləşən 10 kv.m texniki sahəyə baxış keçirilərkən cavabdehə m əxsus orada heç bir qurğu və avadanlıq mövcud olmamışdır. İşin faktiki hallarından görünür ki, cavabdehin 2011-ci ilin aprel ayından sonra rabitə xidmətinə görə verilmiş lisenziyasının müddəti artırılmadığından onun həmin ünvandan istifadə etməsi öz əhəmiyyətini və aktuallığını itirmişdir. Buna görə də qeyd edilən ünvandan 2011-ci il aprel ayından istifadə edilməmiş, lakin müqavilə ləğv edilməyərək formal olaraq qüvvədə qalmışdır. Cavabdehin digər fiziki və hüquqi şəxslərlə bağladığı çoxsaylı müqavilələr, eyni səbəbdən, yəni lisenziyanın müddətinin uzadılmaması səbəbi ilə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl ləğv edilərək öhdəliklərə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə -MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təq sirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Göründüyü kimi, MMC icarə müqaviləsi üzrə öhdəliklərə görə təqsirli pozuntu törətməmiş, öhdəliyin icra olunmaması MMC-nin cavabdeh olmadığı haldan irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM -in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlər onu deməyə tam əsas verir ki, məhkəmə tərəfindən maddi hüquq və prosessual hüquq normalarının tələbləri pozulmuş və bu da düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət aşağıdakı səbəblərə görə təmin o luna bilməz. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında etibarlı icarə müqavilə münasibətləri olmuş, iddia tələbi həmin müqavilənin şərtlərinə uyğun olaraq irəli sürülmüşdür. Borcun ödənilməsi tələbi üzrə cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, qeyd olunan icarə müqaviləsinə əsasən icarəyə verilmiş sahədən istifadə etmədiyi müəyyən olunsa da, məhkəmə bu faktı nəzərə almamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, icarəyə verilən sahədən təyinatı üzrə istifadə etməməsi cavabdehi müqavilə üzrə öhdəliyin icrasından, hazırkı halda, müqavilə üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsi vəzifəsindən azad etmir. Tərəflər arasında bağlanmış müqavilənin ləğv edildiyinə, yaxud hər hansı digər əsaslara görə müqaviləyə və həmin müqavilədən irəli gələn öhdəliklərə xitam verildiyinə dair işdə məlumat yoxdur. MM-in 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Hazırkı halda, cavabdeh öhdəliyin icrasından birtərəfli imtina etmişdir. Cavabdehin MM-in 448.4-cü maddəsinə istinadı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, həmin normanın tələbinə görə, borclu öhdəliyin pozulmasın a görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Normanın məzmunundan göründüyü kimi, orada qeyd edilən hallardan hər hansı biri, yaxud onun heç bir müddəası cavabdehin risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehliyini aradan qaldırmır. Cavab deh qeyd edir ki, “rabitə xidmətinə görə verilmiş lisenziyasının müddəti artırılmadığından onun həmin ünvandan istifadə etməsi öz əhəmiyyətini və aktuallığını itirmişdir”. Cavabdehin bu dəlili icarə obyektinə dair müqavilənin qüvvədə olduğu müddət üçün ondan irəli gələn öhdəlikləri aradan qaldırmır. İcarə obyektinin cavabdeh üçün “öz əhəmiyyətini və aktuallığını” itirdiyi vaxtdan icarə obyektinin iddiaçıya qaytarılmasına və icarə müqaviləsinə, şikayətdə özünün də qeyd etdiyi kimi, qarşılıqlı razılıq əsasında xitam verilməsinə onun yuxarıda istinad etdiyi hallar maneə deyildi. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 419-cu maddələrinə əsasən, məhkə mə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 26 dekabr tarixli 2- 2(103)-530/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar