Məhkəmə qərarları › İş №2-2(102)-280/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-280/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-280/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xxx, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-280/2023 Bakı şəhəri Açar sözlər: borcun tutulması, dəbbə pulunun məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər xxxna, Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı "borcun tutulması" tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixl i 2-2(103)-44/2023 saylı qətnaməsindən cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə xxx (kredit alan) arasında bağlanmış 2013-cü il 15 aprel tarixli, 27L000000511 nömrəli kredit xətti müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 10.000 ABŞ dolları məbləğində 120 ay müddətinə 2023-cü il 15 aprel tarixədək kredit xəttini açır. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir.

2. Həmin müqavilənin: 1.2- ci bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, 2023-cü il 15 aprel tarixindən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.5-ci bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara b ilmədikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl xitam vеrmək və hər bir qaytarmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb еtmək hüququna malikdir. 4.4-cü bəndinə əsasən tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir.

3. Kredit xətti müqaviləsi hər iki tərəfin imzası və "xxxx" QSC-nin möhürü ilə təsdiq edilmişdir. 4. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə xxx (kredit alan) arasında kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 2017-ci il 24 oktyabr tarixli 27L000000511S nömrəli saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin: 1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsası nda hissələrlə verilən kreditlər üçün kredit alana 100.000 ABŞ dolları məbləğində 120 ay müddətinə 2023-cü il 15 aprel tarixədək kredit xəttini açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir.

5. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 6. "xxxx" QSC-nin Lökbatan filialı ilə X3 (zamin) arasında 2017-ci il 24 oktyabr tarixli, 027S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

7. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bənd inə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonr a 3 il müddətinə qüvvədədir.

8. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. 9. "xxxx" QSC-nin Lökbatan filialı (kredit verən) ilə xxx (kredit alan) arasında bağlanmış 2013-cü il 15 aprel tarixli, 27L000000511 nömrəli kredit xətti müqaviləsi üzrə 027R********** nömrəli, 2020-ci il 27 fevral tarixli kredit razılaşmasından görünür ki: 1.1-ci bəndinə əsasən bank məbləği 18.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə kredit alana vermişdir. 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən kredit alana kredi t aşağıda göstərilmiş məqsəd üçün verilir və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: Fərdi mikro kredit. 2.1-ci bəndinə əsasən bank krediti kredit alanın AZ95ACAB******************** cari hesabına köçürür. Kreditin kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.2-ci bəndinə əsasən bank 90 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 2.4-cü bəndinə əsasən faktiki illik faiz d ərəcəsi FİFD 24.1% təşkil edir. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur.

10. Müqavilədə giriş hissəsində kredit alan R.Kərimovun məlumatları kimi şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yanaşı VÖEN-i də göstərilmişdir.

11. Müqavilə bankın imzası və möhürü və kredit alanın imzası ilə təsdiq edilmişdir. 27L000000511S nömrəli kredit xətti müqaviləsi üzrə 027R********** nömrəli kredit razılaşmasının ödəniş planına əsasən xxx tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 18.000 manat, faizin məbləği 7.323,22 manat, cəmi ödəniləcək məbləğ 25.323,22 manat müəyyən edilmişdir. 12. "xxxx" QSC-nin Lökbatan filialı ilə Cavabdeh2 (zamin) arasında 2020-ci il 27 fevral tarixli, 027S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır.

13. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclun un kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir.

14. Razılaşma bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. 15. "xxxx" QSC-nin Lökbatan filialı ilə Cavabdeh3 (zamin) arasında 2020-ci il 27 fevral tarixli, 027S**********02 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

16. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəfl ərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir.

17. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. 18. "xxxx" QSC-nin Lökbatan filialı ilə Cavabdeh5 (zamin) arasında 2020-ci il 27 fevral tarixli, 027S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

19. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı borclunun bütün öhdəliklərini zamin icra etməlidir. 3.1.2-ci bəndinə əsasən kredit xətti müqaviləsi ü zrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. 3.1.3-cü bəndinə əsasən borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin öhdəliyidir. 4.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı tarixdən qüvvəyə minir və kredit xətti müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir.

20. Müqavilə bankın imzası və möhürü, zaminin isə imzası ilə təsdiq edilmişdir. 21. "xxxx" QSC-nin Lökbatan filialı ilə xxx (kredit alan) arasında kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 2020-ci il 30 oktyabr tarixli 27L000000511SA nömrəli saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər:

22. Sazişin: 1-ci bəndinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100.000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsini açır. Kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir.

23. Kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə” və “akkreditiv açılması üçün razılaşma” formasında bağlanılacaq ayrıca razılaşmalar əsasında veriləcək. Bu müqavilə B ankın kredit vermək vədini ifadə etmir.

24. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 210 ay müddətinə, 2030-cu il 15 oktyabr tarixindən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşması əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28% müəyyən olunmuşdur.

25. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 26. "xxxx" QSC-nin Lökbatan filialı ilə xxx (kredit alan) arasında kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər:

27. Sazişin: 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 2013-cü il 15 aprel tarixli 27L000000511 nömrəli kredit xətti müqaviləsi üzrə 2020-ci il 27 fevral tarixində bağlanmış 027R********** nömrəli kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 2020-ci il 30 oktyabr tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.

28. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 29. "xxxx" QSC-nin Lökbatan filialı ilə Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 2020-ci il 30 oktyabr tarixli 027S**********01S nömrəli saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər:

30. Sazişin: 1-ci bəndinə əsasən zaminlik müqaviləsi bank və xxx arasında 2013-cü il 15 aprel tarixində Bakı şəhərində aşağıdakı şərtlərlə ba ğlanmış 27L000000511 nömrəli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: -Kredit xətti müqaviləsinin məbləği: 100.000 ABŞ dolları; -Kredit xətti müqaviləsinin müddəti: 210 ay; -Kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%; -Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla.

31. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 32. "xxxx" QSC-nin Lökbatan filialı ilə X3 (zamin) arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 2020-ci il 30 oktyabr tarixli 027S**********01S nömrəli saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər:

33. Sazişin: 1-ci bəndinə əsasən zaminlik müqaviləsi bank və xxx arasında 2013-cü il 15 aprel tarixində Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 27L000000511 nömrəli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: -Kredit xətti müqaviləsinin məbləği: 100.000 ABŞ dolları; -Kredit xətti müqaviləsinin müddəti: 210 ay; -Kredit xətti müqaviləsinin faiz də rəcəsinin yuxarı həddi: 28%; -Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla.

34. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 35. "xxxx" QSC-nin Lökbatan filialı ilə Cavabdeh3 (zamin) arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 2020-ci il 30 oktyabr tarixli 027S**********02S nömrəli saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər:

36. Sazişin: 1-ci bəndinə əsasən zaminlik müqaviləsi bank və xxx arasında 2013-cü il 15 aprel tarixində Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 27L000000511 nömrəli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması ü çün razılaşma” və “bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: -Kredit xətti müqaviləsinin məbləği: 100.000 ABŞ dolları; -Kredit xətti müqaviləsinin müddəti: 210 ay; -Kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%; -Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla.

37. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 38. "xxxx" QSC-nin Lökbatan filialı ilə Cavabdeh5 (zamin) arasında zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 2020-ci il 30 oktyabr tarixli 027S**********01S nömrəli saziş bağlanmışdır. Həmin sazişə əsasən tərəflər razılaşma üzrə aşağıdakılar barədə razılığa gəlmişlər:

39. Sazişin: 1-ci bəndinə əsasən zaminlik müqa viləsi bank və xxx arasında 15 aprel 2013-cü il tarixdə Bakı şəhərində aşağıdakı şərtlərlə bağlanmış 27L000000511 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: -Kredit xətti müqaviləsinin məbləği: 100.000 ABŞ dolları; -Kredit xətti müqaviləsinin müddəti: 210 ay; -Kredit xətti müqaviləsinin faiz dərəcəsinin yuxarı həddi: 28%; -Ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla.

40. Saziş hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. 41. 27L000000511S nömrəli kredit xətti m üqaviləsi üzrə 027R********** nömrəli kredit razılaşmasının (restrukturizasiya tarixi: 2020-ci il 30 oktyabr) ödəniş planına əsasən xxx tərəfindən kredit razılaşması üzrə ödəyəcək əsas məbləğ 17.756 manat, qalıq borca hesablanacaq faizin məbləği 7.540,22 manat, hesablanmış faiz borcu 1.943,42 manat, cəmi ödəniləcək məbləğ 27.239,64 manat müəyyən edilmişdir.

42. Ödəniş planı kredit alan və kredit verənlə yanaşı zaminlər Hacıbaba Babayev, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 tərəfindən də imzalanmışdır. 43. "xxxx" QSC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit xətti müqaviləsi üzrə xxx sonuncu dəfə 2020-ci il 23 noyabr tarixində olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir. 44. "xxxx" QSC tərəfindən verilmiş 2022-ci il 31 mart tarixli maliyyə arayışına əsasən müəyyən edi lmişdir ki, xxxnun "xxxx" QSC-yə əsas borcu 17.756 manat, faiz borcu 3.994,54 manat, (gecikdirilən günlərin sayı 362 gün) cərimə borcu 6.587,49 manat olmaqla, cəmi borc 28.338,03 manat təşkil etmişdir. 45. "xxxx" QSC tərəfindən xxxna, Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2 ünvanlanmış müvafiq olaraq 2021-ci il 28 noyabr tarixli və 2022-ci il 17 mart tarixli xəbərdarlıq məktublarına əsasən müəyyən edilmişdir ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə razılaşmalara xitam veriləcəyi və borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

46. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər xxxna Cavabdeh5, Cavabdeh3, X2 və Cavabdeh2 qarşı 2022-ci il 26 aprel tarixində iddia ə rizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xxx ilə bağlanmış 2020-ci il 27 fevral tarixli 027R********** nömrəli krеdit razılaşmasının, 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli sazişin ləğv edilməsi, cavabdеhlər xxxndan, Cavabdeh5, Cavabdeh3, X1, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 027R********** nömrəli krеdit razılaşması üzrə 17.756 manat məbləğində krеdit bоrcu, 3.994,54 manat məbləğində faiz bоrcu və 6.587,49 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 28.338,03 manat məbləğində bоrcun, tərəflərindən ödənilmiş 220 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

47. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xxxna iddiaçı ilə bağladığı 2013-cü il 15 aprel tarixli 27L000000511 nömrəli krеdit xətti müqa viləsinə əsasən 120 ay müddətinə 10.000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Tərəfləri imzaladıqları 2017-ci il 24 oktyabr tarixli 27L000000511S nömrəli sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin məbləği 100.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Tərəfləri imzaladıqları 2020-ci il 30 oktyabr tarixli 27L000000511SA nömrəli sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 210 ay müddətində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunmuşdur. Kredit xətti müqaviləsi üzrə xxx iddiaçı ilə bağladığı 2020-ci il 27 fevral tarixli 027R********** nömrəli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xxx krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 2020-ci il 7 dekabr tarixindən banka qaytarmamışdır. xxx götürdüyü krеdit bоrcundan 244 manat ödəmiş, onun 17.756 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müə yyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. xxx kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 2021-ci il 6 dekabr tarixə 362 gün üçün hesablanmış faiz borcu 3.994,54 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 2021-ci il 6 dekabr tarixə 362 gün üçün hеsablanmış cərimə 6.587,49 manat təşkil etmişdir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrc unu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə xxxnun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh5, Cavabdeh3, X3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh xxx ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

48. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddələrinə istinad edilmişdir.

49. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyul tarixli, e-2-2(113)-2451/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə xxx arasında bağlanmış 2020-ci il 27 fevral tarixli 027R********** nömrəli krеdit razılaşmasının və ona əlavə edilmiş 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli sazişin ləğv edilməsi, cavabdehlər xxxndan, Cavabdeh5, Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada 17.756 manat məbləğində əsas borc, 3994,54 manat məbləğində faiz borcu və 850 manat məbləğində dəbbə pulu, cəmi 22.600,54 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 170 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).

50. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh xxx arasında 2013-cü il 15 aprel tarixli 27L000000511 nömrəli kredit xətti müqaviləsi, həmin kredit xətti müqaviləsi üzrə 2020-ci il 27 fevral tarixli bağlanmış 027R********** nömrəli kredit razılaşması və 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli sazişdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdeh xxxna kredit xətti müqaviləsi üzrə razılaşmada müəyyən edilmiş şərtlərlə 18.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə, razılaşma və sazişlər ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh xxx kredit razılaşması üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdeh xxxnun iddiaçıya 2021-ci il 6 dekabr tarixinə kredit razılaşması üzrə 17.756 manat məbləğində əsas və 3.994,54 manat məbləğində faiz borcu yaranmışdır.

51. İddianın 2020-ci il 27 fevral tarixli 027R********** nömrəli kradit razılaşmasının və 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli sazişin ləğv edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə göstərmişdir ki, MM-in 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

52. İşin hallarından göründüyü kimi cavabdeh xxx mübahisəli kradit razılaşması və ona əlavə edilmiş 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli saziş üzrə əsas kredit borcunu və faizləri ödəniş planına uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, kredit razılaşması və ona əlavə edilmiş sazişin ləğv edilməsi tələbinə dair hissədə iddiaçının iddiası əsaslı olduğundan təmin edilməlidir.

53. Məhkəmə cavabdeh xxxnun 2013-cü il 15 aprel tarixli 27L000000511 nömrəli kredit xətti müqaviləsi, həmin kredit xətti müqaviləsi üzrə 2020-ci il 27 fevral tarixində bağlanmış 027R********** nömrəli kredit razılaşması və 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli saziş üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qayda da yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini - kredit razılaşması üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı cavabdeh xxxndan 17.756 manat məbləğində əsas və 3.994,54 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

54. Kredit razılaşması və sazişlər üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə R.Kərimova hesablanmış 6.587,49 manat məbləğində dəbbə pulunun cavabdeh xxxndan tutulması tələbini də irəli sürmüşdür.

55. Məhkəmə hesab etmişdir ki, cavabdeh xxxnun ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşma da öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

56. Digər tərəfdən MM-in 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

57. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 850 manat məbləğində müəyyən edilməlidir.

58. Bununla yanaşı iş m ateriallarından həmçinin görünmüşdür ki, iddiaçı ilə xxx (kredit alan) arasında bağlanmış 2013-cü il 15 aprel tarixli 27L000000511 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi iddiaçı ilə X3 (zamin) arasında 2017-ci il 24 oktyabr tarixli, 027S**********01 nömrəli, Cavabdeh2 (zamin) arasında 2020-ci il 27 fevral tarixli, 027S**********01 nömrəli, Cavabdeh3 (zamin) arasında 2020-ci il 27 fevral tarixli, 027S**********02 nömrəli və Cavabdeh5 (zamin) arasında 2020-ci il 27 fevral tarixli, 027S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 kredit alan xxxnun 2013-cü il 15 aprel tarixli 27L000000511 nömrəli kredit xətti müqaviləsi, həmin kredit xətti müqaviləsi üzrə 2020- ci il 27 fevral tarixində bağlanmış 027R********** nömrəli kredit razılaşması və 2017-ci il 24 oktyabr tarixli 27L000000511S nömrəli, 2020-ci il 30 oktyabr tarixli 27L000000511SA nömrəli və 2020-ci il 30 oktyabr tarixli 027R**********S nömrəli sazişlərdən irəli gələn öhdəliklərinə zamin durmuşlar.

59. Belə olan halda məhkəmə borc alan xxxnun 2013-cü il 15 aprel tarixli 27L000000511 nömrəli kredit xətti müqaviləsi üzrə kreditor iddiaçı qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyərək 30 gündən artıq müddətdə ona verilmiş krediti və ya onun faizini ödəniş qrafiki üzrə ödəmədiyini, belə olan halda kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit verən iddiaçının kredit məbləğinin, faizlərin və dəbbə pulunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququnun yarandığını, eləcə də zaminlər X3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.

60. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 220 manat məbləğində mediasiya xərcləri ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünmüşdür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 175,01 manat təşkil etmişdir.

61. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərcl ərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

62. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 467, 470.1, 472.1, 472.2, 739, 743-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.6, 107, 115.0.9, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

63. Cavabeh həmin qətnamədən 2022-ci il 24 avqust tarixində apellyasiya şikayəti verərək onun ləğv edilərək əlavə hesablanmış əsas və faiz borclarının və 850 manat məbləğində dəbbə pulunun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

64. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 oktyabr tarixli, 2-2(103)-928/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

65. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 1 dekabr tarixli 9/8327 nömrəli ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, təqdim edilmiş iş materialiarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış sənədləri, iddiaçı ilə cavabdeh xxx arasında bağlanmış 2020-ci il 27 fevral tarixli 027R********** nömrəli kredit müqaviləsi və həmin müqavilənin əsasında imzalanmış sazişin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh xxxnun iddiaçıya sualda soruşulan tarixə olan borcu belə müəyyən edilmişdir: 2021-ci il 6 dekabr tarixində əsas borc üzrə - 17.622,24 manat; faiz borcu üzrə - 4.278,36 manat.

66. Qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixə cavabdeh xxxna cərimə borcu hesablanmamışdır.

67. Eyni zamanda təqdim edilmiş hesabdan çıxarış sənədlərinə əsasən cavabdeh xxx tərəfindən iddiaçıya sualda soruşulan 2021-ci il 6 dekabr tarixindən sonra ödənişin aparılmadığı müəyyən edilmişdir.

68. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli, 2-2(103)-44/2023 saylı qətnaməsi ilə cavabdeh xxx tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 iyul tarixli, e-22(113)-2451/2022 saylı qətnaməsi əsas borca aid hissədə dəyişdirilməsi, əsas borcun məbləği 17.622,24 manat müəyyən edilməsi qət edilmişdir (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

69. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh xxx öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

70. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim o lunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 2022-ci il 1 dekabr tarixli ekspert rəyini araşdıraraq və MM-in 739 və 741-ci maddələrinə, habelə MPM-in 218.3-cü maddəsinə əsaslanaraq kollegiya hesab etmişdir ki, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Əsas borcun məbləği isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 17.756 manat deyil, ekspert rəyinə uyğun olaraq 17.622,24 manat məbləğində müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyası dəbbə puluna aid hissədə isə ekspertiza rəyi ilə razılaşmamış və hesab etmişdir ki, həmin nəticəyə gələrkən ekspert səhvə yol vermişdir.

72. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. Beləliklə, müqavilə şərtlərindən göründüyü kimi müqavilə müddəti çərçivəsində borclu tərəfindən kredit borcunun ödənilməsində gecikmə olanda dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasını tələb edə bilər.

73. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə (6.587,49 manat) dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

74. Apellyasiya instansiyası məhkəməs i gəldiyi nəticəni MM-in 462.1, 467, 739.1, 741; MPM-in 119.1, 218.3-cü maddələrə istinad etməklə əsaslandırmışdır.

75. Həmin qətnamə 2023-cü il 19 yanvar tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

76. Cavabdeh həmin qətnamədən 2023-cü il 13 mart tarixində kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri

77. Məhkəm ekspertin dəbbə pulu ilə bağlı ekspertin rəyinin səhv olduğunu onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin 4.2.2-ci bəndinə istinad edərək krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 f aiz məbləğində cərimə ödəməyə borcludur.

78. Müqavilə şərtlərindən göründüyü kimi müqavilə müddəti çərçivəsində borclu tərəfindən kredit borcunun ödənilməsində gecikmə olanda dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur.

79. Məhkəmənin bu hissədə gəldiyi nəticə qanunsuz və əsasızdır. Çünki müqavilə tələbi üzrə dəbbə pulunun hesablanması cavabdehə məlumdur. Cavabdehə məlum olmayan dəbbə pulunun şişirdilməsidir. Göründüyü kimi iddiaçı dəbbə pulunun hesablanması ilə bağlı hər hansı bir sübut iş materiallarına əlavə etmədiyindən ekspertdə bu hissədə ekspertiza tədqiqatı apara bilməmiş və nəticədə bununla bağlı rəy tərtib edilməsinin mümkünsüz olduğunu qeyd etmişdir. İşə baxan məhkəmə isə dəbbə pulunun iddiaçı tərəfindən hesablanmasını əsas götürərək (ehtimallara əsaslanmaqla) bu hissədə qanuns uz qətnamə çıxarmışdı. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

80. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

81. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

82. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

83. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya i nstansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ

84. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəz ifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bo rclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... ” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra et məməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilmə lidir.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir …” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kas sasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2023-cü il 10 yanvar tarixli, 2-2(103)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

87. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı dəbbə pulunun hesablanması ilə bağlı hər hansı sübut təqdim etmədiyindən ekspert bu hissədə tədqiqat apara bilməmiş və nəticədə bununla bağlı rəy tərtib edilməsinin mümkünsüz olduğunu qeyd etmişdir. Məhkəmə isə dəbbə pulunun iddiaçı tərəfindən hesablanmasını əsas götürərək qanunsuz qətnamə qəbul etmişdir.

88. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.

89. Belə ki, MM-in 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

90. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

91. Həmçinin, MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

92. Hazırkı halda işdən göründüyü kimi tərəflərin iradə ifadələrinin əks olunduğu kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə kr editi və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur (bax §9). Beləliklə müqavilə şərtlərindən göründüyü kimi müqavilə müddəti çərçivəsində borclu tərəfindən kredit borcunun ödənilməsində gecikmə olduqda dəbbə pulunun ödənilməli olması nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçı 6587,49 manat dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuş, məhkəmə isə MM-in 467-ci maddələrinin tələbi baxımından cəriməni 850 manat həddində müəyyən etmişdir.

93. İşə baxan məhkəmələr borc məbləğinə nisbətdə cərimə məbləğini müəyyən edərkən Azərbaycan Respublikası MPM-in 467-ci maddəsinə istinad etmişlər. Həmin norma məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq hüququ verm işdir. Tənasüb müəyyənləşdirilərkən isə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir.

95. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, mövcud məhkəmə təcrübəsini və Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında ifadə olunmuş hü quqi mövqeyini nəzərə alaraq hesab edir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə 850 manat cərimənin tutulması MM-in 467-ci maddəsinin tələblərinə də uyğun olmuşdur.

96. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işdə olan sübutlar əsasında hüquqi qiymətləndirməni mülki prosessual qanunvericiliyin tələblərinə və onlara verilmiş şərhə əsasən düzgün aparmışdır.

98. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2023-cü il 10 yanvar tarixli, 2-2(103)-44/2023 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

99. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

100. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli, 2-2(103)-44/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar