Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-281/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun borcdan silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 fevral tarixli 2-2(103)-12 3/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 18 oktyabr tarixli 2(006)- 227/2018 nömrəli qətnaməsi ilə: - 2016-cı il 14 aprel tarixli K1874 saylı kredit müqaviləsinə əsasən cavabdehlər XXXX MMC-dən, X1, X7 və X5 iddiaçı XXXXX xeyrinə 1.111.796,34 manat əsas, 449.536,09 manat faiz, 32.155,81 manat cərimə, cəmi 1.593.488,24 manat məbləğində pul vəsaiti; 2015-ci il 22 iyun tarixli K1606/02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən cavabdehlər XXXX MMC-dən və X1 iddiaçı XXXXX xeyrinə 235.542,77 manat əsas, 4.305,20 manat faiz, 2.767,63 manat cərimə, cəmi 242.615,60 manat məbləğində pul vəsaiti; 2015-ci il 7 avqust tarixli K1662 saylı əri zə çərçivəsində verilmiş 2015-129LG bank qarantiyası üzrə cavabdehlər XXXX MMC-dən və X1 iddiaçı XXXXX xeyrinə 99.898,36 ABŞ dolları əsas, 5.149,14 ABŞ dolları faiz, 275,90 ABŞ dolları cərimə, cəmi 105.323,40 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində; həmçinin cavabdehlər XXXX MMC-dən, X1, X7 və X5 iddiaçı XXXXX xeyrinə 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 150 manat xidmət haqqı vəsaitinin tutulması; - K1662, K1606 və K1874 saylı kredit müqavilələri üzrə tələbin ipoteka ilə yüklü edilmiş X13 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 1-ci səviyyəsində yerləşən qeyri-ya şayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 330.000 manat məbləğində müəyyən edilməsi, həmçinin tutmanın X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsinin 2-ci səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməsi; K1874 və K1606 saylı kredit müqavilələri üzrə tutmanın X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,20 ha torpaq sahəsi ilə birlikdə əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 1.150.000 manat məbləğində müəyyən edilməsi, həmçinin K1874 və K1662 saylı ərizələr üzrə tutmanın X4 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predme ti olan həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 155.000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin daşınmaz əmlakların satışından əldə olunmuş vəsaitin cavabdehlər XXXX MMC-nin, X2, X10 və X6 iddiaçı XXXXX olan kredit borclarının ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutmanın yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılaraq, mülkiyyətçilərinə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan məbləğin XXXX MMC-nin, X6, X10 və X2 iddiaçı XXXXX olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin XXXX MMC-dən, X5, X7 və X1 ümumi qaydada tutularaq iddiaçı XXXXX ASCyə ödənilməsi qət edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 23 dekabr tarixli 2(102)6068/2021 nömrəl i qərarına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 16 oktyabr tarixli 9/1782 saylı ekspert rəyi ilə hesabdan çıxarış məlumatlarında qeyd olunan 2018-ci il 29 noyabr tarixindən 2019-cu il 3 iyun tarixinədək aparılmış 41.000 manat, 2018-ci il 26 sentyabr tarixindən 2019-cu il 27 mart tarixinədək aparılmış 549.000 manat məbləğində ödəniş ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Ali Məhkəmə bununla bağlı qeyd etmişdir ki, həmin ödənişlər qətnamənin icra mərhələsində nəzərə alınmalı, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlərin icra mərhələsində nəzərə alınmadığı halda, cavabdehlərin qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququ var.
3. Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinin 2023-cü il 2 may tarixli 8(006)-60/2023 nömrəli qərardadı ilə borclu İddiaçı MMC-nin, onun tərəfindən 2015-ci il 22 iyun tarixli Kİ 606/02 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 29 noyabr tarixindən 2019-cu il 3 iyun tarixinədək aparılmış 41.000 manat məbləğində ödənişin və 2016-cı il 14 aprel tarixli Kİ874 nömrəli kredit müqaviləsi üzrə 2019-cu il 26 sentyabr tarixindən 2019-cu il 27 mart tarixinə kimi 549.000 manat məbləğində (cəmi 590.000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 18 oktyabr tarixli 2(006)-227/2018 saylı icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi barədə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardad Bakı Apellyas iya Məhkəməsinin 8(103)183/2023 nömrəli 2023-cü il 6 iyun tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış, borclu İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin olunmamışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 2 may tarixli 8(006)-60/2023 nömrəli qərardadı ilə müəyyən olunmuşdur ki, 2016-cı il 14 aprel tarixli K1874 saylı kredit müqaviləsinə əsasən 2018-ci il 29 noyabr tarixindən 2019-cu il 3 iyun tarixinədək olan müddətdə ümumi olaraq 529.000 Azərbaycan manatı məbləğində vəsait silinmiş, bu silinmələrdən 2018-ci il 16 noyabr tarixində 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsait müştəri tərəfindən ödənilməmiş, həmin vəsait Azərbaycan Respublikası Mərkəzi X14 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilm əsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın tələblərinə uyğun olaraq Cavabdeh ASC-nin AZ38PAHA45019AZNBL000000001 saylı hesabından balansdan kənar hesaba keçirilmiş, bu zaman həmin əməliyyat müştərinin hesabından çıxarışında texniki olaraq bankın yuxarıda qeyd olunan müvafiq hesabından müştərinin hesabına pul vəsaitinin köçürülməsi kimi əks olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı 2023-cü il 25 avqust tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən 2015-ci il 22 iyun tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 29 noyabr tarixindən 2019-cu il 3 iyun tarixinədək aparılmış 41.000 manat məbləğində və 2 016-cı il 14 aprel tarixli K1874 nömrəli kredit müqaviləsi üzrə 2019-cu il 26 sentyabr tarixindən 2019-cu il 27 mart tarixinə kimi aparılmış 549.000 manat məbləğində (cəmi 590.000) ödənişin borcdan silinməsinin cavabdehə həvalə olunmasını, ödənilmiş 400 manat mediasiya xərci və 490 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
6. İddia tələbi hazırkı qərarın 1-2-ci bəndlərində göstərilən hallara istinadən onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin icrası zamanı 2018-ci il 29 noyabr tarixindən 2019-cu il 3 iyun tarixinədək aparılmış 41.000 manat məbləğində ödənişin və 2018-ci il 26 sentyabr tarixindən 2019-cu il 27 mart tarixinədək aparılmış 549.000 manat məbləğində ödənişin (ümumilikdə 590.000 manat) ümumi borcdan silinməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Biləsuvar rayon İcra və Probasiya şöbələrinə müraciət edilmişdir. Lakin Biləsuvar rayon İcra və Probasiya şöbəsinin 2022-ci il 20 dekabr tarixli məktubu ilə qeyd edilən məbləğin ümumi borcdan çıxılmasının onların səlahiyyətinə aid olmadığı bildirilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə edilmiş müraciət cavablandırılmamışdır. İddiaçı tərəfindən ödənilmiş 590.000 manat məbləğin nəzərə alınması (silinməsi) cavabdehdən xahiş edilsə də, cavabdeh həmin məbləği tələb etməyə davam edir və qarşılıqlı razılığa gəlməkdən imtina edir.
7. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı hazırkı qərarın 3-4-cü bəndlərində göstərilən hallara istinadən onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilən məbləğlərin si linməsi ilə bağlı işə baxılarkən bank tərəfindən sübutlar təqdim edilmiş və məhkəmə qərardadları ilə müəyyən edilmişdir ki, 2016-cı il 14 aprel tarixli Kİ 874 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 1.171.990,24 manat, 2015-ci il 22 iyun tarixli Kİ606/02 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 242.615,57 manat, 2016-cı il 22 sentyabr tarixli K2015-129 saylı kredit müqaviləsinə əsasən ümumi olaraq 105.323,40 ABŞ dolları məbləğində vəsait silinmiş, 2018-ci il 16 noyabr tarixində 45019AZNBL********** saylı hesabdan müştərinin hesabına köçürülmüş və silinmiş 444.000 manat vəsait Azərbaycan Respublikası Mərkəzi X14 “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə qərarının tələblərinə əsasən öhdəli yin balansdan kənar silinməsinə əsasən bankın AZ38PAHA45019AZNBL********** saylı hesabından balansdan kənar hesaba keçirilmişdir. İddiaçı tərəfindən 444.000 manat məbləğində pul vəsaitinin onun tərəfindən ödənilməsinə dair hər hansı bir ödəniş qəbzi təqdim edilməmiş və həmin məbləğin onlara aid olması barədə sübut təqdim edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 oktyabr tarixli e-2-2(113)-4678/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.Pirverdiyev).
9. Birinci instansiya məhkəməsi işin hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 739.1 və 739.2-ci maddələrinə əsaslanaraq iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyi nəticəsinə gəlmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğ v olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 fevral tarixli 2-2(103)-123/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
12. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbi baxımından iddia icraatı qaydasında məhkəməyə verilən elə iddia tələbləri üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi ü çün verilmiş olsun və iddia təmin edildiyi halda pozulmuş hüququn bərpası mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 23 dekabr tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı (borclu) öz hüququndan istifadə edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflərindən 2015-ci il 22 iyun tarixli K1606/02 nömrəli kredit müqaviləsi üzrə 2018-ci il 29 noyabr tarixindən 2019-cu il 3 iyun tarixinədək aparılmış 41.000 manat məbləğində ödənişin və 2016-cı il 14 aprel tarixli K1874 nömrəli kredit m üqaviləsi üzrə 2019-cu il 26 sentyabr tarixindən 2019-cu il 27 mart tarixinə kimi 549.000 manat məbləğində (cəmi 590.000 manat) ödənişin Nəsimi Rayon Məhkəməsinin icra vərəqəsi üzrə tutulmalı olan borcdan silinməsinin Biləsuvar rayon İcra və probasiya şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 2 may tarixli 8(006)-60/2023 nömrəli qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-183/2023 nömrəli 2023-cü il 6 iyun tarixli qərardadı ilə borclu tərəfindən verilmiş şikayət təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-60/2023 nömrəli 2023-cü il 2 may tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əs asən hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 2.1, 4.1, 5.1, 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
15. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sadəcə əvvəlki məhkəmə aktlarını sadalayaraq qərardadını yalnız bir cümlə ilə əsaslandırmış, əvvəlki məhkəmə aktları ilə müəyyən edilmiş halları sübut kimi qəbu l etməmişdir. Belə ki, 2020-ci il 16 oktyabr tarixli ekspert rəyi ilə hesabdan çıxarış məlumatlarında qeyd olunan 2018-ci il 29 noyabr tarixindən 2019-cu il 3 iyun tarixinədək aparılmış 41.000 manat məbləğində və 2018-ci il 26 sentyabr tarixindən 2019-cu il 27 mart tarixinədək aparılmış 549.000 manat məbləğində ödənişlər nəzərə alınmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-266/2021 nömrəli 2021-ci il 23 fevral tarixli qətnaməsində isə bununla bağlı qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmalı və yekun borcdan silinməlidir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2021ci il 23 dekabr tarixli 2(102)-6068/2021 nömrəli qərarında da göstərilmişdir ki, həmin ödənişlər qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qəbulundan sonra edilmiş ödənişlər icra mərhələsində nəzərə alınmadığı halda, cavabdehlər qeyd edilən məsələni qanunla müəyyən edilmiş qaydada mübahisələndirmək hüququna malikdirlər.
16. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin 2024-cü il 22 fevral tarixli 2-2(103)-123/2024 nömrəli qərardadında nümayiş etdirdiyi mövqe, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-266/2021 nömrəli 2021-ci il 23 fevral tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 2021-ci il 23 dekabr tarixli 2(102)6068/2021 nömrəli qərarındakı mövqe ilə ziddiyyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı istinad etdiyi pul vəsaitinin ödənilməsinin təsdiqinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsində və kassasiya şikayətinin dəlillərində istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 16 oktyabr tarixli 9/1782 saylı ekspert rəyi və məhkəmə aktları ilə həmin pul vəsaitinin borclu tərəfindən tələbkara ödənilməsi müəyyən olunmamışdır. Ekspertiza rəyinin məlumatları isə cavabdehin təqdim etdiyi hesabdan çıxarışın məlumatlarına əsaslanmış, iddiaçının hər hansı ödəniş sənədinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh hesabdan çıxarışda olan məlumatlarla bağlı arayışlar təqdim edərək göstərmişdir ki, silinməsi iddia edilən pul vəsaitləri müştəri tərəfindən ödənilməmiş, həmin vəsait Azərbaycan Respublikası Mərkəzi X14 “Aktivlərin təsnifləşdir ilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə 2022-ci il 22 iyul tarixli 29/1-1 nömrəli qərarının tələblərinə uyğun olaraq cavabdehin hesabından balansdan kənar hesaba keçirilmişdir. Bu hal isə iddiaçı tərəfindən hər hansı öhdəliyin tam və ya qismən icrası anlamına gəlməməklə, bank sahəsində qəbul edilmiş müvafiq qərarların icrası ilə bağlı olmuşdur. Bundan əlavə iddiaçı öz hüququndan istifadə edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 2 may tarixli 8(006)60/2023 nömrəli qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-183/2023 nömrəli 2023-cü il 6 iyun tarixli qərardadı ilə iddiaçı tərəfində n verilmiş şikayət təmin olunmamışdır. Kassasiya baxışının hədləri
18. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
19. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndir ilməməlidir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;... “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Mübahisənin mahiyyəti üzrə iddiaçı cavabdehlə arasında bağlanmış kredit müqavilələri üzrə cəmi 590.000 manat məbləğində ödənişin borcdan silinməsinin cavabdehə həvalə olunmasını xahiş etmiş, iddia tələbi rədd edilmiş, apellyasiya instansiyası məhkəməsi isə hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməməsi nəticəsinə gələrək iş üzrə icraata xitam vermişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni, iddiaçının artıq öz hüququndan istifadə edərək şikayət ərizəsi ilə məhkəməyə müraciət etməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2023-cü il 2 may tarixli 8(006)-60/2023 nömrəli q ərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)183/2023 nömrəli 2023-cü il 6 iyun tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması ilə əsaslandırmışdır.
23. Məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
24. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
25. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa p rosessual qənaət prinsipi baxımından lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmişdir.
26. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 fevral tarixli 2-2(103)-123/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 fevral tarixli 2-2(103)-123/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.