Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-282/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin borcludan asılı olmayan səbəblərdən icra olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1273/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-“cavabdeh”) arasında bağlanmış 2012-ci il 23 noyabr tarixli 10-BİZ-3-0-2107-12 saylı əsas kredit müqaviləsindən (bundan sonra-“əsas müqavilə”) görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2.500.000 manat məbləğində 60 ay müddətinə, yəni 2017-ci il 23 noyabr tarixinədək kredit limiti açılmışdır.
2. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2012-ci il 23 noyabr tarixli 10-BİZ-3-0-210712(Ə1) saylı kredit müqaviləsindən (bundan sonr a-“Ə1 saylı müqavilə”) və 2021-ci il 7 may tarixli KBD-760712 saylı maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə illik 18 faizlə 36 ay müddətinə, yəni 2015-ci il 23 noyabr tarixinədək 1.045.000 manat məbləğində kredit verilmişdir.
3. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli 2-2(83)-29/2015 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehdən iddiaçının xeyrinə Ə1 saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.335.391,41 manat tutulması qət edilmişdir.
4. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli 2-2(83)-29/2015 saylı icra sənədi üzrə 2016-cı il 25 noyabr tarixdə icra işi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. Daha sonra "xxxx" MMC-yə tələb yönəlmiş əmlakın açıq hərrac yolu ilə satılması üçün müraciət edilmişdir. Lakin iddiaçının 2019-cu il 21 yanvar tarixli müraciəti ilə iş üzrə tələb yönəlmiş əmlaka münasibətdə hərrac keçirilmədən geri qaytarılmasını xahiş etmişdir. Tələbkarın müraciəti əsasında Gəncə şəhəri üzrə İcra İdarəsinin 2019-cu il 28 yanvar tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır.
5. Tələbkar (iddiaçı) ərizə ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən verilmiş 2-2(83)- 29/2015 saylı 2016-cı il 21 oktyabr tarixli icra sənədinin yenidən icra olunması üçün Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilməsinə göstəriş verilməsini xahiş etmiş və məhkəmənin 2019-cu il 26 fevral tarixli məktubu ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 21 oktyabr tarixli 2-2(83)-29/2015 nömrəli icra vərəqəsi əvvəlki icr a işi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.
6. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 17 may tarixli, KBD-8234 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən əldən çıxmış fayda (əsas borca hesablanmış 5 faiz) olmaqla 424.543,19 manat borcunu tələb etmiş, borcun 5 gün ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 2021-ci il 16 iyun tarixində cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə Ə1 müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 424.543,19 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 424.543,19 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumu nun tutulması barədə iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehə əsas müqaviləyə əsasən iddiaçıdan illik 60 ay müddətinə 2.500.000 manat kredit limiti ayrılmışdır. Cavabdeh Ə1 saylı müqaviləyə əsasən iddiaçıdan illik 18 faizlə 36 ay müddətinə 1.045.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq, cavabdehin mülkiyyətindəki Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçəsində yerləşən, 6315.45 kv.m ümumi sahədən ibarət əmlak kompleksi 2012-ci il 23 noyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 9. 2015-ci il 30 yanvar tarixli 2-2(83)-29/2015 saylı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə cavabdehdə n iddiaçının xeyrinə ümumilikdə 1.335.391 manat tutulması qət edilmişdir.
10. Cavabdehin banka gecikdirilmiş vaxt üçün 2015-ci il 30 yanvar tarixindən 2021-ci il 7 may tarixinədək illik 5 faizlə hesablanmış 424.543,19 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 424.543,19 manat borcu vardır.
11. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ə1 saylı kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunda n sonra-“MM”) 21, 425, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 467, 472.2, 501-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra-“KMP”) 2014-cü il 24 dekabr tarixli qərarına istinad edilmişdir.
13. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, 2015-ci il 30 yanvar tarixli qətnamənin icrası gecikdirilmiş, lakin onun tərəfindən hər hansı laqeyd münasibət göstərilməmiş və o, 2015-ci il 30 yanvar tarixli qətnamənin icrasına razı olaraq qətnamənin icrasına maraqlı olmuşdur. 2018ci il 18 aprel tarixdə "xxxx" MMC-yə Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən əmlakın qiymətləndirilməsi barədə müraciət olunmuşdur. Lakin 2018-ci il 24 aprel tarixində "xxxx" MMC tərəfindən əmlakların qiymətləndirilməsi barədə hesabat təqdim olunmuş, həmin hesabata əsasən əmlak 5.700.000 manat dəyərində qiymətləndirilməsinə rəğmən, 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, həmin əmlak hərraca çıxarılmamışdır. 2020-ci il 27 fevral tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin təqdimatı əsasında "xxxx" MMC-yə müraciət olunaraq, əmlakın 5.700.000 manat məbləğində qiymətləndirildiyini və əmlakın həmin qiymətə hərrac yolu ilə satılmasına dair sərəncam verilməsi xahiş olunmuşdur. 2020-ci il 17 iyun tarixində hərrac keçirilmiş, 2020-ci il 25 iyun tarixində icra idarəsinin təqdimatı əsasında tələbkarın xahişi ilə hərrac dayandırılmışdır. Həmin gündən bu günədək hərrac keçirilməmiş, qətnamənin icrası təmin edilməmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin 20 21-ci il 23 avqust tarixli, e-2-2(113)-3182/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2012-ci il 23 noyabr tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 361.668,39 manat məbləğində əldən çıxmış fayda cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun 25,55 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 4,45 manat məbləği iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.
16. İşin hallarından göründüyü kimi Gəncə İnzibati–İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli 2-2(83)-29/2015 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 10BİZ-3-0-2107-12(Ə1) saylı müqaviləyə əsasən cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 1.335.391 manat tutulmuş, bununla da müqavilənin müddəti faktiki olaraq məhkəmənin qətnaməsi ilə 2015-ci il 30 yanvar tarixdə bitmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsindən irəli gələn öhdəliy icra edilməmişdir.
17. İddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Qətnamənin icrası iddiaçının tələbi əsasında 2020-ci il 25 iyun tarixində dayan dırılmışdır ki, bu halda iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün illik beş faiz 2020-ci il 25 iyun tarixinədək hesablanmalıdır.Bu halda, gecikdirilmiş vaxt üçün illik beş faizin məbləği 361.668,39 manat (1.335.391 manat x 5%: 12 ay x 65 ay = 361.668,39 manat) təşkil etdiyindən göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia qismən təmin edilməlidir.
18. Məhkəmə öz qətnaməsini MM-in 21.2, 442, 445.7, 448.1, 449.1, 449.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsininb(bundan sonra-“MPM”) 14.2, 77.1, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” KPM-nin 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
19. Cavabdeh 2021-ci il 21 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 22(103)-1273/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında 2012-ci il 23 noyabr tarixli kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaransa da, sonradan iddiaçı həmin kredit müqav iləsi üzrə müəyyən edilən 36 aylıq müddət bitmədən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov-ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir.Ona görə də cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir.Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir.Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə cavabdehə verilən kredit vəsaitindən istifadə müddəti 36 ay müəyyən edilmiş və həmin müddət 23 noyabr 2015-ci il tarixdə bitmişdir.
22. İddiaçı isə həmin tarixdən əvvəl məhkəmədə iddia qaldırmış və Gəncə İnzibati-İqtisadi M əhkəməsinin 2015-ci il 30 yanvar tarixli 2-2(83)-29/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək, cəmi ödənilməli olan kredit borcu 1.335.391,41 manat məbləğində, girov qoyulmuş əmlakların dəyəri 654.720 manat və ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dəyəri 1.800.000 manat məbləğində müəyyən edilmişdir.Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmişdir və qətnamə 1 ay sonra qüvvəyə minmişdir.
23. Göründüyü kimi həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilən kredit vəsaitindən istifadə müddətinin sonuna, yəni 2015-ci il 23 noyabr tarixinə qədər olan müddət 9 aya yaxın müddət təşkil edir.
24. Həmin qətnamə vaxtında icraya yönəldilsəydi 2015-ci il 23 noyabr tarixə qədər kredit müqaviləsi üzrə bütün borcun ödənilməsi təmin edilə bilərdi.
25. Lakin iş materiallarından müəyyən edilir ki, qətnamə qəbul edildiyi tarixdən 1 ay keçdikdən sonra icraya yönəldilməmiş, sonradan icraya yönəldildikdə isə cavabdehin hərəkətləri nəticəsində deyil, iddiaçının ərizəsi əsasında icra hərəkətlərinin sona çatdırılması mümkün olmamışdır.
26. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli 2-2(83)-29/2015 saylı icra sənədi üzrə 2016-cı il 25 noyabr tarixdə icra işi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. Daha sonra "xxxx" MMC-yə tələb yönəlmiş əmlakın açıq hərrac yolu ilə satılması üçün müraciət edilmişdir. Lakin iddiaçının 2019-cu il 21 yanvar tarixli müraciəti ilə iş üzrə tələb yönəlmiş əmlaka mün asibətdə hərrac keçirilmədən geri qaytarılmasını xahiş etmişdir. Tələbkarın müraciəti əsasında Gəncə şəhəri üzrə İcra İdarəsinin 2019-cu il 28 yanvar tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Daha sonra tələbkar(iddiaçı) ərizə ilə Gəncə İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən verilmiş 2-2(83)- 29/2015 saylı 2016-cı il 21 oktyabr tarixli icra sənədinin yenidən icra olunması üçün Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilməsinə göstəriş verilməsini xahiş etmiş və məhkəmənin 2019-cu il 26 fevral tarixli məktubu ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 21 oktyabr tarixli 2-2(83)- 29/2015 nömrəli icra vərəqəsi əvvəlki icra işi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.
27. Göründüyü kim i Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli 22(83)-29/2015 saylı qətnaməsinin kredit müqaviləsi ilə müəyyən edilən kredit vəsaitindən istifadə müddətinin sonuna, yəni 2015-ci il 23 noyabr tarixinə qədər və ümumiyyətlə hazıra qədər icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır.Çünki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir.Əksinə icra işi üzrə materiallardan görünür ki, iddiaçı özü icra idarəsinə ərizə verərək, icra işinin dayandırılmasını xahiş etmiş və icra sənədi ən azı 1 il ərzində də məhz bu səbəbə görə icra olunmamışdır.
28. Göründüyü kimi icra sənədinin hərəkətsiz qalmasında iddiaçının təşəbbüsü olmuşdur.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.İddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.Bu baxımdan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında (kredit müqaviləsi üzrə müəyyən edilən 36 aylıq müddət bitmədən) icra olunmamasına görə cavabdehin təqsiri olmadığından iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil.
29. Məhkəmə öz qətnaməsini MM-in 5.3, 16.1, 21.2, 425.1, 425.2, 445.1, 445.7, 449.1, 560.2-ci, MPM-in 233.1, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Qətnamə 2022-ci il 5 yanvar tarixində tərəflərin elektron kabinetlərinə yüklənilmiş, tərəflərə göndərilmişdir.
31. İddiaçı 2022-ci il 4 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 445, 449-cu maddələrinin tələbləri pozulmuşdur. Kassator qeyd etmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli, 2-2(83)-29/2015 saylı qətnaməsi hazırki vaxta qədər icra edilmədiyindən iddiaçıya dəymiş zərərin əvəzi ödənilməlidir. Kredit müqaviləsinin 9.3-cü maddəsində də göstərildiyi kimi, borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi gö stərilməlidir. Müqavilənin həmin bəndindən də göründüyü kimi, kredit borcu üzrə öhdəliklər lazımınca icra olunmamış, qətnamə çıxdıqdan sonra belə icra edilmədiyindən Banka külli miqdarda zərər dəymiş və həmin zərərin ödənilməsi tələb edilmişdir. Çünki, həmin məbləğ Banka vaxtında ödənildiyi təqdirdə iddiaçının gəlir mənbəyi olan kredit dövriyyəsində istifadə etməsi hüququ pozulmuşdur.
33. MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Apelyasiya məhkəməsi tərəfindən iş araşdırılan zaman sübutlar düzgün qiymətləndirilməmiş, borclu tərəfindən öhdəliklərin lazımınca icra edilməməsi səbəbindən iddiaçıya dəymiş zərərin ödənilməsi hissəsindən qərəzli yanaşma mövcud olmuşdur.
34. Həmçinin KMP-nin 2014-cü il 24 dekabr tarixli qərarında əldən çıxmış fayda əsas borca hesablanmış 5 faizin h esablanması qaydasında qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qısa olaraq qeyd olunanların hamısı ona izah verir ki, əsas borcla bağlı məhkəmə qətnaməsinin qanuni qüvəsinin alıb-almaması illik 5 faizin hesablanmasına və tələb olunmasına heç bir maneçilik törətmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür....” Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.... Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
40. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə
528. Məhkəmə və digər orqanl arın qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi 528.1. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.2. İcra üçün təqdim edilmiş icra sənədin in itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görəvəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 528.3. Borclunun hesablarında tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli pul vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görəvəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: M a d d ə 3 0
6. Məhkəmənin hökmünü, qə rarını, yaxud digər aktını icra etməmə 306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddə tə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
42. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”
43. Azərbaycan Respublikası Mülki Məcəlləsininnin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında qeyd edilmişdir ki....kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillini (bax yuxarıda § 32-34) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, həmçinin prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir və aşağıdakıları qeyd edir.
46. Tərəflər arasında 2012-ci il 23 noyabr tarixli kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaransa da, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən 36 aylıq müddət bitmədən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin girov-ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir.
47. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdehə müqavilə üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir.Belə olan halda isə cavabdehin təqsiri müəyyən edilmir.Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə cava bdehə verilən kredit vəsaitindən istifadə müddəti 36 ay müəyyən edilmiş və həmin müddət 2015-ci il 23 noyabr tarixində bitmişdir.
48. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı isə həmin tarixdən əvvəl məhkəmədə iddia qaldırmış və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli 2-2(83)-29/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək, cəmi ödənilməli olan kredit borcu 1.335.391,41 manat məbləğində, girov qoyulmuş əmlakların dəyəri 654.720 manat və ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın dəyəri 1.800.000 manat məbləğində müəyyən edilmişdir.Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmişdir və qətnamə 1 ay sonra qüvvəyə minmişdir.
49. Göründüyü kimi həmin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edi lən kredit vəsaitindən istifadə müddətinin sonuna, yəni 2015-ci il 23 noyabr tarixinə qədər olan müddət 9 aya yaxın müddət təşkil edir.
50. Həmin qətnamə vaxtında icraya yönəldilsəydi 2015-ci il 23 noyabr tarixə qədər kredit müqaviləsi üzrə bütün borcun ödənilməsi təmin edilə bilərdi.
51. Belə ki, iş materiallarına icra sənədi üzrə 2016-cı il 25 noyabr tarixdə icra işi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. Daha sonra hərrac mərkəzinə tələb yönəlmiş əmlakın açıq hərrac yolu ilə satılması üçün müraciət edilmişdir. Lakin iddiaçının 2019-cu il 21 yanvar tarixli müraciəti ilə iş üzrə tələb yönəlmiş əmlaka münasibətdə hərrac keçirilmədən geri qaytarılmasını xahiş etmişdir. Tələbkarın müraciəti əsasında icra sənədi məhkəməyə geri qaytarıl mışdır. Daha sonra tələbkar(iddiaçı) ərizə ilə Məhkəməyə müraciət edərək, məhkəmə tərəfindən verilmiş icra sənədinin yenidən icra olunması üçün İcra İdarəsinə göndərilməsinə göstəriş verilməsini xahiş etmiş və məhkəmənin 2019-cu il 26 fevral tarixli məktubu ilə məhkəmənin icra vərəqəsi əvvəlki icra işi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün İcra İdarəsinə göndərilmişdir.
52. Məhkəm kollegiyası vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci və Cinayət Məcəlləsinin 306-cı maddələrində borclu tərəfindən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı tənzimləyici müddəaları və müvafiq sanksiyalar nəzərdə tutulmuşdur. Hazırkı halda, cavabdehin barəsində həmin maddələrdə öz əksini tapmış hər hansı sanksiyanın tətbiq edilməsi müəyyən olunma mışdır. Qeyd olunmalıdır ki, borclunun qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmasından yayınması, icraya maneə törətməsi halı ilə deyil, tələbkarın özünün hərəkətləri ilə bağlı olmuşdur.
53. Bununla da apellyasiya instansiyası məhkəməsinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 30 yanvar tarixli 2- 2(83)-29/2015 saylı qətnaməsinin kredit müqaviləsi ilə müəyyən edilən kredit vəsaitindən istifadə müddətinin sonuna, yəni 2015-ci il 23 noyabr tarixinə qədər və ümumiyyətlə hazıra qədər icra olunmamasına görə cavabdehin məsuliyyət daşımamasına dair gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, icra işi üzrə materiallardan göründüyü kimi iddiaçı özü icra idarəsinə ərizə verərək, icra işinin dayandırılmasını xahiş etmiş və icra sənədi ən azı 1 il ərzində də məhz bu səbəbə görə ic ra olunmamışdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda cavabdehin barəsində hər hansı əlavə məsuliyyət müəyyən edilərək Mülki Məcəllənin 445 və 449-cu maddələrinin tətbiqi qanunilik, əsaslılıq və ədalətlilik prinsiplərinin inkarı ilə nəticələnə bilərdi.
55. Bundan başqa, Mülki Məcəllənin 445.8-ci maddəsinə görə, nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.
56. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qərara gəlmişdir ki, icra sənədinin hərəkətsiz qalmasında iddiaçının təşəbbüsü olmuşdur. Bu baxımdan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında (kredit müqaviləsi üzrə müəyyən edilən 36 aylıq müddət bitmədən) icra olunmamasına görə cavabdehin təqsiri olmadığından iddianın təmin edilməsi üçün əsasların mövcud olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi tam düzgün olmuşdur.
57. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 dekabr tarixli 2-2(103)-1273/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. 58.
39. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 59.
40. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci i l 21 dekabr tarixli 22(103)-1273/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir..