Məhkəmə qərarları › İş №2-2(102)-282/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-282/2023

30.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-282/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin cavabdeh x2nə qarşı iş üzrə QƏRAR Açar sözlər: pulun tələbi, özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı "xxxx" MMC-nin həmin iddia üzrə cavabdeh x2nə qarşı pulun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı x2nin həmin iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı özgənin qanunsuz sahibliyindən əm lakın geri tələb edilməsi və dəymiş zəzərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 yanvar tarixli, 22(103)-80/2023 saylı qətnaməsindən ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 28-30-cu km ünvanda qeyri-yaşayış binasının yerləşdiyi 1036,7 kv.m dövlət mülkiyyətində olmaqla "xxxx" MMC-nin istifadəsində olan sahə kimi 2016-cı il 22 iyulda qeydiyyata alınmışdır. 2. “İcarəyə verən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə “İcarəçi” "xxxx" LTD MMC arasında bağlanmış 2032-ci il 10 may tarixinədək qüvvədə olması müəyyən edilmiş 2017-ci il 10 may tarixli 306/97 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesi 28-30- cu km ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 21.333,7 kv.m torpaq sahəsi icarəyəverən tərəfindən icarəçiyə icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilir. Torpaq sahəsinin illik icarə haqqı 25.632 manat, aylıq icarə haqqı isə 2.136 manat təşkil edir. 3. “Sifarişçi” adlanan “x3 ilə “İcraçı” adlanan İddiaçı MMC arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş 2017-ci il 1 dekabr tarixli “Təsərrüfat idarəçiliyi barədə” müqa viləyə görə, təsərrüfat sahəsinin təsərrüfat idarəçiliyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar.

4. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2018-ci il 4 aprel tarixli 2(009)-1359/18 saylı qərardadı ilə cavabdeh "xxxx" Şirkətinin iş üzrə icraata xitam verilməsi barədə vəsatəti qismən təmin edilərək, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" Şirkətinə, X2 və X4 qarşı “əsas borcun və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh "xxxx" Şirkətinə aid hissədə xitam verilmiş, cavabdeh "xxxx" Şirkətinə qarşı tələbləri üzrə mübahisəni həmin hüquqi şəxslə bağladığı müqavilə şərtlərinə uyğun qaydada həll etmək hüquq u olması iddiaçı "xxxx" MMC-yə izah edilmiş, vəsatət qalan hissədə təmin olunmamışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 22 may tarixli 2(103)6267/18 saylı qərardadı ilə iddiaçı “x3 şikayəti təmin edilməmiş, cavabdehlər X1 və X3 şikayətləri təmin edilərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 4 aprel tarixli qərardadı qismən-cavabdehlər X5 və X4 dair hissədə iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də vəsatət təmin olunmuş, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" şirkəti, X5 və X4 qarşı “əsas borc və vurulmuş ziyanınödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdehlər X5 və X4 dair hissədə də xitam verilmiş, qərardad qalan hissədə yəni, iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" şirkəti, X5 və X4 qarşı “əsas borc və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iş üzrə icraata cavabdeh "xxxx" şirkətinə aid hissədə xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 18 oktyabr tarixli 2(102)-5666/18 saylı qərarı ilə iddiaçı x3 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 2018-ci il 22 may tarixli 2(103)6267/18 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 26 oktyabr 2(103)11554/2018 saylı qərardadı ilə iddiaçı “x3 və cavabdelər X5 və X3 şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 mart tarixli 2(102)-1499/18 saylı qərarı ilə iddiaçı “x3 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 26 oktyabr tarixli 2(103)11554/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 sentyabr tarixli e-2-2(81)1024/2019 saylı qərardadına əsasən, cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 mübahisə predmeti üzrə arbitraj razılaşmasının mövcud olması səbəbindən iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-2(103)-812/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 sentyabr tarixli 2-2(81)-1024/2019 saylı qərardadının ləğv edilməsi, cavabdeh "xxxx" Şirkətinin şikayətinin təmin edilməsi, İddiaçı MMC-nin cavabdeh "xxxx" Şirkətinə (üçüncü şəxs: “x3) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata xitam verilməsi qərara alınmışdır.

11. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020- ci il 11 mart tarixli, 2-2(102)-31/2020 saylı qərarı ilə İddiaçı MMC-nin və 3-cü şəxs "xxxx" MMCnin kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli qərardadının ləğv edilməsi, işin mahiyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

12. Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 2020-ci il 30 sentya br 435 tarixli nömrəli rəyinə əsasən, İddiaçı MMC-nin 2018-2020-ci il tarixlərində təsdiq edilmiş yük sahələrinin, ofislərin və texnikanın icarəsi, malların saxlanc xidmətləri və yük əməliyyatları xidmətlərinə dair qiymətlərin Abşeron yarmadasında mövcud olan qiymətlərə uyğun olması (bazarda olan qiymətlərdən yüksək, orta səviyyə və ya aşağı olması) sualı üzrə icarə, anbar saxlama, yük əməliyyatları, yük əməliyyatları texnikasının qiymətləri üzrə gəldiyi nəticədən görünür ki, Abşeron yarımadasında yerləşən anbar sahələrinin 1 kv.m-nin 1 aylıq orta icarə haqqıtəxminən 3,70 manat müəyyən edilir. İcarə qiymətləri sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük sahələrinə dair aylıq icarə qiymətləri Abşeron yarımadasında mövcud olan icarə qiymətlərinə uyğundur (icarə qiymətləri). A bşeron yarımadasında yerləşən anbar xidmətləri təklif edən şirkətlərlə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən 1 kilonun gündəlik saxlanc qiymətləri Abşeron yarımadasında mövcud olan qiymətlərdən aşağıdır (anbar saxlama xidmətləri qiymətləri). Abşeron yarımadasında yerləşən anbarlarda yük əməliyyatları xidməti təklif edən şirkətlərlə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük əməliyyatları qiymətləri Abşeron yarımadasında mövcud olan qiymətlər səviyyəsindədir (yük əməliyyatları xidmətləri qiymətləri). Abşeron yarımadasında yerləşən anbarlarda yük əməliyyatları texnikasının işlədilməsinə dair qiymətləri təklif edən şirkətlərin tarifləri ilə müqayisədə sifarişçi "xxxx" MMC şirkətinin tariflərində göstərilən yük əməliyyatları texnikasının işlədilməsi qiymətləri səviyyəsi Abşeron yarımadasında mövcud olan qiymətlərə uyğundur (yük əməliyyatları texnikasının istifadə qiymətləri).

13. İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 fevral tarixli invoysa əsasən, sonuncu onlara ödəməli olduğu məbləğ 6.683.117,35 manatdır.

14. İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 fevral tarixli 64 saylı məktubunda qeyd olunmuşdur ki: “Bununla əlavədə nəzərinizə şirkətlərinin növbəti invoysunu çatdırır. Əlavədəki TTL 01/21 saylı 2021- ci il 1 fevral tarixli invoys 2020-ci il 1 sentyar tarixindən 2021-ci il 30 noyabr tarixlərinə aid x2şirkətinin avadanlığının 91 gün ərzində ad hoc mühafizəli saxlanc müddətini əhatə edir. Yaranmış borc AZN 6,683, 117.35 təşkil edir. Beləliklə, x2şirkətinin 2020-ci il 1 dekabr tarixinə yığılmış ümumi borcun məbləği AZN 47.827. 498,60 çatıbdır. Yenədə xahiş edirlər CSVS idarə etdiyi X8 anbar və bizness kompleksində gündəlik mühafizəli saxlancda olan x2şirkətinin avadanlıqlarının kompleksdən təcili çıxardılması məsələsini həll edəsiniz. Bildiyiniz kimi, avadanlığınızın CSVS idarə etdiyi kompleksinin öhdəsində saxlancda qalaraq günə AZN 73.440,85 miqdarında saxlanc borcu yaradır. Sizin nəzərinizə bu barədə dəfələrlə çatdırılmış xahişləri və xəbərdarlıqları bu günə kimi nəticəsiz qalır. Sizin tərəfinizdən bu günə CSVS şirkətinə avadanlığın kompleksdən çıxarmasına dair heç bir qiymət sorğusu daxil olmamışdır, onlar tərəfindən sizin ünvanınıza dəfələrlə göndərilmiş qiymətlər təklifi isə cavabsız qalmışdır. Yenə də xahiş edirlər yaradılmış borcu tezliklə ödəyəsiniz və avadan lığınızın kompleksdən çıxarılması barədə qiymət sorğusu və rəsmi sifariş təqdim edəsiniz.”

15. İddiaçı MMC-nin "xxxx" Şirkətinə ünvanladığı 2021-ci il 1 mart tarixli 65 saylı məktubda qeyd edilmişdir ki: “Bununla əlavədə nəzərinizə şirkətlərin növbəti invoysunu çatdırır. Əlavədəki TTL 02/21 saylı 2021-ci il 1 mart tarixli invoys 2020-ci il 1 dekabr tarixindən 2021-ci il 1 mart tarixlərinə aid x2şirkətinin avadanlığının 90 gün ərzində ad hoc mühafizəli saxlanc müddətini əhatə edir. Yaranmış borc 6.609.676.50 AZN təşkil edir. Beləliklə x2şirkətinin 2020-ci il 1 mart tarixinə yığılmış ümumi borcun məbləği daha 54.437.175,10 manata çatıbdır. Yenə də xahiş edirlər, CSVS idarə etdiyi X8 anbar və biznes kompleksində gündəlik mühafizəli saxlancda olan x2şirkətinin avadanlıqlarının kompleksdən təci li çıxardılması məsələsini həll edəsiniz. Bildiyiniz kimi, avadanlığınızın CSVS idarə etdiyi kompleksinin öhdəsində saxlancda qalaraq günə 73.440,85 manat miqdarında saxlanc borcu yaradır. Sizin nəzərinizə bu barədə dəfələrlə çatdırılmış xahişləri və xəbərdarlıqları bu günə kimi nəticəsiz qalır. Sizin tərəfinizdən bu günə CSVS şirkətinə avadanlığın kompleksdən çıxarmasına dair heç bir qiymət sorğusu daxil olmamışdır, onlar tərəfindən sizin ünvanınıza dəfələrlə göndərilmiş qiymətlər təklifi isə cavabsız qalmışdır. Yenə də xahiş edirlər yaradılmış borcu tezliklə ödəyəsiniz və avadanlığınızın kompleksdən çıxarılması barədə qiymət sorğusu və rəsmi sifariş təqdim edəsiniz.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı MMC cavabdeh "xxxx" Şirkət inə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54.437.175,10 (əlli dörd milyon dörd yüz otuz yeddi min yüz yetmiş beş manat 10 qəpik) manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Həmçinin cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, Müqavilə 2 üzrə x3 şirkətinə saxlanca verilmiş avadanlıqlar qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, qanunsuz sahiblik nəticəsində dəyən zə rər olaraq qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5.395.039ABŞ dollar məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-36/2021 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilərək, TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə x3 şirkətinə saxlanca verilmiş avadanlıqların İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq “x2("xxxx") Şirkətinə verilməsi və qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. b)Apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan əvvəlki icraatlar:

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 a vqust tarixli 2-2(103)-1030/2021 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır.

20. İddiaçının 2021-ci il 27 avqust tarixində həmin qərardaddan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 3 noyabr tarixli qərarı ilə təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 avqust tarixli 2- 2(103)-1030/2021 saylı qərardadı ləğv edilmiş, apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 15 mart tarixli 2-2(103)-183/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 may tarixli e-2-2(113)-36/2021 saylı qətnaməsinin ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)522/2022 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 mart tarixli 22(103)-183/2022 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır c)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 yanvar tarixli, 2-2(103)-80/2023 saylı qətnaməsi ilə ilk iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, sifarişçi "xxxx" Şirkəti ilə icraçı "xxxx" MMC arasında TEPAb-12-20-00 nömrəli 15 noyabr 2012-ci il tarixli tender üsulu ilə udulmuş loqistika müqaviləsi bağlanılmış və müqavilə əsasında x3 şirkəti x2 24 saat mühafizə olunan və nəzarət-buraxılış məntəqəsi sistemi ilə təmin edilmiş gömrük zonasında yerləşən 2000 kv.m açıq anbar sahəsini kvadrat metrini $2.5 qiyməti ilə uzun müddətli icarəyə vermişdir. İş materiallarında olan sənədlər əsasında yalnız "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında müqavilə münasibətlərinin mövcud olduğu sübut olunur. Hazırki İddiaçı MMC ilə "xxxx" Şirkəti arasında isə hər hansı müqavilə mövcud olmayıb və iddiaçı özü də sonuncu ilə hər hansı müqavilənin bağlanmadığını bildirir. Həmçinin, iddiaç ının mövqeyinə əsasən, üçüncü şəxs «x3 ilə bağladığı Təsərrüfat idarəçiliyi barədə müqavilə üzrə cavabdehdən pulu tələb etmək səlahiyyəti ona keçmişdir. İşdə olan «Sifarişçi» «x3 ilə «İcraçı» İddiaçı MMC-i ilə arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş 01 dekabr 2017-ci il tarixli “Təsərrüfat idarəçiliyi barədə” müqavilədən görünür ki, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar.

25. İddiaçı hazırki iddiasında ona istinad edir ki, üçüncü şəxs x3 ilə bağladığı Təsərrüfat idarəçiliyi barədə müqavilə üzrə cavabdehdən pulu tələb etmək səlahiyyəti ona keçmişdir.

26. İşi n materiallarında olan «Sifarişçi» x3 ilə «İcraçı» İddiaçı MMC-i ilə arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş 01 dekabr 2017-ci il tarixli “Təsərrüfat idarəçiliyi barədə” müqavilədən görünür ki, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar.

27. Məhkəmə hesab etmişdir ki, həmin müqavilə sadəcə təsərrüfat idarəçiliyi haqqındadır və Mülki Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş tələbin güzəşti müqaviləsi deyildir.

28. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi kimi “Təsərrüfat idarəçiliyi barədə” müqavilənin tələbin güzəştini nəzərdə tutma sı qəbul edilsə belə, "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X6 Müddəaları”) 6cı maddəsinin (“İcraçının Öhdəlikləri”) 6.18-ci bəndinə əsasən, x3 TOTAL-ın razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməzdi. Eyni bənddə daha sonra qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat x3-ni Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir.

29. Göründüyü kimi İddiaçı MMC-nin "xxxx" LTD MMC-nin tələbetmə hüququnun keçməsi üçün "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin 6.18-ci bəndinə əsasən "xxxx" Ş irkətinin müvafiq razılığı olmalı idi. Lakin, "xxxx" Şirkəti tərəfindən belə bir razılıq verilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsində əvvəlki icraat zamanı qəbul edilmiş qərardakı göstərişlərlə bağlı qeyd etmişdir ki, “x3” şirkətinin icarəsində olan saxlanc yerinin təsərrüfat idarəçiliyini istənilən digər subyektə həvalə etməkdə və hətta həmin sahə üzərində icarə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada satmaqda sərbsətlik hüququ olsa da, bu hüquq digər bir hüquqi şəxsin qanuni müqavilə ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarını da məhdudlaşdırmamalıdır.

31. Bundan əlavə, məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2020-ci il 11 mart tarixli 2-2(102)-31/2020 saylı qərarı mübahisənin fa ktiki halları üzrə araşdırılma aparılaraq qəbul edilmiş yekun qərar olmamaqla, həmin qərarla aşağı instansiya məhkəmələrində edilmiş prosessual hərəkətlər yoxlanılmış və iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır ki, bu da yuxarıda qeyd edilən normaların tələbi baxımından hazırkı iş üzrə predyusal xarakter daşıya bilməz.

32. Digər tərəfdən "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-1220-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin A Əlavəsinin (“Logistika Xidmətlərinin Göstərilməsi X6 Müddəaları”) 2-ci maddəsinin (“Anlayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə və “Müqavilə Müddəti” anlayışına əsasən müqavilə TOTAL-a məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir.

33. Hazırki işin mübahisəsiz halıdır ki, TOTAL-a məxsus avadanlıqlar hələ də "xxxx" LTD MMC-yə icarə müqaviləsi əsasında ayrılmış və hazırda İddiaçı MMC-nin sahibliyində olan saxlanc yerindədir.

34. Beləliklə, TOTAL-a məxsus avadanlıqlar hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün müqavilə TOTAL-a məxsusavadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir.

35. Belə olan halda, tərəflər arasında qanunvericiliyə uyğun müəyyənləşdirilmiş müqavilə şərtlərinə əsasən, TEPAB-12-20-00 saylı müqavilə hələ də qanuni qüvvədə olduğu təqdirdə cavabdeh tərəfindən “Murhpy”ə göndərilmiş 2017-ci il 13 oktyabr tarixli GMDL 469/17 saylı, 2018-ci il 12 oktyabr tarixli GM-DL 515/18 saylı, 2018-ci il 23 oktyabr tarix li GM-DL 567/18 saylı məktubların mətnində ifadə olunmuş hüquqi əhəmiyyət kəsb etməyən mövqe müqavilə müddətinin bitməsi nəticəsinə gəlməyə əsas vermir.

36. Qeyd edilənlərdən də aydın olduğu kimi, cavabdehə məxsus avadanlıqlar üçüncü şəxs "xxxx" MMC ilə bağlanmış və halhazırda da qüvvədə olan müqavilə əsasında sonuncunun saxlanc yerində yerləşdirilmişdir. Hazırki iddiaçı CSVS ilə cavabdeh x2şirkəti arasında isə hər hansı müqavilə bağlanmadığından, iddiaçının cavabdehdən ödəniş kimi pul vəsaiti tələb etməsi əsassızdır, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia tələbinin rədd edilməsi qanuni və əsaslı olmuşdur.

37. Qarşılıqlı iddia tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi gəldiyi göstərmişdir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbini “özgənin qanu nsuz sahibliyindən əmlakın geri tələb edilməsi” hissəsində əsaslı hesab etmiş, düzgün olaraq qeyd etmişdir ki, “... x2ilə CSVS arasında hər hansı saxlanc və ya digər tipli müqavilə mövcud olmadığına, x2öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün CSVS şirkətinə hər hansı səlahiyyət vermədiyi və TOTALın müvafiq avadanlıqlar üzrə mülkiyyəti CSVS tərəfindən şübhə altına alınmadığı və mübahisələndirilmədiyini nəzərə alaraq, həmin əmlaklar üzərində CSVS-in sahibliyinin qanunsuz və vicdansız olduğu mübahisəsizdir. Buna görə də sahiblik qanunsuz həyata keçirildiyi üçün CSVS şirkəti ona məxsus olmayan əmlakı mülkiyyətçiyə, yəni, x2şirkətinə geri qaytarmalı olmasına dair qarşılıqlı iddia tələblərinin dəlilləri əsaslıdır.”

38. Qarşılıqlı iddianın qanuni əsası nı Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd etmişdir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur.

39. Belə ki, "xxxx" Şirkətinə məxsus avadanlıqların hazırda İddiaçı MMC-nin sahibliyində olması işin mübahisəsiz halıdır. Eyni zamanda, həmin sahibliyin qanunsuz olması da işin faktiki halları ilə öz təsdiqini tapır. Belə ki, TOTAL-ın mü vafiq avadanlıqlar üzrə mülkiyyəti iddiaçı şirkət CSVS tərəfindən şübhə altına alınmamış və ya mübahisələndirilməmişdir.

40. Bununla birgə, iddiaçı və cavabdeh arasında hər hansı saxlanc, icarə və ya digər tipli müqavilə mövcud olmamış, "xxxx" Şirkəti öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün İddiaçı MMC-yə hər hansı qanuni razılıq və ya səlahiyyət verməmişdir.

41. Ona görə də məhkəmə hesab etmişdir ki, "xxxx" Şirkəti TEPAB-12- 20- 00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə x3 şirkətinə saxlanca verilmiş avadanlıqların İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq “x2 ("xxxx") Şirkətinə verilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsa sən, birinci instansiya məhkəməsi qanunsuz saxlanılan əmlakın geri qaytarılması tələbinə dair hissədə qarşılıqlı iddia tələbini təmin etməkdə haqlı olmuşdur.

42. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verən məhkəmə bu nəticəyə gəlmişdir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirildiyindən və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə qətnaməsini MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

44. İlk i ddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. MM-in 329.2, 329.3 və 329.4-cü maddələrinin tələbləri pozulmuşdur-2017-ci il 1 dekabr tarixli iddiaçı ilə x3 arasında olan müqavilənin həmin tarixdən mövcud olduğunu təsdiq edən mötəbər sənədlərin iş materiallarinda olmasına, həmçinin məhkəmənin həmin sənədlərə istinad etməsinə, x3-nin hesabından iddiaçıya 2018-ci ilin yanvar ayından başlayaraq aylıq vəsaitlər köçürməsinə aid bank çıxarışlarının məhkəməyə təqdim edilməsinə, mövcudluğu cavabdeh tərəfindən təsdiq və qəbul olunduğuna dair sə nədlərin (2018-ci il tarixinin oktyabr ayında e-mail yazışmalar) məhkəmə materiallarında olmasına, iddiaçı tərəfindən cavabdehə göndərdiyi 2018-ci ilin dekabr ayında saxlanc xidmətlərinə dair invoysun iş materiallarında olmasına baxmayaraq, məhkəmə həmin sənədlərə və faktlara qiymət verməmişdir. Məhkəmə x3 ilə cavabdeh arasında olan TEPAb 12.20.00 Müqaviləsinin hələ də qüvvədə olduğunu və həmin müqavilə üzrə tərəflərin mübahisələrin arbitraj qaydasında həll etmək öhdəliyini icra etməyə borclu olmaqda qalmaqda olduqlarını vurğulasa da, öz fikirlərinə zidd olaraq qarşılıqlı iddianı qismən təmin etmək qərarına gəlmişdir.

46. Müqavilənin bitməsi birmənalı şəkildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də qüvvəyə minmiş 2020-ci il 22 aprel tarixli qərarında tanınmışdır. Beləliklə, X8 anbar və biznes kompleksində bu günə kimi yerləşən cavabdehin avadanlıqları TEPAb 1202-00 anbar sahəsi icarəsi müqaviləsinin davamı kimi, eyni zamanda cavabdehin qarşılıqlı iddiasının əsası kimi göstərilə bilməz və məhkəmə prosesində müzakirə predmeti ola bilməz.

47. MM-in 830.1, 830.2 və 830.3-cü maddələri pozulmuşdur-cavabdehin nümayəndəsi Rüfət Orucov elektron poçt yazışmaları vasitəsi ilə BŞ-nin məsul şəxsi Toğrul Rəhimovu cavabdehin avadanlıqlarının iddiaçıdan köçürülməsi ilə bağlı səlahiyyətli etmişdir. Tərəflər arasında dəfələrlə yazışmalar aparıldıqdan sonra BŞ iddiaçıya sifariş müqaviləsi göndərmiş, müqavilə imzalandıqdan sonra iddiaçı cavabdehin tələb etdiyi 2018-ci il 1 noyabr tarixdən daha əvvəl, 2018-ci il 29 oktyabr tarixdə 21.400 manat ödənişin qarşılığından cavabdehə məxs us avadanlıqların razılaşdırılmış qaydada bir hissəsini cavabdehin tapşırdığı ünvana daşımış və cavabdehin göstərişinə əsasən BŞ-nin nümayəndəsinə təhvil verilməklə müvafiq aktlar tərtib olunmuşdur. Daha sonra, cavabdehə və BŞ-yə dəfələrlə cavabdehə məxsus digər avadanlıqların çıxarılması və bununla bağlı xidmət haqqı və xərclər barədə məlumatlar verilsə də, BŞ cavabdeh tərəfindən göstəriş verilmədən iddiaçı ilə belə məzmunlu müqavilə bağlaya bilməyəcəyini, iddiaçı tərəfindən daha aşağı qiymətlərlə təkliflər verilməli olduğunu bildirmiş, cavabdeh isə iddiaçının həmin müraciətlərinə müsbət cavab verməmiş, iddiaçının ona məxsus avadnlıqları qanunsuz saxladığını və cavabdehin nümayəndələrinin kompleksin ərazisinə buraxılmadıqlarını qeyd etmişdir. Halbuki, cavabdeh onun mallarının qanunsuz sax lanılması barədə hər hansı sübut təqdim etməmiş, onun nümayəndələri kompleksə mühafizə qaydalarına riayət edərək avadanlığa nəzarət etmək və inventarlaşdırma aparmaq məqsədilə dəfələrlə daxil olmuşlar. Həm x3nin, həm də iddiaçının TEPAb 12-20-00 saylı müqaviləsinin müddəti bitən zamandan cavabdehin avadanlığını həmin avadanlığın mühafizəli saxlancı ödənilməyənə kimi sahibliyində saxlamağına görə MM-in 830-cu maddəsinə əsasən tam hüquqi əsasları olmuşdur.

48. MPM-in 155.1-ci maddəsi pozulmuşdur- məhkəmə hesab etmişdir ki, cavabdeh ilə iddiaçı arasında hər hansı saxlanc və ya digər tipli müqavilə mövcud olmadığı, cavabdehin öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün iddiaçıya hər hansı səlahiyyət vermədiyi və cavabdehin müvafiq avadanlıqlar üzrə mül kiyyəti iddiaçı tərəfindən şübhə altına alınmadığı və mübahisələndirilmədiyi nəzərə alınaraq, həmin əmlaklar üzərində iddiaçının sahibliyinin qanunsuz və vicdansız olduğu mübahisəsizdir. Buna görə də, sahiblik qanunsuz həyata keçirildiyi üçün iddiaçı ona məxsus olmayan əmlakı mülkiyyətçiyə, yəni, cavabdehə geri qaytarmalı olmasına dair qarşılıqlı iddia tələblərinin dəlilləri əsaslıdır. Bununla bağlı qeyd olunur ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi üzrə cavabdeh “x2 ("xxxx") Şirkəti" olmuşdur. Bundan başqa, məhkəmə hesab etmişdir ki, cavabdeh Müqavilə 2 üzrə müddətin bitməsini nəzərə alaraq, saxlanma üçün verilmiş avadanlıqların çıxarılmasını tələb etsə də, x3 Müqavilə 2 üzrə qalıq borcuna dair Hesablama Aktı göndərərək avadanlıqların akt imzalandığı və akt üzrə qalıq borc ödənildiy i halda çıxarılmasının mümkün olduğunu bildirmişdir. Beləliklə, avadanlıqların çıxarılmasına icazə verilməməsini nəzərə alaraq və TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X6 Müddəaları”) 2-ci maddəsinin (“Anlayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə istinadən cavabdehə məxsus avadanlıqları hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün məhkəmə hesab etmişdir ki, Müqavilə cavabdehə məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir. Birincisi, filial müstəqil hüquqi şəxs olmadığından, onun iddia irəli sürmək kimi səlahiyyəti yoxdur. İkincisi isə, “x2("xxxx") Şirkəti"nin Azərbaycan Respublikasindaki filialı iş üzrə cavabdeh kimi də göstərilməmişdir. Belə olan halda, Filialın ilkin iddiaçıya qarşı iddia irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə həm qarşılıqlı iddia ərizəsini icraata qəbul edərkən, həm də onu qismən təmin edərkən açıq-aşkar qanun pozuntusuna yol vermişdir.

49. MPM-in 416.1, 416.2, 418.4-cü maddələrinin tələbləri pozulmuşdur- apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin heç bir göstərişini nəzərə almamış, qeyd edilən məsələləri nəinki yoxlamış, ümimiyyətlə münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Cavabdeh ilk iddia tələbi üzrə iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilən kassasiya şikayətindən açıq-aşkar görünür ki, onun böyük hissəsi MPM-in 407.2-ci maddəsini pozmaqla tərtib edilmiş və işin hallarının sübut olunmamasına, bütün faktiki halların aydınlaşdırılmamasına və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına cəfəng istinadlarla doldurulmuşdur. Bununla bərabər isə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusu kimi qələmə verilən cəmi 6 əlaqəsiz və əsassız dəlil göstərilmişdir ki, onların da əsaslandırılması eyni MPM-in 407.2-ci maddəsinin pozulması ilə müşaiyət olunmuşdur. Bir sözlə, ilkin iddiaçı görüntü naminə hansısas maddi və ya prosessual hüquq normasına istinad edərkən belə əslində işin faktiki hallarına və sübutlara istinad etmiş və bununla da MPM-in 407.2-ci maddəsini açıq-aşkar pozmuşdur.

51. İlk iddia tələbi üzrə iddiaçı tərəfindən MM-in 329-cu maddəsinə is tinad edilməsi absurddur, çünki həmin maddənin bu işə heç bir aidiyyəti yoxdur. Cavabdeh heç vaxt ilk iddiaçını tanımadığı, onunla heç vaxt yazılı müqavilə bağlamadığı və heç vaxt yazılı və ya şifahi formada ona hər hansı əmlak təhvil vermədiyindən tərəflər arasında hər hansı yazılı və ya şifahi əqdin mövcudluğu iddia oluna bilməz. Əksinə, ilk iddiaçının səhnədə peyda olduğu ilk gündən cavabdeh onu tanımadığını, onunla hər hansı müqavilə münasibətlərinə malik olmadığını yazılı şəkildə hər zaman bəyan etmişdir. İlk iddiaçı ilə cavabdeh arasında hansısa müqavilənin bağlanmasını təsdiq edən iradə ifadələri, oferta və ya aksept mövcud olmamışdır.

52. Tərəflər arasında olan mübahisə bir neçə ildir davam etməsinə baxmayaraq, ilk iddiaçı ancaq son aylarda MM-in 830-cu maddəsinə istinad etməyə baş lamışdlr. Bu həm ilk iddiaçının onun tərəfindən əvvəllər istinad edilən hüquqi dəlillərin əsassızlığının etirafı, həm də cavabdehə və ölkənin əhəmiyyətli xarici investoruna qarşı vicdansızcasına əsassız iddia qaldırmasının təsbitidir. MM-in 830-cu maddəsi saxlama haqqında müqavilələrə şamil edilir. Halbuki, işin təkzibolunmaz faktiki halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında heç vaxt heç bir müqavilə bağlanmamış, cavabdeh heç vaxt mübahisə predmeti təşkil edən əmlakı iddiaçıya təhvil verməmişdir. Cavabdeh dəfələrlə öz əmlakını sahədən çıxarmağa cəhd göstərsə də, iddiaçı və bu iş üzrə üçüncü şəxs əmlakın çıxarılmasına imkan verməmişlər.

53. Ali Məhkəmə tərəflər arasında saxlanc müqaviləsinin olub-olmamasının yoxlanması barədə göstəriş vermiş, apellyasiya instansiya məhkəməsində ilkin iddiaçı bu müqavilənin mövcudluğunu yenə də sübuta yetirməmiş və məhkəmə öz qətnaməsində bu məsələnin tam hüquqi və faktiki əsaslandırmasını vermişdir.

54. İddiaçı vurğulamışdır ki, Ali Məhkəmənin məhkəmə aidiyyəti məsələsinə dair olan 2020-ci il 11 mart tarixli qərarı preyudisial xarakter daşıyır. MPM-in 82.3-cü maddəsi açıq və aydın şəkildə yalnız “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar”ın “başqa məhkəmə prosesində” mübahisələndirilməməsi və sübuta yetirilməməsini qeyd edir. Burada isə söhbət tərəflər arasında olan eyni proses, mülki iş üzrə qərarlardan gedir, hər hansı “başqa məhkəmə prosesi” yoxdur. Həmçinin, eyni normada “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi”nə istinad edilsə də, Ali Məhkəmənin 2020-ci il 11 mart tarixli qərarı aidiyyət məsələsi üzrə qəbul edilən və işin mahiyyətinə aid olmayan və ola bilməyən prosessual qərarıdır, “məhkəmə qətnaməsi” deyil. Həmin anda hələ tərəflər arasında mübahisəyə hələ mahiyyəti üzrə heç bir məhkəmədə baxılmağa başlanılmamışdı. Belə olan halda, Ali Məhkəmənin eyni iş üzrə prosessual qərarında istinad edilə bilən hər hansı faktiki hallar və sübutların mövcudluğu iddia oluna bilməz. Kassaiya baxışının hədləri

55. MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

56. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin d üzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

57. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:... 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;... 6.1.5. müqavilələr azadlığı;... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənlə şdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə

827. Anbar sahibi Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmay ıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.” “Maddə

830. Anbar sahibinin muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ, habelə girov hüququ 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. 830.2. Anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. 8 30.3. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.”

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında göstərilmişdir: “... Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funks iyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir....”

59. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuni liyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 61. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundam ental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

62. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməs i tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 24-42-ci bəndləri), eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

63. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPMin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

65. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 27 yanvar tarixli 22(103)-80/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: V.T.Həsənov Ə.A.Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar