Məhkəmə qərarları › İş №2-2(102)-283/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-283/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-283/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ləğv prosesində olan ASC-nin cavabdeh1 və cavabdeh2-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi cavabdeh 2-nin vəkilinin iştirakı ilə, İddiaçı ləğv prosesində olan ASC cavabdeh 1 və cavabdeh 2-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 may tarixli 2-2(103)-60/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – “ASC”) 2018-ci il 14 sentyabr tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək cavavbdeh1-dən (bundan sonra – “Zavod”) və cavabdeh2-dən (bundan sonra – “MMC”) 2016-cı il 5 iyul tarixli CBHK-0025/02 nömrəli kredit müqaviləsi (bundan sonra – “CBHK-0025/02 nömrəli müqavilə”) üzrə 300.000 ABŞ dolları əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 11.833 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borc a görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33.334 ABŞ dolları faiz borcunun, ümumilikdə 345.167 ABŞ dolları kredit borcunun, 2016-cı il 27 aprel tarixli CBHK-0025/01 nömrəli müqavilə üzrə 120.000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4.854 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 14.467 manat faiz borcunun, ümumilikdə 139.321 manat kredit borcunun, 2017-ci il 24 fevral tarixli CBHK0025-07 nömrəli kredit müqaviləsi (bundan sonra – “CBHK-0025-07 nömrəli müqavilə”) üzrə 150.000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 12.625 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəs i ilə hesablanmış 15.646 manat faiz borcunun, ümumilikdə 178.271 manat kredit borcunun, 2017-ci il 26 yanvar tarixli CBHK-0025-06 nömrəli kredit müqaviləsi (bundan sonra – “CBHK-0025-06 nömrəli müqavilə”) üzrə 450.000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 45.250 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48.688 manat faiz borcunun, ümumilikdə 543.938 manat kredit borcunun, 2016-cı il 24 aprel tarixli CBHK-0025 nömrəli kredit müqaviləsi (bundan sonra – “CBHK-0025 nömrəli müqavilə”) üzrə 158.000 manat əsas borcun, 6.531 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19.18 0 manat faiz borcunun, ümumilikdə 183.711 manat kredit borcunun, 2016-cı il 31 mart tarixli CBHK-0024 nömrəli kredit müqaviləsi (bundan sonra – “CBHK-0024 nömrəli müqavilə”) üzrə 236.000 manat əsas borcun, müqavilə müddətinin sonuna hesablanmış 6.294 manat faiz borcunun, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29.337 manat faiz borcunun, ümumilikdə 271.631 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 87 manat notariat xərcinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhk mədən xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli e-2-2(113)-42/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Zavoddan və MMC-dən CBHK-0025/02 nömrəli müqavilə üzrə 300.000 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 11.833 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 33.334 ABŞ dolları faiz borcu, ümumilikdə 345.167 ABŞ dolları kredit borcu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, CBHK-0025/01 nömrəli müqavilə üzrə 120.000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 4.854 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesa blanmış 14.467 manat faiz borcu, ümumilikdə 139.321 manat kredit borcu, CBHK-0025-07 nömrəli müqavilə üzrə 150.000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 12.625 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 15.646 manat faiz borcu, ümumilikdə 178.271 manat kredit borcu, CBHK 0025-06 nömrəli müqavilə üzrə 450.000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 45.000 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 48.688 manat faiz borcu, ümumilikdə 543.688 manat kredit borcu, CBHK-0025 nömrəli müqavilə üzrə 158.000 manat əsas borc, 6.531 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 19.180 manat faiz borcu, ümumilikdə 183.711 manat kredit borcu, CBHK-0024 nömrəli müqavilə üzrə 236.000 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6.294 manat faiz borcu, müqavilənin müddəti bitdiyi tarixdən 2019-cu il 26 sentyabr tarixinədək əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 29.337 manat faiz borcu, ümumilikdə 271.631 manat kredit borcunun, kredit müqavilələrinin, zəmanət məktublarının, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 87 manat notariat xərci və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edi lməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 500 manat məbləğində ekspertiza xərclərinin Zavoddan və MMC-dən tutularaq müvafiq hesaba köçürülməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

3. MMC 2020-ci il 9 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin MMC ilə ASC arasında zaminlik müqaviləsi bağlanmadığından ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 17 fevral tarixli 2-2(103)60/2021 saylı qətnaməsi ilə MMC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 11 mart tarixli e-2-2 (113)-256/2020 saylı qətnaməsi qismən – MMC-yə aid hissədə ləğv edilmiş, ASC-nin iddiası MMC-yə qarşı hissədə rədd edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Ba xışova və C.Yusifov).

5. ASC 2021-ci il 5 may tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin iddianın MMC-yə qarşı rədd edilməsinə hissəsində ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 7 may tarixli 2-2(103)60/2021 saylı qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər R.Qurbanov –və C.Yusifov).

7. Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyi aşağıdakı kimi olmuşdur. 8. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli 2-2(103)-60/2021 saylı qətnaməsi 2021-ci il 1 mart tarixində elektron imza ilə təsdiq edilməklə ASC-nin nümayəndəsi Nümayəndə2 məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.

9. ASC-nin səlahiyyətli nümayəndəsinə məhkəmə qətnaməsi 2021-ci il 1 mart tarixində elektron kabinetə yerləşdirilməklə rəsmi təqdim edilmiş, ASC-nin həmin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı 3 may tarixində bitdiyi halda ASC kassasiya şikayətini 5 may tarixində məhkəməyə təqdim etmiş, bundan başqa, kassasiya şikayəti elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda poçt vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir.

10. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət tə min olunmamışsa qaytarılır.

11. Apellyasiya instansiyası məhkəməsi öz qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 10-1.1, 10-1.2, 10-1.3, 10-1.4, 10-1.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. ASC 2021-ci il 16 may tarixində həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

13. ASC-nin səlahiyyətli nümayəndəsinə məhkəmə qətnaməsi 2021-ci il 1 mart tarixində elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ax ımı 2021-ci il 1 may tarixində bitmiş olur. Kassasiya şikayətinin göndərilməsini təsdiq edən poçt qəbzinə nəzər yetirsək isə görərik ki, kassasiya şikayəti 2021-ci il 22 aprel tarixində poçt vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət tərəfimizdən ötürülməmişdir.

14. Kassasiya şikayəti MPM-in 402, 405.0.2, 408.4, 411, 417.1.3-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. MMC-nin vəkili kassasiya şikayətini qəbul etmədiyi, dəlillərin əsassız olduğunu bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. İddia tərəfinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. ASC apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

21. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10- 1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə

405. Kassasiya şikayəti vermə müddəti

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə v ə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” 22. “Poçt haqqında” Azərbaycan aşağıdakılar nəzərdə tutulmuşdur. Respublikası Qanununun müvafiq müddəalarında “Maddə 1.Əsas anlayışlar 1.0. Bu qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakılardır:... 1.0.5. Kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, MMC-nin vəkilinin izahatını dinləyərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ədalətli və əsaslı hesab edir.

24. Məhkəmə kollegiyası kassatorun prosessual müddətin ötürülməməsinə dair dəlili (bax yuxarıda § 13) ilə aşağıdakı səbəblərdən razılaşmır.

25. Əvvəla, mübahisələndirilən qərardaddan və işin materiallarından görünür ki, hazırkı iş üzrə kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin axımı 2021-ci il 3 may tarixində bitdiyi halda kassasiya şikayəti məhkəməyə həmin müddət 2 gün ötürülməklə - 2021-ci il 5 may tarixində daxil olmuşdur.

26. MPM-in 129.3-cü maddəsindən (bax yuxarıda § 21) aydın olur ki, apellyasiya və kassasiya şikayətləri prosessual müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.

27. Kassatorun istinad etdiyi və “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilmiş qəbzdən isə görünür ki, kassasiya şikayəti 2020-ci il 22 aprel tarixində Bakı Apellyasiya Məhkəməsinə çatdırılması üçün, kassatorun bildirdiyi kimi, bilavasitə poçta deyil, kur yerə verilmişdir. 28. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə (bax yuxarıda § 22) görə, kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılmasıdır.

29. Kuryer xidməti müvafiq poçt rabitəsi xidmətləri göstərsə də, MPM-in 129.3-cü maddəsində nəzərdə tutulmuş rabitə orqanı olan poçt müəssisəsi deyildir. Formalaşmış işgüzar təcrübədə kuryer xidməti adətən ənənəvi poçta nisbətən daha sürətli, təhlükəsiz, təminatlı, buna görə də daha bahalı xidmət növü hesab olunur.

30. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Ləğvedici ilə kuryer xidmətinin arasındakı münasibətlər mahiyyət etibarilə xidmət münasibətləridir. Kuryerin kassasiya şikayətini xidmət müqaviləsinin (hazırkı halda sifarişin) şərtlərinə əməl etməyərək ünvan sahibi olan Bakı Apellyasiya Məhkəməsinə prosessual müddəti ötürməklə təqdim etməsi həmin müddətin bərpası üçün üzrlü və ya Ləğvedicidən asılı olmayan səbəb hesab edilə bilməz. Yaxud bu halda ƏSF-ni prosessual müddətin ötürülməməsi üçün ondan asılı olan bütün tədbirləri həyata keçirmiş hesab etmək olmaz.

31. Belə ki, Ləğvedici xidmət müqaviləsinin (sifarişin) tərəfi (sifarişçi), habelə hazırkı işdə maraqlı tərəf kimi, kuryer (icraçı) tərəfindən müqavilə öhdəliklərinin (sifarişin şərtlərinin) lazımi qaydada yerinə yetirilməsinə özü nəzarət etməli idi.

32. Göstərilənlər onu deməyə əsas verir ki, kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş müddət Ləğvedici tərəfindən üzrlü səbəblər olmadan və bütün lazımi tədbirlər görülmədən ötürülmüşdür.

33. Bundan başqa, mübahisələndirilən qə rardadda qeyd olunduğu və işin materiallarından göründüyü kimi, kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə kağız daşıyıcıda təqdim edilmişdir.

34. Halbuki MPM-in 10-1.1-10-1.3 və 10-1.5-ci maddələrinin (bax yuxarıda § 21) tələblərinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi həmin “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq aparılır. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması elektron qaydada, yəni ümumi pro sessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi ilə, həmin sistemdə yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

35. Qətnamədən verilmiş kassasiya şikayətinin elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə kağız daşıyıcıda təqdim edilməsinə dair apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə hazırkı kassasiya şikayətində ümumiyyətlə mübahisələndirilməmiş, beləliklə, kassator həmin nəticə ilə razılaşmışdır.

36. Yuxarıda qeyd edilənlərdən o nəticə hasil olur ki, hazırkı iş üzrə kassasiya şikayəti hətta prosessual müddət ötürülmədən verilsə idi belə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (elektron qaydada) təqdim olunmadığından geri qaytarılmalı idi.

37. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə Ləğvedicinin kassasiya şikayətini geri qaytararkən hər hansı prosessual pozuntuya yol verməmişdir.

38. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO ASC-nin ləğvedicisinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 may tarixli 22(103)-60/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar