Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-284/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ləğv prosesində olan “X1” ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 yanvar tarixli, 2-2(107)-1/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “X1” ASC (bundan sonra mətndə-“ASC”) cavabde h "xxxx" MMC-yə (bundan sonra mətndə -“MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 23 sentyabr tarixində MMC-nin 121 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 978.838,59 manat əsas borc, 184.053,02 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 20.970,52 manat əsas borc, 13.285,03 manat faiz borcu, 1.960,21 manat cərimə, 704,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 7.300.000 manat əsas borc, 1.009.022,04 manat faiz borcu olmaqla, cəmi 9.508.834,25 manat kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, e-2-2(117)-2/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən 121 nömrəli kredit m üqaviləsi üzrə 961.614,81 manat əsas borc, 1.516,58 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə 19.085,26 manat əsas borc, 4.302,43 manat faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ekspertizanın dəyəri olan 150 manat pulun 75 manatının ASC-dən və 75 manatının MMC-dən tutularaq MEM-in hesabına ödənilməsi qət edilmişdir (hakim R.Məcidov). Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcu hissəsində dəyişdirilərək iddia tələbinin bu hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xa hiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(107)-2/2022 saylı qətnaməsi ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcunun MMC–dən alınaraq LPO ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi LPO ASC-nin MMC-yə qarşı 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcunun MMC-dən alınaraq LPO ASC-nin xeyrinə tutulması hissəsində təmin olunmamışdır ( sədrlik edən hakim A.Mahmudov, hakimlər Ə.Məcidov, M.Əsədli). İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, qət namənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli, 2-2(102)-348/2022 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(107)-2/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (məruzəçi hakim İ.Dadaşov, hakimlər B.Məmmədli və B.Qəribov). Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 yanvar tarixli, 2-2(107)-1/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2-2(117)-2/2021 saylı qətnaməsinin mübahisələndirilən 11 yanvar 2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Hüseynov, hakimlər A.Eyvazov və İ.Şükürov). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 6 fevral tarixində tərəflərin elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən 2023-cü il 5 aprel tarixində verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllənin (bundan sonra mətndə MPM) 2021-c i il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, eləcə də MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə i fadə edən izah verilməlidir. Hazırki halda cavabdeh kassasiya şikayətini formal olaraq (cədvəl forması və s.) MPM-nə 3 saylı Əlavədə müəyyən edilən qaydada tərtib etsə də, məzmun baxımdan həmin Əlavədə nəzərdə tutulan tələblərə əməl etməmişdir. Şikayətin «maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər» hissəsində yalnız müvafiq maddələr sadalanmaqla, mətnləri qeyd olunmuş, həmin normaların mübahisəyə aidiyyəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilən pozuntunun nədən ibarət olmasına dair dəlillər qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki, MPM-nin 407.1.4-cü maddəsinin tələbinə əsasən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin səl ahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır (MPM-nin 416.1-ci maddəsi). MPM-in 408.1, 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408 -ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 yanvar tarixli, 2-2(107)-1/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.R.Vəliyeva A.Q.Hüseynov
Məhkəmə qərarları › İş №2-2(102)-284/2023
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-284/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver