Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-284/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 oktyabr tarixli 2-2(103)-1019/2024 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC (bundan sonra – “Bank”) və Cavabdeh5 (bundan sonra – “Cavabdeh5”) arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh5 Bankdan 60 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60.000 manat məbləğində kredit götürmüş, kredit öhdəliyinin təminatı olaraq: - Bankla Cavabdeh5 arasında bağlanmış 2015- ci il 29 iyun tarixli 100.CL.250615.00001/c nömrəli ipoteka müqaviləsi, - Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”) arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/d nömrəli ipoteka müqaviləsi, - Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”) arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/e nömrəli ipoteka müqaviləsi, - Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/a nömrəli zaminlik müqaviləsi göstərilmişdir.
2. Kredit müqaviləsini kreditor və borcalanla yanaşı, ipoteka qoyanlar Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 imzalamışlar.
3. Bank ilə Cavabdeh1 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.290615.00001/a nömrəli zaminlik müqaviləsinə görə, Bankla Cavabdeh5 arasında bağlanmış 2015-ci il 29 i yun tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
4. Bank və Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”) arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh4 Bankdan 60 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60.000 manat məbləğində kredit götürmüş, kredit öhdəliyinin təminatı olaraq: - Bankla Cavabdeh5 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/c nömrəli ipoteka müqaviləsi, - Cavabdeh3 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/d nömrəli ipoteka müqaviləsi, - Cavabdeh2 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/e nömrəli ipoteka müqaviləsi, - Cavabdeh1 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/f nömrəli zaminlik müqaviləsi göstərilmişdir.
5. Sözügedən kredit müqaviləsini kreditor və borcalanla yanaşı, ipoteka qoyanlar Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 imzalamışlar.
6. Bankla Cavabdeh1 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.250615.00001/f nömrəli zaminlik müqaviləsinə görə, Bankla Cavabdeh4 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
7. Bank, Cavabdeh5 və borc alan Cavabdeh4 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/c nömrə li ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Əlavəyə görə, Bank və Cavabdeh5 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, Bankla Cavabdeh4 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh5 tərəfindən onun mülkiyyətində olan Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,5054 ha, 0,640093 ha, 0,8403 ha, 1,129 ha, 1,2418 ha, 1,2635 ha, 1,263499 ha və 1,516299 ha torpaq sahələri Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
8. Bank, Cavabdeh3 və borc alan Cavabdeh4 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/d nömrəli ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Əlavəyə görə, Bankla Cavabdeh5 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, Bankla Cavabdeh4 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh3 tərəfindən onun mülkiyyətində olan ünvan 1 131 nömrəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
9. Bank, Cavabdeh2 və borc alan Cavabdeh4 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/e nömrəli ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 nömrəli Əlavəyə görə, Bankla Cavabdeh5 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, Bankla Cavabdeh4 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,757582 ha, 1,120051 ha və 1,2635 ha torpaq sahələri Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. Aşağıdakı daşınmaz əmlakların Bank ilə Cavabdeh5 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5, Bank ilə Cavabdeh4 arasında bağlanmış 2015-ci il 29 iyun tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqavilələri üzrə Cavabdeh4 kredit öhdəliklərinin icrasını təmin etmək üçün Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır: - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,5054 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,640093 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,8403 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,129 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2418 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,263499 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,516299 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,757582 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,120051 ha torpaq sahəsi; - Quba rayonunun 2-ci Nügədi kəndində yerləşə n 1,2635 ha torpaq sahəsi; - ünvan 1 131 nömrəli fərdi yaşayış evi.
11. Cavabdeh3 həyat yoldaşı Cavabdeh6 (bundan sonra – “Cavabdeh6”) Banka ünvanladığı ərizəsində göstərmişdir ki, ünvan 1 131 nömrəli fərdi yaşayış evinin Bank qarşısında ipoteka ilə yüklü edilməsinə razılığını bildirir, əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi və qeydiyyatdan çıxacağı barədə öhdəlik götürür.
12. Bank tərəfindən ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmiş, həmin bildirişlərin qeydə alınması haqqında ərizələr Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində 5 nömrəli Quba Ərazi İdarəsində qeydə alınmışdır.
13. Bank ipote ka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində 5 nömrəli Quba Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 180 manat məbləğində dövlət rüsumu və 360 manat məbləğində xidmət haqqı ödəmişdir.
14. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) tərəfindən kredit borclularına və ipoteka qoyanlara bildirişlər ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin 3 gün ərzində icra olunmasını xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
15. ƏSF tərəfindən tərtib edilmiş 2023-cü il 10 may tarixli **********021 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh5 2015-ci il 29 iyun tarixli 100.LN.2004.290615.0000 1 nömrəli kredit müqaviləsi üzrə 2023-cü il 4 may tarixinə banka 56.043,17 manat əsas, 6.894,99 manat faiz, 73.206,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən hesablanmış 7.974,50 manat faiz borcu vardır.
16. ƏSF tərəfindən tərtib edilmiş 2023-cü il 18 may tarixli **********109 nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh4 2015-ci il 29 iyun tarixli 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 2023-cü il 4 may tarixinə banka 51.777,10 manat əsas, 4.322,94 manat faiz, 66.472,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən hesablanmış 7.441,65 manat faiz borcu vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
17. Bank (bundan sonra – “iddiaçı”) 2023-cü il 21 iyun tarixində Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 (bundan sonra – “Cavabdeh7”), Cavabdeh2 və Cavabdeh1 (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 51.777,10 manat əsas, 4.322,94 manat faiz, 66.472,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən hesablanmış 7.441,65 manat faiz borcunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada, - 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə 56.043,17 manat əsas, 6.894,99 manat faiz, 73.206,76 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən hesablanmış 7.974,50 manat faiz borcunun cavabdehlər Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması, - ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 manat rüsumun və ödənilmiş 164,13 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1) MH seriyalı ******* nömrəli 2008-ci il 11 iy ul tarixli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,5054 ha torpaq sahəsinə; 2) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,640093 ha torpaq sahəsinə; 3) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,8403 ha torpaq sahəsinə; 4) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,129 ha torpaq sahəsinə; 5) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2418 ha torpaq sahəsinə; 6) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinə; 7) MH seriyalı ******* çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,263499 ha torpaq sahəsinə; 8) MH seriyalı *** **** çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,516299 ha torpaq sahəsinə; - tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2008-ci il 11 iyul tarixli 1) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,757582 ha torpaq sahəsinə, 2) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,120051 ha torpaq sahəsinə; 3) MH seriyalı ******* nömrəli çıxarışına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinə, - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2006-cı il 14 iyul tarixli MH seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 1 31 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, - əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borclarına yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 tutulması, - ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci il 29 iyun tarixli 100.LN.2004.250615.00001 və 100.LN.2004.290615.00001 nömrəli kredit müqavilələrinə əsasən, Cavabdeh4 və Cavabdeh5 60 ay müddətinə, illik 6% olmaqla hər birinə 60.000 manat kredit verilmişdir. Həmin gün Bank ilə Cavabdeh1 arasında bağlanmış 100.CL.290615.00001/a və 100.CL.250615.00001/f nömrəli zaminlik müqavilələrinə əsasən, o, borcalanlarla birgə borca görə məsuliyyət daşıyır. 2015-ci il 29 iyun tarixli 100.CL.250615.00001/c, 100.CL.250615.00001/d və 100.CL.250615.00001/e nömrəli ipoteka müqavilələrinə əsasən, verilmiş kreditlərin təminatı kimi daşınmaz əmlaklar ipotekaya qoyulmuşdur: Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən ümumilikdə 8 torpaq sahəsi; Cavabdeh2 məxsus 3 torpaq sahəsi; Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində fərdi yaşayış evi. Kredit müqavilələrinin 2-ci bəndinə əsasən, borcalanlar kredit və faizləri vaxtında ödəmək öhdəliyini üzərlərinə götürsələr də, bu öhdəl ik yerinə yetirilməmişdir. 2023-cü il 10 və 15 may tarixli bildiriş məktublarına və dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq, cavabdehlər borcu ödəməmişdir. Bank öhdəliklərini yerinə yetirsə də, cavabdehlər borclarını qaytarmamışdır.
19. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 4 dekabr tarixli 9/7815 nömrəli rəyində göstərilmişdir ki, Cavabdeh5 tərəfindən Bankdan alınmış kredit vəsaiti üzrə ödənilməli olan borc məbləği aşağıdakı kimi müəyyən edilir: 2020-ci il 29 iyun tarixinə (müqavilə qüvvədə olduğu tarixədək) əsas borc üzrə 56.043,17 manat, faiz borcu üzrə 7.643,26 manat. 2020-ci il 29 iyun tarixindən sonrakı dövrdə illik faiz dərəcəsi 5%-lə hesablanmaqla Cavabdeh5 Banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 2023-cü il 4 may tarixinə (maliyyə arayışında tələb olunan tarixinədək) əsas borc üzrə 56.043,17 manat, faiz borcu üzrə 15.621,63 manat. 2023-cü il 21 iyun tarixinə (məhkəməyə müraciət olunan tarixədək) əsas borc üzrə 56.043,17 manat, faiz borcu üzrə 15.987,47 manat. İkinci sual üzrə: 2020-ci il 29 iyun tarixinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə 51.777,09 manat, faiz borcu üzrə 4.318,71 manat. 2020-ci il 29 iyun tarixindən sonrakı dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla Cavabdeh5 Banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 2023-cü il 4 may tarixinə (maliyyə arayışında tələb olunan tarixədək) əsas borc üzrə 51.777,09 manat, faiz borcu üzrə 11.732,90 manat. 2023-cü il 21 iyun tarixinə (məhkəməyə müraciət olunan tarixədək) əsas borc üzrə 51.777,09 manat, faiz borcu üzrə 12.027,74 manat.
20. Məhkəmə tərəfindən ipoteka predmetlərinin qiymətləndirilməsi üçün müraciət olunmuş və "xxxx" MMC-nin verdiyi 2024-cü il 1 may tarixli rəydə göstərilmişdir ki, Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,5054 ha torpaq sahəsinin likvid dəyəri 18.800 manat, bazar dəyəri 22.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,640093 ha torpaq sahəsinin likvid dəyəri 28.000 manat, bazar dəyəri 26.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,8403 ha torpaq sahəsinin likvid dəyəri 37.000 manat, bazar dəyəri 32.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.129 ha torpaq sahəsinin likvid dəyəri 50.000 manat, bazar dəyəri 44.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2418 ha torpaq sahəsinin likvi d dəyəri 54.500 manat, bazar dəyəri 49.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin likvid dəyəri 56.000 manat, bazar dəyəri 49.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,263499 ha torpaq sahəsinin likvid dəyəri 56.000 manat, bazar dəyəri 49.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1.516299 ha torpaq sahəsinin likvid dəyəri 67.000 manat, bazar dəyəri 61.000 manat; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,757582 ha torpaq sahəsinin likvid dəyəri 34.000 manat, bazar dəyəri 29.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,120051 ha torpaq sahəsinin likvid dəyəri 50.000 manat, bazar dəyəri 45.000 manat; Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin likvid dəyəri 56.000 manat, bazar dəyəri 49.000 manat; Cavabdeh3 məxsus ünvan 1 131 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 159.000 manat, bazar dəyəri 177.000 manat təşkil edir.
21. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 13 iyun tarixli e-2-2(113)-139/2024 nömrəli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, - Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 51.777,09 manat əsas borc, 4.322,94 manat faiz borcu, 2.500 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7.441,65 manat faiz məbləği olmaqla, cəmi 66.041,68 manatın iddiaçının xeyrinə tutulması, - Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə 56.043,17 manat əsas borc, 6.894,99 manat faiz borcu, 2.800 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7.974,50 manat faiz məbləği olmaqla, cəmi 73.712,66 manatın iddiaçının xeyrinə tutulması, - Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 360 manat rüsum, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 288 manat olmaqla, ümumilikdə 648 manatın iddiaçının xeyrinə tutulması, - tutmanın Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,5054 ha, 0,640093 ha, 0,8403 ha, 1,129 ha, 1,2418 ha, 1,2635 ha, 1,263499 ha və 1,516299 ha torpaq sahələrinə; Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,757582 ha, 1,120051 ha və 1,2635 ha torpaq sahəsinə; - Cavabdeh3 məxsus ünvan 1 13 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, - satışdan artıq məbləğ qalarsa, qalan məbləğin müvafiq olaraq Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, - ipoteka predmetləri olan, Cavabdeh5 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,5054 ha torpaq sahəsinin ilkin satış qiymətinin 18.800 manat; 0,640093 ha torpaq sahəsinin ilkin satış qiymətinin 26.000 manat; 0,8403 ha torpaq sahəsinin ilkin satış qiymətinin 32.000 manat; 1,129 ha torpaq sahəsinin ilkin satış qiymətinin 44.000 manat; 1,2418 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49.000 manat; 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49.000 manat; 1,263499 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49.0 00 manat; 1,516299 ha torpaq sahəsinin ilkin satış qiymətinin 61.000 manat; - Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,757582 ha torpaq sahəsinin ilkin satış qiymətinin 29.000 manat; 1,120051 ha torpaq sahəsinin ilkin satış qiymətinin 45.000 manat; 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin 49.000 manat; - Cavabdeh3 məxsus ünvan 1 131 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 159.000 manat müəyyən edilməsi, - ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 həmin əmlakdan çıxarılmaları, - iddia tələbinin qalan hissədə təmin edilməməsi, - iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 51 manat hissəsinin Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 49 manat hiss əsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, qiymətləndirmə tədqiqatının dəyəri olan 700 manatın 357 manatının Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, 343 manat hissəsinin ƏSF-dan tutularaq "Legal Prime” MMC-nin hesabına köçürülməsi qət olunmuşdur (hakim – Z.Axundova).
22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalanlar və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu və faiz borcunun tutulması hissəsində təmin edilməl i, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 51.777,09 manat əsas borc, 4.322,94 manat faiz borcu; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 56.043,17 manat əsas borc, 6.894,99 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, banka olan əsas borc və müqavilə müddətinin sonuna olan faiz borcunun həmin məbləğdə olması ekspert rəyi ilə öz təsdiqini tapır.
23. Cərimə borcuna dair tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, tutulacaq cərimə məbləği azaldılaraq, 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutulacaq cərimə məbləği 2.500 manat; 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulacaq cərimə məbləği 2.800 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
24. İddia tələbinin digər hissəsini 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən hesablanmış 7.441,65 manat faiz borcunun Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada; 100.LN.2004.290 615.00001 nömrəli kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 7.974,50 manat faiz borcunun Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutulması təşkil edir. Məhkəmənin qənaətinə əsasən iddia həmin hissədə də təmin olunmalıdır. Belə ki, tələbdəki məbləğlər ekspert rəyi ilə təsdiqini tapır.
25. Məhkəmə iddiaçının tutmanın ipoteka predmetlərinə yönəldilməsinə, həmin əmlaklar açıq hərracda satılmasına, əmlakların satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə, satışdan artıq qalan məbləğin müvafiq olaraq Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qaytarılmasına, habelə ipoteka predmetlərinin boşaldılmasına dair iddia tələblərini də əsaslı hesab etmiş, ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyini əsas götürmüşdür.
26. Birin ci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 462.1, 467, 470, 472, 739-cu; “İpoteka haqqında” Qanunun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3, 41.1, 59.3.1. 59.3.2-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 oktyabr tarixli 2-2(103)-1019/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – T.Mahmudova və L.Əliyeva).
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorların hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
30. Kollegiya qeyd etmişdir ki, Cavabdeh1 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclular ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilələr bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclularla yanaşı, ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
31. Həmçinin, əsas və faiz borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların irəli sürdükləri dəlillərə münasibətdə kollegiya qeyd etmişdir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) müqavilə müddətinin sonuna olan məbləğləri dəqiqləşdirilmişdir.
32. Bundan başqa, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM -nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
33. Qətnamənin mübahisələndirilən digər hissəsi Cavabdeh1 100.LN.2004.250615.00001 nömrəli kredit müqaviləsi üzrə 2.500 manat cərimə borcunun, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə 2.800 manat cərimə borcunun iddiaçının xeyrinə tutulması ilə bağlı hissəsi üzrə kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı işin hallarına görə, birinci instansiya məhkəməsi cərimə məbləğlərini ağlabatan və ədalətli həddədək azaltmışdır. Nəzərə alınmalıdır ki, qanunvericilik, yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzə rdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
34. Kollegiya apellyatorların şikayətinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsassız hesab etmişdir. Belə ki, müvafiq qiymətlər birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur və apellyatorlar əmlakların dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyləri təqdim etməmişlər. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə almışdır ki, 2015-ci ildə bağlanmış ipoteka müqavilələrində müəyyənləşdirilən qiymətlərlə müqayisədə, qiymətləndiricinin müəyyənləşdirdiyi qiymətlər real qiymətə uyğun olmayan hesab edilə bilməz.
35. Kollegiya, Cavabdeh1 100.LN.2004.250615.00001 nömrəli kredit müqa viləsi üzrə müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7.441,65 manat faiz məbləğinin, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100.LN.2004.290615.00001 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 7.974,50 manat faiz məbləğinin iddiaçının xeyrinə tutulması barədə gəlinən nəticə ilə də razılaşmışdır.
36. Məhkəmə iclaslarında iştiraklarının təmin edilmədiyinə dair apellyatorların apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından onların məhkəmə prosesləri barədə lazımi qaydada məlumatlandırıldıqları aydın olur; məlumatlı olduqları məhkəmə iclasına getməmələrinin məsuliyyətini isə onlar özləri daşıyırlar və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
37. Apellyasi ya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 317, 319.1, 319.6, 385.1, 386.1, 390.5, 404, 425, 442, 448.1, 467, 472, 477.0, 500.1, 739.1-ci; “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 39.3.3, 48.1-ci; MPM-in 14.2, 77.1, 80, 81, 88, 97.1, 103.1, 217.3, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
38. Cavabdeh5 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iş üzrə icraata xitam verilərək geri qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)2906/2021, 2-2(102)- 239/2021, 2-2(102)-402/2022 və 2(102)-546/2023 nömrəli işlər üzrə qərarları) - Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinə uyğun formala şmış hüquqi mövqeyi xatırladaraq qeyd edir ki, hesabdan çıxarış iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğundan, həmçinin nə hesabdan çıxarışda, nə də kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi kredit müqaviləsinə istinad edilmədiyindən, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderləri həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Lakin apellyasiya instansiya məhkəməsi bunlara qiymət verməmiş, kassatorda olan kassa mədaxil orderləri ilə birlikdə araşdırma aparmaq əvəzinə onun iştirakı olmadan tələm tələsik qətnamə qəbul etmişdir. Qəbzlərdən də məbləğlərin hansı müqavilələr üzrə ödənildiyi müəyyən olunmur. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir.
40. Azərbaycan Respublikası Konstitusiyasının 60, 71 və 127-ci maddəsinin İV hissəsi üzrə - Məhkəmə iclasında kassatorun iştirakı təmin olunmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən hər bir müqaviləyə görə ödənilmiş dövlət rüsumunun və mediasiya üçün ödənilmiş xərclərin məbləği də ayrı-ayrılıqda iddia ərizəsində qeyd edilməmişdir. İddianın məzmunundan görünür ki, hər bir müqavilə üzrə fərqli məbləğlər tələb olunur. Lakin dövlət rüsumu və mediasiya xərcləri buna nisbətdə fərqləndirilməmişdir. İddia ərizəsi tərtib edilərkən MPM-in tələbləri nəzərə alınmamış və iddia ərizəsi ona uyğun tərtib edilməmişdir. Hazırkı iddia ərizəsində qeyd edilmiş cavabdehlərin hansı müqavilə üzrə cavabdeh olması, hansı cavabdehə qarşı hansı tələbin yönəldilmə si məlum deyil. Bundan əlavə, cavabdehlərdən yalnız bir nəfərdə elektron kabinet vardır, iddiaçı yalnız həmin şəxsə iddia ərizəsinin surətini elektron kabinet vasitəsi ilə göndərmişdir. Elektron kabineti olmayan digər cavabdehlərə isə iddia ərizəsinin surəti göndərilməmişdir. 41. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd (MPM-nin 150.1.7-ci maddəsi) məhkəməyə təqdim olunmalıdır. Lakin iddiaçı məhkəməyə 2023-cü il 24 may tarixində, mediasiyaya isə 2023-cü il 8 iyun tarixdə müraciət etməklə Qanunun tələblərinə əməl etməmişdir. Yəni iddiaçı əvvəl məhkəməyə müraciət etmiş və iddia ərizəsi məhkəmədə olduğu halda mediasiyay a müraciət etmişdir. İlkin mediasiya sessiyası barədə bildiriş cavabdehlərə 2023-cü il 9 iyun tarixində göndərilmiş (mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilməməsi ilə bağlı müddəti gözləmədən), 2023-cü il 16 iyun tarixində isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Halbuki, qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Cavabdehlərə bildiriş poçt vasitəsi ilə göndərilmişdir. Ona görə də cavabdehlərin bəzisi həmin bildirişi mediasiyanın keçirilməsinə 2 gün qalmış alsa da, bəziləri isə ümumiyyətlə almamışdır.
42. Bundan əlavə, iddia ərizəsi təmin olunacağı təqdirdə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə b ağlı da çətinlik yaranacaqdır. Çünki iki kredit müqaviləsi üzrə fərqli borclu şəxslər barəsində bir iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Belə olduqda məhkəmə tərəfindən bir qətnamə qəbul ediləcək və bir icra vərəqəsi tərtib olunacaqdır. Yenə də, cavabdehlər üçün əlavə çətinliklər yaranacaqdır. İddiaçı cavabdehləri kredit müqaviləsi üzrə ayırmadığı üçün və hansı müqavilə üzrə cavabdeh olduqlarını bilmədikləri üçün cavabdeh şəxslər də birlikdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göründüyü kimi, iddia ərizəsi MPM-nin bir çox tələblərinin pozulması ilə verilmişdir və həmin pozuntuları işin gedişində aradan qaldırmaq mümkün olmamışdır. Bu barədə birinci instansiya məhkəməsinə vəsatət təqdim edilmiş, lakin həmin vəsatət əsassız olaraq təmin edilməmişdir. Hal-hazırda bu, cavabdehlərə apellyasiya və kassasiya şikayətləri verərkən dövlət rüsumlarının ödənilməsində də problemlər yaradır. Həmin kredit müqavilələrinin bir iddiada verilməsi işə müxtəlif instansiyalarda baxılarkən cavabdehlərin hüquqlarının pozulması ilə nəticələnir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı digər tərəflər etiraz təqdim etməmişlər. Kassasiya baxışının hədləri
44. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-e tməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya icraatı zamanı hazırkı iş üzrə digər cavabdehlər X1, Cavabdeh2, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda daxil olmuş ərizələr kassasiya şikayəti olmadığından hazırkı kassasiya baxışının predmetini təşkil etmir, bu səbəbdən də həmin ərizələrdə göstərilmiş dəlillər üzrə hüquqi qiymətləndirilmə aparılmır. Tətbiq edilən hüquq
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklə rin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı... 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini ist isna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin ha llarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də d axil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.4. Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.” “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavab deh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə
500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əg ər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır....” “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” 48. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüqu qunun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;...” “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;...” “Maddə
48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda....”
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallar la əlaqədardır.” “Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 13 5.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilmə si icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 231.3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı old uğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədə n getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 231.3-1. Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. 231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir.” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin bax ılmasını təxirə sala bilər....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası Cavabdeh5 kassasiya şikay ətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
51. Məhkəmə iclasında Cavabdeh5 iştirakının təmin olunmasına dair dəlillə əlaqədar qeyd olunur ki, həmin dəlil iş materialları ilə təkzib olunmaqdadır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 29 oktyabr tarixinə təyin olunmuş iclasının vaxtı və yeri barədə 20 sentyabr tarixli qərardadı 23 sentyabr tarixində Cavabdeh5 özünün və onun vəkilinin “Elektron Məhkəmə” informasiya sistemindəki elektron kabinetlərinə yerləşdirilmiş (təsdiq edilmiş elektron ünvanları əks olunmaqla), həmçinin bu barədə SMS bildiriş həmin vəkilin mobil telefon nömrəsinə də çatdırılmış (İİİ cild, i/v 6, 11, 18), bununla da apellyasiya instansiyası məhkəməsi MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə (bax § 49) uyğun olaraq öz üzərinə d üşən vəzifəni yerinə yetirmişdir. Lakin Cavabdeh5 və onun vəkili hər hansı səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. MPM-in 376.2-ci maddəsinin (bax § 49) məzmunundan aydın olur ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər üzrlü səbəblər olmadan iclasa gəlmədikləri halda, qanun apellyasiya instansiyası məhkəməsinin üzərinə işə baxılmasını təxirə salmaq vəzifəsi qoymamışdır. Digər tərəfdən, öz mövqeyini birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində izah edən Cavabdeh5 apellyasiya instansiyası məhkəməsinə hər hansı əlavə sübut da təqdim etməmişdir.
52. Həmçinin hazırkı kassasiya baxışının predmetini yalnız Cavabdeh5 kassasiya şikayətinə baxılması təşkil etdiyindən məhkəmə kollegiyası elektron kabineti olmayan digər cavabdehlərə iddia ərizəsinin surətinin göndərilməməsinə dair dəlillərlə əlaqədar hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
53. İddiaçı tərəfindən hər bir müqaviləyə görə ödənilmiş dövlət rüsumunun və mediasiya xərclərinin məbləğinin ayrı-ayrılıqda iddia ərizəsində qeyd edilməməsinə dair dəlillərlə əlaqədar bildirilir ki, qanunvericilikdə bununla bağlı hər hansı imperativ şərt müəyyən edilməmişdir.
54. İddia ərizəsinin MPM-in tələblərinə uyğun tərtib edilməməsinə, iddia ərizəsində qeyd edilmiş cavabdehlərin hansı müqavilə üzrə cavabdeh olmasının, hansı cavabdehə qarşı hansı tələbin yönəldilməsinin məlum olmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, Cavabdeh5 mübahisə predmeti olan i ki kredit müqaviləsindən biri üzrə borcalan və ipotekaqoyan, digəri üzrə isə ipotekan qoyan olmuşdur. O da qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq, tərəflər bütün ipoteka predmetlərinin hər iki kredit müqaviləsi üzrə yüklü edilməsini öz aralarında razılaşdırmışlar. Odur ki, iddiaçının Cavabdeh5 hər iki müqavilə üzrə müvafiq hissələrdə cavabdeh müəyyən etməsi tam qanunauyğun olmuşdur və apellyasiya instansiyası məhkəməsi də bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir. Həmçinin hazırkı kassasiya baxışının predmetini yalnız Cavabdeh5 kassasiya şikayətinə baxılması təşkil etdiyindən məhkəmə kollegiyası digər cavabdehlərə münasibətdə sözügedən dəlillərlə əlaqədar hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.
55. Eyni səbəbdən məhkəmə kollegiyası iddia əriz əsi təmin olunacağı təqdirdə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı da çətinlik yaranacağına dair dəlillərlə də razılaşmır, bununla belə, onu da qeyd etməyi zəruri hesab edir ki, hətta hər hansı çətinliyin yaranacağı fərz edilsə belə, müvafiq qaydada qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi də mümkündür (MPM-in 231-ci maddəsi – bax § 49).
56. Hesabdan çıxarışın iddiaçının özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olduğuna, hesabdan çıxarışda və kassa mədaxil orderlərində iddiaçının istinad etdiyi kredit müqaviləsinə istinad edilmədiyinə, iddiaçının təqdim etdiyi hesabdan çıxarış və kassa mədaxil orderlərinin həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməməsinə, məhkəmənin kassatorda olan kassa mədaxil orderləri ilə birlikdə araşdırma aparmadığ ına, qəbzlərdən də məbləğlərin hansı müqavilələr üzrə ödənildiyinin müəyyən edilmədiyinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, işin faktiki hallarına aid olan sözügedən dəlillər aşağı məhkəmə instansiyalarına təqdim edilmədiyindən, müzakirə və qiymətləndirmə predmeti olmadığından məhkəmə kollegiyası onlara hazırkı kassasiya icraatında istinad olunmasını MPM-in 407.2-ci maddəsinin tələbləri (bax § 49) baxımından yolverilməz hesab edir, həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunanlara əsasən bir daha xatırlatmağı zəruri sayır ki, əsas və faiz borcunun məbləğlərinin düzgün müəyyənləşdirilmədiyini bildirən cavabdehlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, bir inci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) müqavilə müddətinin sonuna olan məbləğləri dəqiqləşdirilmişdir.
57. İddiaçı tərəfindən mediasiya şərtinə əməl olunmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, mediasiya institutunun əsas məqsədi tərəflərin mübahisəni məhkəməyə qədər həll etməyə səy göstərməsinə imkan yaradılması, bununla da əlavə xərclərin, vaxt itkisinin, iş yükünün yaranmasının qarşısının alınmasıdır. Hazırkı halda isə mübahisəyə artıq məhkəmədə baxıldığından və prosesdən məlumatlı olan cavabdeh iddiaya dair etirazlarını məhkəməyə bildirdiyindən mediasiya öz əhəmiyyətini faktiki olaraq itirmişdir. Məhkəmə kollegiyası MPM-in 418.3-cü maddəsinin (bax § 49) tələblərinə istinadən hesab edir ki, sözügedən dəlillər hazırkı işin mahiyyəti üzrə düzgün nəticəyə gələn apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. O da qeyd olunmalıdır ki, mahiyyəti üzrə düzgün olan məhkəmə qətnamələrinin formal əsaslarla ləğv edilməsinə yol verilməməsi üçün qanunla nə apellyasiya instansiyası məhkəmələrinə, nə də kassasiya instansiyası məhkəməsinə mediasiya şərtinə əməl olunmaması ilə əlaqədar iş üzrə icraatın dayandırılmaması səbəbindən aşağı məhkəmənin qətnaməsinin ləğvi səlahiyyəti verilmişdir.
58. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol vermə miş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 49) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 49) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 oktyabr tarixli 2-2(103)-1019/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh5 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 29 oktyabr tarixli 2-2(103)-1019/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and