Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-285/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “xxxx” firması xxxxna qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), 17.07.2019 Dadaşov İlqar Ağababaş oğlu, Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə, onun vəkili Vəkil3, üçüncü şəxs Ağa-X8 və üçüncü şəxslərin vəkili Vəkil2 ilə, iddiaçı “xxxx” firmasının cavabdeh ASC “xxxx”xxxxına qarşı müqavilələrin etibarsız hesab edilərək ləğv olunması tələbinə dair ilk iddia ərizəsi, cavabdehin iddiaçıya qarşı (Ağa-X8 və X4 müstəqil tələb irəli sürən 3-cü şəxslər olmaqla) b orcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçı və üçüncü şəxs Ağa-X8 və X4 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, 17 iyul 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: “xxxx” firması (bundan sonra - iddiaçı) ASC “xxxx”xxxxına (bundan sonra -cavabdeh) qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti və 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv olunması, ödənilmiş 10 manat dövlət rüsum unun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddianın əsaslarına görə, kredit müqaviləsi cavabdehin çoxsaylı təkidləri nəticəsində yeni şərtlərlə, yəni 04.10.2018-ci il tarixədək illik 16% ödənilməsi şərti ilə bərpa olunmayan, ancaq 7.000.000 manat məbləğdə kredit xəttinin açılması barədə bağlanmış 04.10.2013-cü il tarixli **********30113 saylı kredit xətti müqaviləsinin əvəzinə bağlanmışdır. Sonradan əlavə sazişlər əsasında bu kredit xətti müqaviləsi üzrə məbləğ 14.000.000 manata artırıldı, bu isə həmin dövrə olan məzənnə ilə təxminən 17.000.000 ABŞ dollarına bərabər idi. Bununla bağlı, elə məzənnənin qalxdığı 21.12.2015-ci il tarixdən sonra dəfələrlə cavabdehin rəhbərliyi ilə danışıqlar aparılmış, şifahi və yazılı surətdə kredit faizlərinin dayandırılması, kredit müddətinin 3 ilə qədər artırılması xahiş edilmişdir. Amma cavabdeh xahişlərə müsbət cavab verməmişdir. Bu zaman nədənsə cavabdeh yaddan çıxarmışdır ki, yuxarıda qeyd edilən 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi əslində 04.10.2013-cü tarixli **********30113 nömrəli kredit xətti müqaviləsinin əvəzinə bağlanmışdır və burada məqsəd manatla verilmiş kredit məbləğinin ABŞ dollarına çevrilməsi olmuşdu. Bunun səbəbi isə manatın Mərkəzixxxxın qərarına əsasən 21.02.2015-ci il tarixinə 1 ABŞ dollarına nisbətən 35% dəyərdən düşməsi olmuşdur. Cavabdehin təkidindən sonra vəxxxxın böyük ziyana düşməməsi üçün məlum 08.07.2015ci il tarixli kredit xətti müqaviləsi bağlandı, indi isə tamamilə eyni şəraitdə cavabdeh onlara güzəşt etmək istəmir. Həm dəxxxx nəzərə almır ki, onl arın ilkin xahişləri yalnız 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə faizlərin dayandırılması, kredit müddətinin 3 ilə qədər artırılmasından ibarət idi və onlar 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsinin yenidən manata çevrilməsini təkid etmirdi. Əslində isə 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsi etibarsız hesab edilməli, manatla olan 04.10.2013-cü il tarixli kredit xətti müqaviləsi bərpa edilməli idi. Cavabdeh həm 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsinin şərtlərini, həm də qanunvericiliyin tələblərini pozur. Belə ki, müqavilənin 8.1ci bəndinə əsasən, dövlət orqanlarının bu müqavilənin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları olduqda tərəflər üzərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən azad olunurlar. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsini və 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc m əbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə cərimə faizləri, cəmi 19.400.119,08 ABŞ dolları və 26.05.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-c i bəndində qeyd olunmuş likvid dəyərinin 26.000.000 manat məbləğdə təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə, tərəflər arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 04.10.2018-ci il tarixədək illik 16% ödəmək şərti ilə 17.000.000 ABŞ dolları məbləğdə bərpa olunmayan kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə iddiaçının öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə tərəflər arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyriyaşayış binasının ipoteka qoyulması barədə 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı İpoteka müqaviləsi bağlanmışdır.xxxxın ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair dövlət reyestrindən 09.07.2015-ci il tarixli RX ******* nömrəli çıxarış verilmişdir. Kredit xətti müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit xətti müqaviləsinin 3.3.4-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək və öz tələblərini “İpoteka haqqında” AR Qanununun 33 və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1096/201 6 nömrəli, 15 iyul 2016cı il tarixli qətnaməsi ilə (hakim: İ.Əhmədov) ilkin iddia üzrə iddiaçı “xxxx” firmasının Cavabdeh ASC-yə qarşı “xxxx” firması ilə Cavabdeh ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi; “xxxx” firması ilə Cavabdeh ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM saylı “Sonrakı ipoteka müqaviləsi”nin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən “xxxx” firmasının xeyrinə tutulması; qarşılıqlı iddianın təmin edilməsi; cavabdeh “xxxx” Firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borcun, 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən isti fadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının və 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması; tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli “Sonrakı ipoteka müqaviləsi” üzrə ipoteka predmeti olan və “xxxx” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəs inin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən cavabdeh “xxxx” firmasından tutularaq iddiaçı “xxxx”xxxx” ASC-nin xeyrinə tutulması; ipoteka predmeti olan “xxxx” firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 26.000.000 manat müəyyən edi lməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər X4, Ağa-X8 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-14/2017 nömrəli, 05 aprel 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: E.R.Vəliyeva, hakimlər H.Ü.Həmidov və E.E.Nağıyeva) ilkin iddia üzrə iddiaçı “xxxx” firmasının apelyasiya şikayətinin qismən təmin edilməsi; müstəqil tələb irəli sürən 3-cü şəxslər Ağa-X8 və X2 apelyasiya şikayətlərinin qismən təmin edilməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsinin qismən - qarşılıqlı iddianın 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbl əğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması; tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli “Sonrakı ipoteka müqaviləsi” üzrə ipoteka predmeti olan və “xxxx” firmasına məxsus ünvan 3 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilməsi; həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi; tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli “Sonrakı ipoteka müqaviləsi” üzrə ipoteka predmeti olan və “xxxx” firmasına məxsus ünvan 3 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasına, 3cü şəxslər Ağa-X6 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26.4 kv.m sahəsi olan 1№-li mağaza və həmin mərtəbədə yerləşən 30.2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla, yönəldilməsi; ipoteka predmeti olan “xxxx” firmasına məxsus ünvan 3 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m olmaqla, ümumi s ahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının (3-cü şəxslər Ağa-X6 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26.4 kv.m sahəsi olan 1№-li mağaza, həmin mərtəbədə yerləşən 30.2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla) ilkin satış qiymətinin 38.473.040 manat müəyyən edilməsi; Cavabdeh ASC-nin qarşılıqlı iddiasının 26.05.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması hissəsində rədd edilməsi; qətnamənin qalan hissələrdə - iddiaçı “xxxx” firmasının iddia tələbinin təmin edilməməsi, Cavabdeh ASC-nin qarşılıqlı iddiasının cavabdeh “xxxx” Firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borcun; 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin Cavabdeh ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması; müstəqil tələb irəli sürən 3-cü şəxslər Ağa-X8 və X2 cavabdehlər “xxxx” Firmasına və Cavabdeh ASC-yə qarşı iddialarının təmin edilməsi; “xxxx” Firması ilə Cavabdeh ASC arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli “Sonrakı ipoteka müqaviləsi”nin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16100.5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-X6 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26.4 kv.m sahəsi olan 1№-li mağaza, həmin mərtəbədə yerləşən 30.2 kv.m qeyri-yaşayış sahəsi, X3 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkə məsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(102)-366/2017 saylı, 18 oktyabr 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: R.S.Nəbizadə və X.S.Məmmədov) kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-14/2017 nömrəli, 05 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, cavabdeh ASC “xxxx”xxxxı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.07.2018-ci il tarixli qərarı ilə “xxxx” firmasının Cavabdehnə qarşı kredit və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası İnzibati-İqtisadi kollegiyasının 22(102)-366/2017 saylı, 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 oktyabr 2018-ci il tarixli, 13-2(102)-1(k)/2018 qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi koll egiyasının 2-2(102)-366/2017 saylı, 18 oktyabr 2017-ci il tarixli qərarı, onunla bağlı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-14/2017 nömrəli, 05 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: E.Y.Şamayev və X.Ə.Sarıyev) iddiaçı “xxxx” firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X8 və X2 apelyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı “xxxx” firmasının cavabdeh ASC “xxxx”xxxxına qarşı “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən “xxxx” firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, “xxxx” firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğdə əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzixxxxının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC “xxxx”xxxxının xeyrinə tutulmuş, tutma 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və “xxxx” firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilmiş, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən “xxxx” firmasından ASC “xxxx”xxxxının xeyrinə tutulmuş, ipoteka predmeti olan “xxxx” firmasına məxsus ünvan 1 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiyməti 38.600.000 manat müəyyən edilmişdir. Qarşılıqlı iddia 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin “xxxx” firmasından AS C “xxxx”xxxxının xeyrinə tutulması hissəsində təmin edilməmiş, üçüncü şəxs Ağa-X5 “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, eləcə də digər üçüncü şəxs X2 “xxxx” firması ilə ASC “xxxx”xxxxı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 16100.5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24.6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsinin etibarsız hesab edilməsi tələbinə dair id diaları təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı və üçüncü şəxslər tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı “xxxx” firması tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Belə ki, “xxxx” firması ilə "Cavabdeh” ASC-i arasında 04.10.2013-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsinə əsasən,xxxx iddiaçıya illik 16% ödənilməsi şərti ilə 60 ay müddətinə 7.000.000 manat məbləğində kredit vermiş, sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 manat təşkil etmiş, 08.07.2015-ci il tarixdə ABŞ dollarının Azərbaycan manatına məzənnəsinin artacağı ehtimalını qabaqcadan bilən Cavabdeh ASC iddiaçını aldadaraq götürdüyü 14.000.000 manat məbləğində krediti ABŞ dolları ilə əvəzləşdirərək aralarında yeni kredit xətti müqaviləsi bağlanmasına onu məcbur etmiş və kreditin məbləği ABŞ dolları ilə ifadə olunaraq bu müqaviləyə əsasən iddiaçının üzərinə 04.10.2018-ci il tarixədək 17.000.000 ABŞ dolları məbləğini illik 16% olmaqla qaytarmaq öhdəliyi qoyulmuş, eyni zamanda “xxxx” firmasına məxsus ünvan 4 ünvanda yerləşən 0.2704 ha torpaq sahəsinin, onun üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, ümumi sahəsi 16100.5 kv.m., əslində isə 8 mərtəbə 20684.0 kv.m təşkil edən qeyri-yaşayış binasının ipotekaya qoyulmas ı barədə 08.07.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış, göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair "Cavabdeh” ASC-yə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 09.07.2015-ci il tarixli çıxarış verilmişdir. Daha sonra qeyd edilir ki, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış 08.07.2015ci il tarixli, **********588 15/SİM nömrəli kredit xətti və 07.07.2015-ci il tarixli **********588 15/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin, kredit xəttinin açılması barədə bağlanmış 04.10.2013-cü il tarixli **********30113 saylı kredit xətti müqaviləsinin, həmçinin "Cavabdeh” ASC-nin iddiaçıdan tutulmalı olduğu pul məbləğininxxxxa ödənilən 1.600.000 manat pula mütənasibliyinin və ödəməli olduqları əsas və faiz borcunun müəyy ən edilməsi üçün məhkəmə kollegiyası məhkəmə mühasibat ekspertizası keçirməmiş, yalnız artıq rəqəm göstərməkdə maraqlı olanxxxxın göstərdiyi və tələb etdiyi məbləğin iddiaçından tutulması ilə kifayətlənmişdir. Üçüncü şəxs Ağa-X8 və X4 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlillərinə görə, üçüncü şəxslərin əsas arqumentləri odur ki, Cavabdeh ASC iddiaçıya kredit verərkən və mübahisəli qeyri-yaşayış binasını ipotekaya qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, həmin daşınmaz əmlakın ayrı-ayrı şəxslərə müqavilə üzrə həm satıldığını və həmin müqavilə üzrə alıcıların aldıqları sahələri təmir edərək, təyinatına uyğun istifadə etdiklərini bildiyi halda, qanunsuz və əsassız olaraq üçüncü şəxslərin hüquqları və tələbləri ilə yüklü olan (bu yüklülük rəsmi qeydə alınmasa da, formalaşmış işgüzar adətlər və məhkəmə təcrübəsi, məhz yüklülük kimi qiymətləndirməyə əsas verir) daşınmaz əmlakı ipotekaya qəbul etmişdir. Məhkəmə iclasında „xxxx“ firmasının səlahiyyətli nümayəndəsi kredit müqaviləsindən əvvəl binanın ayrı-ayrı sahələrinə dair alqı-satqı müqavilələrini „Cavabdeh“ ASC-yə təqdim etdiklərini və bu barədə ətraflı məlumat verdiklərini təsdiq etdi. Digər tərəfdən, binaya baxış keçirərkən binanın ayrı-ayrı şəxslərin istifadəsində olması açıq aşkar görünür. Bel əliklə, Konstitusiya Məhkəməsinin məlum qərarında öz əksini tapmış „əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə“ halı hazırda işin həqiqi hallarına görə cavabdeh „Cavabdeh“ ASC- yə münasibətdə mövcud deyil və bu səbəbdən vicdanlı əldə edən hesab edilə bilməz. Vicdanlılıq faktının olmaması isə „Cavabdeh“ ASC-nin hüquqlarının qorunması təminatını aradan qaldırır. Təəssüf ki, işə baxmış apelyasiya instansiya məhkəməsi işin bu halını araşdırmaqdan əsassız olaraq imtina edərək, vəzifəsi olan ədalət mühakiməsini həyata keçirməmişdir. Daha sonra üçüncü şəxsin vəkili kassasiya şikayətinə elektron qaydada əlavə göndərərək bild irmişdir ki, iş üzrə icraatın dayandılıması zərurəti yaranmışdır. Belə ki, hazırkı iş üzrə olan Konstitusiya Məhkəməsinin Plenumunun 18.07.2018-ci il tarixli Qərarından sonra Ağa-X8 və X4 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər “xxxx” firmasına və Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16100.5 kv.m., əsas sahəsi 16043.1 kv.m. olan daşınmaz əmlaka dair “xxxx” firmasının qabaqcadan qeydiyyata alınmış mülkiyyət hüququna və Cavabdeh ASC-nin ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrlərinə Ağa-X5 və X2 etirazlarının daxil edilməsini; həmin daşınmaz əmlak üzərində “xxxx” firmasının q abaqcadan qeydiyyata alınmış mülkiyyət hüququna və Cavabdeh ASC-nin ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrində Ağa-X5 aldığı 56.6 kv.m. və X2 aldığı 24.6 kv.m sahələrin çıxılaraq bu barədə düzəlişlərin edilməsini; həmin daşınmaz əmlakın 56.6 kv.m sahəsi üzərində Ağa-X5 və 24.6 kv.m. sahəsi üzərində isə X2 mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyata alınmasını və müvafiq çıxarışların verilməsini xahiş etmişlər. İddia ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, hazırkı işdə “xxxx”xxxx ASC-nin iddiasının əsasını təşkil edən ünvan 3 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16100.5 kv.m., əsas sahəsi 16043.1 kv.m. olan daşınmaz əmlaka dair “xxxx” firmasının mülkiyyət hüququna dair qabaqcadan qeydiyyatı, bunlara dair verilmiş çıxarış, eləcə də Cavabdeh A SC-nin həmin daşınmaz əmlakın ipoteka yüklülüyünə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı və müvafiq çıxarış inzibati qaydada baxılan başqa işdə mübahisə predmetidir. Digər tərəfdən, hazırda Bakı şəhəri Yasamal rayon məhkəməsində “xxxx" firmasının təsisçisi və direktoru olmuş Mərhəmət Bəşirovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair olan cinayət işi hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılmaqdadır. Həmin cinayət işində verilmiş ittihama görə Mərhəmət Bəşirov zərərçəkmiş şəxs Cavabdeh ASC-yə ünvan 3 ünvanında yerləşən 5 mərtəbə və zirzəmidən ibarət ümumi sahəsi 16100.5 kv.m., əsas sahəsi 16043.1 kv.m. olan qeyri-yaşayış binasından 21 şəxsə 30 müqavilə üzrə 1872.27 kv.m. sahənin satılması faktını qəsdən bildir mədən, 04 oktyabr 2013-cü il tarixli **********30113 saylı və 08 iyul 2015-ci il tarixli **********658815 saylı kredit xətti müqavilələri bağlayaraq, qanunsuz kredit almışdır. Beləliklə, hazırkı işdə Cavabdeh ASC-nin tələbinin əsasını təşkil edən 08 iyul 2015-ci il tarixli **********658815 saylı kredit xətti müqaviləsinin cinayət yolu ilə bağlanmasına dair olan cinayət işi başqa məhkəmədə baxılmaqdadır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili kassasiya şikayətlərinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Ağa-X8 və vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. M əhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi, eləcə də digər üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətləri aşağıdakı səbəblərdən təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu baxımdan apelyasiya instansiya məhkəməsi əsaslı olaraq ilk iddia tələbini təmin etməmişdir. Belə ki, iddiaçı 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin və 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız sayılması üçün MM-in 339-354-cü maddələrində əqdlərin etibarsız sayılması üçün müəyyənləşdirilmiş hansı şərtin pozulduğunu əsaslandırmamışdır. İddiaçı apelyasiya şikayətində olduğu kimi kass asiya şikayətində də 08.07.2015-ci il tarixli kredit xətti müqaviləsininxxxxın təkidi ilə tərəflər arasında bağlanmış 7.000.000 manat kredit xətti açılması barədə 04.10.2013-cü il tarixli **********30113 nömrəli müqavilənin əvəzində bağlandığını və sonradan əlavə sazişlərlə 14.000.000 manata artırıldığını, lakin məbləğin ABŞ dolları ilə göstərildiyini, buna görə də müqavilənin uydurma əqd olduğunu iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən kredit və ipoteka müqavilələri konkret hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmışdır. İddiaçınınxxxxa ünvanlandığı 08.07.2015-ci il tarixli ərizəsinə əsasən, ayrılan kreditin 14.912.250,00 ABŞ dolları (15.615.933,00 manat hissəsinin onun 04.10.2013-cü il tarixli **********30113 nömrəli müqavilə üzrə 08.07.2015-ci il tarixə qalıq borcunun bağlanması üçün ayrılması xahiş edilmiş və şəxsi hesabdan çıxarışa əsasən həmin kredit məbləğinin 14.912.250,00 ABŞ dolları hissəsi konvertasiya edilərəkxxxx tərəfindən iddiaçının hesabına köçürülmüş və həmin hesabdan onun əvvəlki kredit müqaviləsi üzrə 15.645.933,00 manat borcu silinmişdir. Belə olan halda, bu kredit müqaviləsinin uydurma əqd olması barədə iddiaçının dəlilləri əsassızdır. Həmçinin, məhkəmə kollegiyası iddiaçının ipoteka predmetləri olan torpaq sahəsi və qeyri-yaşayış sahəsinin ipoteka qoyulan zaman dövlət qeydiyyatının tam aparılmadıği və ipoteka müqaviləsində giro vla təmin edilən öhdəliyin ölçüsünün göstərilməməsi barədə dəlillərini də əsassız hesab edir. Belə ki, həmin ipoteka predmetlərinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına ilkin qeydiyyatı aparılmış və bu əmlaklara dair bağlanmış ipoteka müqaviləsi əsasındaxxxxın xeyrinə ipoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmış və RX ******* nömrəli 09.07.2015-ci il tarixli çıxarış verilmişdir. Eləcə də, ipoteka müqaviləsinin 1.2-ci və 2-ci bəndlərində girovla təmin edilən öhdəliyin ölçüsü göstərilmiş və təmin edilən öhdəliyin 08.07.2015-ci il tarixli **********58815 saylı kredit xətti müqaviləsi üzrə bütün pul tələbləri olduğu müəyyən edilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin ilk iddianın təmin edilməməsi his sədə mövqeyi əsaslıdır. Apelyasiya instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə aparılan araşdırma ilə müəyyən edilmişdir ki,xxxx tərəfindən 08.07.2015-ci il tarixdən 03.09.2015-ci il tarixədək müxtəlif tranşlarla borc alana 17.000.000 ABŞ dolları vəsait ayrılmışdır. Borc alan müqavilənin 2.7-ci bəndinin şərtinə və ödəniş qrafikinə əməl etməmiş və 26.05.2016cı il tarixədək heç bir ödəniş aparmamış və nəticədə 26.05.2016-cı il tarixə gecikdirilmiş əsas borc məbləği 2.060.606,08 ABŞ dolları, faiz borcu 2.388.957,46 ABŞ dolları, cərimə faizi üzrə borcunun qalığı 11.161,62 ABŞ dolları təşkil etmişdir. Müqavilənin 3.2.3.1 və 3.3.4-cü bəndlərinə əsasən, kredit üzrə əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi borc alan tərəfindən 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirildik də,xxxx əsas borcun qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb edə bilər. Bank tərəfindən iddiaçıya ünvanlanan 01.04.2016-cı il tarixli 469 nömrəli bildirişə görə, kredit xətti müqaviləsi üzrə borc alan tərəfindən öhdəliklərin kobud şəkildə pozulması və ipoteka saxlayanın tələblərinin ipoteka qoyulmuş əmlak hesabına təmin edilməsi hüququnun yaranması ilə əlaqədar olaraq ASC “xxxx”xxxxı kredit xətti müqaviləsi üzrə əsas və vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarılması, əsas və vaxtı keçmiş əsas borc məbləğinə hesablanan faizlərin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 gün müddətdən gec olmayaraq satılmasını tələb etmiş, DƏDRX Bakı şəhər Ərazi İdarəsi, 12.04.2016-cı il tarixli **********84 nömrəli məktubda göstərdiyi kimi, S.Vurğun küçəsi 120 ünvanda yerləşən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildirişi qeydə almışdır. Bundan əlavə, ssuda hesabından çıxarışdan görünür ki, iddiaçının 26.05.2016-cı il tarixə 17.000.000 ABŞ dolları əsas borcu, 2.338.957,46 ABŞ dolları faiz borcu və 11.161,62 ABŞ dolları cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləs i adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 442, 445.2.1, 739.2, 741) Məhz yuxarıda qeyd edilənlərə əsasən apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıdan 26.05.2016-cı il tarixəxxxxa olan 17.000.000 ABŞ dolları əsas borc, 2.338.957,46 ABŞ dolları faiz borcu və 11.161,62 ABŞ dolları cərimə borcu tutulmalıdır və bu hissədə iddiaçının apelyasiya şikayətinin borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti, həmçinin dəbbə pulunun azaldılması ilə bağlı dəlilləri əsaslı deyil. Belə ki, iddiaçı ödəniş qrafiki üzrə hər hansı ödəniş etmədiyindən göstərilən tarixə iddiaçının faiz borcunun cəmini və cərimə faizini qrafik üzrə müəyyən etmək adi riyazi hesablama ilə mümkündür. Tələb olunan 11.161,62 ABŞ dolları dəbbə pulu məbləği isə yaranmış əsas borc və faiz borcu müqabilində tənasübsüz surətdə yüksək məbləğ olmadığından apelyasiya instansiya məhkəməsi MMin 467-ci maddəsinin işə tətbiq edilməsinə əsas görməmişdir. İş üzrə üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddia tələbləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18.07.2018-ci il tarixli Qərarı ilə bu hissədə belə nəticəyə gəlmişdir ki, MM-in 140 və 271.1-ci maddələri iş üzrə düzgün şərh edilməmiş, ipoteka müqaviləsini üçüncü şəxslərə aid hissədə hissəvi etibarsız hesab etməklə yüklülük hü quqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - cavabdehin məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmiş, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış qətnamə dəyişdirilmədən saxlamaqla ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur. Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı kassasiya şikayətində əks edilən mövqeyi də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-in: 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məblə ğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; 298.2.1-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilm iş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə görə, əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Göstərilənlərə əsasən, borcun tutulmasının tərəflər arasında bağlanmış 08.07.2015ci il tarixli sonrakı ipoteka müqaviləsinin predmeti olan ünvan 1 ünvanda yerləşən 0.704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043.1 kv.m. olmaqla, ümumi sahəsi 16100.5 kv.m. təşkil edən qeyriyaşayış binasına yönəldilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İpoteka predmeti olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. Həmin maddəyə görə, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya m əhkəməsinin qətnaməsindəxxxxın tələbi ilə ipotekanın satış qiyməti kimi ipoteka müqaviləsinin 3.5-ci maddəsində müəyyən edilmiş ipoteka predmetinin 26.000.000 manat likvid dəyəri əsas götürülmüşdür. Lakin ipoteka qoyan iddiaçı apelyasiya şikayətində ilkin satış qiymətinin 26.000.000 manat məbləğdə müəyyən edilməsini mübahisələndirdiyindən və tərəflər arasında qiymətlə bağlı razılıq olmadığından, məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin 10.01.2017-ci il tarixli ekspert rəyi ilə qiymətləndirilən qeyriyaşayış sahəsinin bazar dəyəri 38.600.000 manat müəyyən edilmişdir. İddiaçı həmin məbləğlə razılaşmasa da və ipoteka qoyulan qeyri-yaşayış binasının altında yerləşən 0.2704 ha torpaq sahəsinin ayrıca qiymətləndirilməli olmasını bildirsə də, əvvəlki apelyasiya araşdırması zamanı məhkəmə iclasında izahat verən ekspert N.İbrahimov qiymətləndirilən qeyri-yaşayış sahəsinin tam olaraq həmin torpaq sahəsi üzərində yerləşdiyini və ərazidə qiymətə təsir edən əlavə boş torpaq sahəsinin olmadığını, əmlakın ətrafında yerləşən 0.02 ha torpaq sahəsində binaya giriş, avtomobillər üçün yer olduğunu nəzərə alaraq, qeyri-yaşayış sahəsinə torpaqla birlikdə vahid bir əmlak kimi qiymət qoyulduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanun larda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 14, 76, 77) Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” firması və üçüncü şəxslər Ağa-X8 və X4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-6/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-285/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-285/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver