Məhkəmə qərarları › İş №2-2(102)-287/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-287/2021

13.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-287/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh MMC-yə qarşı ilkin və Cavabdeh MMC-nin İddiaçıya qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: lisenziya mükafatının, zərərin tutulması, müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı Cavabdeh MMC-yə qarşı “lisenziya mükafatının, öhdəliyin icrasının gecikdirilməsinə görə zərərin tutulması”na dair ilkin və Cavabdeh MMC-nin İddiaçıya qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə ilkin İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 mart tarixli 2-2(103)-315/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – “SMPDK”) tərəfindən verilmiş 2009-cu il 11 avqust tarixli N 2009 0846 saylı əmtəə nişanı Şəhadətnaməsindən görünür ki, əmtəə nişanı İddiaçının (bundan sonra – “İddiaçı”) sahibliyində olmuşdur.

2. İş materiallarında olan 2014-cü il 10 oktyabr tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanların ın istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilədən görünür ki, lisenziar İddiaçı lizenziat MMC-yə (bundan sonra – “İK”) 2009-cu il 28 iyul tarixli N 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İdeal perfumery & cosmetics” əmtəə nişanınından istifadəyə qeyri-müstəsna lizenziya müqaviləsi əsasında istifadəyə dair hüquq vermiş; lizenziat ona lizsenziar tərəfindən verilmiş N 2009 0846 nömrəli şəhadətnamə üzrə Azərbaycan Respublikası ərazisində təqdim edilən xidmət sahəsi üzrə göstərilən əmtəə nişanı ilə nişanlamaq, müşayiətedici və işgüzar sənədlərdə istifadə etmək hüququ alır. Həmin müqavilə lisenziar İddiaçı və lisenziat İK-nin adından etibarnamə əsasında X1 (bundan sonra – “X1”) tərəfindən imzalanmışdır.

3. İş materiallarında olan 2014-cü il 10 okty abr tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri 3 saylı Notariat Kontorunda X1-ə MMC-nin adından nümayəndə olmaq, qeyri müstəsna lisenziyanın verilməsi haqqında müqaviləni imzalamaq, lazım olan sənədləri toplamaq və təqdim etmək, lazımı yerlərdə imza etmək, ərizə vermək və digər zəruri hərəkətləri üçün etibarnamə vermişdir.

4. İş materiallarında olan SMPDK tərəfindən verilmiş bildirişdən görünür ki, əmtəə nişanının sahibi İddiaçı N 2009 0846 saylı əmtəə nişanına dair istifadə hüququnu əmtəə nişanının qüvvədə olma müddətinə kimi qeyri-müstəsna lisenziya müqaviləsi əsasında İK-yə verilmişdir.

5. İş materiallarında olan 2017-ci il 14 sentyabr tarixli müəssisədəki payın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı İK-nın nizamnamə kapitalındakı dəyəri 800.000 manat olan İ Knin 25% payını X1.

6. İş materiallarında olan 2017-ci il 15 sentyabr tarixli əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilədən görünür ki, N 2005 0372 – 35-ci sinif “İDEAL” təsvir və N 2009 0846 – 35, 39-cu siniflər “ideal” təsvir İK-nin xeyrinə özgəninkiləşdirilmişdir.

7. İş materiallarında olan SMPDK tərəfindən verilmiş N 2014 1582 saylı 2014-cu il 2 oktyabr tarixli əmtəə nişanı Şəhadətnaməsindən görünür ki, həmin əmtəə nişanı İK-nin sahibliyindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 2020-ci il 25 iyun tarixində Cavabdeh MMC-yə (bundan sonra-“MMC”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İK-nin hüquqi varisi olan MMC-dən, İK ilə onun arasında bağlanılmış 2014-cü il 10 oktyabr tarixli lisenziya müqaviləsi üzrə ödəməli olduğu 3.600.000 manat məbləğində lisenziya mükafatının, pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 216.000 manat məbləğin və dəymiş 600.000 manat məbləğində zərərin tutularaq ona ödənilməsi öhdəliyini MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İdeal parfumery & cosmetics” əmtəə nişanı SMPDK-də 2005 0372-35-ci sinif “İDEAL” təsvir və 2009 0846-35, 39-cu siniflər “ideal” təsvir kimi onun adına qeydə alınmışdır. Əmtəə nişanı 2 sinif üçün qeydiyyata alınmışdır: 35 – Reklam, biznes sahəsində menecment (satış üzrə xidmətlər); 39 – Mallann qablaşdırılması və saxlanılması. Bu əmtəə nişanı ilə o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi yaratdığı “İ deal parfumery & cosmetics” mağazalar şəbəkəsində fəaliyyət göstərmiş və bu mağazalar şəbəkəsi Azərbaycanda tanınmış brendə çevrilmişdir. 2007-ci il 19 noyabr tarixində 100% təsisçi payı ona məxsus olan İK-ni təsis etmişdir (hüquqi varisi – MMC). 2014-cü il 10 oktyabr tarixində onunla “Lisenziat” – yəni İK arasında 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İDEAL perfumery & cosmetics” əmtəə nişanından istifadəyə qeyri-müstəsna lisenziya müqaviləsi əsasında İK-ya istifadəyə hüquq verilməsi ilə bağlı müqavilə imzalandı. Müqavilənin 8-ci bəndinə əsasən həmin müqavilə imzalandığı tarixdən əmtəə nişanının qüvvədə olma tarixinin bitməsi müddətinə kimi bağlanırdı. Bu müqavilə 2015-ci il 6 yanvar tarixində SMPDK-də 01 nömrəsi ilə qeydə alındı və bu barədə bizə bildiriş təqdim edil di. Onun yuxarıda göstərilən 2009-cu il 28 iyul tarixli 2009 0846 nömrəli əmtəə nişanına 35, 39-cu siniflər üzrə hüququ 2019-cu il 28 iyul tarixinə qədər qüvvədə idi. Yəni İK-nin (hüquqi varisi – MMC) də bu əmtəə nişanına dair “lisenziat” hüququ həmin tarixədək qüvvədə idi. İK bu günə qədər həmin müqavilə əsasında göstərilən əmtəə nişanından istifadə edir və fayda götürür. Müqavilənin 5-ci bəndinə əsasən lisenziya mükafatının verilməsi ödəmələr haqqında sazişə əsasən həyata keçirilir. Saziş həmin müqavilənin ayrılmaz hissəsidir və tərəflər onu məxfi sənəd kimi qiymətləndirirlər. Həmin sazişə əsasən göstərilən əmtəə nişanından istifadə üçün lisenziat, yəni İK tərəfindən ona illik 600.000 manat ödənilməli idi. Göstərilən müqavilə 2014-cü il 10 oktyabr tarixində bağlanmışdır. Həmin tarixdən b u günə qədər ona göstərilən lisenziya müqaviləsi əsasında ödənilməli olan mükafat ödənilməmişdir. 2017-ci ildə İddiaçı İK-nin şikayəti əsasında əsassız olaraq həbs edilmişdir. MMC ona 6 il üçün 3.600.000 manat pul mükafatı ödəməlidir. Bu mükafatı dəfələrlə tələb etsə də hər dəfə mükafatın ona ödənilməsi üçün heç bir tədbir görülməmişdir. MM-in 449.1-ci maddəsinə əsasən bu məbləğə bank uçot dərəcəsi ilə illik 6 %-lə faiz hesablanaraq tutulmalıdır. İddiaçı ona ödənilməli mükafatdan bir il üçün 100.000 manat, 6 il üçün 600.000 manat gəlir əldə edə bilərdi.

10. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 185.1, 389.1, 390.2, 390.5, 397.1, 425.1, 442, 443.1, 443.2, 445.1, 449.1, 449.2, “Əmtəə nişanları və coğrafi göstəriciləri” haqqında Azərbaycan Respubl ikası Qanununun 28-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

11. Eyni zamanda, MMC 2020-ci il 16 noyabr tarixində İddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə İK arasında bağlanmış 2014-cü il 10 oktyabr tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən müqavilənin mövcudluğu barədə MMC-də ümumiyyətlə məlumat olmamış, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bu barədə məlumatlı olmuşlar. Bu müqavilə etibarsızdır. Belə ki, əqdin təmsilçi vasitəsi ilə bağlanması üçün əsas şərt qanunla müəyyənləşdirilmi ş qaydada verilmiş etibarnamənin mövcud olmasıdır. Hüquqi şəxsin adından verilən etibarnamədə isə şirkətin adından onun rəhbərinin və ya nizamnamə ilə buna vəkil edilmiş digər şəxsin imzası olmalı və həmin təşkilatın möhürü vurulmalıdır. İş materiallarına əlavə edilmiş X1-ə verilmiş 2014-cü il 10 oktyabr tarixli etibarnamə isə notarial qaydada şirkətin möhürü olmadan tərtib edilmişdir. Göründüyü kimi, X1-in İK-nin adından hər hansı əqd bağlamağa hüququ olmamışdır. Bundan başqa, hüquqi şəxsin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması üçün, müvafiq auditorun rəyi və hüquqi şəxsin iştirakçılarının ümumi yığıncağının qərarı zəruridir. Nəzərə almaq lazımdır ki, İddiaçı lisenziya müqaviləsinin hər ili üçün 600.000 manat, ümumilikdə isə 3.600.000 manat pul vəsaitinin tutulmasını tələb edir. Hazırkı halda isə nə MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı, nə də ki, auditor rəyi mövcuddur. Müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından, İK-nin (MMC)-nin həmin müqavilənin bağlanması barədə iradə ifadəsi mövcud olmadığından həmin müqavilə etibarsız hesab edilməlidir. Nəzərə almaq lazımdır ki, İK (MMC) 2007-cu il 19 noyabr tarixindən fəaliyyət göstərir. 2009 0846 nömrəli, 2009-cu il 28 iyul tarixli əmtəə nişanı isə MMC-nin təsisçisi olmuş İddiaçı mülkiyyətində olmuşdur. Əmtəə nişanı dövlət qeydiyyatına alındığı andan 2014-cü il 10 oktyabr tarixli müqavilə bağlananadək MMC-nin istifadəsində olmuşdur. Qanunvericilik isə təsisçinin öz mülkiyyətindən istifadə etməsini hər-hansı qaydada məhdudlaşdırmır. İddiaçı 2017-ci il 14 sentyabr tarixin də İK-da olan təsis paylarını satmış və MMC-nin təsisçiliyindən çıxmış, 2017-ci il 15 sentyabr tarixli əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə isə qeyd olunan əmtəə nişanı İK-nin mülkiyyətinə keçmişdir. Göründüyü kimi, İddiaçı MMC-nin təsisçisi olduğu zaman mülkiyyətçi kimi əmtəə nişanından istifadə etmiş, MMC-nin təsisçiliyindən çıxarkən isə əmtəə nişanını İK-nin adına özgəninkiləşdirmişdir. Bundan başqa, İddiaçı mübahisəli müqaviləni MMC-nin məlumatı olmadan bağlaması, hazırda həmin müqaviləyə görə 3.200.000 manat məbləğində pul vəsaitini tələb etməsi və müqavilə bağlanan zaman MMC-yə məxsus möhürü səlahiyyəti olmayan şəxsə verməsi İddiaçı əməllərində cinayət tərkibinin əlamətlərinin olmasına dəlalət edir. Mübahisəli saxta əqdin bağlanması zam anı qeyd olunan qaydaların pozulması və həmin əqddən istifadə edərək, MMC-dən külli miqdarda pul vəsaitinin tələb etməsi halı iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, İddiaçı əməllərində həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 201-1.2, 320.1 və 320.2-ci maddələrinin cinayət tərkib əlamətləri öz əksini tapır.

13. İddia tələbi MM-in 49-1.2, 91.3.6, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 359.1, 362.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 265.4-cü maddəsinə istinad edərək əsaslandırılmışdır.

14. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2 (113)-1801/2020 saylı qətnaməsi ilə ilkin iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı ilə İK arasında bağlanmış 2014-cü il 10 o ktyabr tarixli “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə”nin etibarsız hesab edilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – S.Nuriyeva).

15. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 15.1. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, SMPDK tərəfindən verilmiş N 2009 0846 saylı 2009-cu il 11 avqust tarixli əmtəə nişanı İddiaçı sahibliyində olmuşdur. 2014-cü il 10 oktyabr tarixli Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında müqavilə ilə lisenziar İddiaçı lizenziat İK-yə 2009-cu il 28 iyul tarixli N 2009 0846 nömrəli 35 və 39-cu siniflər üzrə qeydə alınmış “İdeal perfumery & cosmetics” əmtəə nişanınından istifadəyə qeyri-müstəsna lizenziya müqaviləsi əsasında istifadəyə dair hüquq vermiş; lizenziat ona lizsenziar tərəfindən verilmiş N 2009 0846 nömrəli şəhadətnamə üzrə Azərbaycan Respublikası ərazisində təqdim edilən xidmət sahəsi üzrə göstərilən əmtəə nişanı ilə nişanlamaq, müşayiətedici və işgüzar sənədlərdə istifadə etmək hüququ almışdır. Həmin müqavilə lisenziar İddiaçı və lisenziat İK-nin adından etibarnamə əsasında X1 tərəfindən imzalanmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, lisenziarın lisenziya mükafatının verilməsi ödəmələr haqqında sazişə əsasən, həyata keçirilir. Saziş hazırkı müqavilənin ayrılmaz hissəsidir və tərəflər onu məxfi sənəd kimi qiymətləndirilir. Lakin həmin saziş İddiaçı tərəfindən təqdim edilməmişdir. 15.2. Qanunver icilik normalarının tələblərinə əsasən, müqavilə əqd olmaqla təmsilçi vasitəsi ilə bağlana bilər. Müqavilənin bağlanması üçün müqavilə tərəflərinin iradə ifadəsinin olması zəruridir. Təmsilçiliklə müqavilənin bağlanması üçün təmsil olunan şəxs tərəfindən təmsil edənə etibarnamə verilməlidir. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilməlidir. 15.3. Hazırkı iş üzrə iş materiallarına əlavə edilmiş 2014-cü il 10 oktyabr tarixli etibarnamənin surətindən görünür ki, etibarnamə Bakı şəhəri 3 saylı Notariat Kontorunda İddiaçı tərəfindən X1-ə verilmişdir. Etibarnamənin məzmununa görə, direktoru olduğu İK-nin adından notariat kontorunda nümayəndəsi olmağı, Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının verilməsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi üçün lazım olan sənədləri toplamağı və təqdim etməyi, lazımi sənədlərdə imza etməyi, ərizə verməyi və digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Lakin nəzərə almaq lazımdır ki, etibarnamə üzrə etibar edən hüquqi şəxs İK deyil, fiziki şəxs İddiaçı olmuşdur. Həmçinin etibarnamə MMC-nin möhürü ilə təstiqlənməmişdir. 15.4. Göründüyü kimi, MMC-nin icra orqanınıın rəhbərinin seçilməsi və ya təyin edilməsi, həmçinin kənar idarəçinin təyin edilməsi barədə MMC-nin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. 15.5. İş materiallarından göründüyü kimi, MMC-nin icra orqanının s əlahiyyətlərinin həyata keçirilməsinin X1ə həvalə edilməsi ilə bağlı MMC-nin təsisçilərin ümumi yığıcağı keçirilməmiş və bu barədə qərar qəbul edilməmişdir. Buna görə də, mübahisəli müqavilə bağlanan zaman MMC-nin direktoru kimi fəaliyyət göstərən İddiaçı MMC-nin direktorunun səlahiyyətlərinin icra edilməsi ilə bağlı X1ə öz adından notarial qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Bu etibarnamənin əsasında isə mübahisəli müqavilə bağlanmışdır. 15.6. Belə olan halda, X1 İK adından Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi barədə 2014-cü il 10 oktyabr tarixli müqaviləni imzalamaq üçün səlahiyyətlərə malik olmamışdır. 15.7. 2014-cü il 10 oktyabr tarixli “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə” mülki hüquq normalarının tələbləri pozulmaqla bağlandığından və qüsurlu əqd olduğundan etibarsız hesab edilməlidir. 15.8. İş materiallarına əlavə edilmiş qarşılıqlı iddia ərizəsinə etirazdan görünür ki, etiraz qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənə qədər, qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinə verilmiş etirazla əlaqədar verilmişdir. Həmin etirazda həmçinin qarşılıqlı iddia ərizəsinə dair iddia müddətinin tətbiq edilməsi də qeyd edilmişdir. İddia müddətinin tədbiq edilməsi ilə bağlı ərizə ilkin iddia üzrə İddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. 15.9. Qanunverici əqdin tərəfinin etibarsızlığa səbəb olan halları bildiyi və ya bilməli olduğu gündən əqdin mübahisələndirilməsi üçün 1 illik kəsici müddət müəyyən etmişdir. 15.10. İlkin iddia üzrə iddiaçı tərəf MMC-nin mübahisəli müqavilədən məlumatlı olmasını bildirsə də və iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, buna dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Belə ki, MMC-nin mövqeyinə görə, mübahisəli müqavilədən İddiaçı iddia əriəsi ilə məhkəməyə müraciət etdikdən sonra xəbər tutmuşlar. Mübahisəli müqavilə bağlanan zaman MMC-nin direktoru və qanuni təmsilçisi İddiaçı olmuşdur. Həmin müqavilə bağlanan zaman nə təsisçilərin ümumi yığıncağı keçirilmiş, nə də MMC-nin digər təsisçisinə bu barədə məlumat verilmişdir. Bu hallardan yayınmaq üçün İddiaçı notarial qaydada saxta etibarnamə verməklə, mübahisəli saxta müqavilənin bağlanmasına nail olmuşdur. Məhkəmənin iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı tərəf qeyd olunan halları təkzib edə bilməmiş, eyni zamanda həmin halların mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlilləri məhkəməyə təqdim etməmişdir. 15.11. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Qanun sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. 15.12. MMC-nin mübahisəli müqavilədən məlumatlı olması öz təsdiqini tapmır. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 illik müddət MMC tərəfindən ötürülmüş hesab edilə bilməz. 15.13. Qarşılıqlı iddia tələbi ilkin iddia tələbini tam ödədiyindən ilkin iddia tələbi rədd edilməlidir. 15.14. Hazırki iş üzrə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkar edilmədiyindən xüsusi qərardad çıxarılmasına zərurət yoxdur.

16. Məhkəmə bu qənaətini MM-in 6.2, 14.1, 91.3.2, 91-2.3, 91-2.4, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 354.1, 354.2, 377.1, 359.1, 362.5, 375.2, 377.1, 389.1, 405-ci, MPM-in 77.1, 217.4, 218.3, 265.5-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “AİHM”) “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 2000-ci il 25 yanvar tarixli, “Deryus Litvaya qarşı” iş üzrə 2000-ci il 31 iyul tarixli, Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 2000-ci 28 mart və 2004-cü il 22 iyul tarixli, “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.

17. İddiaçı 2021-ci il 7 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. MMC 2021-ci il 11 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək İddiaçı əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 201 və 320-ci maddələrinin cinayət tərkibi əlamətlərinin olub-olmaması faktının araşdırılması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasını n 2021-ci il 17 mart tarixli 2-2(103)315/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli e-2-2(113)-1801/2020 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov)

20. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 20.1. İş materiallarında olan mübahisələndirilən müqavilədə onun hansı tarixdə tərtib edildiyi və ya imzalandığı qeyd edilməmişdir. 20.2. Müqavilənin 5-ci bəndinə əsasən, lisenziarın lisenziya mükafatının verilməsi ödəmələr haqqında sazişə əsasən həyata keçirilir. Saziş hazırkı müqavilənin ayrılmaz hissəsidir və t ərəflər onu məxfi sənəd kimi qiymətləndirilir. Qeyd edilən saziş İddiaçı tərəfindən təqdim edilməmişdir. 20.3. İş materiallarında olan 2017-ci il 15 sentyabr tarixli “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə”dən görünür ki, İddiaçı N 2005 0372 – 35-ci sinif “İDEAL” təsvirinə və N 2009 0846 – 35, 39-cu siniflər “İDEAL” təsvirinə olan müstəsna hüququnu İK-yə vermişdir. 20.4. Bu müqaviləyə əsasən İddiaçının “İdeal” əmtəə nişanı üzərində hüququ 2017-ci il 15 sentyabr tarixindən İK-yə keçdiyindən qeyd edilən tarixdən sonra həmin əmtəə nişanından istifadə ilə bağlı qarşı tərəfdən ödəniş tələb etməyə subyektiv hüququ yoxdur. 20.5. Əmtəə nişanından istifadə üçün hüququn verilməsi barədə mübahisəli lisenziya müqaviləsinin qüvvəyə mindiyi 2015-ci il 6 yanv ar tarixindən nişan üzərində müstəsna hüququn MMC-yə keçdiyi 2017-ci il 15 sentyabr tarixinədək isə “İdeal” əmtəə nişanından istifadəyə görə ildə 600.000 manat mükafat ödəmək öhdəliyi olduğuna dair iş materiallarında hər hansı sübut mövcud deyil. 20.6. İddiaçı mübahisəli “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə”nin 5-ci bəndinin tələbinə uyğun olaraq illik lisenziya mükafatının məbləğinin 600.000 manat olması barədə tərəflər arasında saziş bağlandığını iddia etsə də, həmin sazişi sübut qismində məhkəməyə təqdim edə bilməmişdir. 20.7. Əmtəə nişanı üzərində müstəsna hüququn verilməsi üçün mükafatın dəyəri MM-in 398-ci maddəsi tətbiq edilərək müəyyən edilə bilməz. Hər bir əmtəə nişanı fərqlilik xüsusiyyətinə malik olduğundan və əmtəə nişanlarından istifadə ilə bağlı haqqın məbləği müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmədiyindən MM-in 398-ci maddəsinin hazırkı mübahisə üzrə tətbiq edilməli olduğuna dair İddiaçının mülahizələri əsassızdır. 20.8. Mübahisələndirilən əqdi İK-nin adından imzalamış şəxsə verilən etibarnamə mülki qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmiş, hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. 20.9. Hazırkı halda mübahisələndirilən müqavilə bağlanarkən MMC-nin icra orqanının səlahiyyətlərinin həyata keçirilməsinin X1-ə həvalə edilməsi ilə bağlı MMC-nin təsisçilərin ümumi yığıncağı keçirilməmiş və bu barədə qərar qəbul edilməmişdir. Direktorun isə öz səlahiyyətlərini ümumi yığıncağın qərarı olmadan başqa şəxsə ötürmək hüququ olmamışdır. 20.

10. Qeyd edilənlərə əsasən məhkəmə düzgün olaraq hesab etmişdir ki, X1-in “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə”ni hüquqi şəxsin adından imzalamaq səlahiyyəti olmadığından, müqavilə qanunvericiliyin tələblərinə uyğun olmadan bağlandığı üçün etibarsız hesab edilməlidir. 20.11. MMC qarşılıqlı iddiaya etirazla bağlı yazılı ərizəsində göstərmişdir ki, mübahisəli müqavilədən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra xəbər tutduqlarından iddia müddəti ötürülməmişdir. 20.12. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisələndirilən müqavilənin SMPDK tərəfindən 2015-ci il 6 yanvar tarixində qeydə alınması həmin müqavilə barədə hüquqi şəxsin məlumatı olduğunu təsdiq edir. 20.13. Məh kəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, müqavilənin qeydə alınması üçün ərizənin hüquqi şəxsin adından səlahiyyətli şəxs tərəfindən verildiyi barədə işdə sübut olmadığından iddia müddətinin başlanğıcının həmin tarixdən hesablanmalı olduğuna dair mülahizələr əsassızdır. 20.14. MMC-nin apellyasiya şikayətinə gəldikdə, İddiaçının əməllərində cinayət tərkibinin əlamətləri olması ilə bağlı iş üzrə xüsusi qərardad çıxarılmasına dair qarşılıqlı iddia ərizəsində qeyd edilmiş vəsatət İddiaçı qarşı yönəlmiş iddia tələbi olmadığından birinci instansiya məhkəməsi həmin vəsatəti qarşılıqlı iddia tələbi kimi qəbul edərək tələbin rədd edilməsi barədə qətnamə qəbul etməklə prosessual pozuntuya yol vermişdir. 20.15. Buna görə də MMC-nin qarşılıqlı iddiası yalnız müqavilən in etibarsız hesab edilməsi barədə olduğundan və həmin tələb məhkəmə tərəfindən təmin edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə ləğv edilməlidir.

21. Məhkəmə bu qənaətini MM-in 91.3.2, 91-2.3, 91-2.4, 354.2, 398, MPM-in 77.1, 265.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı 2021-ci il 17 may tarixində qətnamədən kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

23. Məhkəmə qətnamə qəbul edərkən o qənaətə gəlmişdir ki. İddiaçı mübahisəli “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə”nin 5-ci bəndinin tələbinə uyğun olaraq illik lisenziya mükafatının məbləğinin 600.000 manat olması barədə tərəflər arasında saziş bağlandığını iddia etsə də, həmin sazişi sübut qismində məhkəməyə təqdim edə bilməmişdir. Bildiririk ki, İddiaçı məxsus bütün sənədlər, o cümlədən müqavilənin ayrılmaz hissəsi olan saziş onun iş otağındakı seyfdə yerləşirdi. Lakin İddiaçı MMC-nin əsassız şikayəti əsasında gözlənilmədən həbs olunduğu üçün həmin sənədləri götürə bilmədi. Hazırda həmin sənədlər MMC-dədir. MMC də həmin mükafatı ödəməkdən yayınmaq məqsədilə əsassız olaraq qarşılıqlı iddia qaldırıb.

24. MMC qarşılıqlı iddianı məhkəməyə iddia müddətini ötürməklə vermişdir. Çünki tərəflər arasında mübahisəli müqavilə 2014-ci il 10 oktyabr tarixində bağlanmışdır. Həmin müqavilə əsasında MMC əmtəə nişanlarına olan hüquqlarının qeydə alınması üçün qeydiyyat orqanına müvafiq ərizə ilə müraciət etmiş və 2014-ci il 10 oktyabr tarixində MMC-nin göstərilən müqavilə üzrə hüquqları qeydə alınmışdır. Həmin tarixdən bu günə qədər MMC göstərilən əmtəə nişanlarından sözügedən lisenzıya müqaviləsi əsasında istifadə edir. İddiaçı artıq 2017-ci il 3 fevral tarixindən MMC-nin direktoru deyil, 2017-ci ilin sentyabr ayından isə son 25% təsisçi payına da malik deyil. O zaman MMC İddiaçı məxsus əmtəə nişanlarından hansı haqla istifadə edir. İşin bu halları onu sübut edir ki, MMC mübahisələndirilən lisenziya müqaviləsindən həmin müqavilənin bağlanma tarixindən məlumatlı olmuş, bu müqavilə əsasında əmtəə nişanlarından istifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlasa da, öz nəticəsini əsaslandırmamışdır. İşin hallarından da aydın şəkildə görünür ki, qarşılıqlı iddiaçı əqdin bağlanmasından 6 il keçdikdən sonra bu əqdi mübahisələndirir. Ona görə də məhkəmə iddia müddətini tətbiq etməklə qarşılıqlı iddianı rədd etməli idi. Məhkəmə isə iddia müddətinin tətbiqi barədə ərizəyə əhəmiyyət verməyərək əsassız və ədalətsiz olaraq qarşılıqlı iddiam qismən təmin etmişdir.

25. Məhkəmə qətnamə qəbul edərkən o qənaətə gəlib ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbini tam ödədiyindən ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə ilkin iddia ərizəsinə münasibəti bu bir cümlə ilə ifadə etməklə kifayətlənmiş, işin hallarını tam və ətraf lı araşdırmamışdır.

26. Kassasiya şikayəti MM-in 354.2, 375.2, 377.2.1-ci, MPM-in 416, 418.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli, “H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 10 mart tarixli qərarının Azərbaycan Respublikasını Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 30 iyun tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarlarına istinad etməklə əsaslandırı lmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılı ğı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

32. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə

91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə... 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:... 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək;...” “Maddə 91-2. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı... 91-2.3. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. 91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçı lardan biri tərəfindən imzalanan müqavilə bağlanır....” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər..... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu M əcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.” “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticə lərinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə

359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) a dından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər....” “Maddə

362. Etibarnamə... 362.5. hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətini n başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

397. Əvəzli və əvəzsiz müqavilələr 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 397.2. Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 397.3. Bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.” “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər m üqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.”

33. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən mü zakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnə rsə....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

265. Məhkəmənin xüsusi qərardadları... 265.4. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 265.5. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xə bər verir....” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin...” 34. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 28.Əmtəə nişanına dair hüquqların verilməsi Əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydə alınır və onların barəsində məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə də aid edilə bilər. Bu halda əmtəə nişanının yeni sahibinin hüququ iddia sənədinin verildiyi gündən qüvvədə olur. Əmtəə nişanına dair hüququn verilməsi əmtəə, xidmət və istehsalçı barədə istehlakçıda yanlış təsəvvür yaratmamalıdır. Hər hansı ittifaqın, assosiasiyanın, birliyin adına kollektiv nişan qeydə alına bilər və b u nişana, eləcə də ondan istifadəyə dair hüquq başqa şəxsə onların bütün üzvlərinin razılığı ilə verilə bilər. Lisenziya müqaviləsi əmtəə nişanı sahibinin (lisenziarın) nişandan istifadə hüququnun başqa şəxsə (lisenziata) verilməsi barədə sənəddir. Bu müqavilə yalnız qeydə alınmış əmtəə nişanına aiddir və qeydiyyatda göstərilən əmtəələr və xidmətlər barəsində qüvvədə olur. Lisenziya müqaviləsinin qeydiyyatı barədə ərizə və sənədlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim edilir. Lisenziyanın qeydiyyatı üçün verilən sənədlərə baxılarkən, ərizədə və ya hər hansı materialda göstərilənlərin təsdiqi üçün əlavə sənəd tələb oluna bilər. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: lisenziyanın növü (müstəsna, qeyri-müstəsna və ya yeganə); lisenziyanın qüvvədə olma müddəti; l isenziyanın istifadə olunduğu ərazi. Lisenziya müqavilələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən “Müqavilələrin qeydiyyatı Qaydaları”na uyğun həyata keçirilir. Lisenziya müqaviləsinə görə lisenziatın əmtəəsinin və ya xidmətinin keyfiyyəti lisenziarınkindən aşağı olmamalı və lisenziar bu şərtin yerinə yetirilməsinə nəzarət etməlidir. Lisenziya müqaviləsinə əmtəənin və ya xidmətin keyfiyyəti barədə sənəd əlavə edilir. Qeydə alınmış lisenziya müqaviləsində dəyişikliklər tərəflərin razılığı ilə edilir. Qeydə alınmış lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ləğv oluna bilər. Əmtəə nişanına dair lisenziya müqaviləsinin məcburi bağlanmasına yol verilmir. Coğrafi göstəricidən istifadə hüququ olan şəxs bu hüququn verilməsinə və ondan istifad əyə dair lisenziya müqaviləsi bağlaya bilməz. Qeydiyyata alınmış əmtəə nişanına dair müstəsna hüquqlar müqavilə əsasında başqa şəxsə girov kimi verilə bilər. Girov müqaviləsi haqq ödəmək şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda qeydiyyata alınır. “Girov müqaviləsinin qeydiyyatı Qaydaları” müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Müqavilələrin qeydiyyatı üçün təqdim edilən sənədlər “... 2.3. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsinin qeydiyyatı üçün aşağıdakı sənədlər təqdim edi lir: əmtəə nişanının sahibi tərəfindən verilən ərizə (5 nömrəli əlavə); əmtəə nişanından istifadə hüququnun verilməsi barədə Müqavilə; əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya dövlət reyestrindən çıxarış; hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti; fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və VÖEN-in surəti; müqavilənin qeydiyyatı üçün müəyyən edilmiş haqqın ödənildiyini təsdiq edən sənəd; etibarnamə (zərurət olduqda); əmtəənin və ya xidmətin keyfiyyəti barədə sənədin surəti (zərurət olduqda). Yuxarıda göstərilən sənədlər iki nüsxədə təqdim olunur. Hüququ şəxsin adından ərizə və əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi göstəril ir və hüquqi şəxsin möhürü ilə təsdiq olunur. İmza edən şəxsin soyadı və adı göstərilir. Müqaviləni imzalayan tərəflərdən biri fiziki şəxs olduqda, onun imzası notarial qaydada təsdiq edilir. Ərizənin imza tarixi göstərilmədikdə, ərizənin tarixi onun Agentliyə daxil olunduğu tarixdən müəyyən edilir.”

36. İHAM-ın “Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il 25 yanvar tarixli qərarında qeyd edlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33).

37. İHAM-ın “Deryus Litvaya qarşı” iş üzrə 2000-ci il 31 iyul tarixli, Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 2000-ci il 28 mart və 2004-cü il 22 iyul tarixli qərarlarında qeyd edilmişdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir.

38. İHAM-ın “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İV. ALİ MƏHKƏMƏNİ N MÖVQEYİ

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayətində göstərilmiş dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir.

40. Məhkəmə kollegiyası İddiaçı məxsus bütün sənədlərin, o cümlədən müqavilənin ayrılmaz hissəsi olan sazişin onun iş otağındakı seyfdə yerləşməsinə, lakin İddiaçının gözlənilmədən həbs olunduğu üçün həmin sənədləri götürə bilməməsinə, hazırda həmin sənədlərin MMC-də olmasına dair kassatorun dəlilləri (bax yuxarıda § 23) ilə bağlı bildirir ki, eyni dəlillər İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində də göstərilmiş, apellyasiya baxışının predmeti olmuş və apellyasiya instansiyası məhkəməsi məsələyə qanunvericiliyin tələbinə uyğun qiymət vermişdir.

41. MPM-in 9.3 və 77.1-ci maddələrinə (bax yuxarıda § 33) görə, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. İddiaçı istinad etdiyi həmin hallar apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmamışdır. Belə ki, İddiaçı öz dəlillərinin həqiqiliyini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, MMC isə bu dəlillərin həqiqiliyini etiraf etməmişdir.

43. Kassator hazırkı şikayətində də bu məsələ ilə bağlı öz mövqeyini əsaslandırmaq üçün apellyasiya icraatı zamanı bildirdiklərindən başqa, əlavə tutarlı dəlillər gətirə bilməmişdir.

44. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiya məhkəməsi öz qətnaməsində İddiaçı müqavilə üzrə illik lisenziya mükafatının məbləğinin 600.000 manat olması barədə tərəflər arasında saziş bağlandığını iddia etsə də, həmin sazişi sübut qismində məhkəməyə təqdim edə bilməməsini qeyd edərkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

45. Məhkəmə kollegiyası MMC-nin mübahisələndirilən lisenziya müqaviləsindən həmin müqavilənin bağlanma tarixindən məlumatlı olmasına, bu səbəbdən də hazırda həmin müqaviləni mübahisələndirmək üçün iddia müddətini ötürməsinə dair kassatorun dəlilləri (bax yuxarıda § 24) ilə də razılaşmır.

46. Əvvəla, MM-in 397-ci maddəsinə (bax yuxarıda § 32) görə, əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna lisenziyanın verilməsi haqqında müqavilə adətən əvəzli xarakter daşıyır.

47. MM-in 398.1-ci m addəsinə (bax yuxarıda § 32) görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

48. Həmin normalardan aydın olur ki, əvəzli xarakter daşıyan 2014-cü il 10 oktyabr tarixində bağlandığı bildirilən “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında müqavilə” üçün qiymət bu müqavilənin ən mühüm şərtlərindən biri hesab olunmalıdır.

49. Lakin 2014-cü il 10 oktyabr tarixli müqavilədə konkret qiymət müəyyən olunmamışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən, lisenziarın lisenziya mükafatının verilməsi ödəmələr haqqında sazişə əsasən, həyata keçirilir. Saziş hazırkı müqavilənin ayrılmaz hissəsidir və tərəflər onu məxfi sənəd kimi qiymətləndirilir.

50. Bununla belə, apellyasiya instansiya məh kəməsi tərəfindən müəyyən olunmuşdur ki, həmin saziş İddiaçı tərəfindən təqdim edilməmişdir.

51. Bашга sözlə, müqavilə tərəflərinin əmtəə nişanından istifadəyə görə konkret ifadə olunmuş qiymət barəsində razılığa gəlmələri işin halları ilə təsdiq olunmur. Bunun nəticəsidir ki, işə baxan məhkəmələr haqlı olaraq 3.600.000 manat məbləğində lisenziya mükafatının, pul öhdəliyinin vaxtında icra edilməməsinə görə 216.000 manatın tutulmasına dair iddia tələblərini əsaslı hesab etməmişlər.

52. MM-in 405.1-ci maddəsinə (bax yuxarıda § 32) görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

53. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə tərəflərin (İddiaçı və MMC) müqavilənin mühüm şərti olan konkret qiymət barədə razılığa gəlmələri işin materialları ilə müəyyən olunmadığından “Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyrimüstəsna lisenziyanın verilməsi haqqında müqavilə”ni ümumiyyətlə bağlanmış hesab etmək olmaz.

54. Bundan başqa, MMC-nin mübahisələndirilən lisenziya müqaviləsinin 2015-ci il 6 yanvar tarixində qeydə alınmasının həmin müqavilə barədə hüquqi şəxsin məlumatı olduğunu təsdiq etməsi dəlilinə münasibətdə apellyasiya instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, müqavilənin qeydə alınması üçün ərizənin hüquqi şəxsin adından səlahiyyətli şəxs tərəfindən verildiyi barədə işdə sübut yoxdur.

55. İşin materiallarından (i/v 6) da görünür ki, MMC ilə bağlanmış lisenziya müqaviləsinin (hətta bu müqavilənin qanunun tələblərinə uyğun şəkildə bağlandığını ehtimal hesab etsək belə) qeydiyyata alınmasına dair ərizə ilə qeydiyyat orqanına, kassatorun bildirdiyi kimi, MMC deyil, əmtəə nişanının sahibi olan İddiaçı özü müraciət etmişdir.

56. Ən azından ona görə ki, bu, hər şeydən əvvəl, qanunvericiliyin tələbidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.3-cü bəndindən (bax yuxarıda § 35) aydın olur ki, əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsinin qeydiyyatı üçün ərizə ilə əmtəə nişanının sahibi müraciət edir.

57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ərizəsi ilə mübahisələndirilən lisenziya müqaviləsinin qeydə alınması və bunun əsasında əmtəə nişanının 2015-ci il 6 yanvar tarixindən MMC-nin adına qeydə alınması faktı MMC-nin həmin tarixdən bu barədə məlumatlı hesab edilməsi üçün hələ kifayət qədər əsas vermir. MMC-nin belə qeydiyyat barədə məlumatlı olması işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmiş, həmçinin kassator öz şikayətində bunun əksini təsdiq edən tutarlı dəlillər də gətirə bilməmişdir.

58. Həmçinin nəzərə alınmalıdır ki, işin materiallarına istinad edərək apellyasiya instansiya məhkəməsinin öz qətnaməsində qeyd etdiyi kimi, İddiaçıla 2014-cü il müqaviləsinin imzalanması üçün bu müqaviləni MMC-nin adından faktiki imzalamış şəxsə MMC tərəfindən qanunun tələbinə uyğun şəkildə etibarnamə (səlahiyyət) verilməmişdir.

59. Odur ki, lisenziya müqaviləsinin MMC tərəfindən mübahisələndirilməsi üçün iddia müddətinin axımının məhz bu müqavilənin 2014-cü ildəki imzalanması, qeydiyyatı və ya əmtəə nişanının 2015-ci il 6 yanvar tarixindən MMC-nin adına qeydiyyata alınması tarixindən başlandığını və hazırkı iş üzrə qarşılıqlı iddianın qaldırıldığı tarixə artıq bitmiş olduğunu birmənalı şəkildə söyləmək olmaz. 60. 2017-ci ilin sentyabr ayından sonra MMC-nin İddiaçı məxsus əmtəə nişanından hansı haqla istifadə etməsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları bildirməyi zəruri hesab edir.

61. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı 2017-ci il 14 sentyabr tarixində MMC-də sahib olduğu 25 % payı müqavilə ilə digər təsisçi olan X2, 2017-ci il 15 sentyabr tarixində isə MMC ilə “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə Müqavilə” imzalamış, həmin Müqavilə ilə əmtəə ni şanı ilə bağlı hüquqlarını bütövlükdə MMC-yə vermişdir.

62. Bu o deməkdir ki, İddiaçı artıq 2017-ci il 15 sentyabr tarixindən etibarən əmtəə nişanına olan bütün hüquqları itirmiş, əvəzində isə həmin hüquqları MMC əldə etmişdir.

63. Lakin bu, MMC-nin hazırda mübahisələndirilən 2014-cü il lisenziya müqaviləsindən hətta 2017-ci il 15 sentyabr tarixindən başlayaraq məlumatlı olması anlamına gəlmir. Belə ki, istər “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsindən (bax yuxarıda § 34), istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 sentyabr tarixli 139 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”ndan aydın olur ki, əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenz iya müqaviləsi ilə əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə bir-biri ilə bağlı olmayan, tamamilə fərqli tənzimləmə predmetinə malik olan və fərqli hüquqi nəticələr doğuran müstəqil əqdlərdir.

64. Başqa sözlə, əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilənin bağlanması MMC-nin bundan əvvəl bu MMC tərəfindən səlahiyyət verilməyən şəxs tərəfindən əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsinin bağlanmasından məlumatlı olması anlamına gəlmir.

65. Beləliklə, lisenziya müqaviləsinin MMC tərəfindən mübahisələndirilməsi üçün iddia müddətinin axımının hazırkı halda əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilənin bağlandığı 2017-ci il 15 sentyabr tar ixindən başladığını və hazırkı iş üzrə qarşılıqlı iddianın qaldırıldığı tarixə artıq bitmiş olduğunu əminliklə söyləmək mümkün deyildir.

66. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iddia müddəti ilə bağlı öz qətnaməsində sərgilədiyi mövqe qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

67. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qarşılıqlı iddia tələbi ilkin iddia tələbini tam ödədiyindən ilkin iddia tələbinin rədd edilməli olmasını bildirməklə kifayətlənməsinə, işin hallarını tam və ətraflı araşdırmamasına dair dəlil (bax yuxarıda § 25) də qətnamənin ləğvi üçün əsas ola bilməz.

68. Əvvəla, həmin nəticəyə apellyasiya instansiyası məhkəməsi deyil, birinci instansiya məhkəməsi gəlmişdir. Bununla belə, işə baxan məh kəmənin bu qənaəti mahiyyət etibarilə əsaslı olmuşdur.

69. Belə ki, MPM-in 156.1-ci maddəsində (bax yuxarıda § 33) qarşılıqlı iddianın məhkəmə tərəfindən qəbul edildiyi hallar dəqiq göstərilmişdir. Həmin hallardan biri olan qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsi hazırkı hala uyğun gəlməsə də, həmin maddədə nəzərdə tutulmuş digər hal – qarşılıqlı iddianın təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırması halı hazırkı işdə bilavasitə mövcuddur.

70. Belə ki, İddiaçının MMC-yə qarşı tələbləri MMC-nin etibarsızlığını mübahisələndirdiyi lisenziya müqaviləsinə əsaslanır. Aydındır ki, bu müqavilə etibarsız hesab olunduğu təqdirdə, İddiaçının tələblərini də təmin etmək mümkün olmayacaqdır. Başqa sözlə, hər iki qarşılıqlı tələb (İddiaçı tələ bi və MMC-nin tələbi) istənilən halda bir-birini təkzib edir.

71. Qeyd olunanları nəzərə alaraq və MPM-in 418.3-cü maddəsinə (bax yuxarıda § 64) istinad edərək məhkəmə kollegiyası da hesab edir ki, kassatorun sözügedən dəlili ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas yoxdur.

72. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 mart tarixli 22(103)-315/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar