Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-287/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqaviləyə dəyişiklik edilməsi və zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı müqaviləyə dəyişiklik edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddiaçıya İddiaçınə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli 2-2(103)-70/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan İddiaçı MMC arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli 37-LA/13 saylı lizinq müqaviləsinə əsasən, lizinq verən 2.288.000 manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən qaydada ö dənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinə lizinq alana lizinqə vermişdir.
2. Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 17 avqust tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
3. Bakı K ommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)-3713/2021 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh İddiaçı MMC-yə qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia təmin edilərək, İddiaçı MMC-dən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə 2013-cü il 30 dekabr tarixli 37-LA/13 nömrəli müqavilə üzrə 334.568,75 manat gecikdirilmiş borcun, hesablanmış 76.281,68 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi 411.350,43 manat pul vəsaitinin tutulması qət olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) A zərbaycan Respublikası 2022-ci il 18 mart tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə "Aqrolizinq” ASC (bundan sonra – “ASC”) arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli 37-LA/13 nömrəli müqavilənin 1.1-ci bəndində lizinq obyektinin ümumi dəyərinin 1.253.355,33 manat müəyyən edilməsi və bununla bağlı müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilməsi, müqavilənin dəyişdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin 298.593,42 manat məbləğində müəyyən edilməsi və həmin zərərin Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)3713/2021 saylı qətnaməsi üzrə müəyyən edilən borcdan silinməsi öhdəliyinin cavab dehə həvalə edilməsi, tərəflər arasında bağlanmış müqavilədə göstərilən lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsinin 1.2-ci bəndinə görə iddiaçı lizinqə verilən avadanlıqların dəyərindən 15.000 manat məbləğini əvvəlcədən ödəmiş, qalan məbləği isə 2023-cü ilin sonunadək (ödəniş qrafiki ilə razılaşdırılan müddət) ASC-yə ödəcəyini öhdəsinə götürmüşdür. Həmçinin həmin bənddə əvvəlcədən ödənilən 15.000 manat məbləğində pulun heç bir halda qaytarılmayacağı nəzərdə tutulmuşdur. Lakin iddiaçıya sonradan məlum olmuşdur ki, lizinq obyektlərinin dəyəri tərəflər arasında bağlanan müqavilədə süni şişirdilərək 2 dəfə çox göstərilmişdir. Bu barədə dəfələrlə cavabdehə etirazlar edilm iş, cavabdeh isə müqavilənin dəyişdiriləcəyini, obyektlərin dəyərini aşağı müəyyən edəcəyini vəd etmişdir. Həmçinin ASC tərəfindən iddiaçıya bildirilmişdir ki, müqavilədən imtina edilərsə, müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödənilən 15.000 manat vəsait geri qaytarılmayacaq. Ona görə də iddiaçı müqavilədən imtina etməmiş və müqavilə münasibətlərini davam etdirmişdir. Sonradan ASC, eləcə də cavabdehlə danışıqlar aparılaraq bu məsələnin həll edilməsi tələb edilməsinə baxmayaraq, danışıqlar nəticəsiz qalmışdır. Bu halda yaranmış vəziyyət iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Müqavilənin ümumi qiyməti həddindən artıq şişirdilməsi sahibkarlıq subyekti olaraq iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, əldə etdiyi gəlirlərlə öz sahibkarlıq fəaliyyətini ge nişləndirmək və daha da inkişaf etdirmək imkanı olduğu halda, iddiaçı illərdir ki, əldə etdiyi vəsaitlə ancaq cavabdehə ödənişlər etmək məcburiyyətində qalmış və cavabdeh tərəfindən süni şəkildə şişirdilmiş bu məbləği ödəyib başa çatdıra bilməmişdir. Belə ki, cavabdeh qurumun yaradılma məqsədi dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqların fiziki və hüquqi şəxslərin istifadəsinə münasib şərtlərlə verilməsi təsərrüfat sahəsinin stimullaşdırılması, bu sahədə istehsal olunan məhsulun həcminin artırılmasıdır. Lakin cavabdeh ona səlahiyyətlərdən sui-istifadə edərək dövlət büdcəsinin hesabına alınmış texnika və avadanlıqları mövcud bazar qiymətindən dəfələrlə baha qiymətlərlə sahibkarlara, o cümlədən iddiaçıya vermişdir. Tərəflər arasında sözügedən müqavilənin bağlanılmasından sonra A SC-də tenderlərin keçirib müqavilələrin bağlanılması zamanı yol verilən pozuntulara görə bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, elə analoji işlərdə həqiqətən də lizinq obyektlərinin dəyərinin süni şəkildə yüksək göstərilməsi ilə bağlı qəbul edilən məhkəmə aktları iddianın əsaslı olmasını göstərir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 16.1, 398.2, 421.1, 421.2, 424.1, 424.3, 424.5, 560.2, 560.3.5.1, 748-2.5-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
8. Eyni zamanda, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia qaldıraraq, iddiaçı ilə ASC arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli 37-LA/13 saylı müqavilə üzrə əsas borc olaraq 736.051,25 manat məbləğinin və 35.932,68 manat cərimə borcunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə bağlanılarkən lizinq avadanlıqlarının dəyəri tərəflərin razılığı ilə bazar qiymətinə uyğun müəyyən edilmişdir. İddiaçı bu məbləğlə bağlı ASC-yə etiraz etdiyini bildirsə də, nə müqavilə bağlanılarkən, nə də ki, sonradan bu məbləğlə bağlı tərəflər arasında hər hansı fikir ayrılığı olmuş, iddiaçı lizinq avadanlıqlarının dəyərini mübahisələndirməmiş və bu məbləğlə razı olmuşdur. Hazırda iddiaçı lizinq avadanlıqlarının dəyərini mübahisələndirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Sözügedən müqavilə üzrə iddiaçı tərəfindən bu günədək 1.217.380 manat pul məbləği ödənilsə də, sonradan cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənişləri icra etməmişdir. Bununla bağlı, cavabdeh tərəfindən məhkəməyə müracət edilmiş və 2021-ci il 18 may tarixə yaranmış borcun iddiaçıdan tutulması xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)-3713/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra iddiaçı müqavilə üzrə yenə də heç bir ödəniş etməmişdir. İlk iddiadan görünür ki, iddiaçı ümumiyyətlə müqavilə üzrə digər öhdəliklərini də icra etmək fikirində deyildir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı o, müqavilə üzrə ödənilməli olan bütün vəsaiti vaxtından əvvəl iddiaçıdan tələb etmək hüququna malikdir. Beləliklə, 2013-cü il 30 dekabr tarixli 37-LA/13 nömr əli müqavilə üzrə iddiaçının 2022-ci il 30 mart tarixinə olan ümumi əsas borcu 736.051,25 manat, ödənişlərin gecikdirilməsinə görə cərimə borcu isə 35.932,68 manat təşkil etmişdir.
10. Cavabdeh tələbinin hüquqi əsası kimi MM-in 385.1, 442, 448.1, 448.2, 748-1.12.4cü maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə istinad etmişdir.
11. İddiaçı tərəfindən qarşılıqlı iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 aprel tarixli e-2-2(113)1742/2022 nömrəli qərardadı ilə ilkin və qarşılıqlı iddia ərizəsi ilə bağlı iş üzrə mütəxəssis rəyi alınmışdır (hakim – F.Qasımov).
13. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin 2022-ci il 8 aprel tarixli 73 nömrəli mütəxəssis rəyinə görə, Aparılmış tədqiqatlar nəticəsində ekspert iza tədqiqatına təqdim edilmiş Abşeron rayonunun, “Quldar” adlanan qış otlaq sahəsi ərazisinin 2 ha hissəsində quraşdırılmış xüsusi polietilen örtüklü, tunel tipli istixananın tikintisi və quraşdırılan avadanlıqların 2013-cü ilə real bazar dəyəri 1.253.355,33 manat, hazırda isə bu məbləğ təxminən 789.926,46 (1.253.355,33 - 5% (9 dəfə)) manat məbləğində müəyyən edilmişdir. Qeyd: Respublikada və internet saytlarında mövcud olan qiymətlərdən, parniklənn tikintisi, quraşdırılması, avadanlıqların satışı səmərəlik imkanlarından, markalarından, iş qabiliyyətindən və sair əmtəə-texniki göstəricilərindən, tələb və təklifdən, eləcə də, qiymətə təsir edən digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.
14. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 aprel tarixli e-2-2(113)1742/2022 nömrəli qərardadı ilə iş üzrə təkrar mütəxəssis rəyi alınmışdır (hakim – F.Qasımov).
15. X1 2022-ci il 10 iyun tarixli 49 nömrəli mütəxəssis rəyinə görə, Abşeron rayonu, “Quldar” qış otlaq ərazisində yerləşən, 2013-cü il 30 dekabr tarixli 37-LA/13 nömrəli müqavilə üzrə 2 ha sahədə quraşdırılmış lizinq müqaviləsinin predmeti olan istixana avadanlıqlarının müqavilənin bağlandığı dövrdə real bazar dəyəri təqribən 1.255.332,92 manat, hazırda isə dəyəri təqribən 815.966,40 məbləğində müəyyən edilir. Qeyd: Respublikada və internet saytlarında mövcud olan qiymətlərdən, istixanaların tikintisi, quraşdırılması, avadanlıqların satışı səmərəlik imkanlarından, markalarından, iş qabiliyyətindən və sair əmtəə-texniki göstəricilərindən, tələb və təklifdən, eləcə də, q iymətə təsir edən digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.
16. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 iyun tarixli e-2-2(113)-1742/2022 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək iddiaçı ilə ASC arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli 37-LA/13 nömrəli müqavilənin 1.1-ci bəndində dəyişiklik olunaraq lizinq obyektinin ümumi dəyərinin 1.255.332,92 manat məbləğində müəyyən edilməsi, müqavilənin dəyişdirilməsi nəticəsində iddiaçıya dəymiş zərər 296.615,83 manat məbləğində müəyyən olunaraq, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)-3713/2021 saylı qətnaməsi üzrə cavabdehin xeyrinə tutulmuş 411.350,43 manatın borcdan silinməsinin cavabdehə həvalə edilməsi, Bakı Kommersiya Məhkəməsinin 20 21-ci il 9 sentyabr tarixli e-2-2(113)-3713/2021 saylı qətnaməsi üzrə borc tam ödənildikdən sonra 2013-cü il 30 dekabr tarixli 37-LA/13 nömrəli müqavilə üzrə lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir (hakim – F.Qasımov).
17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış təklifin məzmunundan görünür ki, iddiaçı 2013-cü il 30 dekabr tarixli 37-LA/13 saylı müqavilənin 1.1-ci bəndinin dərhal dəyişdirilərək lizinq obyektinin ümumi dəyərinin 900.000 manat müəyyən edilməsini cavabdehə təklif etmişdir. Məktub cavabdeh tərəfindən 2022-ci il 9 mart tarixdə qəbul edilsə də, cavablandırılması barədə məhkəməyə hər hansı sübut təqdim edilmə mişdir.
18. Cavabdeh tərəfin ilkin iddianın “tərəflər arasında imzalanmış müqavilənin 1.1-ci bəndinə dəyişiklik edilməsi” hissəsinə etirazını o hal təşkil edir ki, müqavilə bağlanılan dövrdə iddiaçı tərəfindən müqavilənin qiyməti mübahisələndirilməmiş, tərəflər qiymət şərti ilə razılığa gəlmişlər. Lakin mülki qanunvericilikdə müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verildiyindən cavabdehin etirazı əsassızdır.
19. Cavabdeh tərəfindən lizinq obyektinin dəyərinin müqavilədə göstərilən 2.288.000 manat olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
20. Məhkəmə 2022-ci il 10 iyun tarixli 49 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, müqavilənin 1.1-ci bəndində göstərilmiş müqavilənin ümumi qiyməti dəyişdirilərək 1.255.332,92 manat müəyyən edil məlidir.
21. Müqavilə qiymətinin əslində 2.288.000 manat deyil, 1.255.332,92 manat məbləğində qəbul edilməli olması müəyyən edildiyindən, iddiaçı tərəfindən (1.551.948,75 – 1.255.332,92) 296.615,83 manat məbləğində artıq ödənişlər həyata keçirilmiş, bununla da iddiaçıya zərər dəymişdir. Lakin iddiaçı dəymiş zərərin əvəzinin cavadehdən tutulmasını deyil, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)3713/2021 saylı qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulacaq 334.568,75 manat gecikdirilmiş borc, hesablanmış 76.281,68 manat cərimə borcu və hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi 411.350,43 manat məbləğinin borcdan silinməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir.
22. Hazırkı iş üzə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş 296.615,83 manat məbləğində zərər cavabdehə ödənilməmiş 411.350,43 manat borc məbləğindən silinməlidir.
23. Məhkəmə araşdırması zamanı müqavilənin 1.1-ci bəndinin “Lizinq verən ümumi dəyəri 1.255.332,92 manat olan 2 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının (quraşdırılması ilə birlikdə) dəyərini lizinq Ödəniş qrafikində (1 nömrəli əlavə) göstərilən qaydada ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 (on) il müddətədək lizinqə verir.” şəkildə qəbul edilməli olması müəyyən edildiyindən, iddiaçı tərəfindən bugünədək ümumilikdə 1.217.380 manat məbləğində ödəniş etməsi, qanuni qüvvəyə minmiş qətnamə üzrə cavabdehə ödənilməmiş 411.350,43 manat borc məbləğindən 296.615,83 manat məbləğinin silinməsi nəzərə alınaraq, lizinq avadanlıqlarının ümumi dəyəri Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)-3713/2021 saylı qətnaməsi üzrə borc tam ödənildikdən sonra iddiaçının mülkiyyətinə verilməlidir. 24. 2022-ci il 30 mart tarixli maliyyə arayışına əsasən, iddiaçının 2013-cü il 30 dekabr tarixli 37-LA/13 nömrəli müqavilə üzrə 736.051,25 manat gecikdirilmiş əsas və 35.932,68 manat cərimə borcu mövcuddur. Lakin məhkəmə araşdırması zamanı müqavilə qiymətinin əslində 2.288.000 manat deyil, 1.255.332,92 manat məbləğində qəbul edilməli olması müəyyən edildiyindən, müqavilənin qiyməti 1.032.667,08 manat artıq hesablanmışdır və belə olan halda, qarşılıqlı iddia tələbi əsassızdır və təmin oluna bilməz.
25. Məhkəmə bu qənaətini MM-in 21.1, 21.2, 424.5, 747.1, 748-1.12, 748-1.12.4, 398.2, 423.2-c i maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli 2-2(103)-70/2023 saylı qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçıdan 200.741,25 manat məbləğində əsas borc, 10.000 manat dəbbə pulu, cəmi 210.741,25 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi, qalan hissədə qarşılıqlı iddanın təmin edilməməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
28. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia özü-özlüyündə əsassızdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsində, habelə MM-in lizinq münasibətlərini tənzimləyən 747-751-ci maddələrində müqavilə bağlandıqdan sonra lizinq obyektinin ümumi dəyərinin və ya lizinq ödənişlərinin cəmi məbləğinin dəyişdirilməsi ilə bağlı hallar və qaydalar müəyyən edilməmişdir. Eyni zamanda, MM-in müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı məsələləri tənzimləyən və ümumi normalar hesab edilən 421-422-ci maddələrindən müəyyən edilir ki, MM-də və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda müqavilənin dəyişdirilməsi və ləğv edilməsinə aşağıdakı hallarda yol verilir: - tərəflərin razılaşması ilə; - tərəflərdən birinin tələbi ilə digər tərəf müqa viləni əhəmiyyətli dərəcədə pozduqda; - şərait əhəmiyyətli dərəcədə dəyişdikdə. Hazırkı işdə isə tərəflər arasında bağlanmış lizinq müqaviləsində lizinq obyektinin ümumi dəyəri və ya lizinq ödənişlərinin cəmi məbləğinə dair şərtlərin dəyişdirilməsi üçün yuxarıda qeyd olunan əsaslardan heç biri mövcud olmamışdır.
29. Eyni zamanda, iddiaçı da həmin əsaslardan hər hansı birinə istinad etməmiş, yalnız qeyd etmişdir ki, lizinqə verilən avadanlıqların dəyərinin müqavilədə iki dəfə artıq göstərilərək süni şəkildə şişirdilməsi sonradan ona məlum olmuşdur. Həmin dəlillər müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarına aid olmadığına görə heç bir halda müqavilənin dəyişdirilməsi əsası kimi çıxış edə bilməzdi. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, müqavilə azadlığı MM-in prinsiplərinə aidd ir və müqavilənin şərtlərini tərəflər özləri müəyyən edir.
30. İşin hallarından da görünür ki, iddiaçı lizinq müqaviləsində müəyyən edilən lizinq obyektinin ümumi dəyəri və lizinq ödənişlərinin cəmi məbləği ilə razılaşmış, həmin müqaviləni imzalamış və müqavilə üzrə ödənilməli olan cəmi məbləğin yarısından çoxunu (1.217.380 manat) ödəmişdir. Bu hal isə onun tərəfindən həmin müqavilənin şərtlərini tam qəbul etməsi mənasına gəlir. Ona görə də, lizinq obyektinin ümumi dəyərinin ASC tərəfindən süni şəkildə şişirdilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz.
31. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı həmin tələbi lizinq müqaviləsi bağlandıqdan 8 il 3 ay keçdikdən sonra irəli sürmüş, keçən bu müddət ərzində tərəflər arasında eyni müqavilə üzrə borcun tutulması tələbinə dair məhkəmə mübahi səsi olmuş və qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)3713/2021 saylı qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia təmin edilmişdir.
32. Qeyd olunanlara əsasən həmin iddia tələbləri özü-özlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd edilməlidir.
33. İlk iddiada irəli sürülmüş digər tələblərə dair qeyd olunmuşdur ki, həmin tələblər müqavilə şərtinin dəyişdirilməsi ilə bağlı tələbdən asılı olan və ondan irəli gələn (törəmə) tələblərdir. Ona görə də müqavilə şərtinin dəyişdirilməsi ilə bağlı tələblər əsassız olduğuna görə ilk iddiada irəli sürülmüş digər tələblər də təmin edilə bilməzdi.
34. Həmçinin qeyd edilmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini pozm adığına görə MM-in 443.1-ci maddəsi baxımından ona qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia irəli sürülməsi tam əsassızdır.
35. Lizinq obyektinin iddiaçının mülkiyyətinə keçməsi isə MM-in 748-2.5-ci maddəsi və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.6-cı bəndinə əsasən lizinq obyektinin dəyəri tam ödənildikdən sonra mümkündür.
36. Beləliklə, ilk iddia tam rədd olunmalıdır.
37. Qarşılıqlı iddia tələbinin qanuni əsasını isə MM-in 747.1-ci maddəsi təşkil etmişdir.
38. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir. Çünki muzd ödəmək öhdəliyi lizinq alan iddiaçıya aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.
39. Bunun la yanaşı, qarşılıqlı iddia tam təmin edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış 2013-cü il 30 dekabr tarixli 37-LA/13 saylı lizinq müqaviləsinin müddəti 10 il müəyyən edilib və onun müddəti 2023-cü ilin dekabr ayında bitir. Müqavilə üzrə 2021-ci il 18 may tarixinə yaranmış borcun və həmin borcun gecikdirilməsinə görə hesablanmış cərimə borcunun tutulması ilə bağlı mübahisə artıq həll olunmuşdur (Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)-3713/2021 saylı qətnaməsi). Hazırda isə cavabdeh həmin müqavilə üzrə ödənilməli olan bütün vəsaiti vaxtından əvvəl iddiaçıdan tutulması tələbini irəli sürmüşdür. Halbuki nə tərəflər arasında bağlanmış lizinq müqaviləsində, nə də MM-in lizinq münasibətlərini tənzimləyən 747-751-ci maddələrində müqavilə üzrə ödənilməli o lan bütün vəsaitin vaxtından əvvəl tutulmasına imkan verən müddəa nəzərdə tutulmuşdur.
40. Bu baxımdan, cavabdeh yalnız 2021-ci il 18 may tarixindən qarşılıqlı iddia ərizəsində qeyd edilən tarixə (2022-ci il 30 mart) qədər olan müddət üçün lizinq ödənişlərinin tutulmasını tələb etmək hüququna malikdir.
41. Lizinq verən cavabdeh tərəfindən təqdim edilən 2022-ci il 7 dekabr tarixli maliyyə arayışı və cərimələrin hesablanması qrafiki (həmin sənədlərdə lizinq alan tərəfindən edilmiş cəmi ödənişlərin məbləği, cərimə hesablanan məbləğ, gecikdirilmiş günlərin sayı və cərimə məbləğləri dəqiq göstərilmişdir) ilə təsdiq olunmuşdur ki, 2013-cü il 30 dekabr tarixli 37-LA/13 saylı lizinq müqaviləsi üzrə 2021-ci il 18 may tarixindən 2022-ci il 30 mart tarixinə qədər yaranmış lizinq ödənişləri üzrə cəmi borcun məbləği 200.741,25 manat təşkil etmişdir.
42. Bu baxımdan, iddiaçı lizinq ödənişləri üzrə yaranmış 200.741,25 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilməlidir.
43. Dəbbə puluna dair işin hallarını, yəni lizinq müqaviləsi üzrə ödənişlərin gecikdirildiyi günlərin sayını, əsas borcun məbləğini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, habelə analoji işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin tələb etdiyi 35.932,68 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olan dəbbə pulu kimi qiymətləndirilməli və həmin məbləğ azaldılaraq, əsas borcun 5 faizinə yaxın məbləğdə, yəni 10.000 manat məbləğində müəyyən edilməlidir.
44. Apellysiya instansiyası məhkəməsi gəldiyi nəticən i MM-in 398.2, 421.2, 422.1, 443.1, 747.1, 748-2.5, 462.1, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2023-cü il 6 fevral tarixində tərəflərin şəxsi elektron kabinetlərində yerləşdirilmişdir.
46. İddiaçı 2023-cü il 6 aprel tarixində kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 47. “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”nin 8-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmiş, işin halları hərtərəfli araşdırılmamış, həmçinin maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir.
48. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə - Müqavilə bağlandıqdan sonra iddiaçıya məlum olmuşdur ki, lizinqə verilən avadanlıqların dəyəri müqavilədə iki dəfə artıq göstərilərək süni şəkildə şişirdilmişdir. Bununla bağlı iddiaçı "xxxx" ASC-nin rəhbərliyinə etirazını bildirdikdə ona müqavilə şərtlərinə dəyişiklik ediləcəyi və avadanlığın dəyərinin azaldılacağı deyilmişdir. Həmçinin iddiaçıya bildirilmişdir ki, əgər müqavilədən imtina edilərsə, müqavilənin şərtlərinə uyğun olaraq ilkin ödənilən vəsait geri qaytarılmayacaq. Ona görə də iddiaçı müqavilədən imtina etməmiş və müqavilə münasibətlərini davam etdirmişdir. Sonradan iddiaçı danışıqlar aparılaraq bu məsələnin həll edilməsini tələb etməsinə baxmayaraq, danışıqlar nəticəsiz qalmışdır. Bu halda yaranmış vəziyyət iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuş “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” mövqeyi nəzərə alınmamışdır. Müqavilənin ümumi qiymətinin həddindən artıq şişirdilməsi sahibkarlıq subyekti olaraq iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, əldə etdiyi gəlirlərlə öz sahibkarlıq fəaliyyətini genişləndirmək və daha da inkişaf etdirmək imkanı olduğu halda, iddiaçı illərdir ki, əldə etdiyi vəsaitlə ancaq cavabdehə artıq ödənişlər etmək məcburiyyətində qalmış, cavabdeh tərəfindən süni şəkildə şişirdilmiş bu məbləği ödəyib başa çatdıra bilməmişdir. Bu həm də dövlə tin apardığı ishalatlara zidd olmaqla sahibkarlığın inkişafına böyük maneədir. Cavabdeh ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək dövlət büdcəsinin hesabına alınmış texnika və avadanlıqları mövcud bazar qiymətindən dəfələrlə artıq qiymətlərlə sahibkarlara, o cümlədən iddiaçıya vermişdir.
50. MPM-in 76, 88, 89-cu maddələri üzrə - Tərəflər arasında sözügedən müqavilənin bağlanılmasından sonra "xxxx" ASC-də tenderlərin keçirilməsi və müqavilələrin bağlanılması zamanı yol verilən pozuntulara görə bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də analoji işlərdə həqiqətən də lizinq obyektlərinin dəyərinin süni şəkildə yüksək göstərilməsi ilə bağlı qəbul edilən məhkəmə aktları da bir daha iddianın əsaslı olmasını göstərir. Ekspertiza təyin edilməklə lizinq avadanl ıqlarının real bazar dəyəri müəyyən edilə bilər. Lizinq verən tərəfindən iddiaçıdan artıq ödənişlər alınmaqla ona maddi zərər vurulmuşdur. Odur ki, iddiaçıya dəymiş zərər də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, müqavilənin şərtlərinə əsasən obyektin dəyərini tam ödədikdən sonra mülkiyyət hüququ lizinq alana keçir. Həmçinin lizinq obyektinin dəyəri müəyyən edildiyi halda, lizinqin dəyərinin tam ödənilməsi deməkdir ki, bu da lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsi üçün əsasdır.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli qərarı üzrə - “Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir” mövqeyi hazırkı halda nəzərə alınmamış, iddiaçının iddia ərizəsində və məhkəmə prosesində qeyd etdiyi, məhkəməyə təqdim etdiyi sübutlara hüquqi qiymət verilməmişdir. Məhkəmə öz qətnaməsində bu kimi hüquqi faktları qiymətləndirməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə halları təkrarlayaraq demək olar ki, eyni məzmunlu qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. Cavabdeh tərəfindən 2023-cü il 26 aprel tarixində kassasiya şikayətinə qarşı etiraz daxil olmu şdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı lizinq müqaviləsində müəyyən edilən lizinq obyektinin ümumi dəyəri va lizinq obyektlərinin cəmi məbləği ilə razılaşmış, müqavilə üzrə cəmi məbləğin yarısından çoxunu ödəmişdir. Bu hal isə onun müqavilə şərtlərini tam qəbul etməsi mənasına gəlir. Lizinq müqaviləsində, eyni zamanda, MM-in müvafiq maddələrində müqavilə bağlandıqdan sonra lizinq obyektinin ümumi dəyərinin və ya lizinq odənişlərinin cəmi məbləğinin dəyişdirilməsi ilə bağlı hallar va qaydalar müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı uzun müddət hərəkətsiz qalmış, öhdəliklərini icra etməyə davam etmiş, lakin müqavilə bağlandıqdan xeyli müddət sonra (8 ildən artıq) iddia irəli sürmüşdür. Həmçinin iddiaçı ASC-nin rəhbərliyinə bildirilmiş etiraza dair, habelə ASC tərəfindən müq avilə şərtlərinə dəyişiklik ediləcəyi va avadanlıqların dəyərinin azaldılacağı barədə vədlərin verilməsi ilə bağlı təsdiqedici hər hansı sübut təqdim etməmiş, yalnız əsassız mülahizələr irəli sürmüşdür. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
55. Kassasiya instansiyası m əhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
398. Qiymət... 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir....” “Maddə
421. Müqavilənin dəyişdirilmə si və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə
422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilmə sinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur....” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiy i halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı sa tın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə
748. Lizinq müqaviləsinin forması.... 748.2. Lizinq müqaviləsində aşağıdakılar göstərilməlidir:... 748.2.5. lizinq müqaviləsinin müddəti...”
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
58. İddiaçı lizinq obyektinin ümumi dəyərinin 1.253.355,33 manat müəyyən edilməsi və bununla bağlı müqaviləyə dəyişiklik edilməsi, müqavilənin dəyişdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin 298.593,42 manat məbləğində müəyyən edilməsi və həmin zərərin Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli e-2-2(113)-3713/2021 saylı qətnaməsi üzrə müəyyən edilən borcdan silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsini; iddiaçı isə qarşılıqlı iddia qaldıraraq lizinq müqaviləsi üzrə 736.051,25 manat əsas, 35.932,68 manat cərimə borcunun cavabdehdən tutulmasını tələb etmişdir.
59. Birinci instansiya məhkəməsi ilk iddianı qismən - müqaviləyə dəyişiklik olunaraq lizinq obyektinin ümumi dəyərinin 1.255.332,92 manat məbləğində müəyyən edilməsi, müqavilənin dəyişdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin 296.615,83 manat məbləğində müəyyən olunaraq, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli qətnaməsi üzrə cavabdehin xeyr inə tutulmuş 411.350,43 manat borcdan silinməsinin cavabdehə həvalə edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli qətnaməsi üzrə borc tam ödənildikdən sonra lizinq obyektinin iddiaçının mülkiyyətinə verilməsi hissəsində təmin etmiş, qarşılıqlı iddianı rədd etmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini ləğv edərək ilk iddianı rədd etmiş, qarşılıqlı iddianı qismən - cavabdehdən 200.741,25 manat məbləğində əsas borc və 10.000 manat dəbbə pulunun tutulması hissəsində təmin etmişdir.
61. İlkin iddia ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mövqeyi mahiyyət etibarilə ondan ibarət olmuşdur ki, lizinq obyektinin ümumi dəyəri və ya lizinq ödənişlərinin cəmi məbləğin dəyişdirilməsi üçün MM ilə müəyyən edilmiş əsaslardan heç biri hazı rkı halda mövcud deyildir. Cavabdehin lizinq ödənişlərinin yarısından çoxunu (1.217.380 manat) ödəməsi onun tərəfindən lizinq müqavilənin şərtlərini tam qəbul etməsi mənasına gəlir. Həmçinin qarşılıqlı iddia lizinq müqaviləsi bağlandıqdan 8 il 3 ay keçdikdən sonra irəli sürülmüş, keçən bu müddət ərzində tərəflər arasında eyni müqavilə üzrə borcun tutulması tələbinə dair mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin iddiaçıya qarşı iddiası təmin edilmişdir.
62. Hazırkı iş üzrə iddiaçının kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər birinci instansiya və apellyasiya instansiyası icraatlarında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
63. Kassator özünün kassasi ya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
64. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 57) tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 57) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
65. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli 2-2(103)-70/2023 saylı qətnaməsi dəyişd irilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 yanvar tarixli 2-2(103)-70/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.