Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-287/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 dekabr tarixli 2-2(103)-774/2023 nömr əli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X4 Azərbaycan” QSC ilə X2 arasında 2013-cü il 5 mart tarixli ** saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən, cavabdehə 48 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən, X1 veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur.
2. Kredit xətti müqaviləsi üzrə “X4 Azərbaycan” QSC ilə X2 arasında bağlanmış 2013cü il 5 mart tarixli 1 nömrəli, 2013-cü il 4 aprel tarixli 2 nömrəli, 2013-cü il 23 aprel tarixli 3 nömrəli, 2013-cü il 3 iyun tarixli 4 nömrəli və 2013-cü il 21 iyun tarixli 5 nömrəli kredit sazişləri bağlanmış, hər bir saziş üzrə X1 36 ay müddətinə, illik 14 faiz olmaqla 100.00 0 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit sazişlərinin tərkib hissəsini təşkil edən ödəmə cədvəllərinə edilən dəyişikliklə bağlı olaraq, tərəflər arasında 2015-ci il 7 iyul tarixində hər bir kredit sazişi üzrə 1 saylı əlavə razılaşma bağlanmışdır. 3. “X4 Azərbaycan” QSC ilə X2 arasında 2014-cü il 18 iyun tarixli 555 nömrəli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, X1 36 ay müddətinə, illik 14 faiz olmaqla 500.000 manat məbləğində kredit ayrılmışdır. Müqavilənin tərkib hissəsini təşkil edən ödəmə cədvəlinə edilən dəyişikliklə bağlı olaraq, tərəflər arasında 2015-ci il 7 iyul tarixində müqaviləyə 1 saylı əlavə razılaşma bağlanmışdır.
4. Borcalanın 2013-cü il 5 mart tarixli ** nömrəli və 2014-cü il 18 iyun tarixli 555 nömrəli kredit müqavilələrindən irəli gələn öhdəliklərin in icrasının təmin edilməsi məqsədilə bank ilə ipoteka qoyan X2 arasında 2013-cü il 5 mart tarixli və 2014-cü il 18 iyun tarixli ipoteka müqavilələri bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı “X4 Azərbaycan” QSC (bundan sonra-“iddiaçı”) cavabdeh X1 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2013-cü il 5 mart tarixli 3333 nömrəli kredit müqaviləsi üzrə 206.299,63 ABŞ dolları əsas kredit borcunun, 135.913,08 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, hər gecikdirilmiş günə görə 246.018,60 ABŞ dolları cərimə borcunun, cəmi 588.231,31 ABŞ dolları və 2014-cü il 18 iyun tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 500.000 manat əsas kredit b orcunun, 325.423,98 manat əsas məbləğə hesablanmış faiz borcunun, hər gecikdirilmiş günə görə 506.336,39 manat cərimə borcunun, cəmi 1.331.760,37 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus əmlaklara yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi işin bu qərarın 1-4-cü bəndlərində qeyd edilən hallarla əsaslandırılaraq göstərilmişdir ki, tərəflər arasında kredit müqavilələri, əlavə razılaşmalar və borcalanın kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçı ilə ipoteka qoyan cavabdeh arasında ipoteka müqavilələri bağlanmış, mülkiyyət hüququ ilə cavabdehə məxsus olan qeyri-yaşayış sahələri iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair çıxarışlar təqdim edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 17 may tarixli 2-2(113)-1/2022 nömrəli qərardadı ilə təyin edilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 29 iyul tarixli 9/4600 saylı rəyinə əsasən cavabdehin banka olan əsas, illik 14 və illik 5 faizlə hesablanmış borcu: - 2013-cü il 5 mart tarixli 1 nömrəli kredit sazişi və 2015-ci il 7 iyul tarixli 1 saylı əlavə razılaşma üzrə 2016-cı il 4 mart tarixinə (kredit müqaviləsinin bitmə tarixi) 36.197,16 ABŞ dolları (əsas borc – 35.319 ABŞ dolları, illik 14 faizlə - 878,16 ABŞ dolları), 2020-ci il 25 avqust tarixinə isə 44.099,79 ABŞ dolları (əsas borc- 35.319 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 878,16 ABŞ dolları, illik 5 faizlə hesablanmış– 7.902,63 ABŞ dolları) məbləğində; - 2013-cü il 4 aprel tarixli 2 nömrəli kredit sazişi və 2015-ci il 7 iyul tarixli 1 saylı əlavə razılaşma üzrə 2016-cı il 4 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) 41.434,61 ABŞ dolları (əsas borc – 39.988,94 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 1.445,67 ABŞ dolları), 2020-ci il 25 avqust tarixinə isə 50.215,51 ABŞ dolları (əsas borc – 39.988,94 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 1.445,67 ABŞ dolları, illik 5 faizlə hesablanmış – 8.780,90 ABŞ dolları) məbləğində; - 2013-cü il 23 aprel tarixli 3 nömrəli kredit sazişi və 2015-ci il 7 iyul tarixli 1 saylı əlavə razılaşma üzrə 2016- cı il 23 aprel tarixinə (kredit müqaviləsinin bitmə tarixi) 41.187,35 ABŞ dolları (əsas borc – 39.467,61 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 1.719,54 ABŞ dolları), 2020-ci il 25 avqust tarixinə isə 49.749,43 ABŞ dolları (əsas borc – 39.467,61 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 1.719,54 ABŞ dolları, illik 5 faizlə hesablanmış – 8.562,28 ABŞ dolları) məbləğində; - 2013-cü il 6 iyun tarixli 4 nömrəli kredit sazişi və 2015-ci il 7 iyul tarixli 1 saylı əlavə razılaşma üzrə 2016-cı il 3 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) 46.600,20 ABŞ dolları (əsas borc – 44.020,97 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 2.579,23 ABŞ dolları), 2020-ci il 25 avqust tarixinə isə 55.905,74 ABŞ dolları (əsas borc – 44.020,97 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 2.579,23 ABŞ dol ları, illik 5 faizlə hesablanmış – 9.305,54 ABŞ dolları) məbləğində; - 2013-cü il 21 iyun tarixli 5 nömrəli kredit sazişi və 2015-ci il 7 iyul tarixli 1 saylı əlavə razılaşma üzrə 2016-cı il 21 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) 46.294,72 ABŞ dolları (əsas borc – 43.487,37 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 2.807,35 ABŞ dolları), 2020-ci il 25 avqust tarixinə isə 55.378,75 ABŞ dolları (əsas borc – 43.487,37 ABŞ dolları, illik 14 faizlə hesablanmış – 2.807,35 ABŞ dolları, illik 5 faizlə hesablanmış – 9.084,03 ABŞ dolları) məbləğində; - 2014-cü il 18 iyun tarixli 555 saylı kredit müqaviləsi və 2015-ci il 7 iyul tarixli 1 saylı əlavə razılaşma üzrə 2017-ci il 30 iyun tarixinə (kredit müqaviləsinin bitmə tarixi) 593.594,70 manat (əsas borc – 500.000 manat, illik 14 faizl ə hesablanmış – 93.594,70 manat), 2020-ci il 25 avqust tarixinə isə 672.414,14 manat (əsas borc – 500.000 manat, illik 14 faizlə hesablanmış – 93.594,70 manat, illik 5 faizlə hesablanmış – 78.819,44 manat) məbləğində müəyyən edilmişdir. Həmçinin qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 2015-ci il 7 iyul tarixli 1 saylı əlavə razılaşmaya əsasən, borcalana 4 ay güzəşt müddəti verilmişdir. Həmin güzəşt müddətində ödənilən kredit vəsaitləri faiz borcundan silinməli və 4 ay güzəşt müddətindən sonra ödənilən kredit vəsaitləri faiz və əsas borcdan silinməlidir. Yəni 4 ay güzəşt müddətində hesablanmış aylıq faiz borclarından artıq ödəniş olubsa, həmin artıq ödəniş məbləğləri cəmlənərək 4 ay güzəşt müddətindən sonra faiz və əsas borcdan silinməlidir. Hazırkı tədqiqatla borc qalığının hesabla nmasını müəyyən edən cədvəllərdə güzəşt müddətindən sonra kredit üzrə ödənilən məbləğlərlə faiz və əsas borca silinən məbləğlərin fərqli olması yuxarıda göstərilən səbəbdəndir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 avqust tarixli 2-2(113)-1/2022 nömrəli qətnaməsi iddia qismən təmin edilərək, cavabdehdən 2013-cü il 5 mart tarixli 3333 nömrəli kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 202.283,89 ABŞ dolları əsas borc, 24.650,78 ABŞ dolları cərimə, 9.429,95 ABŞ dolları faiz borcu və 43.635,38 ABŞ dolları illik 5 faiz borcu, cəmi 280.000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 2014-cü il 18 iyun tarixli 555 nömrəli kredit müqaviləsi üzrə əsas borc 500.000 manat, 52.585,86 manat cərimə, faiz borcu 93.594,70 manat, illik 5 faizlə hesablanmış faiz borcu isə 78.819,44 manat, cəmi 725.000 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, əmlakların satışından əldə olunmuş məbləğ borc məbləğinin ödənilməsinə kifayət etmədikdə məbləğin qalan hissəsinin borcludan tutulması qət edilmişdir (hakim E.Əliyev).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əvvəl kredit xəttinin açılması barədə razılaşma və həmin razılaşmada nəzərdə tutulmuş müddətlərdə və həcmdə sonradan kredit, ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirm əmişdir.
10. Cavabdeh ilə fərqli tarixlərdə ABŞ dolları ilə beş, manatla isə bir kredit müqaviləsi bağlandığına görə hər kredit müqaviləsi üzrə faiz dərəcəsi müqavilənin qüvvədə olan müddət üçün həmin müqavilədə müəyyən edilmiş faiz dərəcəsi ilə, müqavilənin bitdiyi tarixdən isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra -“MM”) 445.7-ci maddəsi ilə müəyyən olunmuş 5 faiz dərəcəsi ilə hesablanacağını nəzərə alaraq məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlar əsasında qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddiaçının pul tələbi komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 29 iyul tarixli 9/4600 saylı rəyində müəyyən edilmiş məbləğlər həddində əsaslıdır.
11. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd etmişdir ki, cərimə tənasübsüz surətdə yüksək olduğuna görə həmin məbləğ azaldılaraq, 2013-cü il 5 mart tarixli 3333 nömrəli kredit müqaviləsi üzrə 24.650,78 ABŞ dolları, 2014-cü il 18 iyun tarixli 555 nömrəli kredit müqaviləsi üzrə isə 52.585,86 manat məbləğində müəyyən edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 445.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
13. İddiaçı tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətində, qətnamənin iddianın əsas borc, faiz borcu və cərimə borclarının təmin olunmayan hissələrində, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunmuş hissələrində ləğv edilərək, iddia tələbinin əsas borc, faiz borcu və cərimə borcları hissəsində tam təmin olunması, ipoteka predmetlərinin ilkin satış qiymətinin tərəflərin iradə ifadəsi əsasında müqavilədə razılaşdırdıqları qiymətlərlə müəyyən edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən, yəni 2013-cü il 5 mart tarixli 3333 saylı kredit müqaviləsi üzrə 24.650,78 ABŞ dolları cərimə və 43.635,38 ABŞ dolları illik 5 faiz borcu, cəmi 68.286,16 ABŞ dolları məbləğində pulun, 2014-cü il 18 iyun tarixli 555 nömrəli kredit müqaviləsi üzrə 52.585,86 manat cərimə və 78.819,44 manat illik 5 faizlə hesablanmış faiz borcu, cəmi 131.405,3 manat məbləğində pulun tutulması hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddianın rədd olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icr aat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 fevral tarixli 2-2(103)-98/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilmiş, 2013cü il 5 mart tarixli kredit müqaviləsi üzrə cərimə 10.000 ABŞ dolları, 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə cərimə 25.000 manat məbləğində müəyyən olunmuş, qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim R.Qurbanov, hakimlər M.Məmmədov və R.Həsənov).
16. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında bağlanmış kredit müqavilələrində öhdəliyin icrasının gecikdirilməs inə görə cərimə ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kreditlərin məbləğini, kreditlərin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək belə nəticəyə gəlmişdir ki, 2013-cü il 5 mart tarixli kredit müqaviləsi üzrə 246.018,60 ABŞ dolları və 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 506.336,39 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğlər azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 24.650,78 ABŞ dolları və 52.585,86 manat deyil, əsas borcun 5 faiz həddində, yəni müvafiq olaraq 10.000 ABŞ dolları və 25.000 manat məbləğində müəyyənləşdirilməlidir.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 445.7, 462.1, 467, 739.1, 74 1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 2020-ci il 20 iyul tarixli 01 saylı qərardadına istinadla əsaslandırmışdır.
18. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində, iddianın təmin edilməmiş hissəsində ləğv olunması və iddianın tam təmin edilməsinə dair yeni qərar qəbu l olunması xahiş edilmişdir.
19. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən, yəni cavabdehin apellyasiya şikayətinin təmin olunmadığı hissədə ləğv olunması və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın rədd olunması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 iyun tarixli 2-2(102)-309/2023 nömrəli qərarı ilə iddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin olunaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən-faizlərlə bağlı hissədə ləğv edilmiş, iş ləğv olunmuş hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər B.Məmmədli, Ə.Əhmədov).
21. Kassasiya instansiy ası məhkəməsi qərarında göstərmişdir ki, MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bununla belə apellyasiya instansiyası məhkəməsi özünün də hazırkı iş üzrə qətnaməsində istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə almamışdır. Belə ki, həmin hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
22. İşin materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı iddia tələbində göstərilən faizləri tələb etməməsinə baxmayaraq, onlar məhkəmənin öz təşəbbüsü ilə tətbiq olunmuş və qətnamə qəbul edilərkən faktiki olaraq iddia tələblərindən kənara çıxılmışdır. Qeyd olunan hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra“MPM”) 218.3-cü maddəsinin tələbləri baxımından məqbul hesab edilə bilməz. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 dekabr tarixli 2-2(103)-774/2023 nömrəli qətnaməsi ilə cavabdeh tə rəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən 2013-cü il 5 mart tarixli 3333 nömrəli kredit müqaviləsi üzrə illik 5% ilə hesablanmış 43.635,38 ABŞ dolları, 2014-cü il 18 iyun tarixli 555 nömrəli kredit müqaviləsi üzrə illik 5%-lə hesablanmış 78.819,44 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, bu hissədə iş üzrə yeni qətnamə qəbul olunmaqla, həmin hissədə iddia rədd edilmişdir (sədrlik edən-məruzəçi hakim F.Qasımov, hakimlər F.Abdıyev və X.Sarıyev).
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının MM-in 445.7-ci maddəsinə istinadən faizlərin tutulması barədə tələbi mövcud deyil. Belə olan halda birinci instansiya məhkəməsi həmin maddəyə əsasən illik 5 faiz ilə hesablamaqla faiz borcunu tutmaqda haqlı olmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə 2013-cü il 5 mart tarixli 3333 nömrəli kredit müqaviləsi üzrə illik 5% ilə hesablanmış 43.635,38 ABŞ dolları, 2014-cü il 18 iyun tarixli 555 nömrəli kredit müqaviləsi üzrə illik 5% ilə hesablanmış 78.819,44 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsində qanuni və əsaslı olmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 399.3, 425.1, 439.3, 442, 443.1, 445.7, 448.1, 448.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 2014-cü il 24 dekabr tarixli Qərarına, MPM-in 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
26. İddiaçı tərfəindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin iddianın faizlərlə (həmçinin cərimə faizləri) bağlı təmin olunmamış hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissələrdə də təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
27. MM-nin 390.1 və 399.3-cü maddələrinin tələbləri pozulmuş və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmamışdırtərəflər ar asında bağlanmış kredit müqavilələrində tərəflərin öz öhdəliklərini tam yerinə yetirənədək, həmin müqavilələrin qüvvədə qalması, həmçinin borcun ödənilməsi anına kimi üzərinə faizlər hesablanmalı olması şərti nəzərdə tutulmuşdur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddia tələbini qüvvədə olan müqavilə şərtlərinə uyğun hesablanmış faiz məbləğləri hissəsində rədd edərkən istinad edilən maddənin tələblərini nəzərə almamış, tətbiq edilməli olan MM-in 399.3-cü maddəsini tətbiq etməmişdir. Hazırkı işdə tərəflərin sərbəst iradə ifadəsi kimi çıxış edən kredit müqaviləsində borcun üzərinə faizlərin borcun tam qaytarılan anınadək hesablanması şərti nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə borclunun öhdəliyi yalnız əsas borcun deyil, həm də həmin borca hesabl anmış faizlərin qaytarılmasını ehtiva edir, “kredit müqaviləsindən irəli gələn öhdəlik” dedikdə, həmçinin faizlərin ödənilməsi öhdəliyi, “öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət” dedikdə isə həmçinin faizlərin (yəni öhdəliyin ayrılmaz tərkib hissəsi kimi) ödənilməsi müddəti də nəzərdə tutulur. Belə olan halda, müqavilə şərti (əsas borcun üzərinə onun ödənilməsi anına kimi faiz hesablanması şərti) nəzərə alınmaqla, Konstitusiya Məhkəməsinin istinad edilən qərarındakı hüquqi mövqe hazırkı iş üzrə iddia tələbinin tam təmin olunmasına heç bir hüquqi maneə yaratmır, əksinə həmin mövqeyə istinadən iddia tələbi borcun üzərinə hesablanmış faizlər hissəsində təmin edilməli idi.
28. MPM-in 218-ci maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi istinad olunan maddənin tələ blərini pozaraq, iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu bildirmədən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarındakı hüquqi mövqeyə istinad etməklə kifayətlənmişdir. Halbuki, hazırkı işdə tərəflərin sərbəst iradə ifadəsi kimi çıxış edən kredit müqaviləsində borcun üzərinə faizlərin borcun tam qaytarılan anınadək hesablanması şərti nəzərdə tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı, yeni apellyasiya baxışının hədləri daxilində tam yoxla nılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.” 33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışını n prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır......” Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə ed ir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
37. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymə t verilmişdir. İşə ikinci dəfə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir.
39. MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 26 dekabr tarixli 2-2(103)-774/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva V.T.Həsənov M.T.Əhmədova