Məhkəmə qərarları › İş №2-2(102)-288/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-288/2019

09.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-288/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ 09.07.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədov ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı Fondun vəkili X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdeh “xxxx” MMCnin hüquqi varisi olan «xxxx» MMC-yə qarşı kredit müqaviləsindən irəli gələn borcun qaytarılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabde h MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.İmanov; iş No 2-2 (82)-269/2018) iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 22(103)-759/2018) iddiaçı Fond tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iş üzrə yeni qətnamənin qəbul edilməsi; cavabdeh MMC-dənləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 69.056,55 manat əsas borc, 31.875,75 manat faiz borcu olmaqla cəmi 100.932,3 manatın və iddi a ərizəsinin verilməsi üçün ödənilmiş 31 manatın tutulması qərara alınmışdır. Həmin qətnamədən cavabdeh MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 cavabdeh “xxxx” MMC-nin hüquqi varisi olan «xxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 09K/13 nömrəli, 13 mart 2013-cü tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 69.056,55 AZN, faiz borcu üzrə 51.641,10 AZN, cərimə borcu üzrə 7.795.26 AZN olmaqla, cəmi 128.493,26 AZN və ödənilmiş 30 AZN dövlət rüsumunun və 1 AZN bank xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabd eh «xxxx» MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnaməni tamamilə ləğv edib, işi yenidən baxılmaqı üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, bunun da nəticəsində əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı Fondun vəkili A.Məmmədov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh MMC-nin nümayəndəsi gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq işə oun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı Fondun vəkilinin izaşatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ M ƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə müəyyən edilir ki, «xxxx» MMC ilə borc verən qismində İddiaçı ASC arasında bağlanmış 09K/13 nömrəli, 13 mart 2013-cü il tarixli təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinin 1-ci bəndinə əsasən borc verən borc alana 50.000 manat məbləğində 1 ay müddətinə illik 16 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. - 13 mart 2013-cü il tarixli 09K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqav iləsinə edilmiş 01 aprel 2013-cü il tarixli, 1 saylı əlavəyə əsasən 13 mart 2013-cü il tarixli, 09K/13 saylı kredit xətti müqaviləsinin məbləği 15.000 manat artırılmış, 11 aprel 2013-cü il tarixli, 2 saylı əlavəyə əsasən 13 mart 2013-cü ildə bağlanmış 09K/13 saylı kredit xətti müqaviləsinin müddəti 13.05.2013-cü il tarixədək, 22 may 2013-cü il tarixli, 3 saylı əlavəyə əsasən 13 mart 2013-cü ildə bağlanmış 09K/13 saylı kredit xətti müqaviləsinin müddəti 13.03.2014-cü il tarixədək uzadılmış, 05 iyul 2013-cü il tarixli 4 saylı əlavəyə əsasən, 13 mart 2013-cü il tarixli 09K/13 saylı kredit xətti müqaviləsinin məbləği 10000 manat artırılaraq, xəttin ümumi məbləği 75000 manatadək çatdırılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 fevral 2016-cı il tarixli, 2-1(81)1404/2016 saylı qə rarı ilə İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. - 25 oktyabr 2016-cı il tarixli Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı İdarəsinin Dövlət Reyestrindən çıxarışından müəyyən olunur ki, «xxxx» MMC və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində «xxxx» MMC yenidən təşkil edilmiş və «xxxx» MMC «xxxx» MMC-nin hüquqi varisi olmuşdur. İş materiallarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 26 yanvar 2018-ci il tarixdə «xxxx» MMC-yə («xxxx» MMC-yə) pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, «xxxx» MMC-nin 09K/13 saylı, 13 mart 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 69.056,55 AZN, faiz borcu üzrə 51.641.10 manat, cəmi 128.493.26 AZN borcu vardır. Borc məbləğinin 7 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. - işə 1-ci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, 13 mart 2013-cü il tarixdə bağlanmış K719/09P-BA-40 saylı təminatsız bərpa olunmayan kredit xətti müqavilədə, 13 mart 2013-cü il tarixli, 09K/13 saylı təminatsız bərpa olunan kredit xətti müqaviləsinə edilmiş 01 aprel 2013-cü il tarixli, 1 saylı; 11 aprel 2013-cü il tarixli, 2 saylı; 22 may 2013-cü il tarixli, 3 saylı; 05 iyul 2013-cü il tarixli, 4 saylı əlavədə olan imzalar cəmiyyətin direktoru tərəfindən birbaşa olaraq deyil, faksimile klişe vasitəsilə icra edilmişdir. Faksimile klişe isə imza hesab edilə bilməz, çünki o, yalnız şta mpdır. Həmçinin imza əvəzinə faksimile ştampının kim tərəfindən vurulduğunu da müəyyən etmək mümkün deyil. İmzanın əvəzinə ştamp qoymaq qanunvericilikdə nəzərdə tutulmamışdır. Daha sonra 1-ci nstansiya məhkəməsi qeyd etmişdir ki, iddaçı iddia ərizəsində cavabdehdən 13 mart 2013-cü tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 69.056.55 manat, faiz borcu üzrə 51.641.10 manat, cərimə borcu üzrə 7.795.26 manat olmaqla, cəmi 128.493.26 manat kredit borcunun qaytarılmasını tələb etsə də, həmin kredit müqaviləsi üzrə cavabdehə kredit verilməsini sübut edən hər hansı sübutunu (kassa məxaric orderi, kredit müqaviləsi və ona əlavələr üzrə iddiaçının müraciətləri və s.) məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi hesabdan çıxarış birtərəfli qaydada tərtib edi lməklə məlumat xarakteri daşıdığına və həmin çıxarışda qeyd edilən əməliyyatlar digər sənədlərlə sübuta yetmədiyinə görə iş üzrə sübut kimi qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən göstərişə uyğun araşdırma aparmaqla üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki: - Belə iş materialları araşdırıldıqda müəyyən olunur ki, iş üzrə cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə daxil olmuş və həmin etirazda adıçəkilən kredit müqa viləsində, eləcə də müqaviləyə əlavələrdə kredit alanın imzaları mübahisələndirilməmişdir. - Məhkəmənin prosessual qanunvericiliklə üzərinə düşən vəzifəsini isə ən azından işin mübahisələndirilməyən hallarının deyil, mübahisələndirilən hallarının tədqiq edilməsi təşkil etməlidir. Bu halda məhkəmə nəzərə almamışdır ki, Mülki Prosessial Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə olunmalıdır. - 1-ci instansiya məhkəməsi həmin imzaların tərəflər arasında mübahisələndirilməsi məsələsinə aydınlıq gətirmədən iddiaçı tərəfindən təqdim edilmiş müqaviləni və müqaviləyə əlavələri «xxxx» MMC-yə kreditlər veilməsini təsdiq edən sübut əhəmiyyətli sənədlər kimi qiymətləndirməmiş, eyni zamanda, həmin kredit müqavilələri və müqaviləyə əlavələrin kredit alanın hüquqi şəxs statusunu təsdiqedici elementlərindən biri hesab edilən möhürü vurulmaqla təsdiq edilməsinə də qətiyyən diqqət yetirməmiş, buna hüquqi qiymət verməmişdir. Halbuki, 1-ci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak edən cavabdeh (həm də iddiaçı) tərəf həmin möhürün saxtalığını mübahisələndirməmişdir. - Eyni zamanda işin hazırki apellyasiya mərhələsində cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlanlırılsa da, nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və sözügedən möhürün saxtalığının mübahisələndirməsi ilə əlaqədar məhkəməyə hərhansı müraciəti daxil olmamışdır. - İş materiallarında olan, cavabdehə məxsus cari hesabın çıxarışlarından da cavabdehə verilən kredit müqavilələri üzrə vəsaitlərin «xxxx» MM C tərəfindən istifadə edilməsi görünür. - Mübahisələndirilən kredit müqaviləsindən, həmin müqaviləyə əlavələrdən və iş materiallarında olan 05 yanvar 2018-ci il tarixli maliyyə arayışı tədqiq olunduqda isə müəyyən olunur ki, hazırki cavabdehin hüquq sələfi «xxxx» MMC-yə 09K/13 saylı, 13.03.2013-cü il tarixli kredit müqaviləsi üzrə, illik 16% hesabı ilə 75.000 manat kredit məbləği verilmiş, həmin məbləğdən müəyyən ödənişlər edilmiş, alınmış kreditin geri qaytarılması müddəti 13.03.2016-cı il tarixində bitsə də, borclu müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə bank tərəfindən ona kredit müqpviləsinin bitmə tarixinə əsas borc üzrə 69.056,55 manat, faiz borcu üzrə 31.875,75 manat olmaqla cəmi 100.932,3 manat qalıq borc hesablanmışdır. - Halbuki, borclu kredit müqavilələrin 1 -ci və 6-cı bəndlərinin şərtlərinə görə alınmış kredit məbləğlərini və ona hesablanmış faizləri müqavilə müddəti ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. - Göründüyü kimi, borclu aldığı kreditin müqavilə şərtlərində nəzərdə tutulduğu qaydada və müddət ərzində banka geri qaytarılmasını təmin etməmiş, bununla da, üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. - Beləliklə, tədqiq olunan sübutlarla müəyyən edillən hallar və qanunvericiliyin tələbləri onu deməyə əsas verir ki, iddiaçının tələbi 09K/13 saylı, 13.03.2013-cü il tarixli kredit müqaviləsi üzrə 69.056,55 manat əsas borc və 31.875,75 manat faiz borcu olmaqla cəmi 100.932,3 manat borcun cavabdehdən onun xeyrinə tutulması hissələrində haqlıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, qalan hissələrdə iddia, o cüml ədən, hesablanmış faizlərin qalan məbləğləri, habelə cərimələr isə tam şəkildə əsaslandırıcı sübutlarla əhatə olunmadığından əsassızdır. Çünki, MPM-in 77.1-ci maddəsi baxımından, həmin hissədə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil ola n öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu və 741-ci maddələrinin məzmunundan da göründüyü kimi, borc müqaviləsi üzrə alınmış borc məbləği, əgər faizləri ilə ödənilməsi şərtləşdirilmişdirsə, faizlər müvafiq surətdə ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntular ına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh «xxxx» MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar