Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-288/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "A"-nın cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: borcun silinməsi, maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı MMC-nin vəkili cavabdeh “Azərişıq” ASC-nin vəkilinin iştirakı ilə, İddiaçı və cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 yanvar tarixl i e-2-2(103)-55/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi” barədə NDQ №003708 saylı 2017-ci il 19 oktyabr tarixli aktdan görünür ki, “Azərişıq” ASC-nin (bundan sonra – “ASC”) əməkdaşları tərəfindən İddiaçı MMC-yə (bundan sonra – “MMC”) məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilərək müəyyən edilmişdir ki, xətt açıqdır və möhürlər yerindədir. Sayğac elektron sayğacla əvəz edilmişdir.
2. ASC-nin akt komissiyası tərəfindən tərtib edilmiş 2017-ci il 23 oktyabr tarixli icra vərəqəsinə əsasən, akt əsasında obyektə itirilmiş elektrik enerjisinə görə 593208 kvts (193,3 kvtx(0,7)x24 saatx219 gün)-117981 kvts=593208 əlavə sərfiyyat hesablanmış, sayğacın yeni si ilə əvəz edildiyi qeyd edilmişdir.
3. ASC tərəfindən MMC-yə təqdim olunmuş 2017-ci il 23 oktyabr tarixli ********** saylı hesab-fakturanın təsdiq olunmuş surətindən görünür ki, ASC MMC-dən istifadə olunmuş elektrik enerjisinə görə 53.388,72 manat borcun 2017-ci il 28 oktyabr tarixinə kimi ödənilməsini xahiş etmişdir. 4. “Sayğacların və cərəyan transfarmatorlarının yoxlanılması barədə” 2017-ci il 20 noyabr tarixli 091752 saylı Aktda qeyd edilmişdir ki, sayğacın displey göstəricisi “Hata” yazısını işıqlandırır, bu səbəbdən sayğac axan yükü hiss etmir. 5. “Sxemlərin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi barədə” 2017-ci il 12 dekabr tarixli 133798 saylı aktdan görünür ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə quraşdırılmış sayğaca baxış keçirilərək müəyy ən edilmişdir ki, xətt açıqdır və möhürlər yerindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. MMC 2017-ci il 26 oktyabr tarixində ASC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 53.388 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC Suraxanı rayonunda toyuq istehsalı və satışı ilə məşğuldur. Bu fəaliyyətin təmin olunmasında elektrik enerjisinin xüsusi əhəmiyyəti var, belə ki, işıqlandırma ilə yanaşı, istiliyin təmin olunması, o cümlədən kəsilmiş toyuqların dondurulması məqsədilə elektrik enerjisindən istifadə olunur.
8. MMC-yə məxsus fabrikə iki (əsas və k öməkçi) elektrik xətti daxil olur. Hər iki elektrik xətti Suraxanı rayon Enerji Təchizat və Satışı İdarəsinin (bundan sonra – “İdarə”) nəzarətindədir və hər iki xətdə elektrik sayğacı mövcuddur. İdarənin əməkdaşları MMC-nin balansında olan və ərazisində yerləşən sayğacda nasazlıq aşkar etmişlər.
9. Lakin həmin nasazlığı aradan qaldırmaq mümkün olmadığından onlar tərəfindən yeni sayğac quraşdırılaraq möhürlənib MMC-yə təhvil verilmiş və bununla bağlı 2017-ci il 19 oktyabr tarixli akt tərtib olunmuşdur. 2017-ci il 24 oktyabr tarixində İdarənin əməkdaşları yenidən baxış keçirmək məqsədi ilə fabrikə daxil olmaq istəyərkən fabrikin mühafizəçisi MMC-nin direktorunun və digər səlahiyyətli nümayəndəsinin fabrikdə olmadığını bildirərək onlardan növbəti gün gəlmələrini xahiş etmişdir.
10. Elə həmin gün saat 11:00 radələrində İdarənin əməkdaşları MMC-yə xəbərdarlıq məktubu təqdim edərək və 53.388 manat debitor borcun olduğunu qeyd edərək borcun tam şəkildə 3 saat ərzində ödənilməsini tələb etmiş, əks halda elektrik enerjisi verilişinin dayandırılacağını bildirmişlər.
11. Hansı ki elektrik enerjisindən istifadə qaydalarına görə, İdarənin əməkdaşları sayğaclara baxış keçirərkən fabrikin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməli, özlərinin xidməti vəsiqələri ilə yanaşı, baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməli idilər.
12. Bundan başqa İdarənin əməkdaşları tərəfindən MMC-yə təqdim edilmiş 2017-ci i l 24 oktyabr tarixli bildirişdə elektrik təchizatının dayandırlmasının əsası kimi elektrik enerjisindən istifadə qaydalarının 9.13.2-ci bəndinə əsaslanmışlar. Hansı ki, həmin bənddə elektrik verilişinin dərhal dayandırılması nəzərdə tutulmamışdır. Bu müddət həmin bənddə 1 aydır.
13. Hazırda MMC-nin elektrik enerjisi kəsildiyi üçün fabrikdə olan quşlar tələf olmağa başlamış və nəticədə MMC-yə külli miqdarda maddi ziyan dəymişdir.
14. MMC 2018-ci il 15 may tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən hesablanmış 53.388 manat məbləğində borcun silinməsi, 74.587.60 manat məbləğində maddi ziyan, 50.000 manat məbləğində mənəvi ziyan, ümumilikdə isə 124.587,60 manat məbləğdə pul vəsaitinin ASC-dən tutularaq MMC-yə verilməsi barədə qətnamə qə bul edilməsi məhkəmədən xahiş etmişdir. 15. 1 saylı Bakı İnzibati -İqtisadi məhkəməsinin 2018-ci il 29 iyun tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə texniki, kimyəvi və əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Cərəyan transformatoru yerləşən yuvanın şin və xətt ayrıcılarına vurulmuş ******* və ******* saylı qara rəngli plomblar üzərində yapışqan izləri mövcuddurmu? 2) 2017-ci il 24 oktyabr tarixində MMC-də olan quşların ümumi sayı nə qədərdir? 3) 2017-ci ilin mart ayından sentyabr ayına qədər MMC-də hər ay olan quşların sayı nə qədərdir? 4) Quşlarda hepatit, qastroenterit xəstəliklərinin yaranmasına və onunu nəticəsində tələf olmasına elektrik enerjisinin dayandırılması səbəb ola bilərdimi? 5) MMC-yə məxsus olan elektrik avadanlıqlarını nəzərə alaraq gündəlik istifadə olunan elektrik enerjisinin kvt/s tələbatı nə qədərdir? 6) MMC-də mövcud olan dizel generator tələb olunan elektrik enerjisinin öhdəsindən gələ bilərdimi? 7) 2017-ci il 24 oktyabr tarixdən 2017-ci il 30 noyabr tarixinədək olan dövrə MMC tərəfindən təqdim edilmiş “ölüm aktları”na əsasən sayları göstərilmiş tələf olmuş cücələrin hamısının və 1 ədədinin aktlar tərtib oluna tarixə respublikadaxili bazar dəyəri nə qədər təşkil edir? 8) 2018-ci il 23 aprel tarixli müstəqil audit hesabatına əsasən müəyyən olunmuş cücələrin tələf olması ilə nəticələnən zərər elektrik enerjisinin kəsilməsi nəticəsində cücələrə verilən yemin istehsalını həyata keçirən istehsal sexində işin dayanması səbəb ola bilərmi? 9) Quş damlarında cücələrin ölümünə q astroenterit, hepatit, nefrit və bronxopnevmaniya kimi xəstəliklər, çinədanda yem kütləsinin olmaması səbəb ola bilərdimi? 10) Texniki şərtlərə və qaydalara uyğun olaraq Broyler şəraitində bəslənilən və kəsimə çıxarılan 1 (bir) kq toyuq ətinin bazar qiyməti nə qədərdir? 11) İş materiallarında olan 2018-ci il 23 aprel tarixli, 18/60 nömrəli audit aktında qeyd olunanlar reallığı əks etdirirmi?
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 21 dekabr tarixli 21717/22037/25540 nömrəli mühəndis texniki ekspertizasının rəyi ilə qoyulmuş suallara aşağıdakı məzmunda cavab verilmişdir. 17. 1-ci sual üzrə (bax §15) - “Plomb hissə”ləri yazısı olan MEM-nə məxsus kağız paketdəki plomb hissələrinin üzərində polivinilxlorid tərkibli yapışqan maddənin izləri va rdır. Plombun qırılmış hissələrinin arasında olan, konstruktiv quruluşa görə plombun içərisində quraşdırılması nəzərdə tutulmuş qara rəngli babinaya oxşar dairənin üzərində sarınmış simdə kəsilmiş yerinin olması, həmin plomba müdaxilə edildiyi hal kimi qəbul oluna bilər. 18. 2, 6 və 9-cu suallar üzrə (bax §15) - 1 baş bir günlük broyler cücənin qiyməti 0,85 manat, 1 kq broyler toyuğunun orta bazar qiyməti 1,9 manat müəyyən olunur. İş materiallarında kifayət qədər məlumat olmadığı üçün müəsisədə həmin vaxt mövcud olan cücələrin ümumi sayını və nəticədə müəssisəyə dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. 19. 3, 7 və 8-ci suallar üzrə (bax § 15) - məhkəmə ekspertizası mərkəzində cücə və quşlarda xəstəliyin müəyyən edilməsi üzrə xüsusi biliyə malik olan mütəxəsislər olmadığından, quşçuluq fe rmasında elektrik enerjisinin kəsilməsi və çinədanda yem kütləsinin olmaması nəticəsində quşlarda və cücələrdə hər hansı xəstəliyin yaranıbyaranmamasının və bunun nəticəsində onların tələf olması üzrə tətqiqatın aparılması mümkün deyildir. 20. 4 və 5-ci suallar üzrə (bax §15 ) - MMC-yə məxsus quşçuluq fabrikasında istehsal prosesinin xarakterinə görə elektrik avadanlıqları qeyri-stabil iş rejimində istismar olunduğu üçün, müəssisədə istifadə olunan avadanlığın bir gün müddətində sərf edildiyi elektrik enerjisinin hesabat yolu ilə müəyyən edilməsi mümkün deyil. Müəssisədə quraşdırılmış elektrik dizel-generatorunun gücünün 415 kVA olduğunu nəzərə aldıqda, bu gücə uyğun olan elektrik avadanlığını müəssisədə istismar etmək mükündür. 21. 7 və 10-cu suallar üzrə (bax §15 ) - “Elektrik Enerjisi ndən İstifadə Qaydaları”nın 8.17-ci bəndinin tələbinə görə, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə, uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizatı müəssisəsi həmin istehlakçını elektrik şəbəkəsindən açmalıdır. Belə olan halda “Müstəqil audit hesabatı”nda quşçuluq fabrikası xüsusi spesifik sahə olduğundan Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən də fabrikə xüsusilə diqqətlə yanaşılması və enerjinin fasiləsiz təmin edilməsi tələbi, qeyd olunan bəndin tələbinə ziddir. 22. “xxxx”nın 12.17 bəndinin tələblərinə görə MMC-yə məxsus quşculuq fabrikası məhsulun kütləvi zaylığına gətirə bilən istehsalat fəaliyyəti ilə məşğul olduğundan l kateqoriyalı elektrik qəbuledicilərinə aiddir. Həmin qaydaların 1.2.18-ci bəndinin tələblərinə görə, l kateqoriyalı elektrik qəbuledicilərinin elektrik təchizatı iki bir-birindən asılı olmayan, əvəzedici qidalanma mənbəyindən başqa, əlavə olaraq üçüncü müstəqil qidalanma mənbəyi ilə təmin olunmalıdırlar. Belə üçüncü müstəqil qidalanma mənbəyi kimi yerli elektrik stansiyalardan, akkumulyator batareyalardan, qidalanma kəsilməyən xüsusi aqreqatlardan (dizel-generatorlardan) istifadə oluna bilər. MMC-yə məxsus quşçuluq fabrikasında iki birbirindən asılı olmayan elektrik enerji mənbəyindən (360 və 90 nömrəli elektrik yarımstansiyalardan) başqa, üçüncü müstəqil qidalanma mənbəyi kimi gücü 415 kVA olan elektrik dizel-generatoru olduğunu nəzərə aldıqda, həmin dizel-generatordan istifadə etməklə istehlakçı öz istehsala t fəaliyyətini davam edə bilərdi. Əgər istehsalat üçün daha artıq elektrik enerjisinə (415 kVA-dan artıq) tələbatı varsa, istehlakçı l kateqoriyalı elektrik qəbuledicilərindən istifadə etdiyinə görə, əvvəlcədən bunu nəzərə alıb daha böyük gücə malik olan müstəqil qidalanma mənbəyini quraşdırmalı idi. 23. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli 2-2(81)-54/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ASC tərəfindən tərtib edilmiş 2017-ci il 19 oktyabr tarixli 003708 saylı akt ləğv edilmiş, aktın əsasında hesablanmış 53.388 manat məbləğində cərimənin MMC-nin şəxsi hesabından silinməsi, 12.365,72 manat dəyərində maddi ziyanın ASC-dən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza ilə bağlı 300 m anat ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq aidiyyəti üzrə ödənilməsi qət edilmişdir (hakim – Fərid Mədətli).
24. Məhkəmə hesab etmişdir ki, ekspert rəyləri işin faktiki hallarına uyğun olmadığından, işin araşdırılan hallarına zidd olduğundan sübut kimi qəbul edilməməlidir.
25. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi maddi ziyan hissəsində qismən əsaslıdır. Belə ki, MMC 74.587.60 manat məbləğində maddi ziyanın əsası olaraq 2018-ci il 23 aprel tarixli müstəqil Auditor Hesabatına istinad etməklə cavabdehdən 62.221,88 manat əlavə pul etməkdədir.
26. Auditor Hesabatında ümumi quşların sayı üzrə sərf edilən yem hesablanaraq, artıq məbləğ hesablandığından məhkəmə sözügedən hesabatı qismən əsaslı hesab etmişdir. Eyni zamanda, məhkəmə normativə əsasən quşlarda 3% təbii ölüm halı nı nəzərə alaraq ziyanı aşağıdakı qaydada müəyyən etmişdir: 10122 baş quş x 0,68 man. = 6.882,96 man. Kommunal xərclər: 11432 man. 135.900 b/q = 0,08 man. x 10122 b/q = 809,76 man. Yem məsrəfi: 8816,97 kq x 0.53 man. =4673 man.
27. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, MMC-yə məxsus quşçuluq fermasında elektrik enerjisi verilişinin qəflətən dayandırılması səbəbindən fermada quşlara yem verilməsi prosesi dayanmış, broylerdə (fermalarda-tövlələrdə) bəslənilən 1-40 günlük cücələr aclıqdan (alementar distrofiya) bir-birini tapdalayaraq, didərək və sair hallar nəticəsində kütləvi surətdə qırılmışlar. Elektrik enerjisinin verilişinin dayandırılması ASC-nin qəsdən, təqsirli, qanunsuz hərəkətləri nəticəsində baş vermiş, nəticədə MMC-nin qanunla qorunan hüquqlarına birbaşa ziyan vurulmuşdur.
28. Məhkəmə iddia tələbini "mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun tutulması" hissəsində əsaslı hesab etməmiş, bununla bağlı müəyyən etmişdir ki, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər.
29. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən aktda qeyd edilmiş nöqsanların mövcud olduğu təsdiq edilsə belə, Qaydalarda bununla əlaqədar enerjitəchizatı müəssəsisənin elektrik enerjisi verilməsinin dayandırmaq hüququ nəzərdə tutulmadığından məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş NQD №003708 saylı, xx xxxxxxx 2017-ci il tarixli Aktı qanunsuz hesab edir.
30. Mübahisələndirilən aktda qeyd edilmiş bəzi nöqsanlarla bağlı, məsələn, elektrik qurğularına xidmət üçün elektrotexniki heyətin olmaması, elektrik qurğularındakı pozu ntu və çatışmazlıqların aradan qaldırılması haqqında tələblərin vaxtında yerinə yetirilməməsi hallarında üç gün əvvəl rəsmi xəbərdar etməklə istehlakçıya elektrik enerjisi verilişinin tam, yaxud qismən dayandırılması Qaydaların 9.12-ci bəndinə əsasən yalnız "Dövlət Enerjinəzarət" İdarəsinin səlahiyyətlərinə aid edilmişdir.
31. Lakin işin hallarından müəyyən edilir ki, ASC-nin əməkdaşları tərəfindən müəssisənin ehtiyat elektrik xətti üzərində quraşdırılan sayğac üzrə də həmçinin elektrik enerjisinin verilişi dayandırmışdır.
32. Məhkəmə həmçinin hesab etmişdir ki, ASC-nin əməkdaşları tərəfindən MMC-nin sayğacına və elektrik enerjisi uçotuna baxış keçirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qey diyyatdan keçməməsi yoxlamanın nəticələrinin ləğv edilməsi üçün müstəqil əsasdır.
33. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21, 23 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.3, 217.4-cü, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yoxlamalar haqqında Qanun”) 1.1.1, 3.1, 3.2, 13.1-13.4-cü, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yoxlamaların dayandırılması haqqında Qanun”) 1, 2.1, 2.2, 2.3, 3.1-cü maddələrinə, Azərbaycan Respublikası Pre zidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin (bundan sonra – “Reyestr haqqında Əsasnamə”) 1.4, 1.5, 5.2-ci bəndlərinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – “EEİQ”) 8.34, 9.12, 9.13, 9.13-1-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına (bundan sonra – “KMP-nin 2002-ci il 31 may tarixli Qərarı”), Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zə rərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarına (bundan sonra – “AMP-nin 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarı”) istinad etməklə əsaslandırmışdır.
34. ASC 2019-cu ilin 30 avqust tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
35. MMC 2019-cu ilin 15 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il tarixli 23 yanvar 2-2(103)-55/2020 s aylı qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli 2-2(81)-54/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Cahangir Yusifov, hakimlər – Afaq Nuriyeva və Valeh Ağayev).
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda §§ 23-32 ), həmçinin əlavə olaraq aşağıdakıları qeyd etmişdir. 38. 2017-ci il 19 oktyabr tarixli aktdan və işin digər materiallarından görünür ki, MMC-yə məxsus obyektdə quraşdırılan transformator məntəqəsi, ümumiyyətlə, obyektdə istifadə edilən hər iki elektrik xətti İdarənin nəzarətindədir. Belə olan halda, İdarənin əməkdaşları tərəfindən sayğacda aşkar olunan nasazlıqların MMC-nin təqsirinə yozulması ə sassızdır.
39. Apellyasiya instansiya məhkəməsi belə qənatə gəlmişdir ki, ASC sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına dair qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisəli obyektdə aparılacaq yoxlamanı əvvəlcədən vahid məlumat reyestrində qeydə aldırmadan yoxlama aparmışdır.Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riayət olunması vəziyyətinin yoxlanılması və sayğac sxemlərinin dəyişdirilməsi ilə bağlı tərtib olunmuş 2017-ci il 19 oktyabr tarixli aktlar, sayğacların və cərəyan transformatorlarının yoxlanılmasına dair protokol və icra vərəqinin doğurduğu, iddiaçını elektrik enerjisi sərfiyyatına görə 53.389 manat məbləğində əlavə ödənişə cəlb edən hüquqi nəticələri qəbul edilməz v ə əhəmiyyətsizdir.
40. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının əlavə ödənişə cəlb edilməsinə əsas olan elektrik enerjisi uçotu və EEİQ-ə riayət olunması vəziyyətinin yoxlanılmasına dair 2017-ci il 19 oktyabr tarixli 003708 saylı aktın ləğv edilməsi – yoxlamanın nəticələrini özündə əks etdirən Akt Komissiyasının xx.xx.2017-ci il tarixli icra vərəqəsi ilə 53.389 manat əlavə ödənişin silinməsini zəruri edən şərt kimi qəbul edilməlidir.
41. Odur ki, həmin aktı ləğv etməsini məhkəmə kollegiyası formal baxımdan məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməsini əhəmiyyətsiz hesab etmiş və həmin hissədə qətnamənin ləğv edilməsinə lüzum görməmişdir. Bu mənada faktlar nöqteyi nəzərindən cavabdehin apellyasiya ş ikayətinin həmin hissədə məhkəmənin MPM-nin 218.3-cü maddəsinin tələblərindən kənara çıxdığını mübahisələndirən dəlillərini əhəmiyyətsiz və formal xarakterli dəlillər kimi qiymətləndirir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi ziyanın həcmini 12.365,72 manat məbləğində müəyyən etməsi ilə aşağıdakı səbəblərdən razılaşmışdır.
43. Ən azından ona görə ki, tərəflər arasında 2003-cü ildə bağlanmış 002225 saylı enerji alqı-satqısına dair müqavilənin 3.1-ci bəndinə əsasən ASC MMC-ni 630 KVA güc səviyyəsində daimi olaraq elektrik energisi idə təmin edilməsi öhdəliyini öz üzərinə götürsə də, iş materiallarından görünür ki, mübahisəli obyektdə MMC tərəfindən 415 KVA gücünə malik quraşdırılmış dizel-generator da mövcud olmuş, iş üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzinin rəyin ə əsasən həmin generatorun gücü müəssisənin elektrik avadanlığının istismarını mümkün edir.
44. Məhkəmə kollegiyası ekspert rəyi ilə qismən razılaşaraq hesab etmişdir ki, dizel generatorunun mövcud gücü, müqavilədə nəzərdə tutulan - istehlakçının təmin ediləcəyi güclə tam uyğunluq təşkil etməsə belə, obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 60-70 faiz həcmində təmin edilməsi mümkün olduğu halda, MMC-nin bu imkandan bilərəkdən yararlanmaması kimi qiymətləndirilməlidir.
45. Bununla əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi ziyanla bağlı gəldiyi nəticəni ağlabatan saymış və işin hallarına, maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirmiş, ona görə də hər iki tərəfin maddi ziyanla bağlı məhkəmənin gəldiyi nəticə ilə razıla şmayan dəlillərini əsassız saymışdır.
46. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin birinci insitansiya məhkəməsinin istinad etdiyi hüquq normaları (bax yuxarıda § 33), habelə MM-in 458.1-ci, MPM-nin 218.3-cü maddələri ilə əsaslandırmışdır.
47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərə 2020-ci il 3 fevral tarixdə göndərilmişdir.
48. ASC həmin qətnamədən kassasiya şikayəti vermiş (ASC-nin kassasiya şikayəti 2020-ci il 10 mart tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur), qətnamənin tamamilə ləğv edilməsini və və iş üzrə müəyyən olunmuş hallar və sübutlar əsasında iddianın tam şəkildə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
49. MMC həmin qətnamədən kassasiya şikayəti vermiş (MMC-nin kassasiya şikayəti 2020-ci il 20 aprel tarixind ə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur), qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) MMC-nin kassasiya şikayətinin dəlilləri
50. Məhkəmə Auditor Hesabatını sübut kimi qəbul etsə də həmin hesabatı tam olaraq təhlil edib lazımı hüquqi qiymət verməmişdir. Belə ki, Hesabatda bir baş cücənin maya dəyərinin 2,80 manat müəyyən edilməsinə baxmayaraq məhkəmə cücənin bir başının dəyərini 0,68 manat qəbul etmişdir. Auditor təbii ölüm faizi 3 faiz təşkil edən 4.077 baş cücəni ölən 14.199 baş cücədən çıxaraq 10.122 baş cücə müəyyən etmişdir. Nəzərə alsaq ki, Hesabatda bir baş cücənin real dəyəri bütün vergi və kommunal xərclər daxil olmaqla 2,80 hesablanmışdır, belə olan ha lda məhkəmə bir günlük cücənin qiymətini yəni 0,68 manatı götürərək, digər xərcləri nəzərə almayaraq düzgün nəticəyə gəlməmiş və iddia tələbinin qismən təmin olunması ilə bağlı qətnamə çıxartmışdır.
51. MMC kassasiya şikayətini MPM-nin 88, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) ASC-in kassasiya şikayətinin dəlilləri
52. Məhkəmə hazırkı iş üzrə mübahisəyə EEİQ-in 8.17-ci bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş 2017-ci il 19 oktyabr tarixli 003708 saylı akta əsasən MMC-nin obyektində elektrik enerjisi uçotu və EEİQ-a riayət olunması vəziyyətinin yoxlanılması zamanı sayğac uçot komplektinə baxış keçirilərkən, obyektin iki tərəfli dövrədən qidalandığı, ASC-yə məxsus TM-də dövrənin 6 kV-luq tərəfində daxili PQ-da quraşdırılmış Makel tipli 60018015 saylı elektrik sayğacının işləmədiyi, displey göstəricisinin gərginlik altında "Hata" yazısı işıqlandırdığı, uçot komplekti yerləşən yuvada şin və xətt ayırıcısının açıq şəkildə müvafiq olaraq ******* və ******* saylı qara möhürlə möhürləndiyi, həmin möhürlərin stəkanların sim keçən hissəsində genişlənmə və cızıq izlərinin, o cümlədən möhürün qara içliklərində cızıq, dəlik və yapışqan izlərinin olduğu, gərginlik transformatorunun yerləşdiyi yuva qapısında sıxaclar üçün nəzərdə tutulmuş pəncərədə gərginlik transformatorunun 100 V-luq çubuqlarından ikinci tərəf naqilləri açmağın mümkün olması, şin və xətt ayırıcısını qoşmaqla elektrik enerjisindən istifadənin mümkünlüyü, ölçmə ilə dövrədən axan yükün 193,3 kvt təşkil etdiyi müəyyən edilmişdir.
53. Akt abonentin nümayəndəsi Mikayıl Əlizadənin iştirakı ilə tərtib edilmiş, lakin o, heç bir səbəb göstərmədən aktı imzalamaqdan imtina etmişdir. Abonent tərəfindən gərginlik transformatoru yerləşən yuvanın açılaraq baxılmasına, o cümlədən kommutasiya naqillərinin bütövlüyünün yoxlanılmasına maneə yaradılmışdır. Aktda sayğacın bütün parametrlərinə, o cümlədən şin və xətt ayırıcısına vurulmuş ******* və ******* saylı qara möhürlərə laboratoriya şəraitində rəy verilməsi, yaddaşının oxunması tələbi qoyulmuşdur. ASC-nin Sayğac quraşdırma və uçota nəzarət xxxxsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 2017-ci il 19 oktyabr tarixli 133798 saylı aktla sayğac yeni elektron sayğacla əvəz edilərək laborator müayinəyə göndərilmi şdir. Akt abonentin nümayəndəsi Mikayıl Əlizadənin iştirakı ilə tərtib edilmiş, o, həmin aktı imzalamış və ona laborator müayinənin vaxtı və yeri barədə xəbərdarlıq olunmuşdur. Sayğac quraşdırma və uçota nəzarət İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanışı üzrə” 2017-ci il 20 oktyabr tarixli 091752 saylı protokola əsasən sayğacın displey göstəricisinin "Hata" yazısını işıqlandırdığı, bu səbəbdən axan yükü qeyd etmədiyi, istismara yararsız olduğu, qırmızı möhürün normal, ******* və ******* saylı qara möhürlərin isə pozulması, xüsusi proqram əlavəsi ilə göstəricinin oxunaraq 2017-ci ilin fevral ayından işləmədiyi barədə rəy verilmişdir.
54. Aşkar edilən pozuntu ilə əlaqədar ASC-nin Akt komissiyasının 2017-ci il 23 oktyabr tarixli i cra vərəqinə əsasən istehlakçı ilə 219 gün müddətinə yenidən hesablaşma aparılaraq, itirilmiş elektrik enerjisinə görə (193,3 kvt x 0,7 x 24 saat x 219 gün) - 117981 kvts = 593208 kvts əlavə sərfiyyat (53.388,72 manat əlavə ödəniş) hesablanmışdır. Aktda göstərilən hallar EEİQ-in 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından ikisini - hesablaşma uçot cihazlarının zədələnməsi və qoşulma sxemlərinin pozulması hallarını ifadə etmişdir. Sözügedən pozuntu halları sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair laborator müayinə protokolu, həmçinin, iş üzrə təyin edilmiş ekspertizanın 2018-ci il 21 dekabr tarixli rəyi ilə də öz təsdiqini tapmışdır.
55. MMC sahibkarlıq subyekti olsa da, ASC-nin yoxlaması onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə ba ğlı olmamış, ASC MMC-nin obyektində yalnız elektrik enerjisinin uçotu və EEİQ-ə riayət olunması vəziyyətini yoxlamışdır.
56. Birinci instansiya məhkəməsi aktın ləğv edilməsini qət etməklə iddia tələbindən kənara çıxmış və bununla MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuş, buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq bu pozuntunu formal və əhəmiyyətsiz hesab edərək qətnamənin həmin hissədə ləğvinə əsas verməyən hal kimi qiymət vermişdir. İddia ərizəsindən, həmin ərizəyə əlavələrdən görünür ki, iddiaçının aktın ləğv edilməsi barədə tələbi olmamışdır. Ancaq məhkəmə aktı ləğv etməklə iddia olunmayan tələb üzrə qətnamə çıxarmış və tələbdən kənara çıxmanı zəruri edən müstəsna halların nədən ibarət olduğun əsaslandırmamışdır.
57. Məhkəmə hazırkı iş üzrə mübahisəyə əsassız olaraq MM-in 21.2, 1096.1 və 1096.2-ci maddələrini tətbiq etmişdir. Belə ki, akta əsasən iddiaçı ilə aparılmış yenidən hesablaşmanın hüquqi əsasını təşkil edən EEİQ-in 8.17-ci bəndində imperativ şəkildə təsbit edilmişdir ki, həmin bənddə göstərilən pozuntu halları aşkar edildikdə, enerjitəchizat müəssisəsi istehlakçını elektrik şəbəkəsindən açmalıdır. Abonentə akta əsasən hesablanmış məbləğin ödənilməsi üçün 2017-ci il 23 oktyabr tarixli ********* saylı hesab ödəniş vərəqi təqdim olunmuş və borc ödənilməyəcəyi təqdirdə EEİQ-in tələblərinə əsasən elektrik enerjisi verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. ASC-nin MMC-yə ünvanladığı 2017-ci il14 oktyabr tarixli xəbərdarlıq məktubu ilə abonent borcu barədə bir daha məlumat verilərək, həmin borcun ödənişi təmin edilməsə, müəssisəyə verilən elektrik enerjisi təchizatının dayandırılacağı bildirilmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
58. MMC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, ASC-nin kassasiya şikayəti ilə razı olmadıqlarını bildirdi, qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
59. ASC-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, MMC-nin kassasiya şikayəti ilə razı olmadığını bildirdi, qətnamənin ləğv edilməsini və iddianın tam şəkildə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
60. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
61. İş üzrə tərəflər apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
62. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
63. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.”
64. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bə rpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.” “Maddə
23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bi lər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyən ləşdirir. 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.” “Maddə
458. Öhdəliyin hər iki tərəfin təqsiri üzündən pozulmasının nəticələri 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.... 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.”
65. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslər in verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə
389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.”
66. Yoxlamalar haqqındaQanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibkarlıq s ahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur....” “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.2. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. 2.2-2. Ələt azad iqtisadi zonasında sahibkarlıq sahəsində aparılan yoxlamalar “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağl ı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.” “Maddə
3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Maddə
13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın a parılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
67. Yoxlamaların dayandırılması aşağıdakılar nəzərdə tutulur: haqqında Qanunun müvafiq müddəalarında “Maddə
1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılır.” “Maddə
2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəs izliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar apa rıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.2. Bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.” “Maddə
3. Qanunun tələbləri pozulmaqla aparılan yoxlamaların nəticələri 3.1. Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərini n pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur....” “Maddə
4. Qanunun qüvvəyə minməsi Bu Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.”
68. Reyestr haqqında Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edi lmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.... 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayə ndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.”
69. EEİQ-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 8.17. İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılm alıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir..... 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkar lıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.... 9.13. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər: 9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə.... 9.13-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.”
70. KMP-nin xx xxx 2002-ci il tarixli Qərarındaaşağıdakılar müəyyən edilir: “... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaks iyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir....”
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli Qərarında (bundan sonra – “KMP-nin 2011-ci il 28 dekabr tarixli Qərarı”) aşağıdakılar müəyyən edilir: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi m üəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli Qərarı)....”.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tari xli Qərarında (bundan sonra – “KMP-nin 2016-cı il 23 fevral tarixli Qərarı”) aşağıdakılar müəyyən edilir: “...qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara is tinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir....”
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarında (bundan sonra – “KMP-nin 2016-cı il 12 iyul tarixli Qərarı”) aşağıdakılar müəyyən edilir: “... məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır.... Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmi şdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərar)....”
74. AMP-nin 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarında aşağıdakılar müəyyən edilir: “... Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aid dir... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
75. İş materiallarını, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 yanvar tarixli, e-2-2(103)-55/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilməlidir.
76. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin MMC-yə vurulmuş zərərin həcminin 12.365,72 manat olması qənaəti ilə razılaşmış və öz mövqeyini mübahisəli obyektdə MMC tərəfindən 415 KVA gücünə malik quraşdırılmış dizel generatorunun da mövcud olması, bu generatorun mövcud gücünün obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 60-70 faiz həcmində təmin etməsinin mümkün olması, MMC-nin bu imkandan bilərəkdən yararlanmaması ilə əlaqələndirmişdir (bax yuxarıda §§ 42-45).
77. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı aşağıdakı səbəblərdən MMC-nin kassasiya şikayətinin dəlillərini (bax yuxarıda § 50) əsaslı hesab edərək apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.
78. Əvvəla, birinci instansiya məhkəməsi MMC-yə vurulmuş zərərin əvəzinin 12.365,72 manat olması qənaətinə gələrkən işin materiallarının İİ cildinin 90-cı səhifəsində əks olunmuş cədvəldəki məlumatlara və bunun əsasında aparılmış hesablamalara əsaslanmışdır. Halbuki həmin cədvəlin kim (hansı qurum, təşkilat) tərəfindən hansı qaydada (hansı məlumatlar əsasında) tərtib və təqdim olunması bu məlumatda (arayışda) qeyd olunmamış, sənəd səlahiyyətli şəxsin imzası və aidiyyəti qurumun möhürü ilə təsdiq olunmamışdır. Bununla əlaqədar həmin məlumat mötəbər sübut kimi qəbul oluna bilməzdi.
79. Birinci instansiya məhkəməsi isə həmin cədvəli və hesablamaları bilavasitə öz qətnaməsinin əsaslandırıcı hissəsində olduğu kimi əks etdirmiş və onu özünün gəldiyi nəticə k imi təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyri-mötəbər məlumat əsasında gəldiyi nəticə ilə razılaşmış, bununla da MPM-nin 389-cu maddəsinin tələblərini pozmuşdur (bax yuxarıda § 26 və 65).
80. İkincisi, 2018-ci il 23 aprel tarixli müstəqil auditor hesabatından görünür ki, MMC tərəfindən cücə alınmasına, yem məsarifinə, əmək haqqına, DSMF-yə ayırmalara, enerji, qaz və s. xərclərə sərf olunmuş vəsait də daxil edilməklə, 1 baş cücənin maya dəyəri 2,80 manat olmuşdur (işin materialları, İ cild, səh. 123). Birinci instansiya məhkəməsinin qətnaməsində isə: “Auditor Hesabatında ümumi quşların sayı üzrə sərf edilən yem hesablanaraq, artıq məbləğ hesablandığından məhkəmə sözügedən hesabatı qismən əsaslı hesab edir.” qeyd olunmuş, lakin bu nəticə kif ayət qədər aydın şəkildə əsaslandırılmamışdır. Bu məhkəmə 1 baş quşun qiymətini 0,68 manat götürməklə hesablama aparmış, alınmış nəticəyə yalnız kommunal xərclər və yem məsrəfi daxil edilmişdir. Həmin qətnamədən məhkəmənin öz hesablamasını hansı sənədə (sübuta), metodikaya əsaslandırması aydın olmur. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bu qeyri-müəyyənliyə aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası bunu hüquqi müəyyənlik prinsipinin pozulması kimi qiymətləndirir.
81. Üçüncüsü, birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş zərərin əvəzinin 12.365,72 manat olmasını müəyyən edərkən mübahisəli obyektdə MMC tərəfindən quraşdırılmış 415 KVA gücünə malik generatorun mövcud gücünün obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri ol an elektrik enerjisinin 60-70 faiz həcmində təmin edə bilməsi dəlilinə deyil, özünün apardığı hesablamaya əsaslanmışdır. Bu hesablamada həmin generatorun mövcud gücü ümumiyyətlə nəzərə alınmamışdır.
82. Dördüncüsü, hətta 415 KVA gücünə malik dizel generatorunun mövcud gücünün obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 70 faiz həcmində təmin edə bilməsi ilə razılaşsaq belə, MMC-yə dəyən zərər 12.365,72 manatdan xeyli artıq 22.376,28 manat olacaqdır (iddiada tələb olunan 74.587,60 manat – 70%= 22.376,28 manat).
83. Beşincisi, apellyasiya instansiyası məhkəməsinin, dizel generatorunun istismara yararlılıq vəziyyətini nəzərə almadan generatorun mövcud gücünün obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 60-70 faiz həcmində t əmin edə bilməsi nəticəsinə gəlməsi də əsaslı hesab oluna bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən ekspertin rəyinə əsaslanmışdır. Halbuki ekspertiza qarşısında generatorun yararlılıq vəziyyəti barədə sual qoyulmamış, buna görə də həmin məsələ tədqiqat obyekti olmamışdır.
84. Altıncısı, apellyasiya instansiyası məhkəməsi MMC-nin dizel generatorundan bilərəkdən istifadə etməməsi nəticəsinə gələrkən, ümumiyyətlə, MMC-nin qanunvericiliklə və tərəflər arasında enerjinin alqı-satqı müqaviləsi ilə öz obyektində generator quraşdırmaq və zərurət olduqda ondan öz hesabına istifadə etmək vəzifəsini daşıyıb-daşımaması məsələsinə hüquqi qiymət verməmişdir.
85. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 88, 217.1 və 217.3-cü maddələrinin tələblərini (bax yuxarıda § 65) pozduğundan iş üzrə əsaslı qətnamə qəbul etməmişdir.
86. Yeni apellyasiya baxışı zamanı iddiaçıya dəymiş zərərin həcminin müəyyənləşdirilməsi istiqamətində ətraflı araşdırma aparılmalı, müvafiq iddia tələbinə düzgün hüquqi qiymət verilməlidir.
87. Həmçinin məhkəmə kollegiyası ASC-nin kassasiya şikayətinin yuxarıda § 56-da qeyd olunmuş dəlili (aktı ləğv etmklə məhkəmənin iddia tələbindən əsassız kənarlaşması) ilə də razılaşır.
88. Belə ki, qanunun tələbinə görə, sahibkarlıq subyektlərində aparılan qanunsuz yoxlamaların hüquqi nəticəsi yoxdur, bu cür yoxlamaların gedişində aşkar edilmiş qanunvericiliyin pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (Yoxlamalar haqqındaQanunun 3.2-ci maddəsi, bax yuxarıda § 66 ).
89. Hazırkı mübahisədə qanunsuz yoxlama nəticəsində ACS tərəfindən MMC-yə məsuliyyət tədbirinin tətbiqi borc yazılması ilə reallaşmışdır. Ona görə də, MMC iddia tələbi qoymadığı halda, qanunsuz hesablanmış borcun silinməsi MMC-nin hüququnun müdafiəsi üçün tamamilə yetərli ola bilərdi. MMC tələb etmədiyi halda, məhkəmə tərəfindən əlavə olaraq ASC-nin müvafiq aktının ləğv olunması MMC-nin hüququnun daha etibarlı müdafiəsinə xidmət etmir. Elə apellyasiya instansiyası məhkəməsinin özünün qətnaməsinin də görünür ki (bax yuxarıda § 36), mübahisəli yoxlamanın nəticələrielektrik enerjisi uçotu və EEİQ-ə riayət olunması vəziyyətinin yoxlanılmasına dair 2017-ci il 19 oktyabr tarixli 003708 saylı aktda deyil, ASC-nin Akt Komissiyasının xx.xx.2017-ci il tarixli icra vərəqəsində əks olunmuşdur.
90. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, aktı ləğv etməklə birinci instansiya məhkəməsinin iddia tələbindən kənarlaşmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi MPM-nin 218.3-cü maddəsinin tələblərinə (bax yuxarıda § 65), habelə KMP-nin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqe (bax yuxarıda §§ 72 və 73) ilə uzlaşmır.
91. ASC-nin kassasiya şikayətinin yuxarıda §§ 52-55 və 57-də qeyd olunmuş dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri əsassızdır.
92. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassızlığı ətraflı şəkildə əsaslandırılmışdır. Həmin dəlillər cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eyni olduğundan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmə sinin bu mövqeyi ilə tam razılaşır və əlavə olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir:
93. İşin materiallarında olan Xocalı rayon prokurorluğunun 2018-ci il 12 mart tarixli “xxxx” Qərarından (işin materialları, İ cild, səh. 90-95) görünür ki, “xxxx” ASC-nin sözügedən akt üzrə talan olunmuş elektrik enerjisini bərpası məqsədilə abonentə 53.388 manat dəyərində 593208 kvts əlavə sərfiyyat hesablanması barədə müraciəti əsasında cinayət təqibi qaydasında araşdırma aparılmışdır.
94. Həmin Qərarda müəyyən edilmişdir ki: “... Məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 33224 №li rəyinə əsasən tədqiqata təqdim edilən işıq sayğacının və onun daxili hissəsinin (mikrosxeminin) üzərində hər hansı bir trasoloji zədə aşkar edilməmiş, tədqiqata təqdim edilən “1 və 2” rəqəmi ilə işarələnmiş plomb ların səthində kənar əşya təsirindən yaranmağa xarakterik iz və zədə aşkar edilməmişdir. Məhkəmə təhlükəsiz texnikası ekspertizasının 2018-ci il 7 fevral tarixdə 32989 №li rəyinə əsasən İddiaçı MMC tərəfindən şəbəkəyə qanunsuz qoşulmaqla enerjinin talanması halı müəyyən edilməmişdir....” “O cümlədən rəyin tədqiqat hissəsində göstərilənlərə - sayğaca kənar müdaxilənin olmaması, şəbəkəyə qanunsuz qoşulmaqla enerjinin talanması halının müəyyən edilməməsi və müəssisədə istehsalat prosesinin xarakterinə görə, elektrik avadanlıqları qeyri-stabil iş rejimində istismar olunduğu üçün müəssisədə istifadə olunan avadanlıqların 1 (bir) gün ərzində saylarının sabit olmadığı və işlədicilərin sayından asılı olaraq enerji sərfiyyatının dəyişdiyi nəzərə alındıqda “xxxx” ASC tərəfindən xx.xx.2017-ci il tar ixdə tərtib edilmiş aktın doğruluğu öz təsdiqini tapmadı....”
95. Qərarla İddiaçı MMC tərəfindən şəbəkəyə qanunsuz qoşulmaqla enerjinin talanması halı müəyyən edilmədiyindən (cinayət hadisəsinin olmaması səbəbindən) material üzrə cinayət işinin başlanması (bəraətverici əsasla) rədd edilmişdir.
96. Sənədlərdən görünür ki, ASC tərəfindən 2018-ci il 24 aprel tarixli məktubla qeyd olunan qərardan Suraxanı rayon prokuroruna şikayət yazılsa da, təmin olunmamış, bu səbəbdən ASC tərəfindən Suraxanı rayon məhkəməsinə şikayət olunmuşdur (işin materialları, İ cild, səh. 133-136, 209-212, 221). Suraxanı rayon məhkəməsinin 2018-ci il 14 iyun tarixli qərarı ilə Xocalı rayon prokurorluğunun 2018-ci il 12 mart tarixli “xxxx” Qərarı qanuni hesab edilmiş, ASC-nin şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2018-ci il 11 fevral tarixli 6(103)-38/2019 saylı Qərarı ilə ASC-nin apellyasiya şikayəti təmin olunmamış, Suraxanı rayon məhkəməsinin 2018-ci il 14 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (işin materialları, İİ cild, səh. 53-55).
97. Beləliklə, işin materiallarında Xocalı rayon prokurorluğunun 2018-ci il 12 mart tarixli “xxxx” Qərarının ləğv olunması müəyyən edilmir, ona görə də həmin qərar iş üzrə mötəbər sübut hesab olunur. Bu isə apellyasiya instansiyası məhkəməsinin ASC tərəfindən MMC-yə hesablanmış borcun silinməsi, habelə EEİQ-in 8.17-ci bəndinin (bax yuxarıda § 69) tətbiq olunmaması üzrə düzgün mövqe tutduğunu, bununla bağlı maddi və prosessual pozuntuya yol vermədiyini bir daha təsdiq edir.
98. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsa sən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 yanvar tarixli 2-2(103)-55/2020 saylı qətnaməsi “Azərişıq” ASC-nin 2017-ci il 19 oktyabr tarixli 003708 saylı aktının ləğv edilməsi və 12,365,72 manat dəyərində maddi ziyanın cavabdehdən tutulması hissələrində ləğv edilsin, həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.