Məhkəmə qərarları › İş №2-2(102)-288/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-288/2025

19.03.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-288/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi, İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “direktorun işdən azad edilməsi barədə protokolun təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 mart tarixli e-2-2(113)-2859/2025 nömrəli qə rardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə cavabdehin ümumi yığıncağının protokolunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 mart tarixli e-2-2(113)-58 77/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır (hakim – K.Hüseynov).

3. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir.

4. Məhkəmə qanunveriliciliyin normalarına istinad edərək hesab etmişdir ki, hazırkı tələb iddiaçının "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ümumi yığınacağın protokolunun təqdim edilməsi ilə bağlı olaraq əmək mübahisəsindən irəli gəlmişdir.

5. Məhkəmə bu qəna ətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 13-cü maddəsinə; “Sahibkarlıq fəaliyyəti haqqında” Qanununun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 25.1, 26.1, 26.2, 31.1, 151.1, 152.1 və 152.1.3-cü maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 11, 18-ci bəndlərinə istinad edərək əsaslandırmışdır.

6. İddiaçı həmin qərardaddan şikayət verərək, onu ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul olunmasın ı xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə, iddia ərizəsini geri qaytarmaqla, iddiaçının Əmək Məcəlləsinin 68 və 69-cu maddələrində nəzərdə tutulmuş hüququnun pozulmasına yol vermişdir. İddiaçı, Bakı Kommersiya Məhkəməsinə müraciət etməzdən əvvəl cavabdehə qarşı eyni tələblə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin 2025-ci il 7 fevral tarixli e-2(006)-1999/2025 nömrəli qərardadı ilə iddia geri qaytarılmış, mübahisənin kommersiya məhkəməsinə aid olduğu hesab edilmişdir. Ərizədən və Nəsimi Rayon Məhkəməsinin qərardadından göründüyü kimi iddiaçı, arzuladığı nəticəyə nail olmaq üçün, məhkəmə qərardadına etimad göstərmiş və qərardadın məzmununa uyğun olaraq tələblə kommersiya məhkəməsinə müraciət etmişdir. Lakin, kommersiya məhkəməsi əks məzmunlu qərardadl a ərizəni icraata qəbul etməkdən imtina etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 14 mart tarixli e-2-2(113)-2859/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara qlınmışdır (hakim – K.Hüseynov).

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Odur ki, hazırkı tələb iddiaçının "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı ümumi yığınacağın protokolunun təqdim edilməsi barədə olduğu üçün, o əmək müba hisəsindən irəli gəlmişdir. Tətbiq edilən hüquq

10. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.” “Maddə

152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənəd ləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə.”

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 4-cü bəndində müəyyən edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsindənəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiyaməhkəməsinin qə rardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Ali Məhkəmənin Kommersiya kollegiyasının hakimi X2, İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlundan ibarət qarışıq məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 mart tarixli e-2-2(113)-2859/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının 11-ci bəndində qeyd edilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü k imi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəal iyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

14. Həmin Qərarın 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən me ydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

15. Həmin Qərarın 18 və 19-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailənikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiy yəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Eyni zamanda, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxs in nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqısatqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.

16. Hazırki iş üzrə iddia predmetini təşkil edən tələbin mahiyyəti əmək hüquq münasibətindən, konkret halda iddiaçının direktor vəzifəsindən azad olunması ilə bağlı ümumi yığıncaq protokolunun təqdim edilməsinə dair mübahisədən ibarətdir. Bu münasibət tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqəli deyil və gəlir (mənfəət) əldə olunmasına yönəlmədiyi üçün, aidiyyəti baxımından kommersiya mübahisəsi kateq oriyasına daxil edilə bilməz. Eyni zamanda, əmək münasibətlərindən irəli gələn mübahisələrə baxılması müstəsna qaydada ümumi məhkəməyə aiddir.

17. MPM-in 152.1 və 152.1.3-cü maddələrində isə təsbit edilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

18. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

19. Şikayətin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. İddiaçının əvvəllər ümumi məhkəməyə müraciət edərkən həmin məhkəmənin işi kommersiya məhkəməsinə aid hesab etməklə iddia ərizəsini geri qaytarması isə hazırkı icraatla bağlı preyu disial əhəmiyyət kəsb etmir. Çünki aidiyyət məsələsinin həllində eyni instansiyaya aid bir məhkəmənin digər məhkəmənin prosessual mövqeyindən asılılığı yoxdur. Hər bir məhkəmə aidiyyət məsələsini MPM-in 24, 25, 26-cı maddələrinin tələbləri və Ali Məhkəmə Plenumunun 2020ci il 18 sentyabr tarixli 10 saylı Qərarı əsasında müstəqil qiymətləndirməlidir. Məhkəmələr tərəfindən aidiyyət məsələsi ilə bağlı yol verilmiş qiymətləndirmə səhvi isə növbəti dəfə məhkəməyə müraciət edildikdə məcburi xarakter daşımır və aidiyyət məsələsinin maddi və prosessual hüquq normalarına uyğun şəkildə həll olunmasına mane ola bilməz.

20. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 mart tarixli e-22(113)-2859/20 25 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Şərh olunanlara əsasən qarışıq məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 3 mart tarixli e-2-2(113)-2859/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar