Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-29/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-29/21 Bakı şəhəri xx xxxxxx 2021-ci il 16.02.2021 Açar sözlər: müqavilənin ləğvi, müqavilə predmetinin girovdan azad edilməsi və borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı Aynurə Kazımovanın vəkili Vəkil2, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun un vəkili Aysel Rəsulovanın iştirakları ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisi Aynurə Kazımova və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı (bundan sonra mətndə ilk iddia üzrə iddiaçı) cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (bundan sonra mətndə ilk iddia üzrə cavabdeh ) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə girovda olan “İsuzu Ecobus” markalı, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-*** dövlət qeydiyyat nişanlı avtobusların girovdan azad olunması üçün cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X7 məktubla müraciət olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlə qarşılıqlı iddia üzrə iddiaçı arasında bağlanmış 31AV/F20-12 saylı, xx xxxxxxxx 2012-ci il tarix li kredit müqaviləsinə xx xxxxx 2019-cu il tarixinə olan əsas borc üzrə 182.024,41 manat, faiz borcu üzrə 23.402,44 manat, cərimə borcu üzrə 67.585,02 manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən 5 faiz ilə hesablanan borc üzrə 17.670,72 manat, cəmi borc üzrə 290.682,59 manat vəsaitin, ödənilmiş dövlət rüsumu kimi 30 manat və 0,40 manat xidmət haqqının cavabdehdən tutulması və tutmanın girova yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə və həmin müqavilənin təminatı olaraq tərəflər arasında bağlanmış 31İP/F20-12 sa ylı, xx xxxxxxxx 2012-ci il tarixli girov müqaviləsinə xitam verilməsi və girovda olan “İsuzu Ecobus” markalı, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RJ-***, **RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG*** dövlət qeydiyyat nişanlı avtobusların girovdan azad edilməsi və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin ilk iddia üzrə cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İlk iddia üzrə iddiaçı bir daha məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ASC ilə bağlanmış 31İP/F20-12 saylı, xx xxxxxxxx 2012-ci il tarixli girov müqaviləsinin ləğv edilməsi və ləğv prosesində olan Cavabdeh ASC-də girovda olan 14 ədəd “İsuzu Ecobus” markalı, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RJ-***, **RJ-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG***, **-RG-*** dövlət qeydiyyat nişanlı avtobusların girovdan azad edilməsi və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin ilk iddia üzrə cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2012-ci ilin sentyabr ayında tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında iddiaçıya 780.300 manat vəsait verilmiş, iddiaçıya məxsus 17 ədəd “İsuzu Ecobus” markalı avtobuslar kreditin təminatı olaraq girov qoyulmuşdur. İddiaçı 2017-ci ilin yanvar ayında öhdəliklərinin icrasını yekunlaşdırmaqla ümumilikdə müqavilə üzrə banka 999.558,50 manat vəsait ödəmişdir. Lakin cavabdeh müqavilənin təminatı olan avtobusları girovdan azad etməmiş, habelə xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya məktub yollamayaraq banka 285.427,30 manat borcun qaldığını bildirmişdir. Halbuki, iddiaçının 999.558,50 manat ödəniş etməsi cavabdehin təqdim etdiyi hesabdan çıxarışla öz təsdiqini tapmışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli, 31AV/F20-12 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 56 ay müddətinə 20 faizlə 780.300 manat kredit verilmişdir. Kredir müqaviləsinin təminatı olaraq 31İP/F20-12 sa ylı girov müqaviləsinə əsasən, qarşılıqlı iddia üzrə cavabdehə məxsus “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobusları girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun xx xxxxx 2019-cu il tarixə banka ümumilikdə 290.682,59 manat borcu yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e2-2(82)581/2019 saylı qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) ilk iddia qismən – tərəflər arasında bağlanmış 31İP/F20-12 saylı, xx xxxxxxxx 2012-ci il tarixli girov müqaviləsi üzrə girov predmeti olan “İsuzu Ecobus” markarlı, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RJ-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **-RG-***, **RG-*** saylı avtobusların girovuna xitam ver ilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə 999.558,50 manat ödəniş edilməsini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim olunmamış, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının xx xxx 2019-cu il tarixli, **********516 saylı məktubuda isə ödənilmiş məbləğin 995.237,52 manat olduğu öz əksini tapmışdır. İlk iddia üzrə cavabdehin göstərdiyi məbləğ təqzib edilmədiyindən məhkəmə ödənişin məbləğini 995.237,52 manat olaraq qəbul etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi məhkəməyə təqdim olunmadığından, kredit vəsaitinin hansı faizlə verilməsini müəyyən etmək mümkün olmamışdır. Müqavilənin təminatı olan girov predmetinin dəyəri 918.000 manat təşkil etdiyindən, ilk iddia üzrə iddiaçı tərəfindən 995.237,52 manat pulun ödənilməsi öz təsdiqini tapdığından məhkəmə kredit olaraq götürülmüş məbləğin ödənildiyinin şübhə doğurmadığı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv olunması üçün mülki qanunvericiliklə müəyyən olunmuş əsasların mövcudluğu öz təsdiqini tapmamış, girov predmeti olan nəqliyyat vasitələrinin girovdan azad olunmasına dair hər-hansı qeydiyyatın aparılması isə ilk iddia üzrə cavabdehin səlahiyyəti olmamaqla qətnamənin bilavasitə icra mərhələsinə aiddir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı ləğv prosesində olan Cavabdeh ASC-nin səhmdarı Sənan Məmmədov vəsatətlə müraciət edərək, onun maraqlı şəxs kimi cəlb edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-23/2020 saylı qərardadı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) vəsatət qismən təmin edilmiş, Sənan Məmmədov iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Apellyasiya icraatı zamanı Aynurə Kazımova ərizə ilə müraciət edərək, iddiaçının vəfat etməsi və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini bildirərək, iddiaçının prosessual hüquq varisi qismində cəlb olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən, məhkəmə kollegiyası Aynurə Kazımovanın iş üzrə iddiaçının prosessual hüquq varisi qismində tanınmasını qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-23/2020 saylı qərardadı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən xx xxxx 2020-ci il tarixli, 5116 saylı rəy tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsi ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) ilk iddia üzrə cavabdehin apellyasiya şikayət i qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən – tərəflər arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli, 31AV/F20-12 saylı kredit müqaviləsi üzrə 173.142,96 manat əsas borc, 15.660 manat faiz borcu və 30 manat dövlət rüsumunun ona keçən miras həddində X1 tutulması və tutmanın xx xxxxxxxx 2012-ci il tarixli, 31İP/F20-12 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 17 ədəd “İsuzu Ecobus” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İ SUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG388 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobuslara yönəldilməsi hissəsində təmin olunmuş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli AZ-İİ seriyalı 037175 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı iş apellyasiya icraatında olarkən xx.xx.2019-cu il tarixdə tarixdə vəfat etmişdir. xx xxx 2014-cü il tarixli, AZ-İ 924791 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X3 ilə rəsmi nikaha daxil olmuşdur. 39 saylı notariat orqanı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ölmüş İddiaçı həyat yoldaşı X4 miras əmlakı qəbul edərək vərəsə kimi tanınmışdır. Məhkəmə kollegiyası iddiaçının vərəsəsi X2 ərizəsini təmin edərək, hazırki iş üzrə on u İddiaçı əvəzinə prosessual hüquq varisi qismində tanımışdır. xx xxxxxxxx 2012-ci il tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən Cavabdeh ASC tərəfindən borcalan İddiaçı illik 20% olmaqla 48 ay müddətinə 780.300 manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən borc alan kredit məbləğini yeni alınacaq 17 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə edəcəyi müəyyən olunmuşdur. İddiaçı xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 780.300 manat məbləğində kredit öhdəliklərinin təminatı olaraq kreditor Cavabdeh ASC-nə ümumi dəyəri 918000 manat olan 17 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarını xx xxxxxxxx 2012-ci il tarixli, 31İP/F20-12 nömrəli girov müqaviləsinə əsasən girov qoymuşdur. “Hesabdan çıxarış”-ın təsdiq olunmuş surətindən və cavabdehin xx xxx 2019-cu il tarixli **********516 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən xx xxxxxxxx 2012ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan dövr ərzində ümumilikdə 995.237,52 manat ödəniş edilmişdir. 14 ədəd “İSUZU ECOBUS” markalı sərnişin daşıma avtobuslarının şəhadətnamələrindən görünür ki, qeyd olunan nəqliyyat vasitələri İddiaçı adına qeydiyyata alınmışdır. Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli **********150 nömrəli məktubdan görünür ki, 31AV/F20-12 nömrəli, xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 285.427,30 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsi hazırki işlə bağlı tərəflərin mübahisələndirdiyi məsələ kredit borcunun məbləğinin müəyyən edilməsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən, yalnız ilkin iddiaçının müəyyən qədər pul vəsaiti ödəməklə kredit borcunu ödədiyi və onun kredit borcunun olmadığı nəticəsinə gəlmiş və bu nəticədən çıxış edərək girov müqaviləsinə xitam verilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-23/2020 saylı qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tə rəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 5116 saylı rəydən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxxxx 2012-ci il tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx xxx 2017-cı il tarixə İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 18660,96 manat faiz borcu olmaqla, cəmi 191.803,92 manat məbləğində müəyyən edilir. Müqavilə müddətinin bitdiyi xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək faiz borcu illik 5% dərəcəsi ilə hesablanmaqla, və xx xxxxxx 2019-cu il tarixdə aparılmış 3000,0 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 30.137,64 manat faiz borcu olmaqla, cəmi 203.280,6 manat məbləğində müəy yən edilir. Müqavilə müddətinin bitdiyi xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək faiz borcu hesablanmamaqla, və xx xxxxxx 2019-cu il tarixdə aparılmış 3000,0 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 15.660,96 manat faiz borcu olmaqla, cəmi 188.803,92 manat məbləğində müəyyən edilir. Bank tərəfindən xx xxxxxxxx 2012-ci il tarixli, 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan təminatlı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Ekspert rəyindən görünür ki, xx xxxxxxxx 2012-ci il tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə cərimənin hesablanmas ını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan təminatlı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, ilk iddia tələbi girov müqaviləsinə xitam verilməsi ilə bağlı olduğundan və girov müqaviləsi müstəqil müqavilə olmamaqla təminat verdiyi əsas öhdəliyə (kredit müqaviləsinə) istinad etdiyindən, nəhayət kredit müqaviləsinin kontragenti kimi ilk iddiaçı həmin müqavilənin bir nüsxəsini özündə saxlamalı olduğundan, birinci instansiya məhkəməsinin kredit müqaviləsinin ilk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi səbəbindən kredit borclarına görə 20 faiz hesablanmalı olmamasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Birinci i nstansiya məhkəməsi ilk iddiaçının iddia tələblərinin əsaslandığı halların sübutu kimi həmin kredit müqaviləsinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini nəzərə almamış və sübutetmə yükünün ilk növbədə iddiaçının üzərinə düşdüyünə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçı cərimələrin hesablanması barədə məhkəməyə hesabdan çıxarış məlumatlarını təqdim etmədiyindən qarşılıqlı iddia bu hissədə təmin edilməməli, cərimə hesablanmadan müqavilə müddətinin bitdiyi xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək faiz borcu hesablanmamaqla və xx xxxxxx 2019-cu il tarixdə aparılmış 3000 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla ilk iddiaçının qarşılıqlı iddiaçıya olan kredir borcu əsas borc üzrə 173.142,96 manat, faiz borcu 15.660,96 m anat olmaqla ümumilikdə 188.803,92 manat müəyyən edilmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 294, 527.1, 294.1.1, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6, 9.1, 87.2, 97.1, 77.1, -ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən ilk iddia üzrə iddiaçının hüquqi varisi Aynurə Kazımova kassasiya şikayəti verərək onun ləğv edilməsi və apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçının varisi şikayətində bildirmişdir ki, ilk iddia üzrə cavabdeh, kredit üzrə borcun mövcud olduğunu bildirsə də, kredit müqaviləsi və ya kassa məxaric orderini mə hkəməyə təqdim edə bilməmişdir. Kreditin hansı faiz dərəcəsi ilə verilməsi isə yalnız kredit müqaviləsinin əslinin məhkəməyə təqdim olunması ilə müəyyən edilə bilərdi. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsinin surəti isə mötəbər sübut kimi qəbul oluna bilməz. Bu səbəbdən, kredit müqaviləsinin üçüncü şəxs tərəfindən təqdim olunmuş və mötəbər sübut hesab edilə bilinməyən surəti əsasında ekspert tərəfindən rəyin verilməsi qanunsuz olmuşdur. Dəlillərin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddələsinə və “Məhkəmə ekspertizası haqqında” Azərbaycan Respublikası Qanunun 12,13-cü maddələrinə istinad olunmuşdur. Sonuncu qətnamədən həmçinin ilk iddia üzrə cavabdeh kassasiya şikayəti verərək onun şikayət verilən hissədə ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması və ya qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yalnız ekspert rəyi rəhbər tutulmuş və bank tərəfindən təqdim olunmuş maliyyə arayışı nəzərə alınmamışdır. Belə ki, müqavilə müddəti üçün hesablanan əsas borc, faiz borcu ekspert və məhkəmə qətnaməsində daha az məbləğdə müəyyən edilmişdir. Eyni zamanda, müqavilə müddəti bitdikdən sonra iddia verilən tarixədək hesablanan, faiz dərəcəsi 5 faiz olmaqla müəyyən edilən borc məbləği və cərimə borcu məhkəmə tərəfindən təmin edilməmişdir. Bu səbəbdən, məhkəmənin qətnaməsi əsas və faiz borclarının ləğv prosesində olan ban kın iddia tələbində müəyyən edilən məbləğdən daha az məbləğdə müəyyən edilməsi, cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan, faiz dərəcəsi 5 faiz olan borcun təmin edilməməsi hissəsində mübahisəlidir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101, 103, 77.3, 14.1, 14.2-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n i ş t i r a k ı v ə i z a h a t l a r ı Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının hüquqi varisinin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdirlər. İlk iddia üzrə cavabdehin kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçının kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkü n hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətlər ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, ilk iddia tələbi girov müqaviləsinə xitam verilməsi ilə bağlı olduğundan və girov müqaviləsi müstəqil müqavilə olmamaqla təminat verdiyi əsas öhdəliyə (kredit müqaviləsinə) istinad etdiyindən, nəhayət kredit müqaviləsinin kontr agenti kimi ilk iddiaçı həmin müqavilənin bir nüsxəsini özündə saxlamalı olduğundan, birinci instansiya məhkəməsinin kredit müqaviləsinin ilk iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsi səbəbindən kredit borclarına görə 20 faiz hesablanmalı olmamasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Habelə, qarşılıqlı iddiaçı cərimələrin hesablanması barədə məhkəməyə hesabdan çıxarış məlumatlarını təqdim etmədiyindən qarşılıqlı iddia bu hissədə təmin edilməməli, cərimə hesablanmadan müqavilə müddətinin bitdiyi müddətə faiz borcu hesablanmamaqla ilk iddiaçının qarşılıqlı iddiaçıya olan kredir borcu müəyyən edilmişdir. Bu mövqeyi ilk iddia üzrə iddiaçı o əsasla mübahisələndirmişdir ki, ilk iddia üzrə cavabdeh kredit üzrə borcun mövcud olduğunu bildirsə də, kredit müqaviləsi və ya kassa məxaric orderini məhkəməyə təqdim etməmiş, halbuki, kreditin hansı faiz dərəcəsi ilə verilməsi yalnız kredit müqaviləsinin əslinin məhkəməyə təqdim olunması ilə müəyyən edilə bilərdi. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş kredit müqaviləsinin surəti isə mötəbər sübut kimi qəbul oluna bilməz. İlk iddia üzrə cavadeh apellyasiya məhkəməsinin mövqeyini o əsasla mübahisələndirmişdir ki, apellyasiya məhkəməsi yalnız ekspert rəyini rəhbər tutulmuş və bank tərəfindən təqdim olunmuş maliyyə arayışı nəzərə alınmamışdır. Müqavilə müddəti üçün hesablanan əsas borc, faiz borcu ekspert və məhkəmə qətnaməsində daha az məbləğdə müəyyən edilmişdir. Eyni zamanda, müqavilə müddəti bitdikdən sonra iddia verilən tarixədək hesablanan, faiz dərəcəsi 5 faiz olmaqla müəyyən edilən borc məbləği və cərim ə borcu məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada dəlillərin qiymətləndirilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halına münasibətdə apellyasiya məhkəməsi əks hal kimi müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə): - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qa ytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Maddələrin tələblərindən göründüyü kimi, kredit müqaviləsinin mahiyyətinə görə, bir tərəf mülkiyyətində olan pula dair hüququ digər tərəfə verilməsi öhdəliyini götürür, sonuncu isə həmin pulu qaytarmaq öhdəsini daşıyır. Borc müqaviləsinin predmeti pul məbləği olduqda belə müqavilə kredit müqaviləsi hesab olunur. Müqavilənin şifahi formada bağlanması mümü künlüyü nəzərdə tutulmuş, lakin tərəflərin iradə ifadəsinə əsasən müqavilə yazılı formada bağlana bilər. Apellyasiya məhkəməsi işin halı kimi müəyyən etmişdir ki, tərəflər arasında xx xxxxxxxx 2012-ci il tarixli yazılı kredit müqaviləsi bağlanmışdır. Bu halı apellyasiya məhkəməsi təqdim edilmiş müqavilənin surəti əsasında müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; - 388-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Prosessual normaların tələblərindən göründüyü kimi, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir, lakin işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim olunmamış sübutların apellyasiya baxışı zamanı təqdim olunmasına yalnız tərəfdən asılı olmayan səbəbdən mümkün olmadığı sübuta yetirilməlidir. Apellyasiya məhkməsi yeni sübutları tədqiq etməklə işin nəticəsinə təsir edən yeni faktiki halları müəyyən edə bilər. Apellyasiya məhkəməsinə yeni sübutların təqdim edilməsi və onlara əsasən yeni faktların müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikaı Konctitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müra ciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə, onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin.” İstinad olunan hüquqi əsaslar üzrə apellyasiya məhkəməsinin qərarı yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya məhkəməsi maddənin tələblərinə uyğun olmayan halda yeni sübutu qəbul etmiş və işin yeni halını müəyyən etmişdir. Belə ki, işin hallarına görə, birinci instnasiya məhkəməsinə təqdim olunmayan kredit müqaviləsinin surəti üçüncü şəxs qismində apellyasiya icraatına cəlb olunmuş şəxs təqdim etmişdir. İlk olaraq məhkəmə kollegiyası hesa b edir ki, həmin şəxsin apellyasiya icraatı zamanı prosesə cəlb edilməsinin prosessual qaydaları məhkəmə tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. - 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin M əcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; - 357.2-ci maddəsinə əsaəsn, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin vəsatəti əsasında məhkəmə icraatına cəlb edilməsi yalnız birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıla qədər aparıla bilər. Birinci instansiya məhkəməsində icraat zamanı işə cəlb olunmayan şəxslər yalnız qətnamə qanuni qivvəyə minmədiyi halda ondan şikayət verməklə qətnamənin onların hüquq və vəzifələrinə toxunması əsası ilə apellyasiya icraatına cəlb oluna bilərlər. İşin prosessual vəziyyətindən göründüyü kimi, apellyasiya icraatı zamanı ləğv prosesində olan Cavabdeh ASC-nin səhmdarı Sənan Məmmədov vəsatətlə müraciət edərək, bankın səhmdarı olması əsası ilə maraqlı şəxs kimi məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Qəbul edilmiş qətnamənin onun qanunla müəyyən edilmiş qaydada hüquq və vəzifələrinə toxunması məsələsinə qiymət vermədən öncə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, həmin şəxsin məhkəmə ictaatına cəlb edilməsi proseduru yuxarıda qeyd edilmiş prosessual müddəaların tələblərinə zidd olmuşdur. Belə ki, apellyasiya məhkəməsi həmin şəxsin p rosesə cəlb edilməsi məsələsini həll edərkən mülki və mülki prosessul qanunvericiliyin tələblərinə əsaslanmamış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarını rəhbər tutumaqla məsələni həll etmişdir. Bununla da, müəyyən edilir ki, üçüncü şəxsin icraata cəlb edilməsi qanunsuz olduğundan, onun tərəfindən təqdim edilmiş sübutun apellyasiya icraatı zamanı qəbul edilməsi də yuxarıda əks olunmuş prosessual qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Bundan başqa, sübutların məhkəmə tərəfindən qəbul edilməsi məsələsinə qiymət verərkən məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də apellyasiya məhkəməsi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası MPM-nin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düz gün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 89-cu maddəyə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, b elə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Maddələrin tələblərindən göründüyü kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara həmçinin yazılı sübutlar aiddir. Yazılı sübutlara dair müəyyən edilmiş tələblər - onların ya əslinin və yaxud notarial qaydada təsdiq olunmuş surətlərinin təqdim olunması zəruridir. Yalnız prosessual qanunvericiliyin tələbinə əsasən təqdim edilmiş yazılı sübut məhkəmə tərəfindən qəbul olunmaqla onun əsasında işin halının müəyyən edildiyi nəticəsinə gəlmək mümkündür. Məsələyə münasibətdə Azərbaycan Respublikaı Konctitusiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Qeyd olunmalıdır ki, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə məhkəmədə baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bənd inin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi təqdim edilməmiş kredit müqaviləsini Mülki Prosessual Məcəllənin 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və onun əsasında qətnamə qəbul etməklə prosessual pozuntutya yol vermişdir. Bu hissədə məhkəmə kollegiyası ilk iddiaçının kassasiya şikayətinin dəlillərini qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası həmçinin bildirir ki, ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinin dəlillərinin qiymətləndirilməsi qeyrimümkündür, çünki qarşılıqlı iddia üzrə tələblərə apellyasiya məhkəməsi işin müəyyən edilmiş halı əsasında qiymət vermişdir. Yuxarıda verilmiş hüquqi qiymətləndirmədən göründüyü kimi isə, qeyd edilmiş hal, yəni tərəflər arasında kredit münasibətlərinin təqdim edilmiş kredit müqaviləsi əsasında yaranması prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müəyyən edildiyindən, qətnamənin ilk iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə yoxlanılması həmin prosessual normaların tələblərinə zidd hesab olunmalıdır. Bununla da, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş prosessual pozuntular aradan qaldırılmaqla apellyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Azərb aycan Respublikası MPM-nin 418.3-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan prosessual normalarının tələblərinə uyğun qəbul edilməmişdir və ilk iddia üzrə iddiaçının kassasiya şikayətində göstərilmiş dəlillər və ilk iddia üzrə cavabdehin kassasiya şikayəti qətnamənin ləğv olunması üçün əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: ilk iddia üzrə iddiaçının hüquqi varisi Aynurə Kazımova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. ilk iddia üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-23/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-29/2021
Ali Məhkəmə Qərar — İş №2-2(102)-29/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver