Məhkəmə qərarları › İş №2-2(102)-290/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-290/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-290/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, kredit müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən kredit müqaviləsi üzrə 18000 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 yanvar tarixli 2-2(107)-18/2025 nömrəli qətnaməsindən cavabdeh tərə findən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh arasında 2020-ci il 31 avqust tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə borc verən borcalana 18.000 manat pul borc vermişdir.

2. Borcalan (Cavabdeh) isə krediti 2021-ci il 1 dekabr tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda cavabdeh tərəfindən 2020-ci il 31 avqust tarixdə notariat ofisinə ərizəsində 18.000 manat borc pul almasını və həmin borcu müqavilədə göstərilən müddətdə qaytarmalı olmağı, öhdəliyi yerinə yetirmədiyi halda borcu müəyyən edən sənəddə notariusun apardığı icra qeydi üzrə pul məbləğinin tutulması və əmlakın tələb edilib alınması haqqında müqaviləni imzaladığını bildirmişdir.

3. Ərizədəki imza ilə müq avilədəki imza eyni olmaqla cavabdeh ona 18.000 manat borc pul verildiyini etiraf etmişdir. Borcverən müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, borcalan müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcunu ödəməyərək müqavilə öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 18.000 manat borcu qalmışdır.

4. İş üzrə Muğanbank ASC-dən təqdim edilmiş 535828 nömrəli qəbzdən müəyyən olunur ki, 18.000 manat vəsait cavabdehin bank hesabına köçürülmüş və sonuncu həmin qəbzi imzalamış və qeyd edilən pul vəsaitini qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən kredit müqavil əsi üzrə 18.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş 2020-ci il 31 avqust tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18.000 manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh iddiaçıya olan borcunu 2021-ci il 1 dekabr tarixinədək tamamilə qaytarmağa öhdəlik götürməsinə baxmayaraq bu günədək borc məbləğindən hər hansı bir ödəniş etməmişdir. Cavabdehə borcunu ödəməsi barədə pretenziya qaydasında müraciət etsə də, yenə də borcunu qaytarmamışdır.

7. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi verərək ondan pul tələb edir. Azərbay can Respublikası Mülki Məcəlləsinə (bundan sonra – “MM”) edilmiş yeni dəyişikliyə əsasən borc verənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti 1 ildir. Mülki qanunvericiliyə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir, lakin məhkəmə qərarı çıxarılanadək tərəfindən verdiyi ərizə əsasında məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddiadan imtina barədə qərar çıxarılır. Hazırki işdə də kredit müqaviləsindən görünür ki, kredit müqaviləsinin tərtib edildiyi vaxt 2020-ci il 31 avqust, kreditin qaytarılmasının son müddəti isə 2021-ci il 1 dekabr tarixləridir. Deməli, iddia müddəti 1 il hesablandığına görə borc verənin kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddətinin son günü 2022-ci il 1 dekabr tarixi hesab olunur. 1 ildən artıq müddət keçdiyinə görə borc verən iddia müddətini ötürmüş sayılır. Belə ki, iddia etmə müddəti 2022-ci ilin dekabr ayının 1-də bitmiş və bu günədək iddia müddətinin bitməsindən də 1 il artıq müddət keçmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2024cü il 6 iyun tarixli 4/398 nömrəli ekspert rəyinə əsasən Muğanbank ASC-nin 2020-ci il 31 avqust tarixli, 535828 nömrəli çekinin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım imza” qrafasındakı imza cavabdeh tərəfindən icra olunmuşdur.

9. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 15 oktyabr tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – M.Hüseynov).

10. Məhkəmə qeyd etmişdir ki, iş üzrə Muğanbank ASC-dən təqdim ed ilmiş 535828 nömrəli qəbzdən müəyyən olunur ki, 18.000 manat vəsait cavabdehin bank hesabına köçürülmüş və sonuncu həmin qəbzi imzalamışdır ki, Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi qəbzdəki imza cavabdeh tərəfindən çəkilmişdir.

11. Göründüyü kimi cavabdehə 18.000 manat pul verilmiş və sonuncu buna dair qəbzə imza etmişdir. Eyni zamanda 2020-ci il 31 avqust tarixdə notariat ofisinə ünvanlanmış ərizədə cavabdeh ona 18.000 manat borc pul verildiyini etiraf etmişdir.

12. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir.

13. Məhkəmə bildirmişdir ki, cavabdeh bu müddətin 1 il olması, müddətin 2022-ci il 1 dekabr tarixdə bitməsi və bu səbəbdən iddia müddətindən 1 ildə n də artıq keçməsi ilə əlaqədar iddia müddətinin tətbiqinə dair ərizə versə də, bunda haqlı deyildir.

14. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borc müqaviləsinin müddətinin, yəni öhdəliyin icra vaxtının bitdiyi an ilə müəyyən edilir ki, borc müqaviləsi 2021-ci il 1 dekabr tarixinədək bağlanmış və cavabdeh tərəfindən nə müqavilənin qüvvədə olduğu dövr ərzində, həmçinin müqavilə müddəti bitdikdən sonra hər hansı ödəniş edilməmişdir.

15. Göründüyü kimi notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin son günü 2021-ci il 1 dekabr tarixdə bitmişdir. Mülki qanunvericiliyin tələbləri baxımından müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən hazırki iddia tələbi üzrə iddia müddətinin son günü 202 4-cü il 1 dekabr tarixdə bitəcəkdir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.

16. Hazırkı iddia tələbi üzrə iddia müddəti keçmədiyindən mübahisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.

17. Məhkəmə göstərilənlərə əsasən qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında notarial kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini yerinə yetirsə və buna dair sübutları təqdim etsə də, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, işdə olan sübutlar cavabdeh tərəfindən təkzib edilsə də, sübut edilmədiyindən hazırki iş üzrə iddia tələbi əsaslıdır və təmin edilərək 18.000 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 375.1, 375.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 739.2-ci maddələrinə istinad etmə klə əsaslandırmışdır.

19. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 yanvar tarixli, 2-2(107)-18/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Sadiqov, hakimlər – E.Hüseynov və Ə.Kərimov).

21. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, 2020-ci il 31 avqust tarixli kredit müqaviləsi bağlandığı və qüvvədə olduğu dövrdə Qanunvericiliyin tələbi baxımından borc müqaviləsinin predmeti hər hansı pul məbləği o lduqda, həmin müqavilə “kredit müqaviləsi” adlandırıldığından və 3 min manatdan artıq məbləğdə pul vəsaiti borc verildikdə müqavilənin yazılı formada bağlanmalı olması tələb edildiyindən və eyni zamanda, hazırkı mübahisə üzrə 18000 manat məbləğində borcu vermiş iddiaçı “müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs” (maddə 739.2.-köhnə redaksiyada) olmadığından, həmin borcun verilməsi üçün yazılı qaydada bağlanmış 2020-ci il 31 avqust tarixli müqavilə “kredit müqaviləsi” adlandırılsa da, həmin müqavilə qanunvericiliyin tələbi baxımından mahiyyəti üzrə iki fiziki şəxs arasında bağlanmış borc müqaviləsidir. Bu halda isə MM-in həmin dövrdə (hal-hazırda da) bu kimi mübahisələrlə əlaqədar iddia müddətinin 3 il həddində müəyyən edilməsi nəzərə alınmalıdır. Çünki MM-in tə ləblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir və icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Odur ki, 2020-ci il 31 avqust tarixli kredit müqaviləsinin (borc müqaviləsinin) icra müddəti 2021-ci il 1 dekabr tarixində bitdiyindən və iddiaçı tərəfindən bu mübahisə üzrə məhkəməyə müvafiq iddia ərizəsi ilə 2023-cü il 28 sentyabr tarixində müraciət olunduğundan hazırkı mübahisə üzrə iddiaçı iddia müddətini ötürməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 14.2.1, 373.2, 377.2, 385.1, 386.1, 399.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 445.1, 445.2, 445.2.1, 448.1, 448.2, 739, 739.1, 739.2, 740, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MP M”) 2.1, 2.2, 10-1.1, 10-1.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.2, 217.3, 217.4, 217.5, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

24. MM-in 745.4-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndi üzrə - cavabdeh apelyasiya şikayətində qeyd olunmuş iddia müddətinin tətbiqinə dair məhkəmənin qeyd etdiyi hüquqi nəticə ilə razı deyildir. Mübahisə predmeti olan kredit müqaviləsi bağlandığı dövrdə MM-nin 745.4-cü maddəsi mövcud olmasa da kredit müqaviləsi üzrə mübahisənin məhkəmələrdə həlli zamanı MM-nin 745.4cü maddəsi mövcud olmuşdur.

25. Bu maddədən göründüyü kimi eyni zamanda bağlanmış müqavilə kredit müqaviləsi olduğuna görə məhkəmə MM-in 745.4-cü maddəsində qeyd olunan iddia müddətini tətbiq edərək iddianın rədd olunmasına dair qətnamə qəbul etməliydi. Bundan başqa cavabdeh qeyd edir ki, apelyasiya instansiya məhkəməsi qətnamədə öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verərək yekun nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinə baxdıqda isə görünür ki, iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərkən məhkəmə mübahisə predmeti olan müqavilənin kredit müqaviləsi olmasını və MM-nin 745.4-cü maddəsinin təsiri altına düşməsini qiymətləndirməm işdir. İşin mübahisəli halına hüquqi qiymət verməmişdir.

26. MPM-in 88, 386 və 418-ci maddələri üzrə - Apelyasiya məhkəməsi qətnamədə mövqeyini bidirərkən mübahisə predmeti olan müqaviləni əvvəlcə sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar arasında bağlanmış borc müqaviləsi adlandırmış daha sonra isə fiziki şəxslər tərəfindən bağlanmış borc müqaviləsi adlandırmışdır. Beləliklə, məhkəmə natamam fikirlə qətnaməni yekunlaşdırmışdır.

27. Cavabdeh bildirir ki, əgər müqavilə iki fiziki şəxs arasında bağlanmış müqavilədirsə onda həmin mübahisənin kommersiya məhkəməsi tərəfindən baxılması prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

31. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəllə sinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

739. Borc müqaviləsi (31 avqust 2020-ci il tarixli kredit müqaviləsi bağlandığı dövrdə qüvv ədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər....” “Maddə

740. Borc müqaviləsinin forması (31 avqust 2020-ci il tarixli kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada) 740.1. Borc müqaviləsi t ərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır....”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olara q baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

36. Kassasiya şikayətinin pros essual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 yanvar tarixli 22(107)-18/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar