Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-291/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh1 və cavabdeh2-yə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi 13.07.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-18/2021 saylı qətnaməsindən cavabdeh 1 və cavabdeh 2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “Müəssisə”) Cavabdeh1 və cavabdeh 2 (bundan sonra – “Cavabdeh1 və cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2016-cı il 1 yanvar tarixdən 2016-cı il 1 oktyabr tarixə qədər dövr üzrə ödənilməmiş icarə haqqı olan 25.200 manat vəsaitin tutularaq Müəssisəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar Cavabdeh1 və cavabdeh2 cavabdehlər Müəssisəyə və Cavabdeh 3 (bundan sonra – “Cavabdeh3”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 2012-ci il 8 iyun tarixli 3M-/1031 reyestr nömrəli və 2012-ci il 14 avqust tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız sayılması, qeyd edilən qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsinə, həmçinin əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş 472.246 manat vəsaitin və əldən çıxmış faydaya görə 18.000 manat vəsaitin cavabdehlərd ən müştərək qaydada tutularaq cavabdeh1-ə ödənilməsi, həmçinin iddiaçılar cavabdeh2 və cavabdeh1 hər birinə 30.000 manat məbləğində dəymiş mənəvi zərərə görə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçı Müəssisə cavabdehlər X MMC-yə (bundan sonra – "Mühafizə Xidməti”), cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2012-ci il 8 iyun tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1-dən 2016-cı il 1 oktyabr tarixindən 2017-ci il 8 iyun tarixinədək olan icarə haqqı borcu 22.400 manat pulun tutularaq Müəssisəyə verilməsi, cavabdehlərdən ünvan 1 ünvan da yerləşən qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin (əldən çıxmış fayda və işgüzar nüfuzun) əvəzi kimi hər bir cavabdehdən 5.000 manat olmaqla, cəmi 15.000 manat pulun müştərək qaydada tutularaq Müəssisəyə verilməsi, Cavabdeh1 və cavabdeh2-yə məxsus "Toshiba" markalı 10 ədəd kondisionerin (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqların, 26 ədəd videokameranın, 6 ədəd böyük divanın, 15 ədəd kiçik kreslonun, 3 ədəd dairəvi stolun (jurnal stolu) və 9 ədəd kvadrat stolun ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2(82)- 906/2016 saylı qətnaməsi ilə Müəssis ənin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 2016-cı il 1 yanvar tarixdən 2016-cı il 1 oktyabr tarixədək ödənilməmiş icarə haqqı üzrə 25.200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin Müəssisənin xeyrinə tutulması, cavabdeh2-yə münasibətdə isə iddia tələbinin rədd edilməsi qət olunmuşdur (hakim – M.Hacıbəyova). 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-2(82)-13/2018 saylı qətnaməsi ilə Cavabdeh1 və cavabdeh2 iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 2012-ci il 8 iyun tarixli 3M-/1031 reyestr nömrəli və 2012-ci il 14 avqust tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız sayılması, ünvan 2 ünvanındakı on mərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahə sinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199.752 manat vəsaitin cavabdehlər Müəssisədən və Cavabdeh3 müştərək qaydada tutularaq cavabdeh 2-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, qalan 15 manatın iddiaçılara aid edilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatının iddiaçılara, qalan 100 manatının cavabdehlərə aid edilməsi qət edilmişdir (hakim – R.Kərimli). 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(82)-61/2018 saylı qətnaməsi ilə Müəssisənin iddia tələbi təmin edilməmişdir (hakim – R.Kərimli). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkə məsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-18/2021 saylı qətnaməsi ilə: 7.1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 25 noyabr tarixli 2(82)906/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və cavabdeh2 müştərək qaydada 25.200 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq Müəssisəyə ödənilməsi; 7.2.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli 2-2(82)-13/2018 saylı qətnaməsindən iddiaçılar Cavabdeh1 ilə cavabdeh2 və cavabdehlər Müəssisə ilə Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, qətnamənin ləğ v edilərək, iddianın qismən təmin edilməsi, cavabdeh Müəssisədən 149.498 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdeh Müəssisədən tutularaq iddiaçılara ödənilməsi, qalan 15 manatı iddiaçılara aid edilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatı iddiaçılara, qalan 100 manatı cavabdeh Müəssisəyə aid edilməsi; 7.3.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 aprel tarixli 2-2(82)-61/2018 saylı qətnaməsindən iddiaçı Müəssisə tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ləğv edilərək iddianın qismən təmin edilməsi, Cavabdeh1-dən 22.400 manat məbləğində pul vəsaitinin tutularaq Müəssisəyə ödənilməsi; cavabdehlər Cavabdeh1 və cavabdeh 2-dən müştərək qaydada 5.600 manat məbləğində pul vəsaitinin tutularaq Müəssisəyə ödənilməsi, “Toshiba” markalı 10 ədəd kondisioner (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqlar, 26 ədəd videokamera, 6 ədəd böyük divan, 15 ədəd kiçik kreslo, 3 ədəd dairəvi masa və 9 ədəd dördkünc masanın ünvan 1 ünvanından cavabdehlər Cavabdeh1 və cavabdeh2 tərəfindən götürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və cavabdeh2-dən müştərək qaydada tutulan 25.200, 5.600 və 30 manat, həmçinin Cavabdeh1-dən tutulan 22.400 manat məbləğində pul vəsaiti ilə Müəssisədən tutulan 149.498 və 15 manat məbləğində pul vəsaitinin əvəzləşdirilərək son olaraq Müəssisədən 96.283 manat məbləğində pul vəsaitinin tutularaq cavabdeh2-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə xətşünasl ıq ekspertizası tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaitinin Müəssisədən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
8. İddiaçı Müəssisə 2021-ci il 16 may tarixində kassasiya şikayət verərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)18/2021 saylı qətnaməsinin qismən – “Cavabdeh1 və cavabdeh2 cavabdehlər Müəssisəyə və Cavabdeh3-ə qarşı təmir xərclərinin və zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddialarının təmin edilmiş hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehlər Cavabdeh3 və İddiaçı1 (Vəkil1) 2021-ci il 1 iyun tarixində kassasiya şikayət verərək Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-18/2021 saylı qətnaməsinin qismən – Müəssisənin cavabdehlər Cavabdeh1 və cavabdeh2-yə qarşı “xxxx” tələbinə dair iddiasının təmin edildiyi hissədə, habelə iddiaçı Müəssisənin cavabdeh Mühafizə Xidmətinə, cavabdeh2 və Cavabdeh1-ə qarşı “mülkiyyətə müdaxilə nəticəsində yurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edildiyi hissədə, eləcə də iddiaçılar Cavabdeh1 və cavabdeh2 cavabdehlər Müəssisəyə və Cavabdeh3-ə qarşı “icarə müqavilələrin etibarsız sayılması, qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdınlmasına sərf edilmiş 472.246,90 manatın cavabdehlər Müəssisədən və Cavabdeh3-dən müştərək qaydada tutulması” barədə iddiasının rədd edildiyi hissədə ləğv edilməsi, iddiaçı Müəssisənin cava bdehlər Cavabdeh1 və cavabdeh2-yə qarşı “xxxx” tələbinə dair iddiasının tamamilə rədd edilməsi, iddiaçı Müəssisənin cavabdeh Mühafizə Xidmətinə, cavabdeh2 və Cavabdeh1-ə qarşı “mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiasının tamamilə rədd edilməsi, iddiaçılar Cavabdeh1 və cavabdeh2 cavabdehlər Müəssisəyə və Cavabdeh3-ə qarşı iddiaçı Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 2012-ci il 8 iyun tarixli 3M-02/471 reyestr nömrəli və 2012-ci il 14 avqust tarixli 3M/1031 reyestr nömrəli icarə müqavilələrin etibarsız sayılması, ünvan 2 ünvanındakı yerləşən onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 472.246,90 manatın cavabdehlər Müəssisədən və Cavabdeh3 müştərək qayda da tutularaq cavabdeh2-yə ödənilməsi barədə iddiasının tam təmin edilməsi, iş üzrə ekspertiza xərclərinin Müəssisədən və Cavabdeh3-dən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, birinci instansiya məhkəməsində iddia qaldırılması, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün cavabdeh 2 və cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzinin Müəssisədən və Cavabdeh3-dən müştərək qaydada tutularaq Cavabdeh1 və cavabdeh2-nin xeyrinə ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
10. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyas ı məhkəmələri tərəfindən qaytarılır....” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin hakimi qərardad çıxardır.” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
11. İddiaçı Müəssisə tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olsa da, cavabdehlər Cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti aşağıda göstərilənlərə əsasən icraata qəbul edilməməlidir.
12. İşin materiallarında olan “Məhkəmə sənədlərininin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair” 2021-ci il 29 mart tarixli çıxarışdan (8-ci cild, i/v 305) görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2 (103)-18/2021 saylı qətnaməsi cavabdehlər cavabdeh2 və Cavabdeh1-in vəkili “elektron kabinet”inə 2021-ci il 19 mart tarixdə saat 11:12-də yerləşdirilmişdir. Həmin çıxarışa əsasən, Vəkil1 təsdiq edilmiş elektron ünvanı (e-mail) vardır (mailto:babek_memmedov@hotmail.comElektron ünvan ).
13. Bu baxımdan, işin materiallarından görünür ki, qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfin vəkilinə 2021-ci il 19 mart tarixində MPM-in 135.5 və 135.8-ci maddələrinin tələblərinə görə, lazımi qaydada çatdırılmışdır.
14. Odur ki, cavabdeh tərəfə münasibətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin axımı 2021-ci il 19 mart tarixində başlayaraq 19 may tarixində bitmiş olurdu.
15. İş materiallarından isə görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-18/2021 saylı qətnaməsindən cavabdehlər İddiaçı1 və Cavabdeh3 vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə 2021-ci il 1 iyun tarixində, yəni qətnaməni aldıqdan 2 ay 12 gün sonra daxil olmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, kassasiya şikayətinin göndərilməsi barədə zərf də iş materiallarında mövcud deyildir.
16. Beləliklə, işin materiallarından kassasiya şikayətinin verilməsi üçün MPM-in 405-ci maddəsində (bax yuxarıda §17) nəzərdə tutulmuş 2 aylıq müddətin ötürüldüyü görünür.
17. Apellyasiya instansiya məhkəməsi isə bu məsələyə hüquqi qiymət vermədən həmin kassasiya şikayətini baxılmaq üçün Ali Məhkəməyə göndərmişdir.
18. Halbuki MPM-in 408.1.4 və 408.2-ci maddələrinin (bax yuxarıda §17) tələblərinə əsasən, müəyyən edilmiş müddət ötürülməklə verilmiş kassasiya şikayətinin geri qaytarılması məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həll olunmalıdır.
19. Onu da qeyd etmək lazımdır ki, kassatorlar tərəfindən ötürülmüş şikayətvermə müddətinin bərpasına dair vəsatətin verilib-verilməməsi və bu vəsatətlə bağlı məhkəmənin qəbul etdiyi qərardad işin materiallarında olmadığından prosessual müddətin üzrlü səbəbdən ötürülüb-ötürülməməsi ilə bağlı birmənalı nəticəyə gəlmək olmur.
20. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti həmin kassasiya şikayətinin MPM-in 405 və 408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
21. Hazırkı kommersiya işinin cavabdehlərin kassasiya şikayətinin MPM-in 405 və 408- ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alındığından, iş üzrə iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş kassasiya şikayətinə baxılması, həmin iş üzrə müvafiq prosessual hərəkətlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilməsindən sonra mümkündür.
22. Şərh olunanları nəzərə alaraq və MPM-in 405, 408 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 mart tarixli 2-2(103)-18/2021 saylı qətna məsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-in 405 və 408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.