Məhkəmə qərarları › İş №2-2(102)-291/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-291/2022

07.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-291/2022 07.04.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər İlqar Ağababaş oğlu Dadaşov, Bəhman Fərhad öğlu Qəribov və Bəhram Məmməd oğlu Məmmədli iddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx" MMC və digərlərinə qarşı kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 oktyabr tarixli, 2-2(103)1083/2021 saylı qətnaməsindən cavabdehlərdən Cavabdeh4 və vəkili Vəkil tərəfindən verilmi. kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdi:

1. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli, 2-2(113)-2129/2021 saylı qətnaməsi ilə iddia qi smən təmin edilərək, cavabdehlər "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh6, Qanuni nümayəndə2, Cavabdeh3, Cavabdeh2, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 10R000008862 saylı kredit razılaşması üzrə 249960,44 ABŞ dolları əsas, 283054,49 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 538014,93 ABŞ dolları manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 9 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, 10R000009845 saylı kredit razılaşması üzrə cavabdehlər "xxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh6, Qanuni nümayəndə2, Cavabdeh3, Cavabdeh2 və "xxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 58823,52 ABŞ Dolları əsas, 105469,87 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi borcu 166293,39 ABŞ Dolları manatın ödəniş gününə məzənnə nisbəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın 28 noyabr 2014-cü il tarixli 010M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 334,8 kv.m olan qeyriyaşayış sahəsinə, 03 fevral 2015-ci il tarixli, 010M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Qanuni nümayəndə2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 136a saylı evin 108,1 kv.m ümumi sahədən ibarət 31 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışd an əldə olunmuş vəsait hesabına banka olan borc və ödənilmiş dövlət rüsumuna görə 9 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsum və 40 manat xidmət haqqının ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq cavabdehlərə qaytarılması, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 334,8 kv.m olan qeyri-yaşayış sahəsinin likvid dəyərinin 620.000 manat, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 136a saylı evin 108,1 kv.m ümumi sahədən ibarət 31 nömrəli mənzilinin likvid dəyərinin 130.000 manat müəyyən edilməsi, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 334,8 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 136a saylı evin 108,1 kv.m ümumi sahədən ibarət 31 nömrəli mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – Z.Axundova).

2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 oktyabr tarixli, 2-2(103)-1083/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) cavabdeh “xxxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli, 2-2(113)-2129/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 06 oktyabr tarixli qətna məsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Cavabdeh4 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir.

4. Kassasiya şikayətini nəzərdən keçirərək məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün onun qəbulundan imtina edilməlidir.

5. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

6. Məcəllənin 408.1.5-ci maddəsinə müvafiq olaraq kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır.

7. Cavabdeh4 və vəkili Vəkil kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin ümumiyyətlə nədən ibarət olduğu qeyd edilməmiş, buna baxmayaraq kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

8. Məcəllənin 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldım:

10. Cavabdeh4 və vəkili Vəkil kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar