Məhkəmə qərarları › İş №2-2(102)-291/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-291/2025

13.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-291/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçının Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 yanvar tarixli 2-2(104)- 31/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “X3” MMC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 7 aprel tarixli QSZX 52/0522 nömrəli xidmət müqaviləsinə əsasən, icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. 2. 2022-ci il 7 aprel tarixli QSZX 52/0522 nömrəli xidmət müqaviləsinə imzalanmış 1 nömrəli əlavəyə əsasən, Frontal Yükləyici “FOTON FL958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı texnikanın və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı texnikanın hər birinə görə 8.000 manat olmaqla ümumilikdə bir ay üçün 16.000 manat xidmət haqqı müəyyən edilmişdir.

3. Tərəflər arasında tərtib edilmiş 2024-cü il 20 fevral tarixli üzləşmə haqqında aktına əsasən, Cavabdeh MMC-nin İddiaçı 2023-cü il 31 dekabr tarixinə əsas məbləğdən 38.523,83 manat borcunun olması hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı borcun ödənilməsi ilə bağlı 2024-cü il 22 fevral tarixində pretenziya ilə Cavabdeh MMC-yə müraciət etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 22 aprel tarixində Cavabdeh MMC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 38.523,83 manat borcun və 210 manat dövlət rüsumunun, ümumilikdə 38.733,83 manat pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus vəsait hesabına aldığı, hazırda mülkiyyətində olan Frontal Yükləyici “Foton FL-958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə 2022-ci il 7 aprel tarixli QSZX 52/0522 nömrəli xidmət müqaviləsinə əsasən hər ay üçün ümumilikdə 16.000 manat xidmət haqqı ödənilmək şərti ilə sifarişçi cavabdehə xidmət göstərmişdir. Xidmət müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən mülkiyyətində olan 2007-ci il buraxılışlı, sarı rəngli, Frontal Yükləyici “FOTON FL-958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı texnikanın iş saatı 12 saat olmuş və sifarişçi tərəfindən ona hər ay üçün 8.000 manat, 2013-cü il buraxılışlı, sarı rəngli, Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı texnikanın isə iş saatı 12 saat olmuş və sifarişçi tərəfindən ona həmin texnikaya görə hər ay üçün 8.000 manat xidmət haqqı ödənilmişdir. Xidmət müqaviləsinin şərtlərinə əsasən, ödənişlər 2023-cü ilədək ödənilmiş, lakin 2023-cü il 1 yanvar tarixindən 2023-cü il 31 dekabr tarixədək olan müddət ərzində xidmət haqqı tam olaraq ödənilməmiş, cavabdehdən alınmış üzləşmə haqqında akta əsasən, cavabdehin 2023-cü il 1 yanvar tarixindən 2023-cü il 31 dekabr tarixinədək olan müddət ərzində göstərdiyi xidmətlərə görə ona ümumilikdə 38.523,83 manat borcu yaranmışdır.

7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 31 oktyabr tarixli e-2-2(115)-1313/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunması qət edilmişdir (hakim – R.Qələndərzadə).

8. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2022-ci il 7 aprel tarixli QSZX 52/0522 nömrəli xidmət müqaviləsinə əsasən, iddiaçı hər ay üçün ümumilikdə 16.000 manat xidmət haqqı ödənilmək şərti ilə mülkiyyətində olan Frontal Yükləyici “FOTON FL958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə sifarişçi cavabdehə xidmət göstərmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 38.523,83 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, elektron qaimələr ilə öz təsdiqini tapır. Elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan üzləşdirmə aktı ilə əlaqəli şəki ldə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur.

9. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 753.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 yanvar tarixli 2-2(104)-31/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətna məsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında podratdan irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş və həqiqi hüquqi nəticələr yaratmağa yönəlmişdir. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmiş və hazırda müqavilənin etibarlılığı tərəflər tərəfindən mübahisələndirilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında podratdan irəli gələn müqavilə münasibətləri etibarlı olmuşdur.

13. Cavabdeh müqavilənin 2.2-ci bəndinə istinad edərək görülmüş işlərin təhviltəsliminin həyata keçirilmədiyini və iddiaçıya borcunun olmadığını iddia edir. Apellyasiya şikayətinin dəlilinə münasi bətdə məhkəmə kollegiyası bildirmişdir ki, tərəflər arasında müqavilənin 2.2-ci bəndinin tələbləri baxımından xidmətin icra olunması barədə təhvil-təslim aktı tərtib edilməsə də, cavabdeh 2024-cü il 20 fevral tarixində 2023-cü il 31 dekabr tarixinə əsas məbləğdən 38.523,83 manat borcunun olmasını üzləşmə aktı ilə etiraf etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh 2023-cü il 31 dekabr tarixinə əsas məbləğdən 38.523,83 manat dəyərində görülmüş işləri qəbul etmişdir.

14. Belə olan halda xidmətin yerinə yetirilməsinə dair təhvil-təslim aktının olmaması işlərin yerinə yetirilməməsi kimi qiymətləndirilmir. Cavabdehin 2023-cü il 31 dekabr tarixinə əsas məbləğdən 38.523,83 manat borcunun olmasını etiraf etməsi bir daha təsdiq edir ki, iddiaçı tərəfindən özünə məxsus Frontal Yükləyici “FOTO N FL958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı texnika və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı texnika vasitəsi ilə razılaşdırılmış işləri yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

15. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh tərəfdən üzləşmə aktı müəssisənin direktoru Murat Çağlayan və baş mühasibi tərəfindən təsdiq edilmiş, qətnamədən apellyasiya şikayəti isə cavabdeh müəssisənin rəhbəri Murat Çağlayan tərəfindən verilmişdir.

16. Göründüyü kimi, cavabdehin direktoru müəssisənin borcunun olmasını etiraf etmiş və həmin üzləşmə aktının mötəbərliyini mübahisələndirmədən qətnamədən formal əsaslarla apellyasiya şikayəti vermişdir ki, cavabdehin rəhbərinin hərəkətləri bir-birinə z iddir.

17. Bundan başqa, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinin də pozulduğunu iddia etsə də bu pozuntunun nədən ibarət olmasını əsaslandırmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi işin nəticəsinə təsir edəcək prosessual pozuntuya yol verməmiş və qəbul etdiyi qətnaməni prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmışdır.

18. Həmçinin məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, təqdim edilmiş qaimələrin hazırkı mübahisənin həllinə təsiri yoxdur. Belə ki, elektron qaimələrdə qaiməni təqdim edən iddiaçı deyil cavabdehdir və elektron qaimələrdə əsas kimi “beton və sement satışı” göstərilmişdir. Elektron qaimələr tərə flər arasında yaranmış sement satışı ilə bağlı cavabdeh tərəfindən verilmişdir ki, hazırkı mübahisənin həllinə təsir edəcək sübut kimi qəbul edilə bilməz. Birinci instansiyası məhkəməsi hazırkı mübahisənin həllində elektron qaimələri sübut qismində qəbul etməkdə haqlı olmasa da, işin digər sübutlarına düzgün qiymət verməklə doğru nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 329.2, 337.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 753.1, 769, 770-ci; MPM-in 14.2, 77.1, 217, 384.0.1ci maddələrinə istinad edərək əsaslandırmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəl illəri

21. MM-in 385.1, 425.1, 425.2-ci maddələri üzrə - İddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsinə əsasən, iddiaçı mülkiyyətində olan müvafiq nəqliyyat vasitələri ilə cavabdehə xidmət göstərməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, sözügedən müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyini tam icra etmiş olsun. Lakin iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmişdir, xidmətləri tam şəkildə icra etməmiş və təhvil verməmişdir (təhvil-təslim aktları məhkəməyə təqdim olunmayıb). Lakin müqavilə üzrə hansı həcmdə xidmətlər göstərilmişdirsə, həmin xidmətlərin dəyərini cavabdeh tam şəkildə iddiaçıya ödəmişdir. Apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına uyğun tət biq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir.

22. MPM-in 9.1 və 9.3-cü maddələri üzrə - Məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

23. MPM-in 81, 88-ci maddələri üzrə - Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünün subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol vermiş, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etira zın dəlilləri

24. Kassasiya şikayətinə qarşı iddiaçı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlənd irilməməlidir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifə sinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətd ə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır....” “Maddə

769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.” “Maddə

770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifar işçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

30. Məhkəmənin cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyinə, çəkişmə prinsipinin pozul ması ilə nəticələnən qətnamə qəbul etdiyinə dair dəlillər işin materialları ilə təkzib edilməkdədir. Belə ki, cavabdehin tərəfin apellyasiya instansiyası məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılması iş materiallarından görünür (i/v 137, 140). İş materiallarından o da məlum olur ki, cavabdeh tərəf hər hansı üzrlü səbəb gətirmədən, təyin olunan vaxt məhkəmə iclasına gəlməmişdir. MPM-in 376.2-ci maddəsinin (bax § 28) məzmunundan aydın olur ki, qanun işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər üzürlü səbəblərdən göstərmədən iclasa gəlmədiyi hallarda apellyasiya instansiyası məhkəməsinin üzərinə işin baxılmasını təxirə salmaq vəzifəsini qoymamışdır. Digər tərəfdən, cavabdeh tərəf öz mövqeyini birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində əks etdirmiş və məhkəməyə hər hansı əlavə sübut təqdim etməmişdir.

31. Kassasiya şikayətinin digər dəlilləri ilə eyniməzmunlu olan dəlillər isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.

32. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

33. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 28) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 28) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

34. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 yanvar tarixli 2-2(104)-31/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Ap ellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 27 yanvar tarixli 2-2(104)-31/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar