Məhkəmə qərarları › İş №2-2(102)-292/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-292/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-292/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kredit müqaviləsi, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə) və zaminlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakim X3 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyab r tarixli 2-2(105)-114/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Borcverən İddiaçı QSC ilə kredit alan Cavabdeh3 arasında 2022-ci il 29 iyul tarixli 017A********** nömrəli kredit müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına (Ödəniş Planı) uyğun otaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür. 3. 4.1.5-cü bəndinə əsasən, kredit alan krediti və ona hesablanmış faizi Ödəniş Planı üzrə vaxtında və lazımı qaydada qaytarmadıqda, Bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

4. Həmin kredit müqaviləsində göstərilən kre ditin və ona hesablanmış faizlərin 2022ci il 29 iyul tarixli Ödəniş Planına (Ödəniş Cədvəlindən) görə, kredit alan Cavabdeh3 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1.870 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh3 imza etmişdir. X6 əsasən ödənişin son tarixi 2025-ci il 1 avqust müəyyən olunmuşdur.

5. Borcverən İddiaçı QSC və müvafiq olaraq zaminlər X2 və Cavabdeh2 ilə ayrıayrılıqda bağlanmış 2022-ci il 29 iyul tarixli 017G**********02 nömrəli və 2022-ci il 29 iyul tarixli 017G**********01 nömrəli Zaminlik Müqavilələrinə görə, həmin Müqavilələr üzrə zaminlər X2 və Cavabdeh2 da zamin olaraq kreditalan Cavabdeh3 2022-ci il 29 iyul tarixli 017A********** nö mrəli Kredit Müqaviləsi əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kreditalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada 39.035,62 manat məbləğində krеdit bоrcu, 5.379,04 manat məbləğində faiz bоrcu və 2.903,9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 47.318,56 manat məbləğində bоrcun və 231,96 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdı r ki, kredit götürən şəxs müqavilə öhdəliklərini pozaraq ödənişləri mütəmadi şəkildə gecikdirmiş və 2023-cü il 3 iyul tarixindən etibarən kredit və faiz borcunu tamamilə ödəməmişdir. Bu müddət ərzində borcalan yalnız 10.964,38 manat ödəmiş, 39.035,62 manat əsas borc ödənilməmiş qalmışdır. Müqavilə şərtlərinə əsasən, kredit qalığı üzrə faiz gündəlik hesablanır və 2024-cü il 15 mart tarixinə faiz borcu 5.379,04 manat, gecikməyə görə hesablanmış cərimə isə 2.903,90 manat təşkil etmişdir. Müqavilə ilə müəyyən olunmuş qaydada kreditin və faizlərin vaxtında ödənilməməsi halında bankın müqaviləyə birtərəfli qaydada xitam verərək qalan borcun, faiz və cərimələrin tam məbləğdə tələb etmək hüququ mövcuddur. Kreditin icrasının təminatı məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələr inə əsasən, borcalanla birgə məsuliyyət daşıyır və onun kredit öhdəliklərinin icrasına cavabdehdirlər.

8. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 30 iyul tarixli e-2-2(119)1074/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 39.035,62 manat məbləğində əsas borc, 5.379,04 manat məbləğində faiz borcu, 1.000 manat məbləğində cərimə və 231,96 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 45.646,62 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Sadiqov).

9. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh3 və zaminlər Cavabdeh1 ilə Cavabdeh2 bağladıqları kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş, kreditin əsas borcunu və ona hesablanmış faizləri müəyyən olunmuş qaydada banka q aytarmamışlar. Kreditin vaxtında ödənilməməsi səbəbindən borcalanın 2024-cü il 15 mart tarixinə əsas borcu 39.035,62 manat, faiz borcu 5.379,04 manat, cərimə borcu isə 2.903,90 manat təşkil etmişdir. Borcun qaytarılmaması ilə əlaqədar cavabdehlərə xəbərdarlıq olunmuş, lakin mübahisə məhkəməyəqədər mərhələdə həll edilməmişdir. İddiaçının əsas borc və faiz üzrə tələbi əsaslıdır və cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Cərimə məbləği isə qeyri-mütənasib sayılmış və azaldılaraq 1.000 manat məbləğində müəyyən edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 470.1, 472.1, 472.3, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda n sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

11. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(105)-114/2024 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – M.Hüseynov, hakimlər – İ.Dəmirov və Z.Məmmədov).

13. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri əsasında alınmış 50.000 manat məbləğində fərdi mikro kredit üzrə öhdəliklər lazım i qaydada icra edilməmişdir. Borcalan kredit ödənişlərini gecikdirmiş, nəticədə əsas borc, faiz və cərimə borcu formalaşmışdır. İş materiallarına əsasən 2024-cü il 15 mart tarixinə 39.035,62 manat əsas borc, 5.379,04 manat faiz və 2.903,90 manat cərimə borcu yaranmışdır.

14. Apellyasiya məhkəməsi cavabdehin şikayətini əsassız sayaraq qeyd etmişdir ki, müqavilə öhdəliklərinin pozulması nəticəsində kreditorun onu birtərəfli qaydada ləğv etməsi və yaranmış borcların məhkəmə qaydasında tələb olunması qanunvericiliyə uyğundur. Kreditorun hesablanmış faiz və cərimələri tələb etmək hüququ ləğvetmə anınadək mövcud olub və müqavilə pozuntusu əhəmiyyətli xarakter daşıyıb. Bu şəraitdə kredit müqaviləsinin bərpası və yeni ödəniş cədvəlinin tərtibi kreditorun səlahiyyətinə aid məsələdir. Hazırkı iş üzr ə də iddiaçı (kredit verən) tərəfindən cavabdehə (kredit alana) faiz və cərimə hesablanmasını aradan qaldıran və ya məhdudlaşdıran qanuni əsaslar mövcud deyildir, ona görə də cavabdehin iddiaçıdan hesablanmış faiz və cərimə borclarının silinməsini tələb etməsi əsassızdır. Eləcə də, işin hallarından göründüyü kimi, iddiaçı 15 mart 2024-cü il tarixədək cavabdeh tərəfindən öhdəliyin icrasını gözləmiş, öhdəliyin əhəmiyyətli dərəcədə pozulduğunu (ödənişin 256 gün gecikdirilməsini) nəzərə alıb həmin tarixdən kredit müqaviləsinə birtərəfli qaydada xitam vermiş və qeyd edilən tarixədək hesablanmış kredit borclarını cavabdehdən (və zaminlərdən) məhkəmə qaydasında tələb etmişdir. Belə vəziyyətdə məhkəmə tərəfindən iddiaçının üzərinə kredit müqaviləsinin bərpa edilməsi və qalan əsas borc məbləğinə ye nidən aylıq ödəniş cədvəlinin tərtib edilib cavabdehə verilməsi öhdəlikləri qoyula bilməz; bu məsələlərin həlli iddiaçının öz səlahiyyətinə aiddir. Ona görə də cavabdeh onun barəsində qeyd edilən güzəştlərin tətbiqi haqqında xahişlə bilavasitə iddiaçıya müraciət edə bilər.

15. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.2, 425.1, 442, 445.1, 447.1, 448.1, 449.1, 465.2, 467, 472.1, 472.3, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

16. Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. MM-in 421.2, 425.1, 442 və 447.1-ci maddələri üzrə - kredit müqaviləsinə əsasən onun borcu 2025-ci ilin avqust ayınadək tam ödənilməlidir. Bu müddət nəzərə alınaraq, cavabdeh əlavə faiz və cərimələrin silinməsi şərti ilə yenidən ödəniş cədvəlinin tərtib edilməsini və ödənişlərin davam etdirilməsinə şərait yaradılmasını xahiş etmiş, eyni zamanda apellyasiya instansiyasından iddianın rədd edilməsini istəmişdir. Gecikmələr ailəvi və sosial çətinliklər səbəbindən baş vermiş, bu barədə iddiaçıya məlumat verilmiş və məsələnin razılaşma yolu ilə həlli təklif olunmuşdur. Buna baxmayaraq, bank tərəfindən güzəşt tətbiq edilmədən birbaşa məhkəmə mübahisəsinə başlanılmışdır. Bu yanaşma vicdanlılıq prinsipi ilə uzlaşmır. Öhdəliyin icrasının mümkünlüyünü qorumaq üçün müqavilə şərtlərinin dəyişdirilməsi barədə iddiaçıya müraciət etmiş, lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamış və cavabdehin müqaviləni pozması kimi qiymətləndirilmişdir.

18. MPM-in 2.2, 14, 88, 385.1.2-ci maddələri üzrə - məhkəmə işin həqiqi hallarını düzgün müəyyən etməmiş, mövcud sübutları lazımi qaydada qiymətləndirməmiş və nəticədə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu hal mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan qanunçuluq və ədalət prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə işdə mövcud olan əsas hallara - tərəflər arasında müqavilənin qüvvədə olması, iddiaçının borcun gecikməsi il ə bağlı məhkəməyəqədər heç bir narazılıq və ya rəsmi irad bildirməməsi kimi sübutlara əhəmiyyət verməmişdir. Bu isə sübutetmə yükü və sübutların qiymətləndirilməsi prinsiplərinə uyğun olmamışdır. Nəticə etibarilə, məhkəmənin bu yanaşması maddi və prosessual hüquq normalarının tələblərinə zidd olmuş, qəbul edilmiş qətnamə isə bu səbəbdən qanunsuz və ədalətsiz hesab edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

20. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

21. Azərbaycan Resp ublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları müddəalarında “421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlar ını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öh dəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.”

22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin e dilməsi üçün əsaslar mövcud deyildir.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

25. Kassasiya şikayətində istinad olunan MM-in 421.2, 425.1, 442 və 447.1-ci maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

26. İddiaçının cavabdehə güzəşt tətbiq etməməsi, müqavilənin şərtlərinin dəyişdirilməsindən imtina etməsi və bununla da vicdanlıq prinsipinin pozulması barədə dəlillər isə əsassız olmaqla qeyd olunan maddələrin tələblərinin pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsinə gəlmək üçün əsas ola bilmə z.

27. Belə ki, cavabdehə güzəşt tətbiq edilməsi və bunula bağlı müqavilənin dəyişdirilməsi iddiaçının vəzifəsi deyil, hüququqdur. MM-in 421.1-ci maddəsi də tərəflərin razılaşması ilə müqavilənin dəyişdirilməsi imkanını nəzərdə tutumuşdur.

28. Ona görə də, iddiaçının həmin hüquqdan istifadə etməməsi MM-in 425.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə xx.xx.2023-cü il tarixdən etibarən kredit müqaviləsi üzrə ödənişlər edilməmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixə qədər öhdəliyin icrasını gözləmiş, öhdəliyin əhəmiyyətli dərəcədə pozulduğunu (ödənişin 256 gün gecikdirilməsini) nəzərə alıb həmin tarixdən kredit müqaviləsinə birtərəfli qaydada xitam vermiş və qeyd edilən tarixədək hesablanmış kred it borclarını cavabdehdən (və zaminlərdən) məhkəmə qaydasında tələb etmişdir.

29. Eyni zamanda, kollegiya qeyd edir ki, cavabdeh kredit və faiz məbləğlərini ödəniş planına uyğun qaytarmaq öhdəliklərini icra etməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçının müqaviləyə vaxtından əvvəl xitam verilməsi tərəflər arasında bağlanmış müqavilənin 4.1.2-ci bəndinə və MM-in 421.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

30. Kassasiya şikayətində qeyd edilən işin hallarının düzgün müəyyən edilməməsi, sübutlara düzgün qiymət verilməməsi və MPM-in 2.2, 14, 88, 385.1.2-ci maddələrinin tələblərinin pozulması ilə bağlı dəlillər də əsassızdır.

31. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olar aq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

34. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi bütün dəlillərə qiymət verilmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 noyabr tarixli 2-2(105)-114/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar