Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-293/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviçdən ibarət qarışıq tərkibdə, iddiaçı X1 cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzr ə məhkəmə icraatı a) Siyəzən Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 1 fevral tarixində "Azərişıq” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə ("xxxx" ASC-nin X4 Təchizatı-Satışı İdarəsi və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 2020-ci il 8 iyul tarixli NDQ seriyalı 007601 nömrəli aktın etibarsız hesab edilərək ləğv olunması və bu akta əsasən hesablanmış 1.123,61 manat zərər məbləğindən məcburi ödənilən 559,94 manat pulun alınaraq iddiaçıya qaytarılması, qalıq 563,67 manat pulun isə abonent hesabından silinməsi, cavabdehin istehlakçıya elektrik enerjisini n verilişinin dayandırılması kimi qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə mübahisəli hüquq münasibətləri tərəflərin sahibkarlıq və iqtisadi münasibətləri zəminində yarandığı üçün mülki işin ərazi və məhkəmə aidiyyəti olaraq cavabdehin qeydiyyata alındığı ünvan nəzərə alınmaqla, Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
3. Siyəzən Rayon Məhkəməsinin 2024-cü il 6 mart tarixli 2(059)-171/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – B.Ələkbərov).
4. Həmin məhkəmə qeyd etmişdir ki, mübahisə iddiaçının Siyəzən şəhəri Xətai küçəsində is tifadəsində olan iaşə obyekti kimi fəaliyyət göstərən qeyri-yaşayış binasında elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində cavabdeh tərəfindən tərtib edilmiş aktın və onun əsasında yaranmış borcun mübahisələndirilməsi ilə bağlı olmuşdur. Həmçinin abunə haqqında təfərrüatlı məlumatlardan, eləcə də tərəflər arasında bağlanmış “enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısı” barədə birtipli müqavilədən göründüyü kimi, elektrik enerjisinə görə hesablaşma qeyri-əhali (ticarət və xidmət) istehlakçı qrupuna daxil olan şəxslər üçün nəzərdə tutulmuş elektrik enerjisinin ölkədaxili tarifinə (11 qəpik/kVts) müvafiq aparılmışdır. Bütün bunlar isə mübahisənin aşkar şəkildə ko mmersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərmişdir. b) Sumqayıt Kommersiya Məhkəməsindəki icraat
5. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 6 aprel tarixli 2-2(119)-702/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – Z.Sadiqov).
6. Kommersiya məhkəməsi qeyd etmişdir ki, iş materialları və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlar ilə iddiaçının hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olması (VÖEN-ə malik olması) müəyyən edilməmişdir. Ümumi məhkəmənin qəbul etdiyi qərardadda da iddiaçının hər hansı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olması və bununla bağlı VÖEN-i olması (VÖEN-in nömrəsi və s.) barədə məlumat qeyd olunmamışdır. Həmin qərardadda iş üzrə mübahisə predmeti “iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə görə yazılmış borcu mübahisələndirməsi” ilə əlaqələndirilərək, “işin məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi” qənaətinə gəlinmişdir. Halbuki “sahibkarlıq fəaliyyəti” - qanunla nizamlanan, müvafiq qaydada rəsmi qeydə alınan fəaliyyət sahəsi olduğu üçün, hər hansı subyektin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, ilk növbədə onun sahibkar kimi qanuni əsaslarla qeydə alınmasından və sahibkarlıq fəaliyyətinin bunun əsasında yaranmasından asılıdır. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...
27. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqs ədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna m alik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır.”
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəmə yə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” Ali Məhkəmənin mövqeyi
9. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materia llarını araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilməlidir.
10. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 8) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olubolmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.
11. İş materiallarından məlum olur ki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamış, yəni fərdi sahibkar statusuna malik deyildir. Belə olan halda isə mübahisənin subyekt tərkibi işə istənilən halda kommersiya mə hkəməsində baxılmasını istisna edir.
12. Belə ki, Plenum Qərarının 27-ci bəndində formalaşdırılmış hüquqi mövqelərdən (bax § 7) aydın olur ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibk ar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır.
13. Belə olan təqdirdə isə, artıq digər meyarlar, yəni mübahisəli hüquq münasibətinin xarakteri və mübahisənin predmeti baxımından mübahisə kommersiya fəaliyyətindən yaranan mübahisə kimi qiymətləndirilsə belə, ona kommersiya məhkəməsində baxılması mümkünsüzdür. Odur ki, həmin meyarlar üzrə hüquqi dəyərləndirmə aparılmasına lüzum da qalmır.
14. Yuxarıda göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi bel ə qənaətə gəlir ki, hazırkı mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz, ona görə də işə ümumi məhkəmədə, yəni iddianın verildiyi Siyəzən Rayon Məhkəməsində baxılmalıdır.
15. Şərh olunanlara əsasən məhkəmə kollegiyası MPM-in 32.7, 403-1.6, 403-1.7, 4031.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı X1 cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Siyəzən Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.