Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-613/2024 05.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və qaz verilişinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən 2023-cü ilin avqust ayına hesablanmış 304,75 manat borc məbləğinin 258,50 manat hissədə silinməsi və iddiaçıya məxsus qeyri-yaşayış obyektinə qaz verilişinin bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Cavabdeh vəsatətlə həmin məhkəməyə müraciət edərək, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(074)-375/2024 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və qaz verilişinin bərpa edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2-2(119)-613/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və qaz verilişinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-153-cü maddələrində nəzərdə tutulan hallar mövcud olmadığından, həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. İddiaçı 08 aprel 2024-cü il tarixində məhkəməyə teleqramla müraciət edərək səhhəti ilə bağlı 16 aprel 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 16 aprel 2024cü il, 02 may 2024-cü il, 20 may 2024-cü il tarixlərinə təyin edilmiş məhkəmə hazırlıq iclaslarının, 03 iyun 2024-cü il və 05 iyul 2024-cü il tarixlərinə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərinin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçı və cavabdehin nümayəndələri iş üzrə təyin olunmuş həmin məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud, iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı “borcun silinməsi və qaz verilişinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun silinməsi və qaz verilişinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-613/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-613/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver