Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-293/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh4nə, X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, X2 və Cavabdeh2 qarşı – kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmasnın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Şirva n Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 30 yanvar tarixli, 2-2(106)-11/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə "xxxx" MMC arasında 16 noyabr 2021-ci il tarixli, ***saylı kredit limitinin ayrılmasına dair razılaşma bağlanmış və həmin razılaşma ilə "xxxx" MMC-yə 120 ay müddətinə illik faiz dərəcəsi 29 faiz olmaqla, 500.000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. 2. 16 noyabr 2021-ci il tarixli, ***saylı kredit limitinin ayrılmasına dair müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında eyni tarixli, xx saylı ipoteka müqaviləsi bağlanmış və sonuncuya məxsus, Bakı şəhəri, Səbail rayonu, ün van 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 3. 16 noyabr 2021-ci il tarixli, ***saylı kredit limitinin ayrılmasına dair müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC arasında 16 noyabr 2021-ci il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər.
4. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli, x saylı kredit müqaviləsinə görə Cavabdeh4 MMC-yə 24 ay müddətinə, illik faiz dərəcəsi 16 faiz olmaqla, 200.000 manat məbl əğində kredit verilmişdir.
5. İddiaçı ASC tərəfindən "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh1 ünvanlanmış 2023-cü il 17 aprel tarixli xəbərdarlıq məktub ünvanlanaraq "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə kredit borcunun olması, borc ödənilmədiyi halda borcun və hesablanmış faizlərin tutulması ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
6. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışında "xxxx" MMC-nin 18 oktyabr 2023-cü il tarixinə 16 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 107.930,47 manat əsas, 15.853,93 manat faiz və 7.844,42 manat cərimə borcu olmaqla, ümumilikdə 131.628,82 manat borcu olması göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı ASC ( bundan sonra- “iddiaçı”) cavabdehlər Cava bdeh4nə, Cavabdeh3nə, X2 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 2021-ci il 16 noyabr tarixli № ***saylı Baş kredit müqaviləsinə bağlanmış 2021-ci il 16 noyabr tarixli x saylı kredit verilməsinə dair razılaşma üzrə 107.930.47 manat əsas borc, 15.853.93 manat faiz, 7.844.42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 131.628.82 manat kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının və 410,18 manat dövlət rüsumunun (mediasiya xərcinin) ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahə si və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd edilən hallarına istinadla onunla əsaslandırılmışdır ki, xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qey də alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. İddiaçı cavabadehlərlə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. 9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 yanvar 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 6 otaqlı, 419.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 480.785 manat, likvid dəyəri 400.000 manat təşkil edir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/489 saylı ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstər ildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh4 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021ci il tarixli, x saylı kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,7 manat, faiz borcu üzrə 13.521,37 manat və xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,71 manat, faiz borcu üzrə 14.627,28 manat müəyyən edilmişdir.
11. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 16 may tarixli, e-2-2(121)-72/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 16 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 107.930,47 manat məbləğində əsas borc, 13.251,37 manat məbləğində faiz borcu, 400 manat məbləğində cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqınd a bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 30 manat xidmət haqqı, 400 manat mediasiya xərci və 10,18 manat dövlət rüsumu olmaqla, ümumilikdə 122.037,02 (bir yüz iyirmi iki min otuz yeddi manat, iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan *ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 məxsus *ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 400.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən iddiaçıya olan ümumilikdə 122.037,02 (bir yüz iyirmi iki min otuz yeddi manat, iki qəpik) manat məbləğində borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh2 qayt arılması, iddianın qalan hissədə rədd edilməsi, qət edilmişdir (hakim Elşən Abdullayev).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququndan istifadə etsə də kredit məbləğinin iddiaçıya qaytarılmalı olmasına dair öhdəliyini yerinə yetirməmişdir.
13. Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/489 saylı ekspert rəyinin mötəbər sübut kimi qiymətləndirmiş və göstərmişdir ki, həmin rəyə əsasən əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır.
14. Belə olduğu təqdirdə məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 16 noyabr 2021-ci il tarixli, x saylı kredit müqaviləsi üzrə 107.930,47 manat əsas, 18 oktyabr 2023-cü il tarixinə 13.251,37 manat faiz borcunun olması işin materialları ilə öz təsdiqini tapır. Ona görə də əsas borcun tutulması hissəsində iddia tam, faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir.
15. Məhkəmə, iddia tələbinin 7.844,42 manat cərimənin tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pul unu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almalıdır.
16. Məhkəmə işin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7.844,42 manat deyil, 400 manat məbləğində dəbbə pulu tutulmalıdır.
17. Məhkəmə, eyni zamanda cavabdehlər Cavabdeh3 MMC-nin, Cavabdeh2 və Cavabdeh1 mülki məsuliyyətinə qiymət verərək göstərmişdir ki, onlar, 16 noyabr 2021-ci il tarixli, x saylı kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-nin Bank qarşısında olan öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Belə ki, Cavabdeh3 MMC, Cavabdeh2 və Cav abdeh1 "xxxx" MMC-nin 16 noyabr 2021-ci il tarixli, x saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla alınmış pula görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar.
18. Məhkəmə, borcun ipoteka predmetinə yönəldilərək həmin əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh4 MMC-nin iddiaçıya olan kredit öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 460.1, 462.1, 462.3, 470.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.3, 39.3.3 və 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 107, 115.0.1, 119.1, 217.2, 217.4, 218.3 və 226.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 4 iyun tarixli qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 2020-ci il 20 iyul tarixli, 1 saylı qərardadındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
20. Cavabdeh " xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin 13.251.37 manat faiz borcu, 400 manat cərimə borcu, iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan *ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh2 məxsus *ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması hissələrində ləğv edilməsini və həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli 9/7620 saylı rəyindən müəyyən olunur ki,ekspertizaya təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, x saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh4 MMC-nin iddiaçı Yelo Bank ASC-yə sualda soruşulan tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur: 17 aprel 2023-cü il tarixinə əsas borc üzrə 110.563,71 manat; faiz borcu üzrə 4.357,14 manat.
22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 30 yanvar tarixli, 2-2(106)-11/2025 nömrəli qətnaməsi ilə Cavabdeh4 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 16 may tarixli, e-2-2(121)-72/2024 saylı qətnaməsi-cavabdehlərdən 13.251,37 manat faiz borcunun tutulmasına dair hissədə dəyişdirilərək həmin hissədə faiz məbləği 4.357,14 (dörd min üç yüz əlli yeddi manat on dörd qəpik) manat müəyyən edilmiş, qətnamə qalan mübahisə ləndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər X4 (sədrlik edən, məruzəçi), X6 və X3).
23. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məhkəmə-mühasibatlıq ekspertizasının məzmunundan müəyyən olunur ki, ekspertiza qarşısında cavabdehin maliyyə arayışının verildiyi 18 oktyabr 2023-cü il tarixindək və müqavilənin bitdiyi 16 noyabr 2023-cü il tarixədək yaranmış əsas, faiz və cərimə borcunun müəyyən edilməsi qoyulmuşdir. Halbuki, iddiaçı 17 aprel 2023-cü il tarixində cavabdehlərə xəbərdarlıq bildirişi ünvanlayaraq həmin tarixə yaranmış borclarının ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirməklə niyyəti aralarında olan müqavilənin ləğv edilməsini bəyan etmişdir.
24. Buna görə də Apellyasiya Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2-2(106)141/2024 saylı qərardadı ilə kommersiya işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında cavabdehlərin 17 aprel 2023-cü il tarixinə olan əsas, faiz və cərimə borclarının müəyyən edilməsi xahiş olunmuş, mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin 17 aprel 2023-cü il tarixə müəyyən edilmiş faiz borcu 4.357,14 manat olması qeyd edilmişdir.
25. Bundan başqa tərəflər arasında imzalanmış 16 noyabr 2021-ci il tarixli, x saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış sənədlərindən göründüyü kimi, cavabdeh tərəfindən sonuncu ödənişin 25 yanvar 2023-cü il tarixində aparıldığı və həmin tarixdən etibarən qətnamənin çıxarıldığı 16 may 2024-cü il tarixə qədər iddiaçı banka hər hansı bir ödə nişin edilmədiyi müəyyən olunmuşdur.
26. Göründüyü kimi, apellyasiya baxışında təyin edilmiş mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin 2023-cü il 17 aprel tarixinə müəyyən edilmiş faiz borcunun 4.357,14 manat olması müəyyən edilmişdir. Məhkəmə həmin ekspert rəyini işdə olan digər sübutlarla birgə mötəbər sübut kimi qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, cavabdehin apellyasiya şikayəti faiz borcunun müəyyən edilməsi hissəsində qismən əsaslıdır.
27. Məhkəmə, apellyasiya şikayətinin 400 manat cərimə məbləğinin tutulmaması hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbində tələb edilən cərimə məbləği 7844.42 manat olmuşdur ki, həmin məbləğə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləğinin 400 manat müəyyən edilməsi işin hallarına uyğun hesab edilməlidi r. Bu zaman nəzərə alınmışdır ki, iddiaçı qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir.
28. Məhkəmə, iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan *ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi hissəsində əsassız hesab etmişdir. Həmçinin onu nəzərə almışdır ki, cavabdeh həmin yaşayış evini ilkin satış qiyməti hissəsində mübahisələndirməmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına istinadla əsaslandırmışdır.
30. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin faiz məbləğinin 4357 manat müəyyən edilməsi, 400 manat cərimə borcunun tutulma sı, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi barədə iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 31.MM-in 14.2.1, 337, 339, 385, 386.1, 329, 331.1, 406.1, 406.3, 407.2, 739.1, 740.2 və 743-cü maddələri üzrə - məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 19 mart tarixli, 9/489 saylı ekspert rəyini əsas götürmüşdür. Halbuki qeyd edilən ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh4 MMC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu xx.xx.2023cü il tarixə əsas borc üzrə 110.563,7 manat, faiz b orcu üzrə 13.521,37 manat və xx.xx.2023-cü il tarixə əsas borc üzrə 110.563,71 manat, faiz borcu üzrə 14.627,28 manat müəyyən edilmişdir. Yuxarıda qeyd edilən ekspert rəyində əsas borcun iddiada tələb olunan məbləğdən artıq olması qeyd edilsə də, məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün, iş üzrə obyektiv araşdırma aparmamış, ekspert rəyində əsas borcun iddiada tələb olunan məbləğdən artıq olmasının qeyd edilməsini nəzərə alıb təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, məhkəmə qeyd edilən rəyi sübut növü kimi qəbul etmiş və verilmiş tələblər üzrə qətnamə çıxarmışdır. Qeyd edilən hallara qiymət verilmədən apellyasiya instansiyasının istinad etdiyi əsasla Cavabdeh2 zamin kimi pulun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddianın rədd edilməsi əsa slı sayıla bilməz. 32. 16 noyabr 2021-ci il tarixli № 6- SME-1- 1181-21 saylı Baş kredit müqaviləsinə bağlanmış 16 noyabr 2021-ci tarixli 6-SME1-1181- 21/1 saylı kredit verilməsinə dair razılaşma üzrə ödəniş planına edilmiş dəyişikliyin məzmunu və bu dəyişikliyin zamin və ipoteka qoyanın məsuliyyətini artırıb-artırmaması müəyyən edilməli olsa da apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 16 noyabr 2021-ci tarixli 6-SME1-1181- 21/1 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə tanış olmasına qiymət verməmişdir.
33. MPM-in 77.1, 88, 218.1, 220-ci maddələri üzrə - sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" MMC tərəfindən faiz məbləğinin 4357 manat müəyyən edilməsi, 400 manat cərimə borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması hissələrində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissədə yoxlanılacaqdır.
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onla ra istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (24 fevral 2023-cü il tarixli dəyişikliyə qədərki redaksiya) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər....” “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gec ikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.” “Maddə
442. Öhdəliyin icra edi lməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə v ə ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
472. Zaminin məsuliyyəti... 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qa ytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 38. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tut ma yönəltmək hüququ verən şərtinin baş verməsi;...”
39. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən m əsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 41. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumun un “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və iş üzrə verilmiş ekspert rəyinin mötəbərliyi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassatorun istinad etdiyi 2024-cü il 19 mart tarixli ekspert rəyini deyil, 2024-cü il 30 oktyabr tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmşdir. Həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı dəlil kassasiya şikayətində qeyd olunmamışdır.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin tutmanın ipoteka predmetinə yönəldilməsinin əsassız olması barədə dəlilinə m ünasibətdə qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə, cavabdeh borclu tərəfindən, kredit müqaviləsi üzrə öhdəlik tam icra olunmadığından, öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi barədə tələb yuxarıda göstərilən qanunvericiliyə uyğun olmaqla əsaslı olmuşdur. Kassator tərəfindən məhkəmənin ipoteka predmetinə tutma yönədilməsi ilə bağlı gəldiyi qənaət ümumi sözlərlə mübahisələndirilmiş, gəlinən nəticəni təkzib edən əsaslı dəlillər göstərilməmişdir.
44. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiy mət verilmir.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin e dilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 30 yanvar tarixli 2-2(106)-11/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.