Məhkəmə qərarları › İş №2-2(102)-294/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-294/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-294/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsinin mühüm şərtləri, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 yanvar tarixli 2-2(105)-15/2025 nömrəli qətnaməsindən cavabdeh “X2” MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "Bank" - “Paşa Bank" ASC ilə "Müştəri" - “X2” MMC (VÖEN **********) arasında 2021-ci il 12 yanvar tarixində sonuncunun “bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03509LE/2019 nömrəli razılaşma imzalanmış və həmin razılaşmanı imzalamaqla müştəri “X2” MMC ümumi şərtlər toplusunda qeyd olunmuş şərtləri qəbul etmişdir. Həmin razılaşmanın 1-ci bənd inə əsasən, borcalan “X2” MMC (VÖEN **********) bu razılaşmanı imzalamaqla, “Bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_addendum/lang,az/” link üzrə yerləşdirilən 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

2. Həmin razılaşma əsasında kredit verən “Paşa Bank" ASC borc alan “X2” MMC arasında imzalanmış 2021-ci il 24 yanvar tarixli DCS00302237-01 nömrəli "sahibkarlıq subyektləri tərəfin dən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması" kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) ilə kreditor Azərbaycan Respublikası Sahibkarlığın inkişafı Fondunun (bundan sonra - Fond) 2021-ci il “22” yanvar tarixli ZM-471/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə Borclu “X2” MMC-yə 200.000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 ay olmaqla) kredit verməyi öhdəsində götürmüşdür (1.1-ci bənd). Kredit müqaviləsinin: - 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas bor cu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir. - 1.3-cü bəndinə istinadən kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün borclunun AZ5011, ünvan 1 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir. - 1.5.1-ci bəndinə görə kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair “Cavabdeh2” (ş/v: seriya AA*******; Fin kod: xxxxxxx) ilə Kreditor arasında zaminlik müqaviləsi bağlanılır. - 1.5.2-ci bəndinə əsasən, kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca ic ra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair “Cavabdeh3” (ş/v: seriya AA*******; Fin kod: xxxxxxx) ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılır. - 3.2.11-ci bəndinə əsasən borclu Fond tərəfindən bu kreditə verilmiş zəmanət üzrə ödəniş edildikdən sonra, borclunun Kreditora istənilən digər kreditlər (və ya kredit xətləri) üzrə ödədiyi vəsaitlərin bu kreditin tam ödənilməsinə yönəldilməsinə (3.2.11.1-ci bənd); borclunun kreditorda Fond tərəfindən zəmanət üzrə ödəniş edilmiş iki və daha çox krediti olduqda, həmin kreditlər üzrə sonradan daxil olan ödənişlərin, ilk növbədə, zəmanətin kreditə nisbəti daha yüksək olan öhdəliklərə yönəldilməsinə (3.2.11.2-ci bənd), bu kredit gecikmədə olduqda, kreditor tərəfindən borclunu n kreditorda olan digər kreditləri (və ya kredit xətləri) üzrə daxil olan vəsaitlərin zəmanət verilmiş bu kredit gecikmədən çıxanadək bu kreditin ödənilməsinə yönəldilməsinə (3.2.11.3-cü bənd) razılıq verir. - 4.2-ci bəndinə əsasən borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. - 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər kreditin borcluya verildiyi gündən tam ödənilənədək hesablanır. - 8.1-ci bəndinə istinadən bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. - 8.2-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə m inir və tərəflər öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır.

3. Kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 2021-ci il 24 yanvar tarixli ödəniş cədvəlindən görünür ki, borcalan “X2” MMC-nin banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və hər ay üzrə müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan “X2” MMC-nin nümayəndəsi imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən kreditin tam qaytarılması üçün nəzərdə tutulan ödənişin son tarixi 2023-cü il 24 yanvar müəyyən olunmuşdur.

4. Borcverən İddiaçı ASC və müvafiq olaraq zaminlər Cavabdeh3 və Cavabdeh2 ilə ayrı-ayrılıqda bağlanmış 2021-ci il 24 yanvar tarixli DGS**********76 nömrəli və 2021-ci il 24 yanvar tarixli DGS**********76 nömr əli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə zaminlər Cavabdeh3 və Cavabdeh2 olaraq kredit alan "X2” MMC-nin kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün borclu tərəfindən bu öhdəlik icra olunmadıqda və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür (həmin müqavilələrin 1.1-ci bəndi). Həmin zaminlik müqavilələrinin 3.1-ci bəndlərinə əsasən, zaminlik kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək qüvvədə qalır. 5. “Paşa Bank" ASC tərəfindən məhkəməyə təqdim olunmuş 2023-cü il 10 mart tarixli PB/PBLOUT-00162-2023 nömrəli maliyyə arayışında 2023-cü il 9 mart tarixinə kredit müqaviləsi üzrə borcalan “X2” MMC-nin borcverən İddiaçı ASC-yə 200.000 manat əsas borc, 33.346,47 manat faiz borcu və 11.865,08 manat cərimə borcu olmaqla, cəmi 245.211,55 manat borcunun (gecikmə günün sayı – 562) olduğu göstərilmişdir. 6. “Paşa Bank" ASC tərəfindən məhkəməyə təqdim olunmuş 2024-cü il 30 yanvar tarixli PB/BPŞ- OUT-00138-2024 nömrəli maliyyə arayışında göstərilmişdir ki, 2021-ci il 25 yanvar tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsinə əsasən 2023-cü il 24 yanvar tarixinə ödənilməmiş əsas borc 200.000 manat, faiz borcu 33.346,47 manat, cərimə borcu 8.764,43 manat təşkil etmişdir. 2021-ci il 25 yanvar tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsinə əsasən 2023-cü il 9 mart tarixinə ödənilməmiş əsas borc 200.000 manat, faiz borcu 33.346,47 manat, cərimə borcu 11.865,08 manat təşkil etmişdir.

7. İddiaçı ASC ilə Fond arasında bağlanmış 2022-ci il 4 mart tarixli 3 n ömrəli tələbin güzəşti müqaviləsinin və 2020-ci il 17 iyul tarixli əməkdaşlıq müqaviləsinin şərtləri və müvafiq normativ xarakterli aktların tələbləri nəzərə alınmaqla kredit müqaviləsi ilə borcalan “X2” MMC-yə verilmiş kredit üzrə Fond tərəfindən borcverən İddiaçı ASC-nin hesabına ödənilən pul vəsaitinin məbləği 117.316,59 manat təşkil etmişdir. 8. 2021-ci il 24 yanvar tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsi əsasında borcalan “X2” MMC-yə verilmiş kreditin Fond tərəfindən ödənilmiş hissəsi nəzərə alındığı halda, 2021-ci il 24 yanvar tarixli DCS00302237-01 nömrəli kredit müqaviləsi üzrə borcverən İddiaçı ASC-yə 2023-cü il 24 yanvar tarixinə ödənilməmiş əsas borc 82.683,41 manat, faiz borcu 33.346,47 manat, cərimə borcu 8.764,43 manat və 2023-cü il 9 mart tarixinə ödənilməmiş əsas b orc 82.683,41 manat, faiz borcu 33.346,47 manat, cərimə borcu 11.865,08 manat təşkil etmişdir.

9. Fond tərəfindən ünvan 2 ünvanlanmış 2023-cü il 19 aprel tarixli 3-21-8/21495/2023 nömrəli məktubdan görünür ki, "X2" MMC-yə Fondun vəsaiti hesabına "xxxx" ASC vasitəsilə 200.000 manat miqdarında kredit ayrılmış, həmin kredit Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası"na uyğun olaraq 2021-ci il 22 yanvar tarixli ZM-471/2021 nömrəli zəmanət məktubu əsasında dövlət zəmanəti ilə təmin edilmişdir. Qeyd olunur ki, "X 2" MMC tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən "xxxx" ASC tərəfindən Fonda zəmanət üzrə ödənişin verilməsi ilə bağlı müraciət olunmuş və yuxarıda adıçəkilən Qaydanın tələblərinə uyğun olaraq 2022-ci il 8 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 117.316,59 manat məbləğində zəmanət üzrə ödənişin "Paşa Bank” ASC-nin hesabına köçürülməsi təmin edilmişdir.

10. Fond tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2022-ci il 31 mart tarixli SİFX/ O12/02/691/2022 nömrəli məktubdan görünür ki, tələbin güzəşti müqaviləsinin 2.1.3-cü yarımbəndinə əsasən, tələbin güzəşti barədə borclunun məlumatlandırılması və bu məlumatın ötürülməsini təsdiq edən sənədin Fonda təqdim olunması zəruridir. Qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabin etinin 2021-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq olunmuş “koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nın 12.7-ci bəndinə əsasən, zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi "Paşa Bank” ASC-yə həvalə edilir. 11. 2022-ci il 4 mart tarixli 3 nömrəli tələbin güzəşti müqaviləsindən görünür ki, İddiaçı ASC – “müvəkkil kredit təşkilatı”, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu – “Fond” olmaqla, bağlanaraq imz alanıb-təsdiqlənmiş həmin müqaviləyə əsasən, müvəkkil kredit təşkilatı kredit müqaviləsinə əsasən, borclu “X2” MMC verilmiş kredit üzrə və 2021-ci il “24” Yanvar tarixli DGS**********76 nömrəli və 2021-ci il “24” Yanvar tarixli DGS**********76 nömrəli zaminlik müqavilələri üzrə təminata dair bütün tələb hüquqlarını Fonda güzəşt edir (həmin müqavilənin 1.1-ci bəndi). 12. 2020-ci il 17 iyul tarixli Fond ilə müvəkkil kredit təşkilatı arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasına dair " əməkdaşlıq müqaviləsindən görünür ki, İddiaçı ASC – “müvəkkil kredit təşkilatı”, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu – “Fond” olmaqla, bağlanaraq imzalanıb-təsdiqlənmiş həmin müqaviləyə əsasən, tərəflər arasında s ahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılmasını. Müvəkkil kredit təşkilatı tərəfindən birdəfəlik zəmanət haqqı və komissiyanın ödənilməsini, zəmanət verilmiş kredit üzrə monitorinqin aparılmasını, sahibkarlıq subyekti müvəkkil kredit təşkilatı qarşısında kredit üzrə borc öhdəliyini icra etmədikdə, onun öhdəliyinin zəmanət məbləği həddində Fond tərəfindən müvəkkil kredit təşkilatına köçürülməsini, zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitlərin bölüşdürülməsi, müvəkkil kredit təşkilatının Fond qarşısında hesabatlılığına dair münasibətləri tənzimləyir (1-ci bənd). Həmin müqavilənin: - 2.2-ci bəndinə əsasən müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün kredit üzrə tələb hüquqlarını F onda güzəşt etdikdən sonra, qaydanın və bu müqavilənin tələbləri nəzərə alınmaqla zəmanət üzrə ödənişi 30 iş günü müddətində müvəkkil kredit təşkilatının hesabına köçürülməsi üçün Maliyyə Nazirliyinə müraciət etmək (2.2.4-cü yarım bəndi), tələb hüquqlarını Fondun adından həyata keçirmək səlahiyyətini müvəkkil kredit təşkilatına həvalə etmək (2.2.5-ci yarım bəndi) – Fondun vəzifələri vardır. - 3.1-ci bəndinə əsasən fonda güzəşt edilmiş kreditlər üzrə tələb hüququnu həyata keçirmək (3.1.3-cü yarım bənd), Fondun tələbləri tam icra olunduqdan sonra, Fond tərəfindən sahibkarlıq subyektinə münasibətdə tələb hüququnun geriyə güzəşt edilməsini Fonddan tələb etmək (3.1.4-cü yarım bənd)– müvəkkil təşkilatın hüquqlarıdır. - 3.2-ci bəndinə əsasən zəmanət üzrə öhdəliyin icra edilməsi üçün sahibkarlıq s ubyektinə qarşı tələb hüququnu tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt etmək (3.1.15-ci yarım bənd), zəmanətə görə ödəniş olunmuş və tələb hüquqları Fonda güzəşt edilmiş kreditlər üzrə müvəkkil kredit təşkilatına daxil olan vəsaitləri zəmanətin kreditə olan faiz nisbətinə müvafiq olaraq Fonda köçürmək (3.2.17-ci yarım bənd) – müvəkkil təşkilatın vəzifələridir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə qaydalar”ın 4.1-ci bəndinə əsasən, dövlət z əmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir: kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı (4.1.2-ci yarım bənd), kreditin müddəti 3 ildən çox olmamalı (4.1.3-cü yarım bənd), kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalı bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı (4.1.5-ci yarım bənd). Həmin qaydaların 12.3-cü bəndinə əsasən, Fond bu qaydanın 12.2-ci bəndində göstərilən tələblər tam icra edildikdə, 3 iş günü müddətində müvəkkil kredit təşkilatına bu barədə məlumat verir və sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüququnu müvəkkil kredit təşkilatına geri qaytarır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2023-cü il 15 fevral tarixində “ X2” MMC, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “MMC”, “Cavabdeh3”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada kredit müqaviləsi üzrə 200.000 manat əsas borc, 31.486,08 manat faiz borcu və 7.292,83 manat cərimə borcu olmaqla, cəmi 238.778,91 manat borcun, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 129 manat dövlət rüsumunun və mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən iddiaçı ilə borc alan MMC arasında kredit müqaviləs i imzalanmış və kreditor Fondun 2021-ci il 22 yanvar tarixli ZM-471/2021 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə borcluya illik 15% dərəcəsi ilə 24 ay müddətinə 200.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən, borclu davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və ona hesablanmış faizi ödəniş cədvəli üzrə ödəmədikdə kreditor müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini tələb edə bilər. Bundan başqa, iddiaçı ilə borc alan MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın bank qa rşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh3 arasında 2021-ci il 24 yanvar tarixli DGS**********76 nömrəli, Cavabdeh2 arasında isə 2021-ci il 24 yanvar tarixli DGS**********76 nömrəli zaminlik müqavilələri imzalanmışdır. Lakin borc alan MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 463 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 3.1.5-ci bəndinə əsasən, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallar yarandıqda, borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizini ödəniş cədvəli üzrə ödəmədikdə, borcalan tərəfindən ödənişlər 12 ay ərzində ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə bank müqaviləyə vaxtından əvvəl xitam verə, kredit üzrə əsas borcun qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 4.2-ci bəndinə uyğun olaraq hesablanan dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər.

16. Daha sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlərdən birgə qaydada kredit müqaviləsi üzrə 200.000 manat əsas borc, 33.346,47 manat faiz borcu və 11.865,08 manat cərimə borcu olmaqla, cəmi 245.211,55 manat borcun, iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 136 manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Məhkəmə-mühasib atlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 2 oktyabr tarixli 9/4787 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, MMC ilə iddiaçı arasında imzalanmış kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu əsas borc üzrə 200.000 manat, faiz borcu üzrə 33.346,47 manat müəyyən olunmuşdur. İş materialları ilə təqdim olunmuş hesabdan çıxarış məlumatları əsasında kredit müqaviləsi ilə borcalan MMC-yə verilmiş kredit üzrə Fond tərəfindən iddiaçının hesabına ödənilən pul vəsaitinin məbləğini müəyyən etmək mümkün olmamışdır.

18. Təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 26 f evral tarixli 9/8802 nömrəli ekspert rəyində göstərilmişdir görünür ki, MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsas götürülməklə MMC-nin 2023-cü il 24 yanvar və 2023-cü il 9 mart tarixlərədək (suallarda göstərilən tarixlərə) banka olan borcu 2023-cü il 24 yanvar tarixinə əsas borc üzrə 82.683,41 manat, faiz borcu üzrə 28.206,92 manat; 2023-cü il 9 mart tarixinə: əsas borc üzrə 82.683,41 manat, faiz borcu üzrə 29.757,23 manat müəyyən edilmişdir. Təqdim edilmiş əlavə sənədlərə (hesabdan çıxarışa) əsasən Fondla iddiaçı arasında bağlanmış 2022-ci il 4 mart tarixli 3 nömrəli tələbin güzəşti müqaviləsinin və 2020-ci il 17 iyul tarixli əməkdaşlıq müqaviləsinin şərtləri və müvafiq normativ xarakterli aktların tələbləri nəz ərə alınmaqla, kredit müqaviləsi ilə borcalan MMC-yə verilmiş kredit üzrə Fond tərəfindən iddiaçının hesabına ödənilən pul məbləği 117.316,59 manat müəyyən edilir. Qeyd olunur ki, Fond tərəfindən iddiaçının hesabına ödənilən 117.316,59 manat pul vəsaiti tədqiqat zamanı nəzərə alınmışdır.

19. Əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 28 avqust tarixli 9/3172 nömrəli ekspert rəyində göstərilmişdir ki, MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsas götürülməklə MMC-nin 2023-cü il 24 yanvar və 2023-cü il 9 mart tarixlərədək (suallarda göstərilən tarixlərə) banka olan borcu 2023-cü il 24 yanvar tarixinə əsas borc üzrə 82.683,41 manat, f aiz borcu üzrə 28.206,92 manat; 2023-cü il 9 mart tarixinə əsas borc üzrə 82.683,41 manat, faiz borcu üzrə 28.206,92 manat; illik 5% dərəcəsi ilə hesablanmaqla əldən çıxmış fayda borcu üzrə 516,77 manat müəyyən olunmuşdur.

20. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 23 oktyabr tarixli e-2-2(119)12/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 200.000 manat əsas borc, 28.206,92 manat faiz borcu, 11.865,08 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi və 136 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 240.408 manat pulun iddiaçının xeyrinə tutulması, cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun qalığı kimi 394,07 manat pul vəsaitinin dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 manat pulun cavabdehlərdən müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – İ.Əliyev).

21. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əsas borca münasibətdə qeyd etmişdir ki, borcalan MMC, zaminlər Cavabdeh3 və Cavabdeh2 müvafiq olaraq 2021-ci il 12 yanvar tarixində sonuncunun “bank xidmətlərinin göstərilməsinə dair” ümumi şərtlər toplusunun 2020-ci il 27 yanvar tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-03509LE/2019 nömrəli razılaşmanı, kredit müqaviləsini, 2021-ci il 24 yanvar tarixli DGS**********76 nömrəli və 2021-ci il 24 yanvar tarixli DGS**********76 nömrəli zaminlik mü qavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, iddiaçıya ödənilməli olan əsas borcu müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, iddiaçıdan alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Eyni zamanda, müəyyən olunmuşdur ki, kredit müqaviləsi ilə borcalan MMC-yə verilmiş kredit üzrə Fond tərəfindən iddiaçının hesabına ödənilən pul vəsaitinin məbləği 117.316,59 manat olmuşdur.

22. Fond tərəfindən iddiaçıya ünvanlanmış 2022-ci il 31 mart tarixli "zəmanət ödənişi üzrə öhdəliyin icrası haqqında" məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş "koronavi rus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydalar”nın 12.7-ci bəndinə əsasən, zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarının həyata keçirilməsi iddiaçıya həvalə edilmişdir. Belə olan halda, iş materiallarında olan əməkdaşlıq müqaviləsi, zəmanət məktubu və digər maliyyə sənədləri və həmçinin tərəflərin izahatları müəyyən olunmuşdur ki, kredit müqaviləsi ilə borcalan MMC-yə verilmiş kredit üzrə Fond tərəfindən iddiaçının hesabına ödənilmiş 117.316,59 manat pul vəsaitini də əsas, faiz və cərimə borcu ilə birlikdə tələb etməyə iddiaçı haqlı olmuşdur. Borcalan MMC kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini 2023-cü il 9 mart tarixinədək təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış borc borcalan MMCdən tutulmalıdır.

23. Kredit müqaviləsi üzrə faiz borcunun tutulmasına münasibətdə isə iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 2024-cü il 28 avqust tarixli 9/3172 nömrəli ekspert rəyini mötəbər sübut kimi nəzərə alan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin müqavilə üzrə ekspertiza rəyi ilə 2023-cü il 9 mart tarixinə müəyyən edilmiş "200.000 manat miqdarında əsas borc və 28.206,92 manat miqdarında faiz borcu” cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

24. Cərimə borcunun tutulmasına münasibətdə isə birinci instansiya məh kəməsi qeyd etmişdir ki, kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən müəyyən olunanlara görə, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə istinadən, illik faiz dərəcəsi 15% (on beş) təşkil edir. Həmçinin, kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. Buna görə iddia tələbinin bu hissəsi də təmin edilməli, 11.865,08 manat cərimə cavabdehlərdən müştərək qaydada tut ularaq iddiaçının xeyrinə ödənilməlidir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1 və 465.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun faiz borcuna münasibətdə ləğv edilməsi və iddia tələbi üzrə tələbin həmin hissədə tam təmin olunmasını xahiş etmişdir.

27. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 yanvar tarixli 2-2(105)-15/2025 nömr əli qətnaməsi ilə iddiaçı və cavabdeh MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – M.Hüseynov və Z.Məmmədov).

29. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və iddiaçının şikayətinin “müqavilə üzrə faiz borcunun düzgün hesablanmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və verilmiş 2024-cü il 28 avqust tarixli 9/3172 nömrəli ekspert rəyi ilə faiz borcunun 28.206,92 manat miqdarında olması müəyyən edilmişdir. Mülki prosessual qanunvericiliyə əsasən, ekspertiza aparmış ekspertlərin təqdim olu nmuş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Buna görə də həmin ekspert rəyini sübut qismində nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, faiz borcunun 28.206,92 manat miqdarında hesablamaqla birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

30. Cavabdeh MMC şikayətinin “tərəflərindən ödənilmiş 22.246,68 manat ödənişin proporsional qaydada əsas borcdan da azalmalı olması” ilə bağlı dəlilinə gəldikdə kollegiya qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərl i olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən də ödənişlər olduqda əvvəlcə faiz borcundan silinməli, sonra isə əsas borcdan silinməli olduğundan apellyasiya şikayətinin həmin dəlili əsassız olmuşdur. Bundan əlavə apellyasiya şikayətində cərimə borcunun düzgün müəyyən edilməməsi mübahisələndirilsə də, işin araşdırılmış hallarına əsasən əsas borc məbləğinə münasibətdə tutulmalı olan cərimə məbləği mütənasib olduğundan, apellyasiya şikayətinin həmin dəlili də əsassız olmuşdur.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 432.4, 442, 462.1, 462.3, 464.1, 465.1, 467, 470.1, 472.1, 739.1 və 743.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 101-1.3 və 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

32. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh MMC kassasiya şikayətində MM-in 439.3 və 439.4-cü maddələri üzrə bildirir ki, apellyasiya şikayəti üzrə faiz və cərimənin məbləği mübahisələndirilmiş, lakin məhkəmə qətnaməsində MM-in qeyd edilən maddələrinə istinadən heç bir mövqe göstərilməmişdir. İş materiallarından göründüyü kimi, Fond tərəfindən iddiaçının hesabına 117.316,59 manat pul ödənilmişdir. Qalan məbləğ isə cavabdeh hüquqi şəxs tərəfindən ödənilmişdir. İddia ərizəsinə etiraz olaraq da MMC tərəfindən ödənilmiş 22.246,68 manat ödənişin nəzərə alınmadığı məhkəmənin nəzərinə çatdırılmışdır. Lakin apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi əsas borcu iddia ərizəsində olduğu kimi saxlanılması barədə qərara gəlmiş, ödənilmiş məbləğin hamısının faiz məbləğinə çıxılmasına aid hissədə qətnaməni qüvvədə saxlamışdır.

34. MM-in 465.2 və 467-ci maddələri üzrə - Apellyasiya məhkəməsi ödənilən məbləğlərin əsas borcdan çıxılmasını nəzərə almış olsa idi, faiz və cərimə məbləği müvafiq qaydada azalmış olmalı idi. Lakin apellyasiya məhkəməsi işin hallarını nəzərə almamış və tənasübsüz surətdə yüksək dəbbə puluna aid hissədə qətnaməni qüvvədə saxlamışdır. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafel əri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qətnaməsində göstərilən əsas və faiz borcuna nisbətdə cərimə məbləği əsassız olaraq hesablanmışdır. Belə ki, məhkəmə 11.865,08 manat məbləğində cərimə borcu saxlamaqla cavabdehin maraqlarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinin mövqeyi qeyd edilən hissədə nəzərə alınmadığı üçün qətnamə əsassızdır.

35. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya instansiyasında qeyd olunan sübutlar nəzərə alınmamış və bütün ödənilmiş məbləğin faiz məbləğinə çıxılması barədə birinci instansiyası məhkəməsi ilə razılaşmışdır. Bu səbəbdən də məhkəmə qətnaməsi prosessual pozuntu ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsi v ə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

37. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, şikayətdə qeyd olunanlar mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Belə ki, kassasiya şikayətinin dəlillərində “MMC tərəfindən ödənilmiş 22.246,68 manat ödənişin nəzərə alınmadığı, ödənilən vəsaitin əsas borc məbləğindən çıxılmadığı, ödənilmiş məbləğin hamısının faiz məbləğinə çıxılması” qeyd olunur. Əlavə olaraq “cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması, əsas və faiz borcuna nisbətdə cərimə məbləğinin əsassız olaraq hesablandığı” bildirilir.

38. İlk növbədə qeyd edilməlidir ki, əsas və faiz borcunun nə qədər təşkil etməsinin hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş üzrə məhk əmə mühasibatlıq və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, 2023-cü il 2 oktyabr tarixli və 2024-cü il 26 fevral tarixli ekspert rəyləri alınmışdır. Daha sonra əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və 2024-cü il 28 avqust tarixli ekspert rəyi alınmışdır. Təqdim edilmiş əlavə sənədlərə (hesabdan çıxarışa) əsasən Fond ilə iddiaçı arasında bağlanmış 2022-ci il 4 mart tarixli 3 nömrəli tələbin güzəşti müqaviləsi və 2020-ci il 17 iyul tarixli əməkdaşlıq müqaviləsinin şərtləri və müvafiq normativ xarakterli aktların tələbləri nəzərə alınmaqla, kredit müqaviləsi ilə borcalan MMC-yə verilmiş kredit üzrə Fond tərəfindən borcverən iddiaçının hesabına ödənilən pulun məbləği 117.316,59 manat müəyyən edilir. Qeyd olunur ki, Fond tərəfindən iddiaçının hesabına ödənilən 117.316,59 manat məbləğində pul vəsaiti tədqiqat zamanı nəzərə alınmışdır. Göründüyü kimi, borc məbləğinin müəyyən edilməsi üçün hərtərəfli araşdırılma aparılmış, əsas və faiz borcları müqavilə şərtlərinə, ödəniş qrafikinə və bank hesabından çıxarışa uyğun olaraq düzgün qaydada hesablanmışdır. Cavabdeh isə borcun məbləğinin düzgün müəyyən edilməməsini hər hansı sübutla və ya konkret faktlarla əsaslandıra bilməmişdir. Kassasiya şikayətində qeyd olunan bu dəlillər mülahizə xarakterli olmaqla iş üzrə keçirilən və məhkəməyə təqdim olunan ekspert rəyləri və iş materialları ilə təkzib edilir.

39. MM-in 432.4-cü maddəsinin tələblərinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərc lərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Tərəflər arasında bağlanmış müqavilələrdə qeyd olunur ki, müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Bu baxımdan ödənilən vəsaitin əsas borc məbləğindən çıxılmadığı barədə kassasiya şikayətinin dəlilləri də əsassızdır.

40. Cərimə borcuna münasibətdə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cərimə məbləği məhkəmə tərəfindən kifayət qədər azaldılmışdır. Cərimə borcunun məbləği əsas borca münasibətdə adekvat olmuş və tənasübsüz surətdə yüksək olmamışdır. Cavabdeh kredit müqaviləsini imzalamaqla onun tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə tətbiq ediləcək cərimədən xəbərdar olmuş, buna razılıq vermiş və məhkəmədə bu cərimə faizlərini xeyli azaltmışdır. Bu baxımdan cərimə borcuna münasibətdə kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətlərindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışının hə dləri

41. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissədə dəyişdirilmədən saxlanılmış hissəsi üzrə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun öd ənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

464. Qanun üzrə dəbbə pulunun ödənilməsi 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olun ur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəf indən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

47. Kassasiya şikayətində qeyd olunmuş məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Bununla belə məhkəmə kollegiyası cavabdehin dəbbə pulunun tutulması ilə bağlı dəlilinə münasibətdə bildirir ki, apellyasiya instansiyası Mülki Məcəllənin 467 -ci maddəsinin tələblərini hazırkı mübahisəyə doğru tətbiq etmiş, hər iki tərəfin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğun cərimə məbləği müəyyənləşdirmişdir. Ona görə də bu dəlil əsassızdır.

48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

49. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

50. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun ol araq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

51. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

52. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələb lərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

53. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 10 yanvar tarixli 2-2(105)-15/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar