Məhkəmə qərarları › İş №2-2(102)-295/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-295/2019

17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-295/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı “xxxx” X6 Cəmiyyətinin Cavabdehqarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-295/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” ATSC-nin direktoru İddiaçı2, vəkili Vəkil, Cavabdeh iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçı “xxxx” X6 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iqtisadi iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)7/2019 saylı qətnaməsindən iddiaç ı “xxxx” ATSC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” X6 Cəmiyyəti Cavabdehqarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cəmiyyətin hüquqi sənədlər əsasında Şəki rayonunda sərnişindaşıma xidməti ilə məşğul olan, texniki baza və geniş əraziyə malik olan avtonəqliyyat müəssisəsi olduğunu və uzun illər ərzində bu fəaliyyət növü ilə məşğul olduğunu, bu məqsədlə müəssisəyə məxsus avtomaşınlardan və qanunla müəyyən olunmuş qaydada icarə müqaviləsi bağlanmaqla icarəyə götürülmüş avtobuslardan istifadə olunduğunu, o, cümlədən səhmdar cəmiyyətin uzun illər xidmət göstərdiyi ŞəkiZaqatala marşrutunda işləmək üçün Cavabdeh il ə xxx 2010-cu il tarixdə icarə müqaviləsi bağlanaraq Mercedes-**** markalı **-BH-*** nömrəli avtobus icarəyə götürülərək, xəttə buraxıldığını, müqavilə şərtlərinə görə Cavabdeh marşrutda əldə olunan gündəlik gəlirdən müəssisənin hesabına 10 manatdan az olmamaqla vəsait ödəməyi öhdəsinə götürsə də, 2011-ci ilin xxxx etibarən Cavabdeh həmin marşrut qrafikində işləyə-işləyə heç bir vəsait ödəmədiyini, dörd il altı ay ərzində ayda 250 manat olmaqla ümumilikdə 13.500 manat səhmdar cəmiyyətə məxsus vəsaiti mənimsədiyini, cavabdehə xxx 2016-cı il tarixli, 20 nömrəli məktubla səhmdar cəmiyyətə vurduğu zərərin ödənilmədiyi və zəbt olunmuş marşrut qrafikinin müəssisəyə qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edildiyini bildirərək, cavabdehdən 13.500 manat məbləğində b orcun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(84)-83/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 12.500 manat məbləğində borc tutularaq “xxxx” X6 Cəmiyyətinə ödənilmiş, qalan hissədə iddia rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim – R.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(107)-30/2018 saylı qətnaməsi ilə (sədrlik edən E.Ş.Hüseynov, hakimlər R.R.Rəfiyev və G.Q.Abbasov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh tutularaq “xxxx” X6 Cəmiyyətinə ödənilməli borcun məbləği azaldılaraq 9.500 m anat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018ci il tarixli, 2-2(102)-413/2018 saylı qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)-7/2019 saylı qətnaməsi ilə (sədrlik edən İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və R.Ə.Əliyev) Cavabdehapellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ATSC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilib, yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, tərəflər arasında 2010-ci ildə 5 il üçün müqavilə bağlanılmış, Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, razılaşmış və müqaviləyə də imza atmış, o, 2011-ci ilin avqust ayından müqavilənin şərtləri yerinə yetirməkdən imtina etmiş, şifahi dəfələrlə cəmiyyətin işçis i ona müraciət etməsinə baxmayaraq, buna əhəmiyyət verməmiş, həmin vaxtdan 2016-cı ilin xxx qədər qüvvədə olan müqavilənin şərtlərini yerinə yetirmədiyi üçün iddiaçı tərəfindən iddia qaldırılmış, gəlir tapşırıq planı nəzərdə tutulmuş, həmin marşrutda onların və Cavabdeh da maşını işləyir. Tərəflərin izahatları İddiaçı “xxxx” ATSC-nin direktoru İddiaçı2 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİR İCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı “xxxx” ATSC-nin direktoru İddiaçı2, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)-7/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən verilmiş lisenziyalara əsasən Avtomobil nəqliyyatı ilə şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarını həyata keçirən hüquqi şəxsdir, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsini sərnişin daşımasını həyata keçirtmək üçün iddiaçıya icarəyə vermiş, iddiaçı isə cavabdehə məxsus nəqliyyat va sitəsini şərnişin nəqliyyatını həyata keçirdiyi marşruta baraxmağı öhdəsinə götürmüş, tərəflər eyni zamanda cavabdehin işlədiyi marşrutdan əldə etdiyi gəlirə görə müvafiq dövlət vergi rüsumlarını özünün ödəməsi və ona verilmiş marşrut üzrə müəyyən olunmuş gündəlik hasilat-gəlir planını iddiaçının hesabına gündəlik ödəməsi barədə razılığa gəlmişlər, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir, iddiaçı ərizəsində 2011-ci ilin xxx etibarən Cavabdeh həmin marşrut qrafikində işləyə-işləyə heç bir vəsaiti ödəmədiyini, Ca vabdeh “xxxx” X6 Cəmiyyəti tərəfindən xxx 2016-cı il tarixli 20 nömrəli məktubla səhmdar cəmiyyətə vurduğu zərərin ödənilmədiyi və zəbt olunmuş marşrut qrafikinin müəssisəyə qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edildiyini qeyd etsə də, 2011-ci ilin xxx cavabdehin həmin marşrut qrafikində işləməsinə dair də hər hansı sübut təqdim edilmədiyi halda, ötən 5 il ərzində iddiaçının cavabdehdən öhdəliyini tələb etməməsi onu təsdiq edir ki, ya cavabdeh normal qrafiklə işləyərək öhdəliyi yerinə yetirmiş, ya da işləmədiyi halda isə hansı səbəbdən 5 il ərzində cavabdehdən müqavilə öhdəliyi ilə yaranmış müqavilə tələblərinə əməl edilməsinə dair cavabdehə hər hansı pretenziya irəli sürülməmiş, ancaq bunun əksinə olaraq məhkəmə araşdırılması zamanı, həqiqətən də cavab dehin 2011-ci ilin noyabr ayındanxxx qrafikində işləməyərək, onun qanuni əsaslarla X3 Xidmətinin 6 saylı MMC-də işləməsi öz təsdiqini tapmış, iddiaçının məhkəməyə ünvanladığı xxx 2019-cu il tarixli, 15 nömrəli ərizəsində göstərilən cavabdehin 2011-ci ilin xxx bu günə qədər hər üç aydan bir dövlət orqanları ilə bağlanılan müqavilələrin olmamasını, həmin marşrutun qanunsuz yollarla başqa şəxsə satılmasına və 2011-ci ildə ona saxta sənədlər əsasında lisenziyanın verilməsini bildirsə də, həmin sənədlərin saxta olmasına dair hər hansı sübut təqdim edilməmiş, sənədin saxtalığı sübuta yetirilmədiyindən, məhkəmə həmin sənədin həqiqiliyini tanımış, lisenziyanın qanuni olub-olmaması məhkəmə baxışının predmeti olmasa da belə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü b əndinə əsasən sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyünə görə həmin şəxslərin özləri məsuliyyət daşıyır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanılmış müqavilədə öhdəliyin pozulması halı üçün öhdəliyin pozulmasından daha uzun müddət keçdikdən sonra tələb edilməsi ilə bağlı aydın şəkildə tərəflərin iradə ifadəsi öz əksini tapmamış və tərəfin həmin qrafik üzrə işləməyərək başqa dövlət müəssisəsində işləyəcəyi təqdirdə də hər hansı ziyanın ödənilməli olub-olmaması kimi müddəalar müqavilədə ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmiş, cavabdehin müqavilə şərtlərini 5 il ərzində pozduğunu bildiyi halda həmin m üqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı tədbirlər görülməmiş, sifarişçi olan iddiaçının cavabdeh tərəfindən daşınma müqaviləsinin şərtlərini pozan daşıyıcılar barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görmək imkanı olduğu halda cavabdehin həmin marşrut qrafikində işləməsi sübut edilsə də, iddiaçı həmin hüquqlarından istifadə etməmiş, cavabdehin həmin marşrut qrafikində işləməsi sübut edilsə də, müqavilə şərtlərinin pozulmasına görə işlədiyi müddət ərzində hər hansı qanuni tədbirlər görülməmiş, cavabdeh müqavilə şərtlərini pozmuşdursa onun həmin marşrut qrafikində faktiki olaraq işləyib-işləməməsindən asılı olmayaraq müqaviləyə xitam vermək və müntəzəm marşrut üzrə sərnişin daşınmasının yerinə yetirilməsini dayandırmaq kimi imkanlarından da i stifadə etməmiş, iddiaçı hüquqlarının pozulmasını bildiyi vaxtdan həmin qərarla müəyyən edilmiş vaxtda, yəni 30 gün ərzində daşıyıcıya qarşı hər hansı pretenziya irəli sürməmiş, cavabdehin avtomobili təhvil verməyərək başqa yerdə marşrut qrafiki ilə işləməsi sərnişin və yük daşımaları sahəsində sahibkarlığın stimullaşdırılmasına dövlət tərəfindən yaradılmış imkanlardan irəli gəlmiş və dövlətin daşıyıcılara verdiyi azad rəqabətdən cavabdeh də bəhrələnərək, həmin hüququndan istifadə etmiş, cavabdehin şifahi məlumat verərək, artıq başqa yerdə işləməsini iddiaçıya bildirməsi kimi danışıqlar tərəflərin sonrakı hərəkətləri kimi nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı avtobusdan mövcud qaydalara uyğun sərnişin daşımada istifadə etməli və marşruta uyğun yol vər əqəsi və gündəlik gəlir-tapşırıq planı verməlidir, cavabdeh ona verilmiş marşrut üzrə müəyyən olunmuş gündəlik hasilat gəlir planını iddiaçının hesabına gündəlik ödəməlidir, iddiaçı həmin müddət üzrə cavabdehə heç bir marşrut və ya marşrut üzrə yol vərəqəsi və gəlir tapşırıq planı verməmişdir və belə bir sənədləri o, imzalayıb təhvil almamış, bundan başqa müqavilənin 7-ci bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilə ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə müqaviləyə xitam verilir, iş üzrə tərəflərdən hər ikisi müqavilədə qeyd olunan vəzifələri lazımınca yerinə yetirməmişlər, o, avtomobilini iddiaçıya təhvil verməmiş, marşrut üzrə işləməmiş, iddiaçıya pul ödəməmiş, iddiaçı da öz növbəsində marşrut üzrə gündəlik yol vərəqəsini və gəlirt apşırıq planını ona təqdim etməmiş, buna görə də 2011-ci noyabr ayından müqaviləyə xitam verilmiş sayılır, cavabdehin özünə məxsus avtomobili təhvil vermədən 2011-ci ilin xxx, şifahi bildirməklə artıq öhdəliyi icra etməməsi barədə hərəkətini iddiaçı qəbul etmək niyyətində olmamışdırsa o zaman iddiaçı özü sübut etməlidir ki, həmin öhdəlik natamamdır və ya lazımi öhdəlik deyildir, beləliklə, iş üzrə borclunun risk dairəsinə daxil olan hər hansı öhdəliyin icra edilməməsi halları öz təsdiqini tapmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli i radə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi 9 (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin (bundan sonra mətndə MM-in) 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiy yətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını yerinə yetirən Azərbaycan Respublikasının avtomobil nəqliyyatı daşıyıcı ları (bundan sonra — daşıyıcılar) tərəfindən avtomobil nəqliyyatı vasitələri (bundan sonra — avtonəqliyyat vasitələri) ilə sərnişin daşımalarının yerinə yetirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, habelə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarının həyata keçirilməsi qaydası və şərtlərini, sərnişinlərin, avtomobil daşıyıcılarının, daşımaların sifarişçilərinin və təşkilatçılarının hüquqlarını və vəzifələrini müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydalarının 13.1.4-cü bəndinə əsasən dövlət sifarişi əsasında yerinə yetirilən müntəzəm sərnişin daşımalarının sifarişçisinin və ya təşkilatçısının hüquq və vəzifələri daşıyıcılar ın işinə nəzarət etmək, habelə sərnişin avtomobil daşımaları sahəsində müəyyən olunmuş tələbləri yerinə yetirməyən, o cümlədən, daşınma müqaviləsinin şərtlərini pozan daşıyıcılar barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görmək və. sdən ibarətdir. Nazirlər Kabinetinin qərarının 13.2.4-cü bəndində göstərilmişdir ki, daşıyıcı müqavilə şərtlərini yerinə yetirmədikdə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazilərində müvafiq qurumlar, Azərbaycan Respublikasının digər ərazilərində isə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin səlahiyyətli qurumu avtomobil nəqliyyatı ilə müntəzəm marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqaviləyə xitam verməklə, müntəzəm marşrut üzrə sərnişin daşınmasının yerinə yetirilməsini dayandıra bilər. Qərarın 14.4-cü madd əsinə əsasən tərəflər arasında əldə olunmuş razılaşma ilə başqa hal nəzərdə tutulmadıqda, avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinə və ya avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsinə uyğun olaraq, sərnişin avtomobil nəqliyyatı vasitəsinin verilməməsinə və ya vaxtlı-vaxtında verilməməsinə görə daşıyıcı daşınma dəyərinin 20 faizi miqdarında sifarişçi qarşısında məsuliyyət daşıyır. Bu halda sifarişçi daşıyıcıya qarşı pretenziyanı avtonəqliyyat vasitəsinin müqavilə ilə müəyyən olunmuş vaxtdan başlayaraq 30 gün ərzində irəli sürməlidir. Həmin Qərarın 14.9-cu bəndinə görə qanunvericilikdə və ya tərəflər arasında əldə olunmuş razılaşmada başqa hal nəzərdə tutulmamışdırsa, daşımaların sifarişçisi vaxtlıvaxtında verilmiş sərnişin avtonəqliyyat vasitəsindən istifadə edil məməsinə görə daşıyıcının sərnişin avtonəqliyyat vasitəsinin müəyyən olunmuş verilmə anından başlayaraq, 30 təqvim günü ərzində irəli sürdüyü pretenziya əsasında həmin nəqliyyat vasitəsinin verilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməlidir. Mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratm aq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2 və 10.2.8-ci maddələrinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, habelə avtomobil nəqliyyatı xidmətlərindən istifadə edən hüquqi və fiziki şə xslərin qanuni maraqlarının dövlət tərəfindən qorunması, avtomobil nəqliyyatı ilə daşımalar bazarında inhisarçılığın qarşısının alınması və azad rəqabət mühitinin inkişaf etdirilməsi avtomobil nəqliyyatı sahəsində dövlət tənzimlənməsinin əsas vəzifələrindən biridir. MM-in 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. MM-in 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-in 52 9.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(102)-413/2018 saylı Qərarında qeyd olunmuşdur ki, iddia ərizəsi “xxxx” ATSC-nin icraçı direktoru Hidayət Sultanov tərəfindən imzalanmış, lak in işdə iddiaçı hüquqi şəxsin təsis sənədləri, o cümlədən nizamnaməsi olmadığından, həmin hüquqi şəxsdə “icraçı direktor” vəzifəsinin olub-olmadığına, varsa, hüquqi şəxsin adından icraçı direktorun iddia ərizəsini imzalamaq səlahiyyətinin olub-olmadığına dair məlumat yoxdur, digər tərəfdən “xxxx” ATSC-nin icraçı direktoru X1 2014-cü il xxx tarixli, 07 №-li əmrlə “X2”nu səhmdar cəmiyyətin icraçı direktoru təyin etmiş, barəsində əmr verilənlə əmri imzalayanın eyni şəxs olduğu qəbul edildikdə, Hidayət Sultanovun özü ən azından bu əmrin verildiyi tarixə cəmiyyətin icraçı direktorunu (əgər belə vəzifə təsis sənədləri və ya ştat üzrə həqiqətən də nəzərdə tutulubsa) vəzifəyə təyin etməyə səlahiyyətli olmalı idi, bundan başqa “İnternet vergi idarəsi”nin məlumatına əsasən “xxxx” ATSC-nin qanuni təm silçisi İddiaçı2dur, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə mübahisəli dövrdə iddiaçı tərəfindən tam əməl olunub-olunmadığını (məsələn: iddiaçı müqavilənin 2.2-ci bəndinə uyğun olaraq cavabdehi yol vərəqəsi ilə təmin etməli və gündəlik gəlir-tapşırıq planı müəyyən etməli, müqavilənin 4.4-cü bəndinə əsasən gəlirtapşırıq planını cavabdehlə razılaşdırmalı idi), cavabdehin müqavilənin icrasından imtina etməsinin səbəblərini araşdırmamış, bundan başqa cavabdeh 2011-ci ilin noyabrından etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən verilmiş 2011-ci il xxx tarixli Lisenziyaya və “Avtonəqliyyatservis” Departamenti “xxxx” MMC ilə bağlanmış 2011ci il xxx tarixli, 102 nömrəli müqaviləyə əsasən Şəki-Zaqatala marşrutu üzrə sərnişi n daşıma fəaliyyətini həyata keçirməyə başladıqdan sonrakı dövrdə müqavilə şərtlərini icra etməyə iddiaçının iqtidarlı olub-olmadığı, cavabdeh mübahisəli dövrdə sərnişin daşımanı iddiaçı ilə bağladığı müqavilə şərtlərinə, yoxsa sonrakı “xxxx” MMC ilə bağlanmış 2011-ci il xxx tarixli müqavilənin şərtlərinə əsasən həyata keçirdiyi qətnamədə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınin xxxx 2018-ci il tarixli qərarında verilmiş göstərişləri yerinə yetirərək, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən tərəflərdən hər ikisi müqavilədə qeyd olunan vəzifələri lazımınca yerinə yetirmədikləri, cavabdehin avtomobilini iddiaçıya təhvil vermədiyi, marşrut üzrə işləmədiyi, iddiaçıya pul ödəmədiyi, iddiaçının da öz növbəsində marşrut üzrə gündəl ik yol vərəqəsini və gəlir-tapşırıq planını ona təqdim etmədiyi, buna görə də 2011-ci xxx müqaviləyə faktiki xitam verildiyi, borclunun risk dairəsinə daxil olan hər hansı öhdəliyin icra edilməməsi hallarının isə öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə, iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflərdən hər ikisinin müqavilədə qeyd olunan vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə 2011-ci ilin xxx müqaviləyə faktiki xitam verildiyini, bundan əlavə 2011-ci ildən keçən uzun müddət ərzində iddiaçının cavabdehdən öhdəliklərin icrasını tələb etmədiyini, beləliklə, iş üzrə borclunun risk dairəsinə daxil olan hər hansı öhdəliyin icra edilmə məsi hallarının təsdiq olunmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınin xxx 2018-ci il tarixli qərarında verilmiş göstərişlərin yerinə yetirildiyini, cavabdehin 2011-ci ilin noyabrından etibarən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən verilmiş 2011-ci il 23 sentyabr tarixli Lisenziyaya və “Avtonəqliyyatservis” Departamenti “xxxx” MMC ilə bağlanmış 2011-ci il xxx tarixli, 102 nömrəli müqaviləyə əsasən Şəki-Zaqatala marşrutu üzrə sərnişin daşıma fəaliyyətini həyata keçirdiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)-7/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(107)-7/2019 saylı qətnamə si dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar