Məhkəmə qərarları › İş №2-2(102)-296/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-296/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-296/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh 1 və cavabdeh 2-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması 22.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı, iddiaçı ASC-nin vəkilinin iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 3 iyun tarixli 2-2(103)-226/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkə mə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”, hazırda həmin bankın adı belə müəyyən olunmuşdur) ilə Cavabdeh 1 MMC (bundan sonra – Cavabdeh 1) arasında 2013-cü il 26 iyul tarixdə ********-13 nömrəli kredit müqaviləsi bağlanılmışdır (bundan sonra – “2013-cü il 26 iyul tarixli müqavilə”). Müqaviləyə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 13% olmaqla 400.000 AZN manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 2. 2018-ci il 17 sentyabr tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1-in 2013-cü il 26 iyul tarixli müqaviləsi üzrə bank qarşısında öhdəliklərini yerinə yetirmədiyin ə görə 2018ci il 17 sentyabr tarixinə hesablanmış adi faiz borcunun qalığı 168.542,34 manat, cərimə borcunun qalığı 176.943,07 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 21.959,35 manat olmaqla, cəmi borcu 367.444,76 manat təşkil edir.

3. İddiaçı ilə Cavabdeh 1 arasında 2013-cü il 23 oktyabr tarixdə *********-13 nömrəli kredit müqaviləsi bağlanılmışdır (bundan sonra – “2013-cü il 23 oktyabr tarixli müqavilə”). Müqaviləyə əsasən borc verən borc alan 36 ay müddətinə, illik 13% olmaqla 500.000 AZN manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 4. 2013-cü il 23 oktyabr tarixli müqavilə üzrə öhdəliklərin təminatı kimi i ddiaçı, Cavabdeh 1 və zamin cavabdeh 2 (bundan sonra – “cavabdeh 2”) arasında həmin tarixdə ********13(Z) nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. 5. 2018-ci il 17 sentyabr tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1-in 2013-cü il 23 oktyabr tarixli müqaviləsi üzrə həmin tarixə hesablanmış əsas borc üzrə qalıq məbləği 483.000 manat, faiz borcunun qalığı 259.440,6 manat, cərimə borcunun qalığı 144.107,64 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 45.353,75 manat olmaqla, cəmi borcu 886.548,24 manat təşkil edir.

6. İddiaçının Cavabdeh 1-ə və cavabdeh 2-yə ünvanlanmış 2018-ci il 27 iyun tarixli xəbərdarlıq məktubunda (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020- ci il 3 iyun tarixli 2-2(103)-226/2020 saylı qətnaməsində texniki səhvə yol verilərək həmin məktubun tarixi 2018-ci il 27 iyul kimi göstərilmişdir) müqavilə üzrə ödəniş öhdəliklərinin 5 gün müddətində yerinə yetirilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh 1-ə və Cavabdeh 2-yə qarşı iddia ərizəsi ilə 2018-ci ilin 19 sentyabr tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının xeyrinə Cavabdeh 1-dən 2013-cü il 26 iyul tarixli müqavilə üzrə 0 manat əsas, 159.717,19 manat faiz, 176.943,07 manat cərimə və 2016-cı il 1 avqust tarixindən 2018-ci il 17 sentyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 21.959,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 358.619,61 manat borcun; Cavabdeh 1-dən və Cavabdeh 2-dən müştərək qaydada 2013-cü il 23 oktyabr tarixli müqavilə üzrə 483.000 manat əsas, 173.895,11 manat faiz, 144.107,64 manat cərimə və 2016-cı il 30 oktyabr tarixindən 2018-ci il 17 sentyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 45.353,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 846.356,50 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi yuxarıda §§1-6-da göstərilənlərlə əsaslandırılmışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 mart tarixli 2-2(81)377/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) 2013-cü il 26 iyul tarixli müqavilə üzrə kredit müqaviləsinin bitmə tarixinə (2016-cı il 26 iyul tarixinə) bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh 1-in faiz və cərimə borcu üzrə borc qalığı nə qədər təşkil edir? 2) 2013cü il 23 oktyabr tarixli müqavilə üzrə kredit müqaviləsinin bitmə tarixinə (2016-cı 23 oktyabr il tarixinə) bütün ödənişlər nəzərə alınmaqla Cavabdeh 1-in əsas, faiz və cərimə borcu üzrə borc qalığı nə qədər təşkil edir? 3) 2013-cü il 26 iyul tarixli müqavilə üzrə ümumilikdə hesablanmış qalıq borc üzrə 2016 il 1 avqust tarixindən 2018-ci il 17 sentyabr tarixinədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış məbləğ nə qədər təşkil edir? 4) 2013-cü il 23 oktyabr tarixli müqavilə üzrə ümumilikdə hesablanmış qalıq borc üzrə 2016 il 30 oktyabr tarixindən 2018-ci il 17 sentyabr tarixinədək gecikdirilmi ş vaxt üçün illik 5% hesablanmaqla yaranmış məbləğ nə qədər təşkil edir?

10. Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 24 iyul tarixli 9674 saylı ekspert rəyinə görə, 1 və 3-cü suallar üzrə: iş materiallarında olan hesabdan çıxarış məlumatları, 2013-cü il 26 iyul tarixli müqavilənin şərtləri əsas götürülməklə, Cavabdeh 1-in iddiaçıya 2016-cı il 1 avqust tarixinə (müqavilə müddətinin bitdiyi tarixə) olan cəmi borcu 506.926,8 manat (o cümlədən: əsas kredit borcu 381.857,81 manat, faiz borcu 125.069,04 manat) məbləğində müəyyən edilir, müqavilə müddətinin bitdiyi 2016-cı il 1 avqust tarixindən 2018-ci il 17 sentyabr tarixədək illik faiz dərəcəsi 5% ilə hesablanmaqla cəmi borcu 133.901,56 manat (o cümlədən: əsas kredit borcu 0,00 manat, faiz borcu 133.901,56 manat) məbləğində müəyyən edilir.

11. Həmin ekspert rəyinə görə, 2 və 3-cü suallar üzrə: təqdim olunmuş hesabdan çıxarış məlumatları, 2013-cü il 23 oktyabr tarixli müqavilənin şərtləri nəzərə alınmaqla, Cavabdeh 1-in iddiaçıya müqavilə müddətinin bitdiyi 2016-cı il 30 oktyabr tarixinə olan borcu 656.718,86 manat (o cümlədən: əsas kredit borcu 483.000 manat, faiz borcu 173.718,86 manat) məbləğində müəyyən edilir, müqavilə müddətinin bitdiyi 2016-cı il 30 oktyabr tarixindən 2018-ci il 17 sentyabr tarixinədək illik faiz dərəcəsi 5% ilə hesablanmaqla olan bocu 702.134,24 manat (o cümlədən: əsas kredit borcu 483.000 manat, faiz borcu 219.134,24 manat) məbləğində müəyyən edilir.

12. Hər iki müqavilə üzrə iddiaçı tərəfindən cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Cavabdeh 1ə cərimə hesablanmadı. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 16 avqust tarixli 2-2(81)377/2019 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

14. Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 3 dekabr tarixli 24276 saylı ekspert rəyi əvvəlki ekspert rəyi ilə eynilik təşkil etmişdir. 15. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 dekabr tarixli 2-2(81)377/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1-dən 2013-cü il 26 iyul tarixli müqavilə üzrə iddiaçının xeyrinə 125.069,04 manat faiz borcu, gecikməyə görə illik 5 faiz hesablanmaqla 8.832,52 manat, ümumilikdə 133.901,56 manat faiz borcu və 4.000 manat cərimə borcu, 2013-cü il 23 oktyabr tarixli müqavilə üzrə 483.000 əsas borc, 1 73.718,86 faiz borcu, gecikməyə görə illik 5 faiz hesablanmaqla 45.353,75 manat faiz məbləği, 10.000 manat məbləğində cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, habelə məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqat dəyəri olan cəmi 390 manat tutulması qət edilmişdir (hakim – A.O).

16. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh 1 kredit öhdəliyinin icrası üçün müəyyənləşdirilmiş vaxt ərzində kreditdən istifadəyə görə hesablanmış bir kredit müqaviləsi üzrə adi faizlər üzrə borc məbləğini və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərini, digər kredit müqaviləsi üzrə isə həm əsas, həm faiz, həm də vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizlərini banka ödəməmişdir.

17. Məhkəmə hesab etmişdir ki, bir halda ki, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulu ilə bağl ı yazılı razılıq olmuş, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur və işin hallarından da aydın göründüyü kimi, götürülmüş 400.000 manat kredit məbləğindən əsas borc üzrə 381.857,34 manat kredit müddətindən sonra gecikmə ilə ödəniş olmuşdur, belə olan halda iddiaçı dəbbə pulunu tələb etməkdə haqlı olmuşdur.

18. Lakin iş materiallarına ödəniş cədvəli əlavə edilmədiyindən, cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən, ekspertiza rəyində də bu səbəblərdən ekspert tərəfindən cərimə borcu (dəbbə pulu) hesablana bilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddiaçı cərimə borcunu tələb etməkdə haqlı olsa da, 176.943,07 manat cərimə borcunun hansı qaydada hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

19. Məhkəmə qeyd etmişdir ki, Cartpool-a qarşı irəli sürülmüş tələblər təmin edilə bilməz. Belə ki, zaminlik müqaviləsi 2013-cü il 23 oktyabr tarixdən bağlanmış, zaminlik müqaviləsində onun verilmə müddəti konkret göstərilməmiş, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 2016-cı il 23 oktyabr tarixdən, iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulan 1 illik tələb etmə müddəti ötürülmüş, iddia tələbi 2018-ci il 10 dekabr tarixində irəli sürülmüş, bunun nəticəsində zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəlik müddəti keçmişdir.

20. Birinci instansiya məhkəməsi öz qətnaməsini A zərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 442, 462.1, 462.3, 465.2, 467, 477.0.4, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən 2020-ci il 13 fevral tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 3 iyun tarixli 2-2(103)-226/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 dekabr tarixli 2-2(81)-377/2019 say lı qətnaməsinin 2013-cü il 23 oktyabr tarixli kredit müqaviləsi üzrə Cavabdeh 1-dən dəbbə pulu tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh 1-dən iddiaçının xeyrinə bu müqavilə üzrə 48.300 manat dəbbə pulu tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.B, hakimlər – C.Y və R.Q).

23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinnin kredit müqavilələri üzrə borcun məbləğini ekspert rəyini əsas götürərək müəyyən etməsi ilə, habelə Cartpool-a qarşı hissədə iddianı rədd etməsi ilə razılaşmışdır.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin digər dəlili kredit öhdəlikləri üzrə faiz borcunun ekspertiza tərəfindən düzgün hesablanmadığı olsa da, iddiaçı bununla bağlı əsaslı sübutlar təqdim etməmi şdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının kredit müqaviləsinin müddəti bitdikdən sonra faizlərin müqavilədə nəzərdə tutulduğu dərəcə ilə hesablanmasına dair tələbini düzgün olaraq təmin etməmişdir.

25. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tutulmuş dəbbə pulu məbləğləri ilə bağlı belə qənaətə gəlmişdir ki, 2013-cü il 26 iyul tarixli müqavilə üzrə əsas borc 2017-ci il 25 sentyabr tarixində tam qaytarıldığından və iddia qaldırılan tarixə həmin müqavilə üzrə borclunun əsas borc qalığı olmadığından qeyd edilən müqavilə üzrə ümumi kredit məbləğinin 1%-i məbləğində (4.000 manat) tutulmuş dəbbə pulu faizinin artırılması üçün əsaslar müəyyən olunmur.

26. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 2013-cü il 23 oktyabr tarixli müqavilə üzrə isə cavabdeh tərəfindən əsas borc üzrə 483.000 manatın banka qaytarılması iki ildən artıq gecikdirildiyi halda birinci instansiya məhkəməsi tərəfindən həmin müqavilə üzrə cəmi 10.000 manat dəbbə pulu tutulmuş, məhkəmə dəbbə pulu məbləğini hansı əsasla məhz 10.000 manat müəyyən etdiyini əsaslandırmamışdır. Bu müqavilə üzrə tutulmuş dəbbə pulu məbləği iddiaçının əmlak mənafeyinə uyğun olmadığından Cavabdeh 1dən ödənişi gecikdirilmiş əsas borcun 10%-i məbləğində - 48.300 manat dəbbə pulu tutulmalıdır.

27. Apellyasiya instansiyası məhkəməsi öz qərarını MM-in 467, 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 14-cü il 24 dekabr tarixli qərarına (bundan sonra – “KMP-nin 2014-cü il 24 dekabr tarixli qərarı”) istinad etməklə əsaslandırmışdır.

28. Məhkəmənin qətnaməsi iddiaçıya 2020-ci il 17 iyun tarixdə verilmişdir. 29. 2020-ci il 10 avqust tarixində apellyasiya instansiyası məhkəməsinə iddiaçının həmin qətnamədən kassasiya şikayəti daxil olmuş, şikayətçi qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

30. Kredit müqavilələrinə görə, müqavilə borcalanın öhdəliyinə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi təmin edi ləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir.

31. Ekspert rəyi ilə faiz borcunun məbləği düzgün müəyyən edilməmişdir. Eyni zamanda ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Cavabdeh 1 2013-cü il 1 avqust tarixdə aldığı 400.000 manat kredit məbləğini gecikmələrlə ödəmişdir. 2013-cü il 23 oktyabr tarixli müqavilə üzrə isə əsas borcu ödəməmiş, faiz borcunu isə sonuncu dəfə 2014cü il 24 yanvar tarixdə ödəmişdir. Kredit borcu vaxtında ödənilmədiyinə görə borcluya əlavə faiz və cərimə hesablanmışdır. Bundan əlavə ekspert cərimə ilə bağlı suala cavab verməmişdir. İş üzrə rəy vermiş ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməli və ya iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir.

32. Məhkəmə dəbbə pulu məbləğini azaldarkən kreditorun mənafeyini, habelə faiz və cərimə borcunun kredit müqaviləsinin şərtlərinə uyğun hesablandığını nəzərə almamışdır.

33. Müqavilə üzrə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmasına baxmayaraq zaminə qarşı hissədə iddianı rədd etmişdir.

34. İddiaçı kassasiya şikayətini MM-nin 385.1, 428.4, 442, 445.1, 445.2, 449.4, 462.3, 465.2-ci, MPM-nin 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

35. İddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını bildirdi. Vəkil qətnamənin ləğv edilməsini və i ddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

36. Cavabdeh 1 və Cavabdeh 2-nin məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərə findən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı”... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.”

41. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir..... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edil ən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 35.KMP-nin 2014-cü il 24 dekabr tarixli qərarında müəyyən edilir ki: “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

42. İddiaçının kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynidir və bu dəlillərə münasibətdə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə bu məhkəmənin mövqeyi ətraflı şəkildə bildirilmişdir (bax yuxarıda §§ 22-27). Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 30-34) əsassız hesab edərək apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

43. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Koll egiyasının 2020-ci il 3 iyun tarixli 2(103)-226/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2-

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar