Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-296/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI 23.07.2021 Açar sözlər: ilkin və təkrar hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İddiaçı ASC-nin nümayəndəsi və onun vəkilinin iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh MMC-yə qarşı “ilkin və təkrar hərracın etibarsız hesab edilməsi” iddia tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 fevral tarixli 2-2(103)-117/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan cavabdeh Hərrac Mərkəzi MMC-nin (bundan sonra – “MMC”) 2016-cı il 22 yanvar tarixli 03-3 saylı protokolundan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2015-ci il 19 avqust tarixli 2(043)-3165/2015 saylı icra vərəqəsinin və Gəncə şəhəri üzrə İcra idarəsinin 2015-ci il 27 noyabr tarixli 11773/15 A.H saylı sifariş məktubuna əsasən ünvan 1-də yerləşən 12 nömrəli binanın 13 saylı mənzili (bundan sonra – “13 saylı mənzil”), ünvan 1, ünvan 2nin kəsişməsinin cənub-qərb hissəsində yerləşən qeyri-yaşayış binası (bundan sonra – “qeyriyaşayış binası”), ünvan 3-də yerləşən 36A nömrə li binanın 28 saylı mənzili (bundan sonra – “28 saylı mənzil”) ilkin hərraca çıxarılmış, alıcı müraciəti olmadığından hərrac baş tutmamışdır.
2. İş materiallarında olan MMC-nin 2016-cı il 1 mart tarixli 11/4 saylı protokolundan görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2015-ci il 19 avqust tarixli 2(043)-3165/2015 saylı icra vərəqəsinin və Gəncə şəhəri üzrə İcra idarəsinin 2015-ci il 27 noyabr tarixli 11773/15 A.H saylı sifariş məktubuna əsasən 13 nömrəli mənzil, qeyri-yaşayış binası, 28 nömrəli mənzil təkrar hərraca çıxarılmış, alıcı müraciəti olmadığından hərrac baş tutmamışdır.
3. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2019-cu il 21 may tarixli 2(104)-877/2019 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2019- cu il 4 iyul tarixli 2(102)-4901/2019 saylı qərarının surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2018-ci il 28 avqust tarixli 2(043)-1061/2018 saylı qətnaməsinə əsasən iddiaçı ASC-nin (bundan sonra – “ASC”) iddiası təmin edilərək, Gəncə şəhəri üzrə İcra idarəsinin “icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 2017-ci il 10 may tarixli qərarının ləğv edilməsi qət edilmişdir.
4. İş materiallarından görünür ki, ASC MMC-yə 2020-ci il 12 mart tarixli PKKİEK/1874 saylı pretenziya məktubu göndərmiş, məhkəmə mübahisəsi müddətində keçirilən hərracın etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir.
5. İş materiallarından görünür ki, MMC ASC-nin pretenziya məktubuna cavab olaraq 2020-ci il 13 mart tarixli 01/727 saylı məktubla 2016-cı il 21 yanvar və 1 mart tarixində keçirilmiş hərracların etibarsız hesab edilməsi və ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. ASC 2020-ci il 3 iyun tarixində MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MMC tərəfindən qeyri-yaşayış binası, 28 saylı və 13 saylı mənzillər üzrə keçirilmiş 2016-cı il 22 yanvar tarixli ilkin hərracın və 2016-cı il 1 mart tarixli təkrar hərracın etibarsız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi aşağıdakı hallarla əsaslandırılmışdır. 7.1. ASC ilə X1 arasında 2012-ci il 22 noyabr tarixli 013 mk/12 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 2012-ci il 26 noyabr tarixli 013 m k-1/12 saylı əlavə kredit müqaviləsi ilə 36 ay müddətinə 125.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X1-in mülkiyyətində olan qeyri-yaşayış binası, X2 mülkiyyətində olan 28 saylı mənzil və X1 mülkiyyətində olan 13 saylı mənzil ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələri müvafiq dövlət qeydiyyatına alınmışdır. X1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün bank məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2015-ci il 19 avqust tarixli 2(043)3165/2015 saylı qətnaməsi ilə ASC-nin iddiası qismən təmin edilərək, cavabdehlər X1 və X3 müştərək qaydada kredit müqaviləsi üzrə üzrə 98.636,88 ABŞ dolları məbləğində əsas borc, 10.714,60 ABŞ dolları məbləğində faiz, 48,52 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 109.400 AB Ş dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəzinə əsasən manatla, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun alınaraq ASC-yə verilməsi, tutmanın X1 tərəfindən öhdəliyin təminatı kimi ASC-yə ipotekaya qoyulmuş ilkin satış qiyməti 128.000 manat dəyərində olan qeyri-yaşayış binasına, X2 tərəfindən öhdəliyin təminatı kimi ipotekaya qoyulmuş ilkin, satış qiyməti 52.000 manat dəyərində olan 28 saylı mənzilə, X1 tərəfindən öhdəliyin təminatı kimi ASC-yə ipotekaya qoyulmuş ilkin satış qiyməti 40.000 manat dəyərində olan 13 saylı mənzilə yönəldilməsi, ipoteka predmetlərinin satılması üçün açıq hərraca çıxarılmaları, satışından əldə olunmuş pul vəsaitinin borcun, xidmət haqqının və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, borc, xidmət haqqı və dövlət rüsumu ödənildikdən sonra artıq qalan məbləğin X1, X22 və X3 qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra X1-in, X2, X3, X4, X5, X6, X7, X8 və X9 ipoteka qoyulmuş yaşayış və qeyri-yaşayış sahələrini ən geci 1 ay ərzində tərk edib boşaldılması qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilsə də, həmin qətnamədən cavabdehlər X1, X2, X3 və üçüncü şəxs X5 tərəfindən apellyasiya şikayəti verilmişdir. 7.2. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2016-cı il 20 may tarixli 2(104)1111/2016 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, qətn amənin onlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən isə iddiaçı ASC, cavabdehlər X1, X2, X3 və X5 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2016-cı il 10 noyabr tarixli 2(102)-5437/2016 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 7.3. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2015-ci il 19 avqust tarixli 2(043)-3165/2015 saylı qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilsə də, həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmişdir. Lakin icra məmuru icraatında olan iş üzrə qəbul olunmuş məhkəmə aktından verilmiş apellyasiya və kassasiya şikayətlərinin müvafiq məhkəmələrin icraat ına qəbul olunması barədə məlumatı olmasına baxmayaraq, icra sənədi üzrə icraatı məcburi olaraq dayandırmalı olduğu halda bunu etməmiş, əksinə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2016-cı il 10 noyabr tarixli iş üzrə yekun qərarı banka təqdim edildikdən sonra Gəncə şəhəri üzrə İcra idarəsinə sənədin icrası üçün müraciət olunduqda, icra məmuru heç bir əsas olmadan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə istinad edərək, icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılması barədə qərar qəbul etmiş, iş üzrə tələbkar bankın hüquqlarını kobud şəkildə pozmaqla dövlət adından çıxarılmış məhkəmə qərarının qanunvericiliyin tələblərinə uyğun icra etməkdən imtina etmişdir. “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmas ı haqqında” 2017-ci il 10 may tarixli Gəncə şəhəri üzrə İcra idarəsinin qərarında qeyd olunur ki, icra sənədi 2015-ci il 27 oktyabr tarixində Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş, 2015-ci il 29 oktyabr tarixində icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti tərəflərə və məhkəməyə göndərilmiş, 2015-ci il 27 noyabr tarixində MMC-yə sifariş verilmiş, MMCnin 2015-ci il 21 dekabr, 2016-cı il 11 yanvar, 2016-cı il 1 fevral və 2016-cı il 12 fevral tarixli bildirişlərinə əsasən keçirilmiş hərraclarda əmlaklar satılmamış, 2016-cı il 4 mart tarixli məlumata əsasən əmlaklar hərracda satılmadığı üçün ASC-yə təklif olunmuş və sonra MMC-nin 2016-cı il 7 aprel tarixli məktubu ilə sifariş məktubu üzrə icra müddəti başa çatdığı üçün sənədlər icra olunmadan Gəncə şəhəri üz rə İcra idarəsinə geri qaytarılmışdır. 7.4. “İcra haqqında” Qanunun imperativ norması olan 17.1.7-ci maddəsindən göründüyü kimi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2015-ci il 19 avqust tarixli 2(043)-3165/2015 saylı qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verildiyindən həmin icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalı idi. Lakin Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru “İcra edilməyən icra sənədinin məhkəməyə yə ya digər orqana qaytarılması haqqında” 2017-cı il 10 may tarixli qərarından bəlli olur ki, həmin normanın tələblərinə riayət olunmamışdır. Çünki qanunun tələblərinə riayət olunsa idi, hərraclar 2016-cı ilin yanvar-fevral aylarında deyil, Ali Məhkəmənin iş üzrə yekun qərarının çıxarıldığı 2016-cı ilin noyabr ayından sonra keçirilməli idi. Qeyd olun an, “İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 2017-cı il 10 may tarixli Gəncə şəhəri üzrə İcra idarəsinin qərarı ASC tərəfindən mübahisələndirilmiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 31 iyul tarixli 2-1(83)-1982/2017 saylı qərarı ilə həmin qərar ləğv edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-1(104)-480/2017 saylı, 2017-ci il 3 noyabr tarixli qərarı ilə borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Lakin Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 3 noyabr tarixli 2-1(104)-480/2017 saylı qərarından borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2018-ci il 3 aprel tarixli 2-1(102)-679/18 saylı q ərarı ilə iddiamız mümkün sayılmamışdır. İddianın mümkün sayılmamasının əsası kimi məhkəmə aidiyyətinin düzgün seçilməməsi, qeyd olunan mübahisəyə icra vərəqəsini vermiş məhkəmə tərəfindən baxılmalı olduğu qərara alınmışdır. Ali Məhkəmənin qərarı banka 2018-ci il 3 may tarixində daxil olmuşdur. Bundan sonra ASC “icra məmurunun qərarının ləğv edilməsinə və icra sənədinin icra olunmasına dair” iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2018-ci il 28 avqust tarixli 2(043)-1061/2018 saylı qətnaməsi ilə bir icraatda birləşdirilmiş mülki işlər üzrə X1, X2 və X5 iddiası əsassız olduğundan təmin edilməmiş, ASC-nin iddiası təmin edilərək, Gəncə şəhəri üzrə İcra idarəsinin “icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 2017 -cı il tarixli 10 may qərarının ləğv edilməsi qət edilmişdir. 7.5. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2019-cu il 21 may tarixli 2(104)877/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 7.6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2019-cu il 4 iyul tarixli 2(102)4901/2019 saylı qərarı ilə verilmiş kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, ASC 2020-ci il 12 mart tarixli məktubu ilə MMC-yə müraciət ünvanlamışdır. ASC-yə təqdim olunan MMC-nin 2020-ci il 13 mart tarixli 01/727 saylı cavab məktubunda 2016-cı il 22 yanvar və 2016-cı il 1 mart tarixlərində keçirilmiş hərracların etibarsız hesab edilərək, ləğv edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. "xxxx" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 28 oktyabr tarixli Qərarında qeyd olunur ki, "xxxx"Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanunazidd hesab edilməlidir. Qeyriyaşayış binası, 28 və 13 saylı mənzillər üzrə MMC tərəfindən keçirilmiş 2016-cı il 22 yanvar tarixli hərrac və 2016-cı il 1 mart tarixli təkrar hərrac baş tutmamışdır. Halbuki həmin icra sənədi üzrə qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətlərinə məhkəmədə baxılması əsası ilə hərracın keçirilməsi dayandırılmalı olduğu halda dayandırılmamışdır. Ali Məhkəmənin yekun qərarı qüvvəyə minəndən sonra isə icra məmuru icra sənədini əsassız olaraq məhkəməyə geri qaytarmış və həmin qərar məhkəmə qaydasında ləğv olunmuşdur. Buna görə həmin hərraclar etibarsız hesab edilməlidir.
8. İddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 125.1, 129-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 8.1, 26, 234-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun "xxxx" Azərbaycan Respublikası Qanununun 43.4-43.8, 48-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 28 oktyabr tarixli qərarına istinad edərək əsaslandırılmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli 2-2(113)-1620/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Qasımov).
10. Bir inci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 10.1. MMC tərəfindən iddianın etiraf edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasa da, qanuna zidd olduğuna görə qəbul edilə bilməz. 10.2. Hərracın keçirilmə qaydalarını və şərtlərini müəyyən edən normalar MM-in “Müqavilənin bağlanması" adlanan bölməsində nəzərdə tutulmuşdur və bu normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, hərracın etibarsız hesab edilməsi üçün ilk növbədə hərracın nəticəsi, yəni əqd mövcud olmalıdır ki, əqdin etibarsızlığı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olub-olmadığı araşdırılsın. Hazırkı mübahisənin predmeti olan ilkin və təkrar hərracın isə nəticəsi olmamışdır, hərraclar baş tutmamışdır. 10.3. MM-in 416-cı maddəsində də hərra cın etibarsız sayılmasının hüquqi nəticəsi göstərilmiş, hərracın etibarsızlığının nəticəsinin hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olması qeyd edilmişdir. Mübahisə predmeti olan hərraclarda isə heç bir nəticə əldə olunmamış, hər hansı bir əqd bağlanmamışdır.
11. Məhkəmə bu qənaətini MM-in 324.4, 414, 415.5, 416-cı, MPM-in 52.2, 52.5, 191.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
12. ASC 2020-ci il 21 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 4 fevral tarixli 2-2(103)117/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ko mmersiya Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli e-2-2(113)-1620/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova).
14. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 14.1. İcra və ipoteka haqqında qanunvericilyin normalarından göründüyüü kimi, borclunun ipoteka qoyulmuş əmlaklarının satılması icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr tərəfindən açıq hərrac təşkil edilməklə həyata keçirilir. Hərrac baş tutmadıqda isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 14.2. İş materialları üzrə ixtisaslaşdırılmış MMC-nin 2016-cı il 22 yanvar və 2016-cı il 1 mart tarixli protokollarından və ASC-yə ünvanlanmış 2020-ci il 13 mart tarixli məktubundan görünür ki, qanunvericilyin tələblərinə müvafiq olaraq icra məmurunun sifarişi əsasında MMC tərəfindən ipoteka predmetini təşkil edən əmlaklar hərraca çıxarılmış, lakin ilkin və təkrar hərrac alıcı müraciəti olmadığından baş tutmamış, nəticəsiz qalmışdır. 14.3. "xxxx" Qanunun 42.6-cı və MM-in 415.5-ci maddələrindən isə görünür ki, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. 14.4. MM-in 416.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 14.5. Konkret halda, ASC-nin iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, məhz MMC tərəfindən hərracın keçirilməsində hər hansı qanun pozuntusuna yol verildiyi, yəni onun qanunsuz hərəkətləri ASC tərəfindən mübahisələndirilmir. 14.6. Beləliklə də MMC-nin ASC qarşısında mülki məsuliyyətini, o cümlədən, cavabdehliyini müəyyən edən faktiki şərtlərin mövcudluğu ASC tərəfindən sübuta yetirilmir.
15. Məhkəmə bu qənaətini MM-in 415.5, 416.1-ci, MPM-in 385.2-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 61.1, 61.2, 62.1, 62.2-ci, "xxxx" Azərbaycan Respublikası Qanununun 42.1, 42.6, 43.1, 43.5, 43.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. ASC 2021-ci il 19 mart tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şi kayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
17. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, ASC-nin iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə diqqət yetirdikdə MMC tərəfindən qanunvericiliklə üzərinə düşən hansı öhdəliyini yerinə yetirmədiyi görünmür. MMC-nin ASC qarşısında mülki məsuliyyətini, o cümlədən, cavabdehliyini müəyyən edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmir. Halbuki Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2015-ci il 19 avqust tarixli qətnaməsi üzrə icra vərəqəsi icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilsə də, həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmişdir. Lakin icra məmuru həmin şikayətlərin müvafiq məhkəmələrin icraatına qəbul olunması barədə məlumatı olmasına baxmayaraq, icra sənədi üzrə icraatı məcburi olaraq dayandırmalı olduğu halda bunu etməmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti tərəflərə və məhkəməyə göndərilmiş, 2015-ci il 27 noyabr tarixində MMC-yə sifariş verilmiş, MMC-nin 2015-ci il 21 dekabr, 2016-cı il 11 yanvar, 1 və 12 fevral tarixli bildirişlərinə əsasən keçirilmiş hərraclarda əmlaklar satılmamış, 4 mart tarixli məlumata əsasən əmlaklar hərracda satılmadığı üçün ASC-yə təklif olunmuş və sonra MMC-nin 2016-cı il 7 aprel tarixli məktubu ilə sifariş məktubu üzrə icra müddəti başa çatdığı üçün sənədlər icra olunmadan Gəncə şəhəri üzrə İcra idarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2016-cı il 10 noyabr tarixli iş üzrə yekun qə rarı banka təqdim edildikdən sonra Gəncə şəhəri üzrə İcra idarəsinə sənədin icrası üçün müraciət olunduqda, icra məmuru 2017-ci il 10 may tarixində heç bir əsas olmadan “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə istinad edərək, icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılması barədə qərar qəbul edərək, ASC-nin hüquqlarını kobud şəkildə pozmaqla dövlət adından çıxarılmış məhkəmə qərarını qanunvericiliyin tələblərinə uyğun icra etməkdən imtina etmişdir. ASC-nin icra məmurunun 2017-cı il 10 may tarixli qərarının ləğv edilməsinə və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icra sənədinin icra olunmasına dair” iddia ərizəsi üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2018-ci il 28 avqust qətnaməsi ilə icra məmurunun həmin qərarının ləğv edilməsi qət edilmiş, bu qətnamə üzrə verilmiş apelly asiya və kassasiya şikayətləri təmin olunmadığından qanuni qüvvəyə minmişdir. MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla keçirilmiş iki hərrac etibarsız hesab edilməzsə, bundan sonra keçiriləcək 3-cü və 4-cü hərraclar MM-in və "xxxx" Qanunun tələblərinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə zidd olacaqdır. Bakı Apellyasiya Məhkəməsi təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsinin qanuna uyğun olub-olmaması ilə bağlı məsələyə heç bir münasibət bildirməmişdir. Təkrar hərracın da baş tutmadığı 2016-cı il 1 mart tarixindən sonrakı bir ay müddətində mülki iş üzrə məhkəmə qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin müvafiq məhkəmələrin icraatında olması faktı və həmin hərracların dayandırılmalı olduğu halda dayandırılmadan qanuna zidd keçir ilməsi həmin hərracların etibarsız hesab edilməsinə əsas verir.
18. MMC-nin Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 2020-ci il 25 avqust tarixli 01/1421 saylı məktubunda da qeyd olunur ki, hərracın keçirilməsi ilə bağlı yanlışlıqlar olduğundan MMC iddianı qəbul edir və keçirilmiş hərracların etibarsız hesab olunmasına etiraz etmir. Yəni bu məktubla MMC hərracın keçirilməsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini açıq səkildə etiraf etmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən iddianın etirafı barədə ərizə nəzərə alınmamışdır.
19. Kassator kassasiya şikayətini MM-nin 317.1-ci, MPM-in 13.7, 191.3, 386, 403.1, 405, 418.1, 418.3-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun "xxxx" Azə rbaycan Respublikası Qanununun 43.4-43.8, 48-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 28 oktyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən ASC-nın vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında iştirak edən ASC-nin nümayəndəsi vəkilin dedikləri ilə razı olduğunu bildirdi və iddia tələbinin tam təmin edilməsini xahiş etdi.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qayda da məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəfi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya i nstansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
27. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
324. Əqd anlayışı və onun növləri... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulm ası, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
414. Müqavilənin hərracda bağlanması 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnı z hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası... 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdi yi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir....” “Maddə
416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.”
28. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir..... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə
191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi... 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır....” “Maddə
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsa slı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” 29. “İcra haqqında” Azərbaycan aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq müddəalarında “Maddə 53.Üzərinə həbs qoyulmuş əmlakın satılması... 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o c ümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur....” “Maddə 61.Hərracların hazırlanması və keçirilməsi 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə
62. Hərracın keçirilməsi müddətləri və qaydası 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2. Hərracın keçirilməsi qaydası Azərb aycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.” 30. "xxxx" Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 41.İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. …” “Maddə 42.Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.... 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasınd an imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 43.Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın... 43.5. Təkrar hərrac bu Qanunun 42-ci ma ddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, b u şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.” “Maddə 44.Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 17-18) işin materialları ilə birgə araşdıraraq, iddia tərəfinin izahatlarını dinləyərək aşağıdakı səbəblərdən kassasiya şikayətini əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 32. “İcra haqqında” Qanunun 53.2, 61.1, 61.2, 62.1, 62.2-ci və "xxxx" Qanunun 41.1, 43.1, 43.5, 43.7-ci maddələrindən (bax yuxarıda §§ 29-30) göründüyü kimi, məhkəmə qətnaməsi ilə tutmanın yönəldildiyi borclunun ipoteka qoyulmuş əmlaklarının satılması icra məmurunun sifarişi əsasında ixtisaslaşdırılmış müəssisələr tərəfindən açıq hərrac təşkil edilməklə həyata keçirilir. 33. "xxxx" Qanunun 44-cü və MM-in 416.1-ci maddələrindən (bax yuxarıda § 27 və 29) aydın olur ki, "xxxx" Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
34. ASC iddia tələbini hərracları keçirmiş MMC-yə qarşı yönəltmişdir. Halbuki icra məmurunun sifarişini yerinə yetirərək hərracları keçirmiş MMC bu zaman "xxxx" Qanunla müəyyən edilmiş qaydaları pozmamışdır. Hər halda ASC öz iddiasında və kassasiya şikayətində MMC tərəfindən konkret olaraq hansı pozuntulara yol verildiyini əsaslandıra bilməmişdir.
35. MM-in 386.1-ci maddəsinin (bax yuxarıda § 27) mahiyyətinə görə, hər hansı şəxsin digər şəxs qarşısında mülki hüquqi öhdəliyinin yaranması üçün aşağıdakı 4 əsasdan ən azı biri mövcud olmalıdır: 1) müqavilə; 2) zərər vurulması; 2) əsassız varlanma; 4) MM-də nəzərdə tutulmuş digər əsaslar.
36. Hazırkı işdə həmin əsaslardan hər hansı birinin mövcud olması, eləcə də MMC tərəfindən hərracların keçirilməsi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilməsi işə baxmış məhkəmələrin qətnamələri ilə müəyyən edilməmiş, kassator öz şikayətində bunun əksini təsdiq edən tutarlı dəlillər gətirə bilməmişdir.
37. MMC-nin iddianı etiraf etməsinə gəldikdə, məhkəmə kollegiyası MPM- nin 52.5-ci maddəsini (bax yuxarıda § 28) rəhbər tutaraq hesab edir ki, MMC-nin bu etirafı qanuna zidd olduğundan qəbul edilə bilməz. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" Qanunun 44-cü maddəsindən aydın olur ki, ipoteka predmeti ilə bağlı keçirilmiş hərrac o zaman məhkəmə tərəfindən etibarsız sayıla bilər ki, bu hərrac "xxxx" Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilmiş olsun. MMC-nin keçirdiyi hərracların belə pozuntularla müşayiət olunması isə işə baxmış məhkəmə qətnamələri, habelə kassasiya şikayəti ilə müəyyən edilmir.
38. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ASC-nin MMC-yə qarşı yönəlmiş iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas(lar) mövcud deyildir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğundur, ona görə də mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
40. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2019-cu il 21 yanvar tarixli 2(104)-877/2019 saylı qətnaməsinin surətindən görünür ki (həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2019-cu il 4 iyul tarixli 2(102)-4901/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır), hazırkı işdə adları keçən X15, Abdullazadə Arzu Mustafa oğlu və X28 dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC ilə aralarında bağlanmış 2012-ci il 22 noyabr tarixli ipoteka müqavilələrinə xitam verilməklə həmin müqavilələr üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində aparılmış dövlət qeydiyyatına xitam verilməsinin həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
41. Həmçinin ASC cavabdeh Gəncə şəhəri üzrə İcra idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin idarənin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2016-cı il 19 avqust tarixli 2(043)-3165 saylı icra vərəqəsinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə geri qaytarılması haqqında 2017-ci il 10 may tarixli qərarının ləğv edilməsi, icra məmurunun icra sənədini icra etmədən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə geri qaytarılmasında ifadə olunan icra hərəkətinin qanunsuz sayılması və icra məmurunun üzərinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2016-cı il 19 avqust tarixli 2(043)-3165 sa ylı icra vərəqəsinin yenidən icraya yönəldilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
42. Həmin mülki işlər bir icraatda birləşdirilmişdir.
43. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2018-ci il 28 avqust tarixli 2(043)-1061 saylı qətnaməsi ilə X2, X1 və X3 iddiası əsassız olduğundan təmin edilməmiş, Gəncə şəhəri üzrə icra məmurunun icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 2017-ci il 10 may tarixli qərarının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yekunda bu qətnamə dəyişdirilmədən saxlanılmışdır.
44. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2019-cu il 21 yanvar tarixli qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, işin faktik halları "xxxx" Qanunun 43.8-ci maddəsinin tətbiq olu nmasını, yəni ipotekaya xitam verilməsini istisna edir. Tələbkarın nümayəndəsi ipoteka predmetini almadığını onunla izah edir ki, ipoteka predmeti satılarkən və satış baş tutmadıqdan sonrakı bir ayda həmin icra sənədinin verilməsinə əsas olmuş qətnamə yuxarı instansiya məhkəmələrində mübahisələndirilirdi və bu halda icra sənədi üzrə icraat dayandırılmalı idi. Tələbkarın bu dəlili əsaslıdır. İkinci hərrac baş tutmadıqdan sonrakı bir ay müddətində hələ mülki iş üzrə məhkəmə qətnaməsi mübahisələndirilirdi və ipotekaya yönəltmənin taleyi qeyrimüəyyən idi. Bu şəraitdə tələbkar ipoteka predmetini qəbul etmək üçün məhkəmə çəkişməsinin sonunu gözləməyə haqlı idi. Bu baxımdan, tələbkarın ipoteka predmetini qəbul etmək üçün hərəkət etməməsi onu həmin əmlakı məhkəmə icraatı başa çatdıqdan sonra qəbul etmək hüququndan məhrum etməməlidir. Çünki birmənalı olaraq qeyd olunmalıdır ki, kreditor borcun ipotekaya yönəldilməklə icra olunması barədə tələbindən imtina etməmişdi və bu məqsədə nail olmaq üçün məhkəmə çəkişməsində fəal iştirak edirdi. İşin halları onu deməyə əsas verir ki, hərrac baş tutmadıqdan sonrakı bir ay ərzində ipotekanı qəbul etməməsi, tələbkarın intizamsızlığından irəli gəlməmişdir. Tələbkarın ipoteka predmetini əldə etmənin qanuniliyini təmin etmək üçün məhkəmə çəkişməsinin sonunu gözləməsı vicdanlı hərəkət idi. Onun hərrac baş tutmayandan sonrakı bir ay müddətində borcun əvəzində ipotekanı qəbul etməməsi ipotekanı qəbul etməkdən imtina etmə kimi qiymətləndirilməli deyildir. Nəzərə alınmalıdır ki, "xxxx" Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi üçün sadə cə tələbkarın hərəkətsizlik etməsi kifayət deyildir. Bu cür hərəkətsizlik onun ipotekanı qəbul etmək istəməməsi niyyəti ilə əhatə edilməmişdirsə, habelə bu işdə olduğu kimi məhkəmə mübahisəsinin sona çatmasını gözləməyə yönələn məqsədlə edilmişdirsə, "xxxx" Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi üçün əsaslar olmayacaqdır. Tələbkarın bir ay müddətində ipoteka predmetini əldə etməməsi faktını, bunun səbəblərini nəzərə almadan formal olaraq hüquqi nəticələrinin birbaşa tətbiq olunması hüququnun mahiyyətinə uyğun sayıla bilməz. Ona görə də borcluların ipotekaya xitam verilməsi barədə tələbi təmin oluna bilməz.
45. Digər iş üzrə qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsindən göründüyü kimi, ASC-nin iddiası əsasında icra məmurunun məlum qanunsuz qərarı ləğv edilmiş, keçir ilmiş hər iki hərracın baş tutmamasına və ASC tərəfindən ipoteka predmetinin əldə olunmamasına baxmayaraq məhkəmə qətnaməsi ilə, ipotekaya xitam verilməsinə dair borcluların tələbi rədd olunmuşdur. Beləliklə, əvvəlki hərraclar faktiki olaraq əhəmiyyətini itirmiş hesab edilmiş, qətnamənin icrası ilkin vəziyyətə qaytarılmışdır.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ASC hazırda da qüvvədə olan ipotekanın predmeti barəsində icra qaydasında yeni hərrac(lar)ın keçirilməsi prosedurana başlanması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq İcra idarəsinə müraciət etmək hüququnu özündə saxlamışdır.
47. Lakin yuxarıda qeyd olunduğu kimi, hazırkı məhkəmə prosesi çərçivəsində apellyasiya instansiyası məhkəməsinin mübahisələrindən qətnaməsinin ləğv edilm əsi, habelə ASC-nin MMC-yə qarşı iddia tələbinin təmin olunması üçün əsas(lar) mövcud deyildir.
48. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 fevral tarixli 22(103)-117/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.