Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-296/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı ilk iddia ərizəsi və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi barədə iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə kommersiya işi üzrə iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(105)-3/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “bank”) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx") arasında bağlanmış 2012-ci il 30 oktyabr tarixli, 108050-14174 saylı “Baş k redit razılaşması” (bundan sonra - “Baş kredit razılaşması”) əsasında bank AVAZ-a 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Baş kredit razılaşmasının şərtlərinə uyğun olaraq aşağıdakı kredit müqavilələri bağlanmışdır. Bank ilə AVAZ arasında bağlanmış 2015-ci il 13 mart tarixli, 108050-1-4174/5 saylı “Kommersiya krediti müqaviləsi”nə (bundan sonra - “Kommersiya krediti müqaviləsi”) əsasən AVAZ-a cari fəaliyyətinin maliyyələşdirilməsi məqsədi üçün illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə AVAZ arasında bağlanmış 2015-ci il 13 mart tarixli, 108050-1-4174/6 saylı “Bərpa olunan kredit xətti müqaviləsi”nə (bundan sonra - “Bərpa olunan kredit xətti müqaviləsi”) əsasən AVAZ-a investisiya məqsədi ü çün istifadə edilmiş məbləğə illik 14 faiz hesablanması şərti ilə 60 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Bank ilə AVAZ arasında bağlanmış “Bərpa olunan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 2016-cı il 22 yanvar tarixli 1 saylı Razılaşmaya əsasən bank tərəfindən kredit alana 100.000 ABŞ dolları məbləğində bərpa olunan kredit xətti açılmışdır.
3. Bank ilə AVAZ arasında bağlanmış Bərpa olunan kredit xətti müqaviləsinə və Kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 2016-cı il 24 may tarixli, 1 saylı Razılaşmaya (bundan sonra - “1 saylı Razılaşma”) əsasən AVAZ-ın banka 2016-cı il 24 may tarixinə hər iki kredit müqaviləsi üzrə mövcud olan borcu kapitallaşdırılmış və AVAZ cəmi 702.494,73 ABŞ dolları məbləğd ə borcu illik 10 faiz hesablanması şərti ilə 60 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür.
4. Bank ilə AVAZ arasında bağlanmış Bərpa olunan kredit xətti müqaviləsinə və Kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 2016-cı il 20 iyun tarixli 2 saylı Razılaşmaya(bundan sonra-“2 saylı Razılaşma”) əsasən AVAZ-ın 2016-cı il 20 iyun tarixinə banka mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının(bundan sonra-“MB”) həmin tarixə mövcud olan məzənnə ilə konvertasiya edilərək 1.070.953,22 manat məbləğində müəyyən edilmiş və AVAZ illik 18 faiz hesablanması şərti ilə 59 ay müddətinə kredit məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür.
5. Bank ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx") arasında bağlanmış 2012-ci il 30 oktyabr tarixli, 108238 -NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nə (bundan sonra - “Daşınmaz əmlak ipoteka müqaviləsi”) əsasən Baş kredit razılaşması üzrə AVAZ-ın öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə AVM-2008-ə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,55539 ha torpaq sahəsində yerləşən 757,4 kv.m. ümumi sahəsindən ibarət əmlak kompleksi (bundan sonra - “əmlak kompleksi”) kimi müəssisə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 6. “Baş kredit razılaşması” üzrə AVAZ-ın öhdəliklərinin icrasını təmin etmək məqsədilə AVM2008 2012-ci il 30 oktyabr tarixli, 108238-G_RAN-39 saylı zaminlik müqaviləsi” əsasında (bundan sonra-“108238-G_RAN-39 saylı zaminlik müqaviləsi”) AVAZ-ın Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
7. Həmçinin, Baş kredit razılaşması üzrə AVAZ-ın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3(bundan sonra-“Cavabdeh3”) 2012-ci il 31 oktyabr tarixli, 108237-7-2820 saylı “Zaminlik müqaviləsi (bundan sonra-“108237-7-2820 saylı zaminlik müqaviləsi”) əsasında AVAZ-ın Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
8. Verilmiş kreditin təminatı üsulu kimi, bankla AVAZ arasında bağlanmış 2015-ci il 13 mart tarixli, 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə (bundan sonra-“ Dövriyyədəki malların girov müqaviləsi”) əsasən AVAZ-ın mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyy ədə olan mallar bankın xeyrinə girov qoyulmuşdur. 9. 2018-ci il 10 yanvar tarixli maliyyə arayışından görünür ki, AVAZ-ın banka 1.222.953,52 manat kredit borcu vardır.
10. Pretenziya və bildiriş məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir.
11. H/01-PLS nömrəli, 2020-ci il 16 yanvar tarixli "xxxx" MMC tərəfindən verilmiş hesabatdan görünür ki, AVM-2008-ə məxsus əmlak kompleksinin ilkin satış qiyməti 1.700.000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
12. Bank 2018 -ci il 19 fevral tarixində cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, bank ilə AVAZ arasında bağlanmış 2016-cı il 20 iyun tarixli, 108050-1-4174/6/2 saylı kredit müqaviləsi (bundan sonra-“108050-1-4174/6/2 saylı kredit müqaviləsi”) üzrə 2018-ci il 10 yanvar tarixinə banka borclu olduğu 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu, 100.572 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.222.953,52 manat məbləğində pulun, həmçinin, 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən bankın xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğin bank ilə AVAZ arasında bağlanmış dövriyyədəki malların girov müqaviləsinə əsasən AVAZ-ın mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açı q hərracdan satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, borclu AVAZ üzərinə götürdüyü kredit öhdəliklərini 2017-ci il 20 aprel tarixindən icra etməmiş və nəticədə cavabdehin banka 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu, 100.572 manat məbləğində cərimə borcu, ümumilikdə isə 1.222.953,52 manat məbləğində borcu qalmışdır.
14. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir.
15. Bank ilə AVM-2008 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin tələbinə görə “Kredit alan ” kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, “Zamin” “Kredit alan” ilə birlikdə bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar.
16. Tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən cavabdehlər bank qarşısında birgə məsuliyyət daşıyırlar.
17. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.
18. Eyni zamanda, bank ilə AVM-2008 arasında bağlanmış “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nə əsasən bor c alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetlərinə ödəniş yönəltmək hüququ vardır. Bank ilə AVAZ arasında bağlanmış “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, girov saxlayanının tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyalara yönəldilməlidir. Belə ki, cavabdehlərin kredit müqavilələri üzrə borcu qaytarmalı olduqlarına dair vəzifələrini icra etməmələri nəticəsində bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə zərər çəkmiş, dövlət rüsumları da, cavabdehlərdən tutulmalıdır.
19. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 269.1, 269.7, 295, 319.1, 385.1, 442, 443.1, 462.1, 472.1, 472.2, 739.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -“MPM”) 119.1-ci, İpoteka haqqında Azərbaycan Respublikası qanununun (bundan sonra - “İHQ”) 34, 39.3, 39.3.3cü maddələrinə istinad edilmişdir.
20. Daha sonra ilkin iddia üzrə Cavabdeh3 2019-cu il 7 yanvar tarixində banka qarşı zaminliyə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın AVAZ, AVM-2008 və ona qarşı iddia tələbinin qismən, zamin kimi ona qarşı hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək, bank ilə AVAZ arasında bağlanmış “Baş kredit razılaşması” üzrə onun zaminliyinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Qarşıl ıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, bankla onun arasında bağlanmış 2012ci il 31 oktyabr tarixli, 108237-7-2820 saylı “Zaminlik müqaviləsi”nin predmeti bankla borcalan AVAZ arasında bağlanmış “Baş kredit razılaşması”ndan irəli gələn öhdəliklərin təminatıdır. Sözügedən “Baş kredit razılaşması” ilə bank “Kredit alan”a 120 ay müddətinə, 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açır. Bu razılaşma bankın “kredit alan”a kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cı bənd nəzərə alınaraq kredit(lər) bu razılaşma əsasında tərəflər arasında “Kredit müqaviləsi” və “Bank qarantiyasının verilməsinə dair razılaşma”, o cümlədən bərpa olun(may)an kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. “Baş kredit razılaşması”nın 2.3-cü bəndində gös tərilir ki, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit müqaviləsi(ləri) ilə müəyyən edilir.
22. Göründüyü kimi, “Baş kredit razılaşması”nda bank tərəfindən “kredit alan”a kredit verilməsi öhdəliyi götürülmür, gələcəkdə veriləcək kreditlərin ayrıca bağlanacaq kredit müqavilələri ilə verilməsi nəzərdə tutulur. Baş kredit razılaşmasında konkret olaraq verilməsi razılaşdırılan kredit məbləği, faiz dərəcəsi, müddəti, qaytarılma şərtləri, ödəniş qrafiki və s. kredit müqaviləsi üçün əsas sayılan şərtlər nəzərdə tutulmamışdır. 23. 108237-7-2820 saylı “Zaminlik müqaviləsi” isə yalnız - bankla AVAZ arasında bağlanmış “Baş kredit razılaşması”ndan irəli gələn öhdəliklərin təminatı kimi nəzərdə tutulmaqla, həmin tarixdə və ondan sonra bankla “kredit alan” arasında bağlanılmış “kredit müqavilə”ləri və onlara əlavə və dəyişikliklər edilməsinə dair heç bir razılaşmada nəzərdə tutulan öhdəliklərin təminatı deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, bankla “kredit alan” müəssisə arasında bağlanmış 2015ci il 13 mart tarixli kredit müqavilələri və həmin müqaviləyə əlavə və dəyişikliklərə dair 2016-cı il 24 may tarixli və 2016-cı il 20 iyun tarixli, 1 saylı və 2 saylı razılaşmalardan Cavabdeh3 məlumatı olmamış, həmin müqavilə və razılaşmalarda AVAZ-ın üzərinə götürdüyü öhdəliklərə Cavabdeh3 zamin olmamışdır.
24. Məhz bankla AVAZ arasında bağlanmış 2015-ci il 13 mart tarixli kredit müqavilələrində bank tərəfindən verilən kreditin məbləği, faiz dərəcəsi, qaytarılma m üddəti və şərtləri müəyyənləşdirilmiş, sonradan həmin müqavilələrə dair 1 saylı və 2 saylı razılaşmalarda kreditin qaytarılması şərtlərində dəyişikliklər edilmiş, qaytarılma müddəti uzadılmış, faiz dərəcəsi artırılmış və s. mühüm şərtlər dəyişdirilmişdir. Bütün bu dəyişiklik və əlavələr isə onun iştirakı, məlumatı və razılığı olmadan bankla “kredit alan” arasında bağlanmış razılaşmalarda öz əksini tapdığından, Mülki Məcəllənin müvafiq müddəalarına əsasən, o zamin olaraq “kredit alan”ın bank qarşısında sözügedən kredit müqaviləsi və razılaşmalarla götürdüyü öhdəliklərə görə məsuliyyət daşımır.
25. Qarşılıqlı iddiaçının iddia tələbinin maddi hüquqi əsası kimi MM-in 470, 477.0.1, MPM-in 155.1, 156-cı, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -“BHQ”) 1.0.9-cu maddələr i, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra - “KMP”) “MM-in 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli qərarı, KMP-nin “MM-in 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və İHQ-nin 1.0.8 və 10.5-ci maddələri, eləcə də MM-in 269.11 və 307.4-cü maddələrinin İHQ-nin 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli qərarı rəhbər tutulmaqla əsaslandırılmışdır.
26. MEM-in 2018-ci il 5 dekabr tarixli 21314 saylı ekspert rəyi ilə 2018-ci il 19 fevral tarixinə AVAZ-ın banka olan borcu əsas kredit borcu 1.018.968,02 manat, faiz borcu 55.012,52 manat, ümumilikdə 1.073.980,54 manat məbləğində müəyən edilir.
27. MEM-in 2019-cu il 21 avqust tarixli, 10061 saylı ekspert r əyi ilə AVAZ tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 108050-1-4174/5 saylı Kommersiya Krediti Müqaviləsi, 108050-1-4174/5 saylı Bərpa Olunan Kredit Xətti Müqaviləsi, 2016-cı il 22 yanvar tarixli 1 saylı Razılaşma, 1 saylı Razılaşma və 2 saylı Razılaşmanın şərtləri əsas götürülməklə AVAZ-ın 2018-ci il 19 fevral tarixinə banka olan borcu-əsas borc üzrə-1.018.968,02 AZN, faiz borcu üzrə 103.413,50 AZN ümumilikdə 1.122.381,52 AZN müəyyən edilmişdir.
28. Sumqayıt şəhər məhkəməsinin 2019-cu il 1 oktyabr tarixli, 2(060)-350/2019 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə tapşırılmış və "xxxx" MMC-nin 2020-ci il 16 yanvar tarixli, H/01-PLS nömrəli hesabatına əsasən, AVM-ə məx sus əmlak kompleksinin bazar dəyəri 1.700.000 manat qiymətləndirilmişdir.
29. Sumqayıt şəhər Məhkəməsinin 2020-ci il 2 mart tarixli 2(060)-669/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən-təmin edilmiş, Bank ilə AVAZ arasında bağlanmış 108050-1-4174/6/2 saylı kredit müqaviləsi üzrə 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu və 5000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.127.381,52 manat məbləğində pul, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən bankın xeyrinə tutulması, ipoteka predmeti olan əmlak kompleksinin ilkin satış qiyməti 1.700.000 manat məbləğində müəyy ən edilməsi, Tutmanın həmin əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleksinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlak kompleksinin boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğ bank ilə AVAZ arasında bağlanmış 1080503-195 saylı “Dövriyyədəki malların girov müqaviləsinə əsasən AVAZ-ın mülkiyyətində olan mağazada girov qoyanın bir başa sahibliyində saxlanılan, müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi qət edilmişdir (hakim – A.İsmayılov)
30. Cavabdeh3 2020-ci il 20 aprel tarixində apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini n iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Bank 2020-ci il 8 may tarixində apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsini xahiş etmişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsinin 2020-ci il 25 avqust tarixli 2(105)-2023/2020 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin ediərək, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş və "xxxx" MMC-nin 2020-ci il 24 sentyabr tarixli M206/20 nömrəli qiymətləndirmə hesabatında əmlakın orta bazar qiyməti 1.630.000 manat və li kvid dəyəri isə 1.500.000 manat müəyyən edilmişdir.
33. Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 18 noyabr tarixli, 2(105)-2023/2020 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya məhkəməsinə göndərilmişdir (sədrlik edən - L.Məmmədova, hakimlər - G.Tağızadə və T.Quliyev)
34. Bank 2021-ci il 19 fevral tarixində birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
35. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 7 aprel tarixli 2-2(119)-257/2021 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, bank ilə AVAZ arasında bağlanmış 2016-cı il tarixli 20 iyun 108050-1-4174/6/2 saylı kredit müqaviləsi üzrə 1.018.968,02 manat məbləğində əsas borc, 103.413,50 manat məbləğində faiz borcu və 10.000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.132.381,52 manat məbləğində pul, həmçinin 30 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan əmlak kompleksinə yönəldilməsi, həmin əmlak kompleksinin ilkin satış qiyməti 1.500.000 manat məbləğində müəyyən olunmaqla əmlak açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, daşınmaz əmlak a tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlak kompleksinin boşaldılması, cavabdehlərdən tutulmalı olan məbləğin bank ilə AVAZ arasında bağlanmış 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqaviləsi”nə əsasən AVAZ-ın mülkiyyətində olan mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, müqavilənin 1 saylı əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 345 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, MEM, VÖEN **********, Hesab AZ34CTRE**********0 ********* hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh3 banka qarşı “zaminliyə xitam verilməsi tələbinə” dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim – Z.Məmmədov).
36. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, AVAZ kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və onun banka kredit borcu yaranmış, iddia tələbinin cavabdeh – borclu AVAZ-a dair hissəsi işin yuxarıda qeyd edilən halları və qanunvericiliyin sadalanan normaları ilə tam sübuta yetirilir.
37. İşin hallarına və Bank ilə AVM-2008 arasında bağlanmış bağlanmış 2012-ci il 30 oktyabr tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi”nin, habelə bankla AVAZ arasında bağlanmış 108050-3-195 saylı “Dövriyyədəki malların girov müqav iləsi”nin şərtlərinə əsasən AVAZ tərəfindən öhdəliklər icra edilmədiyindən, iddiaçının iddia tələbi tutmanın ipoteka ilə yüklü edilmiş əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması, habelə tutulmalı olan məbləğin AVAZ-ın mülkiyyətində olan mağazada girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan (müqavilənin 1 saylı Əlavəsində göstərilən) dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsinə dair hissələrdə də əsaslıdır.
38. Məhkəmə ilkin iddia ərizəsinin Cavabdeh3 qarşı sürülmüş tələbə dair hissəsinə, habelə sonuncunun qarşılıqlı iddia ərizəsinin zaminliyə xitam verilməsinə dair hissəsinə münasibətdə isə belə nəticəyə gəlmişdir ki, hazırkı işdə Cavabdeh3 zaminliyinə xitam verilməsi üçün MM-də və Konstitusiya Məhkəməsinin 2018-ci il 31 may tarixli qərarında nəzərdə tutulan dispozisiya şərtləri müəyyən olunmamışdır. Belə ki, Cavabdeh3 qarşılıqlı iddia ərizəsində Bank ilə kredit alan arasında bağlanılan kredit müqaviləsindən və həmin müqaviləyə əlavə və dəyişiklərdən məlumatı olmadığını, onun razılığının alınmadığını bildirsə də, həmin dəlillər iş materialları ilə təkzib olunur. Əksinə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 kredit alan AVAZ-ın təsisçisi olmaqla bütün bağlanan müqavilələrdən məlumatı olmuş və hətta pulun bir hissəsini bankdan götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh 3 özü fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçməklə (VÖEN №**********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, kommersiya hüquqi şəxslərinin dövlət reyesterindən verilmiş 2012-ci il 12 oktyabr tarixli çıxarışa əsasən nizamnamədə 50% paya malik olmaqla kredit alan AVAZ-ın (VÖEN №**********) iki təsisçisindən biridir. AVAZ-ın nizamnaməsinin 9.1-ci bəndinə əsasən cəmiyyətin ali idarə orqanı cəmiyyətin təsisçilərinin ümumi yığıncağıdır. Həmin Nizamnamənin 9.2-ci bəndinin sonuncu abzasına görə isə bank krediti və digər kreditlərin götürülməsinə dair qərarların verilməsi cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. AVAZ-ın təsisçilərinin 2012-ci il 1 oktyabr tarixli qərarından görünür ki, AVAZ tərəfindən dövriyyə vəsaitlərinin alınması üçün 550.0 00 USD məbləğində 36 ay müddətinə bankdan kredit götürülməsi qərara alınmışdır. AVAZ-ın təsisçilərinin 2015-ci il 19 fevral tarixli qərarı ilə bankdan avadanlıqların alınması və həmin bankda aktiv kreditlərin bağlanması üçün 60 ay müddətinə (12 ay güzəşt) 600.000 USD kreditə görə müraciət olunması, bankdan avadanlıqların alınması məqsədi ilə 200.000 USD kredit xətti üçün müraciət olunması qərara alınmışdır. AVAZ-ın təsisçilərinin 2016-ci il 1 aprel tarixli qərarı ilə bankdan alınmış kreditləri kapitallaşdırmaq, aylıq ödənişi 12.000 USD təyin etmək və 60 ay müddətinə uzatmaq və qalıq məbləği müddətin sonuna təyin edilməsi üçün müraciət olunması qərara alınmışdır. AVAZ-ın təsisçilərinin 2016-ci il 2 may tarixli qərarı ilə bankdan alınmış kreditlərin USD dollarında olan qalığının AZN valyut asına keçirilməsi üçün müraciət olunması qərara alınmışdır.
39. İş materiallarında olan 2013-cü il 16 may tarixli və 2015-ci il 17 mart tarixli çeklərin surətindən görünür ki, Cavabdeh3 bankdan kredit üzrə pulun bir hissəsini bankdan şəxsən götürmüşdür.
40. Göründüyü kimi, hazırkı işin halları baxımından Cavabdeh3 nəinki onun qarşılıqlı iddia ərizəsində göstərdiyi kimi, “məsuliyyətinin artması və ya digər əlverişsiz nəticələrə səbəb olan” kredit müqavilələrindən məlumatsız olmuşdur, əksinə borc alan AVAZ-ın təsisçisi kimi onun adından qəbul edilmiş qərarlarla həmin müqavilələrin şərtlərini (kreditin məbləği, müddəti, faiz dərəcəsi və s.) əvvəlcədən banka təklif edilməsində iştirak etmiş, həmin müqavilələr üzrə öhdəliyin həcmi “Baş kredit razılaşması”nda nəzərdə tutulan hədd (120 ay müddəti nə 5.000.000 ABŞ dolları) daxilində olmuşdur.
41. Hazırkı işdə tərəflər arasında bağlanılmış 2012-ci il 31 oktyabr tarixli “Zaminlik müqaviləsi” üzrə zaminliyə xitam verilməsi üçün MM-də və Konstitusiya Məhkəməsinin 2018-ci il 31 may tarixli qərarında nəzərdə tutulan dispozisiya şərtləri müəyyən olunmadığından, habelə bankla Avaz arasında bağlanılan kredit müqavilələrinin bağlanılması və onun şərtlərinin müəyyənləşdirilməsi zamanı sonuncunun təsisçisi olmaqla yanaşı, əvvəlcədən zamin kimi də məsuliyyətini dərk edən, öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olan fiziki şəxs kimi Cavabdeh3la da mövcud olmuş qarşılıqlı münasibətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, Cavabdeh3 qarşı irəli sürülmüş ilkin iddia tələbi əsaslı hesab edilərək təmin edilməl i, qarşılıqlı iddia isə təmin edilməməlidir.
42. Qarşılıqlı iddianın iddia müddəti tətiq edilməklə rədd edilməsi barədə iddiaçının ərizəsi əsassızdır. Belə ki, həmin ərizədə Cavabdeh3 məhz hansı iddia müddətini buraxması konkret göstərilməmiş və əsaslandırılmamış, əksinə, cavabdehin nümayəndəsinin dəlilinə əsasən qeyd edilən müqavilə bağlanan zaman onun Cavabdeh3 hüquqlarını pozmaması, yalnız ona qarşı hazırkı iddia tələbi irəli sürülərkən hüquqlarını pozduğunu bilməsi barədə dəlilləri daha ağlabatandır. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən isə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hazırkı iş üzrə Cavabdeh3 ilk tələb pretenziya qaydasında 2017 -ci il 16 avqust tarixində irəli sürülmüş, Cavabdeh3 isə 2019-cu il 7 yanvar tarixində zaminliyə xitam verilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir.
43. Bundan əlavə, ilkin iddia tələbindən göründüyü kimi iddiaçı cavabdehlərdən 2016-cı il 20 iyun tarixli 108050-1-4174/6/2 saylı əlavə kredit müqaviləsinə görə 100.572 manat məbləğində dəbbə pulunun tutulmasını tələb edir. Dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. MM-in 467-ci maddəsinin tələbini, habelə hazırkı işin 3 ildən artıq müddətdir ki, məhkəmə icraatında olmasını nəzərə alaraq cavabdehlərdən kredit müqaviləsi üzrə 10.000 (on min) manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir.
44. Məhkəmə öz qətnamə sini MM-in 269.1, 269.7, 295, 300, 317.1, 319.1, 319.6, 373.2, 377.1, 404, 425.1, 448.1, 448.2, 467, 470, 472, 477.0.1, 739.1, 739.2-ci, İHQ-nin 1.0.7, 1.0.9, 34, 39.3.3-cü, MPM-in 119.1, 217.3, 217.4-cü maddələrinə, KMP-nin “MM-in 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarına, KMP-nin “MM-in 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və İHQ-nin 1.0.8 və 10.5-ci maddələri, eləcə də MM-in 269.11 və 307.4-cü maddələrinin İHQ-nin 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
45. Bank 2021-ci il 25 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməs ini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
46. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 3 avqust tarixli 2-2(105)-114/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilərək, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş və AB Consulting MMC-nin 2021-ci il 20 dekabr tarixli, 507/VTB/21 nömrəli qiymətləndirmə rəyində əmlakın 2021-ci il 20 dekabr tarixinə olan likvid qiyməti 1.666.000 manat göstərilmişdir.
47. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(105)-3/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmetinin ilkin satış q iymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan əmlak kompleksinin likvid qiyməti 1.500.000 manat müəyyən edilmiş, ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manatın ilkin iddia üzrə cavabdehlərdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir (sədrlik edən - F.Məmmədov, hakimlər - Z.Məmmədov və İ.Dəmirov).
48. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən həmin hissədə araşdırılmalıdır, Bank tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2022-ci il 14 yanvar tarixli qiymətləndirmə hesabatında AVM-2008-ə məxsus olan əmlak kompleksinin bazar dəyər i 825.000, likvid dəyəri isə 750.000 manat göstərilsə də, iş materiallarından görünür ki, ipoteka müqaviləsində ipoteka predmeti 1.526.912 ABŞ dolları məbləğində qiymətləndirilmiş, tərəflər arasında bağlanmış 108238- NEDVİJ-474 saylı ipoteka müqaviləsinə” 1 saylı əlavəyə əsasən isə həmin ipoteka predmeti olan əmlak kompleksi 1.200.000 manat məbləğində qiymətləndirilmişdir.
49. İpoteka predmeti olan əmlak kompleksi hərraca çıxarılarkən onun likvid qiyməti "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə müvafiq olaraq birinci instansiya məhkəməsinin ipoteka predmetinin satışı üçün qətnamədə göstərdiyi 1.500.000 manat məbləğində müəyyən edilməlidir.
50. Belə ki, birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti kimi qətnamədə göstərdiyi məbləğ qiymətləndirmə rəyinə əsasən həmin dövr üçün ipoteka predmetinin likvid dəyəri olmuşdur.
51. Məhkəmə öz qətnaməsini MM-in 269.5, 319.1, İHQ-nin 1.0.9, 4.1, 33, 34.1.2, 39.3.3, 41.1-ci, MPM-in 88, 103.1, 107, 119.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
52. Qətnamə 2022-ci il 28 yanvar tarixində rəsmi qaydada tərəflərə göndərilmişdir.
53. Bank kassasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 54. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinin tələbi pozulmuşdur. Apellyas iya instansiyası məhkəməsi qətnaməsində "xxxx" MMC-nin M206/20 saylı qiymətləndirmə hesabatına istinad edərək, ipoteka predmetinin ilkin satış qiymətini 1.500.000 manat məbləğində müəyyən etmişdir. Lakin "xxxx" MMC-nin M206/20 saylı qiymətləndirmə hesabatının “Qiymətləndirmənin nəticəsi hissəsi”nə əsasən AVM-2008-ə məxsus qeyri-yaşayış sahəsinin 2020-ci il 24 sentyabr tarixinə olan likvid dəyəri 1.450.000-1.500.000 manat məbləğində müəyyən olunması qeyd olunmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən, qiymətləndirmə hesabatı ilə müəyyən olunmuş likvid dəyərinin ən yüksək həddini əsas götürmüşdür. Halbuki, qanunvericiliklə ipoteka predmetinin ilkin satış qiymətinin likvid dəyəri ilə (aşağı qiymətlə) müəyyən olunması on a görə nəzərdə tutulmuşdur ki, tutma ipoteka predmetinə yönəldilən zaman açıq hərracda satılması tez və real olsun. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən olunarkən elə bir qiymət müəyyən olunmalıdır ki, tutma ipoteka predmetinə yönəldilən zaman açıq hərracda satılması tez və real olsun.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 101.7 və 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan qiymətləndirmə hesabatlarını tam və hərtərəfli araşdırmamış, sübutlara tətbiq edilməli hüquq normasına müvafiq olaraq düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası "xxxx" MMC-nin M206/20 saylı qiymətləndirmə hesabatına istinad edərək, ipoteka predmetinin ilkin satış qiymətini 1.500.0 00 manat məbləğində müəyyən etmişdir. Lakin həmin qiymətləndirmə hesabatı həqiqəti təhrif etməklə yanaşı, həmin daşınmaz əmlakın həqiqi dəyərindən qat-qat yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmiş, qiymətləndirilmiş daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regionda yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı düzgün araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müstəqil qiymətləndirici "xxxx" MMC-nin ƏEM/M 01210/20 saylı qiymətləndirmə hesabatına əsasən AVM-2008-ə məxsus əmlak kompleksi kimi müəssisənin bazar dəyəri 826.000 manat məbləğində müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş müstəqil qiymətləndirici "xxxx" MMC-nin 2022-ci il 14 yanvar tarixli A-01/2022-001 saylı mütəxəssis rəyinə əsasən AVM-2008-ə məxsus olan əmlak kompleksi kimi müəssisənin likvid dəyəri 750.000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müvafiq olaraq daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatı və mütəxəssis rəyi müstəqil qiymətləndiricilər "xxxx" MMC və "xxxx" MMC Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil təşkilatlarıdır. Bu səbəbdən, onlar tərəfindən müəyyən edilmiş qiymətlər daha realdır və həqiqidir.
56. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin əsas kimi götürdüyü "xxxx" MMC-nin qiymətləndirmə hesabatı nda ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin likvid dəyəri həddindən yüksək göstərilmiş və reallığı əks etdirmir, bu hesabat tamamilə əsassızdır və mötəbər sübut kimi qəbul oluna bilməz.
57. Tərəflər arasında bağlanmış 108238- NEDVİJ-474 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi”nin 3.5-ci bəndinə əsasən ipoteka predmeti olan əmlak kompleksi 1.526.912 ABŞ dolları məbləğində, yəni həmin dövrün məzənnəsinə uyğun olaraq 1.190.991,36 manat (1.526.912 ABŞ dolları x 0,78 manat=1.190.991,36 manat) məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında bağlanmış 108238-NEDVİJ-474 saylı ipoteka müqaviləsinə” 1 saylı Əlavəyə əsasən ipoteka predmeti olan əmlak kompleksi 1.200.000 manat məbləğində qiymətləndirilmişdir. Bankın “Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsi”nin qiymətləndirici şirkət "xxxx" MMC ilə birgə tərtib etdiyi 2020-ci il 10 yanvar tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan əmlak kompleksinin dəyəri 700.000 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" MMC-nin ƏEM/M 01-210/20 saylı qiymətləndirmə hesabatı; "xxxx" MMC-nin A-01/2022-001 saylı mütəxəssis rəyi; 2012-ci il 30 oktyabr tarixli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə 1 saylı Əlavə; “Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsi”nin xx.xx.2020-ci il tarixli ekspert rəyi sübut edir ki, "xxxx" MMC tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri həqiqəti əks etdirmir və qat-qat yuxarı şişirdilmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi isə qətnaməsində "xxxx" MMC-nin ƏEM/M 01210/20 saylı qiymətləndirmə hesabatı və "xxxx" MMC-nin A-01/2022-001 saylımütəxəssis rəyinin qəbul edilməməsinin səbəbini göstərməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan digər rəylərə (hesabatlara) düzgün hüquqi qiymət verməmiş, ipoteka predmetinin qiymətləri ilə bağlı ziddiyyətli sübutların mövcud olmasını nəzərə almamışdır.
59. MPM-in 102.2 və 102.3-cü maddələrinin tələbləri pozulmuşdur. "xxxx" MMC və "xxxx" MMC tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın bazar və likvid dəyərləri həqiqəti əks etdirmədiyindən və qat-qat yuxarı şişirdilmiş şəkildə qiymətləndirildiyindən Bank tərəfindən 2022ci il 17 yanvar tarixli vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət edilmiş və iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq eskpertizasının təyin edilməsi xahiş edilmişdir. Eyni zamanda, vəsatətə müstəqil qiymətləndiri ci, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil təşkilat olan "xxxx" MMC-nin A-01/2022-001 saylı mütəxəssis rəyi də əlavə olunmuşdur. Həmin rəy ilə "xxxx" MMC və "xxxx" MMC tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan daşınmaz əmlakın bazar və likvid dəyərlərinin həddindən yüksək göstərilməsi və reallığı əks etdirməməsi, həmin hesabatların tamamilə əsassızdır olduğu və mötəbər sübut kimi qəbul oluna bilmədiyi sübut olunurdu. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq Bankın vəsatəti təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
61. Kassasiya şikayəti vaxtında ver ilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
62. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş f aktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) di gər kreditorlarına nisbətən üstün qaydada təminat alsın....” “Maddə
295. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “Maddə
317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.... 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
65. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəal arında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.Əsas anlayışlar 1.0.Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: …. 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir; … 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “Maddə 34.İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 4.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecik dirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “Maddə
39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir.... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …”
66. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 63-67) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, həmçinin prosessual no rmaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir.
68. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Bank tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2022-ci il 14 yanvar tarixli qiymətləndirmə hesabatında AVM-2008-ə məxsus olan əmlak kompleksinin bazar dəyəri 825.000, likvid dəyəri isə 750.000 manat göstərilsə də, tərəflər 2012-ci il 30 oktyabr tarixli, 108238-NEDVİJ-474 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi” bağlayarkən ipoteka predmetini 1.526.912 ABŞ dolları məbləğində qiymətləndirmiş, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəylərində ipoteka predmetinə təyin edilmiş likvid qiymətlər isə biri digərindən kəskin fərqlənmir və "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə müvafiq olaraq müəyyən edilm iş likvid qiyməti düzgün olaraq digər rəylərdə müəyyən edilmiş qiymətlərə uyğun olduğu üçün ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilmişdir.
69. Buna görə də apellyasiya məhkəməsi ipoteka predmetinə dair göstərilən qiymətləndirmə hesabatlarına müqayisəli şəkildə qiymət verərək hesab etmişdir ki, ipoteka predmeti olan əmlak kompleksi hərraca çıxarılarkən onun likvid qiyməti "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyinə müvafiq olaraq 1.500.000 manat məbləğində müəyyən edilməlidir və bu nəticə də mülki prosessual qanunvericiliyin ekspert rəyinin son nəticədə məhkəmə tərəfindən qiymətləndirilməli olması barədə müddəalarına uyğundur.
70. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prose ssual hüquq normalarının tələbləri düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 2-2(105)3/2022 saylı qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
72. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
73. İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 yanvar tarixli 22(105)-3/2022 saylı qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədə n saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İlqar Dadaşov Hakimlər: Bəhman Qəribov Bəhram Məmmədli