Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-296/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iddiası ilə bağlı kommersiya işi üzrə QƏRARİ İş № 2-2(102)-296/2025 (Açar sözlər: kredit borcunun qaytarılması tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, zaminlik, müqavilə tələbləri üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikas ı Bakı şəhərində Filialının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 noyabr tarixli 2-2(103)-918/2024 nömrəli qətnaməsindən iddiaçı Pakistan Milli Bankı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 15 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli 145 nömrəli kredit müqaviləsinə əsasən, borcalan Cavabdeh2 MMC-yə bank tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85.000 manat məbləğində kredit verilmişdir.
2. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 110 nömrəli zaminlik müqaviləsinə əsasən, Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
3. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsinə əsasən, Pakistan Milli Bankının Azərbaycan Respu blikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 55 nömrəli kredit müqaviləsi üzrə və həmin müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər nəzərə alınmaqla Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 Qüdrət oğlu tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/3701100/1108 saylı bağ evi Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Daha sonra Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsinə 18 oktyabr 2010-cu il tarixli dəyiş iklik edilməsinə dair Razılaşma bağlanmış və həmin Razılaşmada qeyd edilmişdir ki, 1) Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında 15 iyul 2009-cu il tarixdə 80.000 manat məbləğində kredit verilməsi barədə 24 ay müddətinə 55 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kreditin təminatı olaraq, Cavabdeh4 Qüdrət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157,0 kv.m. yaşayış, 107,2 kv.m. köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evi və 1.000 kv.m. torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, (seriya N 0175164) (xx.xx.2009-cu il tarixli qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********51-1130 1). Həmin ipoteka müqaviləsi 15 iyul 2009-cu il tarixdə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən ipotekanın qeydiyyatına dair 28 iyul 2009-cu il tarixdə MH seriyalı ******* saylı çıxarış verilmişdir. 2) Cavabdeh2 MMC tərəfindən 15 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmiş və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında 18 oktyabr 2010-cu il tarixində 85.000 manat məbləğinə 36 ay müddətinə yeni kredit verilməsinə dair müqavilə imzalanmışdır. 3) Hazırkı razılaşma ilə ipoteka saxlayan və ipoteka qoyan razılığa gəlirlər ki, tərəflər arasında bağlanmış 15 iyul 2009-cu il tarixli 17 s aylı ipoteka müqaviləsinin müddəti Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 145 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunması tarixinə qədər uzadılır. 4) Bu razılaşma dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 5) Bu razılaşma 5 nüsxə tərtib olunur. Onlardan biri ipoteka qoyanda, biri ipoteka saxlayanda, biri borcalanda, biri müqaviləni təsdiq edən müvafiq notariat orqanında və biri isə ipotekanı qeydiyyata alan dövlət orqanında qalır. 6) İpoteka qoyan öhdəlik götürür ki, ipoteka qoyulmuş əmlakın sığorta müqaviləsinin müddəti bitdikdən sonra həmin əmlakın 36 ay müddətinə yenidən sığortalanmasını təmin edəcəkdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m. yaşayış, 107,2 kv.m. köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 Qüdrət oğlunun adına xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 3231 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi: **********).
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmış və MA seriyalı ******* nömrəli çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evi Cavabdeh2 MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. 7. 5 yanvar 2022-ci il tarixli 247 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı tərəfindən ipoteka qoyan Cavabdeh4 Qüdrət oğluna müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və 7 yanvar 2022-ci il tarixində həmin idarədə qeydə alınmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
9. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı tərəfindən ipoteka qoyan Cavab deh4 Qüdrət oğluna ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, 247 nömrəli bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2022-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. 10. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş əsas kredit borcu 43.594,88 manat, faiz borcu 43.022,73 manat olmaqla, cəmi 86.617,61 manat məbləğində borcu vardır. 11. xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən, Cavab deh2 MMC tərəfindən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına 3.000 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. 12. xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən, Cavabdeh2 MMC tərəfindən Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına 1.000 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir.
13. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22(103)-918/2024 nömrəli, 13 mart 2025-ci il tarixli qərardadı ilə, iş üzrə iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının, Pakistan Milli Bankı ilə prosessual hüquqi varis qismində əvəz edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
14. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı (hazırda hüquqi varisi - “Pakistan Milli Bankı”, bundan sonra – iddiaçı, yaxud Bank) cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna (bundan sonra cavabdehlər, MMC, “Cavabdeh4) qarşı 4 may 2022-ci il tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcu olmaqla, cəmi 86.617,61 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiyaya dair xərcin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 xüsusi mülkiyyətində olan (çıxarış: Seriya MH, №0175164 27 fevral 2009-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51- 11301 qeydiyyata alınmışdır) Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m. yaşayış, 107,2 kv.m. köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və tutma İpoteka Predemtinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesa b edilməsi, onların həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli 145 saylı kredit müqaviləsi çərçivəsində MD-yə 85.000 manat, illik 20% dərəcəsi ilə 36 aylıq müddətə kredit verilmişdir. Həmin müqavilə üzrə borcalanın bank qarşısında olan öhdəliklərinin təminatı kimi X4 ipotekaya qoyulmuş, bu barədə Cavabdeh4 ilə iddiaçı arasında 15 iyul 2009-cu il tarixli 17 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair 18 oktyabr 2010-cu il tarixli razılaşma imzalanmış və müqavilə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda müva fiq qaydada rəsmiləşdirilmişdir. Bununla əlaqədar ipoteka hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MA №0130586, qeydiyyat tarixi 20 oktyabr 2010-cu il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı” haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 3231 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 18 oktyabr 2010-cu il tarixli 110 saylı zaminlik müqaviləsinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin borcalan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh3 MMC Cavabdeh2 MMC-yə zamin duraraq banka 12 avqust 2010-cu il tarixli qaranti məktubu vermişdir ki, Cavabdeh3 MMC borcalan ilə birlikdə məsuliyyət daşıyacaqdır. Kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə tələblər borcalan və zaminlər tərəfindən pozulmuş, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. 10 yanvar 2022-ci il tarixinə borcalan Cavabdeh2 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya 43.594,88 manat əsas, 43.022,73 manat faiz olmaqla, cəmi 86.617,61 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır. İddiaçı tərəfindən Mediasiya Şurasına müraciət olunm uş, mediator təyin edilmişdir. 22 dekabr 2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında cavabdehlərin 10 gün əvvəlcədən sms və məktub vasitəsilə məlumatlandırılmasına baxmayaraq, iştirak etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən 400 manat mediasiya xərci ödənilmiş, mediator tərəfindən 22 dekabr 2021-ci il tarixli A-018/2021 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayış təqdim edilmişdir.
16. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək iddiaçının xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcu olmaqla, cəmi 86.617,61 manat məbləğində borcun, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18.662,19 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43.594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m. yaşayış, 107,2 kv.m. köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipotek a predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, tutma Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 kv.m. yaşayış, 107,2 kv.m. köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh4 və digərlərinə qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsini 13 ildən sonra irəli sürməsini, mövcud vəziyyətdə müqavilə öhdəlikləri üzrə 3 illik iddia müddətinin müəyyən edilməsini və iddiaçı tərəfindən nəzərdə tutulmuş iddia müddətinin buraxıldığını qeyd edərək, həmin halları nəzərə alaraq 2-2(113)2627/2022 saylı kommersiya mübahisəsi üzrə iddiaçı tərəfindən verilmiş iddiaya iddia müddətinin keçməsini tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Məhkəmə tərəfindən təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekspertiza üzrə "xxxx" MMC-nin 4 avqust 2022-ci il t arixli ƏEM/A 17-537/22 nömrəli rəyindən müəyyən olunmuşdur ki, ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin xx.xx.2022-ci il tarixə likvid dəyəri 118.000 manat, bazar dəyəri 131.000 manat müəyyən edilmişdir.
19. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2022-ci il tarixli 9/4989 nömrəli rəyinin məzmunundan görünür ki, Cavabdeh2 MMC-nin krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 18 oktyabr 2010-cu il tarixli 145 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 MMC-nin 18 oktiabr 2013-cü il tarixinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) banka olan əsas və faiz borcu ümumilikdə 62.697,09 manat məbləğində müəyyən edilmişdir (o cümlədən əsas borc üzrə 43.559,15 manat, faiz borcu üzrə 19.137,95 manat). Tədqiqat zamanı müəyyən olunanlara görə, Cavabdeh2 MMC tərəfindən 18 oktyabr 2013-cü il tarixindən sonrakı dövrdə ümumilikdə 4.000 manat ödəniş aparılmışdır ki, həmin ödəniş faiz borcundan silinir. Belə olan halda 18 oktyabr 2010-cu il tarixli 145 nömrəli kredit müqaviləsi üzrə 13 oktyabr 2013-cü il tarixindən 4 may 2022-ci il tarixinədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, MMC-nin iddiaçıya olan borcu: 5 yanvar 2022-ci il tarixinə əsas kredit borcu 43.559,15 manat, faiz borcu 33.027,44 manat; 4 may 2022-ci il tarixinə əsas kredit borcu 43.559,15 manat, faiz borcu 33.747,38 manat müəyyən olunmuşdur.
20. Bakı Kommersiya Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2-2(113)-78/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim – Zeynəb Axundova) iddia tələbi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat pulun tutularaq ləğv prosesində olan iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMCnin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
21. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 18 oktyabr 2010-cu il tarixli 145 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh4 və Cavabdeh2 MMC arasında 15 iyul 2009-cu il tarixli 17 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən iddiaçı ilə MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli 55 nömrəli kredit müqaviləsi üzrə və həmin müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər nəzərə alınmaqla MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan İpoteka Pr edmeti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra iddiaçı ilə Cavabdeh4 və MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli 17 nömrəli ipoteka müqaviləsinə 18 oktyabr 2010-cu il tarixli dəyişiklik edilməsinə dair Razılaşma imzalanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında 18 oktyabr 2010-cu il tarixli 110 nömrəli zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən iddiaçı ilə MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli 145 nömrəli kredit müqaviləsi üzrə MMCnin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
22. Məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 43.594,88 manat əsas borc, 43.022,73 manat faiz borcunun tutulması hissəsində, qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədiklərini (borcalan və zamin), belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.
23. Məhkəmə həmçinin, iddia tələbinin digər hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 13 oktyabr 2013-cü il tarixindən 4 may 2022-ci il tarixinədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18.662,19 manat faiz borcunun, 4 may 2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43.594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin tutulması hissəsi ilə bağlı, qanunvericilik normaları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı icranı gecikdirmiş cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haq lıdır və iddia həmin hissədə qismən təmin edilərək, 18 oktyabr 2010-cu il tarixli 145 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış 14.609,43 manat məbləğ cavabdehlər MMC və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə qeyri-müəyyən olduğundan təmin olunmamalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, müqavilə müddəti bitdikdən sonra 4 may 2022ci il tarixinədək 5% ilə hesablanmış faiz borcu 14.609,43 manat (33.747,38 manat – 19.137,95 manat = 14.609,43 manat) təşkil edir.
24. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 müştərək qaydada tutulmasına münasibətdə qeyd etmişdir ki, sözügedən şəxslər iddia tələbinin borcun tutulması hissəsində iddiaçı tərəfindən cavabdeh qismində qoyulsa da, iş mater iallarından Cavabdeh3 MMC və Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında zamin və ya hər hansı qisimdə birgə məsuliyyət daşımaq barədə öz üzərlərinə hər hansı məsuliyyətin götürülməsi müəyyən edilməmişdir. Cavabdeh4 yalnız 18 oktyabr 2010-cu il tarixli 145 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ona məxsus olan əmlakı bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçının istinad etdiyi, yuxarıda qeyd olunan məktub isə Cavabdeh3 MMC-dən hazırkı pul məbləğinin tutulmasının qət edilməsi üçün əsas ola bilməz.
25. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən ed ilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, tutma 15 iyul 2009-cu il tarixli 17 nömrəli ipoteka müqaviləsi və həmin ipoteka müqaviləsinə 18 oktyabr 2010-cu il tarixli dəyişiklik edilməsinə dair Razılaşmaya əsasən İpoteka Predmetinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ müvafiq olaraq Cavabdeh4 qaytarılmalıdır.
26. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəydən müəyyən olunmuşdur ki, İpoteka Predmetinin likvid dəyəri 118.000 manat təşkil edir. Belə olan halda, İpoteka Predmetinin ilkin satış qiyməti 118.000 manat məbləğində müəyyən edilməlidir.
27. Məhkəmə, iddia tələbinin tutma İpoteka Predmetinə yönəldikdən və həmin əmlak satıldı qdan 1 ay sonra Cavabdeh4 və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, İpoteka Predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılmalı, əmlak boşaldılaraq təhvil verilməli, qalan hissədə isə təmin olunmamalıdır.
28. İddianın ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ipoteka qoyanın ipoteka qoyulmuş əmlak açıq hərracda satılanadək borcu ödəmək, eyni zamanda açıq hərracda ipot eka predmetini əldə etmək hüququ olduğundan, digər tərəfdən, ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq alğı-satqı rəsmiləşdirilənədək həmin əmlak üzrə mülkiyyət hüququ ipoteka qoyana məxsus olduğundan hazırkı mərhələdə məhkəmə qətnaməsi ilə ipoteka qoyanın istifadə hüquqlarının itirilmiş hesab edilməsi onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyanın, eləcə də kimliyi məlum olmayan digər şəxslərin ipoteka predmeti olan daşınmaz əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddia rədd edilməlidir.
29. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə 18 oktyabr 2010-cu il tarixində bağlansa da, Cavabdeh2 MMC tərəfindən 2 4 aprel 2021-ci il tarixində 3.000 manat, 25 iyun 2021-ci il tarixində isə 1.000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı 4 may 2022-ci il tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan müəyyən olunmuşdur ki, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Bunlardan biri kimi borcun qismən ödənilməsi təşkil edir. Cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, 25 iyun 2021-ci il tarixində iddiaçının hesabına ö dənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilir. Ona görə də hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.
30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 372.1, 373.1, 373.2, 374.1, 374.2, 375.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 470, 472 və 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 39.3, 41.1 və 59.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli 2018-ci il 28 noyabr tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
31. Qətnamədən Cavabdeh4 nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka qoyan Cavabdeh4 aid olan hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixli 145 saylı kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixində bitir və həmin tarixə də iddia müddəti buraxılmış hesab edilir. Birinci instansiya məhkəməsində iddia müddətinin buraxılması barədə vəsatətlə məhkəməyə müraciət olunmuş, məhkəmə isə Mülki Məcəllənin 373.3-cümaddəsinin tələblərinə əsasən iddia müddətinin üç il olmasına münasibət bildirməmiş və düzgün h üquqi qiymət verməmişdir. Bundan əlavə, xəstə olmağı barədə məhkəməyə teleqram vurularaq onun iştirakının təmin edilməsi üçün məhkəmənin başqa vaxta təxirə saslınması xahiş edilmişdir. Lakin məhkəmə bu teleqramı da nəzərə almamış və nəticədə də iş hərtərəfli obyektiv və tam araşdırılmamışdır. Bundan əlavə ipoteka müqaviləsinə xitam veriməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə bunu da nəzərə almamış və münasibət bildirməmişdir. Həmçinin ipoteka predmetinin qiymətinin 2023-cü il üçün yüksək olduğunu nəzərə alınaraq, əmlakın və torpağın qiymətləndirilməsi məqsədi ilə ekspertiza keçirilmiş, lakin ekspertizanın rəyi əmlakın dəyərlədirilməsi hissəsində qeyri-realdır. Hal-hazırda torpağın və əmlakın dəyəri dəfələrlə xeyli yüksəkdir. Bundan əlavə məhkəmədə kredit götürən ”Meri-Dian” MMC-nin götürdüyü kreditin hansı hissəsinin ödədiyini, əsas və faiz borcu dəqiq müəyyən edilməmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2-2(103)-545/2023 nömrəli, 8 iyun 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər– Raqub Qurbanov (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat mü əyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi” hissəsində ləğv olunmuş və həmin hissədə iddia rədd edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilib və kreditdən istifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə başa çatır. Hazırkı iddia ərizəsi isə 04 may 2022-ci il tarixdə, yəni 18 oktyabr 2013-cü il tarixdən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir. Halbuki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildi r. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında isə müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehin 18 oktyabr 2013-cü il tarixdən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 3.000 manat və xx.xx.2021-ci il tarixdə 1.000 manat məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənilməsi isə birinci instansiya məhkəməsinin istinad etdiyi kimi Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən iddia müddətinin axımının kəsilməsi hallarına aid edilə bilməz. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. Mülki Məcəllənin 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.
36. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar təqdim edilməmiş və Cavabdeh4 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Sonuncu ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh4 borcalan deyil, ipoteka qoyan olsa da, iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 323-1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir.
37. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsində borcalan tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə, habelə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də, hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırkı apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbində qiymət verilməsi kimi qiymətl əndirilməməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi hazırkı apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir.
38. Qeyd olunan halları və Mülki Məcəllənin 376 və 375.2-cı maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 375.2ci maddəsinə görə isə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi i ddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 323-1, 373.2, 375.2, 376, 379.1, 380.1 və 383-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 77.1, 372.6, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
40. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin eiməyən hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən birinci inst ansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməmiş, həmçinin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Kredit müqaviləsi “borc verən” (hazırkı halda İddiaçı bank) və “borc alan” (Cavabdeh2 MMC) arasında bağlanmışdır və ipoteka qoyan Cavabdeh4 kredit müqaviləsinin tərəfi deyil. İddia müddəti kreditin qaytarılmasının tələb edilməsi hüququ ilə bağlıdır və istənilən halda, bu müqavilədən irəli gələn münasibətlərin subyekti Cavabdeh4 ola bilməz. Belə olan halda, kredit müqaviləsinin tərəfi olmayan şəxsin həmin müqavilədən irəli gələn mübahisə - kreditin qaytarılmasının tələb edilməsi üzrə Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulan “mübahisə tərəfi” hesab edilmədiyi aşkardır. Cavabdeh4 isə yalnız ipoteka müqaviləsinin tərəfidir və yalnız özünün tərəf oldu ğu ipoteka müqaviləsindən irəli gələn hüquq və öhdəliklərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilər. Digər tərəfdən, öhdəlik hüququna aid olan kredit müqaviləsindən fərqli olaraq, ipoteka hüququ məhdud əşya hüququ olmaqla hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Qeyd edilən müddəa Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən 11 fevral 2022-ci il tarixli Qərarında da təsbit edilmişdir: “girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.” Göründüyü kimi, ipoteka qoyan məhdud əşya hüququ ilə yüklü etdiyi əmlak hüquqları barədə hər hansı iddia müddətinin ötürülməsi barədə tələb irəli sürə bilməz və bu barədə MM-in 375.2-ci maddəsində nəzərdə tutulmuş ərizə verə bilməzdi. Bu ndan əlavə, yalnız borc verənlə borc alanın kredit müqaviləsi üzrə münasibətlərindən yaranan faktlarla iradəvi münasibət bildirilməsi də həmin iki subyektə ki, hazırkı işdə iddia bilavasitə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə deyil, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı olmuşdur. Yəni, ilk növbədə məhkəmə borcun tutulmalı olması məsələsini həll etdikdən sonra tələbin ipoteka predmetinə yönəldilməsi məsələsini həll edir. Birinci məsələ - borcun ödənilməsi ilə bağlı öhdəliklərin icrası vəziyyəti və s. məsələlər borc verənlə borc alanan dəlillərinə və təqdim etdikləri sübutlara əsasən həll edildiyindən, ipoteka qoyanın tərəf olmadığı müqavilə üzrə iddia müddətinin tətbiqinə dair ərizə verməsi və həmin ərizə əsasında iddia müddətinin tətbiq edilərək, id dia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsindən belə çıxır ki, borclunun hüquqlarına aid olan məsələ onun iradəsi olmadan (iddia müddətinin tətbiqinə dair ərizə verilmədən, həmçinin borcun tutulmasını qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədən) həll edilmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olmaqla yanaşı həm də daxilən ziddiyyətlidir və hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Belə ki, cavabdeh borcludan kredit borcunun, faizlərin və s. tutulması hissəsində qətnamə qüvvədədir ki, bu da həmin tələb üzrə iddia müddətinin tətbiq edilmədiyinə dəlalət edir. Əks təqdirdə, iddia müddəti tətbiq olunmuş tələb təmin edilə bilməzdi. İpoteka qoyanın apellyasiya şikayətinin təmin olunaraq, iddianın ipoteka predmetinə tələb yönəldilməsi hissəsinin rədd edilməsi isə məhz iddia müddətinin tətbiqi ilə əsaslandırılır. Bundan əlavə, Mülki Məcəllənin 323-1-ci maddəsinə istinad etməklə həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqinin əsaslandırılması da düzgün hesab edilə bilməz. Belə ki, 323-1-ci maddə əmlakın mülkiyyətçisinin ipoteka saxlayana qarşı “qarşılıqlı tələbini”, xüsusi olaraq isə “pul öhdəliklərinin əvəzləşdirilməsi” və “tələbdən şikayətin verilməsi” ilə bağlı qarşılıqlı tələbi ehtiva edir. İddia müddətinin tətbiqinə dair ərizə isə qarşılıqlı tələb hesab edilə bilməz. MMC tərəfindən 22 aprel 2021-ci il tarixində 3.000 manat və 25 iyun 2021-ci il tarixində 1.000 manat məbləğində pul vəsaiti iddi açının hesabına ödənilmişdir. Göründüyü kimi, hazırkı halda Mülki Məcəllənin 380-ci maddəsində nəzərdə tutulmuş hal baş vermişdir. Apellyasiya məhkəməsi isə həmin normaya genişləndirici şərh verməklə, hesab etmişdir ki, MM-in 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır. Mülki Məcəllənin 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir. Məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya d igər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Lakin məhkəmə, Mülki Məcəllənin 383-cü maddəsinin həmin Məcəllənin 380-ci maddəsinin tətbiqi üçün hansı əsası yaratdığına və ümumiyyətlə, həmin maddə ilə əlaqələndirilməsinə aydınlıq gətirməmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2018-ci il 28 noyabr tarixli qərarındakı hüquqi mövqeyə görə: “Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki q anunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; -əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.” Məhkəmə nəzərə almamışdır ki, öhdəliyin icrası üçün müəyyən edilmiş müddətin keçməsi özü-özlüyündə həmin öhdəliyin xitamına səbəb olmur. Hazırkı işdə cavabdeh üç illik iddia müddətindən sonra da, yəni, xitam verilməmiş öhdəliyini qismən də olsa yerinə yetirməkdə davam etmiş, başqa sözlə desək, iradəvi xarakterli hərəkət edərək borcun qismən ödənilməsini həyata keçirmişdir. Əgər nəzərə alınsa ki, iddia müddətinin tətbiqi yalnız tərəfin verdiyi ərizə əsasında məhkəmə tərəfindən tətbiq edilə bilər və həmin müddət kəsiyində iddia müddətinin ötürülüb-ötürülməməsi barədə ümumiyyətlə mübahisə yaranmamışdı, əksinə, borclu bu müddətdən sonra da öhdəliyin icrasına yönəlmiş hərəkətlər etmişdi, onda məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. MPM-in 217.3-cü maddəsi üzrə - Kassasiya şikayətində verilən əsaslandırmadan da göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı bankla aksessor öhdəlikdən irəli gələn tələb üzrə cavabdehin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məlumdur ki, ipoteka müqaviləs i müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Hazırkı halda, əsas öhdəliyə xitam verilməmişdir, əsas öhdəlik üzrə iddiaçı banka münasibətdə müqavilənin qarşı tərəfi yalnız borcalan Cavabdeh2 MMC-dir, onun tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir və bor cun tutulmasına (əsas öhdəliyin icrasına məcbur edilməyə) dair birinci instansiya məhkəməsinin qətnaməsindən də şikayət verilməmişdir. Belə olan halda, mübahisənin hazırda şikayət verilən qətnamədə göstərilən qaydada həll edilməsi, həmçinin MPM-in 217.3-cü maddəsinin də tələblərinə uyğun deyildir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22(102)-556/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər – Bəhram Məmmədli (məruzəçi), Bəhman Qəribov və Elşad Şamayev) iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
43. Kassasiya məhkəməsi qeyd etmişdir ki, əgər əsas tələblər üzrə iddia müddəti ötürülmüşdürsə və məhkəmə Mülk i Məcəllənin 375.2-ci maddəsinə uyğun olaraq, cavabdehin müvafiq ərizəsinə əsasən həmin əsas tələblər üzrə iddia müddətini tətbiq edərək bu iddia tələblərini rədd etmişdirsə, Mülki Məcəllənin 376-cı maddəsinə uyğun olaraq, sözügedən tələblərin təminatına dair tələblər, yəni aksessor tələblər üzrə də iddia müddəti ötürülmüş hesab olunur. Əks halda, yəni əgər əsas tələblər üzrə məhkəmə cavabdehin müvafiq ərizəsi əsasında iddia müddətini tətbiq edərək bu iddia tələblərini rədd etməmişdirsə, sözügedən tələblərin təminatına dair tələblər, yəni aksessor tələblər (girov və s.) üzrə də iddia müddəti ötürülmüş hesab oluna bilməz. Baxılan işdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə baxmayaraq, məhkəmə həmin instansiyada işə baxılmanın hədlərinə dair MPM-nin 372.6-cı maddəsinin tələblərini (bax bu qərarın 64-cü bəndinə) pozaraq, qətnaməni həm də kredit borcunun tutulması hissəsində də yoxlamış, həmin hissədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək, aksessor tələb olan ipoteka predmetinə tutma yönədilməsi hissəsində iddia müddətini tətbiq etmişdir. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın əsas borc və faiz borcunun təmin edilməsi hissəsindən apellyasiya şikayəti verilmədiyindən, qətnamə həmin hissədə qanuni qüvvəyə minmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin iddianın əsas borc və faiz borcunun tutulması hissəsində iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi, qətnamənin qanuni qüvvəyə minən hissəsi ilə uyğunluq təşkil etməmiş, MPM-nin 233-cü maddəsinin tələbləri pozulmuşdur.
44. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bundan əlavə, Cavabdeh4 apellyasiya şikayətində tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən başqa, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillər də gətirmiş, lakin apellyasiya məhkəməsi öz qətnaməsində həmin dəlillər üzrə heç bir hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-160/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “tutmanın ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/3701100/1108 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, Cavabdeh4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin ilkin satış qiymətinin 118.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə tutma y önəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi, cavabdehin ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur.
46. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd etmişdir ki, qətnamədən, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilib və kreditdən istifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə başa çatmışdır. İddia ərizəsi isə 04 may 2022-ci il tarixdə, yəni 18 oktyabr 2013-cü il tarixdən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir.
47. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə baxmayaraq, qətnamə kredit borcunun tutulması hissəsində yoxlanmayaraq aksessor tələb olan ipoteka predmetinə tutma yönədilməsi hissəsində iddia müddəti tətbiq edilməlidir.
48. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddianın əsas borc və faiz borcunun təmin edilməsi hissəsindən apellyasiya şikayəti verilməməsinə baxmayaraq, qətnamə həmin hissədə hələ qanuni qüvvəsini almamışdır. Çünki qətnamənin ümumilikdə qanuni qüvvəsinin alması hazırkı t utmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsinə verilən hüquqi qiymətdən asılıdır.
49. Məhkəmə kollegiyası tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilməsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında isə müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başq a hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etsə də, eyni zamanda cavabdehin 18 oktyabr 2013-cü il tarixdən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir.
50. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Cavabdeh4 borcalan deyil, ipoteka qoyan olsa da, onun iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququ Mülki Məcəllənin 323-1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, göstərilən normaya əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edi lmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir. Eyni zamanda, kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində borcalan tərəfindən nə iddia müddətinin tətbiq edilməsi barədə ərizə, nə də qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir.
51. Buna görə məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda kredit müqaviləsi üz rə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırkı apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbinə qiymət verilməsi kimi qiymətləndirilməməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi hazırkı apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir.
52. Məhkəmə kollegiyası Cavabdeh4 apellyasiya şikayətinin tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə dair kassasiya instansiyası məhkəməsinin göstərişi ilə bağlı qeyd etmişdir ki, işin yuxarıda qeyd olunan halları və Mülki Məcəllənin 376 və 375.2-cı maddələrinin tələblərini nəzərə alaraq tutmanın ipoteka predmetinə yönə ldilməsi tələbinə aid hissədə iddia rədd olunduğu üçün apellyatorun digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə zərurət yoxdur. Belə ki, Cavabdeh4 apellyasiya şikayətində qətnamənin ipoteka qoyan kimi özünə aid olan hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul ediliməsini xahiş etmişdir ki, tələbin ona aid hissəsinə də iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Cavabdeh4 tələbi də məhz buna yönəlmişdir.
53. Digər göstərişlərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsinin dispozisiya şərtlərinə görə məhkəmə qətnaməsi ondan şikayət verilmədiyi halda qanuni qüvvəyə minir. Qətnamənin qismən mübahisələndirilməsi isə mübahisələndirilməyən hissənin qanuni qüvvəyə minməsi anlamına gəlmir. Belə ki, Mülki Pro sessual Məcəllədə belə qayda müəyyən edilməmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsindən müəyyən edilir ki, qətnamənin əsaslılığı qismən mübahisələndirdiyi halda belə, apellyasiya instansiyası məhkəməsi mübahisənin predmetini bölünməz hesab edərək qətnamənin əsaslığını tam yoxlaya bilər. Həmçinin, Mülki Prosessual Məcəllənin 387.2-ci maddəsində müəyyən edilən prosessual normaların kobud pozulması hallarında da şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam ləğv edilir. Qeyd olunan maddələr bir daha təsdiq edir ki, qətnamənin qismən mübahisələndirilməsi mübahisələndirilməyən hissənin qanuni qüvvəyə minməsi ilə nəticələnmir.
54. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 323-1, 373.2, 375.2, 376, 377.2, 380.1 və 383 -cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 218.1, 233.1, 384.0.2, 385.1.1, 385.1.2, 405, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
55. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin eiməyən hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 375.2-ci maddəsi üzrə - məhkəmə nəzərə almamışdır ki, öhd əliyin icrası üçün müəyyən edilmiş müddətin keçməsi özü-özlüyündə həmin öhdəliyin xitamına səbəb olmur. Hazırkı işdə cavabdeh üç illik iddia müddətindən sonra da, yəni xitam verilməmiş öhdəliyini qismən də olsa yerinə yetirməkdə davam etmiş, başqa sözlə, iradəvi xarakterli hərəkət edərək borcun qismən ödənilməsini həyata keçirmişdir. Nəzərə alınsa ki, iddia müddətinin tətbiqi yalnız tərəfin verdiyi ərizə əsasında məhkəmə tərəfindən tətbiq edilə bilər və həmin müddət kəsiyində iddia müddətinin ötürülüb-ötürülməməsi barədə ümumiyyətlə mübahisə yaranmamışdır, əksinə borclu bu müddətdən sonra da öhdəliyin icrasına yönəlmiş hərəkətlər etmişdir. İş materiallarından da göründüyü kimi, borcalan tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməmiş, həm çinin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Kredit müqaviləsi “borcverən” (hazırkı halda iddiaçı) və "xxxx" (cavabdeh MMC) arasında bağlanmışdır və ipoteka qoyan Cavabdeh4 kredit müqaviləsinin tərəfi deyil. Mülki Məcəllənin 380-ci maddəsi üzrə - cavabdeh MMC tərəfindən 2021-ci il 22 aprel tarixində 3.000 manat və 25 iyun 2021-ci il tarixində 1.000 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Göründüyü kimi, hazırkı halda Mülki Məcəllənin 380-ci maddəsində nəzərdə tutulmuş hal baş vermişdir və məhkəmənin iddiaçı tərəfindən bunu təsdiq edən sübutların təqdim edilməməsini bildirməsi hüquqi nöqteyi-nəzərdən qəbuledilməzdir. O cümlədən, apellyasiya məhkəməsi qərarında Mülki Məcəllənin 380 və 383-cü maddələrini qeyd etsə də, mövqeyini əsaslandırarkən bu normalara mür aciət etməmişdir. Halbuki, məhkəmə bu müddəaları işin halları ilə qarşılıqlı şəkildə təhlil etməli və müvafiq məqamlara aydınlıq gətirməli idi. Mülki Məcəllənin 389.1 və 399.1-ci maddələri üzrə - iddia müddəti kreditin qaytarılmasının tələb edilməsi hüququ ilə bağlıdır və istənilən halda bu müqavilədən irəli gələn münasibətlərin subyekti Cavabdeh4 ola bilməz. Belə olan halda, kredit müqaviləsinin tərəfi olmayan şəxsin həmin müqavilədən irəli gələn mübahisə - kreditin qaytarılmasının tələb edilməsi üzrə Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulan “mübahisə tərəfi” hesab edilmədiyi aşkardır. Cavabdeh4 yalnız ipoteka müqaviləsinin tərəfidir və yalnız özünün tərəf olduğu ipoteka müqaviləsindən irəli gələn hüquq və öhdəliklərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hüquqlardan istifa də edə bilər. Digər tərəfdən, öhdəlik hüququna aid olan kredit müqaviləsindən fərqli olaraq, ipoteka hüququ məhdud əşya hüququ olmaqla hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Qeyd edilən müddəa Konstitusiya Məhkəməsinin 2022-ci il 11 fevral tarixli Qərarında da təsbit edilmişdir: “girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.” Göründüyü kimi, ipoteka qoyan məhdud əşya hüququ ilə yüklü etdiyi əmlak hüquqları barədə hər hansı iddia müddətinin ötürülməsi barədə tələb irəli sürə bilməz və bu barədə Mülki Məcəllənin 375.2ci maddəsində nəzərdə tutulmuş ərizə verə bilməzdi. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı işdə iddia bilavasitə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə deyil, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı olmuşdur. Yəni ilk növbədə məhkəmə borcun tutulmalı olması məsələsini həll etdikdən sonra tələbin ipoteka predmetinə yönəldilməsi məsələsini həll edir. Birinci məsələ borcun ödənilməsi ilə bağlı öhdəliklərin icrası vəziyyəti və s. məsələlər borc verənlə borc alanın dəlillərinə və təqdim etdikləri sübutlara əsasən həll edildiyindən, ipoteka qoyanın tərəf olmadığı müqavilə üzrə iddia müddətinin tətbiqinə dair ərizə verməsi və həmin ərizə əsasında iddia müddətinin tətbiq edilərək, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsindən belə çıxır ki, borclunun hüquqlarına aid olan məsələ onun iradəsi olmadan (iddia müddətinin tətbiqinə dair ərizə ver ilmədən, həmçinin borcun tutulmasını qət etmiş birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədən) həll edilmişdir. Cavabdeh borcludan kredit borcunun, faizlərin və s. tutulması hissəsində qətnamə qüvvədədir ki, bu da həmin tələb üzrə iddia müddətinin tətbiq edilmədiyinə dəlalət edir. Əks təqdirdə, iddia müddəti tətbiq olunmuş tələb təmin edilə bilməzdi. İpoteka qoyanın apellyasiya şikayətinin təmin olunaraq, iddianın ipoteka predmetinə tələb yönəldilməsi hissəsinin rədd edilməsi isə məhz iddia müddətinin tətbiqi ilə əsaslandırılır. Bundan əlavə, Mülki Məcəllənin 323-1ci maddəsinə istinad etməklə həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqinin əsaslandırılması da düzgün hesab edilə bilməz. Belə ki, həmin maddə əmlakın mülkiyyətçisinin ipoteka saxlayana qarşı “qar şılıqlı tələbini”, xüsusi olaraq isə “pul öhdəliklərinin əvəzləşdirilməsi” və “tələbdən şikayətin verilməsi” ilə bağlı qarşılıqlı tələbi ehtiva edir. İddia müddətinin tətbiqinə dair ərizə isə qarşılıqlı tələb hesab edilə bilməz. Şərh edilənlər məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini təsdiq edir. MPM-nin 217.3-cü maddəsi üzrə - apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı bankla aksessor öhdəlikdən irəli gələn tələb üzrə cavabdehin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məlumdur ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Hazırkı halda, əsas öhdəliyə xitam verilməmişdir, əsas öhd əlik üzrə iddiaçı banka münasibətdə müqavilənin qarşı tərəfi yalnız borcalan MMC-dir, onun tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməmişdir və borcun tutulmasına (əsas öhdəliyin icrasına məcbur edilməyə) dair birinci instansiya məhkəməsinin qətnaməsindən də şikayət verilməmişdir. MPM-in 420-ci maddəsi üzrə - işə yenidən baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərə ümumiyyətlə qiymət verməmiş, apellyasiya məhkəməsinin ləğv edilmiş əvvəlki qətnaməsi ilə eynilik təşkil edən qətnamə qəbul edərək, prosessual normanı pozmuşdur.
57. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22(102)-341/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər – Kəmalə Abiyeva (məruzəçi), Mehparə Əhmədova və Vüqar Həsənov) kassasiya ş ikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
58. Kassasiya məhkəməsi qeyd etmişdir ki, işə birinci dəfə baxan apellyasiya məhkəməsi apellyasiyanın hədləri ilə bağlı qətnamənin əsaslığı yalnız “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində yoxlanıldığı göstərilmişdir. Məhkəmə bu hədlər daxilində yoxlama apararkən iddianın ipoteka predmetinə tutma yönəldilməsi (və bununla əlaqəli müvafiq tələblər) hissəsində rədd olunması nəticəsinə gəlmiş və gəldiyi qənaəti iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin ötürülməsi ilə əsaslandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, “birinci instansiya məhkəməsində borcalan tərəfindən iddia müdd ətinin tətbiq edilməsi barədə ərizə, habelə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Ona görə də hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə, hazırkı apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbinə qiymət verilməsi kimi qiymətləndirilməməlidir. Çünki yuxarıda qeyd olunduğu kimi, hazırkı apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarət olmuşdur”.
59. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında bu qətnamənin qanuniliyini və əsaslılığını yoxlayan kassasiya məhkəməsi apellya siya məhkəməsinin müəyyən etdiyi apellyasiya baxışının hədlərindən çıxış edərək qeyd etmişdir ki, məhkəmə həmin instansiyada işə baxılmanın hədlərinə dair MPM-in 372.6-cı maddəsinin tələblərini pozaraq, qətnaməni həm də kredit borcunun tutulması hissəsində də yoxlamış, həmin hissədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək, aksessor tələb olan ipoteka predmetinə tutma yönəldilməsi hissəsində iddia müddətini tətbiq etmişdir.
60. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası da apellyasiya baxışının hədlərini düzgün müəyyən etmədən, əvvəlki apellyasiya icraatının apellyasiya baxışının hədləri və gəldiyi nəticə ilə bağlı mövqeyini təkrarlamaqla, MPM-in 420-ci maddəsinin tələblərini pozaraq kassasiya məhkəməsinin göstərişlərini nəzərə almamışdır.
61. Məhkəmə kollegiyası yux arıda göstərilənləri nəzərə alaraq apellyasiya baxışının hədləri ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh4 apellyasiya şikayətində qətnamənin yalnız “ipoteka predmetinə tutmanın yönəldilməsi” hissəsində ləğv edilməsini deyil, “ipoteka qoyan Cavabdeh4 aid hissədə” ləğv olunmasını xahiş etmişdir. İpoteka qoyana aid hissə dedikdə isə prosessual baxımından qətnamənin onun maraqlarına toxunan bütün hissələri nəzərdə tutulur ki, bu da təkcə ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsi ilə məhdudlaşmır. Belə ki, ipotekanın təminatı olduğu kredit müqaviləsi üzrə borcalandan tutulacaq kredit borcunun məbləği ipoteka predmeti olan əmlaka yönəldiləcək tutmanın miqdarını təşkil etdiyindən, həmin hissənin də ipoteka qoyanın maraqlarına toxunması istisna təşkil etmir. Hazırkı işdə Ca vabdeh4 (ipoteka qoyan) tərəfindən apellyasiya şikayətində məhz həmin hissə ilə də bağlı dəlillər (əsas və faiz borcunun məbləğinin düzgün müəyyən edilməməsi barədə) irəli sürmüşdür.
62. İşə kassasiya qaydasında birinci dəfə baxan məhkəmə kollegiyası da apellyasiya şikayətinin bu dəlillərinə diqqət çəkərək vurğulamışdır ki, Cavabdeh4 apellyasiya şikayətində tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillər də gətirmiş, lakin apellyasiya məhkəməsi öz qətnaməsində həmin dəlillər üzrə də heç bir hüquqi qiymətləndirmə aparmamışdır.
63. İşə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən apellyasiyanın hədlərinin müəyyən edilməsində birinci dəfə yol verilən prosessual pozuntu təkrarlanmış və bir inci instansiya məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində yoxladığını göstərilmiş və bununla belə yoxlamadığını qeyd etdiyi əsas tələbə (kredit borcunun tutulması) aid hissədə iddia müddətinin ötürülməsi qənaətinə gələrək, əlavə tələb kimi ipotekaya tutma yönəldilməsi hissəsində iddia müddətini tətbiq etməklə bu tələbi rədd etmişdir.
64. Yeni apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmaqla, ilk növbədə Cavabdeh4 (ipoteka qoyan) apellyasiya şikayətinin kredit borcunun məbləği ilə bağlı dəlilləri ilə bağlı da qiymətləndirmə aparılmalı, yalnız bundan sonra həmin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirilməlidir.
65. Əsas öhdəliklə bağlı əlavə öhdəlik üzrə iddia müddətinin keçib -keçməməsinin müəyyən edilməsi və iddia müddətinin tətbiqi məsələsinə baxılarkən nəzərə alınmalıdır ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil olunur. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır.
66. Qeyd olunmalıdır ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq i mkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə, tələbin iddia müddəti səbəbindən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır.
67. Qeyd olunanlar ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.
68. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, hüquq sahibi olan cavabdeh (məsələn ipoteka qoyan) iddia müddətini tətbiq etmək hüququndan əsas borcludan asılı olmadan imtina edə bilər. Yaxud əksinə, əsas borclu iddia müddətindən istifadə etməsə belə, ipoteka qoyan bu hüquqdan yararlanmaqda sərbəstdir.
69. Mülki Məcəllənin iddia müddətinin əlavə tələblərə tətbiqi ilə bağlı 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
70. Əsas öhdəlik və ona bağlı əlavə öhdəlik üzrə bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin müəyyən edilməsi bölünməz olsa da, müddətin tətbiqi məsələsi hər cavabdehə münasibə tdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir.
71. MPM-in 135-ci maddəsində nəzərdə tutulmuş prosessual imkanlardan lazımınca istifadə etməmişlər. Belə ki, məhkəmə sənədinin MMC-yə elektron kabinet və ya poçt göndərişi vasitəsilə çatdırılmasının təmin edilməsi mümkün olmadığı halda, məhkəmələr qeyd olunan maddənin 1-ci hissəsində göstərilmiş prosessual imkandan istifadə edərək, prosesdə iştirakının təmin olunması məqsədilə məhkəmə bildirişinin ona çatdırılmasını eyni tələbin cavabdehləri olduqları və onun iddiaçı qarşısında öhdəliyinə təminat vermiş prosesdə iştirak edən digər Cavabdeh4 (ipoteka qoyan) həvalə edə bilərdi. Lakin məhkəmələr bu imkandan istifadə etməyərək, işə həmin cavabdehin iştirakı olmadan baxmış, bununla da qeyd olunan prosessual tələblərinə də əməl olunmamışdır. 7
2. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər (MPM-in 135.1-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:
73. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etmişlər.
74. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda Cavabdeh1 Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, təqdim etdiyi iddia müddətinin keçməsinin tətbiq edilməsi bar ədə ərizənin nəzərə alınmasını xahiş etmişdir.
75. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-918/2024 nömrəli, 1 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ziya Şirinov (sədrlik edən və məruzəçi), Leyla Əliyeva və Təranə Mahmudova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia rədd edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulun iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, Cavabdeh4 ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi, iddiaçının iddia ərizəsi üçün ödədiyi dövlət rüsumu və mediasiya xərcinin iddiaçının özünə aid olunması qət edilmişdir.
76. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə istinad etməklə, qətnamənin əsaslılığının tam yoxlanılmalı olması qənaətinə gələrək qeyd etmişdir ki, kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
77. Məhkəmə kollegiyası əsas borclunun məlumatlandırılması barədə kassasiya məhkəməsinin məcburi göstərişini yerinə yetirərək əsas borclunun məhkəmə iclasında iştirakını təmin etmişdir. Belə ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda Cavabdeh1 apellyasiya icraatı zamanı iddia müddətinin tətbiq edilməsi ba rədə ərizə vermişdir.
78. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Cavabdeh4 (ipoteka qoyan) iddia müddətinin tətbiq edilməsi barədə ərizəni birinci instansiya məhkəməsinə versə də, məhkəmə əsassız olaraq ərizəni nəzərə almamışdır. Məhkəmə hesab etmişdir ki, 2021-ci il tarixində iki dəfə kredit ödənişi edildiyinə görə iddia müddətinin axımı kəsilmiş və müddət yenidən başlanmışdır. Halbuki etiraf barədə hərəkətlər iddia müddəti bitdikdən sonra edilmişdir. Bu vəziyyətdə iddia müddətinin axımı davam etmədiyindən onun kəsilməsi də mümkün deyil. İddianın etirafı barədə hərəkətlər yalnız iddia müddəti ərzində edildikdə müddətin axımının kəsilməsinə və yenidən başlanmasına səbəb olur. Göründüyü kimi, məhkəmə müvafiq maddi hüquq normalarını səhv təfsir etmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilmiş və kreditdən istifadə müddəti 18 oktiabr 2013-cü il tarixində başa çatmışdır. İddia ərizəsi isə 4 may 2022-ci il tarixində, yəni 18 oktiabr 2013-cü il tarixindən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir. İşdən görünür ki, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi, eyni zamanda Cavabdeh1, Cavabdeh4 iddia müddətinin keçməsini əsas götürməklə iddia tələblərinin rədd olunmasını xahiş etmişlər.
79. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuş və Cavabdeh3 MMC istisna olmaqla, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh4 iddiaçının hüququnu pozmuşdur.
80. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, əsas tələb (kred it borcu, faizlər) üzrə iddia müddəti keçdiyindən, aksessor tələb (ipoteka predmetinə tutmanın yönəldilməsi) üzrə də iddia müddəti keçmişdir. Odur ki, kollegiya cavabdehlərin ərizələrinin nəzərə alınması və əsas və əlavə tələblər üzrə iddia müddətinin tətbiq edilməsi, beləliklə qeyd olunan əsasla iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlmişdir.
81. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı iddia müddətinin ötürülməsindən əlavə, digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə dair kassasiya instansiyası məhkəməsinin göstərişi ilə bağlı qeyd etmişdir ki, işin yuxarıda qeyd olunan halları və Mülki Məcəllənin 376 və 375.2-cı maddələrinin tələblərini nəzərə alaraq iddia tələbləri rədd olun duğu üçün apellyatorun digər maddi və prosessual hüquq pozuntularına dair dəlillərinə qiymət verilməsinə zərurət yoxdur.
82. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 375.2, 376, 377.1, 377.2, 372.1, 377.2, 379.1.1, 380 və 383-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
83. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
84. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 372.1 (Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqelərlə birlikdə götürülməklə) və 380-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasına dair qəbul etdiyi qətnamənin əsaslandırılması üçün həm əsas borclunun, həm də ipoteka qoyanın iddia müddətinin tətbiqinə dair verdikləri ərizəyə istinad etmişdir. Bu səbəbdən hər iki cavabdehin ərizəsinə ayrılıqda münasibət bildirilməsinə zərurət vardır. Əsas tələb üzrə borclu (kredit alan) Cavabdeh2 MMC-nin ərizəsinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 MMC tərəfindən apellyasiya şikayəti verilməmişdir və ona münasibətdə qətnamə qanuni qüvvəyə minmiş h esab olunmalıdır (MPM-in 233.1-ci maddəsinə əsasən).
85. Yalnız işə ikinci dəfə apellyasiya qayasında baxılan zaman “iştirakı təmin edilmiş”, əslində isə apellyasiya şikayəti verməmiş və ona münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh2 MMC tərəfindən “iddia müddətinin tətbiqinə dair” verilmiş ərizənin məhkəmə tərəfindən qəbul olunaraq təmin edilməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. 86. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli qərarındakı hüquqi mövqelərdən aydın görünür ki, iddia müddəti konkret borclunun konkret t ələb üzrə müdafiə vasitəsi kimi müəyyən edilir.
87. Apellyasiya şikayəti verməmiş, yəni birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş Cavabdeh2 MMC tərəfindən hansı əsasla və statusda apellyasiya icraatı zamanı konkret tələb üzrə müdafiə vasitəsi kimi “iddia müddətinin tətbiqinə” dair verilmiş ərizənin təmin olunması anlaşılmazdır.
88. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, “hüquqi şəxs..... öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan” şəxs kimi müəyyən edilir. İddiaçı bankla Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsi üzrə tərəf kimi konkret hüquqi şəxs - Cavabdeh2 MMC çıxış edir. Belə olan halda iddianın kredit borcunun tutulması tələbinə cavab ver məli olan hüquqi şəxsin həmin tələbə qarşı maddi (iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsində ərizə verilməsi) və prosessual (apellyasiya şikayəti verilməsi) müdafiə vasitələrinin heç birindən istifadə etməməklə, qəbul olunmuş qətnamə ilə razı olduğunu aşkar nümayiş etdirmiş şəxsin sonradan digər borclunun (ipoteka qoyanın) verdiyi apellyasiya şikayəti üzrə “iştirakı təmin edilərək” iddia müddətinə dair verdiyi ərizənin məhkəmə tərəfindən qəbul edilməsi MM-in 6.1.2.-cı maddəsində təsbit olunmuş “mülki hüquq subyektlərinin iradə sərbəstliyi” prinsipinin də pozulması olmuşdur.
89. Bundan əlavə, apellyasiya məhkəməsi tərəfindən “ipoteka qoyan” Cavabdeh4 iddia müddətinin tətbiqinə dair ərizəsinin təmin edilməsi də tamamilə qanunsuz olmuşdur. Əvvəla, kredit müqaviləsind ən yaranan münasibətlər öhdəlik hüququna aid olsa da, ipotekadan yaranan hüquq məhdud əşya hüququ olmaqla, tənzimlənməsi də mahiyyətcə fərqlidir. 90. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarının 2-ci bəndində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qərara almışdır ki, “MM-in 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.”
91. X3 Məhkəməsinin hüquqi mövqeləri həmçinin ondan ibarət olmuşdur ki, “bununla yanaşı o da göstərilməlidir ki, gir ov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır”.
92. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn ha mılıqla qəbul olunan ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin olunmasına xidmət edir.”
93. Əsas borclu Cavabdeh2 MMC-nin “iddia müddətinin tətbiqinə dair” ərizəsinin təmin edilməsinin qanunsuz olduğu (yəni əsas tələb üzrə iddia müddətinin tətbiq edilə bilmədiyi) nəzərə alınmaqla, aksessor öhdəlik üzrə konkret şəxs - ipoteka qoyan Cavabdeh4 konkret tələb - yəni iddia müddətinə tabe olmayan ipotekaya aid tələb hissəsində iddia müddətinin tətbiqinə dair ərizə verməsi və məhkəmə tərəfindən onun da ərizəsinin təmin olunması ilə nəticələnən qətnamənin qəbul edilməsi əsassız olmuşdur.
94. Hazırkı işdə apellyasiya məhkəməsi iddia müddətinin tətbiq ediləsi barədə c avabdehlərin ərizələrini təmin edərkən, MM-in 380-ci maddəsini də düzgün şərh etməmiş və bununla bağlı qətnaməsində göstərmişdir ki: “...etiraf barədə hərəkətlər iddia müddəti bitdikdən sonra edilmişdir. Bu vəziyyətdə iddia müddətinin axımı davam etmədiyindən onun kəsilməsi də mümkün deyil. İddianın etirafı barədə hərəkətlər yalnız iddia müddəti ərzində edildikdə müddətin axımının kəsilməsinə və yenidən başlanmasına səbəb olur.”
95. Halbuki, iş materiallarından da göründüyü kimi, Cavabdeh2 MMC tərəfindən 2021-ci il 22 aprel tarixində 3.000 manat və 2021-ci il 25 iyun tarixində 1.000 manat pul iddiaçının hesabına ödənilmişdir. Göründüyü kimi, hazırkı halda MM-in 380-ci maddəsində nəzərdə tutulmuş hal baş vermişdir. Apellyasiya Məhkəməsi isə həmin normaya genişləndirici şərh verməklə maddi h üquq normasını düzgün tətbiq etməmişdir. 96. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2018-ci il 28 noyabr tarixli qərarındakı hüquqi mövqeyə görə, “müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.”
97. Məhkəmə nəzərə almamışdır ki, öhdəliyin icrası üçün müəyyən olunmuş müddətin keçməsi özü-özlüyündə həmin öhdəliyin xitamına səbəb olmur. Hazırkı işdə cavabdeh üç illik iddia müddətindən sonra da, yəni xitam verilməmiş öhdəliyini qismən də olsa yerinə yetirməkdə davam etmiş, başqa sözlə iradəvi xarakterli hərəkət edərək borcun qismən ödənilməsini həyata keçirmişdir.
98. Əgər nəzərə alınsa ki, iddia müddətinin tətbiqi yalnız tərəfin verdiyi ərizə əsasında məhkəmə tərəfindən tətbiq edilə bilər və həmin müddət kəsiyində iddia müddətinin ötürülüb-ötürülməməsi barə də ümumiyyətlə mübahisə yaranmamışdı. Əksinə borclu bu müddətdən sonra da öhdəliyin icrasına yönəlmiş hərəkətlər etmişdi, belə halda məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır.
99. MPM-in 217-ci maddəsi üzrə - Qətnamə tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İş materiallarından da göründüyü kimi, kredit müqaviləsi “borc verən” (hazırkı halda iddiaçı) və “borc alan” (Cavabdeh2 MMC) arasında bağlanmışdır və ipoteka qoyan Cavabdeh4 kredit müqaviləsinin tərəfi deyil. MM-in 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Hazırkı işdən görünür ki, iddia müddəti kreditin qaytarılmasının tələb edilməsi hüququ ilə bağlıdır və istənilən halda bu müqavilədən irəli gələn münasibətlərin subyekti Cavabdeh4 ola bilməz. Belə halda kredit müqaviləsinin tərəfi olmayan şəxsin həmin müqavilədən irəli gələn mübahisə - kreditin qaytarılmasının tələb edilməsi üzrə MM-in 375.2-ci maddəsində nəzərdə tutulan “mübahisə tərəfi” hesab edilmədiyi aşkardır.
100. Cavabdeh4 isə yalnız ipoteka müqaviləsinin tərəfidir və yalnız özünün tərəf olduğu ipoteka müqaviləsindən irəli gələn hüquq və öhdəliklərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilər.
101. Kassasiya şikayətinin beşinci bölməsində verilən əsaslandırmadan da göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı bankla aksessor öhdəlikdən irəl i gələn tələb üzrə cavabdehin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.
102. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq əsas müqavilədən asılıdır.
103. Hazırkı halda əsas öhdəliyə xitam verilməmişdir. Əsas öhdəlik üzrə iddiaçı banka münasibətdə müqavilənin qarşı tərəfi yalnız borc alan Cavabdeh2 MMC-dir, onun tərəfindən iddia müddətinin tətbiqinə ərizə verilməmişdir (həmin ərizənin ikinci apellyasiya baxışında verilməsinin qeyri-mümkünlüyü yuxarıda qeyd edilmişdir) və borcun tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsindən də şikayət verilməmişdir. Belə olan halda, mübahisənin hazırda şikayət verilən qətnamədə göstərilən qaydada həll edilməsi, həmçinin MPM-in 217.3-cü maddəsinin də tələblərinə uyğun deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
104. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır.
105. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
106. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
107. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
108. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
109. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəs ində qərar çıxarması üçün əsasdır.
110. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
111. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
112. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
113. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
114. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
115. Maddə
383. Borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
116. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
117. Maddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
118. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
119. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu M əcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
120. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
121. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
122. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlə rdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
123. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
124. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
125. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
126. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öh dəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
127. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
128. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
129. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qayta rmağı öhdəsinə götürür.
130. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı.
131. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hə rtərəfli əsaslandırılmış olmasına əsaslanır.
132. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.
133. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hans ı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
134. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
135. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
136. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
137. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
138. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
139. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
140. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
141. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə icla sında tədqiq olunmuş sübutlarla əsaslandırır.
142. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
143. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
144. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır.
145. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
146. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
147. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
148. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
149. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən, yəni “tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 118.000 manat müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi” hissəsində ləğv olunaraq həmin hissədə iddianın rədd edilməsinə münasibətdə düzgün tətbiq edilsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsinə münasibətdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 aid hissədə iddianın rədd edilməsinə münasibətdə ləğv edilməli və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
150. Belə ki, işin birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, idd iaçı ilə Cavabdeh2 MMC arasında 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85.000 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 MMC arasında 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 55 nömrəli kredit müqaviləsi üzrə və həmin müqaviləyə gələcəkdə ediləcək əlavə və dəyişikliklər nəzərə alınmaqla Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0,10 ha torpaq sahəsində y erləşən 369/370-1100/1108 saylı bağ evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra iddiaçı ilə Cavabdeh4 və Cavabdeh2 MMC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsinə 18 oktyabr 2010-cu il tarixli dəyişiklik edilməsinə dair Razılaşma imzalanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında 18 oktyabr 2010-cu il tarixli, 110 nömrəli zaminlik müqaviləsi bağlanılmış və həmin zaminlik müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin – Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
151. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçı bank hazırki işlə bağlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə 4 may 2022-ci il tarixdə müraciət etmiş, ipoteka qoyan Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdeh4 və digərlərinə qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsini 13 ildən sonra, 3 illik iddia müddətini ötürməklə verdiyini qeyd edərək, iddiaya iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
152. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqi barədə ipoteka q oyan Cavabdeh4 ərizəsini nəzərə alaraq ona münasibətdə iddianı rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilmiş və kreditdən istifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi isə 4 may 2022-ci il tarixdə, yəni 18 oktyabr 2013-cü il tarixdən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir.
153. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə razılaşır və bununla bağlı qeyd edir ki, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi tərəflər arasında bağlanmış 18 oktyabr 2010-cu il tarixli kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilmiş və kreditdən istifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə başa çatmışdır. Hazırk ı iddia ərizəsi isə 4 may 2022-ci il tarixdə, yəni 18 oktyabr 2013-cü il tarixdən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir.
154. Qeyd olunmalıdır ki, Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
155. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
156. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barə sində qərar çıxarması üçün əsasdır.
157. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
158. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
159. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edili r. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).
160. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyu r və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
161. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
162. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam veri lməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır (Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı).
163. Müqavilələrdən irəli g ələn öhdəliklərlə bağlı icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən, yəni icra müddəti bitdikdə başlayır (Mülki Məcəllənin 368 və 377.2-ci maddələri).
164. Göründüyü kimi, əsas öhdəliklə bağlı əlavə öhdəlik üzrə iddia müddətinin keçibkeçməməsinin müəyyən edilməsi və iddia müddətinin tətbiqi məsələsinə baxılarkən nəzərə alınmalıdır ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göründü yü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil olunur. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır.
165. Qeyd olunmalıdır ki, iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə, tələbin iddia müddəti səbəbindən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydad a məsuliyyət daşıyır.
166. Yuxarıda göstərilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.
167. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, hüquq sahibi olan cavabdeh (məsələn ipoteka qoyan) iddia müddətini tətbiq etmək hüququndan əsas borcludan asılı olmadan imtina edə bilər. Yaxud əksinə, əsas borclu iddia müddətindən istifadə etməsə belə, ipoteka qoyan bu hüquqdan yararlanmaqda sərbəstdir.
168. Mülki Məcəllənin iddia müddətinin əlavə tələblərə tətb iqi ilə bağlı 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
169. Əsas öhdəlik və ona bağlı əlavə öhdəlik üzrə bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin müəyyən edilməsi bölünməz olsa da, müddətin tətbiqi məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir.
170. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı Bank Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehin 18 oktyabr 2013-cü il tarixdən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 3.000 manat və xx.xx.2021-ci il tarixdə 1.000 manat məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənilməsi isə apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən iddia müddətinin axımının kəsilməsi hallarına aid edilə bilməz. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır.
171. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin də qeyd e tdiyi kimi, iddia müddətinin tətbiqi barədə ərizə verilmiş Cavabdeh4 borcalan deyil, ipoteka qoyan olsa da, iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 323-1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir.
172. Odur ki, Mülki Məcəllənin 376 və 375.2-cı maddələrinin tələblərini baxımından tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.
173. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin qərarında qeyd olunan göstərişlərə tam və düzgün əməl etməmişdir.
174. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, bundan əvvəl işə baxmış kassasiya məhkəməsi yeni apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə yoxlanılmasını, ilk növbədə Cavabdeh4 (ipoteka qoyan) apellyasiya şikayətinin kredit borcunun məbləğinə dair dəlilləri ilə bağlı qiymətləndirmə aparılmalı olmasını, yalnız bundan sonra həmin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirilməli olmasını qeyd etsə də, işə yenidən baxan apellyasiya ins tansiyası məhkəməsi tərəfindən kassasiya məhkəmənin qeyd olunan göstərişinə düzgün əməl olunmamışdır.
175. Belə ki, işə əvvəl baxmış kassasiya məhkəməsinin MPM-in 135-ci maddəsində nəzərdə tutulmuş prosessual imkanlardan lazımınca istifadə etməklə cavabdeh MMC-nin prosesdə iştirakının təmin olunması barədə göstərişə əməl edərək apellyasiya instansiyası məhkəməsi cavabdeh MMC-nin nümayəndəsi və iş üzrə zamin olan Cavabdeh1 məhkəmə iclasında iştirakını təmin etsə də, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi halda onun iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini qəbul etməkdə səhvə yol vermiş, cavabdeh MMC-nin nümayəndəsi və iş üzrə zamin olan Cavabdeh1 izahatını dinlədikdən sonra ilk növbədə Cavabdeh4 (ipoteka qoyan) apellyasiya şikayətinin k redit borcunun məbləğinə dair dəlilləri ilə bağlı qiymətləndirmə aparılmalı olması, yalnız bundan sonra məhz həmin cavabdehin, yəni Cavabdeh4 iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirilməli olması barədə kassasiya məhkəməsinin göstərişinə düzgün əməl etməmişdir.
176. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərlə bağlı qeyd edir ki, cavabdeh MMC tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə, habelə daha sonra məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin yalnız “ipoteka predmetinə tutmanın yönəldilməsi” hissəsində ləğv edilməsini deyil, “ipoteka qoyan Cavabdeh4 aid hissədə” ləğv olunması xahiş edilmişdir. İpoteka qoyana aid h issə dedikdə isə prosessual baxımından qətnamənin onun maraqlarına toxunan bütün hissələri nəzərdə tutulur ki, bu da təkcə ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsi ilə məhdudlaşmır. Belə ki, ipotekanın təminatı olduğu kredit müqaviləsi üzrə borcalandan tutulacaq kredit borcunun məbləği ipoteka predmeti olan əmlaka yönəldiləcək tutmanın miqdarını təşkil etdiyindən, həmin hissənin də ipoteka qoyanın maraqlarına toxunması istisna təşkil etmir. Hazırkı işdə Cavabdeh4 (ipoteka qoyan) tərəfindən apellyasiya şikayətində məhz həmin hissə ilə də bağlı dəlillər (əsas və faiz borcunun məbləğinin düzgün müəyyən edilməməsi barədə) irəli sürmüşdür.
177. Bu səbəbdən də işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə istinad etməklə, qətnamənin ə saslılığının tam yoxlanılmalı olması qənaətinə gəlməkdə haqlı olsa da, bu halda Cavabdeh4 apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərinə qiymət verməklə kifayətlənməli olduğu halda, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə və qətnamədən apellyasiya şikayəti verilməmiş cavabdeh MMC-yə münasibətdə iddia müddətini tətbiq etməkdə səhvə yol vermişdir. Halbuki məhkəmələr iş üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi barədə nəticəyə gəldikləri halda, Cavabdeh4 (ipoteka qoyan) tərəfindən verilmiş apellyasiya şikayətində əsas və faiz borcunun məbləğinin düzgün müəyyən edilməməsi barədə dəlillərinin araşdırılmasına hər hansı zərurət qalmadığını qeyd edə bilərdilər.
178. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərin müqavilə öhdəliklərini lazımınca icra etmədikləri (borcalan və zamin), belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 18 noyabr tarixli 9/4989 nömrəli ekspert rəyi nəzərə alınmaqla, iddia tələbinin əsas kredit borcu və hesablanmış faizlərin tutulması hissəsində qismən təmin edilməli olması, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcunun, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat pulun iddiaçı bankın xeyrinə tutulmalı olması, qalan hissədə isə iddianın təmin olunmaması barədə mövqeyi qanuni və əsaslı olmuşdur.
179. İşin yuxarıda qeyd olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 (ipoteka qoyan) tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə və onun apellyasiya şikayətinə əsasən cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1dən borcun tutulmasına münasibətdə iddia tələbi rədd edilə bilməz.
180. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-918/2024 nömrəli, 1 noyabr 2024-cü il tarixli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin “cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 mü ştərək qaydada 43.559,15 manat əsas borc, 19.137,95 manat faiz borcu, 14.609,43 manat gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu olmaqla, cəmi 77.751,53 manat pulun tutularaq iddiaçıya ödənilməsi” ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsinə münasibətdə ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.