Məhkəmə qərarları › İş №2-2(102)-297/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-297/2019

10.07.2019 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-297/2019 10.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Əsgərov Anar Əlifağa oğlunun katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə2, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakları ilə, İddiaçı “xxxx” Şirkətinin Cavabdeh MMC-yə qarşı “yayımın dayandırılması, zərərin ödənilməsi və s.” tələblərinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 12 fevral tarixli 2-1(103)-50/2019 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasə n işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 16 aprel tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək Cavabdeh TV vasitəsi ilə yayımlanan “x”, “x”, “x”, “x”, “x”, “x” və “x” televiziya kanallarının yayımının dayandırılması, həmin televiziya kanalların adının yayımlanan proqramların siyahısından və bununla əlaqədar bütün reklam daşıyıcılarından çıxarılmasını xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının müraciətinə onun pretenziyada tələbinin hüquqi əsası kimi əsaslandığı sənədlərin (lisenziya, sertifikat, müqavilə, hüquqi şəxsin təsis sənədləri) qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış nüsxələri təqdim edildikdən sonra baxıla bilər. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ə rizəsi ilə müraciət edərək cavabdeh tərəfindən Cavabdeh TV vasitəsi ilə yayımlanan “x”, “x”, “x”, “x”, “x”, “x” və “x” televiziya kanallarının yayımının dayandırılması, həmin televiziya kanalların adının yayımlanan proqramların siyahısından və bununla əlaqədar bütün reklam daşıyıcılarından çıxarılması və zərərin ödənilməsi və gəlirin tutulması əvəzinə iddiaçının xeyrinə 1.066.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına nisbətdə Mərkəzi Bank tərəfindən müəyyən etdiyi məzənnə ilə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Lisenziarlar - Rusiya Federasiyasının “xxxx” MMC ilə 2016-cı il 1 fevral tarixdə bağladığı x saylı “Telekanalların distributorluğu və lisenziyanın verilməsi haqqında” müqa vilə və “xxxx” MMC ilə 2017-ci il 18 avqust tarixdə bağladığı “x” saylı Lisenziya müqaviləsi əsasında müqavilədə göstərilən Ərazidə və İcazə müddətində Telekanalların Televiziya şəbəkələrində yayımlanması hüququnu və buna dair sublisenziyalar vermək hüququnu yalnız iddiaçıya vermişlər. Cavabdeh onunla sublisenziya müqaviləsi bağlamadan kanalları yaydığına görə faktiki olaraq iddiaçını müəyyən gəlirdən məhrum edərək ona ziyan vurmuşdur. Ümumilikdə 7 kanalın, onlardan xxxxa aid olan 4 kanalın – “x”, “Ax”, “x” və “x” kanallarına görə hər abonent üçün paket kanallarının qiyməti 0,97 ABŞ dolları, x-yə aid olan 3 kanalın - “x”, “x və “x” kanallarının qiyməti isə 0,3 ABŞ dolları dəyərində müəyyən edilmişdir. Nəzərə alınsa ki, “xxxx” və “x” kompaniyalarının hər birinin abonentlərinin sayı 40.000 n əfər təşkil edir, o halda xxxxa aid olan “x”, “x”, “x və “x” kanallarının yayımlanmasına görə aylıq ödənişlərin miqdarı 38.800 ABŞ dolları, 2016-cı il 1 sentyabr tarixdən 2018-ci il 1 iyun tarixədək ötən 21 ay müddət üçün isə 814.800 ABŞ dolları təşkil edir. Həmçinin, x-yə aid olan “x”, “x” və “x” kanallarının yayımlanmasına görə aylıq ödənişlərin miqdarı 12.000 ABŞ dolları, 2016-cı il 1 sentyabr tarixdən 2018-ci il 1 iyun tarixədək ötən 21 ay müddət üçün isə 240.000 ABŞ dolları təşkil edir. Beləliklə, Cavabdeh MMC tərəfindən xxxx və x kompaniyalarının təqdim etdiyi 7 kanala – “x”, “x”, “x”, “x”, “x”, “x və “x” kanallarının Cavabdeh kabel televiziyası vasitəsi ilə 2016-cı il 1 sentyabr tarixdən 2018-ci il 1 iyun tarixədək ötən 21 ay müddətində qanunsuz yayımlanmasına görə iddiaçının xeyrin ə ödənilməli olan məbləğ ümumilikdə 1.066.000 ABŞ dolları təşkil edir. İddiaçı 2018-ci il 16 aprel tarixdə cavabdehə pretenziya qaydasında müraciət edərək Cavabdeh TV vasitəsi ilə yayımlanan “x”, “x”, “x”, “x”, “x”, “x” və “x” televiziya kanallarının yayımının dayandırılması, həmin televiziya kanalların adının yayımlanan proqramların siyahısından və bununla əlaqədar bütün reklam daşıyıcılarından çıxarılmasını xahiş etmişdir. Lakin müraciət təmin olunmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi lisenziyalar onların məzmunundan göründüyü kimi, yalnız Rusiya Federasiyası ərazisində müvafiq fəaliyyətlə məşğul olmaq hüququ verir. Bu lisenziyalar Azərbaycan respublikasında fəaliyyət gö stərmək hüququ vermir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı hesab edir ki, hazırkı iddianı qaldırmaq hüququ ona Televiziya Kanallarının istehsalçıları ilə (ilkin yayımçılar) bağladığı müqavilələr verir. Lakin həmin müqavilələrdə Telekanalların yayımlanması və buna dair sublisenziyalar vermək hüququ iddiaçıya müəyyən olunmuş ərazi hüdudlarında verilmişdir. “xxxx” MMC ilə olan 2016-cı il 1 fevral tarixli müqavilənin 1.1.1-ci bəndinin 6-cı abzası və 2.2-ci bəndində müəyyən edilmiş ərazinin hüdudları Gürcüstan Respublikasının inzibati ərazisi ilə məhdudlaşmışdır. İddiaçı həmin müqavilə ilə 2018-ci il 31 yanvar tarixə qədər Azərbaycan Respublikasının hüdudlarında heç bir hüquq əldə etməmişdir. 2018-ci il 31 yanvar tarixli Saziş ilə 2016-cı il 1 fevral tarixli Müqavilənin 2.1-ci bəndi dəyişdirilmişdir. Belə ki, Sazişin yeni redaksiyada verilən 2.1-ci bəndində qeyd olunub ki, Lisenziata Televiziya şəbəkəsi vasitəsilə Telekanalların yayımlanmasına lisenziya Gürcüstan ərazisində eksklyuziv hüquqla, Azərbaycan və Ermənistan ərazisində isə qeyri-eksklyuziv hüquqla verilir. X1 Ərazisi hüdudlarını müəyyən edən 1.1.1-ci bəndinin 6-cı abzası və 2.2-ci bəndi dəyişdirilmədən saxlanmışdır. Müqavilənin 2.1-ci bəndində iddiaçıya hüquqlara dair ekslyuziv lisenziya verildiyi nəzərdə tutulmasına baxmayaraq, müqavilədə “eksklyuziv lisenziya”nın açıqlaması, onun verdiyi hüquqların izahı göstərilməmişdir. İddia ərizəsində istinad edilən müqavilə və əlavələrin əksəriyyəti iş materiallarında yoxdur. İddia ərizəsində yazılanlardan məlum olur ki, iddiaçının “xx xx” MMC ilə 2017-ci il 18 avqust tarixdə bağladığı müqavilənin müddəti 2018-ci il 30 iyun tarixdə bitmişdir. Göründüyü kimi, iddiaçının əsaslandığı müqavilədə ona 2018-ci il 31 yanvar tarixə qədər Azərbaycan Respublikasının ərazisində heç bir hüquq verilməmişdir. 2018-ci il 31 yanvar tarixdən sonra isə yalnız Telekanalların Yayımını həyata keçirmək üçün və yalnız qeyri-eksklyuziv hüquq verilmişdir. Bu da onun hazırkı iddianı qaldırmaq hüququnun olmadığını göstərir. Beləliklə, iddiaçının nə öz adından, nə də Lisenziarlar adından və ya onların xeyrinə hazırkı iddianı qaldırmaq hüququ yoxdur. Bundan əlavə, iddiaçının təqdim etdiyi sənədlər sübut kimi qəbul oluna bilməz. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi xarici dövlət orqanlarının verdiyi sənədlər və xarici şirkətlərin bağladığı mü qavilələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təsdiqlənməmiş, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında leqallaşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 89.1-ci və 89.3-cü maddələrinin tələbinə əsasən, yalnız notariat qaydasında təsdiq olunmuş və iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar yazılı sübutlar sayılır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 oktyabr tarixli 2-2(82)619/2018 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi lisenziyalarla aldığı televiziya kanallarının Azərbaycan Respublikasında hüquqi qüvvəsinin olması, Azərbaycan Respublikasının ərazisində yayımlanması üçün Milli Televiziya və Radio Şurasından xüsusi razılıq (lisenziya) aldığına dair sübut təqdim edilməməklə yanaşı onun telekanalların distribusiyası və lisenziyanın verilməsi ilə bağlı Azərbaycan Respublikası ərazisində müstəsna hüququnun da olması iş üzrə müəyyən edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 fevral tarixli 2-1(103)-50/2019 nömrəli qətnaməsi ilə 2 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi qismən - cavabdeh tərəfindən Cavabdeh TV vasitəsi ilə yayımlanan “x”, “x”, “x”, “x”, “x”, “x” və “x” televiziya kanallarının yayımının dayandırılması, həmin televiziya kanalların adının yayımlanan proqramların siyahısından və bununla əlaqədar bütün reklam daşıyıcılarından çıxarılması hissəsində ləğv olunmuş, həmin hissədə iddia tələbi təmin edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Cavabdeh MMC-nə aid Connect TV-nin reklam broşuralarında mübahisələndirilən kanalların adı sadalanmış, həmçinin iddiaçı ilə yazışmalarda təqdim olunan kanalların siyahısında mübahisələndirilən kanalların adı qeyd edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti ver mişdir. O, qətnamənin qismən – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin olunmasını və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını tələb edir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin qismən – iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunmasını və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə göstərilmişdir ki, məhkəmə iddia tələbinin təmin olunmayan hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, ABŞ dolları ilə bağlı hesablamaların konkret hansı dö vrdə aparıldığı, habelə bu məbləğin yaranma mənbəyi və nəyə əsasən əmələ gəlməsinin aydın şəkildə əks etdirilməsinə və Cavabdeh MMC tərəfindən 2016-cı il 1 sentyabr tarixdən 2018-ci il 1 may tarixədək kanalların retransilyasiyasına görə ödəniş cədvəlinin surətinin sübut qismində iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən qeyd olunan hallarla bağlı ətraflı araşdırılma aparılmamış, bu isə məhkəmənin iddiaçının bu hesablamaları konkret hansı dövrdə aparıldığı, habelə bu məbləğin yaranma mənbəyini və nəyə əsasən əmələ gəlməsini hər hansı sübut ilə əsaslandıra bilmədiyi qənaətinə gəlməsi ilə nəticələnmişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsinin 1-ci bəndinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz h üquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Həmin Qanunun 45-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə əsasən, məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2-ci hissəsinə əsasən, “zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam öd ənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən,məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən,məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsinə əsasən, ədalətli məhkəmə araşdırması hüququ, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir. Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan eyni sübutları qətnaməsində eynilə sadalamışdır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın qismən təmin edilməsini heç bir hüquq norması ilə əsaslandıra, qətnamədə nə üçün belə nəticəyə gəldiyini göstərə və cavabdehin dəlilləri ilə razılaşmamasının s əbəbini açıqlaya bilməmişdir. İddiaçının təqdim etdiyi Lisenziyaların Azərbaycan Respublikasında hüquqi qüvvəsi yoxdur. “Televiziya və radio yayımı haqqında” Qanunun 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində teleradio yayımı bu Qanuna uyğun olaraq verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. MPM-in 217-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (217.2) MPM-in 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflə rin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-in 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Göstərilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verə rək şikayətin təmin olunmasını, cavabdehin kassasiya şikayətinin rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili (nümayəndə) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Şikayətlər qətnamənin ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsin in müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında məhkəməyəqədər aparılmış yazışmaların mətnini qətnamədə göstərməklə kifayətlənmiş, iddiaçı öz tələbinin hüquqi əsaslarını pretenziya məktubunda və iddia ərizəsində göstərməsinə baxmayaraq, iddiaçının hazırkı məzmunda tələbinin, həmin tələbin faktiki əsaslarının onun ərizədə istinad etdiyi normaların dispozisiya şərtlərinə uyğun olub-olmadığını əsaslandırmamış, gəldiyi nəticənin əsası kimi tərəflər arasındakı münasibətləri tənzimləyən maddi hüquq nor malarını qətnamədə göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması nəticəsinə gələrkən, həmin tələbə qarşı cavabdehin etirazının əsaslarına hər hansı münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən – cavabdeh tərəfindən Cavabdeh TV vasitəsi ilə yayımlanan x, x, x, x, “x”, “x” və “x” televiziya kanallarının yayımının dayandırılması, həmin televiziya kanalların adının yayımlanan proqramların siyahısından və bununla əlaqədar bütün reklam daşıyıcılarından çıxarılması hissəsində ləğv etsə də, həmin hissədə iddia tələbinin təmin olunmasını göstərməklə kifayətlənmiş, bu “təmin etmənin” məhz nədə ifadə olunduğunu, cavabdehin üzərinə hansı məzmunda öhdəliyin qoyulduğunu, cavabdeh tərəfindən məhz hansı hərəkətlərin edilməli olduğunu göstərməmişdir. MPM-in 223.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin normanın tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlasa da, həmin hissə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmiş, həmin hissədə də gəldiyi nəticəni əsaslandırmamış, hər hansı qanuna və ya digər normativ akta istinad etməmişdir. MPM-in 418.4, 418.4.7-ci maddələrinə əsasən, məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. MPM-in yuxarıda qeyd edilən maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün yeni apellyasiya baxı şına göndərilməli olduğundan şikayətlər qalan hissələrdə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416-419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 fevral tarixli 2-1(103)-50/2019 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayətlər qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar