Məhkəmə qərarları › İş №2-2(102)-297/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-297/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-297/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-297/2020 Bakı şəhəri xx xxxxxxxx 2020-ci il 22.09.2020 Aşar sözlər: müqavilə üzrə öhdəliyin tam icra edilməməsi ilə bağlı əsas borc və faiz borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 və onun vəkili Fəxrəddin Səfərovun iştirakları ilə, Cavabdeh ASC-nin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-198/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh ASC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 67/17 saylı xidmət müqaviləsinə görə ödənilməmiş 71.292,28 manat pulun, həmin müqaviləyə görə ödənilməmiş 71.292,28 manat məbləğin xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixədək 18.429,21 manat faizin, 3 və 4 saylı əlavə protokola görə 7088,7 manat olmaqla ümumilikdə 96.810 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxxx 2017-ci il tarixdə tikinti layihələrində havalandırma, isitmə-soyutma iş lərinə dair 67/17 saylı xidmət müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini tam, keyfiyyətli və vaxtında yerinə yetirmiş, habelə müqaviləyə əlavə olaraq 3 və 4 saylı protokollar imzalanmadan həmin protokollar üzrə 7088,7 manat məbləğində işləri yerinə yetirmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, iddiaçı tərəfindən işlərin görülməsinə baxmayaraq, müqaviləyə əlavə 3 və 4 saylı razılaşma protokollarını imzalamamış və görülən işlərin əvəzini iddiaçıya ödəməmişdir. Həmçinin, cavabdeh müqavilənin tələblərinə uyğun olaraq hər gecikdirilmiş gün üçün ödənilməli olan ümumi məbləğin 0,05 faiz həcmində cəriməni ödəməlidir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən, yalnı z təhvil-təslim aktları işlərin icrasını təsdiq edə bilərdi. Lakin tərəflər arasında hər-hansı təhvil-təslim aktı imzalanmamışdır. İddiaçı tərəfindən həmçinin cavabdehə elektron vergi hesab fakturası və ya elektron qaimə də təqdim olunmamışdır ki, bu səbəbdən cavabdehin mühasibatlığında iddiaçıya olan hər-hansı borc öz əksini tapmamışdır. Bundan başqa, qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə tərəflər arasında bağlanılacaq hər-hansı əlavə razılaşma yalnız yazılı şəkildə təsdiq edildikdə etibarlı hesab oluna bilərdi. Tərəflər arasında müqaviləyə 3 və 4 saylı protokollar razılaşdırılmadığından və cavabdehə işlərin icrası ilə bağlı sənədlər təqdim olunmadığından iddiaçının özünün tərtib etdiyi əlavələrə istinad etməklə cavabdehdən 7088,7 manat məbləğində pu lu tələb etməsi əsassızdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(82)930/2019 saylı qətnaməsi ilə (hakim Elçin Rəhmanov) iddia qismən təmin edilmiş, cavabdehdən 66.292,28 manat əsas və 6629,20 manat məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və ya natamam, keyfiyyətsiz həyata keçirməsi işə baxılanadək və ya məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir. İddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi işin mübahisəsiz halı olmaqla, onun tərəfindən görülmüş işlərin dəyərinin ƏDV-siz 120.835,4 manat təşkil etməsinə dair təhvil-təslim aktları tərtib edilərək təsdiq edilmişdir. Müqavilə üzrə cavabdeh tərəfindən edilmiş ödənişlərin ümumi dəyəri 76.292,87 manat təşkil etdiyindən, iddiaçıya ödənilməli olan məbləğ 66.292,28 manat təşkil etmişdir. Məhkəmə cavabdehin müvafiq təhvil-təslim sənədlərini imzalayan şəxsin onun idarə heyətinin üzvü olmadığından səlahiyyətli olmamasına dair və iddiaçının müqaviləyə əlavə olaraq 3 və 4 saylı protokolların rəsmiləşdirilməli olmasına dair dəlillərini əsassız hesab etmişdir. Müqavilədə sənədlərin məhz cavabdehin idarə heyətinin üzvü olan şəxs tərəfindən imzalanmalı olduğu nəzərdə tutulmamış, həmçinin bütün təhvil-təslim aktları əsasən eyni şəxslər tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən müqaviləyə əlavə 3 və 4 saylı protokollar üzrə işlərin görülməsini təsdiq edən sənəd və ya mötəbər sübut isə məhkəməyə təqdim olunmamışdır. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun qismən – yəni 6629,20 manat faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-198/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Cahangir Yusifov və İlham Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. xx xxxxxxx 2017-ci il tarixli, 67/17 saylı xidmət müqaviləsindən görünür ki, icraçı sifarişçi tərəfindən təqdim edilmiş oby ektlərdə havalandırma, soyutma-isitmə işlərini sifarişçinin layihə-smeta sənədlərinə uyğun yerinə yetirməli, sifarişçi isə görülmüş işlərin əvəzi olaraq 142.585,75 manat pulu vaxtında ödəməlidir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, müqavilə imzalandıqdan sonra sifarişçi icraçıya personalın, malmaterialın, köməkçi ləvazimatın səfərbər olunması məqsədi ilə müqavilənin ümumi dəyərinin 50 faizi miqdarında avans ödəməli, yekun təhvil-təslim aktının “Mühəndis” və “Sifarişçi” tərəfindən imzalanmasından sonra isə qalan 50 faiz ödənişi icraçının hesabına ödəməlidir. xx xxxxxxx 2017-ci il tarixli, 67/17 saylı xidmət müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, göstəriləcək xidmətlər zamanı istifadə olunacaq materialların qiymətləri ƏDV daxil olmaqla 58.963,28 manat olaraq Cavabdeh ASC ilə razı laşdırılmışdır. xx xxxxxxx 2017-ci il tarixli, 67/17 saylı xidmət müqaviləsinə 2 nömrəli əlavədən görünür ki, göstəriləcək xidmətlər zamanı istifadə olunacaq materialların qiymətləri ƏDV daxil olmaqla 83.622,47 manat olaraq Cavabdeh ASC ilə razılaşdırılmışdır. xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan dövr ərzində görülmüş işlər üzrə təhvil-təslim aktlarından görünür ki, qeyd olunan tarixlər üzrə görülmüş işlərin ümumi dəyəri ƏDV-siz 120.835,4 (62994,9+7899,5+17186+24883,4) manat təşkil etmişdir. xx xxxxxx 2018-ci il tarixli, HR seriyalı, 097813 saylı elektron vergi hesabfakturasından görünür ki, xx xxxxxxx 2017-ci il tarixli, 67/17 saylı xidmət müqaviləsi üzrə cavabdeh tərəfindən 71.292,87 manat ödəniş edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli, EBAB seriyalı, 27067 0 nömrəli hesab fakturadan görünür ki, xx xxxxxxx 2017-ci il tarixli, 67/17 nömrəli xidmət müqaviləsi üzrə cavabdehin 71.292,88 manat (ƏDV daxil) ödənilməmiş borcu qalmışdır. xx xxxxxx 2017-ci il tarixli, 4404 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına 60.417,69 manat ödəniş edilmişdir. xx xxxx 2019-cu il tarixli, 298 saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına 4237,29 manat ödəniş edilmişdir. xx xxxx 2019-cu il tarixli, 298A nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına 762,71 manat ödəniş edilmişdir. xx xxxxxx 2017-ci il tarixli, **********510296 saylı köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı MMC-nin hesabına 10.875,19 manat ödəniş edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmə iclasında şahid qismində ifadə verən X1 bildirmişdir ki, cavabdehin işçiləri tərəfindən Mingəçevir şəhərində qarşılanmışlar. Həmin vaxt onlara bildirilmişdir ki, su elektrik stansiyasının yeni inzibati binasının havalandırma sistemləri ilə müqavilə üzrə razılaşdırılmış gündən 1 gün əvvəl təhvil-təslim aparılmışdır. Qarşı tərəfdən həm təhvil-təslim zamanı, habelə işə rəhbərlik edən Camalov Elburus adlı şəxs olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xx xxxxxxx 2017-ci il tarixli, 67/17 saylı müqaviləyə əsasən, cavabdeh görüləcək işlərin dəyərinin 50%-ni, yəni 71.292,87 manat pulu avans olaraq ödəməyi, qalan 50% məbləğin, yəni 71.292,88 manatın isə işlərin təhvil- təslim aktı imzalanmasından sonra iddiaçının hesabına köçürülməsi razılaşdırılmışdır. İddiaçı isə öz növbəsində müqavilənin 1-ci və 2-ci əlavələri üzrə təsdiq edilmiş avadanlıqlardan istifadə etməklə işlərin görülməsini öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən edilmiş ödənişlərin ümumi dəyəri 76.292,87 manat təşkil etdiyindən, hazırki tələb üzrə iddiaçıya ödənilməli məbləğ 66.292,28 manat olması müəyyən olunmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən görülmüş işlərin dəyərinin ƏDV-siz 120.835,4 manat təşkil etməsinə dair təhvil-təslim aktları tərtib edilərək təsdiq edilmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirildiyi işin mübahisəsiz halı olmuşdur. Bu səbəbdən, cavabde h müqavilənin tələblərinə uyğun olaraq gecikdirilmiş dəyərin 0,5 faizi məbləğində cərimə ödəməli idi. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunan 18.429,21 manat cərimə faizini tənasübsüz şəkildə yüksək hesab etməklə, faiz borcunun qanunvericiliyin tələblərinə əsasən ümumi borcun 10%-i məbləğində müəyyən etməkdə haqlı olmuşdur və həmin məbləğin daha azaldılması üçün əsaslar yoxdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 467-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərəkonun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən, sifarişçinin ödəmə öhdəliyin in icrası müddətinin yekun təhvil-təslim aktının imzalanmasından sonra başlaması müəyyən edilmişdir. Tərəflər arasında ümumiyyətlə yekun təhvil-təslim aktı imzalanmamışdır. Bu səbəbdən, iddiaçının xx xxxxxx 2017-ci il tarixdən başlamaqla hər gün üçün cərimə faizi hesablaması müqavilənin tələblərinə zidd olmuşdur. Digər əsas kimi bildirilmişdir ki, müəyyən edilmiş cərimə məbləği mülki qanunvericiliyin tələbləri baxımından tənasübsüz hesab olunmalıdır. Dəlilin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatlarİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K assasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi işin mübahisəsiz halı olduğundan, iddiaçı tərəfindən tələb olunan 18.429,21 manat cərimə faizi tənasübsüz yüksək hesab olunmaqla, onun qanunvericiliyin tələblərinə görə ümumi borcun 10 faizi həddində, yəni 6628,20 manat məbləğində müəyyən edilməsi əsaslı hesab olunmalı, həmin məbləğin daha artıq azaldılması üçün isə əsaslar mövcud olmamışdır. Bu mövqe yi mübahisələndirən cavabdehin dəlilinə görə, müqavilənin tələblərinə əsasən, sifarişçinin ödəmə öhdəliyinin icrası müddətinin yekun təhvil-təslim aktının imzalanmasından sonra başlaması müəyyən edilmişdir. Yekun təhvil-təslim aktı imzalanmadığından, iddiaçının xx xxxxxx 2017-ci il tarixdən başlamaqla hər gün üçün cərimə faizi hesablanması müqavilənin tələblərinə zidd olmuş və hesablanmış cərimə məbləği tənasübsüz surətda yüksək hesab olunmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmadığını və bunun aşağıdakılardan irəli gəldiyini qeyd edir. İlk olaraq məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətində cavabdeh görülmüş işlərə görə ödənilməli olan borca hesablanmış dəbbə pulunu iki əsas üzrə: öhdəliyin pozulmasının başlandığı anının düzgün müəyyən edilməməsi (1) və hesabla nmış və məhkəmə tərəfindən azaldılmış məbləğin tənasübsüzlüyü ilə (2) bağlı mübahisələndirmişdir. Apellyasiya şikayətindən göründüyü kimi isə, həmin məsələni cavabdeh yalnız bir əsas üzrə - cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsinin onun iradəsindən asılı olmayan səbəbindən yüksək məbləğdə hesablanması əsası üzrə mübahisələndirmiş və müvafiq olaraq apellyasiya baxışında məhkəmə şikayətdə qaldırılan məsələyə münasibət bildirmişdir. Yəni, cavabdeh tərəfindən kassasiya şikayətində qaldırılmış birinci məsələ mübahisələndirilmədiyindən, apellyasiya məhkəməsi tərəfindən işin halı kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsinin müddətinin başlanğıcı xx xxxxxx 2017-ci il tarixi kimi qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən, apellyasiya instan siyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Bu və yuxarıda istinad edilmiş Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya baxışının predmetini cavabdehin apellyasiya icraatında mübahisiləndirdiyi və tələbi təmin olunmadığı məsələ, yəni hesablanmış dəbbə pulunun məbləğinin tənasübsüzlüyü ilə bağlı apellyasiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olub-olmamasının yoxlanılması təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə): - 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, b orclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; - 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər; - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alar aq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanmış normaların məzmununa görə, öhdəliyin icrasını təmin edilməsi üsullarından biri olan dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq dəbbə pulunun miqdarını tərəflər sərbəst müəyyən etsələr də, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, qanunvericilik məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğunu müəyyən etmişdir. İşin hallarına münasibətdə tənasübsüzlüyü müəyyən edərkən məhkəmə tərəfindən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin, habelə qanuni mənafelərinin nəzərə alınması zəruridir. Lakin istinad olunan maddədə borclunun maddi vəziyyətinin qənaətbəxş olmadığı əsası dəbbə pulunun müəyyən edilməsi üçün hüquqi meyyar kimi nəzərdə tutulmamış, bilasitə kreditorun əmlak və qanuni mənafelərinin nəzərə alınmasını müəyyən etmişdir. Çünki qanuna zidd hərəkətləri nəticəsində borclunun faydalanmaq hüququ yoxdur və özgəsinin pul vəsaitinin qanunsuz olaraq istifadə edilməsi qanuni sahibə münasibətdə daha sərfəli hesab edilməməlidir. Habelə, qeyd olunmuş maddənin tətbiqi öhdəliyin pozulmasına görə dəbbə pulunun tənasübsüzlüyü yükünün sübut edilməsi vəzifəsini borclunun üzərinə qoymuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən məsələyə münasibətdə bu maddələrin tələblərinin tətbiqi aşağıdakı nəticəni yaratmışdır. Dəbbə pulunun hesablanması qaydası tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilənin 10.4-cü bəndində müəyyən edilmişdir ki, ona əsasən, “Sifarişçi” və “İcraçı” tərəfindən müvafiq olaraq ödəmələrin və görüləcək işlərin təyin olunmuş müddətlərinə riayət olunmadığı təqdirdə tərəflər qarşılıqlı maddi məsuliyyət daşımalı və gecikdirilmiş hər gün üçün gecikdirilmiş dəyərin 0,05 faiz məbləğində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. İşin hallarına görə, məhkəmə cavabdehin iddiaçıya 66.292,28 manat pul məbləğinin ödənilməməsini öhdəliyin pozulması kimi qiymətlənd irmiş və göstərilmiş müqavilə şərtinə əsasən iddiaçının hesabladığı 18.429,21 manat dəbbə pulunu azaldmaqla onun məbləğini 6629,20 manat kimi müəyyən etməklə istinad olunmuş Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə riayət etmişdir. Borclu olan cavabdeh tərəfindən həmin məbləğin tənasübsüzlüyü ilə bağlı sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən mülki qanunvericiliyin yuxarıda istinad olunan tələbləri pozulmamışdır. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göst ərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh ASC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-198/2020 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar